Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Çıxartmaq
Çıxartmaq – 1. müəyyən seçim qaydalarına əməl etməklə hər hansı böyük qrupdan sistemli olaraq elementlərin uzaqlaşdırılması və ya onların təkrarlanması. Proqramlaşdırmada çıxatmaq dedikdə, hansı simvolların uzaqlaşdırılmasını, hansıların isə saxlanmasını müəyyənləşdirən maskadan (şablondan) istifadə etməklə bir simvollar yığınından başqa birinin alınması nəzərdə tutulur. 2. Disketin və ya bənzər yaddasaxlama qurğusunun kompüterdən uzaqlaşdırılması. 3. Disketin, CompactFlash kartın, yaxud başqa yaddasaxlama qurğusunun uzaqlaşdırılması haqqında kompüterə göstəriş vermək. Eject əməli kompüterə verilənlərin qurğuya yazılmasını dərhal dayandırmağı bildirir. Bu zaman qurğu daşıyıcını fiziki olaraq çıxarda da bilər, çıxartmaya da. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 253 s.
Günah çıxarma
Günah çıxarma (Barışma, etiraf) — Xristianlıqda, tövbəkarların günahlarını bir din adamının qarşısında etiraf edərək bağışlanması. == Günah çıxarma == Günah çıxarma nədir nədir? Televiziyada gördüyümüz kimi etiraf, bütün xristianların tətbiq etdiyi bir tətbiqdirmi? Bunun məqsədi nədir? Müqəddəs Kitaba yəni Qurani Kərimə görə günahları bağışlamaq yalnız Allahın işidir. Xristianlıqda günahları etiraf etmə prinsipinin Katolik Kilsəsi tərəfindən təsis edildiyini, yəni müəyyən forma şərtlərinə bağlı olduğunu bildirir. Fərqli olmasına baxmayaraq, bu etiraf institutu pravoslav və protestant məzhəblərində də baş verir. Protestantlar bunu "Tövbə və günahların bağışlanması" adlandırırlar. Allaha günahlarını etiraf etmək və Allahdan bağışlanmasını istəmək lazımdır. Ancaq qırdığımız və ya incitdiyimiz biri varsa, günahkar hərəkətlərimizi Allaha etiraf edərək bağışlanma diləmək kifayət deyil.
İnformasiya çıxarma
İnformasiya çıxarma (ing. information extraction, rus. извлечение информации, türk. bilgi çıkarma) – təbii (insan) dildə yazılmış sənədlərdən tanınabilən informasiyanın kompüter vasitəsilə çıxardılmasından ibarət hərəkət; məsələn, ingilis dilində hava haqqında məlumatı oxuyub, tarix və temperaturlar cədvəlinin qurulması. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Ağızdan alov çıxarma
Ağızdan alov çıxarma — alov üzərində tez alışan maddə tökməklə yaranan şou xarakterli hərəkət. Alov adətən düz istiqamətdə və ya qol boyu çıxarılır. Ağızdan alov çıxarma sənətinin Hindistanda yarandığı ehtimal olunur.
Abşeronneft Neft-Qaz Çıxarma İdarəsi
Abşeronneft Neft-Qaz Çıxarma İdarəsi — SOCAR "Azneft" İstehsalat Birliyinin neft və qaz çıxarma idarəsi. == Ümumi məlumat == Azərbaycanın neft sənayesi tarixində Pirallahı neftçilərinin, "Abşeronneft" NQÇİ-nin özüllərində yeni paylayıcı qurğular istismara verilməsində özünəməxsus yeri vardır. Pirallahı adasında eyniadlı yatağın əsasında 1936-cı ildə "Abşeronneft" NQÇİ yaradılmışdır. Ancaq burada neft hasilatının tarixi daha qədim dövrdən başlayır. == Tarixi == === XIX əsr === 1861-ci ildə Pirallahı adasında Azərbaycanda ilk dəfə olaraq Almaniyadan gəlmiş əcnəbi əczaçı Vitte tərəfindən kiçik neftayırma-parafin zavodu tikilmiş, orada kerosin və şam istehsal edilməyə başlanmışdır. Qeyd etmək lazımdır ki, bu zavodda xammal kimi adada olan qır və neftdən istifadə edilmişdir. Ümumiyyətlə, Pirallahı adasının yeraltı sərvətləri haqqında ilk geoloji məlumatı 1861-ci ildə akademik Q. Abix vermişdir. O sübut etmişdir ki, adada zəngin neft ehtiyatı vardır. Bundan əlavə, geoloqlar Arxipov, Kraft və Sulukidzenin göstərdiyinə görə Pirallahı adasında hələ 1870-ci ildə neft istismar quyusu olmuşdur. Bu barədə tanınmış geoloq M. V. Abramoviç 1926-cı ildə "Azərbaycan Neft Təsərrüfatı" jurnalında belə yazırdı: "Geoloqlar Sulukidze, Kraft, və Arxipov deyirdilər ki, onlar 1870-ci ildə Pirallahı adasında işləyərkən orada dərinliyi 132 m olan quyudan neft çıxarılırdı." Təəssüf ki, bu quyunun nə vaxt qazıldığı məlum deyil.
