Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İflic
İflic — mərkəzi sinir sistemi- baş beyin və onurğa beyninin və periferik sinir sisteminin hərəki mərkəzlərinin zədələnməsi nəticəsində iradi hərəkətlərin itməsi. Bir-birindən fərqlənən iflic və parez forması var. Parez zamanı hərəki funksiyalar qalır, lakin zəif olur. Səbəbi qan dövranının pozulması, iltihabi proseslər, travmalar, sinir sistemində şiş olması və s.-dir. Əzələlərin iltihabında, sümük-oynaq aparatının zədələnməsində də hərəkət nisbətən məhdudlaşdığı üçün belə xəstəlikləri iflicdən fərqləndirmək lazımdır. İflicin bir neçə tipi məlum-dur: monoplegiya (bir qolun, yaxud bir ayağın iflici), hemiplegiya (bədənin bir tərəfində hərəkətin məhdudluğu), tetraplegiya (qolun və ayağın tam hərəkətsizliyi), paraplegiya (hər iki qolun, yaxud hər iki ayaqın iflici). Hərəki neyronun mərkəzi, yaxud periferik şöbələrinin pozulması müxtəlif xassəli ifliclərin baş verməsinə səbəb olur. Periferik neyronun pozulmasından periferik, süst atrofik iflic baş verir. Bu zaman vətər və sümüküstlüyü refleksləri, əzələ tonusu azalır, yaxud tamamilə itir. Əzələlərdə atrofiya müşahidə olunur, elektrikkeçirmə qabiliyyəti pozulur.
İqlim
İqlim (yun. κλίμα (klimatos) — havanın çoxillik rejimi. Hava şəraitinin bir-birini əvəz edən bütün müxtəlifliklərinin məcmusu. Planetar miqyasda, zonalar daxilində iqlim makroiqlim adlanır. Müəyyən coğrafi landşaft üçün xarakterik olub bir və ya bir neçə meteoroloji stansiyanın məlumatı ilə səciyyələndirilə bilən iqlim -məhəlli iqlim (mezoiqlim də adlanır), kiçik sahələrdə (tarla, yamac, təbii və süni göllər, sahil, şəhər və s.) havanın yer səthinə yaxın təbəqəsinin iqliminə isə mikroiqlim deyilir. İqlimyaradıcı amillər günəş radiasiyası, hava axınları, ərazinin mövqeyi, səth örtüyünün vəziyyəti və sairədir. Əsas iqlimyaradıcı proseslər isə atmosferin ümumi dövranı və rütubət dövranıdır. İqlim təsir göstərən coğrafi amillər-coğrafi en dairələri, relyef, dəniz səviyyəsindən hündürlük, quru və su səthinin paylanması, dəniz və okean axınları, bitki və torpaq örtüyünün xarakteri, qar örtüyü və havanın tərkibidir. == İqlim amilləri == İqlimin əsas elementləri: günəş radiasiyası (işıq, istilik), atmosfer çöküntüləri və atmosfer təzyiqi, havanın rütubətliyi, torpağın rütubətliyi, havanın sirkulyasiyası (külək), atmosfer təzyiqi. İqlim amilləri biosenozun inkişafı üçün şərait yaradır.
Arid iqlim
Quru və ya arid iqlim (lat. aridus – quru) — rütubət əmsalının vahiddan çox kicik olduğu, torpaqda rütubatin kəskin çatişmadğı iqlim şəraiti. Yayı isti və quru keçən illik yağıntının miqdarı isə 450 mm-dən artıq olmayan iqlimdir. Mülayim enliklərin çöllərində qış soyuq, subtropik və tropik zonaların çöllərində isə mülayim isti keçir. Təkcə tranzit çaylar (Nil, Amudərya və b.) arid iqlim zonasını kəsib keçir, az sulu çaylar isə axımsız göl və şoranlıqlar əmələ gətirirlər. Bitki örtüyü ya olmur, ya da çox seyrək və quraqlığa davamlı formalardan ibarətdir. Quru kövrək süxurlar küləklə asanca aşınır və alevrit hissəcikləri səhra hüdudlarından kənara aparılaraq, qumsal süxurda eol relyef formaları əmələ gətirir. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006. — Səhifələrin sayı: 679.
