Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Həmkar
Kolleqa (lat. collega) — iş yoldaşı; əməkdaş; təhsil, tədris, iş və ya birgə fəaliyyət üzrə birgə yoldaş.. == Anlayışın tarixi == Qədim Romada kollegiya (Qədim Roma) — kollektiv, əməkdaşlar birliyi.
Hərrac
Auksion — alıcıların müsabiqəsi əsasında malların və qiymətli kağızların müəyyən vaxtda və müəyyən edilmiş yerdə satışı. Eyni keyfiyyətli əmtəələr partiyalar (lotlar) şəklində, keyfiyyətcə oxşar lotlar isə daha iri partiyalar (strinqlər) şəklində qruplaşdırılır. Hərrac vaxtı satışa çıxarılmış lotların və strinqlərin nömrələri elan edilir. Hərraca çıxarılan əmtəə və qiymətli kağızlar ona ən yüksək qiyməti təklif edən alıcıya satılır. Hərraclar, adətən, alıcı və satıcı tərəflərin tapşırığı ilə komissiya şərtləri əsasında malların və qiymətli kağızların ticarəti ilə məşğul olan ixtisaslaşmış broker firmaları tərəfindən təşkil olunur. Ənənəvi hərraclar zamanı satıcı minimum qiymət təyin edir, alıcılar isə qiyməti artırmaqla lot uğrunda mübarizə aparırlar (bu, ingilis auksionudur). Holland auksionunda hərrac çox yüksək qiymətdən başlanır və elan edilmiş qiymətə razı olan alıcı tapılana qədər qiymət azaldılır. == Etimologiyası == Uşakovun lüğəti latın dilindən sözün Latın mənşəli olduğunu göstərir lat. auctio — vurma deməkdir. Müasir izahlı lüğətdə ("Böyük Sovet Ensiklopediyası" tərəfindən nəşr edilmişdir) lat.
Kəmrəz
Kəmrəz — İrəvan xanlığı, Qırxbulaq mahalı, İrəvan quberniyasının İrəvan qəzasında, indi Ellər (Kotayk, Abovyan) rayonunda kənd. == Tarixi == KƏMRƏZ — İrəvan xanlığının Qırxbulaq nahiyəsində, sonra İrəvanquberniyasının İrəvan qəzasında kənd adı. 1590-cı ilə aid türkcə mənbədə və 1728-ci ilə aid mənbədə Kəmris kimidir. XIX əsrin sonlarına aid mənbədə Qəmriz kimidir. 1978-ci ildə kənd ermənicə Kamaras adlandırılmışdır. XVII əsrə aid ermənicə mənbədə isə Qəmrəs yazılmışdır. Yerli əhali içərisində tələffüz forması Kəmrizdir. Lakin XIX əsrin sonlarına aid ədəbiyyatda da kənd Qəmriz yazılmışdır. == Toponimi == Türk dillərində qəm, kəm, "çay", "dərə" və arıs "tayfanın hissəsi" sözlərindəndir. Toponimin tərkib hissəsini təşkil edən kəm sözü XIX əsrdə Stavropol quberniyasının Açi-Kulak dairəsində Kəm-Tübə (dağ adı), Ter əyalətinin Nalçik dairəsində Kəm (kənd adı), İrəvan quberniyasının Novobayazid qəzasında Kəm dərəsi (dərə adı), Zəngəzur qəzasında Kəm-Bil, Kəmdağı toponimlərində də vardır.
Çəmran
Çəmran— İranın Xuzistan ostanının Bəndər Mahşəhr şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 18,519 nəfər və 3,935 ailədən ibarət idi.
Həmas
HƏMAS (Ərəbcə: حماس, Tam adı: حركة المقاومة الاسلامية; Hərəkət əl-Müqavəmə l-İslamiyyə, İslami Müqavimət Hərəkatı) — Fələstinli hərbiləşdirilmiş təşkilat və siyasi partiya. == Quruluşu və inkişafı == 1987-ci ildə Şeyx Əhməd Yasin, Əbdüləziz əl Rantisi və Məhəmməd Taha tərəfindən İlk intifadanın başlanğıcında Misirdəki Müsəlman qardaşlar təşkilatının Fələstindəki hissəsi olaraq qurulub. 1988-ci ildəki Həmas öz siyasi proqramında Fələstinin əsla, qeyri-müsəlmanlar tərəfindən qurulmuş bir İslam ölkəsi olmayacağını bildirmişdi və fələstinli Müsəlmanlar üçün Fələstinin idarəsini İsraildən almaq məqsədilə döyüşməyi dini cihad kimi qiymətləndirirdi. Bu, 1988-ci ildə İsraili bir dövlət kimi tanıyan Fələstin Azadlıq Təşkilatı ilə Həmas arasında münaqişəyə gətirib çıxardı.1992-ci ilin sonunda Qəzzədə 600 məscid vardı. Həmas öz təsir gücünü univerisitetlərə, bazarlara, peşə təşkilatlarına yayırdı. 2004-cü ildə başlayan yerli siyasi müqaviməti genişlətdirməzdən əvvəl zəkat və xəyir işləri ilə ətrafını gücləndirirdi. == Əməliyyat == Həmas təşkilatı tərəfindən həyata keçirilən əməliyyat hadisələri: 6 iyul 1989-cu ildə Kiryat Yearim yaxınlığında meydana gələn bir intihar hücum nəticəsində 22 nəfər öldü. 6 aprel 1994-cü il tarixində Afulada (İsrail) bir avtobusda meydana gələn intihar-hücum nəticəsində 8 nəfər öldü. 13 aprel 1994-cü il tarixində Haderada bir avtobus dayanacağında meydana gələn intihar hücum nəticəsində 5 nəfər öldü. 19 oktyabr 1994-cü il tarixində İsrailin paytaxtı Təl Əvivdə meydana gələn bir intihar hücumu nəticəsində 22 nəfər öldü.