Çaxartaq
Çaxartaq (fars. چهارطاق‎) qübbəli və dörd tərəfində dörd tağlı kub formasında bir tikilidir. Sasanilər dövründə (III-VII əsrlər) meydana gəlmişdir. Çaxartağın prototipi hələ günbəzi olmayan tetrapilon ola bilər. Çaxartaq kəsilmiş daşdan tikilib və üstü suvaqla örtülmüşdür. Başlanğıcda Zərdüşt ibadətgahları çaxartaq şəklində idi; daha sonra İslam memarlığı çaxartaq məscid və məqbərələrin inşası üçün uyğunlaşdırmışdır. Xüsusilə İsfahan məscidinin təməli, kubik formadan yarım kürə günbəz formasına keçidin trompetin köməyi ilə əldə edildiyi çaxartaq formasında idi.
Normandiya çıxarması
Normandiya əməliyyatı - kod adı Overlord əməliyyatı olan və İkinci dünya müharibəsinin ən əsas desant çıxarma əməliyyatı olmuşdur. Əməliyyat çərşənbə axşamı, 6 iyun, 1944-cü il Britaniya vaxtı ilə saat 6:30-da həyata keçirilmişdi. Əməliyyatda Amerika Birləşmiş Ştatları və Böyük Britaniya tərəfindən həyata keçirilmiş idi.Bu əməliyyat iyun-sentyabr aylarında olmuş və alman hərbi qüvvələrinin Fransanın daxilinə çəkilməsi ilə nəticələnmişdir Çıxarmalar əsasən 2 istiqamətdə həyata keçirilməli idi. Birinci istiqamət müttəfiqlərə məxsus bombardman təyyarələri vasitəsilə Fransanın sahilyanı ərazilərinin bombardman edilməsi və daha sonra 24000 nəfərlik ABŞ, İngilis və Kanada hava desant qoşunun Fransa sahilinə atılmasını təşkil etməli idi. İkinci istiqamət isə ümumi sayı 160000(73000 amerikalı, 61715 ingilis və 21400 kanadalı) olan dəniz desantını Normandiya sahillərinə çıxartmaqdan ibarət olmuşdu. Bundan əlavə ABŞ-Böyük Britaniya ordularının tərkibində 195700 nəfərlik hərbi dəniz qoşunları heyəti və 5000 dənə hərbi gəmilər də var idi. Üçüncü Reyxin tabeçiliyində isə 10000 nəfərlik hərbi qüvvə və əlavə olaraq Atlantika divarı adlı müdafiə-istehkam mövqeləri də var idi. Almaniyanı(Üçüncü Reyx)hərbi qüvvəsi:380.000(23 iyul) Müttəfiq dövlətlərin(Antihitler koalisiyası) hərbi qüvvəsi:1.332.000(24 iyul) Almaniya (Üçüncü Reyx):4.000-9.000 arasında ölü, yaralı və əsir. Müttəfiq ölkələr: 1)ABŞ:1465 ölü,5138 yaralı, əsir və itkin 2) Böyük Britaniya:2700 ölü,yaralı və əsir 3) Kanada:500ölü,621 yaralı Müttəfiq dövlətlərin(Antihitler koalisiyası) cəmi itkisi:10.264 ölü,yaralı,itkin,əsir. 1943-cü ilin əvvəllərində Stalinqrad cəbhəsində ən ağır məğlubiyyətini alan və bunun ardınca Kursk uğrunda gedən döyüşlərdə də uduzan Almaniya artıq ən ağır günlərini yaşamaqda idi.
