Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Danganronpa: Trigger Happy Havoc
Danganronpa: Trigger Happy Havoc (ダンガンロンパ 希望の学園と絶望の高校生, Danganronpa: Kibō no Gakuen to Zetsubō no Kōkōsei, azərb. Danqanronpa: Ümid akademiyası və ümidsizlik tələbələri‎) Spike (daha sonra Spike Chunsoft) şirkəti tərəfindən istehsal olunmuş cinayət, müəmma və macəra vizual romanı. "Danganronpa" seriyasının ilk oyunudur. Vizual roman Yaponiyada 25 noyabr 2010-cu ildə PlayStation Portable platforması üçün, 20 avqust 2012-ci ildə isə iOS və Android platformaları üçün buraxılmışdır. İki manqa adaptasiyası və iki spin-off ranobe adaptasiyası hazırlanmışdır. Lerche studiyası tərəfindən 13 seriyalıq anime serialı adaptasiyası istehsal olunmuş və Yaponiyada 4 iyul 2013-cü ildən 26 sentyabr 2013-cü ilə kimi yayımlanmışdır. Sikvel oyunu "Danganronpa 2: Goodbye Despair" 26 iyul 2012-ci ildə PlayStation Portable platforması üçün buraxılmışdır. Hər iki oyununun qarışığından ibarət "Danganronpa 1・2 Reload" 10 oktyabr 2013-cü ildə PlayStation Vita platforması üçün buraxılmışdır. NIS America birinci oyununun Vita remeykini 11 fevral 2014-cü ildə Şimali Amerikada, 14 fevral 2014-cü ildə Avropa və Avstraliyada buraxmışdır. Oyun 18 fevral 2016-cı ildə Steam platforması üçün buraxılmışdır.
Happy birthday to you
Happy birthday to you — dünyada ən çox oxunan mahnı hesab edilir. Mahnının əsl qaynağı amerikalı iki bacıya aiddir. Orijinal adı "Good Morning to All"Ş yəni "Hamınıza sabahınız xeyir" olmuşdur. Daha sonra mahnının mətni dəyişdirilərək bütün dünyaya indiki adı ilə yayılmışdır. Lakin müəlliflik haqqı bacılara aiddir, onlardan sonra da "Warner chappel" musiqi şirkətinə keçmişdir.
IAI Harpy
IAI Harpy İsrail Aerokosmos Sənayesi tərəfindən istehsal olunmuş pilotsuz uçuş aparatıdır. Harpy düşmənin radar sistemlərini sıradan çıxarmaq məqsədilə hazırlanmışdır. Bu, yüksək partlayıcı gücə malik döyüş başlığı ilə təchiz olunmuşdur. Harpy indiyə qədər bir neçə xarici ölkəyə ixrac edilmişdir ki, bu ölkələr də Cənubi Koreya, Türkiyə, Hindistan və Çindir.
Lappa lappa
İri atpıtrağı (lat. Arctium lappa) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin atpıtrağı cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 100-180 sm, gövdəsi düz, möhkəm,şırımlı olub, çox vaxt bənövşəyi rəngli və budaqlanan, hündür ikiillik ot bitkisidir. İri atpıtrağı ikiillik iri ot bitkisi olub, yoğun, lətli əsas kökümsovlu və düzqalxan, qırmızımtıl qabırğalı gövdəyə malik hündürlüyü 60-180 sm-dir. Yarpaqları saplaqlı, gövdənin zirvəsinə doğru tədricən azalan, ürəkvari-yumurtaşəkilli, dişcikli, yuxarıya doğru arabir qısa tükcüklü və ya çılpaq, yaşıl, aşağı tərəfdən sarımtıl-keçəvari olmaqla, uzunluğu 50 sm-ə bərabərdir. Çiçək səbətləri şarşəkilli olub, 3-3,5 sm diametrində, qalxanvari və ya süpürgəvaridir. Yarpaqcıqları çılpaq və ya hörümçək toruna bənzəyən naxışlı, kirəmitvari düzülmüş, xətti, sərt, qarmaqşəkilli və əyilmiş olur. Çiçək qrupunun yatağı sıx, qalın, sərt yerləşdirilmiş xətti və bizəoxşar çiçək altlığından ibarətdir. Bütün çiçəkləri boruşəkilli, ikicinsli, göyümtül-purpurşəkilli çiçək tacından ibarət olmaqla, kasacığı kəkillidir. Meyvəsi iri, sarımtıl-qonur toxumları 5-7 mm uzunluğunda, uzunsov və ya uzunsov-qabırğalı, çılpaq olmaqla, toxumları qısa kəkillidir.