Humid iqlim
Humid iqlim-(rus. гумидный климат, ing. humid climate) rütubətli iqlim, izafi rütubətli iqlim / yağıntıların illik miqdarı həmin müddətdə buxarlanan və torpağa hopan suyun miqdarından çoxdur/. Artıq su, səthi axımı əmələ gətirəcək erozion relyef formalarının inkişafına səbəb olur.
Kontinental iqlim
Kontinental iqlim — okean və dənizlərin mülayimləşdirici təsirindən uzaqda yerləşən materikdaxili sahələrinin iqliminə deyilir. Kontinental iqlim il boyu kontinental hava kütlələrinin hakim olduğu Avrasiyanın və Şimali Amerikanın daxili hissələri üçün səciyyəvidir. Kontinental iqlim üçün atmosfer təzyiqinin yüksək olması (xüsusilə qışda), atmosfer yağıntılarının nisbətən azlığı, şəlakətli günlərin çox olması xarakterikdir. Kontinental iqlimdə atmosfer təzyiqindən başqa bütün meteoroloji elementlərin sutkalıq və illik amplitudası dəniz iqliminə nisbətən kəskin surətdə artır. Yayda gecələr sərin və aydın, buludsuz gündüzlər isə isti, küləkli olur. Günün ikinci yarısında güclü topa buludlarının əmələ gəlməsi və leysan yağışlarının yağması kontinental iqlim üçün xasdır. Qışda əksinə, gündüz aşağı mərtəbə laylı buludların formalaşması, gecə isə buludsuz, açıq səmanın olması başlıca xüsusiyyətlərindən biridir. İqlimin kontinentallığı okean və dənizlərindən uzaqlaşdıqca artır. Məsələn: eyni en dairəsində yerləşən Dublində iyulun orta temperaturu 15,80, yanvarda 5,40 olduğu halda (dəniz iqlimi) həmin göstəricilər müvafiq olaraq Varşavda 18,90 və -3,60, Orenburqda 22,00 və -15,40, Nerçinskdə 18,90 və -29,80, illik amplitudalar isə müvafiq olaraq 10,4; 22,5; 37,4 və 48,70-dir.
Nival iqlim
Nival iqlim lat. nivalis — qarlı, soyuq — Penkin (1910) iqlimlərin geomorfoloji təsnifatına görə, soyuq iqlim olub, ilin isti fəsillərində əriyib buxarlana bilən hissəsindən daha artıq yağan yağıntıların (qar şəklində) miqdarının artıq olması ilə səciyyələnir. İlin soyuq vaxtlarında yağan qarın əriyib, buxarlanmayan hissəsi ildən-ilə toplanıb, firn və buza çevrilir. Qütb en dairələrinin arktik qurşağı və dağların qar sərhədindən yuxarı zonaları üçün səciyyəvidir. == Geomorfoloji termin == Nival qurşaq - ing. nival belt rus. нивальный пояс dağların ən yüksək təbii qurşağı, iqlim qar sərhədindən yuxarıda yerləşir. Qar yığını, buzlaqlar və intensiv fiziki aşınma səciyyəvidir. Üzvi aləmi çox kasıb, bitki örtüyü zəifdir. Aşağı sərhədi qütb dairəsində dəniz səviyyəsinə qədər enir.
