Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Azərbaycan xanları
Azərbaycan xanlarının siyahısı — Azərbaycan xanlıqlarını XVIII əsrin 40-cı illərindən 1929-cu ilə qədər idarə etmiş xanlar.
Krım xanları
Krım xanlarının siyahısı, 1441-1783-cü illərdə mövcud olmuş Krım xanlığını idarə edən və xan titulu daşıyan şəxslərin siyahısıdır. == Siyahı == Bəzi mənbələrdə xatırlanan Şahbaz Gəray (1787-1789) və Bəxt Gərayın (1789-1792), 1783-cü ildə Rusiya tərəfindən işğal edilmiş Kırım xanlığını idarə etməkləri cədvəldə göstərilmir.
Qadın haqları
Qadın hüquqları — Bütün dünyada qadın və qız uşaqlarının sahib olduğu sosyoiqtisadi, siyasi və qanuni hüquqların məcmusuna verilən ad. Qadın hüquqları XIX əsrdə Avropadakı qadın hərəkatının və XX əsrdə baş verən feminizm hərəkatının təməli hesab olunur. Bəzi ölkələrdə bu hüquqlar qanunlara, yerli adət və ənənələrə görə özəlləşdirilsə də, digər bir qrup ölkələrdə isə ümumiyyətlə sayılmır. Ümumi insan və vətəndaş hüquqları kontekstində qadın hüquqlarının xüsusi vurğulanması təbii-fizioloji və sosial əsaslara malikdir. Təbii-fizioloji əsas bioloji varlıq kimi qadının xüsusiyyətləri, sosial əsas isə qadının cəmiyyətdə və ictimai-siyasi proseslərdə rolu və tarixən kişilərə münasibətdə daha az müdafiə edilən olmasıdır. Qadın hüquqları anlayışına daxil edilən hüquqlar: fiziki bütünlük və müstəqillik, cinsi zorakılıqdan uzaq olmaq, qanuni müqavilələrə daxil edilmək, ailədaxili hüquqda bərabər hüquqlara sahib olmaq, ədalətli və ya bərabər əmək haqqı, reproduktiv hüquqlara sahib olmaq, əmlak sahibi olmaq, təhsil almaq. == Tarixi == === Qədim dövr === ==== Mesopotamiya ==== E.ə 3500-cü illərdə Mesopotamiyada yaşayan şumerlər öz dövrlərinə görə parlaq bir mədəniyyət yarada bilmişdilər. Mixi yazılardan istifadə edən şumerlər yazılı hüquqa sahib ilk xalqlardan sayılırlar. Bu hüquqa əsasən qız və oğaln uşaqları miras baxımından bərabər hüquqlara malik idilər. Qədim Şumerdə qadınlar əmlak ala, özəlləşdirə, sata və miras ala bilərdilər.
İnsan Haqları
İnsan hüquqları və ya İnsan haqları — insanların malik olmağa haqqı olduğu əsas hüquqlar və azadlıqlar". İnsan haqlarının əsas məğzi ondan ibarətdir ki, bütün insanlar eyni hüquqa malik olmalıdırlar və bu hüquqlar izahata ehtiyac duyulmadan hər kəsə aid edilir. Hər kəsin doğulduğu andan toxunulmaz, ayrılmaz hüquqları və azadlıqları vardır. Bu hüquq və azadlıqlar şəxsin cəmiyyət və digər şəxslər qarşısında məsuliyyətini və vəzifələrini əhatə edir. Vətəndaşın hüquqları şəxsin müəyyən dövlətə məxsusluğu ilə bağlıdır. Onlar dövlət tərəfindən müdafiə olunur. İnsan hüquqları hakimiyyət üzərində nəzarət vasitəsi kimi insan hüquqları ilə müəyyən olunan azadlıq həddini keçməməli olan dövlətin qeyri-məhdud hakimiyyətinin məhdudlaşdırıcısıdır. İnsan hüquqları institutu məzmun etibarilə müxtəlif, eyni statusa sahib olmayan hüquqları tədqiq edir və qoruyur. Lakin, mülkiyyət hüququ təbii və əsaslı hüquq olduğu halda, konkret bir həyat tərzi ətrafında birləşməyi təmin edən həmrəylik hüquqlarının mahiyyəti hələ tam aydınlığa qovuşmayıb. Habelə insan hüquqları institutu mənbə etibarilə, beynəlxalq sənədlərə söykəndiyi kimi, milli qanunvericilik müddəalarına da əsaslanır.
İsmin halları
İsmin hallanması — isimlərin əlaqəyə girdiyi sözlərin tələbi ilə formaca dəyişməsinə deyilir. İsimlərin cümlədə asılı olduğu sözlərin tələbi ilə formaca dəyişməsi, yəni müəyyən qrammatik şəkilçilər qəbul etmiş formasıdır. Azərbaycan dilində ismin altı halı var: Adlıq hal, Yiyəlik hal, Yönlük hal, Təsirlik hal, Yerlik hal, Çıxışlıq hal Adlıq hal: Bu hal başlıca olaraq, subyekt halı olub, şəxs, əşya, hadisə və s.-in adını bildirir. Morfoloji əlaməti yoxdur. Isimlər lüğətlərdə adlıq halda verilir. Bu halda olan isím kim? nə? hara?suallarından birinə cavab verir. Adlıq halda olan isimlər cümlədə, əsasən, dörd mövqedə işlənir: 1) mübtəda: İnsan yer üzünün əşrəfidir. 2) xəbər: Yer üzünün əşrəfi insandır.
