Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Hoçaz
Hoçaz — Azərbaycan Respublikasının Laçın rayonunun Hoçaz kənd inzibati ərazi dairəsində kənd. == Etimologiyası == Kəndin qərbində Hocazdaşı adlı dağ da var. Kənd öz adını eyniadlı çaydan almışdır. == Tarixi == 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Kəndi işğal etdikdən sonra kəndin təqribən 50%-dən çox yaşayış evləri dağıdılmışdır. Kənd 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Coğrafiyası və iqlimi == Kənd Hocaz çayının sahilində, Qarabağ yaylasındadır. == Əhalisi == Azərbaycan Nazirlər Kabineti yanında Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki itki və tələfatların qiymətləndirilməsi üzrə İşçi Qrupun eksperti Faiq İsmayılovun məlumatına görə, kəndin əhalisi bütün dövrlərdə azərbaycanlılardan ibarət olmuşdur.
Qotaz
Qotaz — türk və altay xalqlarının inancında insanı "kəm göz"lərdən (şər baxışlardan) qoruduğuna inanılan muncuq. Göz muncuğu. Ümumiyyətlə göz muncuqları göz şəklində olar. Gözə eyni zamanda muncuq da deyilməkdədir. Bu məzmunda baxıldığında adamın dünyaya açılan pəncərəsi gözdür və göz hər cür, yaxşı və pis, düşüncələrin ilk çıxış nöqtəsi olaraq qəbul edilir. Buna görə baxışlardan, pis gözlərdən qorunmaq məqsədilə əmici xüsusiyyəti olduğuna inanılan göy rəngli daşlar köhnədən bəri istifadə edilmişdir və son halını günümüzdəki cürbəcür göz muncuqları olaraq almışdır. İndi istər inanc, istər ənənə, istərsə də bəzək əşyası olaraq bir çox adam gözmuncuğunu gündəlik həyatında çox tez-tez istifadə edir. Göz muncuğu edilərkən içinə qurğuşun tökülür. Bunun da yaxşı uğur gətirdiyi deyilər. Tarixdəki türk birliklərində göz muncuğuna Bonçuq, Boncuq, Munçuq, Moncuq, Monşaq, Monçaq, Monçoq, Muyınçaq kimi adlar verilmişdir və bu adlandırmaların bəziləri bu gün də bir sıra xalqların dillərində iştirak etməkdədir.
Hocaz yüksəkliyi
Hocaztəpə — Laçın rayonu ərazisində dağ. Yerli əhali arasında Hocazdaşı adı ilə tanınır. Oronim Hoçaz çayının adı ilə bağlıdır.
Hocaz çayı
Hocazsu, Hocazsuçay, Hoçaz çayı — Həkəriçayın sağ qoludur. Laçın rayonu ərazisindən axır. Mənbəyini Qarabağ vulkanik yaylasından (3000 m) alır. Yuxarı axımında İldırımsu, aşağı axınında Qaranlıqçay adlanır. Çay öz başlanğıcını Hocaztəpə dağından alır. == Ümumi məlumat == Uzunluğu 63 km, hövzəsinin. sahəsi 414 kvadrat km-dir. Axımı əsasən qar (35%), yeraltı (55%), qismən də yağış (20%) sularından əmələ gəlir. Çayın orta illik su sərfi 6,59 kub m/san.-dir. Bunun çox hissəsi yaz (35%), yay (30%), az hissəsi isə payız (20%) və qış (15%) fəsillərində keçir.
Honaz dağı
Honaz dağı — Türkiyənin Dənizli ilinin şimal-şərqi boyunca Ege ve Akdeniz bölgələrini ayıran təbii sərhəd olaraq uzanan dağ. Honaz dağı Dənizlinin dağla eyni adı daşıyan mahalında yerləşir. Ege bölgəsinin ən yüksək dağı olan Honaz dağının dəniz səviyyəsindən yüksəkliyi 2571 metrdir. 1995-ci il 21 aprel tarixində milli park elan edilmişdir. Milli park ərazisində çöl donuzu, dovşan, tülkü, porsuq, müxtəlif ilan növləri var. Milli parkda dağ keçisi xüsusilə çoxdur.
