Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Həmtavar
Həmtavar - İranın Ərdəbil bölgəsinin mərkəzi bölümünün doğu qəsəbəsində yerləşən kənd. Kəndin əhalisi 75 nəfərdir.
Salehabad (Həmadan)
Salehabad — İranın Həmədan ostanının Bahar şəhristanının Salehabad bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 7,708 nəfər və 1,974 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və Azərbaycan dilində danışırlar.
Hetavan
Qozlukörpü (əvvəlki adı: Getavan və ya Kotavan) — Azərbaycan Respublikasının Ağdərə rayonunun Qozlukörpü kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Kotavan kəndi Kəlbəcər rayonunun inzibati tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Kəlbəcər rayonunun Hetavan kəndi Qozlukörpü kəndi adlandırılmışdır. Kənd 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. İkinci Qarabağ müharibəsindən sonra kənd Rusiya Sülhməramlı Qüvvələrinin nəzarət zonasına daxil olub. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikasının nəzarətinə qaytarılmışdır. == Toponimikası == XIX əsrin 20-ci illərində çar Rusiyasının İrandan və Türkiyədən ermənilərin Azərbaycan ərazisinə köçürülməsi zamanı erməni ailələri Qozlukörpü kəndində məskunlaşdırılmış və ermənilər kəndin adını dəyişərək bir müddət Hetavan adlandırmışlar. Oykonim "Qozlu kəndinin körpüsü" mənasındadır. == Tarixi == Qozlukörpü kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Hetavan kəndi də Kəlbəcər rayonuna birləşdirilən kəndlərdən biridir.