Ləbi hovuz
Ləbi Hovuz və ya Lyabi Hovuz (özb. Labi Hovuz, fars. لب حوض [læbi hawz) — XVI-XVII əsrlərdə salınmış Buxara şəhərinin mərkəzi meydanlarından, memarlıq ansamblı biridir. Meydanda Kukeldaş mədrəsəsi(Buxara), Divan-Bəy mədrəsəsi, Divan-Bəy xanəgahı, Nadir-Bəy hovuzu su anbarı memarlıq abidələri birləşərək memarlıq ansamblı təşkil edir. Ansamblın ölçüsü təxminən 150 x 200 metrdir.
Orta əsrlərdə Ləbi hovuz canlı alış-veriş sahəsi idi, buna ticarət günbəzləri ilə əsas alış-veriş küçəsinə yaxınlığı (onlardan biri meydandan 200 m məsafədə yerləşir) və Buxaradakı binaların həddindən artıq sıxlığı, beləliklə Ləbi hovuzun sadəcə bir neçə açıq sahələrdən biri olması səbəb oldu.
== Tarixi ==
Ləbi hovuzda qalan ilk bina 1569-cu ildə Şeybani II Abdullah xanın Orta Asiyada yüksək səviyyəli ən böyük Kukeldaş mədrəsəsinin inşasına əmr verdiyi zaman ortaya çıxdı. 1619-1620-ci illərdə özbək qəbiləsinin nümayəndəsi Arlat Nadir Divan bəyin təşəbbüsü və hesabına İmamqulu xanın rəhbərliyindəki vəzir meydanında hovuz dağıdılaraq, yaradıcısının adını daşıyan xanəgah tikilir. 1623-cü ildə Nadir Divan bəy, daha sonra Divan-Bəy mədrəsəsinə çevrilən karvansara binasını ucaltdı. 20-ci illərdə hovuz, möcüzəvi şəkildə Buxaranın xəstəlik mənbəyi sayılan digər hovuzların əksəriyyətində aparılan qurutma prosesindən qurtula bildi; hovuzun xilas edilməsində əsas rolu ansamblın yüksək bədii dəyəri oynadı.