Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Monoloq
Monoloq (yun. μόνος — bir və λόγος — nitq) tək bir personaj tərəfindən təqdim olunan əksər hallarda birbaşa, bəzən də fikirlərini səslə ifadə etmək üçün təqdim olunan nitq. Başqa bir xarakterə və ya auditoriyaya müraciət edilir. Monoloqlar dramatik mediada (pyeslər, filmlər və s.), eləcə də poeziya kimi dramatik olmayan mediada geniş yayılıb. Monoloqlar soliloqlar (özünə ünvanlanmış nitq), apostroflar (nidalı ritorik nitq fiquru) və apartda (ictimaiyyətə yönəlmiş monoloqlar və ya iradlar mənasını verən teatr termini) daxil olmaqla bir sıra digər ədəbi formalarla çox oxşardır. Bununla belə, bu formaların hər biri arasında fərqlər var. Monoloqlar şeirlərə, epifaniyalara və digərlərinə bənzəyir, ona görə ki, bir "səs" nitqini əhatə edir, lakin aralarında fərqlər var. Məsələn, soliloloq bir personajın öz düşüncələrini və hisslərini başqa personajlara müraciət etmədən özü və tamaşaçı ilə əlaqələndirməsini əhatə edir. Monoloq — insanın ucadan söylənilən fikirləridir. Monoloqlar natiqin və ya yazıçının xəyali şəxsə, cansız obyektə və ya ideyaya istinad etdiyi apostroflardan da fərqlənir.
Homofob
Homofobiya ( q.yun. ὁμός "oxşar, eyni" φόβος "qorxu") - homoseksuallıq və ya LGBTQ+ ( lezbiyan, gey, biseksual və transgenderlər ) kimi tanınan və qəbul edilən insanlara qarşı mənfi münasibət və hisslər. "Homofobiya" termini Avropa rəsmi sənədlərində istifadə olunur, burada bəzi hallarda bu termin irqçilik, ksenofobiya, antisemitizm və seksizmlə bərabər qoyulur. "Homofobiya" termini tez-tez tənqid olunur, belə ki, homofobiya klinik mənada bir fobiya deyil. == Terminologiya və əlaqəli anlayışlar == === Terminin tarixi === "Homofobiya" termini ilk dəfə 1960-cı illərin sonlarında Amerikalı klinik psixoloq Corc Veynberq tərəfindən istifadə edilmişdir. Bir ay sonra “Time” jurnalının üz qabığına həsr olunmuş “Amerikada homoseksual” məqaləsində “homofobiya” sözü işlədildi. İlk dəfə elmi nəşrdə "homofobiya" termini 1971-ci ildə "Homofobiya: Təxmini Şəxsiyyət Profili" adlı məqalədə Kennet Smit tərəfindən istifadə edilmişdir.(ing. Kenneth Smith) 2012-ci ildə Veynberq The Huffington Post - dakı bloqunda homofobiyanın rəsmi psixi pozğunluqlar siyahısına daxil edilməsini təklif etdi. === Ensiklopedik təriflər === Homoseksuallıq Ensiklopediyası (1990) "homofobiya" termininin müxtəlif təriflərinə işarə edərək, onların ümumi xüsusiyyətini - homoseksual insanlara və homoseksuallığa mənfi münasibəti qeyd edir. Həmçinin qeyd edilir ki, cinsi qərəzin fobiya kimi səciyyələndirilməsi bir çox səbəblərdən, o cümlədən cinsi qərəzin mədəni normaların təzahürü deyil, irrasional qorxu və fərdi patologiyanın təzahürü olduğunu ifadə etmək kimi tənqid olunur.
