HAMPAZORRUX
HANAY
OBASTAN VİKİ
Anton Hanak
Anton Hanak (alm. Anton Hanak‎; 22 mart 1875[…], Brno, Sisleytaniya – 7 yanvar 1934[…], Vyana) — XX əsrin əvvəllərində fəaliyyət göstərmiş çex heykəltaraş. Anton Hanak Avstriya-Macarıstanda ən tanınmış heykəltaraşlardan biri kimi qəbul olunmuşdur. 1875-ci ilin 22 mart tarixində Avstriya-Macarıstan imperiyasının Brno şəhərində anadan olan Hanak 1889–1893-cü illər arasında Vyana şəhərində heykəltaraşlıq üzrə ali təhsil almışdır. Vyanada təhsil aldığı müddətdə Vyana Rəssamlıq Akademiyasında işləyən professor Edmund Hellmer ilə tanış olur. 1908-ci ildə Vyana Mədəniyyət Məktəbində heykəltaraşlıq işlərindən əlavə dərs deməyə başlamışdır. Avropanın bir çox şəhərində yerləşən heykəllərin müəllifi olan Anton Hanak 1934-cü ilin 7 yanvar tarixində ürək tutması nəticəsində vəfat etmişdir.
Esanbe Hanakita Ko adası
Esanbe Hanakita Ko adası (エサンベ鼻北小島) – Oxot dənizində, Yaponiyanın şimalındakı Hokkaydo adasından təxminən 1650 fut məsafədə yerləşən yaşayış olmayan bir adadır.Oxot dənizindəki Hokkaydo adasının şimalında, Sarufutsudan 500 metr aralıda yerləşirdi. Ada adını 2014-cü ildə alıb. 1987-ci ildə aparılan tədqiqatda onun ən yüksək nöqtəsi dəniz səviyyəsindən 1,40 metr yüksəklikdə olub. 2018-ci ilin oktyabr ayında Sarufutsu sakinləri onun itdiyini aşkar etdilər, adanın su altında olduğu müəyyən edildi. Bu, külək və qışda dənizdə əmələ gələn buzların sürüşməsi nəticəsində yaranan eroziya ilə əlaqələndirilir. Adanın yoxa çıxması təsdiqlənərsə, Yaponiyanın dənizin bu hissəsindəki müstəsna iqtisadi zonasının yarım kilometr azalmasına səbəb olacaq.
вколоти́ться деля́нка колеба́тельный лекто́рия миксту́рка неиску́сственный остано́вка совраща́ться анаша́ воло́чь геофизи́ческий кишка́ тонка у кого-л перемолоти́ть плинто́вка плюга́вость тетёшкаться чистосо́ртный captured cofferer cotton up custody ice-up lepidote non-phonemic ходьба