Həram
Məscidül-Həram — Məkkə şəhərində məscid. Həram (Meşkinşəhr) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd.
Hərat
Herat-İranın Yəzd ostanının şəhərlərindən və Xatəm şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 10,795 nəfər və 2,751 ailədən ibarət idi.
Taleh Abdullayev (Temraz oğlu)
Taleh Temraz oğlu Abdullayev (8 fevral 1993; Yuxarı Salahlı, Qazax rayonu - 13 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) – Azərbaycan Silahlı Qüvvələrinin əsgəri (müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu), İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Taleh Abdullayev 1993-cü il fevralın 8-də Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olub. 1999-2010-cu illərdə Z.Mahmudov adına Yuxarı Salahlı kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Taleh Abdullayev 2011-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2011-2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib. 2018-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi xidmət edirdi. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Taleh Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli, Xocavənd və Cəbrayıl rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Taleh Abdullayev oktyabrın 13-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Qazax rayonunun Yuxarı Salahlı kəndində torpağa tapşırılıb.
Hamran (Sərdəşt)
Hamran (fars. ‎همران‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 158 nəfər yaşayır (25 ailə).
Raed Həmdan
Raed Həmdan (7 yanvar 1962) — Səudiyyə Ərəbistanını təmsil edən stolüstü tennisçi. == Karyerası == Raed Həmdan Səudiyyə Ərəbistanını 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub.
Həma
Həma (ərəb. حماة‎) — Suriyada şəhər, eyniadlı mühafəzənin inzibati mərkəzi. 2004–cü il siyahıyaalınmasına əsasən şəhərin əhalisi 55.981 ailədə 162.838 nəfəri kişilər və 150.156 nəfəri qadınlar olmaqla cəmi 312.994 nəfərdir. == İstinadlar == == Xarici keçidlər == Həma şəhəri SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının ümumdünya topoqrafik xəritəsində (1953–cü il). Miqyas 1 sm–də 1 km (1: 100 000) (rus.) Həma şəhəri SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının ümumdünya topoqrafik xəritəsində.
Aşıq Əmrah
Aşıq Əmrah Gülməmmədov (1914, Araplı – 1987, Araplı, Marneuli rayonu) — Gürcüstanlı ustad-aşıq. == Həyatı == Aşıq Əmrah (Əmrah Paşa oğlu Gulməmmədov) 1908-ci ildə Borçalıda – Gürcüstan Respublikası Marneuli rayonunun Araplı kəndində doğulmuşdur. Saz çalmağı uşaq yaşlarında atası Paşa kişidən öyrənmişdir. Həddi-büluğa çatanda atası onu dövrünün seçilib-sayılan ustad sənətkarı Aşıq Məsimin (Məsim Yadigarov) yanına şəyirdliyə qoyur. Əmrah Gülməmmədov Aşıq Məsimin yanında püxtələşdikcə, aşıq sənətinin sirlərinə daha yaxından bələd olur, həzin aşıq-el havalarının mahir ifaçısına çevrilir. Beləliklə, o, öz sənətini inkişaf etdirərək, yüksək zirvələrə qaldırmağa müvəffəq olur. Aşıq Əmrahın 1930-cu illərdən Borçalının ən böyük el şənliklərində səsləndirdiyi havalar və mahnılar artıq 50-ci illərdən başlayaraq Bakının radio dalğalarında və geniş konsert salonlarında səslənir. 1959-cu ildə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündəki iştirakı onun ustad aşıq kimi daha da məşhurlaşmasına təkan verdi. 1961-ci ildə Azərbaycan aşıqlarının III qurultayında, 1966-cı ildə Aşıq Ələsgərin yubileyində, 1984-cü ildə isə Azərbaycan aşıqlarının IV qurultayında ağsaqqal ustad-aşıq kimi hamişəlik yadda qalan çıxışları olmuşdur. Aşıq Əmrahın bir sənətkar kimi böyüklüyü həm də ondadır kı, o, çalıb-oxumaqla yanaşı mahir saz reformatoru idi.
Bəni-Əmran
Bəni-Əmran (ərəb. بني عمران‎, fr. Béni Amrane) — Əlcəzairin şimalında, Bumerdes vilayətində kommuna. == Coğrafi mövqe == Kommuna vilayətin şimal hissəsində, dəniz səviyyəsindən 123 metr (404 ft) yüksəklikdə yerləşir.Kommuna ölkənin paytaxtı Əlcəzairdən təqribən 60 kilometr (37 mil) şərqdə və Bumerdes vilayətinin inzibati mərkəzindən 25 kilometr (16 mil) cənub-şərqdə yerləşir. == Əhali == 2008-ci ildə əhalinin sayı 23162 nəfər idi.
Fəraz Kəmalvənd
Fəraz Kəmalvənd (26 dekabr 1976, Xurrəmabad, Luristan, İran) — Təbrizin Traktor Sazi futbol klubunun keçmiş (2008-2011) baş məşqçisi. Fəraz Kəmalvənd İranda peşəkar futbol məşqçilərindən sayılır və İran yüksək futbol liqasında ən gənc baş məşqçidir. Fəraz Kəmalvənd Traktor Sazi futbol klubunu 7 ildən sonra bir daha İran Futbol üstün liqasına qaytarmağa görə, Güney azərbaycanlılar arasında dərin hörmətə sahib olmuşdur.