Zooloq
Zoologiya — Heyvanlar aləmindən bəhs edən elmdir. Zoologiya heyvanlar aləminin müxtəlifliyini, onların bədən quruluşunu, həyat fəaliyyətini, yaşadığı mühitlə əlaqəsini, fərdi və tarixi inkişaf qanunauyğunluqlarını öyrənir. Heyvanlar aləmində ən ali sistematik vahid tip adlanır. Hazırda heyvanlar 23 tipə ayrılır. Ən böyük məməli heyvan göy balinadır. Onun kütləsi 150 tona çatır. Ən kiçik məməli heyvan isə kiçik ağdişdir. Onun kütləsi isə cəmi 3 qramdır. Ağamalıyev F. Onurğasızlar zoologiyası ali məktəblər üçün dərslik. Bakı, 2012.
Monoloq (1987)
Film-portret Azərbaycanın xalq şairi, Sosialist Əməyi Qəhrəmanı, respublika Ali Sovetinin sədri Süleyman Rüstəmin yaradıcılıq yolundan danışır. Film bir çox tarixi hadisənin şahidi olmuş şairin monoloqundan ibarətdir. Rejissor: Tofiq Mütəllimov Ssenari müəllifi: Əhmədağa Muğanlı Operator: Rafiq Əliyev Bəstəkar: Ramiz Mirişli Səs operatoru: Kamal Seyidov Redaktor: Nüsrət Kəsəmənli Direktor: N.Səfərov Süleyman Rüstəm Maksim Qorki (titrlərdə yoxdur) Süleyman Rüstəm (titrlərdə yoxdur) Səməd Vurğun (şəkil) (titrlərdə yoxdur) Süleyman Rüstəm: Neçə dəfə olub məsələn, məqalələr yazılıb yuxarıda, çağırıblar ki, bura qol çək. Biri elə lap Səməd Vurğunun əleyhinə bir məqalə yazmışdı, orada üç yoldaşın məqalənin altında adı olmalıydı. Biri mən, biri Rəsul Rza, biri də Məmməd Rahim. Dedilər Bağırov deyir ki, üçü də qol çəksin. Nə qədər çalışdıq ki, qol çəkməyək, nəhayət məcbur elədi qol çəkməyə.
Omolon çayı
Omolon çayı (saxa Омолоон) — Rusiyanın Uzaq Şərq regionunun şimalından axan çay. Kolıma çayının sağ və ən iri qoludur. Saxa, Çukotka muxtar dairəsi və Maqadan vilayəti (Rusiya) ərazisindən axan çay. Çayın uzunluğu 1114 km təşkil edir. Çay hövzəsinin ümumi sahəsi 113 000 km²-dir. Çayın adı Yukagirlərin Omol ("yaxşı") qəbiləsinin adı və on ("çay") sözlərinin birləşməsindən əmələ gəlmişdir. Yəni "Omol qəbiləsinin çayı" mənasını verir. Başlanğıcını Otaykaçan silsiləsinin yamaclarından götürür və Kolyma silsiləsi arasındakı vadidə axır. Çay qar və yağış ilə qidalanır. Orta su axını təxminən 680 m³/s.
Monoloq (film, 1987)
Film-portret Azərbaycanın xalq şairi, Sosialist Əməyi Qəhrəmanı, respublika Ali Sovetinin sədri Süleyman Rüstəmin yaradıcılıq yolundan danışır. Film bir çox tarixi hadisənin şahidi olmuş şairin monoloqundan ibarətdir. Rejissor: Tofiq Mütəllimov Ssenari müəllifi: Əhmədağa Muğanlı Operator: Rafiq Əliyev Bəstəkar: Ramiz Mirişli Səs operatoru: Kamal Seyidov Redaktor: Nüsrət Kəsəmənli Direktor: N.Səfərov Süleyman Rüstəm Maksim Qorki (titrlərdə yoxdur) Süleyman Rüstəm (titrlərdə yoxdur) Səməd Vurğun (şəkil) (titrlərdə yoxdur) Süleyman Rüstəm: Neçə dəfə olub məsələn, məqalələr yazılıb yuxarıda, çağırıblar ki, bura qol çək. Biri elə lap Səməd Vurğunun əleyhinə bir məqalə yazmışdı, orada üç yoldaşın məqalənin altında adı olmalıydı. Biri mən, biri Rəsul Rza, biri də Məmməd Rahim. Dedilər Bağırov deyir ki, üçü də qol çəksin. Nə qədər çalışdıq ki, qol çəkməyək, nəhayət məcbur elədi qol çəkməyə.
