Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Semih İşıqver
Semih İşıqver (1980, Elazığ ili) — mühəndis və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. Semih İşıqver 1980-ci ildə Elazığ ili anadan olub. Fırat Universiteti İnşaat mühəndisliyi Bölməsindən məzun olub. Mühəndis olaraq çalışıb. Uzun illərdir MHP üzvüdür. 2018-2023-cü illərdə MHP Elazığ il şöbəsinin sədri olub. 2023-cü ildə MHP namizədi olaraq Elazığ ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM İctimai İşlər, Rayonlaşdırma, Nəqliyyat və Turizm Komissiyasının üzvü vəzifəsində təmsil olunub. İngiliscə bilir. Evli və 3 uşaq atasıdır.
Dante Aligyeri
Dante Aligyeri (əsl adı it. Durante di Alighiero degli Alighieri; təq. 1265, Florensiya, Florensiya Respublikası[…] – 14 sentyabr 1321, Ravenna, Papa dövləti[…]) — italyan şairi, italyan ədəbi dilinin banisi. Qədim zadəgan nəslindəndir. Bolonya Universitetində təhsil almış, hüquq və fəlsəfəni öyrənmişdir. Gənc yaşlarından Florensiyanın ictimai həyatında fəal iştirak etmiş, "ağ" qvelflər partiyasına qoşulmuşdur. "Qara" qvelflərin qələbəsindən sonra qiyabi olaraq yandırılmağa məhkum edilmişdir (1302). Didərgin həyat sürmüş, 1315-ci ildə ikinci dəfə ölümə məhkum olunmuşdur (həmin hökm 1966-cı ildə ləğv edilmişdir). Ömrünün son 6 ilini Ravennada yaşamışdır. Yaradıcılığının ilk dövründə Beatriçe adlı gənc bir qızı vəsf etmiş, onun vaxtsız ölümündən doğan kədər və hüzn dolu şerlər yaratmışdır ("Yeni həyat" kitabı, 1292).
Dante Aliqyeri

Dağıstan İşıqları
Dağıstan İşıqları (rus. Дагестанские Огни, ləzg. Дагъустандин ЦIаяр, tab. Дагъустнан ЦIаяр, aqul. Дагъустандин Цlаяр) ― Rusiya Federasiyasının Dağıstan Respublikasında şəhər. Xəzər dənizinin sahilində, dəniz səviyyəsindən 35 metr yüksəklikdə, Baraftau dağından şimal-şərqdə, paytaxt Mahaçqalanın 118 kilometr cənub-şərqində yerləşir. Coğrafi baxımdan Dərbənd rayonunun keçmiş ərazisində qurulub və onun tərəfindən tamamilə əhatə edilib. Dərbənd şəhərinə yaxınlığı baxmından Dərbəndin "peyk şəhəri" də hesab edilir. Dağıstanın ən cavan və səkkizinci ən iri şəhəridir. Tarix boyu bura təbii qaz yataqları ilə bölgədə məşhur idi.
Qütb işıqları
Qütb parıltısı, qütb işıqları və ya avrora (adətən şimal işıqları və ya cənub işıqları kimi də tanınır) — günəşin hərəkəti nəticəsində kosmosa atılan külli miqdarda yüksək enerjili elektron və ionların yerin maqnit sahəsinə daxil olması hadisəsi, yerin maqnit sahəsinə daxil olan elektronlar Lorens qüvvəsinin təsiri nəticəsində qütblərə doğru hərəkət edir və qütb oblastlarında toplanır. Qütblərə toplanan belə yüklərin təsirindən hava atomları ionlaşır və "həyəcanlanır". Bunun nəticəsində də qütb parıltısı baş verir. Günəş küləyi əslində tacın daim genişlənməsidir. Genişlənmə sürəti Günəşdən uzaqlaşdıqca saniyədə bir neçə km-dən 300–400 km çatır. Kimyəvi tərkibi (əsasən proton və elektronlar) Günəş tacı ilə eynidir. Günəş küləyinin maqnit sahəsinin təsiri ilə Yer atmosferi Günəş istiqamətində 10 Yer radiusu qədər sıxılır, əks istiqamətdə isə onlarca yer radiusu qədər uzanır. Külək hissəciklərinin bir hissəsini Yerin maqnit sahəsi saxlayır və nəticədə Yerin radiasiya qurşaqları yaranır. Küləyin intensivliyinin artması maqnit fırtınalarına qütb parıltısına səbəb olur. Tərkibində helium və digər elementlər var.
