Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Harry Kauper
Henry Alexis (Harry) Kauper (1888[…], Hotorn[d] – 22 aprel 1942, Riçmond[d]) — avstraliyalı aviasiya və radio mühəndisi olub, Sopwith-Kauper kəsici mexanizminin layihələndirilməsi və Avstraliyada radio yayımını inkişaf etdirdiyi işi ilə məşhurdur.
Harry’s Bar
"Harry's Bar" ( "Harri bar" və ya "Harrinin barı") - "San-Marko" vaporetto dayanacağının yaxınlığında Kalle Valyaresso, 1323 ünvanında yerləşən restoran və bar. Yarandığı gündən bu yana Çipriani şirkətinə məxsusdur. (ing. Cipriani S.A.) == Yaranma tarixi == Harrinin barı 1931-ci ildə barmen Cüzeppe Çipriani tərəfindən açılmışdır. Çiprianinin öz dediyinə görə - gənc və varlıbostonlu Harri Pikerinq, Venesiyada özünün yaşadığı və Cüzeppe Çiprianinin barmen olaraq işlədiyi "Avropa" otelinin barına tez-tez gəlirdi. Çipriani, həmin dövrdə bir gün öz restoranını açacağına ümid edirdi. Bir gün Harri bara gəlməyi dayandıranda Çipriani ondan bunun səbəbini soruşmuşdu. Buna cavab olaraq Pikerinq, ailəsinin onu alkoqolizmdən xilas etmək üçün göndərdikləri Avropa səfərində içdiyini öyrənərək ona pul göndərməyi dayandırdıqlarını və özünün bundan sonra müflis olduğunu izah etdi. Çipriani tamamilə tanımadığı biri olduğuna baxmayaraq Harriyə 10000 lirə (təxminən 5000 ABŞ dolları) borc verdi. Bu hadisədən iki il sonra Pikerinq, otelin barına qayıtdı, içki sifariş verdi və Çiprianiyə 50.000 lirəni geri qaytardı.
Haray
Haray (roman) — Əlisəfa Məmmədovun 1984-cü ildə nəşr olunmuş ilk romanı.
Barry White
Barri Vayt (ing. Barry White, 12 sentyabr 1944, Texas, ABŞ — 4 iyul 2003, Kaliforniya, ABŞ) — ritm-ənd-blyuz stilində məşhur olan amerikalı müğənni. 1974-cü ildə onun "Can’t Get Enough of Your Love, Babe", "Never, Never Gonna Give You Up" və "You’re The First, The Last, My Everything" adlı mahnıları Billboard Hot 100 jurnalının siyahısında yüksək yerləri tutduqdan sonra məşhurluq qazandı. Sonuncu mahnı həm də Britaniya çartlarına başçılıq edirdi. == Həyatı == Barri Vayt Texas ştatının Qalveston şəhərində anadan olmuş və Kaliforniyada Los-Ancelesin kriminal rayonunda böyümüşdür. 17 yaşında o, 30000 ABŞ dolları dəyərində avtomobil təkəri oğurluğuna görə 4 ay həbs cəzası alır. Həbsdə ikən radioda Elvis Preslinin ifasında "It's Now or Never" mahnısını eşidir və oxumağa qərar verərək həyatını dəyişmək istəyir.Musiqi karyerasına 60-cı illərdə prodüser və musiqi tərtibatçısı kimi başlamış, 70-ci illərdə isə müğənni kimi disko stilindəki mahnıları ilə uğur qazanmışdır. Uzun illər hipertoniyadan əziyyət çəkən Barri Vayt 2003-cü ilin mayında böyrəklərinin öz funksiyasını itirməsi nəticəsində xəstəxanaya düşür və 4 iyul tarixində vəfat edir. Onun nəşi kremasiya edilərək külü ailəsi tərəfindən Kaliforniya sahillərinə səpilmişdir.
Haray (film)
Haray (film, 1989) —
Haray (roman)
Haray — Əlisəfa Məmmədovun 1984-cü ildə nəşr olunmuş ilk romanı. == Məzmun == Əsərin qəhrəmanı Kazım kişi qəzaya uğradığı gəmidə tənha qaldığı günlərdə ömrünün müxtəlif mərhələlərində rastlaşdığı yaxşı, pis adamları yada salır, təzadlı hadisələri xatırlayır. Beləliklə, Xəzər dənizi və Kür çayı gəmiçilərinin bir neçə nəslinin sevincli, fərəhli, həm də çətin, dolanmbac yollu həyat salnaməsi gözlərimiz qarşısında canlanır.