Həram (Meşkinşəhr)
Həram (fars. حرم علياوحرم سفلي‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 29 nəfər yaşayır (7 ailə).
Məscidül-Həram
Məscidül-Həram (ərəb. المسجد الحرام‎) — Məkkə şəhərində məscid. Kəbəni daxilinə alan və "Hörmətli Məscid" mənasını verən bu "Məscidül-Həram" ifadəsi Quranda 16 yerdə işlənib. Kəbə İbrahim və İsmail peyğəmbərdən sonra bir çox dəyişikliklərə uğramışdır. Ayrı-ayrı dönəmlərdə qismən genişləndirilərək indiki duruma gəlib çıxmışdır. Hazırda Məscidül-Həramın sahəsi 361.000 m2-dır. Ümrə və həcc ziyarətinin rüknü olan səy əməlinin icra olunduğu Səfa və Mərva təpələri də bu məscidin ərazisindədir.
Məscidül Həram
Məscidül-Həram (ərəb. المسجد الحرام‎) — Məkkə şəhərində məscid. Kəbəni daxilinə alan və "Hörmətli Məscid" mənasını verən bu "Məscidül-Həram" ifadəsi Quranda 16 yerdə işlənib. Kəbə İbrahim və İsmail peyğəmbərdən sonra bir çox dəyişikliklərə uğramışdır. Ayrı-ayrı dönəmlərdə qismən genişləndirilərək indiki duruma gəlib çıxmışdır. Hazırda Məscidül-Həramın sahəsi 361.000 m2-dır. Ümrə və həcc ziyarətinin rüknü olan səy əməlinin icra olunduğu Səfa və Mərva təpələri də bu məscidin ərazisindədir.
Səmra Rəhimli
Səmra Rəhimli və ya Səmra (20 oktyabr 1994, Bakı)— Azərbaycan müğənnisi. Səmra "O Səs Türkiyə" və "Səs Azərbaycan" layihələrinin iştirakçı olmuşdur. Azərbaycanı 2016-cı ildə Stokholm şəhərində keçirilən 61-ci Avroviziya Mahnı Müsabiqəsində "Miracle" mahnısı ilə təmsil etmişdir və final mərhələsində ölkəyə 17-ci yeri qazandırmışdır. == Həyatı == Səmra Rəhimli 20 oktyabr 1994-cü ildə Azərbaycanın Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi olan Səmra xanım uşaq yaşlarından musiqi ilə məşğul olmağa başlamışdır. == "O Səs Türkiyə" == Səmra Rəhimli 2014-cü ildə Türkiyənin "TV 8 Televiziyası"nda yayımlanan "O Səs Türkiyə" layihəsində iştirak etmişdir. O ilk mərhələdə "Kör Seçmeler" mərhələsində "Simply The Best" mahnısını ifa etmişdir və 2 münsif Səmra xanım tərəfə çönmüşdür. Səmra xanım isə Hadisənin komandasında yarışmağı seçmişdir. Daha sonra növbəti mərhələdə – "Düellolar" mərhələsində Səmra Rəhimli Ayda Eravcı ilə birgə "I Who Have Nothing" mahnısını ifa etmişdir. Hadisə isə Səmra ilə Ayda arasında seçim etmiş və Səmra Rəhimlini komandasında saxlamışdır.
Səmra Özal
Səmra Özal (türk. Semra Özal; 12 yanvar 1934, İstanbul, Türkiyə) — Türkiyənin 8-ci birinci xanımı. O, Türkiyənin 8-ci prezidenti olan Turqut Özalın həyat yoldaşı olub. Onlar 1954-cü ildə evləniblər. Bu evlilikdən onların üç övladı dünyaya gəlib: Əhməd Özal (d. 1955), Zeynəb Özal (d. 1956) və Efe Özal (d. 1967). Səmra Özal Ana Vətən Partiyasının hakimiyyəti zamanı "Türk Qadınını Gücləndirmə və Tanıtma Fondu"na sədrlik edirdi. 1991-1992-ci illər arasında Ana Vətən Partiyasının İstanbul vilayəti təşkilatına sədrlik edib.
Səmra Əliyeva
Səmra Əliyeva (16 sentyabr 1987, Bakı) — azərbaycanlı jurnalist, aparıcı və Azərbaycanın birinci qadın futbol şərhçisi. == Həyatı == Səmra Əliyeva 16 sentyabr 1987-ci ildə Bakı şəhərində anadan olub. Atası Ramanadan, anası isə Əmircandandır. 1994-cü ildə Sabunçu rayonunda 80 nömrəli tam orta məktəbin birinci sinifinə gedib və 2005-ci ildə oranı bitirib. 2007-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına (ADRA) qəbul olub və 2012-ci ildə həmin təhsil ocağından "incəsənət əsərlərinin bərpası və ekspertizası" ixtisası üzrə məzun olub. Qiyabi təhsil aldığı illərdə radioda fəaliyətə başlayıb. === Şəxsi həyatı === Səmra Əliyeva 2017-ci ilin sentyabrda AFFA-nın mətbuat xidmətinin rəhbəri Firuz Abdulla ilə ailə həyatı qurdu. 2 övladı var. == Fəaliyyəti == Səmra Əliyeva qiyabi təhsil alan illərdə "Antenn 101 FM" radiosunun elan elədiyi müsabiqəyə qatılaraq müsabiqənin qalib oldu. 2008–2012-ci illərdə "Radio Enerji 101.1FM" radiosunda prodüsser, 2012–2015-ci illərdə isə həmin radioda idman verilişinin aparıcısı olan Səmra Əliyeva, 2013–2015-ci illərdə "İdman Azərbaycan" TV-də "Overtime" verilişin redaktoru oldu.
