Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Co Hankott
Co Hankott (8 mart 2001-ci ildə anadan olub) — İngiltərə Birinci Liqa təmsilçilərindən olan Portsmut klubunda müdafiənin sol cinahında çıxış edən peşəkar İngiltərə futbolçusudur. == Klub karyerası == === Portsmut === Hankott öz peşəkar karyerasında debütünü 16 avqust 2017-ci ildə İngiltərə Liqa Trofeyində Fulhem U-23 klubuna qarşı oyunda etmişdir. Həmin görüşdə Portsmut rəqibi ilə 3-3 hesabı ilə bərabərə qalmışdır. Oyuna 16 yaş 161 günlüyündə çıxan Hankott Qari O'Neilin rekordunu yeniləyərək meydana daxil olan ən gənc futbolçu kimi pompeylərin tarixinə düşmüşdür.
Simona Hankin
Simona Hankin (d. 28 fevral 1973) — Avstraliyanı təmsil edən su poloçusu. Simona Hankin, Avstraliya yığmasının heyətində 2000-ci ildə baş tutan XXVII Yay Olimpiya Oyunlarına qatılıb və qızıl medal qazanıb. == Karyerası == Simona Hankin, 2000-ci ildə Avstraliya yığması ilə birgə XXVII Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların həlledici, final görüşündə Birləşmiş Ştatlar yığmasını 4:3 hesabı ilə məğlub edən Avstraliya yığması, XXVII Yay Olimpiya Oyunlarının çempionu oldu.
Hankyu
Hankyu dəmir yolu şirkəti (yap. 阪急電鉄株式会社, Hankyu Dentetsu Kabusiki-qaysa) — Yaponiyada yerləşən dəmir yolu şirkəti. Şirkətin mənzil-qərargahı Osakada Kita rayonunda yerləşir.
Hankyu dəmir yolu şirkəti
Hankyu dəmir yolu şirkəti (yap. 阪急電鉄株式会社, Hankyu Dentetsu Kabusiki-qaysa) — Yaponiyada yerləşən dəmir yolu şirkəti. Şirkətin mənzil-qərargahı Osakada Kita rayonunda yerləşir.
Bank
Bank (fr. Banque) — fiziki və hüquqi şəxslərdən depozitlərin və ya digər qaytarılan vəsaitlərin cəlb edilməsi, öz adından və öz hesabına kreditlərin verilməsi, habelə müştərilərin tapşırığı ilə köçürmə və hesablaşma-kassa əməliyyatlarını məcmu halda həyata keçirən maliyyə-kredit təşkilatı. Hüquqi status baxımından hüquqi şəxsdir. XX əsrin əvvəllərinə aid Azərbaycandilli mənbələrdə sərrafxana (صرافخانه) adlandırılmışdır. Bank – pul vəsaitlərinin toplanması, kreditlərin verilməsi, pulla hesablaşmaların həyata keçirilməsi, pulun emissiyası, müxtəlif qiymətli kağızların buraxılması və s. funksiyalarını yerinə yetirən iqtisadi təşkilatlardır. Bankların əsas vəzifəsi kreditorlardan borc alanlara, alıcılardan satıcılara pul vəsaitinin yönəldilməsində vasitəçilik etməkdir. Bank halidən əmanət qəbul edir və eyni zamanda kreditlər verərkən tələb olunan depozit yaradır. Kredit fəaliyyəti birbaşa bank tərəfindən və ya dolayısı ilə kapital bazarları vasitəsilə həyata keçirilə bilər. Banklar keçirdikləri əməliyyatların xarakterinə görə emissiya və kommersiya, verilən kreditlərin xarakterinə görə uzunmüddətli və qısamüddətli, mülkiyyətin xarakterinə görə əsasən dövlət, səhmdar, kooperativ, bələdiyyə və qarışıq banklara bölünürlər.