Harri Belafonte
Harri Belafonte (1 mart 1927[…], Harlem[d], Manhetten, Nyu-York – 25 aprel 2023[…], Yuxarı Vestsayd[d], Manhetten, Nyu-York) — Amerikalı müğənni, bəstəkar, aktivist və aktyor. Ən uğurlu Yamayka-Amerika pop ulduzlarından biri, 1950-ci illərdə Trinbagonian Karib musiqi üslubunu beynəlxalq auditoriya ilə çıxardan əsas şəxs hesab olunur. O, blyuz, folk, gospel, şou melodiyaları və Amerika standartları daxil olmaqla bir çox janrda çıxış etdi. Onun debüt albomu Calypso (1956), tək bir sənətçinin ilk milyon satan LP albomudur.Belafonte "The Banana Boat Song (Banan Qayığı mahnısı)" kimi tanınan "Day-O" mahnısını yazması ilə məşhurdur. O, blüz, folk, gospel, şou melodiyaları və Amerika standartları da daxil olmaqla bir çox janrlarda səsyazma və ifa edib. O, həmçinin bir neçə filmdə, o cümlədən Carmen Jones (1954), Island in Sun (1957) və Odds Against Tomorrow (1959) filmlərində rol alıb. Belafonte üç "Qremmi" mükafatı (o cümlədən, Qremmi Ömür Boyu Nailiyyət Mükafatı), Emmi mükafatı və Toni mükafatını qazandı. 1989-cu ildə Kennedi Mərkəzinin fəxri mükafatını aldı. 1994-cü ildə Milli İncəsənət Medalı ilə təltif edildi. 2014-cü ildə Akademiyanın 6-cı İllik Qubernator Mükafatlarında Jan Herşolt Humanitar Mükafatını aldı və 2022-ci ildə Rok-n-Roll Şöhrət Zalına daxil edildi.
Harri Hole
Harri Hole — Yu Nesbö tərəfindən yazılmış və dünyada 18 000 000 tirajla satılmış romanlar seriyasının (hal hazırda 11 roman) baş qəhrəmanıdır. Harri Holenin adı Şerlok Holms, Erkül Puaro, Komissar Meqre, Niro Vulf kimi tanınmış ədəbi detektivlərlə yanaşı çəkilir. Hole qeyrikonservativ metodlara malik parlaq və aktiv detektiv olmaqla yanaşı, sərrast atıcılıq qabiliyyətinə malikdir. == Tərcümeyi Halı == Harri Hole 20 yaşında xərçəng xəstəliyi səbəbi ilə anasını itirir və keçmiş müəllim olan atası Ulav Hole ilə də sıx əlaqə saxlamır. O, Oslo Polis İdarəsinin Kriminalistika bölməsinin əməkdaşıdır. Harrinin daun sindromlu bir bacısı var. O, evli deyil, lakin on roman boyu bir çox qadınlarla sıx əlaqədə olub. Harri siqaret və alkoqol aludəçisi olmağına baxmayaraq, zaman zaman alkoqol qəbulunu kontrol edə bilir. Onun problemləri vaxtaşırı rəhbərlik və bəzi əməkdaşlarla konfliktlə nəticələnməyinə baxmayaraq, onun güclü detektiv olduğuna inanan bölmə rəisi Byarne Möller və onun iş yoldaşı və yaxın dostlarından biri onun işdən azad edilməsinin qarşısını ala bilirlər. Harri Federal Təhqiqat Bürosunda atıcılıq və Polis sorğulaması texnikası üzrə təlim keçmiş azsaylı orqan işçilərindən biridir.