George Hotz
George Francis Hotz (2 oktyabr 1989, Qlen-Rok[d], Nyu-Cersi) — geohot ləqəbi ilə Amerikalı təhlükəsizlik hakeri, sahibkar, və proqram mühəndisi. == Təhsili == Nyu Cersi ştatında maqnit dövlət liseyi olan Bergen County akademiyasında mühəndislik və dizayn Texnologiyaları üzrə təhsil alıb. Hotz İstedadlı Gənclər üçün Johns Hopkins Mərkəzinin məzunu olub. O qısa müddət ərzində Rochester Texnologiya İnstitutunda və Karnegi Mellon Universitetində də iştirak etmişdir. == Təhlükəsizlik tədqiqatı == === iOS === 2007-ci ilin avqustunda on yeddi yaşlı Corc Hotz iPhone-da SİM kilidini çıxardığını bildirir və bundan sonra o ilk SİM kilidini çıxardan şəxs kimi tanınır. === Android === 2014-cü ilin iyun ayında Hotz ABŞ bazarında istifadə edilən Samsung Galaxy S5 cihazları üçün kök istismar proqram təminatının hackini dərc etdi. İstismar haker Pinkie Pie tərəfindən aşkar edilmiş CVE-2014–3153 zəifliyi ətrafında qurulmuşdur və o, Futex altsistemindəki problemi əhatə edir ki, bu da öz növbəsində imtiyazların artırılmasına imkan verir. Towelroot kimi tanınan istismar "bir kliklə Android kökləmə aləti" olaraq təyin olundu. == Digər fəaliyyətləri == Hotz 2004-cü ildə Oreqon ştatının Portlend şəhərində keçirilən ISEF müsabiqəsində "Mapping Robot" layihəsi ilə finalçı olub. Hotz "The Googler" layihəsi ilə 2005-ci ildə ISEF müsabiqəsinin finalçısı olmuşdur.
Hatay
Hatay — Türkiyədə il və şəhər adı. == Əhali == Rayon əhalisi 2013-cü ilin sayına görə 1.503.066 nəfərdir. Əhalinin hamısı şəhər mərkəzi mövqeyindədir. Şəhər qanunu layihəylə bütün bələdiyyələr və kəndlər dəyişdirilərək şəhər mərkəzi statusuna alınmışdır. Kvadrat kilometrə düşən əhalinin sıxlığı 274,24 nəfərdir. Bu baxımdan Türkiyənin ən sıx əhaliyə malik 4-cü rayonudur. Əhalinin artım sürəti təxminən %1,2-dir.
Hicaz
Hicaz — Səudiyyə Ərəbistanının qərbində bir region. Qırmızı dənizin şərq sahilində yerləşir. Mənаsı mаneə deməkdir. Hicаz Yəmənin şimаlı ilə Təhаmənin şərq tərəfində yerləşib onlаrı bir-birindən аyırır. Bunа görə də o ərаziyə belə bir аd verilib. Bu əyаlətdə olаn vаdilərin аrаsındа dаğlаr vаrdır ki, onlаrın bəzilərinin hündürlüyü 2 km-dən çoxdur. == Həmçinin bax == Hicaz krallığı Məkkə Şərifliyi Hicaz vilayəti Nəcd və Hicaz Krallığı == İstinadlar == == Xarici keçidlər == Seyyid Cəfər Şəhidi, "İslаm tаrixi və təhlillər", "Şəhriyar", 2006, səh.
Horan.
Pavel Qoryaninov (rus. Павел Федорович Горянинов 1796[…], Mogilyov – 1865[…], Sankt-Peterburq) — Rus təbiətşünası, botaniki, həkim.
