Azərbaycanda insan haqları

Azərbaycanda insan haqları və ya Azərbaycanda insan hüquqları — 1995-ci il noyabrın 12-də qəbul edilmiş Konstitusiya Azərbaycanda əsas insan hüquq və azadlıqlarının həyata keçirilməsinə əsaslanan yeni dövlət quruculuğunun başlanğıcını qoymuşdur. Konstitusiya ölkədə insan hüquq və azadlıqlarının qorunmasının əsasını təşkil edir. Sənədin "Əsas insan və vətəndaş hüquqları və azadlıqları" adlı üçüncü fəsli insan hüquqlarının geniş dairəsini əhatə edən 48 maddəni özündə əks etdirir.

1995-ci il noyabrın 12-də qəbul edilmiş Konstitusiya Azərbaycanda əsas insan hüquq və azadlıqlarının həyata keçirilməsinə əsaslanan yeni dövlət quruculuğunun başlanğıcını qoymuşdur.[1] Konstitusiya ölkədə insan hüquq və azadlıqlarının qorunmasının əsasını təşkil edir. XX əsrdə insan hüquqları sahəsində əsasən 10 dekabr 1948-ci ildə BMT tərəfindən qəbul olunmuşdur. Bunula əlaqədar olaraq,1950-ci ildən başlayaraq 10 dekabr İnsan hüquqları günü kimi qeyd olunur.[1] Sənədin "Əsas insan və vətəndaş hüquqları və azadlıqları" adlı üçüncü fəsli insan hüquqlarının geniş dairəsini əhatə edən 48 maddəni özündə əks etdirir.[1]

Azərbaycan Respublikası Prezidenti tərəfindən 1998-ci il 22 fevral tarixində "İnsan və vətəndaş hüquqları və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" fərman imzalanmış və onun 1998-ci il 18 iyun tarixli sərəncamı ilə insan hüquqlarının müdafiəsi sahəsində Dövlət Proqramı təsdiqlənmişdir.[1] Qeyd olunan dövlət proqramı əsasında 2002-ci ildə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) institutu təsis edilmişdir.[1]

1998-ci il noyabr ayının 26-da Azərbaycan Respublikası Prezidenti və ATƏT-in Fəaliyyətdə olan Sədri tərəfindən Azərbaycan Hökuməti və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu arasında Qarşılıqlı Anlaşma Memorandumu imzalanmışdır.[1] Memorandumun əlavəsində ölkədə insan hüquqları sahəsində demokratik islahatların həyata keçirilməsi istiqamətində sıx əməkdaşlıq nəzərdə tutulmuşdur.[1]

2000-ci illərdən hakimiyyət Azərbaycanda fəaliyyət göstərən müstəqil QHT-lər üzərinə təzyiq göstərmək məqsədilə qeydiyyat üçün aydın olmayan tələblərdən, hesabat və vergiqoyma kimi qanunvericilik alətlərindən istifadə edir.[2] QHT-lərin qeydiyyatından əsaslandırılmamış imtinalar uzun müddətdən bəridir ki, narahatlıq doğurur və hökumətə tənqidi yanaşan təşkilatlar, qeydiyyat prosesinin ləngidilməsi və ya tamamilə imtina edilməsi mümkünlüyü ilə daim üzləşirlər.[2] Xarici QHT-lərin Azərbaycan Ədliyyə Nazirliyində qeydiyyatdan keçmədən və bütün fəaliyyətlərini əhatə edən müvafiq saziş olmadan Azərbaycanda fəaliyyətləri qadağandır.[2] Yerli QHT-lər nəzəri olaraq qeydiyyatdan keçmədən hüquqi şəxs kimi mövcud ola bilərlər, lakin fəaliyyətləri üçün büdcədən və donorlardan vəsait almaqda çətinliklərlə üzləşə bilərlər.[2] Keçmiş illərdə Avropa İnsan Haqları Məhkəməsi Azərbaycan hakimiyyətinin QHT-lərin qeydiyyatından əsassız olaraq imtina etməklə və ya qeydiyyatı gecikdirməklə, təşkilatlanma azadlığını pozmaqda məsuliyyətli bildiyini ehtiva edən bir neçə qərarlar qəbul etmişdir.[2]

QHT-lərin işinə aid qanunlara 30 iyun 2009-cu ildə qəbul edilmiş düzəlişlər QHT-lər üçün bir sıra məhdudlaşdırıcı müddəaları nəzərdə tutmaqla, hakimiyyətə öz bildiyi kimi hərəkət etmək imkanı verən daha geniş səlahiyyətlər yaradır.[2] Bu düzəlişlərə əsasən, dövlət onun nəzərində dövlətin səlahiyyətlərinə müdaxilə edən istənilən QHT-nin fəaliyyətini qadağan və ləğv etmək səlahiyyətinə malikdir.[2]

BMT-nin əsas müqavilələri[3] Azərbaycanın iştirakı Avropa Şurasının əsas müqavilələri[4] Azərbaycanın iştirakı
İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiya ????-cı ildə ratifikasiya edilib Avropa İnsan Hüquqları Konvensiyası 2001-ci ildə ratifikasiya edilib
Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt 1996-cı ildə ratifikasiya edilib Protokol 1 (AİHK) 2001-ci ildə ratifikasiya edilib
Mülki və Siyasi Hüquqlara dair Beynəlxalq Paktın İlk İstiqamətli Protokolu ????-cı ildə ratifikasiya edilib Protokol 4 (AİHK) 2001-ci ildə ratifikasiya edilib
Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın İkinci Əlavə Protokolu ????-cı ildə ratifikasiya edilib Protokol 6 (AİHK) 2001-ci ildə ratifikasiya edilib
"İqtisadi, sosial və mədəni hüquqlar haqqında" Beynəlxalq pakt 1992-ci ildə ratifikasiya edilib Protokol 7 (AİHK) 2001-ci ildə ratifikasiya edilib
Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında Konvensiya ????-cı ildə ratifikasiya edilib Protokol 12 (AİHK) 2001-ci ildə ratifikasiya edilib
Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında Konvensiyaya (Əlavə Protokol) ????-cı ildə ratifikasiya edilib Protokol 13 (AİHK) İmzalanmayıb
BMT-nin İşgəncələrə qarşı Konvensiyası 2003-cü ildə ratifikasiya edilib Avropa Sosial Xartiyası 2001-ci ildə ratifikasiya edilib
İşgəncə Əleyhinə Konvensiyaya (Əlavə Protokol) ????-cı ildə ratifikasiya edilib Əlavə Protokol 1988 (ATŞ)
Uşaq Hüquqları Konvensiyası 1992-ci ildə ratifikasiya edilib Əlavə Protokol 1995 (ATŞ)
Uşaqların silahlı münaqişələrə cəlb edilməsinə dair Fakultativ Protokol ????-cı ildə ratifikasiya edilib Yenilənmiş Avropa Sosial Xartiyası
Uşaqların satılması, uşaq fahişəliyi və uşaq pornoqrafiyasına dair əlavə protokol ????-cı ildə ratifikasiya edilib İşgəncə və qeyri-insani və ya təhqiramiz müalicə və ya cəzanın qarşısının alınması üzrə Avropa Konvensiyası Ratified i 1990
Birləşmiş Millətlər Təşkilatının Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının qorunması üzrə Konvensiya 2009-cu ildə ratifikasiya edilib Regional və azlıq dilləri üçün Avropa Xartiyası İmzalanıb amma ratifikasiya olunmayıb
Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya 2007-ci ildə ratifikasiya edilib Milli Azlıqların Müdafiəsi üzrə Çərçivə Konvensiyası 2011-ci ildə ratifikasiya edilib
Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya (Əlavə Protokol) ????-cı ildə ratifikasiya edilib Avropa Şurasının İnsan alveri ilə mübarizə haqqında Konvensiyası ????-cı ildə ratifikasiya edilib
Birləşmiş Millətlər Təşkilatının Korrupsiya əleyhinə Konvensiyası 2005-ci ildə ratifikasiya edilib BMT-nin çoxtərəfli anti-korrupsiya aləti

İnsan haqları təşkilatları tərəfindən qiymətləndirmələr

[redaktə | mənbəni redaktə et]

Amnesty International

[redaktə | mənbəni redaktə et]

Amnesty International-ın 2011-ci ildə nəşr etdiyi hesabatında qeyd olunur ki, Azərbaycan hökuməti dinc etiraza, tənqidi rəyə və müxalifətə məkan verməlidir.[2] Amnesty International Azərbaycan hökumətini vətəndaş cəmyyətinin və müstəqil medianın təqibinə və əzişdirilməsinə son qoymağa çağırıb.[2] Hesabatda qeyd olunur ki, hökumət bütün vicdan məhbuslarını azad etməli və beynəlxalq qanunlara uyğun olaraq ifadə və sərbəst toplaşma barədə öhdəliklərinə tam ehtiram göstərməlidir.[2]

Humans Rights Watch

[redaktə | mənbəni redaktə et]

Human Rights Watch-ın 2014-cü ildə nəşr etdiyi hesabatında qeyd olunur ki, "hakimiyyəti tənqid edən hər kəsi qəribə ittihamlarla həbs etmək, hakimiyyətin nə ölkə daxilində, nə də xaricdə etimadını yüksəldəcək".[5] Hesabatda həmçinin hakimiyyəti tənqid edən amma "insan haqları vəziyyətini yaxşılaşdırmaq üçün hakimiyyətlə əlaqələrin tam potensialını istifadə etməyən" Azərbaycanın beynəlxalq partnyorları da tənqid olunur.[5]

Human Rights Watch 2016-cı il dünya hesabatının Azərbaycanla bağlı hissəsində, Azərbaycan hökumətin 2016-cı il boyunca fərqli fikirlərə qarşı amansız hücumlarını davam etdirdiyini qeyd olunub.[6]

Freedom House təşkilatının "2018-ci il üçün İnternet Azadlığı: Rəqəmsal avtoritarizmin yüksəlişi" hesabatında Azərbaycan 60-cı yeri tutub.[7] Hesablamada 0-dan 100-dək qiymətləndirmə sistemindən istifadə olunub. Bu qiymətləndirmədə 0 "ən çox azadlığı", 100 isə "ən az azadlığı" olan ölkələri göstərir.[7] Azərbaycan bu qiymətləndirmədə 60-cı pilləni tutaraq qismən azad ölkələr siyahısına düşüb.[7]

Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Şurası

[redaktə | mənbəni redaktə et]

