Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bayan
ToponimlərBayan (Daşkəsən) — Azərbaycanın Daşkəsən rayonunda kənd. Bayan (Oğuz) — Azərbaycanın Oğuz rayonunda kənd.
Hakan
Hakan — türk kişi adı. Hakan Çalhanoğlu — İtaliya A Seriyası təmsilçilərindən olan İnter Milan klubunda çıxış edən Türkiyəli peşəkar futbolçu Hakan Şükür — Türkiyə futbolçusu, milliyyətcə albandır. Hakan Boyav — Türkiyəli aktyor. Hakan Fidan — Türk hərbçisi, bürokrat və Milli İstihbarat Təşkilatı (MIT) rəhbəri. Hakan Erol — Azərbaycan əsilli Türkiyəli bəstəkar və aranjimançı. Hakan Utangaç — Pentagram qrupunu qurmuşdur. Hakan Ünsal — Türkiyə milli futbol komandasının və Qalatasaray klubunun sabiq oyunçusu. Hakan Günday — Türk yazıçıdır. Hakan Peker — Türk rəqqas, bəstəkar, müğənni və musiqi prodüseridir. Hakan Yavuz — türkiyəli siyasi elmlər üzrə mütəxəsis və tarixçi.
Haran
Haran — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 85 nəfərdir. == Relyefi == Lerik rayonunun Kirəvud inzibati ərazi vahidində yerləşən bu kənd dağətəyi ərazidədir.
Hayad
Hayad — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Dovşanlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Hayad kəndi Kəlbəcər rayonunun inzibati tərkibinə verilmişdir. Kənd 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. == Toponimikası == Ayad variantında da qeydə alınmışdır. Keçmış adı Axmaxlı olmuşdur. Bu ad axmaxlı nəslinin adı ilə bağlı idi. Ayalılar isə elmi ədəbiyyatda tatarların tərkib hissəsi kimi göstərilir. Qubadlı rayonu ərazisində Ayadı Tağa adlı dağ qeydə alınmışdır. == Coğrafiyası və iqlimi == Kənd dağlıq ərazidə yerləşir.
Haynan
Haynan (çin. 海南; dənizin cənubu) — Çinin cənubunda yerləşən Cənubi Çin dənizində yerləşən ada. Adada eyni adlı vilayət yerləşir. Adanın və vilayətin mərkəzi Hanoy şəhəridir. Son iyirmi il ərzində adı əlayət şəhərindən 1,5 milyon əhalisi olan meqapolisə çevrilmişdir. Digər iri şəhərləri isə Sanya, Dunfan, Dançjoy və Syonhay şəhərləridir. Vilayətin əhalisi 8 671 518 nəfər təşkil edir. 2010-cu il məlumatına görə vilayət əhali sayı baxımından Çinin 29 əyalətidir. == Coğrafiyası == Tropik ada olaraq Çinin cənubunda yerləşir. Havay adaları ilə eyni enlikdə yerləşir.
Kayan
Kayan - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Karvansaray (İcevan) rayonunda kənd.
Mayan
Aşağı Mayan (Təbriz)
Sayan
Şərqi Sayan Sayan dağları Sayan dağı — Ağsu rayonu ərazisində dağ. Hündürlüyü 1146 m.
Çayan
Çayan - əsasın 1923-cü ildə qoyulmuşdur. Əvvəllər Sovet hökumətinin sonra isə Rusiya Tatarlarının yumor və satirik jurnalıdır. rus və tatar dillərdində çap olunur. Tatar dilində 1923-cü ilin yanvar ayından, rus dilində isə 1956-cı ildən çap olunmağa başlayıb. == Tarixi == Jurnalın ilk çap olunması 1923-cü ilə təsadüf edir. İlk buraxılış çox ciddi ağ-qara və çox hissəsi mətndən ibarət idi. Ancaq tez biz zamanda o öz ətrafında çoxlu sayda karikaturçılar yığdı. Onlardan bəziləri Qusman Arslanov, N.Xristenko, Q.Polyakov, D.Krasilnikov, Q.Yusupov, M.Amirovdur. 1941-ci ilidə yalnız bir dəfə Çayna hərbi mövzuda nəşr olundu. Bundan sonra jurnal on ildən çox nəşr olunmadı.