Halk
Civanildo Viera de Souza ləqəbli Halk (25 iyul 1986[…], Kampina-Qrandi[d], Paraiba[…]) — Braziliyalı futbolçu.2012–2013 sezonundan etibarən 50 milyon € qarşılığında Zenit Sankt-Peterburqda oynayır. Givanildo Vieira de Souza, həmçinin Hulk (d. 25 iyul 1986, Campina Grande) — braziliyalı futbolçu, mərkəz hücumçusu. O, A Seriyasının "Atletico Mineiro" komandasında oynayır. O, 2009–2016-cı illər arasında Braziliya milli futbol komandasında çıxış edib; O, 48 oyun keçirib və 11 qol vurub. Adını komik personaj Hulkdan alan futbolçu sürəti və güclü kadrları, cizgi filmi personajının gücünə və televiziyada obrazı canlandıran aktyor Lou Ferriqnoya bənzədiyi üçün Hulk adını alıb. == Klub Karyerası == === İlk illəri === O, futbola Vilanovense komandasının infrastrukturunda başlayıb. 2001–2003-cü illər arasında bu komandada çıxış edən Hulk 2003-cü il mövsümündə San Paulo infrastrukturuna transfer oldu. 2004-cü ildə EC Vitória komandasının infrastrukturunda oynamağa başladı. 19 sentyabr 2003-cü ildə karyerasında ilk və sonuncu dəfə Braziliya Liqasında çıxış etdi.
Hana
Hana (toxucu dəzgah) — əsrlər boyu xalça və parça toxunuşunda istifadə edilən, sadə konstruksiyaya malik istehsal alətidir. Hananın iki növü var: Yer hanası — üfüqi istiqamətdə, torpağa və ya döşəməyə uzadılan, xalça və xalça məmulatları toxumaq üçün istifadə edilən sadə toxucu dəzgah. Divar hanası - şaquli istiqamətdə, yuxarı hissəsi divara, aşağı hissəsi döşəməyə dayanan, xalça toxumaq üçün istifadə edilən toxucu dəzgah.
Hang
Hang — ilk dəfə 2001-ci ildə İsveçrədə yaranan musiqi aləti. "Hipnotik bir çalğı" olaraq xarakterizə edilən Hang, Bern dilində "əl" mənasını verməkdədir. Hangı iki İsveçrə vətəndaşı, Sabina Schärer ilə Felix Rohner, dünyanın fərqli bölgələrində gerçəkləşdirdikləri uzun araşdırma ve incələmələrdən sonra bir zərb musiqi aləti olaraq yaratmışlar. Tamamilə poladdan hazırlanan Hang, qucağa yerləşdirilib, əl və barmaqlar vasitəsilə çalınır. İdiofon'lar qrupuna girən alətin, arfa, gong və harmonik tembrləri xatırladan bir səsi vardır. Səthində olan kiçik çuxurlara vurularaq vibrasiya vasitəsilə fərqli səslər və notlar əldə edilir. Yaradıcıları, 2001–2005-ci illər arasında 45ə qədər fərqli model yaratmışlar, lakin, çalma mövzusunda hələ oturmuş bir qayda və üsula sahib olmayan Hang üçün, İndoneziya və Cənubi Hindistana qədər uzanan bir araşdırma edilmişdir.
Hans
Hans — kişi adı və təxəllüs Hans Morqentau — alman əsilli amerika siyasətçisi və tarixçisi. Hans Frank — alman vəkil. Hans Hollayn — Avstriyalı memar və dizayner. Hans Friçe — Radioaparıcı, jurnalist. Hans fon Bülov — alman pianoçusu, dirijor, bəstəkar, musiqi yazıçısı. Hans Memlinq — alman mənşəli Niderland rəssamı, Hans Zimmer — Alman film-musiqi bəstəkarı və musiqi prodüseri Hans Ersted – Danimarka fiziki. Hans Olsen (velosipedçi) — Danimarkalı keçmiş peşəkar velosiped yarışçısı. Hans adası — Nares boğazının tərtkib hissəsinə daxil olan Kennedi boğazında yerləşən elədə böyük olmayan ada Hans Ferdinand Helmolt — alman əsilli tarixçi və publisist. Hans Ayzenk — ingilis psixoloqu. Hans Bronzart von Şellendorf — Alman pianoçu və bəstəkar.
Hayk
Ermənilər Nuhun nəvəsi olan Haykdan gəldiklərinə inanırlar. Nuhun gəmisinin Ağrı Dağına oturması Ermənilərin öz ana yurdlarının Şərqi Anadolu olmasını hesab etməklərinə gətirib çıxarmışdır. Üstəlik Hayk 400 il yaşamış və yurdunu Babilə qədər genişləndirmişdir. Bu bir əfsanə olan və elmlə heç bir əlaqəsi tapılmayan fikiridir. Tarixçi Auguste Carriére də bunu xüsusu vurğulamaqla "köhnə Erməni tarixçilərin verdikləri məlumatlara güvənmənin böyük bir qəflət olacağını, çünki verdikləri məlumatların çoxunun uydurma olduğunu" qeyd edir.
