Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Haynan
Haynan (çin. 海南; dənizin cənubu) — Çinin cənubunda yerləşən Cənubi Çin dənizində yerləşən ada. Adada eyni adlı vilayət yerləşir. Adanın və vilayətin mərkəzi Hanoy şəhəridir. Son iyirmi il ərzində adı əlayət şəhərindən 1,5 milyon əhalisi olan meqapolisə çevrilmişdir. Digər iri şəhərləri isə Sanya, Dunfan, Dançjoy və Syonhay şəhərləridir. Vilayətin əhalisi 8 671 518 nəfər təşkil edir. 2010-cu il məlumatına görə vilayət əhali sayı baxımından Çinin 29 əyalətidir. == Coğrafiyası == Tropik ada olaraq Çinin cənubunda yerləşir. Havay adaları ilə eyni enlikdə yerləşir.
Haynanan quşüzümü
Solanum procumbens (lat. Solanum procumbens) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin quşüzümü cinsinə aid bitki növü.
Kamandan oxatma
Kamandan oxatma — kamandan oxatma idman növü Dünya Oxatma Federasiyası (ing. World Archery Federation) tərəfindən tənzimlənir. Kamandan oxatma Beynəlxalq Olimpiya Komitəsinin (BOK-un) orqanıdır. == Həmçinin bax == FITA — Beynəlxalq Oxatma Federasiyası (fr.
Havadan yanğınsöndürmə
Havadan yanğınsöndürmə meşə yanğınları ilə mübarizə üçün təyyarələrin istifadəsidir. Meşə yanğınlarını söndürmək üçün təyyarə və vertolyot kimi aviavasitələrdən yanğınsöndürmə vasitələri atılır. Yanğınla mübarizədə istifadə olunan kimyəvi maddələrə su, köpüklər və gel kimi su artırıcıları və Phos-Chek kimi xüsusi hazırlanmış yanğın inhibitorları (yanğın qabaqlayıcı) daxildir.
Eduard Ayanyan
Eduard Melikoviç Ayanyan (erm. Էդուարդ Մելիքի Այանյան; rus. Эдуа́рд Ме́ликович Аяня́н; 25 mart 1919, Çaykənd, Gəncə quberniyası – 26 fevral 1994, Moskva) — SSRİ hərbçisi, Sovet İttifaqı Qəhrəmanı, fizika-riyaziyyat elmləri namizədi. == Həyatı == Eduard Melikoviç Ayanyan 24 mart 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyəti ərazisində, indiki Göygöl rayonunun Çaykənd kəndində anadan olmuşdur. Erməni əsillidir. 1941-ci ildən Sovet Ordusunda xidmət etməyə başlamışdır. İkinci Dünya müharibəsində əvvəlcə zenit artilleriyası vzvoduna, sorra isə batareyasına komandirlik etmişdir. Baş leytenant Ayanyan Stalinqrad, Kursk, Xarkov, Kiyev və Budapeşt uğrunda döyüşlərində iştirak etmişdir. 1943-cü ildən Sovet İttifaqı Kommunist Partiyası üzvüdür. 1953-cü ildən SSRİ Elmlər Akademiyası Mexanika Problemləri İnstitutunda elmi işçi olmuşdur.
Handan Sultan
Xəndan Sultan (1565, Osmanlı imperiyası – 9 noyabr 1605, Konstantinopol) — 13. Osmanlı sultanı III Mehmedin xanımı və I Əhmədin anası, Validə sultan. == Saraya daxil olmağı == Xəndan Sultan , son araşdırılan Balyos Raporları'na görə Boşnak əsilli və Cərrah Mehmed Paşanın cariyələrindən olan bir qız idi. Gözəlliyindən görə o dövrdə Manisa bayraq bəyi olan III Mehmedə hədiyyə edilmiştir. Yəni qısaca Xəndan Sultan 1583-cü ilin ikinci yarısında hareme girmişdir. Harama addım atmasından sonra Səfiyyə Sultanın ilk gəlini Halime Sultanın anlaşılmazlıqları nəticəsində III . Mehmed'e şəxsən Səfiyyə Sultan tərəfindən təqdim edildiyi aydın olur. 1589-cu ilin ətrafında III Mehmedin yoldaşı olduğu düşünülməkdədir. Daha sonra özünə ''gülər'' ya da ''şən'' mənasına gələn ''Xəndan'' adı verilmişdir . Təmiz əxlaqı ilə özünü hər kəsə sevdirən Xəndan Sultan yaşadığı müddət boyunca oğlu Şahzadə Əhmədin tərbiyəsi ilə maraqlandı.