Quraq iqlim
Quru və ya arid iqlim (lat. aridus – quru) — rütubət əmsalının vahiddan çox kicik olduğu, torpaqda rütubatin kəskin çatişmadğı iqlim şəraiti. Yayı isti və quru keçən illik yağıntının miqdarı isə 450 mm-dən artıq olmayan iqlimdir. Mülayim enliklərin çöllərində qış soyuq, subtropik və tropik zonaların çöllərində isə mülayim isti keçir. Təkcə tranzit çaylar (Nil, Amudərya və b.) arid iqlim zonasını kəsib keçir, az sulu çaylar isə axımsız göl və şoranlıqlar əmələ gətirirlər. Bitki örtüyü ya olmur, ya da çox seyrək və quraqlığa davamlı formalardan ibarətdir. Quru kövrək süxurlar küləklə asanca aşınır və alevrit hissəcikləri səhra hüdudlarından kənara aparılaraq, qumsal süxurda eol relyef formaları əmələ gətirir. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006. — Səhifələrin sayı: 679.
Semiarid iqlim
Semiarid iqlim (rus. семиаридный климат, ing. semiarid climate) /lat.semi- yarım və aridus-quru/– yarımquru iqlim, yarımarid iqlim. Mülayim enliyin səhralarına xas olan iqlim.
Semihumid iqlim
== Semihumid iqlim == Semihumid iqlim (lat.semi-yarı, yarımçıq, humidus-rütubətli və iqlim)-humid iqlim sahələrində düşən yağıntıya nisbətən az yağıntısı olan ərazilərin iqliminə deyilir. Semihumid iqlim çöl və meşə-çöl zonaları üçün səciyyəvidir.
Subekvatorial iqlim
Subekvatorial iqlim - savanna iqlimi — subekvatorial enliklərin (Ekvatorial Afrika, Cənubi və Cənub-Şərqi Asiya, Şimali-Avstraliya) iqlimi. Yüksək hava temperaturu (orta temperatur ən soyuq ayda 18°S, yay aylarında 30°S-dir), onun illik tərəddüdünün aşağı olması və yağıntıların (əsasən, yayda düşür) çoxluğu (2000—2500 mm) ilə xarakterizə edilir. Ekvatorial iqlimdən qış mövsümünün kəskin quru olması ilə fərqlənir. Atmosfer dövranı tropik (ekvatorial) mussonların xüsusiyyətinə malikdir.
Tropik iqlim
Tropiklər (q.yun. τροπικός(κύκλος) — döngə dairəsi) — Yerin iqlim qurşaqları. Tropik bölgələr üçün isti iqlim xarakterikdir.
İqlim Dəyişmələri
Azərbaycanda iqlim dəyişmələri − Dünyanı narahat edən qlobal problemlərdən biri də İqlim dəyişmələridir. İqlim dəyişiklikləri və onların canlı aləmə təsiri dünya birliyini getdikcə daha çox narahat etməkdədir. Qeyri-sabit hava şəraiti tək Azərbaycanda deyil dünyanın bir sıra ölkələrində hiss olunmaqda və problemlər yaratmaqdadır. Bu problemlərə diqqətin artması özünü bir sıra beynəlxalq tədbirlərin, o cümlədən elmi və praktiki konfransların keçirilməsində göstərir. İqlim Dəyişmələri üzrə Hökümətlərarası Ekspertlər qrupunun son qiymətləndirmə hesabatına görə son 100 ildə Yer kürəsində orta temperatur 0,8 dərəcə artıb. Temperaturun artması isə əsasən antropogen amillərlə bağlıdır. Antropogen amillərin də əsası istilik effekti yaradan qazlar: karbon, metan, azot oksidi, azot 1 oksid və xlor-fülor birləşmələridir. Son 100 illik kosmik müşahidələr göstərir ki, tufanların, çovğunların həm intensivliyi, həm də tezliyi artıb. İsti küləklər, qasırğalar, yağıntılar güclənib. Eyni zamanda, sel, daşqın hadisələrinin də sayı artıb.