Ayan
Ayan — qadın adı. Ayan Mirqasımova — Azərbaycan teatr və kino aktrisası. Ayan Məmmədova — Azərbaycanlı sərbəst güləşçisi. Ayan Babakişiyeva — Azərbaycan müğənnisi. Ayan Allahverdiyeva — azərbaycanlı şahmatçı.Yaşayış məntəqələriAyan (Salmas) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd.DigərAyan Palace — Azərbaycan Respublikasının Tovuz rayonunda yerləşən hotel.
Aminat Şayan
Aminat Şayan (29 oktyabr 1993) — Maldiv adalarını təmsil edən üzgüçü. Aminat Şayan Maldiv adalarını 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Aminat Şayan birinci dəfə İslam Həmrəyliyi Oyunlarına 2017-ci ildə qatıldı. O, Bakıda baş tutan IV İslam Həmrəyliyi Oyunlarında qadınlar 50 m kəpənək stildə, yarımfinalda iştirak etdi. 34.30 saniyəlik nəticəsi ilə 10-cu yeri tutdu və finala vəsiqə qazana bilmədi. == Olimpiya Oyunları == Aminat Şayan birinci dəfə Olimpiya Oyunlarına 2012-ci ildə qatıldı. O, Londonda baş tutan XXX Yay Olimpiya Oyunlarında qadınlar 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 32.23 saniyəlik nəticəsi ilə 64-cü yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi. Aminat Şayan Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 100 m sərbəst stildə, təsnifat mərhələsində də iştirak etdi. Burada isə 1:05.71 saniyəlik nəticəsi ilə 46-cı yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Bayan-Ölgiy
Bayan-Ölqiy vilayəti (monqolca: Баян-Оглий аймаг; Qazaqça: Бай-Өлке; Azərbaycan Türkcəsi: Bay-Ölkə; "Zəngin Ölkə") — Monqolustanın 21 vilayətindən (aymaqından) biri. Özündə 13 rayonu (sumu) birləşdirən Bayan-Ölqiy vilayətinin ərazisi 45 704 Km2-dır. == Ərazisi == 1939-cu ildə yaradılan Bayan-Ölqiy vilayətinin ərazisi 45 704 Km2-dır. Bayan-Ölqiy vilayətinə 13 rayon (sum) daxilidir. Vilayətini paytaxtı Tsaqaannuur şəhəridir. == Əhalisi == 2017-ci ildə olan məlumatlara əsasən Bayan-Ölqiy vilayətinin əhalisinin 88,7% i Qazaqlardan ibarət olup cəmi 101 592 nəfərdir.
Bayan-Öndör
Bayan-Öndör (monq. Баян-Өндөр) — Monqolustanın Uverxanqay aymakında yerləşən sumdur. Aymakın paytaxtından 120 kilometr məsafədə, Bumbat qəsəbəsinin mərkəzində yerləşmişdir. Əhalisi 5100 nəfərə bərabərdir. Ulan-Batordan 303 km məsafədə yerləşmişdir.. == Təsviri == === Relyefi === Sumun səth sahəsi çoxlu kələ-kötürlüklə zəngindir. Sumda çoxsaylı dağarası şoran çökəkliklərə rast gəlmək olar. Bu da sum üçün xarakterik əlamətlərdən biridir. === İqlimi === Kəskin-kontinental iqlimə malikdir. Yanvarda orta temperaturu - 15°-25°С, iyulda - +14°+20°С bərabərdir.