Anal qarmaq
Anal qarmaq - anal cinsi əlaqə və ya digər cinsi fəaliyyətlər üçün istifadə olunan, görünüşcə balıq qarmağına bənzəyən seks oyuncağı. Anal qarmaqlar daha çox paslanmaz poladdan hazırlansa da, müxtəlif materiallardan hazırlana bilər. Anal qarmağın dizaynı adətən bir ucunda metal top, digər tərəfində halqa olan əyri çubuqdur. Dildolar və anal muncuqlar kimi penetrasiya üçün nəzərdə tutulmuş digər oyuncaqlardan fərqli olaraq anal qarmaqlar daha sərt materiallardan hazırlandıqları üçün doğru istifadə olunmadıqları təqdirdə ciddi yaralanmalara səbəb ola bilər.
Qaranlıqdan çıxmaq
"Qaranlıqdan çıxmaq" (ivr. ‏עלטה‏‎, ərəb. ظلام‎, ing. Out in the Dark) — israilli rejissor Mixael Mayerin 2012-ci ildə, dram janrında çəkilmiş filmi. Filmin təqdimatı ilk dəfə Toronto Film festivalında, 2012-ci ilin sentyabr ayında baş tutmuşdu. İsrail kinoteatrlarında film seyircilərə 28 fevral 2013-cü ildə təqdim olunmuşdu. Bu, İsraildə anadan olmuş və hal-hazırda Los Ancelesdə yaşayan rejissor Mixael Mayerin ilk tammetrajlı debüt filmi hesab olunur. Baş rolda Nikolas Yakob (Nimr Məşravi obrazında) və Mixael Aloni (Roy Şefer obrazında) oynamışdırlar. 96 dəqiqə davam edən dram filmi, İsrail-Fələstin münaqişəsinin müxtəlif tərəflərindən olan iki homoseksual kişi arasında baş vermiş romantik əlqələrdən bəhz edir. Nimr xaricdə təqaüd almaq arzusunda olan iddialı Fələstinli psixologiya tələbəsidir.
Pornoqrafiyaya qarşı çıxmaq
Pornoqrafiyaya qarşı çıxma səbəbləri arasında dini etirazlar, feminist narahatlıqlar və pornoqrafiya asılılığı kimi zərərli təsirlərin sübutları var. Əksər dünya dinlərinin müxtəlif səbəblərdən pornoqrafiyaya qarşı mövqeləri var. Bütün fəqih və din alimlərinə görə, əxlaqsız şəkillərə və təhrikedici və şəhvətsevərlərə baxmaq qadağandır. Quran 24: 30 -da buyurulur: "Tanınan kişilərə de ki, gözlərini aşağı salsınlar və eyblərini qorusunlar, çünki bu onlar üçün daha təmizdir. Allah nə etdiklərinizdən xəbərdardır." Bəzi feministlər, qadınları istismar edən və qadınlara qarşı zorakılığın ortağı olan bir sahə olduğunu iddia edərək, pornoqrafiyaya qarşı çıxırlar. 1982 -ci ildə Zillman tərəfindən edilən bir araşdırma, pornoqrafiyaya uzun müddət məruz qalmağın həm kişiləri, həm də qadınları cinsi şiddət qurbanlarına qarşı həssaslaşdırdığını göstərdi. Zillman kimi bəzi tədqiqatçılar, pornoqrafiyanın cinsi təcavüz nisbətlərini artıraraq cəmiyyətə birmənalı ziyan vurduğuna inanırlar.