İqlim amilləri
== İqlimi formalaşdıran əsas proses və amillər == İqlimin dəyişmələrinin səbəbləri tam aydın deyildir. Ancaq, aşağıdakı əsas xarici təsirlər məlumdur: Yer orbitinin dəyişməsi (Milankoviç sikli), günəş aktivliyi (o cümlədən günəş sabitinin dəyişməsi), vulkan püskürmələr və istixana effekti === Yer orbitinin dəyişməsi === Orbitin dəyişməsinin Yer iqliminə təsiri günəş aktivliyinin rəqsləri ilə oxşardır, ona görə ki, orbitdən kiçik meyletmələr Yer səthində günəş şüalarının yenidən paylanmasına gətirir. Orbitin vəziyyətinin belə dəyişmələri Milankoviç sikli adlanır. Bu meyletmələrin səbəbi Yer, onun peyki Ay və digər planetlərin fiziki qarşılıqlı təsiri olduğundan onları böyük dəqiqliklə proqnozlaşdırmaq mümkün olur. Orbitin dəyişməsi axırıncı buzlaşma dövrünün qlyasoloji və interqlyasoloji sikllərinin əsas səbəbidir. Saxara səhrasının sahəsinin artıb azalmasını da bu amillə izah edrlər. Litosfer tavalarının hərəkətləri uzun zaman kəsiyində kontinentləri hərəkətə gətirir, okeanda su dövranlarını formalşdırır, dağ suayrıcılarını dağıdır və yenisini yaradır, yəni iqlimin mövcud oluğu səthi yaradır. Son zamanlar aparılmış tədqiqatlar tektonik hərəkətlərin axırıncı buzlaşma dövrünün şəraitinin dərinləşdiyini göstərdi: 3 milyon il əvvəl Şimali - və Cənubi amerika tavaları toqquşmuş, Panama boğazı yaranmış və Atlantik və Sakit okeanlarının sularının birbaşa qarışması bağlanmışdır. Vulkan püskürmələri iqlimə təsir edib onu bir neçə il soyutmağa qabildir. Məsələn, 1991-ci ildə Pinatubo vulkanının püskürməsi iqlimə əsaslı təsir göstərdi.
İqlim anomaliyası
İqlim anomaliyası — Yerin hər hansı sahəsi üçün xas olan orta iqlim göstəricilərinin normadan xeyli kənara çıxması.
İqlim dəyişiklikləri
İqlim dəyişmələri — bütövlükdə Yer kürəsinin və ya onun ayrı-ayrı bölgələrinin iqlimində zamanla dəyişmələr, onilliklərdən milyonlarla ilə qədər bir müddət ərzində hava parametrlərinin uzunmüddətli dəyərlərdən statistik əhəmiyyətli sapmalarında ifadə edilir. Həm hava parametrlərinin orta dəyərindəki dəyişikliklər, həm də ekstremal hava hadisələrinin tezliyindəki dəyişikliklər nəzərə alınır. İqlim dəyişikliyinin öyrənilməsi paleoklimatologiya elmidir. İqlim dəyişikliyinin səbəbi Yerdəki dinamik proseslər, günəş radiasiyasının intensivliyinin dəyişməsi kimi xarici təsirlər və son zamanlar insan fəaliyyətidir. Mövcud iqlimin dəyişməsi (istinmə istiqamətində) qlobal istiləşmə adlanır. == Haqqında == Dünyanı narahat edən qlobal problemlərdən biri də İqlim dəyişmələridir. İqlim dəyişiklikləri və onların canlı aləmə təsiri dünya birliyini getdikcə daha çox narahat etməkdədir. Qeyri-sabit hava şəraiti tək Azərbaycanda deyil dünyanın bir sıra ölkələrində hiss olunmaqda və problemlər yaratmaqdadır. Bu problemlərə diqqətin artması özünü bir sıra beynəlxalq tədbirlərin, o cümlədən elmi və praktiki konfransların keçirilməsində göstərir. İqlim Dəyişmələri üzrə Hökümətlərarası Ekspertlər qrupunun son qiymətləndirmə hesabatına görə son 100 ildə Yer kürəsində orta temperatur 0,8 dərəcə artıb.