Bayan (Daşkəsən)
Bayan — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Bayan kənd inzibati ərazi dairəsində kənd. 21 dekabr 2012-ci il tarixli "Gəncə şəhərinin və Daşkəsən, Goranboy, Göygöl, Samux rayonlarının sərhədlərində qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu"na görə Bayan kənd inzibati ərazi dairəsi tərkibindəki Bayan kəndinin ərazisindən 11,57 ha (bundan dövlət mülkiyyətində olan 0,8 ha, bələdiyyə mülkiyyətində olan 2,57 ha və xüsusi mülkiyyətdə olan 8,2 ha) torpaq sahəsi Gəncə şəhər Nizami rayonunun inzibati ərazisinə verilmişdir. == Toponimikası == Toponimiyada bu söz çox vaxt türk dillərindəki bayan (qadın, xanım, varlı, dövlətli, zəngin) sözü ilə açıqlanılır. Lakin nəzərə almaq lazımdır ki, qədim abidələrin dilində baya (müasir Azərbaycan dilində "bayaq") sözü də işlənmişdir ki, bu da "əvvəlki, keçmiş, yaxın keçmiş" mənasını ifadə etmişdir. Bundan başqa, həmin sözün bayın variantı da işlənməkdədir. Qədim lüğətlərdə bayın "al qırmızı gül növü" kimi izah edilir. Tədqiqatçıların əksəriyyəti bu fikirdədir ki, bayan komponentli toponimlər qaraqalpaq, uyğur və qırğız xalqlarının tərkibindəki bayan adlanan türk qəbiləsinin adı ilə bağlıdır. Monqolustanda Bayan-Tümen, Bayan-Uleqey, Bayan-Xara, Bayan-Xonqor, Cənubi Azərbaycanda Bayan, Bayandaş, Buryat toponimiyasında Bayanqol və s. coğrafi adlar qeydə alınmışdır. == Tarixi == XIX əsrdə Bayan kəndi dəmir məmulatının güclü istehsal mərkəzləri sırasında yer alırdı.
Bayan (Oğuz)
Bayan — Azərbaycan Respublikasının Oğuz rayonunda Bayan kənd inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Oğuz rayonunun Bayan kəndi Oğuz şəhər inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Bayan kənd inzibati ərazi vahidi yaradılmışdır. == Toponimikası == Bayan kəndinin adı 24 Oğuz qəbiləsindən biri olan bayandurların adı ilə bağlıdır. "Bay"ın "dövlətli, zəngin, varlı", "böyük, ali" mənaları da (Azərbaycan dilinin izahlı lüğəti) ilkin mənadan törəmişdir. "Bayan" sözündəki "an" cəmlik bildirir. 1917-ci ildə Boyan variantında qeydə alınmışdır. Toponimiyada bu söz çox vaxt türk dillərindəki bayan (qadın, xanım; varlı, dövlətli, zəngin) sözü ilə açıqlanılır. Lakin nəzərə almaq lazımdır ki, qədim abidələrin dilində baya (müasir Azərbaycan dilində "bayaq") sözü də işlənmişdir ki, bu da əvvəlki, keçmiş, yaxın keçmiş" mənasını ifadə etmişdir. Bundan başqa, həmin sözün bayın variantı da işlənməkdədir. Qədim lüğətlərdə bayın "al qırmızı gül növü" kimi izah edilir.
Bayan (Portuqaliya)
Bayan (port. Baião) — Portuqaliyada şəhər tipli qəsəbə, Portu dairəsində eyni adlı munisipalitetin mərkəzi. Keçmiş inzibati bölgüyə əsasən Doru-Litopal əyalətinin tərkibinə daxil idi. Bayan qəsəbəsi Şimal regionuna daxil olan Tameqa iqtisadi-statistik subregionun tərkibinə daxildir. Əhalisinin sayı 2,8 min məfərdir (2006). Sahəsi 175,71 kv.km.-dir. Qəsəbənin himayəçisi Müqəddəs Varfolomey (portuqaliya dilində:São Bartolomeu) hesab olunur. Qəsəbədə Müqəddəs Varfolomey bayramı 24 avqustda keçirilir. == Coğrafi mövqeyi == Bayan qəsəbəsi Portu şəhərindən 49 km şimalda yerləşir. Munisipalitet şimalda Amarante munisipaliteti, şərqdə Pezu-da-Requa, Mezan-Fruy munisipalitetləri, cənubda Rezende, Sinfaynş munisipalitetləri, qərbdə Marku-de-Kanavezeş munisipaliteti ilə əhatə edilmişdir.