Teymur Əmrah
Teymur Əmrah (Teymur Həşim oğlu Əmrahov; 8 oktyabr 1971, Kirovabad) — Azərbaycanın klassik estrada müğənnisi, Azərbaycan Respublikasının əməkdar artisti (2012). == Həyatı == Teymur Əmrah 8 oktyabr 1971-ci ildə Gəncə şəhərində anadan olub. İncəsənət gimnaziyasının vokal sinfi üzrə Sergey Zarenbonun sinfini bitirib. İlk müəllimləri Gəncə şəhər Uşaq yaradıcılıq evində görkəmli musiqişünas Oqtay Nağıyev, Ağdam rayonu Uşaq yaradıcılıq evinin məşhur "Qarabağ bülbülləri" ansamblının rəhbəri Murad Rzayev, Gəncə şəhər 6 nömrəli klubun direktoru Kifayət Əmirov olmuşlar. 1990-cı ildə Bakı Musiqi Akademiyasının Vokal sinfinə daxil olub. Burada görkəmli Opera müğənnisi Firudin Mehdiyevdən, Aktyor sənətindən Teatr və Kino aktrisası Şəfiqə Məmmədovadan dərs alıb. 1994-cü ildə indiki Heydər Əliyev adına Sarayda Solo konsert keçirib. 2005-ci ildə Azəristar layihəsinin Vokal müəllimi kimi fəaliyyət göstərib. 2020-ci ildə Heydər Əliyev adına Sarayda "Bu dünya bir nərdivandı" adlı solo konserti keçirilib. == Fəaliyyəti == Müxtəlif illərdə Azərbaycan Milli Konservatoriyası və Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində mahnı janrından dərs demişdir.
Əmrah Abışov
Əmrah Səyyab oğlu Abışov (15 noyabr 1999; Kürdlər, Ağcabədi rayonu, Azərbaycan — 30 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Əmrah Abışov 15 noyabr 1999-cu ildə Ağcabədi rayonunun Kürdlər kəndində anadan olmuşdur. 2006-2017-ci illərdə Akif Sultanov adına Ağcabədi rayon Kürdlər kənd tam orta məktəbində təhsil almışdır. == Hərbi xidməti == Əmrah Abışov 2018-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Hərbi xidmətini tərxis olunduqdan sonra müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olaraq davam etdirmişdir. Azərbaycan Ordusunun əsgəri olan Əmrah Abışov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Əmrah Abışov 30 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Ağcabədi Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əmrah Abışov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Əmrah Abışov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən cəsarət və fədakarlıq göstərmiş, habelə təşəbbüskar və qətiyyətli hərəkətlər nümayiş etmiş Əmrah Abışov ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.
Əmrah Aslanov
Əmrah Aslanov (1 iyun 1920 — 19 aprel 1982) — "Qızıl Ordu"nun baş serjantı, 28-ci qvardiya süvari alayının istehkamçısı (mina təmizləyən). Döyüş yolu Moskvadan Berlinədək davam etmişdir. Şöhrət Ordeninin hər üç dərəcəsinin kavaleri olub. == Bioqrafiya == Əmrah Aslanov 1 iyun 1920-ci ildə Gürcüstanın Marneuli rayonunun Təzəkənd kəndində kəndli ailəsində anadan olmuşdur. O, 3 sinif bitirmişdi və kolxozda briqadir işləyirdi.1939-cu ildə "Qızıl Ordu"nun sıralarına qoşulub. 102-ci atıcı alayda xidmət edib. 1941-ci ilin iyun ayından Böyük Vətən müharibəsində iştirak edib. Döyüş yolu Moskvadan Berlinədək davam etmişdir.20 mart 1944-cü ildə Vitebsk şəhərindən cənubda 18 ədəd minanı təmizləmiş və tankları minalanmış sahədən keçirtmişdir. Sonradan, Hitlerçilərin mövqeləri ələ keçirildikdən sonra isə 40 ədəd mina quraşdırmış və bununla da düşmənlərin ləngiməsinə səbəb olmuşdur.20 may 1944-cü ildə, döyüş zamanı göstərdiyi igidliyə görə 199-cu atıcı diviziya komandirinin əmri ilə "3-cü Dərəcəli Şöhrət Ordeni"ilə təltif edilmişdir.1945-ci il yanvarın 22-də 28-ci qvardiya süvari alayının istehkamçısı Əmrah Aslanov Allenştayn şəhəri (indiki Olştın, Polşa) yaxınlığında gedən döyüşlərdə düşmənin 4 əsgərini məhv edir və üç nəfərini əsir götürür. Yolun minalardan təmizlənməsi zamanı isə 8 ədəd tank əleyhinə olan minanı zərərsizləşdirir.Əmrah Aslanov 6 mart 1945-ci ildə "2-ci Dərəcəli Şöhrət Ordeni" ilə təltif edilmişdir.27 aprel 1945-ci ildə Angermyunde yaşayış məntəqəsinin şimal qərbində döyüşən Əmrah Aslanov öz döyüş yoldaşları ilə birlikdə düşmənin 3 ədəd tank əleyhinə olan qurğusunu və 6 ədəd meşə pusqusunu sıradan çıxarır, şəxsən 33 mərmini zərərsizləşdirir.SSRİ Ali Sovetinin Rəyasət Heyətinin 1945-ci il 29 iyun tarixli qərarına əsasən Əmrah Qara oğlu Aslanov göstərdiyi igidliklərə görə "1-ci Dərəcəli Şöhrət Ordeni"nə layiq görülür.Baş serjant Əmrah Aslanov 1946-cı ildə ordu sıralarından ayrılaraq vətəninə dönmüşdur.
