carry1
n 1. daşıma, aparma; 2. uzaqvurma qabiliyyəti (top haq.); uçma məsafəsi (mərmi, güllə və s. haq.)
carry2
v 1. aparmaq, daşımaq, gətirmək; to ~ a bundle in one’s arms əlində bağlama aparmaq; Porters carried trunks on their shoulders Hamballar çamadanları çiyinlərində daşıdılar; A taxi carried me to the station Taksi məni vağzala apardı; 2. keçirtmək; to ~ the war into the enemy’s country müharibəni düşmənin ölkəsinə keçirtmək; 3. gəzdirmək, geymək, taxmaq; to ~ a watch saat geymək / taxmaq; I never carry a walking-stick Mən heç vaxt əl ağacı gəzdirmirəm; 4. olmaq, daxilində / tərkibində olmaq; The book carries many tables Kitabda çoxlu cədvəl var; to ~ a price / a value qiyməti / dəyəri olmaq; 5. satmaq, alver etmək; This shop does not cany fruit Bu mağaza meyvə satmır; 6. keçirmək, yaymaq, yetirmək; Wires carry sound Məftillər səs keçirir; He carried the news to everyone in the village O, xəbəri bütün kəndə yaydı; 7. eşidilmək, çatmaq, gəlmək (səs, xəbər haq.); The sound of the firing carried many miles Atəş səsi bir neçə mil məsafədə eşidilirdi; 8. əldə etmək, sahib olmaq, zəbt etmək; to ~ a position vəziyyəti ələ almaq; 9. qələbə qazanmaq, udmaq (yarış və s. haq.); to ~ an election seçkini udmaq, seçkidə qələbə qazanmaq; 10. tutmaq, almaq, ələ keçirmək, zəbt etmək; to ~ a fortress qalanı zəbt etmək / ələ keçirmək; 11. qələbə çalmaq / qazanmaq, udmaq (yarışı, oyunu və. s.); 12. nail olmaq; müdafiə etmək, qorumaq; sübut etmək; to ~ one’s point öz mövqeyini müdafiə etmək; 13. qəbul etmək (qərar); The resolution / The bill was carried Qətnamə / Qanun layihəsi qəbul edildi; 14. irəli sürmək (namizəd haq.); 15. hamilə olmaq; to ~ a boy oğlan uşağına hamilə / boylu olmaq; 16. hərb. tüfəngi çiyinə götürmək; to ~ away 1) aparmaq, götürüb aparmaq / getmək; The Storm carried away the sails Tufan yelkənləri götürüb apardı; 2) son dərəcə maraqlandırmaq, cəlb / cəzb etmək; He was carried away by the music Musiqi onu məftun / valeh etdi; to ~ back 1) geri qaytarmaq; 2) geri qayıtmaq, geriyə nəzər salmaq; That carries me back to my youth Bu məni gəncliyimə qaytarır; to ~ on davam etdirmək; to ~ on a conversation with smb. bir kəslə söhbəti davam etdirmək; to ~ out 1) bitirmək, sona çatdırmaq, başa vurmaq; 2) yerinə yetirmək (planı, tapşırığı və s.), keçirmək (təcrübə tədbir və s.) to ~ out tests təcrübə keçirmək; to ~ through 1) yerinə yetirmək, həyata keçirmək; 2) kömək / müdafiə etmək;
◊ to ~ into effect həyata keçirmək, icra etmək; to ~ conviction inandırmaq, sübut etmək; razı salmaq, qane etmək; to ~ weight (with) çəkisi / təsiri olmaq