2016-cı ildə BMT-inin İnsan Haqları Şurasının hesabatında qeyd olunur ki, Azərbaycan dövləti Komitənin Optimal Protokol şəklində insan haqları haqqında verdiyi tövsiyələri tətbiq etməyib.[8] Hesabatda deyilir ki, başlıca narahatlıq sentyabrın 26-da keçirilmiş referenduma əsasən Konstitusiyaya edilən dəyişikliklərdəndir.[8] Qeyd olunur ki, bu dəyişikliklər prezidentin səlahiyyətlərini artırmaqla yanaşı onun hesabatlılığını azaldır.[8] Bundan başqa dəyişikliklər ədliyyənin müstəqilliyinə ciddi xələl gətirib.[8] Hesabat bildirir ki, Azərbaycan hökuməti bu narahatlıqlarla bağlı Konstitusiyaya müvafiq dəyişikliklərin edilməsini təmin etməlidir.[8]

Digər təşkilatlar

[redaktə | mənbəni redaktə et]

2019-cu ildə Böyük Britaniyanın "The Economist" jurnalı hər il tərtib etdiyi demokratiya səviyyəsinə görə ölkələrin illik reytinqində Azərbaycan avtoritar dövlətlər qrupuna aid edilib, dünyada 149-cu yerdə qərarlaşıb.[9]

2018-ci ildə nəşr olunan İnsan Azadlığı İndeksində Azərbaycan 159 ölkədən 128-ci yerdə qərarlaşıb.[10] Azərbaycanda hüququn aliliyi 4,20, təhlükəsizlik 8,86, hərəkət azadlığı 5, din azadlığı 2,50, birləşmə azadlığı 3,13, ifadə və informasiya azadlığı 5,27, münasibətlər 8,33, hökumətin ölçüsü 5,19, hüquqi sistem və mülkiyyət hüquqları 5,95, möhkəm valyuta 7,45, beynəlxalq ticarət azadlığı 7,07, tənzimləmə 7,08 balla dəyərləndirilib.[10]

Siyasi və vətəndaş hüquqları

[redaktə | mənbəni redaktə et]

Din azadlığı

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikası Konstitusiyasının 48-ci maddəsinə əsasən hər bir şəxs vicdan azadlığı hüququna malikdir.[11] Konstitusiyanın 18-ci maddəsinin 1–3 bəndlərində göstərilir ki, Azərbaycan Respublikasında din dövlətdən ayrıdır, bütün dini etiqadlar qanun qarşısında bərabərdir, insan şəxsiyyətini alçaldan, insanlıq prinsiplərinə zidd olan dinləri yaymaq və təbliğ etmək qadağandır.[11] "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının Qanunu hər bir şəxsin dinə münasibətini müəyyənləşdirmək və ifadə etmək hüququna və həmin hüququ həyata keçirməyə təminat yaradır.[11]

Azərbaycanın təhsil naziri Misir Mərdanov 2010-cu il sentyabr ayinda qızların hicabla dərsə gəlməsini qadağan etməsi, Azərbaycanda hicabla bağlı etirazlar yaratdı.[12] Aksiyalarda Azərbaycan İslam PartiyasıRifah Vətəndaş Hərəkatı da iştirak etmişdir.[13] Aksiyalar azərbaycanin müxtəlif şəhərlərində, o cümlədən Gəncə, MasallıLənkəranda keçirilib.[13] Ən böyük aksiya isə Bakı şəhərində 2011-ci il 6 mayda təhsil nazirliyi binasinin qarşısında keçirilib.[13]

2017-ci ildə ABŞ-nin Beynəlxalq Din Azadlığı Komissiyasının (USCIRF) aprelin 26-da açıqladığı illik hesabatında qeyd olunur ki, il ərzində hökumət müstəqil dini fəaliyyətə repressiyanı artırıb, sünni məscidlərini bağlayıb, dini mağazalarda reydlər keçirib, Yehovanın Şahidləri icmasını və bəzi protestant icmalarını təqib edib.[14] Hesabatda həm də qeyd olunur ki, Azərbaycana beynəlxalq terrorçuluq riski olsa da, hakimiyyət bu təhlükədən dinc dini narazılığın boğulmasında bəhanə kimi yararlanır.[14] 2017-ci ilin yanvarında 18 şiə fəal 10 ildən 20 ilədək həbs cəzasına məhkum edildi. Onlar terrorçuluqda da ittiham olundular.[14] Yerli QHT-lərdən biri ötən ilin dekabrınadək 86 nəfərin dini inancına görə həbsə atıldığını hesablayıb.[14] Bu səbəblərdən USCIRF Azərbaycanı 2013-cü ildən olduğu "ikinci dərəcəli ölkələr" (ing. Tier 2) sırasında saxlayıb.[14]

Hesabatda qeyd edilir ki, bir çox post-Sovet ölkələrində olduğu kimi, Azərbaycanda avtoritarizmin güclənməsi və dünyəvi siyasi müxalifətin sıxışdırılması dini siyasi müxalifətin yaranmasına səbəb olub.[14] Hökumətsə onları terrorizm və digər qanunsuz fəaliyyətə bağlamaqla gözdən salmağa çalışır.[14] Buna misal kimi 2017-ci ilin yanvarında məhkum edilmiş Taleh Bağırov və daha 17 inanclı şəxs göstərilir.[14]

Hesabatda yəhudilərin uzun müddət Azərbaycanda yaşayıb cəmiyyətə inteqrasiya olunduğu, antisemitizmlə üzləşmədiyi də vurğulanır.[14] Bundan başqa, kiçik katolik icması mövcuddur, hökumət onlara kilsə tikməyə pul da ayırıb.[14] Ancaq Qaxda iki gürcü pravoslav icması qeydiyyatdan keçsə də, dini mərasim keçirə bilmirlər.[14] Naxçıvan Muxtar Respublikasında din azadlığına daha sərt məhdudiyyətlərin qoyulduğu bildirilir.[14]

Əlil şəxslərin haqları

[redaktə | mənbəni redaktə et]

2016-cı ildə BMT-inin İnsan Haqları Şurasının hesabatında qeyd olunur ki, Azərbaycanda əlillərin hüquqlarını təmin edən qanunvericilik hələ də yoxdur.[8]

Azərbaycanda insan alverinə qarşı mübarizə insan alveri qurbanlarının cəmiyyətdə ayrı-seçkiliyə məruz qalmasının qarşısının alınması, insan alveri qurbanlarının təhlükəsizliyinin və onlarla nəzakətli rəftarın təmin edilməsi, insan alverinə görə cəzanın labüdlüyü, hüquqi, siyasi, sosial-iqtisadi və təşkilatı xarakterli profilaktik tədbirlərin həyata keçirilməsi, insan alverinə qarşı mübarizəyə qeyri-hökumət təşkilatlarının cəlb edilməsi, insan alverinə qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi prinsiplərinə əsaslanır.[15] Azərbaycan Respublikası Prezidentinin 6 may 2004-cü il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında İnsan Alverinə qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı" təsdiq edilmişdir.[15]

Azərbaycan Respublikası 2000-ci il dekabrın 12-də BMT-nin Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiya, onu tamamlayan İnsan alverinin, xüsusən qadın və uşaq alverinin qarşısının alınması, aradan qaldırılması və cəzalandırılması haqqında Protokolu imzalamışdır. Həmin Protokol Azərbaycana münasibətdə 2003-cü ildə qüvvəyə minmişdir.[15] İnsan alverinə qarşı fəaliyyət üzrə Avropa Şurası Konvensiyası Azərbaycan tərəfindən 25 fevral 2010-cu il tarixində imzalanmış və 11 may 2010-cu il tarixində ratifikasiya edilmişdir.[15]

İşgəncə və sui-istifadə

[redaktə | mənbəni redaktə et]

2018-ci ildə Avropa Şurasının İşgəncə, Qeyri-İnsani və Ləyaqəti Alçaldan Rəftarın Qarşısının Alınmasına dair Komitəsi Azərbaycana 2004, 2012, 2013, 2015, 2016 və 2017-ci illərdə altı səfərinin nəticələri əsasında Azərbaycanda hüquq-mühafizə orqanlarında işgəncə faktları olması ilə məxfi hesabatını açıqlayıb.[16] İşgəncə, Qeyri-İnsani və Ləyaqəti Alçaldan Rəftarın Qarşısının Alınmasına dair Komitəsinin hesabatlarında göstərilir ki, xususilə istintaq təcridxanalarında korrupsiya geniş yayılıb, məhbuslardan nəinki əlavə güzəştlər verilməsi üçün, hətta qanunvericilikdə onların haqqı çatdıqları "adi əşya və xidmətlərə ödəniş tələb olunur".[16] Komitənin Azərbaycanda vəziyyətlə bağlı ümumi təəssüratı ondan ibarətdir ki, işgəncə, polis və başqa hüquq-mühafizə orqanları və ordu tərəfindən pis rəftarın bütün formaları, bütün hüquq-mühafizə sistemində korrupsiya və cəzasızlıq halları sistematik, geniş yayılmış və müntəzəm şəkildə davam edir.[17] Hesabatda bildirilir ki, 2017-ci ildə xüsusi səfərin nəticələri müxtəlif hüquq-mühafizə orqanlarının əməkdaşları arasında ümmiləşdirilmiş zorakılıq mədəniyyətinin mövcud olduğunu deməyə əsas verir.[17]

Bununla yanaşı, cəzasızlıq və pis rəftarla bağlı iddiaların düzgün araşdırılmaması, eləcə də saxlanan məhbusların vəkillə və həkimlə təmin olunması, saxlanma haqda məlumat verməsi və informasiya almaq hüququ da daxil olmaqla, hüquqi qarantiyaların təmin edilməməsi kimi ciddi problemlər qalmaqdadır.[17]

Açıqlanmış hesabatda həmçinin Azərbaycanda psixiatriya klinikalarında və sosial yardım evlərində ağır durum qeyd edilib.[17] Burada yoxsul yaşayış şəraiti, həmçinin xəstələr arasında (xüsusilə Gəncə Psixiatriya Klinikası) zorakılıqlar və məcburi gətirilən xəstəsələr üçün effektiv hüquqi təminatların olmaması vurğulanıb.[17]

border=none Əsas məqalə: Azərbaycanda korrupsiya

2012-ci ildə Avropa Sabitliyi Təşəbbüsü Avropa Şurası Parlament Assambleyasında Azərbaycan hakimiyətinin dostlarından olan deputatları Bakıya səfərə gələndə, onlara kürü, ipək xalça, qızılgümüş əşyaları və nağd pul kimi hədiyyələr təqdim olunması nəticəsində yaranan Kürü diplomatiyasında ittiham edib.[18][19][20]

2015-ci ildə nəşr olunan Panama sənədlərində Leyla Əliyevanın 2015-ci ildə biznesmen və pop ulduz Emin Ağalarovdan boşandığı zaman yeni ofşor firması yaratdığını üzə çıxarmışdı. Dünyanın KİV-ləri prezident İlham Əliyev Azərbaycanı 2003-cü ildən idarə etməyə başladıqdan sonra onun qızlarının əlində nəhəng şəxsi biznes imperiyasının cəmləşdiyi bildirilir.[21] Bura BƏƏ-də dəbdəbəli mənzillər, telekommunikasiya və qızıl sektorunda səhmlər daxildir.