Tank
Tank (ing. Tank – bak, qab) — əsas vəzifəsi birbaşa atəş gücü istifadəsiylə düşmən qüvvətlərinə hücum olan, palitralı və zirehli bir döyüş vasitəsidir. Tank çox təhlükəlidir. Tankı digər döyüş vasitələrindən ayıran xüsusiyyətləri ağır bir zirehə, yüksək atəş gücünə və hər cür ərazidə sürətli gedəcək şəkildə hazırlanmış sürüş komandalarına sahib olmasıdır. Hər nə qədər bahalı və məntiqi baxımdan səy tələb edən vasitələr olsa da, yer hədəflərinə hücum qabiliyyəti və piyadaları əhvalını çökdürməsi səbəbiylə müasir orduların imtina edilməz ünsürlərindəndir. İlk tank Böyük Britaniyada Birinci dünya müharibəsində yaranıb. İlk tanklar avtomobil motorları ilə təchiz edilrdi. Onun adı Mari 1 olub. Bu tank 8 km/saat sürətlə hərəkət edib. Hər kilometrə 5 litr yanacaq işlədib.
RANK
RANK (ing. receptor activator of nuclear faktor kappa B) – preosteoklastların üzərində yerləşən reseptordur, RANK-L birləşib, osteoklastları formalaşdırır.
Han
Han — kişi adı.
ATM (Bank)
ATM və ya Bankomat (ing. Automated Teller Machine) — ən asan anlamda müştərilərin bankın xidmətlərindən istifadə zamanı insansız çalışan elektromexanik vasitədir. Bankomat bank kartlarından istifadə edərək kart hesabından nağd pul vəsaitləri çıxarmağa, hesab barədə məlumat almağa, kommunal və digər xidmətlərin haqqını ödəmək üçün nağdsız hesablaşmalar aparmağa imkan verən aparatdır. Maşınlar, əsasən plastik kartlar və istifadəçi kodları (PİN) vasitəsilə işlədilir. Ekrana istifadəçini yönləndirməyə yarayan bir menyu gəlir. İstifadəçilər ATM xidmətlərindən özlərinə lazım olan mesaj və variantlar vasitəsilə faydalanırlar. İlk maşınlar sadəcə müəyyən miqdarda pul götürmək üçün istifadə olunurdusa indi daha da inkişaf edən texnologiya dövründə maşınların təqdim etdiyi xidmətlər daha da artmışdır. Son illərdə hesaba pul köçürmə, hesab durumları haqqında məlumat alma, maaş alma, daimi ödemələri aparma, hesabdan hesaba pul köçürmə, və s. əməliyyatlar aparılır. Çox şöbəli böyük banklar şöbələr üçün lazımlı bina və heyət xərclərini azaltmaq məqsədilə ATM-lərə maraq göstərirsə, daha kiçik bankların əksəriyyəti isə bazar paylarını, dolayısıyla gəlirlərini artırmaq üçün eyni xidməti göstərmək yolunu seçmişlər.
Aaron Henk
Henri Luis (Henk) Aaron (ing. Henry Louis "Hank" Aaron; 5 fevral 1934, Mobil, Alabama – 22 yanvar 2021, Atlanta, Corciya) — ABŞ beysbolçusu. O, 1954–1974-cü illərdə "Miluoki Breyvz" komandasında, 1966–1976-cı illərdə "Atlanta Breyvz" komandasında çıxış etmişdir. Henk 1957-ci ildə Milli Liqanın Ən dəyərli oyunçusu mükafatına layiq görülmüşdür. Ləqəbi "Çəkic" idi. O, 1974-cü ildə Beyb Rutun 1930-cu illərdən bəri davam edən rekordunu geridə qoyaraq 715 meydança hitinə çatmışdır. 1976-cı ildə karyerasına son qoymuşdur. 1982-ci ildə Beysbol Şöhrət Zalına daxil edilmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Allen, Bob; Gilbert, Bill. The 500 Home Run Club: From Aaron to Williams.
