QIZARMAQ

f.
1. Çox qızmaqdan qırmızı rəng almaq, közərmək. Dəmir ocaqda qızardı.
2. Şiddətli od üstündə tavada və s.-də qırmızı oluncaya qədər qovrulub bişmək. Ət qızarmışdır.
– Təndirin bir tərəfi dolmamış, o biri tərəfdə çörək qızarır, köpürdü… Mir Cəlal.

3. Qırmızı olmaq, qırmızılaşmaq, qırmızı rəng almaq, allanmaq. Şaxtadan yanaqları qızarmışdır. Ağlamaqdan (tüstüdən və s.-dən) gözləri qızarmaq. – [Fərhad:] …Gözlərim ağrıyır.
Onun üçün bir az qızarıb. Ə.Haqverdiyev.
[Gəlinin] yanaqları alma kimi qızarmışdır. Çəmənzəminli.
Al geyib, qızarıb yenə üfüqlər; Bir azdan gözünü açacaq səhər. S.Vurğun.

4. Yetişmək, dəymək (meyvələr haqqında). Narlar, zoğallar qızarmağa başlamışdır. Almalar lap qızarıbdır.
– Çöllərdə qızararkən şehli moruq kolları; Ha getdimsə uzandı qədim Şirvan yolları. Ə.Cəmil.

5. Uzaqdan görünmək (qırmızı şey və işıq haqqında). Yaşıllıq arasında kəndin kirəmit damları qızarır. Taxıl əkininin içində lalələr qızarır.
6. məc. Utanmaq, xəcalət çəkmək. Sənin yerinə mən qızarmalıyam.
– Məmməd Həsən əmi lap karıxdı, … sonra qızara-qızara (z.) üzünü tutdu atlıya. C.Məmmədquluzadə.
Ara-sıra uşaqlar analarına baxıb, bir də qonaqlarına baxıb qızarırdılar. M.S.Ordubadi.

// Xəcalətindən qan üzünə vurub yanağı qırmızı olmaq, rəng verib rəng almaq (bəzən təşbehlərlə işlənir). Ruqiyyə mətləbi anladı, ətrafa baxdı, bir kəs yox idi.
Dan şəfəqi kimi qızardı. A.Divanbəyoğlu.

// Acıqdan, hirsdən üzünün rəngi dəyişib qırmızılaşmaq.
Sərdar Rəşidin üzü qızarır və yenə də ağarırdı. M.S.Ordubadi.

◊ Qızarıb-bozarmaq – xəcalətdən və ya acıqdan rəng verib rəng almaq.
[Məmməd] güldükcə Əli əmniyyəbaşı qızarıb-bozarırdı. M.İbrahimov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • QIZARMAQ 1. QIZARMAQ, ALLANMAQ, QIRMIZILAŞMAQ 2. qızarmaq bax utanmaq
  • QIZARMAQ utanmaq — arlanmaq
  • QIZARMAQ közərmək
  • QIZARMAQ bişmək
  • QIZARMAQ yetişmək — dəymək
  • QIZARMAQ allanmaq

Antonimlər (əks mənalı sözlər)

  • QIZARMAQ QIZARMAQ – AĞARMAQ Günəş üfüqdə yandı; Qızardı yavaş-yavaş (M.Müşfiq); Hamıdan gec yatıb qalxdınız erkən; Ağardı dan yeri gözlərinizdə (B

Etimologiya

  • QIZARMAQ Kök qırdır (r-z əvəzlənməsi baş verib), qırmızı sözündə qır hələ də qalır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
QIZARMA
QIZARMIŞ

Digər lüğətlərdə

а́х ты да́льний дымо́чек крои́ть нахра́пистый не по-взро́слому опера́нд ошиба́ть перевева́ть поэтизи́ровать проде́рзостный семиле́тка стрелово́й чернозём по первое число́ задать, получить и т.п. прилега́ть шпилево́й тарбазин explicit hurricane deck keypunch steeplechaser think-tank viciousness снегоочиститель