Hotaki
Hotaki dövləti — 1709-1738-ci illərdə indiki Əfqanıstanı, İran və Pakistanın bir hissəsini əhatə etmişdir. Bu dövlət 1709-cu ldə Mir Veys Hotaki tərəfindən Qəndəharda əsası qoyulmuşdur. Paştun mənşəli Gilzay tayfasının başçısı olan Mir Üveys Səfəvilərin tabeliyində olan Qəndəhar şəhərində çıxardığı üsyan nəticəsində 1709-cu ildə Qəndəhar ələ keçirilir və Hotaki dövləti yaradılır. Bundan sonra Hotakilər mütəmadi olaraq Səfəvilərin tabeliyində olan ərazilərə yürüş etməyə başlayırlar. Hotaki dövlətinin çiçəklənməsi dövrü Mir Mahmud Hotakinin zamanında olur. Onun dövründə Hotakilər Səfəvilərin paytaxtı İsfahanı ələ keçirir və Mir Mahmud Hotaki özünü şah elan edir. Hotaki dövlətinin varlığına 1738-ci ildə Nadir şah Əfşar tərəfindən Qəndəharın ələ keçirilməsi ilə son qoyulmuşdur. == Gilzay qiyamının səbəbləri == 17-ci əsrin sonu 18-ci əsrin əvvəllərində bütün Səfəvilər İmperiyası ərazisində feodal istismarın güclənməsi ilə əlaqədar olaraq bütün ölkəni xalq etirazları və üsyanlar dalğası bürüdü. Əfqanların ən nüfuzlu və güclü tayfası olan gilzaylar 1698–99-cü illərdə Qəndəhar hakimi Abdulla xanın əvəz olunması xahişi ilə şaha müraciət etdilər. Müraciət cavabsız qaldı.
Hotel
Mehmanxana, hotel və ya qonaq evi (fr. hôtel) — Başqa yerdən gələn turistlərin və qonaqların müvəqqəti yaşaması üçün xüsusi təhcizatlı otaqları olan obyekt. == Mehmanxanaların təsnifatlaşdırılması meyarları == Mehmanxanalar müxtəlif meyarlara görə təsnifləşdirilir: 1. Komfort səviyyə; 2. Nömrə fondunun tutumu; 3. Mehmanxanaların funksional təyinatı; 4. Mehmanxananın yerləşdiyi yer; 5. Mehmanxananın işləmə müddəti; 6. Qonaqların yeməklə təminatı; 7. Qonaqların qalma müddəti; 8.
Hotto
Hotto (xorv. Hottó) — Macarıstanın Zala medyesində yerləşən kənd.
Hovuz
Hovuz — Üzgüçülük məqsədilə istifadə edilən içərisi su ilə doldurulmuş çuxur. Modern hovuzlar beton divarlarla əhatələnir və hovuzun kənarına kafellər vurulur. Hovuzların dərinliyi və uzunluğu təyinatına görə hesablanır. Hovuzlar həm qapalı, həm də açıq havada ola bilər. Onlar istənilən ölçüdə və formada, yeraltı və ya yerüstü ola bilər. Hovuzların əksəriyyəti daimi qurğulardır, digərləri isə müvəqqəti, yıxıla bilən strukturlardır.
Hoşaf
Kolaz
Kolaz — Azərbaycanda əsasən bir sahildən digərinə insan, yük, heyvan və s. keçirmək məqsədilə işlədilən qədim su nəqliyyatı vasitəsi. Azərbaycanda eni 70-80 sm, hündürlüyü 26-30 sm-ə çatan, yonma üsulu ilə hazırlanmış, ən böyüyünün uzunluğu 7–8 m, ən kiçiyininki isə 3-4 metr olan qayıqlardan daha çox istifadə olunurdu. Təknəvari quruluşa malik olan belə qayıqlar Azərbaycanda kolaz adlanırdı. Kolaz bir çox xalqların dillərində də qayıq mənasında işlədilmişdir. XIX əsrin altmışıncı illərindən başlayaraq kolazın daha da təkmilləşdirilmiş formasından istifadə edilmişdir. Əvvəlkindən fərqli olaraq yeni kolaz qurama üsulu ilə hazırlanırdı. Belə kolazın oturacağı düz olduğundan ona bəzən "düz dibli kolaz" da deyilirdi. Kolazı hazırlamaq üçün əvvəlcə ağacdan qabırğa adlanan hissələr düzəldilir, həmin qabırğalara oturacaq və yan taxtaları vurulurdu. Kolazın iriliyindən asılı olaraq qabırğaların sayı 6-dan 14-ə qədər olurdu.
Kotal
Kotal — Azərbaycanın Qaradağ rayonunda qəsəbə.