Adil Əliyev (zooloq)
Adil Rüstəm oğlu Əliyev — AMEA Zoologiya İnstitutu, Hidrobiologiya laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru. == Həyatı == Adil Rüstəm oğlu Əliyev 1939-cu ildə Şərur rayonunun Sədərək kəndində anadan olmuşdur. Atası, Hətəmov Rüstəm Əli oğlu kolxozçu olmuş, Böyük Vətən müharibəsi illərində arxa cəbhədə çalışmış və 1944-cü ildə vəfat etmişdir. Anası, Hətəmova Balaqız K. Məmməd qızı evdar qadın olub. Adil Əliyev 1957-ci ildə Sədərək orta məktəbini bitirmişdir. 1959–1961-ci illərdə Sovet Ordusunda xidmət etmişdir. 1967-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Biologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1967–1968-ci illərdə Bakı Dövlət Universitetində çalışmışdır. 1968–1971-ci illərdə AMEA Zoologiya İnstitutunun Hidrobiologiya laboratoriyasının aspirantı olmuş və 1971-ci ildə "Ceyranbatan su anbarının bentik faunası" mövzusunda, Bakı şəhərində namizədlik dissertasiyasını müdafiə etmişdir. 1971-ci ildə hidrobiologiya laboratoriyasında baş laborant, 1972–1974-cü illərdə kiçik elmi işçi, 1974–1995-ci illərdə baş elmi işçi, 1995–2005-ci illərdə aparıcı elmi işçivəzifəsində çalışmışdır.
Emiliya Abbasova (zooloq)
Emiliya Cəlil qızı Abbasova — Azərbaycan zooloqu. Biologiya elmləri namizədi (1972). == Elmi fəaliyyəti == E.C.Abbasova 1965-1991-ci illər ərzində Azərbaycanın fitoseiid gənələrini öyrənib. O, bu gənələrin 70-ə yaxın növünü aşkar edib və onlardan 9 növü elm üçün yeni kimi təsvir edib. == Təsnif etdiyi taksonlar == Amblyseius begljarovi Abbasova, 1970 Euseius apsheronica Abbasova & Mekhtieva, 1991 Neoseiulus muganicus (Abbasova, 1970) Neoseiulus sugonjaevi (Wainstein & Abbasova, 1974) Proprioseiopsis bregetovae (Abbasova, 1970) Typhlodromus caucasicus (Abbasova, 1970) Typhlodromus hadzhievi (Abbasova, 1970) Typhlodromus wainsteini (Abbasova, 1970) == Şərəfinə adlandırılmış taksonlar == Amblyseius abbasovae Wainstein & Beglyarov, 1971 == Elmi işləri == Аббасова Э.Д. Фитосейидные клещи (Parasitiformes, phytoseiidae) Азербайджана : диссертация ... кандидата биологических наук : 03.00.00. - Баку, 1971. - 337 с. : ил. Аббасова Э.Д., 1970 а.