Transparency International korrupsiyaya qarşı mübarizə üzrə beynəlxalq hüquq müdafiə təşkilatı ölkələrin reytinqində Azərbaycan 2017-ci ilin yekunlarına görə 122-ci yeri tutub.[22] Hesabata görə, Azərbaycan korrupsiyanın ciddi problem olduğu ölkələrdəndir. 2016-cı ilin statistikasına görə, ölkədə vətəndaşların 38%-i ictimai xidmətlərdən yararlanmaq üçün rüşvət verdiyini bildirib.[23]

2018-ci ildə Araşdırma Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsinə görə, Azərbaycanın "pulyuyan maşın"ından çıxan pulun bir hissəsi, 2,5 milyard avro (2,9 milyard ABŞ dolları) gizli pulların yuyulması planı və kölgə fondu vasitəsilə 2012–2014-cü illər arasında ölkədən çıxarılaraq 10 ildən çoxdur ki, ABŞ hökumətinə lobbiçilik etməsi üçün Virciniya firmasını kirayə götürən özəl Azərbaycan təşkilatına ötürülüb.[24]

Zamirə Hacıyeva 2018-ci ilin oktyabr ayında Böyük Britaniyanın İzahedilməmiş Sərvət Sərəncamının şərtlərinin ilk hədəfi olan şəxs kimi tarixə düşüb.[25][26] O, Londonda 22 milyon funt-sterlinqlik daşınmaz əmlakı olan Hacıyeva əmlakın qanuni gəlirlə əldə edilməsinin mənbəyini sübut edə bilməyib və mülkləri müsadirə edilib.[25] Britaniya Milli Cinayətlər İdarəsi isə onun həyat yoldaşı olan Cahangir Hacıyevin 1993–2015-ci illərdə bu qədər sərvətə malik ola biləcəyini mümkünsüz hesab edib.[27]

Qaçqın haqları

[redaktə | mənbəni redaktə et]

BMT-nin Baş Assambleyasının 1993-cü ildə keçirdiyi 85-ci plenar iclasında "Azərbaycanda olan qaçqın və məcburi köçkünlərə fövqəladə beynəlxalq yardımın göstərilməsi haqqında" qətnamə (A/RES/48/114) qəbul etmişdir.[28] BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə qəbul edilmiş 822, 853, 874, 884 saylı, qətnamələrdə münaqişənin tezliklə, sülh yolu ilə həlli, işğal olunmuş ərazilərin Ermənistan silahlı qüvvələrindən azad edilməsi ilə yanaşı qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması məsələsi də öz əksini tapmışdır.[28] BMT Baş Assambleyasının 62-ci sessiyası çərçivəsində 2008-ci ildə gündəliyin "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" adlı bəndi üzrə qəbul edilmiş qətnamədə işğal olunmuş ərazilərdən köçkün düşmüş insanların öz evlərinə qayıtmaq hüququ bir daha təsdiq olunmuşdur.[28]

Qadın haqları

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Azərbaycanda qadın

Azərbaycanda qadınların rəsmi olaraq kişi ilə hüquqları bir olsa da, sosial diskriminasiya hələ də problemdir. Ölkənin kənd ərazilərində ənənəvi sosial normalar və iqtisadi inkişafın zəif olması, iqtisadiyyatda qadının rolunu məhdud olmasına səbəb olur və cinsi diskriminasiyaya görə qadınlar qanuni hüquqlarından istifadə etməkdə çətinlik çəkir.[29][30]

Azərbaycanda qadının statusu son bir neçə minillik ərzində çox böyük dəyişikliklərə məruz olmuşdur. Buna baxmayaraq, Azərbaycanda qadınlar ölkə tarixinin bütün dövrlərində xalqın taleyüklü məsələlərinin həll edilməsinə öz töhfələrini veriblər. 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti dövründə ölkə ərazisində yaşayan bütün xalqların və hər iki cinsin bərabər seçki hüququ qanunla təsbit edilirdi. Bununla da, Azərbaycan Şərqdə qadınlara seçki hüququ verən ilk ölkə oldu.[31][32]

1930-cu ildə Adilə Şahtaxtinskaya doktorat dərəcəsi əldə edən ilk azərbaycanlı qadın olub

Sovet hakimiyyəti illərində də Azərbaycan qadını çox mürəkkəb və şərəfli yol keçmişdir.[33] Qadın emansipasiyası, qısa bir müddətdə qadınlar arasında savadsızlığın ləğvi, qadınların müəllim, həkim, mühəndis və sair peşələrə yiyələnərək cəmiyyətdə kişilərlə bərabər hüquqları malik olması, öz istedad və bacarıqlarını gerçəkləşdirə bilməsi həmin dövrün başlıca nailiyyətləridir.[33] 1921-ci il Azərbaycan tarixinə qadınların ilk qurultayı ili kimi daxil olmuşdur.[33] Nəriman Nərimanovun məruzə ilə çıxış etdiyi bu qurultayın əsas qayəsini qadın azadlığı ideyaları təşkil etdi.[33] Qurultaydan keçən qısa bir müddət ərzində Azərbaycan qadınlarının maariflənməsi, ictimai fəallığının artırılması sahəsində böyük işlər həyata keçirildi.[33] 1921-ci ildə qızlar üçün təşkil olunmuş məktəbəqədər tərbiyə institutu bir il sonra Ali qadın pedaqoji institutuna çevrildi.[33] Ceyran Bayramovanın təşəbbüsü ilə yaradılmış ilk qadın klubu bu dövrdə qadın hərəkatının inkişafında mühüm rol oynadı.[33] 1923-cü ildə "Şərq qadını" jurnalının nəşrə başlaması Azərbaycanda qadın hərəkatı tarixində əlamətdar hadisə oldu.[33] Sovet hakimiyyəti dövründə Azərbaycan qadınlarının 1957, 1967 və 1972-ci illərdə keçirilmiş qurultayları da Azərbaycanda qadın hərəkatının inkişafında, onun daha mütəşəkkil forma almasında mühüm rol oynadı.[33]

Azərbaycan Respublikasının 1995-ci ildə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyası qadınların kişilərlə bərabər demokratik dövlət quruculuğu prosesində fəal iştirakının hüquqi bazasını yaratdı.[34] Konstitusiyanın qadın hüquqlarının müdafiəsinə etibarlı zəmin formalaşdıran 25-ci maddəsində hamının qanun və məhkəmə qarşısında bərabərliyi, habelə kişi ilə qadının eyni hüquq və azadlıqlara malik olduğu birmənalı şəkildə təsbit edilmişdir.[34] Həmin maddənin üçüncü hissəsi cinsindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verməklə yanaşı, insan və vətəndaş hüquqlarının və azadlıqlarının cinsi mənsubiyyətə görə məhdudlaşdırılmasını da qadağan edir.[34] 1995-ci ildə Pekində keçirilən IV Ümumdünya Qadınlar konfransına hazırlıq dövründə Azərbaycanda fəaliyyət göstərən Qadınların Milli Komitəsi Pekin konfransına ümummilli məruzəni hazırlayıb təqdim etmişdir.[33] Konfransdan sonra ümummilli fəaliyyət platformasına aid müzakirələr və konfranslar keçirilmişdir.[33] Azərbaycan Respublikası 1995-ci iyunun 30-da Birləşmiş Millətlər Təşkilatının "Qadınlara münasibətdə ayrı seçkiliyin bütün formalarının ləğv olunması haqqında" konvensiyasına qoşularaq öz üzərinə müvafiq öhdəliklər götürmüşdür.[33]

2004-cü ildə Azərbaycanda bələdiyyə üzvlərinin cəmi 4 faizi qadınlar olduğu halda, 2009-cu ildə artıq bu rəqəm 26,5 faizə qalxıb.[35] 2011-ci ildə Azərbaycanda parlament sədrinin üç müavinindən biri, parlamentin 125 deputatından 20-si, İnsan Hüquqları üzrə müvəkkil, 1 Dövlət Komitəsinin sədri, 1 Dövlət Komissiyasının sədri, 4 nazir müavini, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədr müavini və 1 hakimi qadın idi.[35][36] Həmin ildə, ölkədə 90-a yaxın qeyri-hökumət qadın təşkilatı fəaliyyət göstərib.[35]

2013-cü ildən başlayaraq, qadınlara qarşı zorakılıqla bağlı cinayətlərin ümumi sayında artım müşahidə edilir.[37] Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məlumatına görə, 2013-cü ildə qadınlara qarşı zorakılıqla bağlı cinayətlərin ümumi sayı 1803 olub. 2014-cü ildə qadınlara qarşı zorakılıqla bağlı 2114, 2015-ci ildə 2248 cinayət qeydə alınıb.[38]

2016-cı ildə BMT-inin İnsan Haqları Şurasının hesabatında qeyd olunur ki, Azərbaycanda gender bərabərliyi sahəsindəki nöqsanlardan, qadınlara qarşı dərin oturuşmuş patriarxal münasibətdən, qızlara "ailə qeyrəti" adı altında qoyulan məhdudiyyətlərdən, qadınların parlamentdəki faizinin 17-yə yüksəlməsinə baxmayaraq onların rəsmi orqanlarda hələ də az təmsil olunmasından narahatdır.[8]

Azərbaycanda hər 100 qıza 114 oğlan düşür. 2017-ci ildə yeni doğulanların cinslər arası nisbətinin pozulmasında Azərbaycan dünyada ikinci yeri tuturdu.[39] Statistikaya əsasən, Azərbaycanda abortların sayı hər il artır.[39] 2003-cü ildə Azərbaycanda abort edənlərin sayı 16912, 2010-cu ildə 26 01, 2016-cı ildə 34569, 2017-ci ildə 37618 qadın abort etdirib. Abortların çoxu yaşı 29-dək olan qadınların payına düşür.[39] 2011-ci ildə Avropa Şurası Parlamet Assambleyasının oktyabr ayında qəbul etdiyi qətnamədə Albaniya, Azərbaycan, ErmənistanGürcüstan kimi ölkələrdə cinsin perinatal seçiminin səviyyəsi "həyəcan doğuran miqyasa" çatdığı qeyd olunur.[39]

LGBT hüquqları

[redaktə | mənbəni redaktə et]
Azərbaycanlı aktivistlər Almaniyada keçirilən gey prayd zamanı Azərbaycanda LGBT haqlarının vəziyyətinə dair şüarlarla, 2015-ci il.