Dənizə Çıxmaq Qorxuludur (1973)
== Məzmun == Kinolentdə 1919-cu ildə Rusiyaya lazım olan yanacağı Bakıdan Həştərxana dəniz yolu ilə, həm də gizlin şəkildə çatdıran xüsusi dəniz ekspedisiyasının fəaliyyətindən bəhs olunur. == Film haqqında == Film yazıçı Hüseyn Abbaszadənin eyniadlı hekayəsinin motivləri əsasında çəkilmişdir. == Filmin heyəti == === Filmin üzərində işləyənlər === Əsərin müəllifi: Hüseyn Abbaszadə Quruluşçu rejissor: Ənvər Əbluc Ssenari müəllifi: Vera Qonçarova, Ramiz Fətəliyev, Ənvər Əbluc Quruluşçu operator: Fəraməz Məmmədov Quruluşçu rəssam: Elbəy Rzaquliyev Bəstəkar: Xəyyam Mirzəzadə Səs operatoru: Kamal Seyidov === Rollarda === Sadıq Həsənzadə — Ələsgər Rauf Qəniyev — Murtuz Fərhad İsrafilov — Novruz Anatoli Falkoviç — ingilis zabiti A.Firsov — ağqvardiyaçı === Filmi səsləndirənlər === Yusif Vəliyev — Ələsgər (Sadıq Həsənzadə) (titrlərdə yoxdur) Həsən Əbluc — Murtuz (Rauf Qəniyev) (titrlərdə yoxdur) == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 220; 310.
Dənizə çıxmaq qorxuludur (film, 1973)
== Məzmun == Kinolentdə 1919-cu ildə Rusiyaya lazım olan yanacağı Bakıdan Həştərxana dəniz yolu ilə, həm də gizlin şəkildə çatdıran xüsusi dəniz ekspedisiyasının fəaliyyətindən bəhs olunur. == Film haqqında == Film yazıçı Hüseyn Abbaszadənin eyniadlı hekayəsinin motivləri əsasında çəkilmişdir. == Filmin heyəti == === Filmin üzərində işləyənlər === Əsərin müəllifi: Hüseyn Abbaszadə Quruluşçu rejissor: Ənvər Əbluc Ssenari müəllifi: Vera Qonçarova, Ramiz Fətəliyev, Ənvər Əbluc Quruluşçu operator: Fəraməz Məmmədov Quruluşçu rəssam: Elbəy Rzaquliyev Bəstəkar: Xəyyam Mirzəzadə Səs operatoru: Kamal Seyidov === Rollarda === Sadıq Həsənzadə — Ələsgər Rauf Qəniyev — Murtuz Fərhad İsrafilov — Novruz Anatoli Falkoviç — ingilis zabiti A.Firsov — ağqvardiyaçı === Filmi səsləndirənlər === Yusif Vəliyev — Ələsgər (Sadıq Həsənzadə) (titrlərdə yoxdur) Həsən Əbluc — Murtuz (Rauf Qəniyev) (titrlərdə yoxdur) == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 220; 310.
Gözparaq
Gözbarax — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == 2012-ci ilin may ayında baş vermiş 7 ballıq zəlzələnin episentiri Gözbarax və Qax rayonunun Güllük kəndi olmuşdur. Bu zəlzələ zamanı Gözbarax kəndinə ciddi ziyan dəymiş, yaşayış evləri və ictimai iaşə obyektləri yararsız vəziyyətə düşmüşdür. == Coğrafiyası və iqlimi == Gözbarax kəndi, rayon mərkəzindən 16 km şərqdə yerləşir. Şərq tərəfdən Suvagil, şimaldan Çobankol və Zəyəm, cənubdan Qax rayonunun Gullük kəndləri, şimal-qərb tərəfdən isə Böyuk Qafqaz sıra dağlari boyunca Rusiya Federasiyası ilə həmsərhəddir. Kəndin ərazisi 278 hektardır. Kənd 8 obadan ibarətdir. Kənddə 1 üçmərtəbəli müasir orta məktəb, uşaq baxçası, həkim məntəqəsi, mədəniyyət evi, məscid, 2 hücrə, futbol meydançası vardır == Əhalisi == Əhalisi 1854 nəfər əsasən Saxurlardır. Əhalinin əsas məşğuliyyəti taxılçılıq, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır. Dini mənsubiyyəti sünni müsəlmandırlar.