Altay (tank)
Altay — Türkiyənin inkişaf etdirməkdə olduğu 3+ nəsil əsas döyüş tankı. Türkiyənin Milli Tank İstehsal Layihəsi (MİTÜP-Milli Tank Üretim Projesi) dairəsində 30 mart 2007-ci ildə Müdafiə Sənayesi İcra Komitəsi iclasının nəticəsində Müdafiə Sənayesi Müstəşarlığı tərəfindən proyektə əsas yüklənici kimi Otokar Otomotiv ve Savunma Sanayi A. Ş. seçildi. Tankın adı İstiqlaliyyət müharibəsində 5. Süvari Kopusuna komandanlıq edən Fəxrəddin Altayın adından alınmışdır. Fəxrəddin Altaya isə soyadı Altay İdman Klubundan ilhamlanaraq Mustafa Kamal Atatürk tərəfindən verilmişdir. == Tarixi == "Altay" tankları Türkiyənin inkişaf etdirdiyi 3+ nəsilə aid əsas döyüş tankıdır. Altay layihəsinin texniki dəstəyi Cənubi Koreyaın Rotem firmasıdır. "Altay" olaraq adlandırılan tankın dizaynı, təkmilləşdirilməsi, prototip istehsalı, test ve lisenziyalaşdırılması mərhələləri üçün 500 milyon dollar maddi vəsait ayrılmışdır. Üçüncü nəsil əsas döyüş tankı olaraq dizayn edilən texnikanın prototip testləri və kalifikasiya işləri 2013-cü ildə bitirilməsi, kütləvi istehalına isə 2016-cı ildə başlanılması planlaşdırılırdı. Dizayn mərhələsində Cənubi Koreya istehsalı XK-2 əsas döyüş tankı proyektindən əldə edilmiş təcrübələrdən də istifadə olunması nəzərdə tutulur.
Arnold Fank
Arnold Henrix Fank (alm. Arnold Heinrich Fanck‎; 6 mart 1889[…], Frankental[d], Bavariya – 28 sentyabr 1974[…], Frayburq-im-Braysqau, Baden-Vürtemberq) — alman kinorejissor, operator, montajçı və memuarist, dağ filmləri janrının banisi və ən böyük nümayəndəsi. 1920-1930-cu illərdə alman kinosunun ən görkəmli nümayəndələrindən biri. Arnold Funk yüksək təhsil almış, 1915-ci ildə geologiya üzrə doktorluq dissertasiyası müdafiə etmişdir. Onun mövzusu Sankt-Qallen fosilləri idi. Fank ən məşhur filmlərini Veymar Respublikası illərində çəkib. Onlardan biri də “Müqəddəs dağ” əsəridir. Bu film Venesiya Film Festivalında Qızıl medala layiq görülmüşdür. Film tarixçiləri rejissorun Üçüncü Reyxdəki mövqeyini qiymətləndirməkdə fərqlənirlər. Onların bəziləri Fankı nasist rejiminin minionu kimi səciyyələndirirsə, digərləri onun o dövrdə persona non qrata olduğunu iddia edirlər.
Bank Avrasiya
Bank Avrasiya (ASC) Azərbaycan Respublikası Mərkəzi Bankının 28 noyabr 2007-ci il tarixli 251 saylı "Bank fəaliyyətinin həyata keçirilməsi barədə bank lisenziyası" əsasında fəaliyyətə başlamışdır. Bank Avrasiya ASC aşağıda sadalanan təşkilatlara və sistemlərə üzvdür: Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (dekabr, 2007); XÖHKS - Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemi (yanvar, 2008); Sahibkarlığa Kömək Milli Fondu (fevral, 2008); Bakı Banklararası Valyuta Birjası (iyun, 2008); SWIFT - Beynəlxalq Banklararası İnformasiyaların Ötürülməsi və Ödənişlər Sistemi (iyun, 2008); AZIPS - Real Vaxt Rejimində Banklararası Hesablaşmalar Sistemi (iyul, 2008); "MasterCard İnternational"beynəlxalq ödəniş sistemi (avqust, 2008); Azərbaycan Banklar Assosiasiyası (fevral, 2009); Azərbaycan İpoteka Fondu (may, 2009).