Anadolu Hasarı
Anadolu Qalası (Gözəl Qala olaraq da tanınır) — İstanbulun Anadoluhasarı səmtində, Gögsü Dərəsinin İstanbul Boğazına töküldüyü yerdədir. Anadolu Qalası, 7.000 kvadratmetrlik sahə üzərində, Boğazın ən dar nöqtəsi olan 660 metr məsafədəki bölgəsinə 1395-ci ildə, İldırım Bəyazid tərəfindən inşa edilmişdir. Cenevizlilər, Bizansla birlik olub Qara Dənizdə (Göz, Quba və Amasra-da) koloniyalar qurmuşdular. Bu səbəblə, Boğaz keçidi Cenevizlilər üçün həyati əhəmiyyət daşıyırdı. Eyni vəziyyət Osmanlılar üçün də mövcud idi. Qarşı sahildə, İstanbulun Avropa səmtində yerləşən Rumeli Qala isə, 1451-1452-ci illər arasında II Mehmet tərəfindən bu xarici ölkələrin gəmilərinin keçidlərini nəzarətdə saxlamaq məqsədilə inşa etdirilib. II Mehmed, Rumeli Qalasını tikərkən bu qalaya kənar qala divarlar birləşdirmişdir. Anadolu Qala, daxili və xarici qala ilə bu qalaların qala divarlarından ibarətdir. İç qala düzbucaq şəkilli dörd mərtəbəli bir qüllədir. İlk tikilişində bir giriş qapısı olmadığı üçün, qülləyə iç qala divarlarına uzanan bir asma körpüdən girilirdi.
Banarı (Dəram)
Banarı (az.-əbcəd بانارێ‎, fars. بنارود‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Mərkəzi bəxşinin Dəram qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 38 nəfər yaşayır (15 ailə).
Divar hanası
Divar hanası (toxucu dəzgah) — Şaquli istiqamətdə, yuxarı hissəsi divara, aşağı hissəsi döşəməyə dayanan, xalça toxumaq üçün istifadə edilən toxucu dəzgahQədim zamanlardan bizim günlərə qədər əllə toxunan xalçaları hana adlanan sadə dəzgahlarda toxuyurdular. Hana, paralel və əks tərəfləri olan dördbucaqlı şəklində toxucu dəzgahdır. Hananın iki növü mövcuddur; yer hanası və divar hanası. Divar hanası aşağıdakı əsas hissələrdən ibarət olur: Qollar (2 ədəd); Oxlar (2 ədəd); Yan ağacları (2 ədəd); Vərəngalan (1ədəd); Vərəngalanın uzunluğu oxların qollar arasındakı uzunluğuna bərabər olmalıdır Çubuq (2 ədəd); Çubuqlar oxların qollar arasındakı uzunluğuna bərabər olmalıdır. Küjü ağacı (1ədəd);Əvvəlcə üfiqi dəzgahlar olan yer hanasından istifadə olunurdu. Yer hanası təkmilləşmiş və zaman keçdikcə şaquli şəklə salınaraq divar hanası adlanan toxucu dəzgah şəklinə düşmüşdür. Şaquli toxucu dəzgah olan divar hanası əriş saplarla dartılmış dördbucaqlı taxta çərçivədir. Toxucu dəzgzah olan hana ustalara təsvirin xətləri və rəngləri ilə çevik işləmək imkanı verir. Hər bir hana ensiz hamar çubuq ilə təchiz olunmuşdur. Arğac ipliyin keçirilməsi üçün əriş saplarda boşluğun yaradılması bu çubuq vasitəsilə həyata keçitrilir.
Qiyamət anbarı
Qiyamət anbarı — "Qlobal Toxum Anbarı" layihəsidir. Anbarda dünyadakı bütün bitki toxumlarından var. Bill Qeyts də daxil olmaqla dünyanın bütün zənginlərinin uzun illərdir ki, dağın altında anbar yaratdıqları ortaya çıxıb. "Qlobal Toxum Anbarı" layihəsi 1983-cü ildən bəri Norveçdə həyata keçirilir. Anbar əgər bir gün qiyamət qoparsa, "Nuhun gəmisi" rolunu oynamalıdır. Əfsanəyə görə Nuh peyğəmbər böyük tufan baş verərkən gəmisinə hər canlı növündən bir cüt götürüb və dünyada həyatın davamını təmin edib. Norveçin şimalındakı Şpitsbergen adasında, buzlaqların arasında nəhəng bir dağın 130 metr dərinliyində tikilən və 9 milyon dollara başa gələn "Svalbard Qlobal Toxum Anbarı" 2008-ci ilin mart ayından bəri fəaliyyət göstərir. Divarları nüvə bombalarına qarşı belə dözümlü olan anbarda dünyanın dörd bir tərəfindən gətirilən təxminən 4 milyon ədəd müxtəlif toxum saxlanır. Anbar dünyada nüvə müharibəsi və qlobal istiləşmə kimi hər hansı bir fəlakətdən sonra Yerdə həyatın davam etməsi üçün yaradılıb. Təxminən yüz ölkədəki "bitki mənşəli gen bankları"nda olan toxum nümunələri Qiyamət Anbarı (Doomsday Vault) adlandırılan bu nəhəng anbarda yığılır.