Harri Hudini
Harri Hudini (ing. Harry Houdini, əsl adı və soyadı Erik Vays (mac. Weisz Erik); 24 mart 1874[…], Budapeşt – 31 oktyabr 1926[…], Detroyt, Miçiqan) — Çətin qaçış və azad olma tryukları ilə şöhrət qazanmış məşhur amerikalı illüzionist və hipnozçu. == Bioqrafiya == Baxmayaraq ki, Hudini özünün ABŞ-nin Viskonsin ştatında anadan olduğunu bildirsə də, sənədlərdə gələcək fokusçunun Budapeştdə ravvin ailəsində anadan olduğu göstərilmişdir. Erikin ailəsi onun 4 yaşı olanda, 1878-ci il 3 iyul tarixində ABŞ-yə emiqrasiya etmişdi. İlk əvvəl ailə Viskonsin ştatının Eplton şəhərində məskunlaşmışdı. Çünki ailənin başçısı — Meyer Samuel Vays burada Zion Reform Jewish Congregation adlı reformist sinaqoqunda ravvin vəzifəsini əldə etmişdi. 1887-ci ildə Hudini atası ilə birlikdə Nyu-Yorka gəlir. Harri 10 yaşından başlayaraq əyləncə müəssisələrində kart fokusları göstərməyə başlamışdır. 1892-ci ildə fransız fokusçusu Rober-Hudenin şərəfinə özünə Hudini təxəllüsünü götürür.
Harri Kasparov
Harri Kimoviç Kasparov (Vaynşteyn; 13 aprel 1963[…], Bakı) — sovet, rusiyalı şahmatçı. Şahmat üzrə beynəlxalq dərəcəli qrosmeyster (1980), gənclər arasında dünya çempionu (1980), SSRİ çempionu (1981, 1988), 13-cü dünya çempionu (1985–2000) və Rusiya çempionu (2004). 11 dəfə "Şahmat Oskarı"nın sahibidir (1982, 1983, 1985, 1986, 1987, 1988, 1995, 1996, 1999, 2001, 2002) == Həyatı == === İlk illəri === Atası Kim Vaynşteyn milliyətcə yəhudi, anası Klara Kasparyan isə ermənidir. Babası Moisey Vaynşteyn keçən əsrin 40–50-ci illərində Azərbaycan SSR-də tanınmış mədəniyyət xadimi, bəstəkar və dirijor olmuşdur. 1963-cü ildə Bakı şəhərində dünyaya gələn Harri əvvəllər Vaynşteyn soyadını daşısa da atasının 1970-ci ildə leykozdan vəfatından sonra, 1976-cı ildə anası onun soyadını dəyişərək öz soyadını vermiş, soyadın sonluğundakı "yan" hissəciyini isə dəyişərək rus stilində "ov" yazdırmışdır. Harri Kasparov 1980-ci ildə Bakı şəhərindəki 151 saylı orta məktəbi qızıl medalla bitirmişdir. 18 yanvar 1990-cı il tarixdə Bakını ailəsi və qohumları ilə birlikdə tərk etmiş. Sovet ordusunun da Bakını tərk etməsini tələb etmişdi. === Şahmatçı karyerası === 1976-cı ildə gənclər arasında SSRİ çempionu olmuşdur. 1980-ci ildə qrosmeyster dərəcəsi almaqla yanaşı, Dortmundda Gənclər arasında dünya çempionu adını qazanmışdır.
Harri Keyn
Harri Keyn (ing. Harry Kane; 28 iyul 1993, London) — İngiltərə futbolçusu. Almaniyanın "Bayern Münhen" klubunun və İngiltərə milli futbol komandasının hücumçusu. Keyn, "Tottenhem Hotspur"un heyətində 2011-ci il avqustun 25-də, Avropa Liqasının ikinci təsnifat mərhələsində Yunanıstanın "Harts" klubuna qarşı oynanılan görüşdə debüt edib. O,"Tottenhem Hotspur"un əsas heyət oyunçusu olanadək icarə əsasında Birinci Liqada çıxış edən "Leyton Orient"də, Çempionşipdə çıxış edən "Milluoll" və "Norviç Siti"də, və Premyer Liqada mübarizə aparan "Norviç Siti"də oynayıb. Keyn, İngiltərənin yeniyetmələrdən və gənclərdən ibarət komandalarının hamısında çıxış etmişdir. Əsas milli komandada debütü 24 mart 2015-ci ildə baş tutmuşdur. == Klub karyerası == === Leyton Orient === Harri Keyn "Tottenhem Hotspur" akademiyasının yetirməsidir, lakin o, ilk illər əsas komandanın heyətinə düşməkdə çətinlik çəkib. Bu səbəbdən klub onu 2011-ci il yanvarın 7-də İngiltərə Birinci Futbol liqasında çıxış edən "Leyton Orient" komandasına icarəyə verib. O, bu klubun heyətində yanvarın 15-də "Rotsdeyl" klubuna qarşı oynanılmış görüşdə sonradan meydana çıxaraq debüt etmişdir.