İqlim dəyişikliyi
İqlim dəyişikliyi — həm insanlardan qaynaqlanan emissiyanın səbəb olduğu istixana qazlarının hərəkətə gətirdiyi qlobal istiləşməni, həm də bunun nəticəsində hava modellərində özünü göstərən böyükölçülü dəyişiklikləri əhatə edir. Əvvəlki dövrlərdə də iqlim dəyişiklikləri olmasına baxmayaraq, 20-ci əsrin ortalarından bəri insanlar Yer kürəsinin iqlim sisteminə misli görünməmiş dərəcədə təsir göstərmiş və qlobal miqyasda dəyişikliklərə səbəb olmuşdur.İstiləşmənin ən əsas hərəkətverici qüvvəsi 90%-dən çoxu karbon qazı (CO2) və metandan ibarət olan istixana qazlarının emissiyasıdır. Bu emissiyaların əsas mənbəyi enerji istehlakı üçün təbii yanacaqların (kömür, neft və qaz) yandırılması olsa da, bunda kənd təsərrüfatının, ağacların kəsilməsinin və sənaye proseslərinin də rolu var. Milli və ya beynəlxalq arenada tanınan heç bir qurum iqlim dəyişikliyindəki insan faktoruna qarşı çıxmır. İqlim dəyişikliyinə verilən reaksiyalar – günəşi əks etdirən qar və buz örtüyünün yox olması, artmış su buxarı (istixana qazının özü) və quru və okeandakı karbon uducularda baş verən dəyişikliklər – temperatur artımını sürətləndirir və ya yavaşıdır. Qurudakı temperatur artımı qlobal orta artımın təxminən iki qatına bərabərdir, bu da öz növbəsində səhraların ekspansiyasına (genişlənməsinə), isti hava dalğalarının və meşə yanğınlarının artmasına səbəb olur. Artan buxarlanma göstəriciləri daha güclü fırtınalara və ekstremal hava şəraitinə gətirib çıxarır. Temperatur artımı Arktikada amflikasiya olur, bu da permafrostun əriməsinə, buzlaqların geri çəkilməsinə və dəniz buzlarının yoxa çıxmasına təkan verir. Əlavə istilik həmçinin tətikləyici kritik faktorlar riskini də artırır. Ekosistemlər üzərindəki təsirlərə ətraf mühit dəyişdikcə – xüsusilə mərcan riflərində, dağlarda və Arktikada – bir çox bioloji növün yerdəyişməsi və ya nəslinin kəsilməsi daxildir.
İqlim dəyişkənliyi
İqlim dəyişmələri — bütövlükdə Yer kürəsinin və ya onun ayrı-ayrı bölgələrinin iqlimində zamanla dəyişmələr, onilliklərdən milyonlarla ilə qədər bir müddət ərzində hava parametrlərinin uzunmüddətli dəyərlərdən statistik əhəmiyyətli sapmalarında ifadə edilir. Həm hava parametrlərinin orta dəyərindəki dəyişikliklər, həm də ekstremal hava hadisələrinin tezliyindəki dəyişikliklər nəzərə alınır. İqlim dəyişikliyinin öyrənilməsi paleoklimatologiya elmidir. İqlim dəyişikliyinin səbəbi Yerdəki dinamik proseslər, günəş radiasiyasının intensivliyinin dəyişməsi kimi xarici təsirlər və son zamanlar insan fəaliyyətidir. Mövcud iqlimin dəyişməsi (istinmə istiqamətində) qlobal istiləşmə adlanır. == Haqqında == Dünyanı narahat edən qlobal problemlərdən biri də İqlim dəyişmələridir. İqlim dəyişiklikləri və onların canlı aləmə təsiri dünya birliyini getdikcə daha çox narahat etməkdədir. Qeyri-sabit hava şəraiti tək Azərbaycanda deyil dünyanın bir sıra ölkələrində hiss olunmaqda və problemlər yaratmaqdadır. Bu problemlərə diqqətin artması özünü bir sıra beynəlxalq tədbirlərin, o cümlədən elmi və praktiki konfransların keçirilməsində göstərir. İqlim Dəyişmələri üzrə Hökümətlərarası Ekspertlər qrupunun son qiymətləndirmə hesabatına görə son 100 ildə Yer kürəsində orta temperatur 0,8 dərəcə artıb.