Rumeli Hasarı
Rumeli Hasarı (Boğazkəsən Qala olaraq da tanınır) — İstanbulun Sarıyer rayonunda Boğaziçi yerləşdiyi səmtə adını verən qala. Fateh Sultan Mehmet tərəfindən İstanbulun fəthindən əvvəl boğazın şimalından gələn təcavüzləri əngəlləmək üçün Anadolu yaxasındakı Anadolu Qalanın tam qarşısına inşa etdirilib. Bura boğazın ən dar nöqtəsidir. Məkanda uzun illərdir ki, Rumeli Qala Konsertləri keçirilir. Sarıyer, İstanbulda yerləşən Rumeli Hasarı 30 hektar sahəni əhatə edir. Anadolu Hasarının qarşısında İstanbul Boğazının 600 metrlik ən dar və axıntılı hissəsində inşa edilmiş bir qaladır. 90 gün kimi qısa bir müddətdə tamamlanan qalan üç böyük qülləsi, dünyanın ən böyük qala bürcünə malikdir. Rumeli Hasarının adı Fateh vəqfiyələrində Kulle Cedit-ə; Nəşri tarixində Yenicə Qala; Kamalpaşazadə, Aşıkpaşazadə və Nişançı tarixlərində Boğazkəsən Hasar kimi keçir. == Tikintisi == Hasarın inşaatına 15 Aprel 1452-ci ildə başlanmışdır. İş bölümü aparılaraq hər hissənin tikintisi bir paşanın nəzarətinə verilmiş, dəniz tərəfinə düşən hissənin tikintisini də Fatih Sultan Mehmet şəxsən öz üzərinə götürmüşdür.
Sanjar Asfendiyarov
Sanjar Cabbar ulı Asfendiyarov(qaz. Санжар Жапарұлы Аспандияров; 20 oktyabr 1889, Daşkənd, Rusiya Türkistanı general-qubernatorluğu – 25 fevral 1938, Almatı) — qazax ictimai xadimi, Türkistan Muxtar Sovet Sosialist Respublikasında səhiyyə komissarı, torpaq və su təsərrüfatı komissarı. == Həyatı == Qazaxlarda onun adı və soyadı Sanjar Jafar ulu (Seyitjapar ulu, Jağıpar, Seyitjağıpar), rusdilli qaynaqlar isə Sanjar Djafaroviç Asfandiyarov (Aspandiyarov) kimidir. Onun şəcərəsi Əbilxayır xana bağlıdır. Əbilxayır xandan Sanjara gələn nəsil xətti belə göstərilir: Əbilxayır xan-Ayşşyak xan-Sıqalı (Syuqaliy) soltan-Asfendiar (İsfindiar) sultan-Seytjapar-Seytsanjar. Anası Güləndam da qazax xalqının qəhrəman oğlu, rus işğalcılarına qarşı savaşda şəhid olmuş Kensarı Qasım oğlunun nəvələrindən olduğunu ehtimal edirlər. Rusiyanın işğal etdiyi qazax torpaqlarının hökmdarlarının nəslindən olan Seyitjapar Türkistan Quberniya İdarəsində general-qubernatorun doğu dilləri üzrə tərcüməçisi işləmiş və polkovnik vəzifəsinədək yüksəlmişdir. Buna görə də Sanjar ata-baba mülklərində deyil, 1889-cu ilin oktyabrın 20-də atasının işlədiyi Daşkənd şəhərində anadan olur.Sanjar Asfandiyarov ilk təhsilini evdə xüsusi müəllimlərdən alaraq ərəb, fars, fransız, ingilis dillərini, Türkistanda yaşayan xalqların ləhcələrini, şəriəti öyrənir. Sonra Daşkənd realnı məktəbinə daxil olur və oranı 1907-ci ildə bitirir. Sankt-Peterburqdakı Hərbi Tibb Akademiyasını Rusiya Hərbi Dəniz Nazirliyinin təqaüdü ilə oxuyan Sanjar Asfandiyarov 1912-ci ildə ali təhsilini başa vurur.
Su anbarı
Su anbarı — qədim zamanlardan bəri insanların su ehtiyacını ödəmək və əkinçilik sahələrinin sulanması məqsədiylə inşa edilən su strukturlarıdır.Günümüzün müasir anbarları strateji əhəmiyyətə malikdirlər. Çünki; Enerji istehsalında inkişaf etməkdə olan ölkələrdə böyük pay sahibidirlər. Ölkənin əkinçilik həyatı üçün böyük əhəmiyyət daşıyarlar. Daşqın tədbirə məqsədiylə inşaya edildiklərindən, yıxılmaları halında böyük sahələrdə su basqınları yaşanmaqdadır.Bir ölkənin enerji istehsalının ən təbii və ən ucuz yoludur. Hidroelektrik enerji çıxaran anbarlar, digər enerji istehsal növlərinə görə daha ətrafçıdırlar. Tək son zamanlarda böyük anbarların inşaaları dayandırılmışdır. Sahəsi çox böyük anbarlar, olduğu bölgənin iqlimini dəyişdirməkdə və ekoloji tarazlığı dəyişdirməkdədirlər. Xüsusilə bol yağış alan yerlərdə daşqın tədbiri məqsədiylə məzmunalar, anbarlar və göletler inşaya edilməkdədir. Əkinçilik ərazilərin sulanması üçün böyük əhəmiyyət daşıyarlar. Anbarlardan ərazilərə açılan kanallarla su daşınar.