Kotam
Kotam (əvvəlki adı: Ketam) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Ordubad şəhər inzibati ərazi vahidi tərkibindəki Ketam kəndi Kotam kəndi adlandırılmışdır. == Tarixi == Ketam Ordubad rayonunun Ordubad Şəhər inzibati ərazi vahidində kənd. Araz və Ketam çayının sahilində, dağətəyi ərazidədir. Yerli əhali arasında Kotam variantında da işlənən bu ad Ketam dağının adından yaranmışdır.. == Coğrafiyası və iqlimi == Rayonun mərkəzindən 5 km cənub-şərqdə, Naxçıvan-Bakı dağ yolunun şimal tərəfindədir. == Əhalisi == Əhalisi 410 nəfərdir.Kəndin əhalisi 1958 ci ildə Yuxarı Kotam adlanan ərazidən köçüb gəlib yeni Kotamda məskunlaşmışdır.Kəndin əhalisinin 20 ci əsrdə ermənistanın təcavüzkar siyasəti nəticəsində Sisian və Qafan rayonlarından köçüb gəldikləri güman edilir. == İqtisadiyyatı == Əhalisi bağçılıq,əkinçilik,arıçılıq,kiçikbuynuzlu heyvandarlıq və.s məşğuldur.Əsasəndə bu kənddə arıçılıq inkişaf etmişdir.Arıçılıq köçmə(yerdəyişikliyinə əsasən) təsərrüfat sahəsidir.Yayda arıları Yuxarı Kotam deyilən əraziyə aparırlar.Ora iqliminə,təbiətinə nisbətən yaxşı ərazidi.Qışda isə əsasən həyətyanı sahələrdə baxılır.Həmçinin Kotam kəndində xurnik,əncir,nar kimi meyvələrin ağacları geniş yayılmışdır.Naxçıvan Muxtar Respublikasının xüsusilə əncir ehtiyyatlarının (daxili bazara çıxarılan)yarıdan çoxunu bu kənd qarşılayır. == İnfrastrukturu == Orta məktəbi, klubu, kitabxanası, tibb məntəqəsi var.
Kotan
Kotan - kənd təsərrüfatında yer şumlamaq üçün tətbiq olunan mexaniki alətdir. O işçi heyvanlara və ya maşınlara qoşularaq mexanikləşdirilmiş şəkildə işlədilə bilər. Kotanın bir çox üstün cəhətləri vardır. Onun əsas məqsədi yerin üst qatının çevrilməsindən ibarətdir.Bu yerin mübit hissəsinin yumşaq və daha məhsuldar olmasına və səpinin asanlaşdırılmasına şərait yaradır. Asılma növləri: Quraşdırılmış kotan traktorun arxa hissəinə sərt bağlanır, o 6 bəzən isə 7 dişli olur. Asılqanlı kotan traktorla əlaqəli olur, ancaq əl ilə hidravlik mexanizmin köməyi ilə qaldırılır. Təkərli kotan bir neçə təkərə malik olub ağırlığın böyük hissəsini öz üzərinə götürür. Dişlərinin sayı 6-20 arasında olur. Dişlərini quruluşu: Bir istiqamətdə düzülmüş dişlər, onlar ya sağ ya da sol tərəfə yönəlirlər. Bunlara çox vaxt arx tipli kotanlarda deyilirlər.
Loğaz
Loğaz — əsasən xalq satirası ilə bağlı termin. Satirik ruhlu əsərlərdə müəyyən bir hadisənin, yaxud şəxsin bilavasitə onun öz dili ilə lağa qoyulması loğaz adlanır. "Azərbaycan dilinin izahlı lüğəti"ndə loğaz həm də "istehza", "rişxənd", "masqara", "ələ salma" və "ağzına gələni danışma", "boş-boş danışma", "uydurma, yalan söyləmə" kimi qeyd edilir. "Loğaza qoyulmaq" isə "ələ salınmaq", "masqaraya qoyulmaq" kimi verilir. Məsələn: Loğazdan XX əsrin əvvəllərində — satirik şairlərimizin yaradıcılığında xüsusən geniş istifadə edilmişdir. Məsələn, Sabir xalqı geriyə sürükləyənləri, hər vasitə ilə milli intibaha mane olanları onların öz dili ilə ifşa edərək satiralarında loğazın klassik nümunələrini yaratmışdır: == İstinadlar == == Mənbə == Elçin. Seçilmiş əsərləri. 10 cilddə. IX cild. Bakı: ÇİNAR-ÇAP, 2005, 509 səh.