Haynan boğazı
Haynan boğazı və ya Cyoncou boğazı - Leyçjoubandao yarımadasını Haynan adasından ayırır. Boğaz Bakbo körfəzini Cənubi Çin dənizi ilə birləşdirir. Ən dar yerdə eni 18,5 km, uzunluğu 300 km təşkil edir. Dərinliyi 36–108 m arası dəyişir. Boğazın cənubunda Haynan adasında liman şəhəri olan Xaykou yerləşir. 2003-cü ildə boğazda parom xəbərdarlıq yollamışlar. Çin hökuməti tərəfindən materikdən boğazın 6 ilə Haynan adasına tunel çəkilişi planlaşdırılır.
Eduard Ayanyan (hərbçi)
Eduard Melikoviç Ayanyan (erm. Էդուարդ Մելիքի Այանյան; rus. Эдуа́рд Ме́ликович Аяня́н; 25 mart 1919, Çaykənd, Gəncə quberniyası – 26 fevral 1994, Moskva) — SSRİ hərbçisi, Sovet İttifaqı Qəhrəmanı, fizika-riyaziyyat elmləri namizədi. == Həyatı == Eduard Melikoviç Ayanyan 24 mart 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyəti ərazisində, indiki Göygöl rayonunun Çaykənd kəndində anadan olmuşdur. Erməni əsillidir. 1941-ci ildən Sovet Ordusunda xidmət etməyə başlamışdır. İkinci Dünya müharibəsində əvvəlcə zenit artilleriyası vzvoduna, sorra isə batareyasına komandirlik etmişdir. Baş leytenant Ayanyan Stalinqrad, Kursk, Xarkov, Kiyev və Budapeşt uğrunda döyüşlərində iştirak etmişdir. 1943-cü ildən Sovet İttifaqı Kommunist Partiyası üzvüdür. 1953-cü ildən SSRİ Elmlər Akademiyası Mexanika Problemləri İnstitutunda elmi işçi olmuşdur.
Azərbaycan Kamandan Oxatma Federasiyası
Azərbaycan Kamandan Oxatma Federasiyası – 1993-cü ildə Bakıda təsis edilmişdir. Beynəlxalq Kamandan Oxatma Federasiyaları Assosiasiyasının (FİTA) və Avropa Kamandan Oxatma Federasiyaları Assosiasiyasının (FETA) üzvüdür (1993). Azərbaycanda bu idman növü 1969–1970-ci illərdə inkişaf etməyə başlamışdır. "Məhsul", "Spartak", "Lokomotiv" və s. idman cəmiyyətlərində oxatma bölmələri açılmışdır. V. Maksimov, S. Yusifova, S. İsmayılova, N. Hüseynova, O. Saraykina, E. Hacıyev və b. SSRİ kuboku, ümumittifaq və beynəlxalq yarışların qalibi və mükafatçıları olmuşlar. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 2-ci cild: Argentina – Babilik (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi.
Havadan müstəqil hərəkət sistemi
Havadan müstəqil hərəkət sistemi (və ya hava müstəqil itələmə sistemi) (İngilis dilində: Air-independent propulsion və ya qısaca AIP) oksigen kimi yanan qaza ehtiyac duymayacaq formada, xarici yanma mühərriki kimi bir növ mühərrik olan Stirlinq mühərriki ilə sualtı qayıqlar kimi su nəqliyyat vasitələrinin su altında daha uzun müddət saxlanmasını təmin etmək üçün hazırlanmış bir enerji istehsalı sistemidir. Saxlanılan hava qarışığının köməyi ilə daxili yanma mühərrikləri ilə müqayisədə daha uzun müddət və çox qızmadan işləyə bilən bir stirlinq mühərriki, sualtı qayıq hərəkəti və digər sistemlərin işləməsi üçün zəruri olan, avtomobilin batareyaları üçün zəruri olan elektrik axınını güc mənbəyinə hərəkət enerjisi ilə təmin edir.
Haradan başlamalı (Hacı Şahin)
Haradan başlamalı — Hacı Şahinin ilk kitabı. Kitab həyatdan usanmış müasir insana yeni və pozitiv yanaşmalar təqdim edir. Müəllifin fikrincə, nə mənəvi aramlıq axtarışında olan Şərq, nə də maddi rifaha köklənmiş Qərb cəmiyyətlərində insan xoşbəxt deyil. Bəs bu böhrandan necə qurtulmalı? Haradan başlamalı? Kitabda bu suallara cavab axtarılır. "Təhsil Araşdırmalar Mərkəzi"nin dəyərləndirməsinə əsasən, 2020-ci ilin ən yaxşı kitabı seçilib. == Məzmun == Müasir insan, nəzəri müzakirələrdən, diktəedici tonla yazılan və deyilən əxlaqi göstərişlərdən yorulub. Ona, daha praktik, sadə və konkret yol lazımdır. Bu problemi həll etməyi özünə prioritet vəzifə hesab edən Hacı Şahinin qələmə aldığı bu kitabda, usanmış insana, həyatla bağlı yeni və pozitiv yanaşmalar təqdim edir.