Bayan (dəqiqləşdirmə)
ToponimlərBayan (Daşkəsən) — Azərbaycanın Daşkəsən rayonunda kənd. Bayan (Oğuz) — Azərbaycanın Oğuz rayonunda kənd.
Bayan bələdiyyəsi
Bayan bələdiyyəsi (Daşkəsən) — Daşkəsən rayonunda bələdiyyə. Bayan bələdiyyəsi (Oğuz) — Oğuz rayonunda bələdiyyə.
Bayan kilsəsi
Bayan kilsəsi - Daşkəsən rayonunun Bayan kəndində Çiçərvəng məbədinin yanında yerləşir. Daşkəsən şəhərindən təxminən 20 kilometr aralıdadır. Məbədə gedən yolun 1,5 km qeyri-qənaətbəxşdir və məbədin harada yerləşməsi haqqında heç bir müvafiq göstərişli nişanlar yoxdur. Digər məbədlər kimi bu məbədin üzərində yerləşən alban xaç daşı və başqa dini əşyalar ermənilər tərəfindən oğurlanaraq aparılmışdır.
Bayan monastırı
Bayan monastırı — Daşkəsən rayonunun Bayan kəndində yerləşən qədim alban monastırı. == Tarixi == Bayan monastırının IV-V əsrlərdə tikildiyi güman edilir. Məbəd hazırda qəza vəziyyətindədir və uçmaq təhlükəsi ilə üz-üzədir. Ərazi baxımından rayonda olan digər monastırlardan böyüklüyü ilə seçilən tikilinin əsas binasından başqa həyətdə çoxlu sayda otaqlar, sədd divarları, təsərrüfat damları və çay daşlarından tikilmiş xeyli sayda quyular var. Mərkəzdə böyük bir meydan yerləşir. Bu isə vaxtilə burada dini ayinlərin keçirildiyini deməyə əsas verir. Monastırın özü ağ və qırmızı rəngli qaya daşlarından inşa olunub. Sütunların inşasında istifadə olunan daşların üzərinə döyülən xaç işarələri bu günədək qalmaqdadır. Daşların üzərində alban əlifbası ilə yazılmış kiçik kitabələr də var. Məbədin inşası zamanı səs akustikasını yaratmaq üçün divarlarına içi boş küplər yerləşdirilib.
Bayan məbədi
Bayan monastırı — Daşkəsən rayonunun Bayan kəndində yerləşən qədim alban monastırı. == Tarixi == Bayan monastırının IV-V əsrlərdə tikildiyi güman edilir. Məbəd hazırda qəza vəziyyətindədir və uçmaq təhlükəsi ilə üz-üzədir. Ərazi baxımından rayonda olan digər monastırlardan böyüklüyü ilə seçilən tikilinin əsas binasından başqa həyətdə çoxlu sayda otaqlar, sədd divarları, təsərrüfat damları və çay daşlarından tikilmiş xeyli sayda quyular var. Mərkəzdə böyük bir meydan yerləşir. Bu isə vaxtilə burada dini ayinlərin keçirildiyini deməyə əsas verir. Monastırın özü ağ və qırmızı rəngli qaya daşlarından inşa olunub. Sütunların inşasında istifadə olunan daşların üzərinə döyülən xaç işarələri bu günədək qalmaqdadır. Daşların üzərində alban əlifbası ilə yazılmış kiçik kitabələr də var. Məbədin inşası zamanı səs akustikasını yaratmaq üçün divarlarına içi boş küplər yerləşdirilib.