Yer hanası
Yer hanası (toxucu dəzgah) — üfüqi istiqamətdə, torpağa və ya döşəməyə uzadılan, parça, xalça və xalça məmulatları toxumaq üçün istifadə edilən sadə toxucu dəzgah.Qədim zamanlardan bizim günlərə qədər əllə toxunan məmulatlar hana adlanan sadə dəzgahlarda toxuyurdular. Hana, paralel və əks tərəfləri olan dördbucaqlı şəklində toxucu dəzgahdır. Hananın ikinövü mövcuddur; yer hanası və divar hanası. İlk öncə yer hanası meydana gəlmişdir. Yer hanası aşağıdakı əsas hissələrdən ibarət olur: Yer hanasının hər bir hissəsinin öz vəzifəsi var. bir cüt köndələn dolağacdan, onları bir-birindən xeyli aralıda, sabit saxlayan iki cüt mıxçadan, gücü ağacından və gücülənmiş əriş taylarını üfüqi vəziyyətdə saxlayan 3 ədəd çatma ayağından ibarət idi. Hana kompleksi ağız çubuğu, çarpaz çubuğu, asma ipləri, və taxta "qılınc" ilə tamamlanırdı. XX əsrin əvvəllərinə qədər geniş çeşiddə istehsal edilən yun parçaların bəzi növləri (şal, mahud, tirmə, dügürd, cecim, çul, ladı və s.) yer hanasında istehsal edilirdi. Yer hanasında, daha çox qadınlar tərəfindən toxunan şal (yer şalı), əsasən, ailənin daxili ehtiyacını ödəməklə, əsrlər boyu ev peşəsi kimi qiymətləndirilmişdir. Ev toxuculuğunun abu bəsit formasında arğac ipi "qılınc" adlanan zərbə aləti vasitəsilə sıxlaşdırılıb bərkidilirdi.
Azərbaycanda insan haqları
Azərbaycanda insan haqları və ya Azərbaycanda insan hüquqları — 1995-ci il noyabrın 12-də qəbul edilmiş Konstitusiya Azərbaycanda əsas insan hüquq və azadlıqlarının həyata keçirilməsinə əsaslanan yeni dövlət quruculuğunun başlanğıcını qoymuşdur. Konstitusiya ölkədə insan hüquq və azadlıqlarının qorunmasının əsasını təşkil edir. Sənədin "Əsas insan və vətəndaş hüquqları və azadlıqları" adlı üçüncü fəsli insan hüquqlarının geniş dairəsini əhatə edən 48 maddəni özündə əks etdirir. == Tarixi == 1995-ci il noyabrın 12-də qəbul edilmiş Konstitusiya Azərbaycanda əsas insan hüquq və azadlıqlarının həyata keçirilməsinə əsaslanan yeni dövlət quruculuğunun başlanğıcını qoymuşdur. Konstitusiya ölkədə insan hüquq və azadlıqlarının qorunmasının əsasını təşkil edir.XX əsrdə insan hüquqları sahəsində əsasən 10 dekabr 1948-ci ildə BMT tərəfindən qəbul olunmuşdur. Bunula əlaqədar olaraq,1950-ci ildən başlayaraq 10 dekabr İnsan hüquqları günü kimi qeyd olunur. Sənədin "Əsas insan və vətəndaş hüquqları və azadlıqları" adlı üçüncü fəsli insan hüquqlarının geniş dairəsini əhatə edən 48 maddəni özündə əks etdirir.Azərbaycan Respublikası Prezidenti tərəfindən 1998-ci il 22 fevral tarixində "İnsan və vətəndaş hüquqları və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" fərman imzalanmış və onun 1998-ci il 18 iyun tarixli sərəncamı ilə insan hüquqlarının müdafiəsi sahəsində Dövlət Proqramı təsdiqlənmişdir. Qeyd olunan dövlət proqramı əsasında 2002-ci ildə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) institutu təsis edilmişdir.1998-ci il noyabr ayının 26-da Azərbaycan Respublikası Prezidenti və ATƏT-in Fəaliyyətdə olan Sədri tərəfindən Azərbaycan Hökuməti və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu arasında Qarşılıqlı Anlaşma Memorandumu imzalanmışdır. Memorandumun əlavəsində ölkədə insan hüquqları sahəsində demokratik islahatların həyata keçirilməsi istiqamətində sıx əməkdaşlıq nəzərdə tutulmuşdur.2000-ci illərdən hakimiyyət Azərbaycanda fəaliyyət göstərən müstəqil QHT-lər üzərinə təzyiq göstərmək məqsədilə qeydiyyat üçün aydın olmayan tələblərdən, hesabat və vergiqoyma kimi qanunvericilik alətlərindən istifadə edir. QHT-lərin qeydiyyatından əsaslandırılmamış imtinalar uzun müddətdən bəridir ki, narahatlıq doğurur və hökumətə tənqidi yanaşan təşkilatlar, qeydiyyat prosesinin ləngidilməsi və ya tamamilə imtina edilməsi mümkünlüyü ilə daim üzləşirlər.