Halay
Halay (oyun) — Azərbaycanda uşaq və gənclər arasında toy, eləcə də el şənliklərində dəstələrə bölünərək oynanılan bütün oyunların başlanğıc forması. Halay (rəqs) (Yallı) — Azərbaycan milli rəqsi. Ən qədim rəqs növlərindən biri.
Hampa
Hampa (Tikantəpə)
Hampi
Hampi (канн. ಹಂಪೆ) - Hindistanın qədim karnataka ştatında yerləşir. Keçmiş Vicayanaqar imperiyasının paytaxtı Vicayanaqara ətrafında yerləşir. Hampidə çoxlu sayda abidələr var. Qədim Hampi Vicayanaqaranın mərkəzində yerləşir, ancaq hal-hazırda bura bərbad vəziyyətdədir. Bu ərazilər UNESCO-nun tarixi abidələr siyahısına daxildir. İndi bura induistlərin əsas mədəb yerlədir. == Etimologiyası == Hampi sözü "pampa" sözündən götürülüb, qədim vaxtlarda Tunqabxadra çayı belə adlanırdı. Bu çayın sahilində yerləşən Vicayanaqara şəhəri salınmışdır. Kannada dilində hampi "pampa" deməkdir.
Hanoy
Hanoy (vyet. Hà Nội, tı-nom 河内, çaylar arası şəhər) — Vyetnamın paytaxtı və ölkənin əhali sayına görə ikinci şəhəri. Vyetnamın əsas siyasi , təhsil və mədəni, ikinci sənaye mərkəzi ( Xoşimindəm sonra). 1902 - 1953-cü illərdə Fransa Hind-Çininin,с 1954 - 1976-ci illərdə — Şimal Vyetnamın paytaxtı. Xonqxa çayı sahilində yerləşir. Coğrafi koordinatları 21°02′ şm. e. 105°51′ ş. u.. Əhalisi — 6 448 837 nəfər (2009-ci il).
Haput
Haput — Azərbaycan Respublikasının Quba rayonunun Əlik kənd inzibati ərazi vahidində kənd. == Tarixi == Baş Qafqaz silsiləsinin yamacındadır. Azərbaycanın qafqazdilli etnik qrupu olan haputluların məskunlaşdığı kəndlərdəndir. Özlərini hər adlandırırlar. Kəndin adı Ptolemeyin (II əsr) Albaniya şəhərləri sırasında qeyd etdiyi Xabota ilə əlaqələndirilir. Haputlular Qədim Albaniyada yaşayan 26 tayfadan biri olan hər tayfasının nümayəndələridir . Hal hazırdada qonşu kəndlər Haputlulara öz dillərində Hər deyirlər. Azərbaycan dilinin dialektlərində həm hapıtdı (hapıtmaq), həm də hər sözü "tələsik, vaxtından tez" mənalarında işlənir. Mənbələrin verdiyi məlumata əsasaən XIX əsrin ortalarında Göycay qəzasında 736 nəfər haputlu ailəsinin məskunlaşdığı Haputlu Məlikli, Haputlu Mollaqasımlı, Haputlu Gidəyli, Haputlu Nətəs Qacar, Haputlu Hacı Qətəsi, Haputlu İmamlı, Haputlu Kürd kəndləri var idi. == Toponimikası == Haput kəndi Quba rayonunun Əlik i.ə.v.-də kənd.
Hapıt
Haput — Azərbaycan Respublikasının Quba rayonunun Əlik kənd inzibati ərazi vahidində kənd. == Tarixi == Baş Qafqaz silsiləsinin yamacındadır. Azərbaycanın qafqazdilli etnik qrupu olan haputluların məskunlaşdığı kəndlərdəndir. Özlərini hər adlandırırlar. Kəndin adı Ptolemeyin (II əsr) Albaniya şəhərləri sırasında qeyd etdiyi Xabota ilə əlaqələndirilir. Haputlular Qədim Albaniyada yaşayan 26 tayfadan biri olan hər tayfasının nümayəndələridir . Hal hazırdada qonşu kəndlər Haputlulara öz dillərində Hər deyirlər. Azərbaycan dilinin dialektlərində həm hapıtdı (hapıtmaq), həm də hər sözü "tələsik, vaxtından tez" mənalarında işlənir. Mənbələrin verdiyi məlumata əsasaən XIX əsrin ortalarında Göycay qəzasında 736 nəfər haputlu ailəsinin məskunlaşdığı Haputlu Məlikli, Haputlu Mollaqasımlı, Haputlu Gidəyli, Haputlu Nətəs Qacar, Haputlu Hacı Qətəsi, Haputlu İmamlı, Haputlu Kürd kəndləri var idi. == Toponimikası == Haput kəndi Quba rayonunun Əlik i.ə.v.-də kənd.