Bank BTB
Bank BTB — Azərbaycanda fəaliyyət göstərən kommersiya bankı. == Bank haqqında == Bank "BTB" ASC 2010-cu ildə təsis edilmiş və 254 nömrəli lisenziya əsasında fəaliyyət göstərməkdədir. Bank hüquqi və fiziki şəxslərə geniş çeşidli bank məhsulları xidməti təklif edir. Bank öz fəaliyyətində müştəri məmnuniyyəti, rahat xidmət, sadə həllər və çeviş yanaşma missiyalarına əsaslanır.
Bank Respublika
Bank Respublika — bank fəaliyyəti göstərən açıq səhmdar cəmiyyət. == Tarixçə == Bank Respublika 22 may 1992-ci il tarixdə Azərbaycan Respublikası Mərkəzi Bankının lisenziyası əsasında fəaliyyətə başlamışdır. Fəaliyyət dövrü ərzində Bank Respublika ölkənin aparıcı banklarından biri kimi özünü doğrultmuşdur. 28 aprel 2005-ci il tarixdən etibarən Almaniyanın 2 nəhəng maliyyə təşkilatı – DEG İnvestisiya Şirkəti və Sparkassen International Development Trust səhmdar kapitalının "25% + 1 səhm" paketinə sahib olmaqla Bank Respublika-nın səhmdarları sırasına daxil olmuşlar. Almaniyanın bu nəhəng maliyyə təşkilatlarının Bank Respublika-nın səhmdarları sırasına daxil olması beynəlxalq səviyyədə Banka olan etibarı göstərir. Hazırda Bank Respublika müştərilərə müxtəlif növ müasir bank xidmətləri göstərir – hesablaşma-kassa xidmətləri, müxtəlif istehlak və biznes kreditləri, sənədli əməliyyatlar, əmanətlər, plastik kartlar, pul köçürmələri, yol çekləri, bank seyflərinin icarəsi, İnternet texnologiyaları əsasında distant bank xidmətləri və sair. Bank Respublika müştərilərlə əlaqələrini onlara maksimal dərəcədə faydalı olmaq prinsipi əsasında qurur. Bu həm Bankın sloqanında – "Sizə faydalı", həm də fəaliyyətində və konkret xidmətlərində öz əksini tapır. Bank Respublika müxtəlif beynəlxalq və xarici maliyyə təşkilatları ilə sahibkarlığın kreditləşdirilməsi və ticarətin maliyyələşdirilməsi üzrə müxtəlif proqramlar çərçivəsində sıx əməkdaşlıq edir. Bank Respublika Sahibkarlığa Kömək Milli Fondu ilə sahibkarlığın kreditləşdirilməsi və Azərbaycan İpoteka Fondu ilə ipoteka kreditlərinin verilməsi üzrə dövlət proqramlarının da aktiv iştirakçısıdır, Əmanətlərin Sığortalanması Fondunun üzvüdür.
Bank Riski
Bank Technique
"Texnika Bank" — Azərbaycan Respublikasında özəl bank. == Tarixi == Azərbaycanın özəl bank sektorunda uğurlu və sürətli inkişaf mexanizmi ilə fərqlənən Texnikabank Açıq Səhmdar Cəmiyyəti 1993-cü ildə yaradılmış və universal bank olmaqla, geniş spektrda bank və maliyyə xidmətləri göstərir. ilk fəaliyyətə başladığı zaman "RəşadBank" adı ilə xidmət göstərib. Bank öz törəmə müəssisəsi olan Texnika Lizing vasitəsi ilə müştərilərə kredit xidmətlərindən istifadə etmək və Alfa İnsurans LLC vasitəsilə sığortalamaq imkanı da yaratmışdır. Texnikabank qiymətli kağızlar bazarında aktiv fəaliyyət göstərir və Bakı Fond Birjasının səhmdarıdır. Bankın törəmə müəssisəsi olan Kapital Menecment ən qabaqcıl brokerlər sırasındadır. == Göstəriciləri == Ölkə bankları arasında müştərilərin sayına görə də liderlər sırasında olan bank 150 min müştəriyə xidmət göstərir. Bankın 500 nəfərdən artıq işçisi baş ofis və filiallarda işləyir. Beynəlxalq maliyyə qurumları ilə əməkdaşlıq bankın strateji prioritetidir. Bu baxımdan Texnikabank Azərbaycanda ilk dəfə Qara Dəniz Ticarət və İnkişaf bankından ipoteka kreditlərinin verilməsi üçün 8 mln.