Əmrah Bayramov
Əmrah Hüseyn oğlu Bayramov (18 yanvar 2001, Neftçala rayonu – 9 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən Müharibəsinin şəhidi. == Həyatı == Əmrah Bayramov 18 yanvar 2001-ci ildə Azərbaycanın Neftçala rayonunun Bankə qəsəbəsində anadan olmuşdur. Əmrah 2007-ci ildə Əbülfəz Cəfərov adına Bankə qəsəbə 1 saylı tam orta məktəbində 1-ci sinifə daxil olmuşdur. 2008-ci ildən başlayaraq 9-cu sinifə qədər təhsilini Neftçala şəhər Samid İmanov adına 1 saylı orta məktəbində davam etdirmişdir və həmin məktəbin məzunu olmuşdur. Orta təhsilini başa vurduqdan sonra 2016-cı ildə Aşpazlıq ixtisası üzrə 3 nömrəli Sumqayıt Peşə liseyinə qəbul olmuşdur. Uşaq yaşlarından musiqiyə həvəsi olduğu üçün təhsilini davam etdirərkən özü replər yazar və səsləndirərdi. == Hərbi Xidməti == Əmrah Bayramov 22 iyul 2019-cu il tarixində Neftçala RHK-dan hərbi xidmətə yollanmışdır. O, xidmətinə Bakının Pirəkəşkül qəsəbəsində başlamış, 2019-cu il sentyabr ayından başlayaraq 769 nömrəli hərbi hissədə hərbi xidmətini davam etdirmişdir. 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan 2-ci Qarabağ müharibəsi zamanı cəbhə bölgəsində Xüsusi Təyinatlı Qüvvələrdə heyət nəfəri atıcı vəzifəsində iştirak etmişdir. Oktyabrın 4-də Cəbrayıl uğrunda gedən döyüşlərdə və 13-cü postun alınmasında qəhrəmancasına döyüşmüşdür.
Əmrah Cəfərli
Əmrah Yusif oğlu Cəfərli (22 yanvar 1997; Şirinsu, Lənkəran, Azərbaycan — 15 oktyabr 2020; Xocavənd, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgər'i, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Əmrah Cəfərli 22 yanvar, 1997-ci ildə Lənkəran rayonunun Şirinquyu kəndində dünyaya gəlib. Əmrah ailəsinin ikinci övladı olub. O, Hərbi Komissarlığın nəzdindəki sürücülük məktəbini bitirmişdi. Yük maşını sürücüsü idi. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Əmrah Cəfərli Hadrutun azad edilməsində savaşıb. 15 oktyabr 2020-ci ildə Xocavənd istiqamətində qəlpə yarasından həlak olmuşdur. Lənkəranda dəfn edilib.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əmrah Cəfərli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Əmrah Cəfərli ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Əmrah Dadaşov
Əmrah Nemət oğlu Dadaşov - Tarix elmləri doktoru, dekan müavini, Bakı Dövlət Universitetinin qədim dünya və orta əsrlər tarixi kafedrasının professoru. == Həyatı == 1939-cu ildə Bakının Balaxanı qəsəbəsində anadan olmuşdur.Qəsəbədəki 204 saylı orta məktəbi bitirmişdir 1960-1963-cü illərdə ordu sıralarında hərbi xidmət etmişdir 1973-cü ildə Azərbaycan Dövlət Universitetini (indiki Bakı Dövlət Universitetini) bitirib Namizədlik dissertasiyası – «Azərbaycan ərazisində paleometal dövründə əkinçilik istehsalı». 1986-cı il. Doktorluq dissertasiyası – «Azərbaycan ərazisində paleometal dövrü cəmiyyətlərinin əkinçilik-maldarlıq iqtisadiyyatı». 2004-cü il == Əmək fəaliyyəti == 1967-ci ildə Bakı Dövlət Universitetinin hərbi kafedrasında, 1968-ci ildən isə universitetin Tarix fakültəsi Ümumi tarix kafedrasında laborant, 1981-ci ildən indiyədək isə Qədim dünya və orta əsrlər tarixi kafedrasında işləyir Kafedranın professorudur Qədim Şərq və Antik tarix fənlərini tədris edir Magistraturada 2 problem üzrə kurs oxuyur 100-dən çox məqalənin, 3 monoqrafiyanın, üç kitabın müəllifidir Rektorluğun tərəfindən BDU-nun ictimai-siyasi həyatında fəal iştirak etdiyinə görə 9 dəfə təşəkkür almışdır == Tədqiqat sahəsi == Paleometal dövrü əkinçilik-maldarlıq iqtisadiyyatı BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI Azərbaycan Milli Elmlər Akademiyasında, Sankt-Peterburqda, Kiyevdə, Vülnüsdə, Tbilisidə və sairə yerlərdə keçirilən Beynəlxalq konfrans və simpoziumlarda iştirak etmişdir. == Seçilmiş əsərləri == «К вопросу об изучении остатков древних злаковых растений периода палеометалла Азербайджана», - Bakı Universitetinin Xəbərləri, 2003, №2 «Обзор скотоводческой экономики периода палеометалла», - Bakı Universitetinin Xəbərləri, 2003, №3. «Основные археологические источники по изучению древнего скотоводческого хозяйства Азербайджана».- Bakı Universitetinin Xəbərləri, 2003, №4. «Древнейшие земледельческие орудия в историографии Азербайджана» - Tarix və onun problemləri», 2003, №2 «Основные археологические источники по изучению древнего скотоводческого хозяйства Азербайджана» . – Bakı Universitetinin Xəbərləri, 2004, №1 «О проблемах возникновения ранних форм производства» - Bakı Universitetinin Xəbərləri, 2006, №4 == Kitablar == Земледельческое производство эпохи палеометалла на территории Азербайджана (тысячелетие до н.э.). Baku, 1991.