Motal
Motal — müxtəlif süd məhsullarını uzun müddət saxlamaq üçün xırdabuynuzlu heyvan dərisindən hazırlanmış qab. Pendir, yağ və şor maldar əhali arasında əsasən motallarda saxlanılır. Azərbaycanda bir-birinə oxşar iki motal növü var: Xırdabuynuzlu heyvan dərisinin iyidilərək yunu yonulur və duzlanaraq qurudulur. Sonra dəri yenidən yumşaldılaraq içəri tərəfə çevrilir. Dərinin qolları iplə möhkəm bağlanır. Motala pendir yığılanda onun içərisinə bir qədər üzlü süd, dələmə və ya qaymaq tökülür ki, pendir həm yaxşı qalsın, həm də yağlılığı və dadı artsın. Ağzı bağlanan motalı uzun müddət saxlamaq olur. Xalq arasında buna Qarabağ motalı deyilir. Qazax motalı adı ilə tanınan digər motal Azərbaycanın qərb zonasında geniş yayılmışdır. Bu növ motalı hazırlamaq üçün yenə də dəri duzlanır və günün altında möhkəm qurudulur.
Qotuz
Qotuz - İrəvan quberniyasının İrəvan qəzasında kənd adı. 1949-cu ildə əhalisi Azərbaycana köçürüldükdən sonra kənd dağılmışdır. 1577-ci ildə Şah II Ismayılın fərmanında Çuxur Sə'd mahalında Kutuzvəng kəndinin adı qeyd olunur . Qotuz dağının adındandır. Qotuz dağı. XIX əsrdə Qars əyalətinin Ərdəhan dairəsində Qotuz - Köy kənd xarabalığının adı ilə mə'naca eynidir. Türk dillərində kut, qut qışlaqda "düşərgə", "dayanacaq", "qutan" sözündən və yunanca "us" şəkilçisindən ibarətdir.
Topaz
Topaz — qiymətli daşdır. Kimyəvi formulu- Al2[SiO4][FOH]2 Rumbik sinqoniyanın rumbik-dipiramida sinfində kristallaşır.Tez-tez yaxşı inkişaf etmiş və böyük kristallarda tapılır. Kristalları prizmatik habitusda olur. Qeyri-mükəmməl ayrılma qabiliyyətinə malikdir. Sərtliyi 8, xüsusi çəkisi 3,5-dir. Rəngi sarı, bənövşəyi, ağ, qonurudur.Şüşə parıltılıdır. Şəffafdır. Penevmatogen proses nəticəsində əmələ gəlmişdir. Peqmatitlərdə və həmçinin qreyzenlərdə tapılır. Qreyzen- maqmatogen mənşəli süxurların pnovmatogen-hidrotermal dəyişmələrə məruz qalmış növlərinə deyilir.
Xotan
Xotan (uyğ. خوتەن, uyğ. Xoten, uyğ. Хотән, çin. sadə. 和田市, pinyin: Hétián shì) — Çinin Sinszyan-Uyğur muxtar rayonunun cənub-şərqindəki Xotan mahalında vadi və şəhər qəzası. Təklə-Məkan səhrasından cənubda, Yarkənddən cənub-şərqdə yerləşir. Əhalisi 114 000 nəfərdir (2006) və əsasən uyğurlardan (uyğ. хотәнликләр, xotanlılar) ibarətdir. Xotan şəhər dairəsi 4 küçə komitəsinə, 2 qəsəbəyə və 6 mahala bölünür.
BOTAŞ
BOTAŞ ( Neft Boru Kəməri Nəqliyyatı Anonim Şirkəti ) - Türkiyədə yerləşən, dövlətə məxsus xam neft və təbii qaz boru kəmərləri və ticarət şirkətidir . Baş ofisi Ankaranın Bilkənd şəhərində olan BOTAŞ, illik dövriyyəsi təxminən 20 Milyar TL ilə Türkiyənin ən böyük təşkilatları arasındadır. Xalis satış rəqəmlərinə görə 2008-ci ilin Fortune 500 siyahısında 2-ci yeri tutmuşdu . == Tarixi == 1974-cü ildə TPAO-nun törəmə müəssisəsi kimi qurulub. 1987-ci ildən BOTAŞ həm də təbii qazın nəqli və ticarəti fəaliyyətlərində iştirak edib. 1995-ci ildə Dövlət Təsərrüfat Müəssisəsi statusunu qazanıb. Təbii qaz ticarəti bazarında inhisarçı mövqeyi 2001-ci ildə tutmuşdu. 2009-cu ildə onun fəaliyyət sahələrinə görə hüquqi şəxslərə bölünməsi nəzərdə tutulmuşdur. 2011-ci ilədək ötürmə fəaliyyəti istisna olmaqla, digər hüquqi şəxslərin özəlləşdirilməsi başladı. Şirkət Avropanın qaz ehtiyaclarını ödəmək üçün Rusiyadan kənarda alternativ yolların tapılması strategiyasına uyğun formalaşan, lakin sonradan ləğv edilən NABUCCO layihəsinin 16,67%-lik səhmdarı idi.