Bank holdinqi
Bank holdinqi — Bank lisenziyasına malik bir və ya bir neçə törəmə bankı, olan fəaliyyəti baş ofisinin yerləşdiyi ölkənin bank tənzimlənməsi orqanları tərəfindən tənzimlənən və nəzarər olunan şirkətdir. Kredit sistemində mövcud olan digər bir qurum da holdinqlərdir. Holdinqlərə aşağıdakı tərifi vermək olar: "Ortaq bir qrup məqsədi üçün birliyi əmələ gətirən şirkətlərin tam birləşməsinə ehtiyac qalmadan, səs çoxluğunu əldə edəcək şəkildə bu şirkətlərin səhmlərini əlində tutan şirkət" və ya "Bir səhmdar cəmiyyətin, digər bir ya da bir neçə alt səhmdar cəmiyyətə, idarələrində söz sahibi olacaq şəkildə iştirakı, yəni bunların səhmlərini alması və idarəetmə şurasında fəal hala gəlməsi forması başa düşülür.
Bank işi
Bank işi (Banking) — İqtisadi subyektlərin sərbəst pul vəsaitlərinin müvəqqəti cəlb edilməsi, kreditlərin yerləşdirilməsi, hesablaşmaların aparılması, eləcə də, müxtəlif bank xidmətlərinin göstərilməsi istiqamətində bank tərəfindən aparılan irili-xırdalı bütün əməliyyatlar. Bank işi aşağıdakı kimi əməliyyatları ehtiva edir: Aktiv bank əməliyyatları – kreditin təqdim edilməsi, qiymətli kağızların alınması və s., yəni sərbəst vəsaitlərin yerləşdirilməsi üzrə aparılan bank əməliyyatları. Məsləhətləşmə (konsaltinq) əməliyyatları – bankın müxtəlif maliyyə məsələləri ilə bağlı müştərisinə göstərdiyi məsləhət (konsaltinq) xidmətləri. Vasitəçilik (komisyon) əməliyyatları – iqtisadi subyektlər arasında vasitəçilik xidmətləri, verilən tapşırıqların icrası və s. ilə bağlı bank əməliyyatları. == Bankların pul və kapital bazarlarında fəaliyyəti == Müasir kapitalist iqtisadiyyatı funksional təyinatlı bazarlar sistemi kimi çıxış edir. Bu sistemin tərkibində aşağıdakıları göstərmək olar: – istehlak malları bazarı; – istehsal vasitələri bazarı; – xidmətlər bazarı; – əmək bazarı; – elmi-texniki məhsul bazarı; – borc kapitalı bazarı; – qiymətli kağızlar bazarı; – valyuta bazarı; – qiymətli metallar bazarı və s. Burada bizim diqqətimizi ilk növbədə borc kapitalı bazarı cəlb edir. Məlumdur ki, borc kapitalı bazarı (BKB) iqtisadi münasibələrin elə bir sahəsidir ki, burada baş verən əqdlərin obyekti kimi borc verilən pul kapitalı çıxış edir. Funksional baxımdan, BKB iqtisadiyyatın kreditləşdirilməsinin təmin olunması məqsədilə pul kapitallarının səfərbər edilməsi və yenidən bölgüsünün baş verdiyi bazar münasibətləri sistemidir.
Bank krediti
Bank krediti — bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin uzadılması hüququ ilə) və faizlər (komisyon haqqlar) ödənilmək şərti ilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir. Həmin şərtlərlə pul vəsaitinin verilməsi haqqında götürülmüş hər hansı öhdəlik, qarantiya, zəmanət, borc qiymətli kağızlarının diskontla və ya faizlər alınmaqla satın alınması və müqaviləyə əsasən hər hansı formada verilmiş vəsaitin qaytarılmasını tələb etməklə bağlı digər hüquq da kredit anlayışına aiddir. == Mənbə == ↑ "BANKLAR HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU" (PDF). 2011-01-03 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2011-01-18.