Azərbaycanda eynicinsli münasibətlərin leqallığı 2000-ci ilin sentyabrından qüvvəyə minib.[40] ILGA-Europe təşkilatının 2018-ci ildə siyahısında Azərbaycan LGBT hüquqlarının müdafiə olunması səviyyəsinə görə yenə də 49 Avropa ölkəsi sıralamasında sonuncu yer alıb.[41]

Media azadlığı

[redaktə | mənbəni redaktə et]
2005-ci ildə jurnalist Elmar Hüseynovun Amerikanın səsinə müsahibəsi

Azərbaycanda hökumət tənqidçiləri və opponetlərinə qarşı təqib, fiziki təcavüz və həbslər kimi bir çox halları sənədləşdirmişdir.[2] 2005-ci ildə jurnalist Elmar Hüseynovun araşdırılmamış qətlindən sonra, jurnalistlər öz ifadə azadlıqlarından istifadə etdiklərinə görə hücumlarla, təqiblərlə, təhdidlərlə və məhbus edilməklə üzləşməkdə davam edirlər.[42]

Elmar Hüseynovun jurnalist həmkarı Eynulla Fətullayev bu qətlə dair şəxsi təhqiqata başlamış və 2007-ci ildə yazdığı məqalədə Elmar Hüseynovun qətlinin yüksək vəzifəli hökumət rəsmisi tərəfindən sifariş edildiyini iddia etdikdən sonra hakimiyyət tərəfindən amansız təqiblərə məruz qalmışdır.[43] Həmin ildə Eynulla Fətullayevə qarşı Azərbaycan ordusuna böhtan atılması ittihamı ilə cinayət işi qaldırılmışdır. Böhtan ittihamı 1992-ci ildə Dağlıq Qarabağda Azərbaycan və Ermənistan arasında münaqişə əsnasında Xocalı şəhərində dinc vətəndaşların qətliyamı haqqında hökumət tərəfindən verilən məlumatı şübhə altına alan iki məqalə ilə əlaqələndirilirdi.[2] 2009-cu ilin sentyabrında Avropa İnsan Haqları Məhkəməsi Eynullanın işini araşdırmağa başladıqdan sonra, o, həbsxanadaykən, elə orada heroin saxlamaqda ittiham edildi.[2] 2010-cu ildə Avropa İnsan Haqları Məhkəməsi gözlənildiyi kimi, Fətullayevin ifadə azadlığı hüququndan istifadə etdiyi üçün düzgün olmadan məhkum edildiyi barədə qərar çıxardı və Azərbaycanı onu azad etməyə çağırdı. 2011-ci ilin may ayında Fətullayev prezident əhvi ilə azad edildi.[2]

Tədqiqatçı jurnalist Xədicə İsmayılova tez-tez yüksək ranqlı hökumət məmurlarının biznes holdinqləri və korrupsiya iddiaları üzrə araşdırmalar apardıqdan sonra, ona qarşı qaralama kampaniyası 7 mart 2012-ci ildə baş verib.[44] Həmin gün ona anonim şəxs tərəfindən göndərilən məktubda jurnalistin öz oğlan dostu ilə birlikdə intim şəkilləri ilə yanaşı, həm də "Qəhbə, özünü yığışdır, əks halda rüsvay olacaqsan"" yazılmış qeyd ilə ona xəbərdarlıq olunub.[44] İsmayılova bu təhdid məktubunu ictimailəşdirərək özünün tədqiqatçı jurnalist fəaliyyətinə davam edib.[44] İsmayılovanın öz oğlan dostu ilə birlikdə intim həyatına aid gizli çəkilmiş video 14 mart 2012-ci il tarixində internetdə yayımlanıb.[44] Videonun yayılmasından bir gün öncə, hökumət-yönümlü bir qəzetdə İsmayılova hədəfə alınaraq onun şəxsi həyatını tənqid edən uzun bir yazı çap olunub.[44] 2014-cü ildə İsmayılova Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən 7 il 5 ay müddətində azadlıqdan məhrum edilib.[44] 2016-cı ilin may ayında Xədicə İsmayılovanın cəzasının 3 il 6 ay müddətinə şərti cəza ilə əvəz olunması barədə qərar çıxarılıb.[44]

İnternet mediası tənqidi rəy və müstəqil xəbərləşmə üçün alternativ vasitə kimi populyarlıq qazandıqca, hakimiyyət dairələri internet fəallarını və bloqçuları da hədəfləyirlər.[2] Adnan HacızadəEmin Milli, Azərbaycandakı ictimai-siyasi vəziyyət barədə informasiyaları internetin şəbəkə alətlərindən istifadə edərək yayan iki bloqqer və fəal 2009-cu ilin 8 iyulunda "xuliqanlıq" ittihamı ilə həbs edilmişlər.[45] Onlar 8 iyul 2009-cu ildə Bakı restoranlarından birində iki naməlum şəxs tərəfindən hücuma məruz qalmışlar.[45] Baş vermiş hadisə barədə polisə məlumat vermək cəhdi etdikdən sonra, onların özünü həbs etmiş və onlara qarşı xuliqanlıq ittihamı irəli sürmüşlər.[45] Onlar YouTube saytına bir video postinqindən bir həftə sonra həbs olunmuşlar. Həmin videoklipdə eşşək qiyafəsi geyinmiş bir kişinin parodik mətbuat konfransı təsvir olunurdu.[45] Videoda Azərbaycan hökumətinin guya pərdələnmiş korrupsiya və ya dövlət büdcəsindən oğurluq məqsədilə Almaniyadan min dollarlarla qiymətə eşşəklər aldığını iddia edən xəbər satira şəklində təqdim olunmuşdu.[45] Videoda eşşəklərin idxalından məqsəd, QHT-lərin qeydiyyatı üçün yeni qanunvericilik aktının qəbulu və hökumətin insan haqlarına barmaqarası baxması kimi məsələlər qaldırlmışdı.[45] Həbslərindən sonra, 2009-cu il 11 noyabrda Adnan Hacızadə və Emin Milli xuliqanlıqda və ciddi olmayan bədən xəsarəti yetirməkdə ittiham olunaraq müvafiq şəkildə iki il və iki il yarım müddətinə həbsxana cəzasına məhkum edildilər.[45] 2010-cu ilin noyabrında, əhəmiyyətli beynəlxalq təzyiqdən sonra onların hər ikisi, 16 ay həbsxanada qaldıqdan sonra şərti cəza qaydasında azad edildilər.[45]

Azərbaycanda media əsasən dövlətə məxsusdur və onun yayınladığı məzmun əhəmiyyətli dərəcədə onun siyasi nüfuzuna bağlıdır.[2] Bu, xüsusilə də Azərbaycanda əsas informasiya mənbəyi olan televiziyaya aiddir.[2] Hesab edilir ki, televiziyanın xəbər proqramları əsaslı şəkildə hökumətin xeyrinə işləyir. Hökumət nəzarəti həm hökumətpərəst kanalların hegemonluğunda, həm də yayın lisenziyalarının təsdiqinə nəzarət edən Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının (MTRŞ) təyin edilməsinin və maliyyələşdirilməsinin məhz dövlət tərəfindən icra olunmasında özünü büruzə verir.[2]

Çap mətbuatında daha böyük plüralizmə imkan olsa da, bu mətbuatın, xüsusən də televiziyalarla müqayisədə auditoriyaya çıxışı məhduddur və üstəlik, burada da iqtidaryönlü mətbuat orqanların hegemonluğu mövcuddur.[2] 2011-ci ilin beynəlxalq hesablamalarına görə, qəzetlərin 80 faizi dövlətin mülkiyyətindədir və təxminən 10 faizi müxalifət tərəfindən idarə olunur və heç bir tərəf qərəzsiz xəbərlər yaymağa meyilli deyildir.[2]

Çap mediasına nəzarət üzvlük əsasında tərtib edilmiş və özünütənzimləyən qurum olan Mətbuat Şurası tərəfindən tənzimlənir. Şura müntəzəm olaraq mətbuat orqanların "reketçi qəzetlər" adlanan "qara siyahısını" dərc edir.[2] Şuranın bildirdiyinə görə siyahı, qəzetləri Azərbaycanda çox da nadir hal olmayan etik standartların pozulmasına görə məzəmmət etmək üçün hazırlanır.[2] Bununla belə, media nümayəndələrinin fikrincə, qəzetlərin qiymətləndirilməsi üçün aydın kriteriya yoxdur və qara siyahıya salmaların ən azı bəzilərinin siyasi motivli olduğu nəzərə çarpır.[2]

2011-ci il noyabrında naməlum şəxslər Bakıda yazıçı Rafiq Tağını bıçaqlayıb.[46] Yazıçı xəstəxanada olarkən jurnalistlərə "İran və Qloballaşma qaçınılmazlığı" məqaləsi ilə bağlı hücum ola biləcəyini demişdi.[46] Onun 2006-cı ildə "Avropa və biz" məqaləsindən sonra iranlı ayətulla Fazil Lənkərani haqqında ölüm fitvası vermişdi.[46] Rafiq Tağı bıçaqlandıqdan bir neçə gün sonra Bakıda xəstəxanada vəfat etdi.[46]

Müstəqil və müxalifətyönlü qəzetlər həmçinin iqtisadi bərabərsizlikdən ziyan çəkdiklərindən şikayətlənirlər. Dövlətin mülkiyyəti olan və ya iqtidaryönlü qəzetlərə universitetlər, xəstəxanalar və məktəblər də daxil olmaqla, hökumət və dövlət təsisatları tərəfindən abunə yazılmaq məcburidir.[2] Müstəqil və müxalifətyönlü qəzetlərin Amnesty Internationala bildirdiyinə görə, şirkətlər və digər potensial reklam sifarişçiləri müxalifət və müstəqil mediaya reklam verməmələri üçün birbaşa və ya dolayısı ilə hakimiyyət nümayəndələri tərəfindən təzyiqə məruz qalırlar.[2] Bunun nəticəsi olaraq, onlarda dərc edilən pullu reklamların sayı, hakimiyyətyönlü qəzetlərdəki reklamların eyni metodlarla aparılan hesablamalarına görə müqayisə olunmayacaq dərəcədə azdır.[2]