Behraz
Behraz (fars. بهراز‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Mərkəzi bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 685 nəfər yaşayır (235 ailə).
Hemera
Hemera (yun. Ήμέρα, mənası gün deməkdir) qədim yunan mifologiyasında və Hesiod teoqoniyasına görə günü tərənnüm edən Xaosdan sonra törənmiş ilk tanrılardan biri, Niks və Erebin qızı və Efirin bacısı. Titanomaxiya poemasına görə Hemera Geya-Yerin, Uran-Göyün, Pont-Dənizin, Tartar-Sonsuzluğun, Okean anasıdır.
Heyran
Heyran — Sevgi, məhəbbət deməkdir.
Herat
Herat (fars. هرات‎, q.türk Häri) — Əfqanıstanın qərbində Herat vilayətinin mərkəzi olan şəhər. == Tarixi == Heratın tarixi əntik mədəni müəlliflər tərəfindən rəvayət edilmişdir. Yunan tarixçi Herodot, Heratın Orta Asiyanın buğda ambarı olduğunu yazmışdır. E.ə. 330-cu il ətrafında şəhər Makedoniyalı İsgəndər tərəfindən alındı. Daha sonra isə şəhər Selevkilərin əlinə keçdi. E.ə. 167-ci ildə də şəhərə Parflar sahib oldu. Sasanilər (226-652) dövründə Ağ Hun imperiyası ilə Sasanilər arasında keçən savaşlarda Herat straeteji bir önəmə sahib idi.
Heriz
Heris və ya Heriz — İranın Şərqi Azərbaycan ostanının şəhərlərindən və Heris şəhristanının mərkəzidir. 2006-cı ilin siyahıyaalınması əsasında bu şəhər 9,513 nəfər və 2,359 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar. Şəhər həm bölgədə, həm də xaricdə öz gözəl Heris xalıları ilə tanınır. == Zəlzələlər == 2012-ci il tarixində baş verən zəlzələlər zamanı şəhərdə xeyli sayda insan həlak olmuşdur. == Heris xalçaları == Heriz Xalçaları dünya səviyyəli keyfiyyəti üçün tanınır və olduqca davamlı və dayanıqlıdır.
Herma
Herma (q.yun. ἔρμα — dirək, dayaq) — dördüzlü sütundan ibarət olan, başı və ya büstü bəzədilmiş xüsusi heykəl növü. Qədim Elladada herma yol və sərhəd nişanları, yollarda işarələr, fetişlər - yolların, sərhədlərin, darvazaların, eləcə də qəbir daşlarının işarəsi idi. Əvvəlcə onun üzərində yalnız qədim yunan tanrısı Hermes təsvir edilmişdir. Sonradan digər tanrılar və qəhrəmanlar da Herma üzərinə təsvir olunmağa başlandı. Qədim Romada hermalar sərhəd nişanələri kimi istifadə olunurdu. Hermaya ziyan vurmaq ağır küfr və günah hesab edilirdi. Eramızdan əvvəl 415-ci ildə Afinada kütləvi şəkildə dağıdılması Afina və Sparta arasındakı Peloponnes müharibəsinin bütün gedişatına təsir edən əhəmiyyətli nəticələrə səbəb oldu. Yeni və ən yeni dövrdə, herma antik dövrün ideyalarına söykənən klassik memarlıq üslubunun standart bir elementinə çevrilmişdir. == Herma antik dövrdə == === Mənşəyi və xarici görünüşü === Herma — başı və ya büstü bəzədilmiş dördüzlü sütundan ibarət xüsusi heykəl növüdür.