Maddənin aqreqat halları
Maddənin aqreqat halları (lat. aggrego 'toplaşma') — Maddələr əsasən dörd aqreqat halında olur: bərk, maye, qaz və plazma. Maye və bərk hallar həmçinin kondensləşmiş hal adlanır. Bu və ya digər aqreqat halının mövcudluğu maddəni təşkil edən hisəciklərin təbiətindən və onların qarşılıqlı təsir xarakterindən asılıdır.maye öz formasını asanlıqla dəyişir,həcmini isə sabit saxlayır.Qazların xüsusi hecmi yoxdur,verilen bütün həcmi tutur. Bütün maddələr kifayət dərəcədə alçaq temperaturda bərk halda olur. Bərk maddəni təşkil edən hissəciklərin hərəkəti olduqca məhduddur. Buna əsasən hissəciklərin həmin yerlərdə olma ehtimalı maksimuma çatır. Bütün bunların sayəsində bərk maddələr müəyyən forma və həcmə malik olur. Mayedə hissəciklər arasındakı məsafə əksər hallarda bərk maddələrə nisbətən böyük, cazibə qüvvələri isə nisbətən zəif olur. Maye aqreqat halı öz təbiətinə görə müəyyən quruluşa malik olan bərk və heç bir quruluşu olmayıb, nizamsız hərəkətdə olan hissəciklərdən ibarət qaz aqreqat halları arasınd aralıq yer tutur.
Şimali Qafqaz hunları
Şimali Qafqaz Hunları — Huni, Huni və ya Çuni qədim dövrlərdə Şimali Qafqaz xalqları idi. Onlara bəzən Şimali Qafqaz Hunları deyilir və tez-tez Şərqi Avropaya daxil olan Hunlarla əlaqəli olduqları güman edilir. Bununla birlikdə, huninin etnolinqvistik və coğrafi mənşəyi aydın deyil. Huni haqqında ilk müasir qeyd Dionisi Periqet və Klavdiy Ptolemey tərəfindən coğrafiyada 2-ci əsrdə, Xəzər dənizinin yaxınlığında yaşadıqları söyləndikdə verilə bilər. Aqafanqelos, 227-ci ildə Hunların Qafqaz xalqları arasında yaşadıqlarını və İran Hunlarının qohumları olduqlarını iddia edir. 535 və ya 537-ci illərdə yepiskop Kardostun başçılıq etdiyi bir erməni missioner qrupu Şimali Qafqaz Hunlarının çoxunu vəftiz etdi. Bu hadisəni bildirən Suriya dilli bir mənbə də Hun dili üçün bir yazı sisteminin hazırlandığını göstərir.Hunların eramızın 6-cı əsrində Dağıstanda bir dövlət qurduqlarını söyləyirlər. Bunun səbəbi Qafqazın çoxsaylı yerli xalqları ola bilər. 682-ci ildə Qafqaz Albaniyası yepiskopu İsrail, Qafqaz Hunlarının hökmdarı Alp İlutuerin xristianlığı qəbul etməsi üçün uğursuz bir heyətə rəhbərlik etdi. İluetuerin Xəzərin Elteber ("müştəri-hökmdar") titulunu təhrif etdiyi və bu xalqın VII əsrin ortalarından sonuna qədər Xəzər hökmdarlarına itaət etdiyi irəli sürüldü.
Araz su anbarı
Araz su anbarı — Azərbaycanın Naxçıvan Muxtar Respublikasının İran İslam Respublikası ilə sərhəd hissəsində Araz çayının üzərində yaradılmış, su anbarı 1971-ci ildə istifadəyə verilmişdir. Azərbaycan və İran İslam Respublikası dövlətləri tərəfindən birgə tikilmiş bu su anbarı energetika və suvarma məqsədləri üçün birgə də (paritet əsasında) istismar olunur. Araz su anbarının ümumi su tutumu 1350 mln m³, faydalı həcmi 1150 mln m³-dir. Su anbarının uzunluğu 52,0 km, maksimum eni 6,1 km, normal su səviyyəsində dərinliyi 18,2 m-dir. Araz su anbarı bəndinin hündürlüyü 34 m, bəndin üstdən uzunluğu 1026 m, eni isə 12 m-dir. Su anbarının istismara verilməsi ilə Azərbaycan və İran tərəfinin 400 min hektar suvarılan torpaq sahələri su ilə təmin edilmişdir. Araz su-elektrik stansiyasında 2 ədədi İran İslam Respublikası ərazisində, 2 ədədi isə Azərbaycan Respublikası ərazisində olmaqla 4 ədəd turbin quraşdırılımışdır. Stansiyanın bir aqreqatının suburaxma qabiliyyəti 66,5 m³/san təşkil edir. Su anbarını çirkləndirən əsas mənbələr. Araz (Naхçıvan) su anbarının çirklənməsində əsas rolu Araz çayı oynayır.
Arpaçay su anbarı
Arpaçay su anbarı — Azərbaycanın Naxçıvan Muxtar Respublikasında Şərur rayonunun Gümüşlü kəndində yaradılmış su anbarı 1977-ci ildə istifadəyə verilmişdir. Sonrakı illərdə Arpaçay sağ və sol sahil kanalları çəkilib. Dəryaçadan Şərur, Kəngərli və Sədərək rayonlarında 20 min hektardan artıq əkin sahələrinin suvarılmasında istifadə olunur. 2007-ci ilin dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasına 18,6 milyon manat məqsədli vəsait ayrılmışdır. Bu vəsait sənaye və tikinti xərclərinin tərkib hissəsi kimi ayrılıb. Vəsaitin 15 milyon manatı Naxçıvanın qazlaşdırılması işinin növbəti mərhələsinin həyata keçirilməsinə, 3,6 milyon manatı isə Arpaçay su anbarının yenidən qurulması və əsaslı təmirinə xərclənib. 2008-ci ildə su anbarında yenidənqurma işləri aparılıb. Arpaçay su anbarının ümumi su tutumu artırılıb. Dəryaçada bir sıra avadanlıqların istismar müddətinin bitməsi, bənddə sızmaların qarşısının alınması məqsədilə həyata keçirilən yenidənqurma və əsaslı bərpa işləri çərçivəsində su anbarında qülləli suburaxıcının elektrik avadanlığı və avtomatlaşdırma sistemi yenidən qurulub, suburaxıcı şaxtaya gedən yol təmir edilib. Faydalılıq həcmi 140 mln kubmetr olan dəryaçada aparılan əsaslı və yenidənqurma işləri onun maksimal həddə-150 mln kubmetr su ilə doldurulmasına imkan verəcək.
