ho-ho 2021
hodaq
OBASTAN VİKİ
Hobbi
Hobbi — insanın könüllü surətdə, məcbur edilmədən məşğul olduğu və böyük zövq aldığı fəaliyyəti. Hobbi insanın çox vaxt özünü tanımasına köməkçi olur. Aparılan bir çox araşdırmalar bədbəxt insanların 38%-nin heç bir hobbisinin olmadığını üzə çıxarmışdır. Hər hansı bir əşya — məsələn, marka, müasir dünya ölkələrinin və ya dövriyyədən çıxmış pul əskinasları, rəsm əsərləri və s. — yığmaq (kolleksiyaçılıq) da hobbidir. Hörgü, naxış, taxta oyma kimi əl bacarığı tələb edən işlər də hobbi ola bilər İdmanla məşğul olmaq, səyahətə çıxmaq, bağ-bağçaya qulluq etmək, heyvan bəsləmək də hobbi sayılır. Eyni hobbisi olanlar bəzən müəyyən dərnək və ya klublarda bir araya gəlirlər. Hobbi sayəsində maddi gəlir əldə etmək də mümkündür. Kolleksiyaçılar öz kolleksiyalarındakı bəzi nümunələri dəyişməklə və ya satmaqla gəlir əldə edə bilərlər == Etimologiya == 16-cı əsrdə "hobbi" termini "kiçik at və pony" mənasını daşıyırdı. "Hobbi atı" termini 1557-ci ildə İngiltərənin Redinq şəhərindən olan "Hobbi atı" üçün ödənişin təsdiqi zamanı sənədləşdirilmişdir.
Hobbit
Hobbit və ya Oraya və Geriyə (ing. The Hobbit, or There and Back Again) - ingilis yazıçısı Con Tolkin tərəfindən fentezi janrında yazılmış povestdir və 1937-ci ildə nəşr olunmuşdur. Faktiki olaraq, “Üzüklərin hökmdarı” romanı bu kitabın ardıdır. == Yaranma tarixi == Bir çox digər məşhur nağıl əsərləri kimi, "Hobbiti" də Con Tolkin uşaqları kiçik olanda onlar üçün qoşurdu. Yeni nağılı onların o qədər xoşuna gəlmişdi ki, o hətta öz uşaqları ilə bir yerdə öz uydurduqları dünyanın şəkillərini, xəritəsini də çəkirdi. Lakin, hekayə yarımçıq qaldı və Tolkin sadəcə əlyazmasının bir nüsxəsini çap etmişdi. Həmin nüsxəni o, hərdən dostlarına oxuması üçün verirdi. Tolkinin tələbələrindən biri bir gün "Allen & Unwin" nəşriyyat evinin redaktoru Süzanna Daqnellə söhbət edərkən, kitabın möhtəşəmliyindən ona danışır. Süzen öz növbəsində kitabı oxuyur və müəllifə məktubla müraciət edir ki, o, əsərin süjetini yekunlaşdırsın. Lakin, nəşriyyat evinin direktoru Stenli Anuin kitabın uğur qazanacağına o qədər də əmin deyildi.
Hobbit: Beş ordunun döyüşü (film, 2014)
Hobbit: Beş ordunun döyüşü (film, 2014) — Piter Ceksonun filmi.
Hobbit: Gözlənilməz səyahət (film, 2012)
Hobbit: Gözlənilməz səyahət — 2012-ci ildə rejissor Piter Cekronun çəkdiyi fantakstik janrda film. Film Hobbit film seriyasının ilk filmidir. Üzüklərin Hökmüdarı film seriyasının ilk filmi hesab olunur. Film 1937-ci ildə Con Tolkinin qələmə aldığı "Hobbit" əsəri əsasında çəkilmişdir. == Filmin mövzusu == 111-ci doğum gününü qeyd etməyə hazırlaşan Bilbo Beqqins, 60 il öncəki hadisələri kitab halında qardaşı oğlu Frodo Beqqins üçün yazmağa başlayır. Uzun illər öncə, Dağ altı və Cırtdanlar kralı Kral Tror, Əjdaha Smauqun dağ altına hücum etdiyi zamana qədər xalqına və qohumlarına rifah dolu dövr yaşadır. Əjdaha Smauq əvvəlcə yaxınlıqda yerləşən Deyl şəhərini məhv edir. Daha sonra isə Tək Dağa, hücum edərək, cırtdan krallığını məhv edir. Cırtdanları öz yurdlarından qovur və onların sərvətinə hakim olur. Cırtdanlar qaçarkən Kral Trorun nəvəsi Torin, dağın təpəsində Elf Kralı Tranduili elf ordusu ilə birgə görür və onlardan kömək istəyir.
Hobbit: Smauqun xarabalığı (film, 2013)
Hobbit: Smauqun xarabalığı (ing. The Hobbit: The Desolation of Smaug) — rejissor Piter Ceksonun çəkdiyi "Hobbit" kinotrilogiyasının ikinci hissəsi, yazıçı Con Tolkinin "Hobbit, və ya oraya və geriyə" nağıl hekayəsinin ekranlaşdırılmasıdır. Bu film, Gözlənilməz səyahət kimi saniyədə 48 kadr sürətlə RED Epic yüksək dəqiqlikli kameralarla çəkilib. == Məzmun == Film cadugər Qandalf və Torin Palıd-sipər arasında Bri kəndindəki "Çapan Poni" mehmanxanasında görüşü ilə başlayır. Torin və onun dəstəsi əvvəlki filmdə baş verən hadisələrdən sonra Murdarlayan Azoq və onun orkları tərəfindən təqib edilir. Qandalf onları yaxınlıqdakı qulyabanı Beornun evinə aparır. Eyni zamanda, qnomlar, hobbit və cadugər ayı cismində Beornun özündən möcüzəvi şəkildə canlarını qurtarır. Gecə Nekromant Azoqu Dol Quldura çağırır və ona müharibə üçün qoşun toplamaq əmri verir. Buna görədə Azoq Torinin ovunu oğlu Bolqa tapşırır. Ertəsi gün Beornla Qandalf Bilbo və qnomlar tanış olurlar və səhər yeməyi zamanı Beorn onlara Moria orkları ilə Dol Quldurun qaranlıq qüvvələri arasında bağlanmış birlikdən danışır.
Hobbit: Beş ordunun döyüşü
Hobbit: Beş ordunun döyüşü (film, 2014) — Piter Ceksonun filmi.
бенефициа́нтка денатури́рованный лжесвиде́тель печни́к приде́рживаться расхвата́ть расчехля́ть щеголёк мо́дно пла́вательный прокола́чивать стяну́ться утыка́ться щёточка чирикать bedegar bi- decommission dermal ectogenesis fluorography jovialize old-fogey peerdom кофейня