İqlim müalicəsi
İqlim müalicəsi və ya klimatoterapiya — müalicə və profilaktika məqsədi ilə iqlim amillərindən istifadə. Xarici iqlim şəraiti və yerli iqlimin xüsusiyyətləri tibbi klimatologiyada və patoloji fiziologiyada istifadə olunur. Klimatoterapiyada relyefin yeri, hündürlük, havanın temperaturu, atmosfer təzyiqi, küləyin gücü, küləyin istiqaməti, buludluluq, günəş radiasiyasının sıxlığı, landşaft xüsusiyyətləri mühüm əhəmiyyət kəsb edir. Klimatoterapiya həm xəstə üçün adi iqlim şəraitində (ölkə kurortlarında, istirahət evlərində, yerli klinikalarda), həm də xüsusi iqlim klinikalarında həyata keçirilə bilər. Dağ iqlimi tənəffüs və damar sistemlərinə güclü təsir göstərir, maddələr mübadiləsini stimullaşdırır. Səhra iqlimi vərəm xəstəliyini müalicə etmək üçün istifadə edilə bilər, yarımsəhra iqlimi isə böyrək xəstəliklərinə faydalı təsir göstərir.
İqlim optimumu
İqlim optimumu – canlı orqanizmlər üçün temperatur rejimi və rütubətliyin miqdar parametrlərinin vaxta və əraziyə görə bir-birinə uyğun gəlməsi.
İqlim qurşağı
İqlim (yun. κλίμα (klimatos) — havanın çoxillik rejimi. Hava şəraitinin bir-birini əvəz edən bütün müxtəlifliklərinin məcmusu. Planetar miqyasda, zonalar daxilində iqlim makroiqlim adlanır. Müəyyən coğrafi landşaft üçün xarakterik olub bir və ya bir neçə meteoroloji stansiyanın məlumatı ilə səciyyələndirilə bilən iqlim -məhəlli iqlim (mezoiqlim də adlanır), kiçik sahələrdə (tarla, yamac, təbii və süni göllər, sahil, şəhər və s.) havanın yer səthinə yaxın təbəqəsinin iqliminə isə mikroiqlim deyilir. İqlimyaradıcı amillər günəş radiasiyası, hava axınları, ərazinin mövqeyi, səth örtüyünün vəziyyəti və sairədir. Əsas iqlimyaradıcı proseslər isə atmosferin ümumi dövranı və rütubət dövranıdır. İqlim təsir göstərən coğrafi amillər-coğrafi en dairələri, relyef, dəniz səviyyəsindən hündürlük, quru və su səthinin paylanması, dəniz və okean axınları, bitki və torpaq örtüyünün xarakteri, qar örtüyü və havanın tərkibidir. == İqlim amilləri == İqlimin əsas elementləri: günəş radiasiyası (işıq, istilik), atmosfer çöküntüləri və atmosfer təzyiqi, havanın rütubətliyi, torpağın rütubətliyi, havanın sirkulyasiyası (külək), atmosfer təzyiqi. İqlim amilləri biosenozun inkişafı üçün şərait yaradır.