Azərbaycan hökuməti media üzərində öz nəzarətini genişləndirən bir sıra qanunvericilik aktları qəbul etmişdir. Media qanununa 2008-ci ilin dekabrında qəbul edilmiş düzəlişlər, xarici yayınçıların milli tezliklərdə yayınlarını qadağan etməklə mühüm informasiya mənbələrindən yayınlanan, senzuraya məruz qalmayan xəbər proqramlarının əksər Azərbaycanlılara çatmasının qarşısını aldı.[2] BBC, Amerikanın səsiAzadlıq Radiosu bu qadağan nəticəsində 2009-cu il yanvarın 1-dən FM tezliklərindəki yayınlarını dayandırmağa məcbur oldular.[47] Bu məhdudiyyət müxtəlif beynəlxalq xəbər mediasının yerli dillərdə proqramlarının milli televiziya və radio tezliklərindəki yayınını da qadağan etdi. Azadlıq Radiosunun prezidenti Cefri Gedminin dediyinə görə, FM tezliklərinin internet radiosu və qısa dalğalar kimi alternativləri olsa da, qadağan, onların öz auditoriyalarının 90 faizini itirlmələri ilə nəticələnmişdir.[2]

2009-cu il Azərbaycanda konstitusiya referendumu daha da məhdudlaşdırıcı tədbirlərlə nəticələndi.[2] Həmin referendumda qəbul edilmiş dəyişikliklər, adamların öz icazəsi olmadan onların fotolarının və videolarının çəkilməsini və səslərinin yazılmasını hətta ictimai yerlərdə də qadağan etdi.[2] 2009-cu ildə Avropa Şurasının Venesiya Komissiyası bu qanun layihəsini ictimai maraq kəsb edən məsələlər barədə məlumat verilməsi üçün istisnalar nəzərdə tutmadığına, həmçinin jurnalist işinə potensial baxımdan əngəl törətdilməsinə və maneə yaradılmasına imkan verdiyi üçün tənqid etdi.[2] Bu tövsiyələrə məhəl qoymayan Milli Məclis 2010-cu il fevralın 12-də şəxsin əvvəlcədən xəbəri və razılığı olmadan onun fotosunun, videosunun çəkilməsinin və səsinin yazılmasının qadağan olunması barədə düzəlişi qəbul etdi. Bu qadağan yalnız hüquqmühafizə orqanlarına şamil edilmir.[2]

2010-cu ilin iyulunda Prezident Administrasiyasının keşikçiləri adıçəkilən qanuna istinad edərək bir neçə jurnalisti tutub saxlamış, onların video kasetlərini almış, oradakı inzibati bina görüntülərini silmişlər.[2] Videosüjetlərdə Sabirabad rayonu sakinlərinin hökumətin daşqınların vurduğu ziyanın aradan qaldırılması ilə əlaqədar fəaliyyətindən narazılıq ifadə edən etirazının görüntüləri vardı.[2] Verilən məlumatlara görə keşikçilər jurnalistlərə yeni qanunun əsasında onların xüsusi icazələri olmadan administrasiyanın binasının fotoşəkillərini və videosunu çəkməyə ixtiyarlarının olmadığı barədə yazılı xəbərdarlıq da vermişlər.[2]

Human Rights Watch təşkilatı Meydan TV əməkdaşlarına qarşı cinayət tədqiqatını, Azadlıq qəzetinin nəşrinin dayandırılması qərarını və ANS TV-nin bağlanmasını Azərbaycanda 2016-cı ildə media azadlıqlarının azalmasının nümunələri kimi göstərib.[6]

Bloqqer Mehman Hüseynov

2017-ci ilin martında Azərbaycan rəsmiləri arasında korrupsiya və polis qəddarlığını üzə çıxarmış bloqqer Mehman Hüseynov Bakının rayon polis idarələrindən birinin rəisinin böhtan iddiası ilə iki il müddətinə azadlıqdan məhrum edilib.[48][49] 2019-cu il yanvarın 17-də axşam saatlarında Avropa Parlamenti Azərbaycan hakimiyyətinə qarşı "Mehman Hüseynovun dərhal azad edilməsi və yeni ittihamların üzərindən götürülməsi" tələbi ilə qətnamə qəbul edib.[48]

Siyasi hüquqlar

[redaktə | mənbəni redaktə et]

Vahid Siyasi Məhbus Siyahısının hazırlanması üzrə İşçi Qrupunun verdiyi məlumata görə, 2018-ci ilin sentyabr ayında Azərbaycanda 130 siyasi məhbus var idi.[50] Həmin şəxslərin 9-u jurnalist, bloger, 1-i şair, 1-i hüquq müdafiəçisi, 68-i inanclı şəxs, 3-ü ömürlük həbs olunma cəzasına məhkum olunan, 14-ü sosial etirazlarla bağlı tutulan, 2-si keçmiş dövlət məmuru, 20-si siyasi, ictimai fəal, 10-u Səid Dadaşbəyli və onunla birgə tutulanlardır.[50]

Müxalifət fəalı Bəxtiyar Hacıyev ilk dəfə 18 noyabr 2010-cu il tarixində tutularaq saxlanmış və orduya göndəriləcəyi ilə hədələnmişdir.[51] O, 7 noyabr parlament seçkilərində müxalifətdən namizəd idi və sonralar bir sıra seçki pozuntularını ifşa etmişdi.[51] O deputatlığa namizəd kimi orduya çağırışdan hələ də azad olduğunu ustalıqla ortaya qoya bilmiş və bu səbəbdən də çağırış məktubunun etibarsızlığını sübut etmiş və azad olunmuşdu.[51] Onun seçki immuniteti bitdikdən sonra, 2011-ci ilin 24 yanvarında o yenidən saxlanmış və ona qarşı hərbi xidmətdən yayınma ittihamı irəli sürülmüşdür. Ona hərbi xidmətə yeni çağırış vərəqi tutulub saxlandığı gün təqdim olunmuşdur.[51]

Hacıyev ona alternativ hərbi xidmət imkanı verilməsini xahiş etmişdir.[51] Azərbaycanın Hərbi Çağırış Haqqında Qanun Layihəsinin 12-ci maddəsinə əsasən, onun müraciətinə Çağırış Komissiyasında baxılmalı idi.[51] Lakin bu müraciətə baxmaq əvəzinə, hakimiyyət Bəxtiyara qarşı ittiham irəli sürmüş, buna baxmayaraq o yaşadığı Gəncə şəhərini tərk etməmək və gündəlik qaydada polisə məlumat vermək şərtilə azad edilmişdir.[51] Martın 4-də o, üçüncü dəfə Gəncədə həbs olundu və ona qarşı polisdə gündəlik olaraq qeydiyyatdan keçmək qaydasının pozulması ittihamı irəli sürüldü.[51] Mayın 18-də Bəxtiyar hərbi xidmətdən yayınma ittihamı ilə iki il müddətinə azadlıqdan məhrum edilmişdir. Bu, qanunun nəzərdə tutduğu maksimum cəza müddətidir.[51]

Siyasətçi İlqar Məmmədov 2013-cü il yanvar ayında İsmayıllı rayonunda kütləvi üsyanlarla nəticələnmiş keçmiş icra başçısının oğlu və yerli sakinlər arasında baş verən toqquşmalara görə həbs olunub.[52] O, rayon sakinləri arasında ictimai-siyasi sabitliyi pozmaqda ittiham olunub.[52] 2014-cü ildə Məmmədov yeddi il müddətinə azadlıqdan məhrum edilib.[52] Avropa İnsan Haqları Məhkəməsi (AİHM) 2014 və 2017-ci illərdə Məmmədovun azadlığa buraxılmasının sürətləndirilməsi ilə iki hökm açıqlayıb.[52] 2017-ci ildə AŞPA-da Azərbaycanla bağlı qəbul edilmiş iki qətnamədə İlqar Məmmədovun azad edilməsi tövsiyə edilib.[52] 2018-ci ilin avqust ayında Şəki Apelyasiya Məhkəməsi İlqar Məmmədov haqqında şərti azadlığa buraxılma qərarı verib.[52]

2019-cu il yanvarın 19-da Bakının Məhsul stadionunda Milli Şuranın təşkil etdiyi "Siyasi məhbuslara dəstək" etiraz aksiyasında 20,000 nəfər iştirak edib.[53][54]

Siyasi qətllər

[redaktə | mənbəni redaktə et]

Azərbaycanda ən yüksək kalibrli siyasi qətllər aşağıda qeyd olunub:

1989-cu ildə jurnalist Əjdər Xanbabayev iş otağında öldürülüb.[55] Qətlin motivi məlum olmasa da, onu siyasi sifarişli qətl kimi dəyərləndirirlər.[55] Əjdər Xanbabayevin sabiq prezident Heydər Əliyevə yaxınlığı ilə seçildiyi də deyilir.[55]

1991-ci ildə Azərbaycan SSR Ali Sovetinin XI çağırış deputatı Eldar Bağırov Bakıda Ali Sovetin iclasından qayıdarkən yaşadığı evin qarşısında odlu silahdan açılan atəşlə qətlə yetirilib.[55] Qətlin motivi siyasi olduğu qeyd olunur.[55]

1993-cü ilin aprelində kontr-admiral Eduard Hüseynov yaşadığı binanın girişində qətlə yetirilib.[55] Qətllə bağlı məhkəmə hökmü var, bir neçə nəfər həbs edilib.[55]

Dövlət xadimi Afiyəddin Cəlilov 1994-cü ilin oktyabrında dövlət çevrilişinə cəhd göstərən Xüsusi Təyinatlı Polis Dəstəsi əməkdaşları tərəfindən qətlə yetirildiyi bildirilir.[55] Bu işdə ittiham olunaraq azadlıqdan məhrum edilmiş Dəyanət Kərimov isə günahsız olduğunu bildirir. Azərbaycanın dövlət xadimi Şəmsi Rəhimov da Afiyyədin Cəlilovla eyni gündə, yaşadığı binaya girərkən öldürülüb.[55] Onun da dövlət çevrilişinə cəhd göstərən Xüsusi Təyinatlı Polis Dəstəsi tərəfindən qətlə yetirildiyi bildirilir.[55] Ölkə xaricində olan, BMT-nin sessiyasında iştirak edən o vaxtkı prezident Heydər Əliyev bu qətllərin Azərbaycanın müstəqilliyi əleyhinə yönəldiyini bəyan etmişdi. Sonradan qatillərin həbs edildiyi və uzun müddətə azadlıqdan məhrum edildiyi bildirildi.[55]