Harri Markovits
Harri Markovits (ing. Harry Max Markowitz) 24 avqust 1927[…], Çikaqo, İllinoys – 22 iyun 2023, San-Dieqo, Kaliforniya) — amerikalı iqtisadçı. Çağdaş portfel nəzəriyyəsi mövzusunda xüsusilə mal varlığı riskləri, korrelyasiya və portfel müxtəlifliyinin investisiya portfelinin gəlirlərinə olan təsirləri ilə bağlı tədqiqatları ilə tanınır. 1990-cı ildə Merton Miller və Vilyam Şarpla birlikdə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. == Həyatı == Harri Markovits ABŞ-nin Çikaqo şəhərində anadan olub. Liseydə oxuyarkən fizika və fəlsəfə mövzularına, xüsusilə bu mövzularda ingilis filosofu Devid Yumun fəaliyyətləri ilə maraqlandı. Çikaqo Universitetində də bakalavr dərəcəsinə bu mövzularda yüksəldi. Sonra magistr təhsilinə Çikaqo Universitetində iqtisadiyyat bölməsində davam etdi. Burada təhsil alarkən məşhur iqtisadçıların, Milton Fridmen, Tyallinq Kupmans, Ceykob Marşak, Leonard Seveyc və b. rəhbərliyində tədqiqatlarına davam etdi.
Harri Martinson
Harri Edmund Martinson (isv. Harry Edmund Martinson; 6 may 1904[…] və ya 1904, Jamshoq[d] – 11 fevral 1978[…] və ya 1978, Stokholm)) — İsveç yazıçısı, şairi, Ədəbiyyat üzrə Novel mükafatı laureatı (1974; Eyvind Yunson ilə birlikdə). == Həyatı == İsveç yazıçısı, şair və jurnalist Harri Edmund Martinson uzaq səfərlər kapitanının oğlu idi. İveçin cənubunda doğulmuşdu. Altı yaşında atasını itirmişdi. İi il sonra anası onu və altı bacısını ataraq Amerikaya köçmüşdü. Uşaqlar isə ən imkansız, bərbad vəziyyətdə olan yetimxanalarda böyümüşdülər. Təbii ki, belə bir vəziyyətdə hər hansı ardıcıl təhsildən söhbət gedə bilməzdi. Şəraitin dözülməzliyi Harrini saxlandığı uşaq evlərindən ara-sıra qaçmağa məcbur etmişdi. Müstəqil həyata erkən yaşlarından başlamışdı.
Harri Potter
«Harri Potter» (ing. «Harry Potter») — ingilis qadın yazıçı Coan Ketlin Roulinq tərəfindən yazılmış yeddi roman və onun əsasında çəkilmiş filmlər seriyasıdır. Səkkizinci kitab isə teatrdan kitaba uyğunlaşdırılmışdır. Dünyada çap olunmasına və satışına görə böyük rekordlara imza atmışdır. Seriyanın yeddinci kitabı ABŞ-də 8,5 milyonluq böyük bir satış gəlirinə sahib olaraq böyük bir rekord əldə etmişdir. Seriyanın kitabları "Dünyanın ən tez satılan kitabı" və "Dünyanın ən çox satılan uşaq romanı" adını hələ də əlində saxlayır. Roman uşaqlar üçün nəzərdə tutulsa da, böyüklərin də diqqətini çəkmişdir. == Mövzusu == Harri Potter 10 il müddətində sevmədiyi qohumları: xalası Petunia, xalasının əri Vernon və onların axmaq övladı Dadli Dörzli ilə yaşamağa məcbur olur. Valideynlərinin yol qəzasında öldüyünü zənn edən Harri gerçəyi Hoqvartsda gözətçi işləyən Rubeus Haqrid tərəfindən öyrənir. Harrinin anası Lili və atası Ceyms Potter düşmənləri Voldemort tərəfindən öldürülmüşdür.