Mahir Hüseynov (zooloq)
Rauf Hacıyev (zooloq)
Rauf Hacıyev (tam adı: Rauf Vahid oğlu Hacıyev; 21 avqust 1958) — Azərbaycan zooloq alimi, ixtioloq, Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin "Onurğalılar zoologiyası kafedrası"nın professoru, biologiya elmləri doktoru. 21.08.1958-ci ildə anadan olmuşdur. 1965-1975 - Bakı şəhər 175 saylı orta məktəbdə təhsil almışdır. 1975-1980 – Azərbaycan Dövlət Universiteti Biologiya fakültəsi (ali təhsil) 1999-2003 – Bakı Dövlət Universiteti Hüquqşünaslıq fakültəsi (II ali təhsil) 1989- «Эколого-физиологические особенности развития лосося в раннем онтогенезе» (Erkən ontogenezdə Kür qızılbalığının inkişafının ekoloji-fizioloji xüsusiyyətləri) mövzusunda namizədlik dissertasiyasının müdafiəsi 2005- «Осетровые и лососевые Куринско-Каспийского региона, их биологические группы и эколого-физиологические особенности» (Kür-Xəzər regionu qızılbalığının və nərəkimilərin müxtəlif bioloji qruplarının ekoloji-fizioloji xüsusiyyətlərinin tədqiqi ) mövzusunda doktorluq dissertasiyasının müdafiəsi. 1989 – Biologiya elmləri namizədi, 1993 – Dosent, 2005 – Biologiya üzrə elmlər doktoru, 2008 – Professor. Su bioresurslarının mühafizəsi və idarə edilməsinin dövlət sistemi; Balıq populyasiyalarının dinamik nəzəriyyəsi; Balıqların davranışı və miqrasiyası; Balıqların akvakulturası; Su bioresurslarının idarə olunmasının əsasları. Zoologiya, İxtiologiya, balıqçılıq təsərrüfatı və akvakultura, balıqların və digər su bioresurslarının ekologiyası və mühafizəsi, Xəzər dənizinin ekologiyası. 2009 – Azərbaycan Respublikası Prezidentinin sərəncamı əsasında «"Tərəqqi" medalı» ilə təltif edilib. 2012 – Fransa Respublikası Hökümətinin kənd təsərrüfatı və balıqçılıq sahəsində Zabit dərəcəsində "Şöhrət" ordeni ilə təltif edilib. 2013 – BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) nəzdində “Mərkəzi Asiya və Qafqazda balıqçılıq təsərrüfatı və akvakultura sahəsində regional Komissiya”nın Azərbaycan üzrə milli əlaqələndiricisi təyin edilib.
Sahib Əhmədov (zooloq)
Əhmədov Sahib Bəylər oğlu (1 iyul 1949, Xələfli, Cəbrayıl rayonu – 2019, Bakı) — AMEA Zoologiya İnstitutu Herpetologiya laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru, publisist. Əhmədov Sahib Bəylər oğlu 1 iyul 1949-cu ildə Azərbaycan SSR Cəbrayıl rayonunun Xələfli kəndində ziyalı ailəsində anadan olmuşdur. 1956-cı ildə Xələfli kənd səkkizillik məktəbbin birinci sinfinə daxil olmuş, 1964-cü ildə həmin məktəbi müvəffəqiyyətlə bitirmişdir. 1964-cü ildə Cəbrayıl şəhərindəki M. Qorki adına orta məktəbin 9-cu sinfinə daxil olmuş və 1966-cı ildə həmin məktəbi bitirmişdir. 1967-ci ildə Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsinin əyani şöbəsinə daxil olmuşdur. 1971-ci ildə Azərbaycan Dövlət Universitetində keçirilən Ümumittifaq tələbə elmi məruzəsinə görə I dərəcəli diplom almışdır. O 1972-ci ildə "Azərbaycanda çöl turağaylarının ekologiyasına dair" mövzusunda yazmış olduğu diplom işində Azərbaycanda ilk dəfə ikixallı turağayın yayıldığını faktik materiallarla təsdiq edir və onun ekologiyasını dərindən tədqiq edir. 1972–1973-cü tədris ilində İmişli rayonunun Ağaməmmədli kənd orta məktəbində, 1973–1974-cü tədris ilində həmin rayonun Murquzallı kənd səkkizillik məktəbində kimya-biologiya müəllimi işləmişdir. 1974–1978-ci illərdə Cəbrayıl rayon Xələfli stansiyasındakı 8 illik məktəbində kimya-biologiya müəllimi işləmışdır. 1978-ci ildə Azərbaycan Respublikası Elmlər Akademiyası Zoologiya İnstitutunun aspiranturasına qəbul olunmuşdur.