Deputat Şahmərdan Cəfərov

1995-ci ilin martında Bakıda Xüsusi Təyinatlı Polis Dəstəsi üzvləri ilə hökumətin başqa silahlı gücləri arasında qarşıdurmada OMON komandiri Rövşən Cavadov yaralandı.[55] Rəsmilər aldığı yaralara görə onun həyatını xilas etməyin mümkün olmadığını, yaxınları isə tibbi xidmət göstərilmədiyi üçün öldüyünü deyirlər.[55]

Deputat Şahmərdan Cəfərov 1995-ci il iyunun 17-də Naxçıvanın Culfa rayonunda atəşə tutulub. İyunun 29-da Bakıda Şüvəlan həbsxanasında vəfat edib.[55] Rəsmi məlumatlara əsasən, o, polisə silahlı müqavimət göstərərkən vurulması qeyd olunsa da, insan haqları fəalları rəsmi ittihamı rədd edirlər.[55]

1995-ci ildə prezident Heydər Əliyevin hakimiyyətini devirməyə cəhd ittihamı ilə Azərbaycan Respublikası Müdafiə naziri Vahid Musayev bir neçə yüksək rütbəli hərbçilərlə birlikdə həbs edilmiş, 15 il müddətinə azadlıqdan məhrum edilmişdi.[55] 1999-cu il yanvarın 7–8-də isə onun saxlandığı Qobustan həbsxanasında qiyam qalxmış, silahlı qarşıdurmada general Vahid Musayev öldürülmüşdü.[55]

1996-cı ildə deputat Əli Ansuxski Bakıda yaşadığı evin qarşısında odlu silahla qətlə yetirilib.[55] Güllə ağzına vurulub.[55] Qətlin motivlərinin siyasəy və ya bizneslə bağlı olduğu bildirilir.[55]

1997-ci il fevral ayının 21-də şərqşünas Ziya Bünyadov yaşadığı binanın qarşısında cinayətkar qrup tərəfindən vəhşicəsinə qətlə yetirilmişdir.[56] Qətlindən bir qədər əvvəl Müdafiə Nazirliyindəki korrupsiya ilə bağlı əlində sənədlər olduğunu bildirmişdi.[56] Bu sənədlər haqda parlamentin qapalı toplantısında həmkarlarına məlumat verdiyi də deyilir.[56] Akademikin "Hizbullah" üzvləri tərəfindən öldürüldüyü və bununla bağlı bir neçə nəfərin azadlıqdan məhrum edildiyi deyilir.[56]

2000-ci ildə DİN-in Narkotiklərlə Mübarizə İdarəsinin şöbə rəisi Azər İsmayılov şəxsi avtomobili ilə Bakıda "Ramstor" ticarət mərkəzinə gedərkən yoxa çıxıb.[55] Yalnız bir neçə il sonra ifşa olunan Hacı Məmmədov bu qətli özünün törətdiyini və bundan peşman olmadığını etiraf edib.[55]

2002-ci il martın 12-də kriminalist Rövşən Əliyev Bakıda öldürülüb.[55] Adam oğurluğu və qətllərdə ittiham olunan DİN-in keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədov onu DİN-in idarə rəisi Zakir Nəsirovun sifarişi ilə öldürdüyünü söyləyib.[55] Amma mütəxəssislər qətllə bağlı bir çox sualların açıq qaldığı qənaətindədirlər.[55]

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi polis polkunun komandiri Fətulla Hüseynov 2004-cü il 14 iyunda yaşadığı binanın qarşısında öldürülüb.[55] Onu Hacı Məmmədovun dəstə üzvlərinin qətlə yetirdiyi deyilir.[55] Hacı Məmmədov məhkəmədə bu qətlin də "siyasi sifariş" olduğunu bildirsə də, sifarişçinin kimliyini açıqlamamışdı.[55]

2009-cu il fevral ayının 11-də Azərbaycan Hərbi Hava Qüvvələrinin və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı general-leytenant Rail Rzayev naməlum qatil tərəfindən öldürülüb.[57] Hadisə baş verəndən bir müddət sonra baş prokuror Zakir Qaralov jurnalistlərə açıqlamasında Rail Rzayevin qətlindən dərhal sonra onun iş otağına qanunsuz müdaxilə olunduğunu və oradan bəzi maddi əşyaların oğurlandığını bildirib. Generalın köməkçisi Aydın Rəfiyev başda olmaqla daha bir neçə şəxsin bu qanunsuz əməllərin gizlədilməsində iştirak etdiyini vurğulayan Z. Qaralov onların bu əməllərinə görə həbs olunduqlarını qeyd edib. 2010-cu ilin noyabrında Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmənin qərarı ilə Aydın Rəfiyev 9, onun oğlu Anar Rəfiyev 7 il 6 ay, generalın yavəri Anar Həşimov isə 7 il müddətinə azadlıqdan məhrum ediliblər.[58]

2017-ci ildə maltalı jurnalist Dafne Karuana Qalizianın idarə etdiyi avtomobil Mosta yaxınlığındakı Bidnijada yerləşən evini tərk etdikdən bir müddət sonra partlayıb.[59] Malta rəsmilərinin ehtimallarına əsasən araşdırmaçı jurnalist Qalizianın ölümünə səbəb olan partlayıcı qurğu məsafədən idarə olunub.[60] Qalizia Malta rəsmiləri ilə Azərbaycan hökumətinin nümayəndələri arasında korrupsiya əlaqələri haqqında araşdırma materialları ilə məşhurlaşmışdı. O, Maltanın Baş naziri Cozef Muskatı və onun həyat yoldaşını Azərbaycanın hakim ailəsindən olan ödənişləri gizlətmək üçün gizli offşor bank hesablarından istifadə etməsində günahlandırırdı.[61]

Söz azadlığı

[redaktə | mənbəni redaktə et]

Azərbaycanda jurnalistlər və bloqqerlər kimi, insan haqları müdafiəçiləri də hakimiyyəti açıq tənqid etdikləri üçün təcavüz və təhdidlərlə üzləşirlər.[2]

Leyla Yunus

Azərbaycanda demokratiya və insan haqlarının müdafiəsi kimi məsələlərlə məşğul olan QHT — Sülh və Demokratiya İnstitunun direktoru Leyla Yunus hakimiyyət tərəfindən dəfələrlə hədəflənmişdir.[62] Azərbaycan polisində korrupsiya iddilarını açıq şəklildə səsləndirdiyinə görə 2008-ci ilin 13 dekabrında ona qarşı böhtan ittihamı irəli sürülmüşdür.[2] Azərbaycan Daxili İşlər Nazirliyi Leyla Yunusun iddialarının əsaslandırılmamış, uydurma və şər xarakterli olduğunu bildirmiş və ondan əvvəlki bəyanatını geri götürməyi, üzr istəməyi və nazirliyə dəymiş "mənəvi zərəri" 100,000 manat (125,000 ABŞ dolları) cərimə ilə ödəməyi tələb etmişdir.[2] Ona qarşı böhtan ittihamı beynəlxalq təzyiqin ardınca geri götürülsə də, ona qarşı təhdid cəhdləri dayanmamışdır.[2] Yunus New York Times qəzetinə Bakının mərkəzindəki binaların sökülməsinə aid müsahibə verdikdən sonra, aqqustun 11-də, gecə saatlarında onun ofisi buldozerlər vasitəsilə dağıdılmışdır.[2] Söküntü əvvəlcədən heç bir bildiriş verilmədən və binanın 2011-ci il 13 sentyabradək dağıdılmasını qadağan edən məhkəmə qərarının mövcudluğuna məhəl qoyulmadan həyata keçirilmişdir.[2] Polis zabitlərinin rəhbərliyi altında işləyən inşaatçılar binanın sökülməsinə SDİ-nin əməkdaşı Azad İsazadə hələ içəridəykən və ona ofisin avadanlığından və əşyalarından heçnəyi isə götürməyə imkan vermədən başlamışlar.[2]

2011-ci ildə Sumqayıt Universiteti tarix fakültəsinin tələbəsi və müxalif AXCP-nin gənclər qanadının fəal üzvü, 19 yaşlı Cabbar Savalan Facebook-da tənqidi postlar yazmağa başladıqdan bir az sonra həbs edilmişdir.[63] Fevralın 7-də Sumqayıt Rayon Məhkəməsi Cabar Savalını məhkəməyə qədər iki aylıq həbs cəzasına məhkum etmişdir.[2] Həbsdən sonra onun qan analizinin narkotik maddə izlərini göstərməməsinə baxmayaraq, Mayın 4-də ona qarşı qanunsuz narkotik maddələrin şəxsi istifadə üçün saxlanması ittihamı irəli sürülmüşdür.[2] Onun üstündən, cibinə atıldığı iddia olunan narkotik maddə tapılmasına dair sübutdan başqa, ona qarşı ittiham əsasən onun vəkili ilə görüşməzdən əvvəl imzaladığı və sonradan imtina etdiyi etiraf ifadəsi üzərində qurulmuşdur.[2]

NİDA Vətəndaş Hərəkatının üzvü olan Qiyas İbrahimov və fəal Bayram Məmmədovla birgə 2016-cı il mayın 10-da saxlanıblar.[64] Onlar narkotik ittihamıyla suçlanıblar.[64] Amma məhkəmədə bu ittihamı rədd edərək, keçmiş prezident Heydər Əliyevin abidəsinin üzərində "Qul bayramınız mübarək!" yazıldığına görə həbs edildiklərini bildiriblər.[64] 2016-cı il oktyabrın 25-i Bakı Ağır Cinayətlər Məhkəməsində gənc fəal Qiyas İbrahimova 10 il həbs cəzası verilib.[64]

Qarabağ qaziləri və əsgər ölümləri

[redaktə | mənbəni redaktə et]

2013-cü il yanvarın 12-də Bakının Fəvvarələr meydanında "Əsgər ölümlərinə SON!" aksiyası keçirilib.[65][66][67] İştirakçıların əsas şüarları "Əsgərimiz ölməsin, ordu morqa dönməsin", "Ali Baş Komadan, bizə cavab ver", "Bəsdir yalan danışmaq!", "Əsgər ölümünə yox!" olub.[65] Aksiya iştirakçıları Daşkəsəndə "N" saylı hərbi hissədə xidmət edən əsgər Ceyhun Qubatovun ölümünə etiraz ediblər.[65] Aksiyanın dağıtmaq üçün polislər su şırnağı, rezin güllə və göz yaşardıcı qazlardan istifadə edilib.[65]