Harri Stayls
Harri Stayls (ing. Harry Edward Styles; 1 fevral 1994, Redditç[d], Vusterşir[d]) — ingilis müğənni, bəstəkar və aktyordur. Onun musiqi karyerası 2010-cu ildə Britaniyanın The X Factor musiqi yarışması seriyasında solo iştirakçı kimi başlamışdır.Yarışda məğlub olduqdan sonra o,2016-cı ildə qeyri-müəyyən fasiləyə getməzdən əvvəl bütün zamanların ən çox satılan oğlan qruplarından birinə çevrilən One Direction oğlan qrupuna qoşulmaq üçün geri qaytarıldı. Stayls 2017-ci ildə Columbia Records vasitəsilə özünün debüt solo albomunu buraxdı. Albom, Böyük Britaniya və ABŞ-də bir nömrəli debüt etdi və ilin ən çox satılan on albomundan biri oldu, aparıcı sinqlı "Sign of Times", İngiltərə Singles Chart-da birinci yerə çıxdı. Onun ikinci albomu, "Fine Line (2019)" ABŞ Billboard 200-də ilk həftədə ingilis kişi sənətçinin ən böyük satışı ilə debüt etdi və 2020-ci ildə Rolling Stone jurnalının "Bütün zamanların 500 ən böyük albomu" sırasına daxil edildi. Albomun dördüncü mahnısı olan "Watermelon Sugar" adlı sinql ABŞ-də Billboard Hot 100-də birinci yeri tutdu. Staylsin üçüncü tammetrajlı albomu "Harry's House" 2022-ci ildə çıxacaq. O, Kristofer Nolanın 2017-ci ildə çəkdiyi döyüş filmi Dünkerkdə aktyorluq debütünü edib. Stayls karyerası boyunca Brit Mükafatı, Grammy Mükafatı və Amerikan Musiqi Mükafatı da daxil olmaqla bir çox mükafat qazandı.
Harri Truman
Harri S. Trumen (ing. Harry S. Truman; 8 may 1884, Lamar, Missuri, ABŞ — 26 dekabr 1972, Kanzas-Siti, Missuri, ABŞ) — Amerika Birləşmiş Ştatlarının 33-cü prezidenti (1945–1953) və 34-cü vitse-prezidenti (20 yanvar-12 aprel 1945). İkinci adındakı "S" hərfi yalnız inisialdan ibarətdir və babaları — atasının atası Anderson Şip (Shipp) Trumen və anasının atası Solomon Yanqın adına hörmət əlaməti olaraq valideynləri tərəfindən verilmişdir. Birinci dünya müharibəsi dövründə artilleriya batareyasına rəhbərlik etmişdir. Həmin müharibədə döyüşlərdə iştirak etmiş yeganə ABŞ prezidentidir (Prezident Duayt Eyzenhauer isə həmin müharibədə yalnız təlimlərə qatılmışdır). == Siyasi həyatı və prezidentliyi == 1934-cü ildə Missuri ştatından ABŞ Konqresinə senator seçilmişdir. 1944-cü il seçkilərində Franklin Ruzvelt özünün dördüncü prezidentlik müddətinə onu vitse-prezidentliyə namizəd kimi irəli sürmüşdür. Seçkilərdə qələbə qazanan cütlük 1945-ci il yanvarın 20-də səlahiyyətlərinin icrasına başlamışdır. 12 aprel 1945-ci ildə Franklin Ruzveltin vəfat etməsindən sonra Harri Trumen prezident vəzifəsini tutmuşdur. Trumenin hakimiyyət dövrü qlobal əhəmiyyətə malik çoxsaylı hadisələrlə zəngin olmuşdur.
Harri Trumen
Harri S. Trumen (ing. Harry S. Truman; 8 may 1884, Lamar, Missuri, ABŞ — 26 dekabr 1972, Kanzas-Siti, Missuri, ABŞ) — Amerika Birləşmiş Ştatlarının 33-cü prezidenti (1945–1953) və 34-cü vitse-prezidenti (20 yanvar-12 aprel 1945). İkinci adındakı "S" hərfi yalnız inisialdan ibarətdir və babaları — atasının atası Anderson Şip (Shipp) Trumen və anasının atası Solomon Yanqın adına hörmət əlaməti olaraq valideynləri tərəfindən verilmişdir. Birinci dünya müharibəsi dövründə artilleriya batareyasına rəhbərlik etmişdir. Həmin müharibədə döyüşlərdə iştirak etmiş yeganə ABŞ prezidentidir (Prezident Duayt Eyzenhauer isə həmin müharibədə yalnız təlimlərə qatılmışdır). == Siyasi həyatı və prezidentliyi == 1934-cü ildə Missuri ştatından ABŞ Konqresinə senator seçilmişdir. 1944-cü il seçkilərində Franklin Ruzvelt özünün dördüncü prezidentlik müddətinə onu vitse-prezidentliyə namizəd kimi irəli sürmüşdür. Seçkilərdə qələbə qazanan cütlük 1945-ci il yanvarın 20-də səlahiyyətlərinin icrasına başlamışdır. 12 aprel 1945-ci ildə Franklin Ruzveltin vəfat etməsindən sonra Harri Trumen prezident vəzifəsini tutmuşdur. Trumenin hakimiyyət dövrü qlobal əhəmiyyətə malik çoxsaylı hadisələrlə zəngin olmuşdur.