Atatürk su anbarı
Atatürk su anbarı-Adıyaman və Şanlıurfa illəri arasında Fərat çayı üzərində qurulmuşdur, enerji və suvarma məqsədlidir.. GAP Layihəsi içində Karakaya su anbarının 180 m mənsəbində, Adıyaman ilindən 51 km uzaqlıqda, Şanlıurfa ilinin Bozova mahalından isə 24 km uzaqlıqda olub, Fərat Çayı üzərində qurulan anbardır. == İnşası və anbarın quruluşu == 1983-ci ildə tikintisi başlamış olan anbar 1992-ci ildə istismara verilmişdir. 8 turbinə sahib səddin yüksəkliyi 169 metrdir. Qaya tipli bir anbardır. Gövdə həcmi 84,5 milyon m³-dir. Xarici səthi qaya içidə olan gil və torpaqdır. Anbar gölünün təzyiqi ilə ilk inşasındakı yüksəkliyi 10 metr azalmışdır. İnşasına 4 noyabr 1983-cü ildə başlandı. 1994-cü ildə bitirilməsi planlaşdırılan su anbarı suvarma və enerji əldə etmək məqsədilə tikilmişdir.
Axuryan su anbarı
Axuryan (Arpaçay) su anbarı (erm. Ախուրյանի ջրամբար, türk. Arpaçay Baraj Gölü) — Ermənistan-Türkiyə sərhəddində, Axuryan çayının aşağı axınında yerləşən su anbarı. SSRİ və Türkiyə arasında 1973-cü ildə imzalanmış razılaşmaya əsasən inşa edilmişdir, 1980-ci ildə istismara verilmişdir. Uzunluğu 20 km (sərhəd boyunca), su həcmi 525 mln m³-dur. Sərhəddin hər iki tərəfindəki 104 min hektar əkin sahəsinin suvarılması üçün istifadə olunur. Su anbarını tədqiq edən "Geofon" ekoloji təşkilatının rəhbəri Levon Martirosyanın verdiyi məlumata görə anbardakı su ağır metallar və zəhərli maddələr ilə ciddi şəkildə çirkləndirilmişdir. == İstinadlar == == Xarici keçidlər == Дерцян Т. Г., Маргарян Л. А., Пирумян Г. П. Исследование уровня загрязненности вод проточных водохранилищ «Азат», «Кечут», «Ереванское озеро», «Ахурян», «Озеро Арпи» и «Апаран» // Вода: химия и экология (9). 2012. 95—100.
Axıncaçay su anbarı
Axıncaçay su anbarı — Azərbaycan və Ermənistan sərhəddində, Tovuz rayonu ərazisinin cənub-qərbində Axıncaçayın üzərində yerləşir. Su anbarı kənd təsərrüfatı torpaqlarının su ilə təmin etmək məqsədilə 1965-cu ildə istismara verilmişdir. == Texniki göstəriciləri == Bəndin hündürlüyü 42.5 m, bəndin uzunluğu 690 m və su anbarının ümumi həcmi 14 mln.m³-dur. Suvarma sahəsi 7400 ha-dır.
Ağdamkənd su anbarı
Ağdamkənd su anbarı — Azərbaycanın Ağdam rayonunda, Ağdamkənd kəndinin yaxınlıqlarında su anbarı. 1963-cü ildə istifadəyə verilmişdir. Suyunu Qarqarçaydan çəkilmiş kanaldan alır. Sahəsi 50 hektar, ümumi həcmi 1,6 milyon metr3, faydalı hcəmi 1,4 milyon m3-dur. SSRİ dövründə suvarmada istifadə edilirdi. 1993-cü ildə Ağdamkəndin işğalı ilə Ermənistan qüvvələrinin nəzarətinə keçmiş, 2020-ci ildə isə Vətən müharibəsi nəticəsində azad edilmişdir.