Uşaq hüquqları

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikası 21 iyul 1992-ci il tarixli və 236№-li qanunla BMT-nin "Uşaq hüquqları haqqında" Konvensiyasını ratifikasiya etmişdir.[68] 2000-ci il 6–8 sentyabr tarixlərində BMT-nin Nyu-Yorkda keçirilmiş Minilliyin Sammitində isə Azərbaycan Respublikasının Prezidenti bu konvensiyanın "Uşaqların silahlı münaqişəyə cəlb olunması" və "Uşaq alveri, uşaq fahişəliyi və uşaq pornoqrafiyası" üzrə Fakültativ Protokollarını imzalamışdır.[68]

1993-cü ildə Azərbaycan "Uşaqların yaşaması, müdafiəsi və inkişafının təmin edilməsi haqqında" 1990-cı il 30 sentyabr tarixli Ümumdünya Bəyannaməsinə qoşulmuşdur.[68] 2002-ci ilin mayında Azərbaycanın nümayəndə heyəti BMT-nin Baş Assambleyasının uşaqlara həsr olunmuş xüsusi sessiyasında fəal iştirak etmişdir.[68]

2004-cü ildə Azərbaycan Beynəlxalq Əmək Təşkilatının "Uşaq əməyinin ən pis formalarının ləğv edilməsi" haqqında 182 saylı Konvensiyası və eyni adlı 190 saylı Tövsiyəsinə, həmçinin Beynəlxalq övladlığa götürməyə dair Haaqa konvensiyasına qoşulmuşdur.[68]

BMT-nin Uşaq Hüquqları Komitəsi Azərbaycanda qızların erkən ərə verildiyini qeyd edir.[69] BMT-nin 2016-cı il hesabatında Azərbaycan nikaha erkən daxil olan qızların sayına görə 144 ölkə arasında 69-cu yerdə dayanır.[69]

Sosial-iqtisadi və mədəni hüquqlar

[redaktə | mənbəni redaktə et]

Əlverişli ətraf mühitin təmin olunması

[redaktə | mənbəni redaktə et]

Əmək haqları

[redaktə | mənbəni redaktə et]

Azərbaycanda minimum əmək haqqı 2010-cu ildə 319,1 manat olsa da, 2017-ci ildə "ölkə iqtisadiyyatında müzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı" 525,6 manat olub.[70] Eyni zamanda, minimum əmək haqqı və ölkədə yaşayış minimumu üçün hesablanan məbləğ də fasiləsiz artmaqda davam edib.[70] Lakin bu artımla yanaşı, manatın devalvasiyası idxal edilən ərzaq və digər malların da kəskin bahalaşmasına səbəb olub.[70]

Mənzil hüququ

[redaktə | mənbəni redaktə et]

Sağlamlıq hüququ

[redaktə | mənbəni redaktə et]

Təhsil hüququ

[redaktə | mənbəni redaktə et]

2012-ci ilin 18 iyun — 6 iyul tarixlərində BMT-nin İnsan Hüquqları Şurasının 20-ci sessiyası çərçivəsində Azərbaycanda təhsil hüququ, qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması, insan hüquqlarının təşviqi və müdafiəsi sahəsində milli institutların fəaliyyəti, məcburi köçkünlərin insan hüquqları və internetdə insan hüquqlarının müdafiəsi üzrə qətnamələrin hazırlanması prosesində iştirak etmiş və bu sənədlərə həmmüəllif qismində qoşulmuşdur.[1]

Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2017" adlı nəşrində, 2010-cu il göstəriciləri əsasında Azərbaycan, təhsil və səhiyyə üçün qeyri-rəsmi ödənişlərin ən geniş yayıldığı ölkələrdən biri kimi təqdim olunub.[71] Buna isə səbəb Azərbaycanda dövlət qurumlarına etibarlılığın aşağı səviyyədə və sosial xidmətlərə ayrılan maliyyə resursların çatışmazlığıdır, Dünya Bankı qeyd edir.[71]

Yaradıcılıq azadlığı

[redaktə | mənbəni redaktə et]

Ədalət mühakiməsi, cinayət və icra

[redaktə | mənbəni redaktə et]

Məhkəmə və hakimlər haqqında qanun bütün şəxslərin məhkəmə qarşısında bərabərliyi, müstəqil məhkəmələr tərəfindən ədalət mühakiməsinin ədalətlə və maneəsiz həyata keçirilməsi, təqsirsizlik prezumpsiyası, məhkəmə baxışının açıq, çəkişmə qaydası əsasında həyata keçirilməsi kimi ədalət mühakiməsi prinsiplərini müəyyənləşdirmişdir.[1]

Ölüm cəzası

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikasında 1993-cü ildə ölüm hökmünün icrasına moratorium qoyulmuş, 1998-ci ilin fevral ayının 10-da isə tamamilə ləğv edilmişdir.[1] O vaxta qədər ölüm hökmünə məhkum edilmiş, lakin cəzaları icra olunmamış 128 nəfərə həyatları bağışlanıb. Buna qədər Azərbaycanda yalnız ağır, xüsusilə ağır cinayətlərdə məhkum olunan şəxslərə ölüm hökmü elan edilib.

Beynəlxalq qaçırmalar

[redaktə | mənbəni redaktə et]

2011-ci il aprelin 1-də parlament üzvlüyünə keçmiş namizəd, Fransada yaşayan müxalifət fəalı Elnur Məcidliyə qarşı qiyabi olaraq "hakimiyyətin zorakı yolla devrilməsi, və ya bu kimi hərəkətlərə çağırış edən materialların yayılması" ittihamı irəli sürülmüşdür.[72] Bu ittiham 12 il həbsxana cəzasını nəzərdə tutur.[72] Məlumatlara görə Azərbaycan hakimiyyəti onun həbsi məqsədilə beynəlxalq order üçün müraciət etmişdir.[72] Elnurun dediyinə görə, İnterpol lazımi sübutların olmaması əsasında belə bir orderin verilməsindən imtina etmişdir.[72] Elnur Məcidliyə Fransada əli çatmayan hakimiyyət onun fəaliyyətinə görə ailəsini cəzalandırmaq yolunu seçmişdir.[72] Aprelin 1-də polis onun və əmisi oğlunun evlərinə reyd keçirmişdir.[72] Evdə yalnız onun anasının olduğu bir vaxtda Azərbaycanın anti-terror birləşməsinin on dörd silahlı zabiti evə keçirilən reyddə iştirak etmişdir.[72] Onun evinə keçirilən reyddən sonra formada olan polislər evin yanında keşik çəkərək ailəni iki ay müddətində müşahidə altında saxlayıblar.[72]

14 may 2012-ci il tarixində Azərbaycan Respublikası Avropa Şurasının Ekstradisiya haqqında Konvensiyasının Üçüncü Əlavə Protokolunu imzalamışdır.[1]

2014-cü ildən Gürcüstanın paytaxtı Tbilisidə yaşayan araşdırmaçı-jurnalist Əfqan Muxtarlı mağazadan evinə gedərkən yolda oğurlanaraq, Azərbaycana gətirilib.[73] Jurnalisti Tbilisidən Gürcüstanın kriminal polisi formasını geyinmiş maskalı şəxslər fiziki güc tətbiq edərək maşına basaraq şəhərdən çıxarıblar və onun başı əvvəl torba, sonra isə mayka ilə bağlanıb.[74] Jurnalist Azərbaycanın Balakən rayon Məhkəməsinin hökmü ilə 6 il azadlıqdan məhrum edilib.[74] 2017-ci il iyunun 15-də Avropa Parlamenti jurnalist Əfqan Muxtarlı barədə qətnamə qəbul edərək, Azərbaycan hökumətindən onun dərhal azad edilməsini və ona qarşı bütün cinayət ittihamlarının ləğv edilməsini tələb edib.[74] Həmin ilin dekabrın 31-u jurnalist Əfqan Muxtarlının dəm qazından zəhərləndikləri deyilən yaxın qohumları — bacısı Nuranə Muxtarlı, bacısı qızı və qardaşı oğlu Zaqatala rayon mərkəzində kirayədə yaşadıqları evdə ölü tapılıb.[74]