Harri Vandiver
Harri Vandiver (ing. Harry Schultz Vandiver; 21 oktyabr 1882, Filadelfiya, Pensilvaniya – 9 yanvar 1973, Ostin) — ədədlər nəzəriyyəsi sahəsində işlərinə görə məşhurlaşan amerikan riyaziyyatçı. ABŞ Milli Elmlər Akademiyasının üzvü (1934). == Həyatı == Filadelfia, Pensilvaniya ştatında anadan olmuşdur. Erkən yaşlarında məktəbi tərk etdi və atasının şirkətində işləməyə başladı, baxmayaraq ki 1904-1905-ci illərdə Pensilvaniya Universitetində bəzi universitet kurslarında oxuyurdu. 1931-ci il üçün ədədlər nəzəriyyəsinə Koul mükafatını qazanmışdır. 1945-ci ildə Pensilvaniya Universiteti ona fəxri doktor adını verdi. 1952-ci ildə bir kompüterdən istifadə edərək Fermatın Böyük Teoremini araşdırdı və 2000-ə qədər olan bütün sadə ədədlərin nəticələrini hesabladı. 90 yaşında vəfat etdi.
IAI Harpy
IAI Harpy İsrail Aerokosmos Sənayesi tərəfindən istehsal olunmuş pilotsuz uçuş aparatıdır. Harpy düşmənin radar sistemlərini sıradan çıxarmaq məqsədilə hazırlanmışdır. Bu, yüksək partlayıcı gücə malik döyüş başlığı ilə təchiz olunmuşdur. Harpy indiyə qədər bir neçə xarici ölkəyə ixrac edilmişdir ki, bu ölkələr də Cənubi Koreya, Türkiyə, Hindistan və Çindir.
Marry Me
Marry Me — (Azərbaycanca: Mənimlə Evlən) Finlandiyanın 2013 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.
Molla, haray
Molla, haray – Azərbaycanda əsasən yazqabağı (bayramqabağı) günlərdə və ya digər vaxtlarda uşaq və gənclər arasında geniş şəkildə oynanılan qədim uşaq oyunlarından biridir. == Oyunun quruluşu == Uşaqlar halay gəlmək yolu ilə mollalar arasıda iki dəstəyə ayrılırlar. Mollalardan birinin gözünü yumurlar. Gözüaçıq mollanın dəstəsində olanlar qaçıb gizlənirlər. Gözüyumulu mollanın uşaqları sığınacaqda otururlar. O, gözünü açır, gizlənən uşaqların mollası ilə uşaqları axtarmağa başlayır. Hər yerdən keçdikdə gizlənən uşaqların mollası bərkdən xəbərdarlıq edir. Məsələn, "Bulağın yanından keçdik", "Dərəni o taya adladıq", "Əlinin evinin yanındayıq" və i. a. Bu xəbərdarlıqdan məqsəd gizlənən uşaqların möhkəm gizlənməsi, gözə görünməməsidir.
Şahzadə Harri
Uels şahzadəsi Harri (ing. Prince Henry of Wales, tam adı Henri Çarlz Albert Devid Mauntbatten-Vindzor, ing. Henry Charles Albert David Mountbatten-Windsor; 15 sentyabr 1984-cü il, Paddinqton, London) — III Çarlz və onun birinci həyat yoldaşı Şahzadə Diananın oğlu, Böyük Britaniya kraliçası II Elizabetanın nəvəsi. Hal-hazırda Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının taxt-tacına növbədə beşincidir.