İnsan kəlləsi diaqramı (yandan)
İnsanın kəlləsi (lat. cranium) — 23 sümükdən ibarət olan insan başının sümük karkası. Bura həmçinin üç cüt eşitmə sümüklərini də əlavə etmək olar. == Kəllənin əmələgəlmə mərhələləri == Kəllənin əmələgəlməsi iki əmgək və sümük mərhələlərindən keçir. Yeni doğulmuşlarda əmgək mərhələsinin qalıqlarına rast gəlinir. Bundan əlavə kəllə sümükləri qığırdaq mərhələsi də keçmiş olur. == Kəllənin şöbələri == Kəllə iki: üz və beyin şöbələrindən ibarətdir. Çənə sümüyündən başqa demək olar ki, bütün kəllə sümükləri bir biriləri ilə fibroz birləşmələr — tikişlər vasitəsilə birləşmiş olurlar. === Üz şöbəsi === İnsan kəlləsinin üz şöbəsinə bir cüt: əng sümüyü, burun balıqqulağı sümüyü, damaq sümüyü, almacıq sümüyü, burun sümüyü, gözyaşı sümüyü və tək: çənə sümüyü, dilaltı sümüyü, burun arakəsmə sümüyü aiddirlər === Beyin şöbəsi === İnsan kəlləsinin beyin şöbəsinə bir cüt: gicgah sümüyü, təpə sümüyü və tək: ənsə sümüyü, əsas sümük, alın sümüyü, xəlbir sümüyü aiddirlər.
Həyatdan sonrakı həyat (kitab, Reymond Mudi)
"Həyatdan sonra həyat: bədənin ölümü fenomenin tədqiqi" (ing. Life after life: The investigation of a phenomenon — survival of bodily death) — 1975-ci ildə nəşr olunan ölümə yaxın təcrübələr haqqında (ing. Raymond Moody)nin üç kitabından biridir. "Həyatdan sonra həyat" 13 milyondan çox tirajla satıldı, onlarla xarici dilə tərcümə edildi və beynəlxalq bestseller oldu, ölümə yaxın təcrübələr mövzusunu məşhur etdi və bir çox başqa araşdırmalara yol açdı. Kitab, ölümün nə demək olduğuna dair müəllifin ümumi hesabatıdır. == Məzmunu == Mudi ölüm öncəsi təcrübələrin ilk tədqiqatçılarından biri idi. Bu termini ilk o təklif emişdir və klinik ölüm keçirmiş 150 nəfərin sözlərindən ölüm öncəsi təcrübələri təsvir etmişdi. Klinik ölüm keçirmiş 150 xəstənin hekayələrinin təhlilindən Mudi hesabatlarda müntəzəm olaraq ortaya çıxan, daha çox xatırlanan hadisələrdən doqquzunu müəyyən etmişdi. Müayinə olunanların heç biri 9 hissin hamısını yaşamayıb. Bəziləri yalnız 2 və ya 3 duyğu yaşamış və təsvir etmiş, digərləri isə 5 və ya 6 duyğunun təsvirini vermişlər.
Biz haradan gəlmişik? Biz kimik? Biz hara gedirik?
“Biz haradan gəlmişik? Biz kimik? Biz hara gedirik?" (fr. D’où venons nous? Que sommes nous? Où allons nous?) — Pol Qogenin ən məşhur rəsmlərindən biri. 1897-1898-ci illərdə Taitidə yaradılmış bu əsər hal-hazırda ABŞ-ın Massaçusets ştatının Boston şəhərindəki Təsviri sənət muzeyindədir . == Tarixi == Pol Qogen 1891-ci ildə Taitiyə doğma Fransadan daha təbii və sadə bir cəmiyyət axtarmaq üçün gəlmişdi. Fərdi mifologiyasını ifadə edən bir neçə başqa rəsm əsəri ilə yanaşı, o, bu rəsmə 1897-ci ildə başlamış və 1898-ci ildə tamamlamışdır. Rəssamın özü bu əsərini fikirlərinin ülvi zirvəsi hesab edirdi.