Haray
Haray (roman) — Əlisəfa Məmmədovun 1984-cü ildə nəşr olunmuş ilk romanı. Haray (film) — müxtəlif illərdə çəkilmiş filmlər.
Harpa
Qızılquş (lat. Falco) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinə aid heyvan cinsi.
Harpe
Qızılquş (lat. Falco) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinə aid heyvan cinsi.
Hatay
Hatay — Türkiyədə il və şəhər adı. == Əhali == Rayon əhalisi 2013-cü ilin sayına görə 1.503.066 nəfərdir. Əhalinin hamısı şəhər mərkəzi mövqeyindədir. Şəhər qanunu layihəylə bütün bələdiyyələr və kəndlər dəyişdirilərək şəhər mərkəzi statusuna alınmışdır. Kvadrat kilometrə düşən əhalinin sıxlığı 274,24 nəfərdir. Bu baxımdan Türkiyənin ən sıx əhaliyə malik 4-cü rayonudur. Əhalinin artım sürəti təxminən %1,2-dir.
Havay
Havay (ing. Hawaii) – Amerika Birləşmiş Ştatlarında ştat. Mərkəzi Honolulu şəhəridir. == Coğrafi Mövqeyi == Havay arxipelaqı Sakit okeanın mərkəzində 3300 kilometr uzunluğunda böyük bir əyri yaradan, ada və riflərdən ibarətdir. Arxipelaq şərqdə Havay adasında başlayır və təxminən 180-ci meridianda yerləşən Kure atolunda bitir. Havay arxipelaqı 8 böyük adadan təşkil olunub. Bunlar ştatın 99 %-ni təşkil edən Oahu, Havay, Maui, Kauai, Lanai, Molokai, Niihau və Kahoolave adalarıdır. Əhalinin böyük hissəsi elə bu adalarda yaşayır. Sahəsi 8150 km2 olan Havay adası ölkənin 2/3-ni təşkil edir. Yerli əhali bu adanı sadəcə olaraq "Böyük Ada" adlandırır.
Hippi
Hippi — 1960-cı illərdə Amerika Birləşmiş Ştatlarında başlayan və digər ölkələrə yayılan cərəyana məxsus şəxs. Hippilərin narkotik maddələrdən istifadə, cinsi azadlıq və qadın hüquqları barədə özlərinəməxsus yanaşmaları var. == Mahiyyəti == Hippi həyat tərzi, əslində, bugünkü mütləq rədd etmənin təməllərini atan bir hərəkatdır. Dünyanın bütün bitki, heyvan və insanlara aid olduğunu qəbul edən apolitik bir yanaşmadır. Özlərinə əsla sərhəd qoymayan, var olan bütün qaydaları rədd edən, komu həyatını müdafiə edən azad bir hərəkatdır. 1960-cı illərdə dövrün kommunist və faşist idealogiyalarına qarşı çıxan, azadlığın fərdin öz içində olduğunu müdafiə edən, lakin anarxist düşüncə tərzindən ayrılan, düşüncə formasının gerçək həyata çevrildiyi bir həyat tərzidir. Bundan əlavə, hippi tərzi müasir dövrdə moda cərəyanıdır. Hippiliyi bir axın olaraq analiz edən psixoanalist Erik Fromm hippilyi gəlmiş-keçmiş ən təsirli hərəkat olaraq qəbul edir. Çünki "çiçək uşaqları" azad sevginin, sülhsevərliyin bütün tələblərini yerinə yetirərək, inandıqlarını yaşamaqdan heç bir zaman çəkinməmiş və ümumi əxlaqın bütün təzyiqlərinə qarşı çıxaraq, bu alternativ həyat tərzini davam etdirməyi bacarmışdılar. == Etimologiyası və tarixi == Hippi sözü ABŞ-də 1960-cı illərin ortalarında meydana çıxmışdır.