Saleh Əliyev (zooloq)
Saleh Əliyev (bioloq)
Ənvər Rüstəmov (zooloq)
Ənvər Göyüş oğlu Rüstəmov d. 17 dekabr, 1917, Aşqabad, Türkmənistan — 18 yanvar, 2005, Aşqabad) — Akademik, zooloq, Stalin mükafatı laureatı. Ənvər Göyüş oğlu 17 dekabr 1917-ci ildə Aşqabad şəhərində anadan olmuşdu. 1934–1938-ci illərdə pedaqoji institutda oxumuşdu. M. K. Laptevin başçılığı altında ekpedisiyalarda iştirak etmişdi. 30 ildən artıq İ. M. Kalinin adına Türkmənistan Kənd Təsərrüfatı institutunun rektoru olmuşdur (1960-cı ildən). Tədqiqatı, əsasən, səhra landşaftının qorunması və səmərəli istifadəsinə həsr edilmişdir. Səhra şəraitində müxtəlif heyvanlarda aşkar edilmiş eyni uyğunlaşmaların, əsasən, "səhra yaşayışı formalı" olduğunu ilk dəfə Ənvər Rüstəmov isbat etmişdir. "Qaraqum çölünün quşları" adlı iş yazaraq 32 yaşında doktor və professor olmuşdu. O, İsveçdə, İngiltərə, Fransa, Hindistan, Zair, Amerika Birləşmiş Ştatları və sair ölkələrdə keçirilən konqreslərdə məruzə ilə çıxış etmişdir.
İsmayıl Sadıqov (zooloq)
İsmayıl Ələkbər oğlu Sadıqov (15 yanvar 1928, Gədəbəy — 29 dekabr 2008, Bakı) — ekoloq alim, biologiya elmləri doktoru (1974), professor (1989), AMEA-nın müxbir üzvü (2001). İsmayıl Sadıqov 15 yanvar 1928-ci ildə Gədəbəy rayonunun Soyuqbulaq kəndində anadan olub. 1945-ci ildə Azərbaycan Dövlət Aqrar Universitetinin Baytarlıq fakültəsinə daxil olub, sonra təhsilini Moskva Zoobaytarlıq İnstitutunda və Moskva Baytarlıq Akademiyasında davam etdirib və oranı 1950-ci ildə bitirib. İsmayıl Sadıqov 1950–1974-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun Parazitologiya şöbəsində kiçik və böyük elmi işçi olub, daha sonra 1974–2008-ci illərdə Helmintologiya laboratoriyasına rəhbərlik edib. İsmayıl Sadıqov Moskvada K. İ. Skryabin adına Ümumiittifaq Helmintologiya İnstitutunun əmkədaşı, professor A. M. Petrovun rəhbərliyi altında 1956-cı ildə "Azərbaycanda xəzdərili vəhşi heyvanların helmint faunası" mövzusunda dissertasiya müdafiə edərək biologiya üzrə fəlsəfə doktoru, 1974-cü ildə isə akademik S. M. Əsədovun rəhbərliyi altında "Azərbaycanda xəzdərili sənaye heyvanlarının helmintləri" mövzusunda dissertasiya müdafiə edərək bilologiya elmləri doktoru elmi adını alıb. 1989-cu ildə "Helmintologiya" ixtisası üzrə professor elmi adına layiq görülən İsmayıl Sadıqov 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib. İsmayıl Sadıqov vəhşi heyvanların helmint faunasını öyrənən alimdir. O, helmintoz törədicilərindən insan üçün xərçəng xəstəliyi kimi təhlükəli olan trixinella, exinokokk və yumru qurdların təbii ocaqlarını aşkar edib. Habelə İsmayıl Sadıqov belə ocaqların ləğv edilməsi yollarını müəyyən etmiş və aşkar edilmiş helmintləri təhlil edərəkən parazitlə sahib orqanizm arasında filogenetik bağlılıq prinsipini irəli sürmüşdür. Alim tərəfindən müəyyən edilib ki, Azərbaycanda vəhşi məməlilərdə aşkar edilən 76 növ helmint insan və heyvanların helmintləri ilə ümumilik təşkil edir.