Bakının işıqları
Bakının işıqları tammetrajlı bədii filmi rejissorlar Aleksandr Zarxi, Rza Təhmasib və İosif Xeyfits tərəfindən 1950-ci ildə ekranlaşdırılmışdır. Bakı Kinostudiyasında istehsal edilmişdir. Film Bakı neftçiləri haqqındadır. Əsas rolları Mirzəağa Əliyev, Mərziyyə Davudova, Nikolay Oxlopkov, Rza Təhmasib və Nəcibə Məlikova ifa edirlər. == Məzmun == Film Bakı neftçiləri haqqındadır. Hadisələr 30-cu illərdə başlayır və II Dünya müharibəsi illərində daha da inkişaf edir. Bu vaxt Bakı neft mədənləri artıq yeni texnika ilə təchiz edilmişdi, açıq dənizdə yeni qazma üsulları sınaqdan çıxarılmışdı. Neftçilər alman-faşist işğalçılarına qarşı döyüşən ordunu bol yanacaqla təchiz etmək və qələbəni yaxınlaşdırmaq üçün fədakarcasına çalışırdılar. Filmin sonunda görürük ki, müharibədən sonrakı ilk illərdə Bakıda yeni neft buruqlarının işıqları yandırıldı. Hadisələrin fonunda usta Əlibala (Mirzəağa Əliyev) və onun neftçilər briqadası üzvlərinin əmək qəhrəmanlığı, fədakarlığı, gündəlik qayğıları və şəxsi həyatı öz əksini tapmışdır.
Mingəçevir işıqları (qəzet)
"Mingəçevir işıqları" — Mingəçevirdə 2020-yə qədər nəşr olunan, hazırda isə yalnız onlayn fəaliyyət göstərən qəzet. "Mingəçevir işçisi”, “Mingəçevir inşaatçısı” və “Mingəçevir işıqları” adı ilə nəşr olunan qəzetdə şəhər, ölkə və dünyada baş verənlər haqda xəbərlər, araşdırma yazıları, elan və reklam məlumatları ilə tanış olmaq mümkündür. "Mingəçevir işıqları" qəzeti redaksiyası 1948-ci ildən 1991-ci ilədək yerli hakimiyyət orqanlarına məxsus olub. 25 mart 1999-cu ildə 10/110 nömrə ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində sahibkar hüquqi şəxs kimi yenidən qeydiyyatdan keçib. Redaksiya 3 bölmədən ibarətdir: Xəbərlər şöbəsi Reklam, elan və yayım bölməsi Mingəçevir Media Mərkəzi Redaksiya fəaliyyətə başladıqdan 3 il sonra poliqrafiya sexini, 2009-cu ildə isə şəhərin Rəsul Rza küçəsindəki 23 saylı ünvanda Mingəçevir Media Mərkəzini açıb. Qəzetin digər ofisi Dövlət Əmlak Komitəsindən icarəyə götürülüb, Heydər Əliyev prospekti, 28/12 ünvanında yerləşir. Qəzet 31 dekabr 2019-cu ilədək həm ənənəvi (kağız), həm də onlayn formalarda nəşr olunub. Həftədə bir dəfə olmaqla A4 ölçüdə 8-16 səhifədə nəşr edilən qəzetin səhifələrində şəhərdə, ölkədə və dünyada baş verən ictimai-siyasi hadisələr barədə xəbərlər, siyasi şərhlər, araşdırma və analitik materiallar, tənqidi məqalələr, elan və reklamlar yerləşdirilib. Hər həftə 1000 nüsxə tirajla nəşr olunan qəzetin 500 nüsxəsi daimi abunəçilərə göndərilib, 200 nüsxəsi pərakəndə yolla satılıb, qalan nüsxələr isə əlillər, qocalar, ictimai birliklər arasında pulsuz yayılıb. 2020-ci ilin yanvarından ancaq onlayn qaydada yayımlanır.