Yeraz
Ermənistan azərbaycanlıları (irəvanlı, yeraz, "qərbi azərbaycanlı") — Ermənistanda əsrlər boyu yaşamış azərbaycanlılar. Vaxtilə bir neçə yüz min nəfərdən ibarət olan Ermənistanın Azərbaycanlı icması (irəvanlı, yerevanlı, "qərbi azərbaycanlı") 1948–1991-ci illərdən bəri mövcud deyil. Həmin illər Ermənistan azərbaycanlıları Dağlıq Qarabağ münaqişəsi üzündən təzyiqə və təcavüzə məruz qalıb ölkəni tərk etməyə məcbur oldular. BMT-nin Qaçqınlar üzrə Ali Komissarı İdarəsinin məlumatına görə Ermənistanda hal-hazırda təxminən 30 nəfərdən bir neçə yüz nəfərə qədər azərbaycanlı yaşayır. Bunların çoxu əyalətdə yaşayan ermənilərlə ailə qurmuş azərbaycanlı qadınlar və həmçinin yaşlı və xəstə olduğuna görə Ermənistanı tərk edə bilməyən insanlardır. Bəyan edilir ki, onların əksəriyyəti ayrıseçkiliyə məruz qalmamaq üçün adlarını dəyişmiş və kimliyini gizli saxlamağa məcburdurlar.1828-ci ildən başlayıb 1948–1989-cu illərdə başa çatan "Türksüz Ermənistan" sityasəti sayəsində indiki Ermənistan ərazisində 605-dən çox kənd azərbaycanlılarsız qaldı. 1,5 milyondan çox azərbaycanlı öz doğma ocağından qaçmalı oldu. 500 mindən çox günahsız və silahsız soydaşımız qətlə yetirildi. Xankəndindən Ağbabaya, Qazaxdan Göyçəyədək Azərbaycanın 40 min km² ərazisi erməni qəsbkarları tərəfindən zəbt edildi. Erməni tarixçisi Leonun yazdığına görə Batum müqaviləsinə əsasən Ermənistanın ərazisi 8400 km² olmuşdur.
Herman Abert
Hermann Abert (alm. Hermann Abert‎; 25 mart 1871[…], Ştutqart – 13 avqust 1927[…], Ştutqart) — Almaniya musiqişünası. O, qədim və orta əsrlər musiqisi, opera tarixi üzrə tədqiqatlar aparmışdır. Abert Volfqanq Amadey Motsart haqqında monoqrafiyanın müəllifidir.
Herman Dils
Herman Aleksandr Dils (alm. Hermann Alexander Diels‎; 18 may 1848[…], Bibrix[d] – 4 iyun 1922[…]) — məşhur alman klassik filoloqu, antik dövr tarixçisi. Berlin Universitetinin professoru, 1905-1906-cı illərdə onun rektoru. Berlin Elmlər Akademiyasının fəal üzvü (1881). Rusiya Elmlər Akademiyasının xarici müxbir üzvü (07.12.1896) == Bioqrafiya == Bonn Universitetini bitirdikdən sonra Diels İtaliyaya elmi ezamiyyətə getmiş, burada Roma, Milan, Florensiya kitabxanalarında çalışmışdır. Qayıdandan sonra 1872-1877-ci illərdə. Əvvəlcə Flensburqda, sonra Hamburqda gimnaziyalarda dərs demişdir. 1877-ci ilin oktyabrından o, Aristotelin yazılarına yunan dilində şərhlər korpusunun nəşri komissiyasına (Prussiya Elmlər Akademiyasında) rəhbərlik edirdi). 1882-ci ildən qeyri-adi professor, 1886-cı ildən Berlin Universitetində klassik filologiya üzrə sıravi professor. 1905-1906-cı illərdə rektor olmuşdur.
Herman Ebbinqhauz
Herman Ebbinqhauz (alm. Hermann Ebbinghaus‎; 24 yanvar 1850[…], Barmen[d], Reyn əyaləti[d], Prussiya – 26 fevral 1909[…], Halle, Prussiya, Almaniya imperiyası) — alman psixoloqu, eksperimental psixologiyanın görkəmli nümayəndələrindən biri. Psixologiyaya təbiət elmi kimi baxan Ebbinqhauz onu fəlsəfədən ayırmağı vacib sayırdı. Ebbinqhauz psixiki hadisələri "psixofiziki parallelizm" mövqeyindən şərh etmişdir. Ali psixiki funksiyaların, xüsusi yaddaşın eksperimental təqtqiqinin əsasını qoymuş, əqli inkişaf dərəcəsini müəyyənləşdirmək üçün test işləyib hazırlamışdır.
Herman Görinq
Herman Görinq (alm. Hermann Wilhelm Göring‎; 12 yanvar 1893[…], Rozenxaym, Bavariya – 15 oktyabr 1946[…]) — Üçüncü Reyxin yeganə reyxsmarşalı (1940), alman siyasətçi, hərbçi və Nasional Sosialist Alman Fəhlə Partiyasının (NSDAP) rəhbər şəxslərindən biri. Herman Görinq Üçüncü Reyxin Hərbi Hava Qüvvələri olan Lüftvaffenin rəhbəri olmuşdur. 1943-cü ildə Polis və İqtisadiyyat Naziri vəzifələrində çalışan Görinq 1933-cü ildə alman gizli polisi olan Gestaponu yaratması ilə də məşhurdur. == Həyatı == Herman Gerinq I Dünya müharibəsində iştirak etməklə yanaşı, II Dünya Müharibəsinin də əsas fiqurlarından biri olub. Gerinqin Hollandiya müharibəsi və 1940-cı ildə Fransa müharibəsində əhəmiyyətli rolu olur. Fransanın məğlubiyyətindən sonra Hitler onu "Dəmir xaç" ordeni ilə mükafatlandırır. 1940-cı il iyulun 19-da Hitler fərman verərək Gerinqə "Reichsmarschall des Grossdeutschen Reiches" (Böyük Alman Marşalı) rütbəsi verir. Gerinq 1939-cu il sentyabrın 30-da "Cəngavər Dəmir Xaçı" medalına da layiq görülür. 1940–45-ci illərdə müharibənin iqtisadiyyatını idarə edib.