Beynəlxalq reaksiyalar

[redaktə | mənbəni redaktə et]
  • ABŞ 2012-ci ilin iyununda ABŞ dövlət katibi Hillari Klinton Azərbaycana səfəri zamanı bəyan edib ki, "Biz Azərbaycanı yığıncaq, toplaşma, ifadə və söz azadlığını, media plüralizmini təmin etməyə çağırırıq. Qoy insanlar öz fikirlərini sərbəst ifadə edə bilsinlər."[75]
  1. 1 2 3 4 5 6 7 8 9 10 11 "İnsan haqları". www.mfa.gov.az. www.mfa.gov.az. 2016-10-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20 yanvar 2019.
  2. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 "HEÇ VAXT ÇIÇƏKLƏNMƏYƏN BAHAR". Amnesty International. 2011: 50. (#accessdate_missing_url)
  3. "UNTC". Treaties.un.org. 16 May 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 January 2018.
  4. "CoE human rights treaties". BConventions.coe.int. 19 February 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 January 2018.
  5. 1 2 "Human Rights Watch: Azərbaycanda ən azı 23 fəal həbsdədir". BBC. BBC. 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 yanvar 2019.
  6. 1 2 "Human Rights Watch: "Azərbaycan amansız hücumlarına davam edir"". BBC. BBC. 2021-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 yanvar 2019.
  7. 1 2 3 "Freedom House: Azərbaycan internet azadlığında geriləyib". www.bbc.com. www.bbc.com. 2021-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 yanvar 2019.
  8. 1 2 3 4 5 6 7 "BMT Azərbaycanda insan haqları ilə bağlı "vəziyyətdən narahatdır"". www.bbc.com. www.bbc.com. 2020-11-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 yanvar 2019.
  9. "Azərbaycan demokratiya indeksində 149-cu yerdədir". www.amerikaninsesi.org. www.amerikaninsesi.org. 2021-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 yanvar 2019.
  10. 1 2 "Azərbaycan İnsan Azadlığı İndeksində 128-cidir". www.azadliq.org. www.azadliq.org. 2021-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 yanvar 2019.
  11. 1 2 3 "Dini etiqad azadlığı haqqında". www.e-qanun.az. www.e-qanun.az. 2022-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 yanvar 2019.
  12. "Clash Over Hijab Ban in Azerbaijan". www.nytimes.com. New York Times. 2022-02-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 yanvar 2019.
  13. 1 2 3 "Muslims in Azerbaijan protest over headscarves". Reuters. 2020-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 yanvar 2019.
  14. 1 2 3 4 5 6 7 8 9 10 11 12 "'Azərbaycanda din azadlığının durumu pisləşib'". www.azadliq.org. www.azadliq.org. 2021-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 yanvar 2019.
  15. 1 2 3 4 "İnsan alverinə qarşı mübarizə". mfa.gov.az. mfa.gov.az. 2019-02-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20 yanvar 2019.
  16. 1 2 "Azərbaycanda işgəncə varmı?". www.bbc.com. www.bbc.com. 2021-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 yanvar 2019.
  17. 1 2 3 4 5 "Azərbaycanda işgəncə və cəzasızlıq geniş yayılıb". yukselis.info. yukselis.info. İstifadə tarixi: 21 yanvar 2019.[ölü keçid]
  18. von Salzen, Claudia. "Council of Europe plagued by 'caviar diplomacy'". www.euractiv.com. www.euractiv.com. 30 July 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 July 2017.
  19. Hale, Jacqueline. "Europe's caviar diplomacy with Azerbaijan must end". euobserver.com. euobserver.com. 6 July 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 July 2017.
  20. "Azerbaijan and the Council of Europe". www.economist.com. 20 October 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 July 2017.
  21. "London law firm helped Azerbaijan's first family set up secret offshore firm". www.theguardian.com. www.theguardian.com. 2016-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 yanvar 2019.
  22. "Korrupsiya indeksi - Azərbaycan 180 ölkə arasında 122-dir (Ekspert şərhləri)". www.amerikaninsesi.org. www.amerikaninsesi.org. 2021-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 yanvar 2019.
  23. "Azərbaycanlılar niyə ermənilərdən və gürcülərdən çox rüşvət verirlər?". www.azadliq.org. www.azadliq.org. 2021-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 yanvar 2019.
  24. "US Lobbying Firm Launders Azerbaijan's Reputation — And Gets "Laundromat" Cash". www.occrp.org. www.occrp.org. 2022-04-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 yanvar 2019.
  25. 1 2 "Zamirə Hacıyeva - Beynəlxalq Bankın keçmiş sədri Cahangir Hacıyevin arvadı Londonda 21 milyon dollar xərcləyib". www.bbc.com. BBC. 2021-06-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 oktyabr 2018.
  26. Bentham, Martin. "Revealed: name of £16m Harrods big spender facing McMafia-style 'dirty money' probe". The Evening Standard. 10 October 2018. 18 April 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 October 2018.
  27. "UK court lifts anonymity for woman who spent £16 million at Harrods in unexplained wealth case". cnn.com. CNN. 2021-06-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 oktyabr 2018.
  28. 1 2 3 "Qaçqınlar və məcburi köçkünlər". mfa.gov.az. mfa.gov.az. 2018-11-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20 yanvar 2019.
  29. "WOMEN IN AZERBAIJAN RECOMMEND STEPS TO GENDER EQUALITY". www.counterpart.org. www.counterpart.org. 15 noyabr 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 noyabr 2016.
  30. Qureyeva, Yuliya. "Policy Attitudes towards Women in Azerbaijan: Is Equality Part of the Agenda?". www.gwi-boell.de. www.gwi-boell.de. 2019-04-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 noyabr 2016.
  31. "An International Record of Women's Suffrage". culturedarm.com. culturedarm.com. 2016-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 noyabr 2016.
  32. Murguzov, Farid. "The first Muslim women granted the right to vote". en.thegreatmiddleeast.com. en.thegreatmiddleeast.com. 2016-11-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 noyabr 2016.
  33. 1 2 3 4 5 6 7 8 9 10 11 12 "Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında". www.e-qanun.az. www.e-qanun.az. 2016-11-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 noyabr 2016.
  34. 1 2 3 "Azərbaycan qadını cəmiyyətdə uca tutulur". news.milli.az. news.milli.az. 2022-08-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 noyabr 2016.
  35. 1 2 3 "Azərbaycanda uğurlu gender siyasəti aparılır". anl.az. anl.az. 2022-08-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 noyabr 2016.
  36. "Müstəqil Azərbaycan dövlətinin qadın siyasəti bir sıra dünya ölkələri üçün nümunə təşkil edir". www.xalqqazeti.com. www.xalqqazeti.com. 2016-11-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 noyabr 2016.
  37. "Gender based violence in Azerbaijan". www.peace.ax. www.peace.ax. 2018-10-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20 yanvar 2019.
  38. "Azərbaycanda məişət zorakılığı hallarını necə azaltmaq olar?". strateq.az. strateq.az. 2021-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 yanvar 2019.
  39. 1 2 3 4 "South Caucasus: Selective Abortion Means Fewer Girls Born". www.refworld.org. www.refworld.org. 2022-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 yanvar 2019.
  40. "Seksual oriyentasiya üzündən evdən qaçış". oc-media.org. oc-media.org. 2021-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 yanvar 2019.
  41. "Avropanın ən homofob ölkəsində - Azərbaycanda gey olmaq necədir?". www.bbc.com. www.bbc.com. 2022-05-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 yanvar 2019.
  42. "Nobody brought to justice over murdered editor Huseynov". humanrightshouse.org. humanrightshouse.org. 2020-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 yanvar 2019.
  43. "Jailed Azerbaijani newspaper editor wins Amnesty International award". www.theguardian.com. www.theguardian.com. 2021-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 yanvar 2019.
  44. 1 2 3 4 5 6 7 "Azerbaijan court frees journalist backed by Amal Clooney". BBC. BBC. 2017-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 yanvar 2019.
  45. 1 2 3 4 5 6 7 8 "Azerbaijan frees 'donkey' satire blogger Adnan Hajizade". BBC. BBC. 2022-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 yanvar 2019.
  46. 1 2 3 4 Cohen, Nick. "The deafening silence on a good man's death". www.theguardian.com. www.theguardian.com. 2022-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 yanvar 2019.
  47. "Azeri ban on foreign broadcasts". BBC. BBC. 2013-06-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 yanvar 2019.
  48. 1 2 "European Parliament Calls For Release Of Prominent Azerbaijani Blogger". www.rferl.org. www.rferl.org. 2021-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 yanvar 2019.
  49. "Desperate blogger could die in Azerbaijani jail". rsf.org. rsf.org. 2022-03-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 yanvar 2019.
  50. 1 2 "Azərbaycanda neçə siyasi məhbus var? Yeni siyahı açıqlanıb". www.azadliq.org. www.azadliq.org. 2022-05-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 yanvar 2019.
  51. 1 2 3 4 5 6 7 8 9 "Harvard Graduate in Prison". www.thecrimson.com. www.thecrimson.com. 2021-03-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 yanvar 2019.
  52. 1 2 3 4 5 6 "Freed at Last from Prison, but Not Free in Azerbaijan". www.hrw.org. www.hrw.org. 2021-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 yanvar 2019.
  53. "Protest Mounts in Azerbaijan". iwpr.net. iwpr.net. 2021-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 yanvar 2019.
  54. "Protest Rally In Baku Calls For Release Of Political Prisoners". www.rferl.org. www.rferl.org. 2022-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 yanvar 2019.
  55. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 "Onlar hamısı evinin kandarında öldürülüblər..." www.azadliq.org. Azadlıq Radiosu. 3 May 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 December 2015.
  56. 1 2 3 4 Parker, John W. Persian Dreams: Moscow and Tehran Since the Fall of the Shah. 54. (#accessdate_missing_url)
  57. "Azerbaijan air force head killed". BBC. BBC. 2009-02-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 yanvar 2019.
  58. "General Rail Rzayevin öldürülməsindən 7 il keçir" (az.). lent.az. 2016-02-11. 2016-02-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-11.
  59. "A year after her murder, where is the justice for Daphne Caruana Galizia?". www.theguardian.com. www.theguardian.com. 2022-03-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 yanvar 2019.
  60. "Caruana Galizia murder: Enemies killed Malta journalist's dogs". www.bbc.co.uk. www.bbc.co.uk. 2022-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 yanvar 2019.
  61. "Azeri ruling families linked to secret investments via Maltese bank". www.theguardian.com. www.theguardian.com. 2022-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 yanvar 2019.
  62. "Azerbaijan releases human rights activist Leyla Yunus". www.theguardian.com. www.theguardian.com. 2021-09-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 yanvar 2019.
  63. "Azerbaijan: Youth activist jailed after Facebook protest call freed". www.amnesty.org.uk. www.amnesty.org.uk. 2021-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 yanvar 2019.
  64. 1 2 3 4 "Sentenced to 10 Years on False Drug Charges in Azerbaijan". www.hrw.org. www.hrw.org. 2021-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 yanvar 2019.
  65. 1 2 3 4 "Azerbaijan police break up protest against abuse in army". Reuters. Reuters. 2022-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 yanvar 2019.
  66. "Azerbaijan police break up protest against abuse in army". www.hurriyetdailynews.com. www.hurriyetdailynews.com. 2021-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 yanvar 2019.
  67. "Bakıda əsgər ölümlərinə etiraz aksiyası keçirilib". BBC. BBC. 2019-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 yanvar 2019.
  68. 1 2 3 4 5 "Uşaq hüquqları". mfa.gov.az. mfa.gov.az. 2018-11-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20 yanvar 2019.
  69. 1 2 "Hər 7 saniyədə bir uşaq ərə verilir". www.azadliq.org. www.azadliq.org. 2021-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 yanvar 2019.
  70. 1 2 3 "Azərbaycanda əmək haqqı, yaşama minimumu və işsizlik". www.bbc.com. www.bbc.com. 2021-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 yanvar 2019.
  71. 1 2 "Dünya Bankı: Azərbaycan təhsil və səhiyyə üçün qeyri-rəsmi ödənişlərin ən geniş yayıldığı ölkələrdən biridir". www.bbc.com. www.bbc.com. 2019-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 yanvar 2019.
  72. 1 2 3 4 5 6 7 8 "Charges Against Azerbaijani Facebook Activist Suspended". www.rferl.org. www.rferl.org. 2021-04-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 yanvar 2019.
  73. "Afgan Mukhtarli: Did Georgia help abduct an Azeri journalist?". BBC. BBC. 2022-08-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 yanvar 2019.
  74. 1 2 3 4 "Azerbaijani Journalist Abducted in Georgia Sentenced to 6 Years in Prison". eurasianet.org. eurasianet.org. 2022-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 yanvar 2019.
  75. "İnsan Hüquqları Forumu: Azərbaycan hökuməti İnsan Hüquqları sahəsində BMT-nin tövsiyyələrini yerinə yetirməlidir [Video]". www.amerikaninsesi.org. www.amerikaninsesi.org. İstifadə tarixi: 23 yanvar 2019.[ölü keçid]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]