Ağstafa su anbarı
Ağstafa su anbarı - 1969-cu ildə tam istismara veril­miş­dir. Bəndin hündürlüyü 52 m, anbarın ümumi sututumu 120 mln. m³-dir. Su anbarı respublikanın qərb zonasında yerləşən Qazax, Ağstafa, Tovuz və Şəmkir rayonlarında 135 min hektar suvarılan torpaqları su ilə təmin edir. Əsasən Ermənistan ərazisindən Ağstafaçaya axıdılan transsərhəd çirkləndiricilərin hesabına daha çox çirklənməyə məruz qalır. Ağstafaçay üzərində yerləşən Ermənistan ərazisindəki yaşayış məntəqələrindən məişət və sənaye çirkab sularının çaya axıdılması hələ Sovetlər dövründən mövcuddur. Bu tullantılar sututarlarda mürəkkəb biokimyəvi prosesləri sürətləndirir və çirklənmənin artmasına təsir göstərir. Fenollar və mis birləşmələrinin orta illik miqdarı YVQH-dən bir neçə dəfə çoxdur. Su anbarının biogen elementlərlə zəngin olmasına baxmayaraq (nitrat azotu – 2,0 mq/l; dəmir oksidi 1,3 mq/l; silisium 5,5 – 6,0 mq/l; mineral fosfor 0,06 – 0,04 mq/l; nitrit azotu 0,05 mq/l) burada fauna həm növ tərkibinə və həm də miqdarına görə zəif inkişaf etmişdir. Çox güman ki, Ağstafaçayın zəhərli suları su anbarında faunanın inkişafına mənfi təsir göstərir.
Ağstafaçay su anbarı
Ağstafaçay su anbarı — Azərbaycanın Qazax rayonunda, Ağstafaçayın üstündə su anbarı. 1971-ci ildə istifadəyə verilmişdir. Sahəsi 6,3 kilometr2, ümumi həcmi 120 milyon metr3, faydalı həcmi 111 milyon metr3-dir. Bəndin uzunluğu 1,9 kilometr, hündürlüyü 50,2 metrdir. Ağstafaçay su anbarından çəkilmiş 2 magistral kanal (uzunluğu 59 kilometr və 12 kilometr) vasitəsilə Qazax, Tovuz və Şəmkir rayonları ərazisində 74,1 min hektar sahə suvarılır.
Aşıqbayramlı su anbarı
Aşıqbayramlı su anbarı — İsmayıllı rayonu ərazisində İvanovka kəndi yaxınlığında yerləşir. Dəvəbatan çayının yatağında yerləşir. Dəvəbatan çayının suyunu bənd vasitəsilə saxlamaq üçün yaradılmış bu göl 1951-ci ildə istifadəyə verilmişdir. Göyçay rayonunun pambıq tarlalarını suvarmaq üçün istifadə olunur. Adını yaxınlığındakı eyniadlı kənddən almışdır. Bəzi ədəbiyyatlarda bu su qovşağının adı Aşağı Bayramlı variantında qeydə alınmışdır.
Hakkari
Hakkari — Türkiyənin Hakkari ilinin inzibati mərkəzi. Türkiyənin ən cənub-şərq ucqar hissəsində yerləşən, əhalisinin sayına görə ən böyük 62-ci şəhəri. 2016-ci ilin qeydəalmasına görə əhalinin sayı 267.813 çatmışdır. İlçənin öz ərazisi şərqdən İranla, cənubdan isə İraqla həmsərhəddir. İlçənin ən hündür nöqtəsi Cilo dağıdır. Hündürlüyü 4150 metrdir.
Hanqiri
Haftonu və ya Haftoni — Azərbaycan Respublikasının Lerik rayonunun Nücü inzibati ərazi vahidində kənd. Dağətəyi ərazidədir. == Əhalisi == Əhalisi 291 nəfərdir. == Toponimiyası == Oykonim talış dilindəki haft (yeddi) və honi (bulaq) sözlərindən düzəlib, "yeddi bulaq" deməkdir.
Anmari
Anmari-Əslən Rusiyalı olan Anmari (Anmary) Latviya Musiqi Akademiyasını bitirib. Latviyada keçirilən "Talantu Fabrika 2" müsabiqəsində ikinci yerə sahib olub və qısa müddətdə ölkəsində tanınmağa başlayıb. Milli Seçimlərin əsas finalında 3 ifaçı arasından ölkə təmsilçisi seçilib.
Hanami
Hanami (花見, hərfi "hana" - gül və "mi" - baxmaq) - yaponların gül ləçəylərinə seyr etmə ənənəsi, xüsusən albalı ləçəylərinə (桜, sakura).. 1000 ildən çox tarixi olan ənənə indidə çox populyardır. Ləçəylər yalnız yazda iki həftəlik, martdan aprelə kimi olur. Qısa bir zamandan sonra ləçəylər yerə düşür və bu da, öz sirasında, daha bir gözəl mənzərə yaradır. == Tarixi == Ənənə Nara dövründə Çinin Tan sülaləsinin Yaponiyaya təsiri zamanı yaranıb və Heian dövründə məşhurlaşıb. Heian dövründə sakura daha çox diqqət çəkməyə başladı. Sakura ağacı müqəddəs sayılırdı və bu günə kimi Yaponiyanın mədəni rəmzi sayılır. İnsanlar ağaclarda Tanrıların yaşadığına inanırdılar və hanami bayramını ilin başlanğıcını və düyünün əkin vaxtını müəyyən edirdi. İlk dəfə Hanamı anlayışı Gencinin hekayəsi əsərində istifadə olundu. Ondan sonra tanka və hayku poeziyasında "gül" "sakura" demək idi və "hanami" və "gül bayramı" anlayışları yalnız sakura güllərini seyr etmək" mənasını daşıyırdı.