Total
Total Fransa nın neft şirkəti. Dövlət Neft Şirkəti ilə Fransanın «Total» şirarasında Xəzər dənizinin Azərbaycan sektorunda «Abşeron» dəniz yatağı blokunun kəşfiyyat, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş imzalanıb. Sənədə əsasən, Dövlət Neft Şirkəti layihədə 40, «Total» şirkəti isə 60 faiz iştirak payına malikdir. Kəşfiyyat dövründə Dövlət Neft Şirkətinin ortaq neft şirkətinin payına düşən bütün xərc və məsrəflərin maliyyələşdirilməsi podratçı tərəfin üzərinə düşür. Qazılacaq «Abşeron» bloku Xəzər dənizində Bakıdan 100 km aralıda, dənizin təxminən 500 metr dərinliyində yerləşir. Layihədə tərəflərin pay iştirakı belədir: ARDNŞ - 40%, Total - 60%. Yataqda kəşviyyat müddəti 3 il təşkil edəcək və zərurət olarsa daha 2 il uzadılacaq. Kəşviyyət dövründə bütün xərcləri Total ödəyir. ARDNŞ geoloqlarına görə, yataqda ən azı 200 mlrd. kubmetr qaz və 100 mln.
Hötit
Hetit — rombik sinqoniya. Rast gəlmə tezliyi şkalası: hər yerdə rast gələn. == Xassələri == Rəng – kristallarda qırmızımtıl-qonurdan qarayadək, incə - və xırdadənəli aqreqatlarda – sarı, sarımtıl-qonur, qonur; Mineralın cizgisinin rəngi – qonurdan narıncı - sarıyadək; Parıltı – kristallarda almaz, yarımmetal, sarımtıl və qırmızımtıl rəngli kütlələrdə – tutqun; Şəffaflıq – qeyri-şəffaf, nazik təbəqələri işıq keçirir; Sıxlıq– hetitin– 4,3, hidrohetitin –3,8-4,2; Sərtlik – 5,0-5,5; Kövrəkdir; Ayrılma– {010} üzrə mükəmməl, {100} üzrə – orta; Sınıqlar – qeyri-hamar, pilləli, qabıqvari; Morfologiya – kristallar: iynə - və sütunvari; İkiləşmə: nadir hallarda dirsəkvari ikiləşmə rast gəlir; Mineral aqreqatları: axın formalı, sıx, məsaməli, böyrək- və torpaqvari kütlələr, stalaktitlər, sferolitlər, oolitlər, konkresiyalar, qabıqlar, ensiz haşiyələr, psevdomorfozalar, bəzən jeodalar; hötit, hidrohötit, lepidokrokit, hidrolepidokrokit, hidrohematitin, gil minerallarının, silisium oksidinin, habelə Al, Mn və b. hidroksidlərinin təbiətdə geniş yayılmış gizlikristallik qarışığı olan limonitin (qonur dəmir filizinin) mühüm tərkib hissələridir. == Mənşəyi və yayılması == Ekzogen şəraitdə əmələ gəlir. Dəmir minerallarının – siderit, pirit, maqnetit, dəmirli silikatların və b. aşınma məhsulu olub, ultraəsası süxurların, dəmirli kvarsitlərin və s. aşınma qabıqlarında müşahidə olunur. Limonitlər sulfid yataqlarının oksidləşmə zonalarının tipik əmələgəlmələridir; onlar əsasən yataqların üst hissələrində d ə m i r p a p a q l a r əmələ gətirir. Hötitin çökmə əmələgəlmələri dəniz və göl hövzələrinin sahilyanı zolağında kimyəvi yolla çökür.