Herman Hesse
Herman Hesse (alm. Hermann Hesse‎; 2 iyul 1877[…] – 9 avqust 1962[…]) — alman-isveçrə yazıçısı, şairi və rəssamı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1946). == Həyatı == Alman yazıçısı, şair və publisist Herman Hesse Vürtemburqda, missioner ailəsində doğulmuşdu. Valideynləri uzun müddət Hindistanda xristianlığın yayılması ilə məşğul olmuşdular. Onlar Hermanın da ailə ənənəsini davam etdirərək missioner olmasını istəyirdilər. Gələcək yazıçı bu arzuya qarşı çıxmasa da, təhsil aldığı Latın məktəbində və protestant seminariyasında məhz valideynlərinin istəyini yerinə yetirmək baxımından heç bir parlaq nəticə göstərməmişdi. Seminariyadakı nizam-intizam qaydalarını mütəmadi şəkildə pozmağa başlayanda isə onu sərt qaydaları ilə seçilən bu təhsil ocağından yerli-dibli qovmuşdular. Bir müddət atasının dini kitablar çap edən nəşriyyatında işləmişdi. Sonrakı illərdə də müxtəlif peşələr dəyişmişdi. Nəhayət, 1895-ci ildə Tübingen universitetində kitab satışı ilə məşğul olmağa başlamışdı.
Herman Hollerit
Herman Hollerit (ing.
Herman Hot
Herman Hot (alm. Hermann Hoth‎; 12 aprel 1885, Noyruppin[d], Brandenburq – 25 yanvar 1971, Qoslar[d], Aşağı Saksoniya) — 1938-1941-ci illərdə alman hərb xadimi, general-polkovnik. Fransa və Şərq Cəbhəsindəki qələbələri ilə tanınaraq İkinci Dünya Müharibəsi kampaniyalarında iştirak etmişdir. Vermaxtın "Mərkəz" ordu qruplarının tərkibindəki 3-cü Tank qrupunun (1941-ci il iyunundan 1942-ci ilə qədər) və 4-cü Tank ordusunun (1942-ci ilin iyunundan 1943-cü ilin dekabrınadək) komandanl olmuşdur. Almaniya məğlub olduqdan sonra Nürnberq məhkəməsi tərəfindən mühakimə olunmuş və 15 il azadlıqdan məhrum edilmişdir.
Herman Melvill
Herman Melville (ing. Herman Melville), 1 avqust 1819[…], Manhetten, Nyu-York ştatı[…] – 28 sentyabr 1891[…], Nyu-York, Nyu-York ştatı[…]) — ABŞ yazıçısı, şair. == Həyatı == Herman Melvill 1 Avqustda 1819-cu ildə Nyu-Yorkda anadan olmuşdur. Onun birinci iki kitabı çox diqqəti əldə etdi, baxmayaraq ki onlar bestsellerlər deyildilər və onun məşhurluğu yalnız bir neçə ildən sonra, əsasən də "Moby Dik" romanından sonra başladı. Ömrünün son illərində o demək olar ki, tamamilə unudulmuşdu. Herman Melvill 28 sentyabr, 1891-ci ildə vəfat edib. Onun 20-dən çox romanı dünya dillərinə tərcümə olunmuşdur. Bir Amerikan ədəbiyyat klassiki qəbul edilən Mobi Dik adlı tanınmış əsərin müəllifidir. Uzun illər boyu unudulmuş bir yazıçı olaraq qalmış,1920-ci ildə yenidən kəşf edilib böyük bir yazıçı kimi tanınmışdır. Amerikan ədəbiyyatının klassiklərindən olan "Mobi Dik" əsərinin yazıçısı məhz Herman Mervil olmuşdur.
Herman Mervil
Herman Melville (ing. Herman Melville), 1 avqust 1819[…], Manhetten, Nyu-York ştatı[…] – 28 sentyabr 1891[…], Nyu-York, Nyu-York ştatı[…]) — ABŞ yazıçısı, şair. == Həyatı == Herman Melvill 1 Avqustda 1819-cu ildə Nyu-Yorkda anadan olmuşdur. Onun birinci iki kitabı çox diqqəti əldə etdi, baxmayaraq ki onlar bestsellerlər deyildilər və onun məşhurluğu yalnız bir neçə ildən sonra, əsasən də "Moby Dik" romanından sonra başladı. Ömrünün son illərində o demək olar ki, tamamilə unudulmuşdu. Herman Melvill 28 sentyabr, 1891-ci ildə vəfat edib. Onun 20-dən çox romanı dünya dillərinə tərcümə olunmuşdur. Bir Amerikan ədəbiyyat klassiki qəbul edilən Mobi Dik adlı tanınmış əsərin müəllifidir. Uzun illər boyu unudulmuş bir yazıçı olaraq qalmış,1920-ci ildə yenidən kəşf edilib böyük bir yazıçı kimi tanınmışdır. Amerikan ədəbiyyatının klassiklərindən olan "Mobi Dik" əsərinin yazıçısı məhz Herman Mervil olmuşdur.
Herman Minkovski
Herman Minkovski (ing. Hermann Minkowski; 22 iyun 1864[…], Aleksotas[d] və ya Kaunas – 12 yanvar 1909[…], Göttingen) — Alman riyaziyyatçısı və fizikidir; həndəsəyə, ədədlər nəzəriyyəsində həndəsi üsullara, riyazi fizikaya hidrodinamikaya aid əsərlərin müəllifidir; xüsusi nisbilik nəzəriyyəsinin kinematikasının həndəsi şərhini vermişdir (Minkovski fəzası). == Həyatı == Herman Minkovski 1864-cü ildə doğulub. 1909-cu ildə vəfat edib.