Müqəddəs Elm işıqları
Müqəddəs Elm işıqları və ya Müqəddəs Elmo işıqları (ing. Saint Elmo's fire, Saint Elmo's light) Atmosferdə elektrik sahəsinin yüksək gərginliyi səbəbi ilə, hündür obyektlərin ( Qüllələrin, tənha ağacların, qayaların) iti uclarında əmələ gələn cərəyan. Adətən parıldayan kiçik topalar şəklində və ya işıq saçan fırçalar formasında müşahidə edilir. Müqəddəs Elm işıqları elektrik sahəsində gərginliyin 500B/m həddini aşması nəticəsində əmələ gəlir. Bu cür yüksək gərginlik adətən tufan zamanı və ya qış çovğunları səbəbi ilə yaranır. Bu təbiət hadisəsi Katolik dənizçilərin müqəddəs hesab ettdikləri Elm (Erazm) adlı şəxsin şərəfinə belə adlandırılıb. Vulkanik kül buluduna daxil olmuş təyyarənin xarici səthində də əmələ gələ bilər. 1982 ci il 24 iyun tarixində BA 009 nömrəli reyslə İngiltərədən Avstraliyaya uçan Boeing 747 tipli sərnişin təyyarəsi 11 000 metr yüksəklikdə ikən, Qalunqqunq vulkanının püskürməsi səbəbi ilə əmələ gəlmiş kül buluduna daxil olmuşdur. Ekipajın və sərnişinlərin bunu bilməməsi vəziyyəti daha da çətinləşdirmişdir. Yava adasından cənubda Hind Okeanı üzərindəykən ikinci pilot təyyarənin xarici səthində Müqəddəs Elm işıqlarını görür.
Böyük şəhərin işıqları
Böyük şəhərin işıqları (ing. City Lights) — Çarli Çaplinin rejissorluğu, prodüserliyi, ssenarisi əsasında çəkilmiş və özünün baş rolda oynadığı 1931-ci il Amerika səssiz romantik komediya filmi. == Məzmun == Bir gün avara (Çarli Çaplin) böyük şəhərdə özü üçün sərgərdan gəzir. Bu zaman o, bir kor qızla (Virciniya Çerrill) rastlaşır. Elə onun kimi bədbəxt və heç kəsə lazım olmayan bu qız gül satmaqla məşğuldur. Qız elə zənn edir ki, qarşısındakı varlıdır və onun üçün bir gül dəstəsi hazırlayır. Lakin təsadüfən qız gülləri əlindən yerə salır. Gülsatan diz üstə çökərək əlilə gülləri axtarmağa başlayır. Avara güllərin yerini qıza göstərir, lakin qız hələ də gülləri axtarmağa davam edir. Avara başa düşür ki, o, kordur.
Bakının işıqları (film, 1950)
Bakının işıqları tammetrajlı bədii filmi rejissorlar Aleksandr Zarxi, Rza Təhmasib və İosif Xeyfits tərəfindən 1950-ci ildə ekranlaşdırılmışdır. Bakı Kinostudiyasında istehsal edilmişdir. Film Bakı neftçiləri haqqındadır. Əsas rolları Mirzəağa Əliyev, Mərziyyə Davudova, Nikolay Oxlopkov, Rza Təhmasib və Nəcibə Məlikova ifa edirlər. == Məzmun == Film Bakı neftçiləri haqqındadır. Hadisələr 30-cu illərdə başlayır və II Dünya müharibəsi illərində daha da inkişaf edir. Bu vaxt Bakı neft mədənləri artıq yeni texnika ilə təchiz edilmişdi, açıq dənizdə yeni qazma üsulları sınaqdan çıxarılmışdı. Neftçilər alman-faşist işğalçılarına qarşı döyüşən ordunu bol yanacaqla təchiz etmək və qələbəni yaxınlaşdırmaq üçün fədakarcasına çalışırdılar. Filmin sonunda görürük ki, müharibədən sonrakı ilk illərdə Bakıda yeni neft buruqlarının işıqları yandırıldı. Hadisələrin fonunda usta Əlibala (Mirzəağa Əliyev) və onun neftçilər briqadası üzvlərinin əmək qəhrəmanlığı, fədakarlığı, gündəlik qayğıları və şəxsi həyatı öz əksini tapmışdır.