Hendaye
Hendaye (bask: Hendaia) Fransanın kommunası və eyni zamanda da ən cənub-qərb şəhəridir. O, Atlantik Pireney departamentinin Lapurdi (Labourd) əyalətinin Fransa İparraldasında (Şimali Bask ölkəsi) yerləşir. Qəsəbə Atlantik okeanı sahilində yerləşən məşhur dənizkənarı turizm kurortudur. Hal-hazırda bu ərazi, Atlantik Pireney departamentinin beşinci ən böyük kommunası və eyni zamanda da dördüncü şəhər ərazisidir. 1940-cı ildə Ramon Serrano Suner, Fransisko Franko, Adolf Hitler və İoahim fon Ribbentrop İkinci Dünya müharibəsində İspaniyanın da (Almaniya işğalı altında olan Fransanın müharibəyə qoşulmasından sonra) iştirakını müzakirə etmək üçün Hendaye qatar stansiyasında görüşmüşdürlər, lakin Fransisko Franko ölkəsinin müharibədə iştirakına qarşı çıxmış və beləliklə də danışıqlarda heç bir nəticə əldə edilməmişdir.
Məqamə
Məqamə (ərəb. مقامة, cəmdə: مقامات (məqamat), hərfi mənada "məclislər") — "saj" kimi tanınan ərəb qafiyəli nəsrin şeir intervalları ilə növbələşdiyi ərəb prozimetrik ədəbi janrdır. XIII–XIV əsrlərə aid məqamatın yalnız on bir təsvirli variantı günümüzə qədər gəlib çatmışdır. Onlardan dördü hazırda Londondakı Britaniya Kitabxanasında, üçü isə Parisdə Fransa Milli Kitabxanasındadır. Bir nüsxəsi aşağıdakı kitabxanalardadır: Oksforddakı Bodleian Kitabxanası, İstanbuldakı Süleymaniyyə Kitabxanası, Vyanadakı Avstriya Milli Kitabxanası və Sankt-Peterburqdakı Rusiya Elmlər Akademiyası. Məqamatların bu əlyazmaları, ehtimal ki, Bağdad, Qahirə və Şam kimi şəhərlərdə ixtisaslaşmış kitab bazarları üçün yaradılmış və təsvir edilmişdir, heç bir xüsusi himayədar üçün deyil. Bu əlyazmaların auditoriyasını zadəganlar və ya alimlər kimi elit və savadlı təbəqələr təşkil edirdi, çünki məqamat əsasən əlyazma illüstrasiyalarından daha çox incə poeziyası və dil seçimi ilə təqdir edilir və qiymətləndirilirdi. Əl-Həririnin Məqamatı, həmçinin Şeferin Məqamatı adlanır, əl-Vasiti tərəfindən təsvir edilmişdir və ən çox illüstrasiyanı ehtiva edir və eyni zamanda alimlər tərəfindən ən çox öyrənilmişdir. Bu sözün janr etiketi kimi istifadəsinin mənşəyi müzakirə olunur. Məqamə sözünün mənası "adamın dik durduğu yer" və buna görə də hər an olduğu yerdən gəlir.
Genqam FK
«Genqam» (fr. En Avant de Guingamp, bret. War-raok Gwengamp,EA Guingamp, EAG və ya Guingamp (fransız: [ɡɛ̃ɡɑ̃])) — Fransanın Bretan bölgəsində Qenqam şəhərini təmsil edən futbol klubu.1912-ci ildə əsası qoyulmuşdur. Hal-hazırda Liqa 1-də çıxış edir.
Qenqam FK
«Genqam» (fr. En Avant de Guingamp, bret. War-raok Gwengamp,EA Guingamp, EAG və ya Guingamp (fransız: [ɡɛ̃ɡɑ̃])) — Fransanın Bretan bölgəsində Qenqam şəhərini təmsil edən futbol klubu.1912-ci ildə əsası qoyulmuşdur. Hal-hazırda Liqa 1-də çıxış edir.
Senecio helgae
Senecio helgae (lat. Senecio helgae) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.