Bank likvidliyi
Bank likvidliyi (ing. bank liquidity) — bankın öhdəliklərinin vaxtında və tam yerinə yetirilməsini təmin etmək imkanı. Bankın likvidliyin idarə edilməsi həm çatışmazlığın, həm də artıq likvidliyin qarşısını almaq və aradan qaldırmaq məqsədi daşıyır. Likvidliyin kifayət qədər olmaması bankın müflisləşməsinə, həddindən artıq likvidlik isə onun gəlirliliyinə mənfi təsir göstərə bilər. == Likvidlik növləri == === Mənbələrə görə === Yığılmış nağd pul (kassa və müxbir hesablardakı pullar); tez pula çevrilə bilən aktivlər (məsələn, qiymətli kağızlar). Alınmış banklararası bazardan əldə edilə bilən banklararası kreditlər ölkədəki əsas bank tənzimləyicisindən mümkün kreditlər === Təcili olaraq === ani (spontan) qısa müddət orta müddətli uzun müddətli == Bankın öhdəliklərinin növləri == Bank öhdəlikləri iki növdür: Real öhdəliklər — tələb üzrə vəsaitlər, depozitlər, cəlb edilmiş banklararası resurslar, kreditorların vəsaitləri və digər borc vəsaitləri şəklində bankın balansında əks olunan öhdəliklərdir. Şərti öhdəliklər — balansdankənar hesabatda əks olunan öhdəliklər: passiv əməliyyatlar (bank tərəfindən verilən zəmanətlər və zəmanətlər və s.); aktiv əməliyyatlar (istifadə olunmamış kredit xətləri və verilmiş akkreditivlər). == Bank aktivlərinin növləri == Bank aktivləri üç əsas xüsusiyyətlə xarakterizə olunur: likvidlik risk gəlirlilik Aktivlər nə qədər az likvid olsa, onların riskliliyi və gəlirliliyi bir o qədər yüksəkdir (aktivlərin sonuncu qrupu istisna olmaqla).
Bank qarəti
Bank qarəti, xüsusən də bank işçiləri və müştərilərə qarşı güc, şiddət və ya zorakılıq tətbiq edərək və ya onları təhdid edərək bir bankdan pul oğurlamaq cinayətidir. Bu qatar, zirehli nəqliyyat vasitəsi və ya (tarixən) poçt arabası kimi bankın mülkiyyətində olan digər mülklərdən fərqli olaraq birbaşa bir bank filialının, bank xəzinəsinin və ya xəzinədarının qarətidir. ABŞ-də federal cinayətdir. Federal Təhqiqat Bürosunun vahid cinayət hesabatı proqramına əsasən, soyğunçuluq “bir insanın və ya insanların kontrolundan və ya nəzarətindən hər hansısa dəyərli bir şeyi almaq və ya almağa cəhd etmək” kimi müəyyən edilmişdir.
Bank zəmanəti
Bank əmanəti
Depozit — fiziki və ya hüquqi şəxs tərəfindən dövlət qeydiyyatına alınmış kredit təşkilatına gəlir əldə etmək üçün yerləşdirilmiş pul vəsaiti. Depozit müvafiq müqavilə şərtləri ilə faizlər və ya komisyon haqlar ödənilməklə və ya ödənilmədən müştərilərin (əmanətçilərin) tələbi ilə qaytarılmasını və ya başqa hesaba köçürülməsini nəzərdə tutan bankın balansında aparılan cari, əmanət (depozit) və ya digər hesaba qoyulmuş və ya köçürülmüş pul vəsaitidir..
Kamal Bani Hani
Kamal Bani Hani (ərəb. كمال الدين بني هاني‎; d. 5 dekabr 1958, İrbid, İordaniya) — İordaniyanın Haşimi Universitetinin prezidenti. Mədə-bağırsaq cərrahıdır. == Həyatı == Kamal Bani Hani 5 dekabr 1958-ci ildə İordaniyanın İrbid şəhərində anadan olmuşdur. O, 1984-cü ildə İraqın Bağdad Tibb Universitetinin Kollecini, 1992-ci ildə Birləşmiş Krallıqda Qlazqo Kral Kollecini bitirmişdir. 2002-ci ildə Lids Universitetində doktorluq dərəcəsini almışdır. 2008-ci ilin sentyabrından 2010-cu ilin oktyabrına qədər İordaniya Elm və Texnologiya Universitetinin Tibb fakültəsinin dekanı olmuşdur. 2011-ci ildən İordaniyanın Haşimi Universitetinin prezidentidir.