Bakının işıqları (film, 1979)
Səhnə işıqları (film, 1952)
Səhnə işıqları (ing: Limelight) — 1952-ci ildə Çarli Çaplinin prodüseri, rejissoru olduğu və baş rolda oynadığı filmdir. Filmin musiqisi də Çaplin tərəfindən bəstələnmiş və filmdə baş rolu Çaplin Claire Bloom ilə bölüşmüşdür. Filmdə Baster Keaton da rol almışdır. Filmdə Claire Bloomun rəqs səhnələrini onun əvəzinə Melissa Hayden canlandırmışdır. Calvero zamanla unudulmuş və nüfuzdan düşmüş keçmiş görkəmli komediyaçıdır. Bir gün sərxoş halda motelə qayıdanda aşağıda yaşayan gənc qızı intihar etməkdən xilas edir. Evində bir müddətlik də olsa könülsüz formada bu qızı saxlamaq məcburiyyətində qalır, lakin Tereza/Terri adlı bu gənc qız onun yaşaması üçün yeni bir ümidə çevrilir. Balerina olan Tereza, isterik krizinə görə bir müddət yatağa məhkum olsa da, Calveronun köməyi ilə günü-gündən yaxşılaşır. Terrinin həyatına gətirdiyi təravətlə canlanan Kalvero yenidən teatrda iş axtarmağa başlayır; lakin bu onun düşündüyü qədər də asan deyildir. Dəyişən zamanla Kalveronun komediya hissi köhnəlir və onu yeni bir şeylə əvəz edə bilmir, ona görə də tapdığı bir neçə işdə də müvəffəqiyyət qazana bilmir.
Ay aşiqləri: Yaralı ürək Qoryo
Böyük şəhərin işıqları (film, 1931)
Böyük şəhərin işıqları (ing. City Lights) — Çarli Çaplinin rejissorluğu, prodüserliyi, ssenarisi əsasında çəkilmiş və özünün baş rolda oynadığı 1931-ci il Amerika səssiz romantik komediya filmi. == Məzmun == Bir gün avara (Çarli Çaplin) böyük şəhərdə özü üçün sərgərdan gəzir. Bu zaman o, bir kor qızla (Virciniya Çerrill) rastlaşır. Elə onun kimi bədbəxt və heç kəsə lazım olmayan bu qız gül satmaqla məşğuldur. Qız elə zənn edir ki, qarşısındakı varlıdır və onun üçün bir gül dəstəsi hazırlayır. Lakin təsadüfən qız gülləri əlindən yerə salır. Gülsatan diz üstə çökərək əlilə gülləri axtarmağa başlayır. Avara güllərin yerini qıza göstərir, lakin qız hələ də gülləri axtarmağa davam edir. Avara başa düşür ki, o, kordur.
Ay aşiqləri: Yaralı ürək Qoryo (teleserial, 2016)
Ay aşiqləri: Yaralı ürək Qoryo(eng.Moon Lovers: Scarlet Heart Ryeo, Hangul: 달의 연인 — 보보경심 려; Hanja: 달의戀人-步步驚心 麗; RR: Dar-ui yeon-in — Bobogyeongsim ryeo; MR: Tar-ŭi yŏnin — -cPopokyŏngsim ryŏ)- Çin yazıçısı Tong Huanın Bu Bu Jing Xin əsəri əsasında ekranlaşdırılan Cənubi Koreya teleserialıdır. 2016-cı ilin avqustun 29-dan noyabrın 1-nə qədər SBS telekanalında 20 seriyadan ibarət olmaqla hər həftənin bazar ertəsi və çərşənbə axşamı saat 22:00-da yayımlanmışdır. == Məzmun == Günəş tutulması nəticəsində 21-ci əsrdə yaşayan 25 yaşlı Go Ha-jin(Lee Ji-eun), Qoryo sülaləsinin dövrünə qayıdır. O, 941-ci ildə Hae Soo-nun bədənində oyanaraq hakimiyyətdə olan Vanq ailəsinin şahzadələri ilə qarşılaşır. O, əvvəlcə alicənab 8-ci şahzadə Vanq Vuka (Kang Ha-neul) aşiq olur, daha sonra isə öz üzünü maskanın arxasında gizlədən və aşağılayıcı şəkildə "canavar-it" adlandırılan 4-cü şahzadə Vanq So-nu (Lee Joon-gi) sevir. Beləliklə Hae Soo fərqinə belə varmadan özünü şahzadələr arasında rəqabət və siyasət, taxt-tac uğrunda gedən mübarizələr arasında tapır.