Harri Ozborn
Herri Ozborn (ing. Harry Osborn) yaxud Yeni Qoblin (ing. New Goblin) – Marvel Comics kainatında xəyali bir personaj. Yeni qoblin əslində Piter Parkerin, yəni Hörümçək-adamın ən yaxın dostu Herri Ozborn''dur. Herri atasının ölümündən sonra Hörümçək-adamın əslində ən yaxın dostu Piter olduğunu öyrəndikdən sonra Piterdən intiqam almaq üçün özü-özünə söz verər (Sonralar atasının köməkçisinin sayəsində atasının özünü öldürdüyünü öyrənincə verdiyi sözü pozaraq Hörümçək-adama Venom və Qum-adamın qarşısında durmağa kömək edir). Qüvvətli fiziki gücə sahibdir və özünün yaratdığı texnoloji alətlərdən istifadə edir.
Harri Qovir Sili
Harri Seeley (ing. Harry Govier Seeley; 18 fevral 1839, London – 8 yanvar 1909, Kensinqton) — Britaniya palentoloqu.
Harri Stek Sallivan
Harri Stek Sallivan — 1892-ci ildə 21 fevralında Nyu-York ştatında Noriç qəsəbəsi yaxınlığında fermada anadan olub. Uşaq ikən o tez-tez xəstələnərdi, şızefreniyaya tutulduğu üçün onun dostları olmamışdı. Demək olar ki, uşaqlıqda keçirtdiyi buneqativ səbəblərdən doloyı o, psixologiyaya meyl etmişdir. Orta məktəbi bitirdikdən sonra o Çikaqoya gəlir və Çikaqo Tibb kollecinə daxil olur. Kolleci bitirdikdən sonra o əsgərliyə gedir. Sallivan 1917-ci ildə doktor dissertasiyasını müdafiə etdikdən sonra birinci Dünya müharibəsində hərbi həkim işləyir. 1922-ci ildə o, Müqəddəs Yelizaveta adlı şəhər xəstəxanasında işləməyə başlayır. Buarda o ilk dəfə ciddi psixiloji pozxunluqlardan əziyyət çəkən xəstələrin müalicəsi üçün radikal metidlardan istifadə etməyə başlayır.O çizofreniyya xəstəliyi üzərində tədqiqatlar aparır, həmçinin klinik psixoloq kimi də şöhrət qazanır. Vaşinqtondan Tausona köçdükdən sonra o,1923-cü ildən etibarən həm Şeppard və E.Prattın xəstəxanasında həkim işləyi,r həm də Merilend Tibb məktəbində professor kimi fəaliyyət göstərir. Məhz Tausonda o, 1929-cu ildən etibarən öz nəzəriyyəsinin əsas müddəaları üzərində çalışmağa başlayır.
Aarra
Aarra — qədim ərəb mifologiyasında bitki və məhsuldarlıq tanrısı. Suriyadakı Bosra şəhərinin hamisi. Aarranın Günəş və İşıq ilahisi xüsusiyyətlərinə malik olması ehtimal edilir. Bosra Nəbatilər dövlətinin tərkibinə qatıldıqdan sonra Aarra Duşara ilə, ellinizm dövründə isə Dionislə eyniləşdirilmişdir. Başqa bir fərziyyəyə görə, Aarra Duşaranın qadağan olunmuş əzəli adıdır.
Baroy
Baroy (çeç. Бара) — Çeçenistan Qalançoj rayonu, Terloy dərəsində Bara-exk dağ çayının sağ sahilində tikilmiş iri qala kompleksi. Qala kompleksinin tikilmə tarixi XIV əsrə aid edilir. Kompleks iki ayrı istehkamdan - Yuxarı və Aşağı Barodan ibarətdir. == Tarixi == Tanınmış rus arxeoloqu Vsevolod Miller dağ memarlığı abidələrinə çox diqqət yetirirdi. 1886-cı ilin iyununda o, Çeçenistan və İnquşetiyanın bir çox bölgələrini araşdırdı. Tədqiqatları nəticəsində buradakı qala kompleklərinin təsvirləri və çertyojları da daxil olmaqla orta əsr binalarını təsvir edən kitab çapdan çıxarır. Onun izi ilə yerli qədim abidələr (arxeoloqların əsərləri - P.S.Uvarova, V.İ.Dolbejev, N.K.Zeydlitsa, Q.A. Vertepov və s.) haqqında məlumatları özündə əks etdirən bir çox müəlliflərin çoxlu məqalə və kiçik esseləri meydana gəldi. == Təsviri == Qala kompleksinin yrı-ayrılıqda dayanan iki istehkamı - Yuxarı və Aşağı Baroyu təmsil edir. Yuxarı və Aşağı Baroya müdafiə qüllələri (indi dağıdılmış) və onlarla yaşayış binası daxildir.