Hatari
Hatari (azərb. "Qənim"‎) — İslandiyanın Reykyavik şəhərində qurulmuş satirik texno və pank rok qrupu. Qrup Klemens Hanniqan, Mattias Haraldsson və Eynar Stefanssondan təşkil olunmuşdur. 2015-ci ildən fəaliyyətdə olan qrupun indiyədək bir mini-albomu və bir neçə sinqlları buraxılmışdır. Hatari canlı ifalarına və BDSM üslubunda geyimlərinə görə tanınır. Qrupun üzvləri Hatarini "anti-kapitalist BDSM texno incəsənət qrupu" kimi təsvir edir və qrupun əsas hədəfinin kapitalizmi məhv etmək olduğunu iddia edirlər. Hatari qrupu "Hatrið mun sigra" (azərb. Nifrət qalib gələcək‎) mahnısı ilə İslandiyanı İsrailin Tel-Əviv şəhərində keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş və nəticədə 10-cu yeri qazanmışdır. == Tarixi == Hatari qrupu Klemens Hanniqan və Mattias Haraldsson tərəfindən 2015-ci ildə qurulmuş, daha sonra isə qrupa Eynar Stefansson da qoşulmuşdur. İslandiyalılar ilk dəfə Hatari ilə 2016-cı ildə İslandiya Hava Yolları festivalında tanış olmuşdur.
Bandari musiqi
Bandari musiqi (fars. بندری‎) — İranın cənubdan, Fars körfəzi ətrafında gəlir. Cənubda Ərəb ölkələri ən yaxın olduğu kimi, bu, ərəb musiqi təsiri ilə İran musiqi stili, va toy zamanı ifa olunur.
Hakkari ili
Hakkari ili — Türkiyədə il. == Əhalisi == 1960-cı ildə aparılmış siyahıya alma zamanı ilin 68 min nəfər əhalisinin 55 min nəfəri ana dilini kürdcə, 13 min nəfəri isə türkcə olaraq qeyd etmişdi.
Hakkari vilayəti
Hakkari vilayəti — Osmanlı İmperiyası tərkibində, 1876–1888–ci illərdə mövcud olmuş I dərəcəli inzibati–ərazi vahidi. İnzibati mərkəzi Hakkari şəhəri idi.
Hanqiri (alət)
Hanqiri (半切 və ya 飯切), həm də handay (飯台, düyü mizi və ya düyü kasası) – dairəvi, altı düz ağacdan qayrılmış ləyən və ya boçka. Suşi üçün düyü hazırlamanın son mərhələlərində istifadə olunur. Ənənəvi hanqiri sərv ağacından hazırlanır və iki mis lent ilə bağlanır. Hanqiri və şamoci (ağacdan qayrılmış qısa kəfgir) düyünü soslandırmaq və soyutmaq üçün isifadə olunur. Bişdikdən sonra düyü hangiriyə tökülür və orada düyü sirkəsi, şəkər və duzdan hazırlanmış sos ilə qarışdırılır. Qarışdırma əməliyyatı tamamlandığından sonra bir parça fukin ilə əhatə olunur və soyumağa buraxılır.
Havkari (qəzet)
Havkari (qəzet) — Həftəlik mədəni qəzet. == Haqqında == "Havkari" qəzeti 1970-ci ildə Bağdadda çap edilib. İlk sayı həmin il yavarın 9-u cümə günü çap edilmiş "Havkari" o dövrdə kürdlərin önəmli nəşri idi. 2003-cü ilə qədər fəaliyyətini davam etdirən "Havkari"nin Bəəs Partiyasının hakimiyyət tərəfindən nəşrinə son qoyuldu.
Anuşe Ansari
Ənuşə Ənsari ( fars. انوشه انصاری‎ — Anušeh Ansâri, ing. Anousheh Ansari; 12 sentyabr 1966-cı il, Məşhəd, İran) — İran əsilli ABŞ vətəndaşı, alim. Prodea systems, Inc.( ABŞ ) şirkətinin yaradıcısı və rəhbəri. 18 sentyabr 2006-cı ildə ilk turist kosmonavt müsəlman qadın oldu. == Mənbə == Lenta.ru: Российская ракета выведет на орбиту первую космотуристку. Lenta.ru: "Союз" с космической туристкой выведен на орбиту. Lenta.ru: Первая космическая туристка вернулась на Землю.
Harari xalqı
Harari - Efiopiya ərazisində yaşayan iri xalqlardan biri. Hararilərin sayı təxminən 40 min nəfərə yaxındır. Onların əksəriyyəti dini baxışlarına görə sünni müsəlmandırlar. Etnik cəhətdən Arqobba xalqına yaxındırlar. == Dil == Hararilər arasında harari, ərəb və amhar dilləri geniş yayılmışdır. Hararilər əsas etibarı ilə Afraziya dil ailəsinin sami qrupuna aiddirlər. == Həyat tərzi == Hararilərin əksəriyyəti, demək olar ki, şəhərlərdə yaşayırlar. Onların məskunlaşdıqları əsas yaşayış məntəqələri aşağıdakılardır. Harar, Əddis-Əbəbə, Dıre-Daua və sair. Əhalinin əksəriyyətinin əsas məşğuliyyəti sənətkarlıq və ticarətdir.
Kanari-Uorf
Kanari-Uorf (ing. Canary Wharf) — London şəhərində biznes rayonu. == Tarixi == Kanari-Uorf Vest İndia tərsanəsi olan İtlər adasında yerləşir. 1802-ci ildə ərazi dünyada ən məşğul tərsanələrdən biri olmuşdur. 1960-cı illərdən sonra, portda sənaye azalmağa başladı və bütün tərsanələr 1981-ci ildə bağlandı.