Lappa
Atpıtrağı (lat. Arctium) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Homotipik sinonimləri === Lappa Scop. === Heterotipik sinonimləri === Anura (bitki) (Juz.) Tschern. Arcion Bubani Bardana Hill Hypacanthium Juz. Schmalhausenia C.Winkl.
MAPPA
MAPPA Co., Ltd.(株式会社 (Kabushiki-gaisha MAPPA)) — Masao Maruyama tərəfindən yaranmış animasiya studiyası. MAPPA — Maruyama Animation Produce Project Association bildirən akronimdir.
Mapay
Mapay (ivr. ‏מִפְלֶגֶת פּוֹעֲלֵי אֶרֶץ יִשְׂרָאֵל‏‎) bəzən İsrail ərazisinin işçi partiyası — İsrailin mərkəzdən sol bir siyasi partiyasıdır.1968-ci ildə müasir İsrail İşçi Partiyasına birləşənə qədər İsrail siyasətində dominant bir qüvvə idi. Mapayın vəzifədə olduğu müddətdə geniş mütərəqqi islahatlar həyata keçirilirdi. Minimum gəlir, təhlükəsizlik və mənzil subsidiyaları, səhiyyə və sosial xidmətlərə pulsuz (və ya demək olar ki, pulsuz) təminat verən bir rifah halının yaradılması ilə xarakterizə olunur.
Papay
Yappa
Yappa — Yəhudi soyadı. Tanınmış şəxslər Yuri Yappa — Kəndlər Yappa — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonu ərazisində kənd. Yappa (Qəmərli) — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Qəmərli (Artaşat) rayonu ərazisində kənd. Digər Yappa papaq — Qarabağda parça üzlü papaq "yappa papaq" (və ya "qara papaq") kimi tanınırdı.
Hapaç
Hapaç (adıq ХьэпэкI) — 900-cü illərdə Zixiya padşahı. Hapaçın həyatı və ya hakimiyyətinin çox hissəsi haqqında çox şey məlum deyil. Məlumdur ki, o, atlı ordusu və müttəfiq knyazlıqları ilə 900-cü illərdə Xəzərlərin şəhəri olan Sarkelə hücum etmişdir. Xəzər ordusu məğlub olmuş, Sarkel knyazı və sağ qalan ordusu əsir götürülmüşdür.
Havpa
Havpa (sor. هاوپا, Hāwpā, hərf. 'eynitipli şəxs'), həmçinin Kürd Milli Sosialist Partiyası (kurm. Partiya Sosyalîst a Neteweyî ya Kurdî, qısaca forma "PSNK") — İraq Kürdüstanında kürd neonasist və hökumət əleyhinə yeraltı hərəkat. Havpa 21 mart 2020-ci ildə Ərbildə gənc tələbələr tərəfindən Novruzun ilk günündə qurulmuşdur. Onların tez-tez vurğuladıqları təşkilatın əsas məqsədi Kürdüstanda yalnız etnik kürdlərin yaşaya bilməsidir. Havpa sionist işğal hökuməti konspirasiya nəzəriyyəsinə inanır, Kürdüstan Regional Hökumətinin hakim Bərzani və Təlabani ailələri kürd hökumətinin yəhudi işğalçıları olduğunu bildirir. "Instagram" və "Telegram" kimi müxtəlif onlayn platformalar vasitəsilə Havpa ərəblərin Kürdüstan bölgəsindən qovmaq, türkmanlar və aysorlara qarşı soyqırımı keçirmək ideyasını təbliğ etmək üçün kampaniya həyata keçirdi. Bundan əlavə, Havpa İraq Kürdüstanının hər yerində plakatlar nümayiş etdirərək fəallıq göstərir.
Tapey
Tapey — Kirti Monastırından olan gənc Tibet rahibi. Onun 27 fevral 2009-cu ildə Sıçuan əyalətinin Nqava şəhərində yerləşən bazarda özünü yandırmağa cəhd etməsi tibetlilərin özünü yandırması dalğasının başlanğıcı olmuşdur.
Haapi
Haapi və ya Haip — e.ə. 1350–1335-ci illərdə Amarna arxivinin xüsusi səlahiyyət verilmiş komissarı. Misir dilindəki "Hapi" adı Nil tanrısı Hapinin adıdır. Onun adı üç məktubda çəkilir.