Bayan qəbirləri
Bayan qəbirləri — Azərbaycan Respublikası Daşkəsən rayonunun Bayan kəndi yaxınlığında e.ə. I minilliyin əvvəllərinə aid qəbirlər. == Xüsusiyyətləri == Qəbirstanlıq yaşayış məntəqəsinin yuxarı hissəsindəki təpəlik üzərində salınmışdır. 1901-ci ildə aparılan arxeoloji qazıntılar zamanı E.A.Resler ərazidə 32 daş qutu qəbir aşkar etmişdir.Bu məzarlıqdakı iri sənduqə tipli qəbirlər, sal sinə daşları üzərində oyulmuş zəngin nəbati naxışlar, müxtəlif işarələr və xaç şəkilləri qəbirlərin İslamdan əvvəlki dövrə aid olduğunu göstərir. Qəbirlərdə ölülər əsasən böyrü üstə bükülü, yaxud oturdulmuş vəziyyətdə dəfn edilmiş, iki qəbirdə isə yandırılmışdı. Kişi və qadın qəbirləri avadanlığına görə fərqlənir. Həndəsi naxışlar və heyvan rəsmləri ilə bəzədilmiş cilalı qara gil qablar, tunc xəncərlər, bıçaqlar, bizlər, iynələr, kəmərlər, bilərziklər, sırğalar, muncuqlar və s. (yalnız bir qəbirdən dəmir bıçaq) tapılmışdır. Bayan qəbirləri Xocalı-Gədəbəy mədəniyyətinin səciyyəvi abidəsidir.
Bayan xaqan
Bayan Xaqan — avar hökmdarı (568–601) Bayan Xaqan 565-ci ildə slavyan tayfalarını ağır məğlubiyyətə uğradaraq Mərkəzi Karpatı ələ keçirmiş, Bizansı xərac vermək məçburiyyətində qoymuşdu. Lanqobardlarla ittifaq bağlayaraq hepidləri özünə tabe etmişdi. O. 568-ci ildə lanqobardların Cənubi İtaliyaya köçməsindən sonra indiki Macarıstan ərazisini tamamilə hakimiyyəti altına almışdı. Daha sonra qərbdə Frank kralı Ziqberti məğlubiyyətə uğratmış, cənubda isə Bizansın Singidunum və Sirmium kimi strateji əhəmiyyətli sərhəd qalalarını tutmuşdu (582). Bayan xaqanın hakimiyyəti dövründə xaqanlığın sərhədlərini Don çayından Qalliyaya, şimali slavyanların torpaqlarından İtaliyaya qədər genişləndirmişdi. == İstinadlar == == Mənbə == Azərbaycan Milli Ensiklopediyası, III cild. Bakı,2011, səh. 302.
Dayan (Xudafərin)
Dayan (fars. دايان‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 46 nəfər yaşayır (10 ailə).
Dayan Kiton
Dayan Kiton (ing. Diane Keaton; həqiqi adı — Dayan Holl, ing. Diane Hall; 5 yanvar 1946-cı ildə, ABŞ-də Los-Ancelesdə anadan olmuşdur, — ABŞ aktrisası, kinorejissoru və prodüsseri. Dayan Kiton Oskar kino mükafatını, "Qaydalı və qaydasız mükafat" filmindəki roluna görə "Qızıl qlobus" mükafatını, "Enni Holl" filmindəki ən yaxşı qadın roluna görə "BAFTA" mükafatını almışdır. ABŞ hüdudlarından kənarda Frensis Ford Koppalanın "Xaç atası" (1972, 1974 və 1990) film trilogiyasında və Allen Vudinin filmlərindəki rollarına görə tanınmışdır. Dayan Kitonun iştirakı ilə çəkilən filmlər 2,7 milyard dollardan çox gəlir qazandırmışdır.. == Tərcümeyi-halı == Dalan Kiton aktrisalıq fəaliyyəti üçün anası Dominis Dunnenin qızlıq soyadını götürmüşdür.. 1969-cu ildə o, "Saçlar" musiqisi ilə ilk dəfə səhnəyə çıxmışdır. Elə həmin dövrlərdə onun Allen Vudi ilə uzun müddət davam edən əməkdaşlığı başlamışdır, bu əməkdaşlığın ən pik nöqtəsini "Enni Holl" komediyasındakı baş rola görə aldığı Oskar mükafatı oldu. Dayan Kitonun Allen Vudi ilə münasibətləri çəkiliş meydançasından kənarda da inkişaf etsə də, onlar ayrıldılar və Dayan Kiton Uorren Bitti ilə yaxınlaşdı.