İqlim resursları
İqlim resursları- dedikdə konkret ərazi və regionun malik olduğu istilik və rütubət ehtiyatı başa düşülür. Mövsüm və ərazi üzrə istilik, xüsusilə rütubətlik qeyri-bərabər paylanmışdır. Havanın temperaturu -90 °C-dən +80 °C arasında tərəddüd edir, hərçənd yer üçün orta temperatur təxminən +15 °C təşkil edir. == Ümumi məlumat == Quru ərazi bütövlükdə atmosfer rütubətliyi ilə də pis təmin olunmayıb: onun səthinə hər il orta hesabla 119 min km³ yağıntı düşür. Lakin bəzi rayonlara ildə 12000 mm-dən artıq yağıntı düşdüyü halda, elə geniş ərazilər vardır ki, ora 50–100 mm-dən də az yağıntı düşür. Ətraf mühitdə su və havanın miqdarı praktiki olaraq azalmır, lakin insan fəaliyyəti nəticəsində onlar keyfiyyətcə pisləşə və istifadəsi məhdudlaşa bilər. Məsələn, suyun miqdarı azalmasa da, içməli suyun miqdarı azalır. Bu təbii resurslar yalnız müasir texnika və texnologiyanın köməyi ilə (suyun, tozun, qazın təmizlənməsi, həmçinin səhiyyə-gigiyena işləri) tükənməz qala bilər.
İqlim sistemi
== İqlim və hava == İstənilən zaman anında, istənilən coğrafi rayonda atmosferin aşağı qatında meteoroloji elementlərin vəziyyətinə məişətdə, yəni, insanlar arasında hava deyilir. Həmin hava tipinin təkrarlanmasına isə iqlim deyilir. == İqlim sistemi == Tədqiqatlar aparılan zaman iqlimin və havanın məişət tərifi xeyli genişlənməlidir. Belə ki, iqlimin və havanın çoxillik dəyişilmələri zamanı bütün atmosferi, okeanı və qurunu bir sistem şəklində baxmaq lazımdır. Qısa AOQ (atmosfer – okean – quru) kimi yazılır. Bu sistemdə başlanğıc şərtlər dəyişilməzdir.
Azərbaycanda iqlim dəyişmələri
Azərbaycanda iqlim dəyişmələri − Dünyanı narahat edən qlobal problemlərdən biri də İqlim dəyişmələridir. İqlim dəyişiklikləri və onların canlı aləmə təsiri dünya birliyini getdikcə daha çox narahat etməkdədir. Qeyri-sabit hava şəraiti tək Azərbaycanda deyil dünyanın bir sıra ölkələrində hiss olunmaqda və problemlər yaratmaqdadır. Bu problemlərə diqqətin artması özünü bir sıra beynəlxalq tədbirlərin, o cümlədən elmi və praktiki konfransların keçirilməsində göstərir. İqlim Dəyişmələri üzrə Hökümətlərarası Ekspertlər qrupunun son qiymətləndirmə hesabatına görə son 100 ildə Yer kürəsində orta temperatur 0,8 dərəcə artıb. Temperaturun artması isə əsasən antropogen amillərlə bağlıdır. Antropogen amillərin də əsası istilik effekti yaradan qazlar: karbon, metan, azot oksidi, azot 1 oksid və xlor-fülor birləşmələridir. Son 100 illik kosmik müşahidələr göstərir ki, tufanların, çovğunların həm intensivliyi, həm də tezliyi artıb. İsti küləklər, qasırğalar, yağıntılar güclənib. Eyni zamanda, sel, daşqın hadisələrinin də sayı artıb.
Ekvatorial iqlim qurşağı
== Ekvatorial iqlim qurşağı == Ekvatorial iqlim qurşağı tam zolaq yaratmır. Ilboyu ekvatorial hava kütləsi hakimdir. Günəş radiasiyasının miqdarı az dəyişdiyindən fəsillər bilinmir, daima yaydır. Günəşin düşmə bucağı böyük, hava qalxan hərəkətlidir. Ilboyu temperatur +26 - +28°C-dir. Təzyiq alçaqdır. Hər gün hava buludlu və yağıntılı olur. Sıx çay şəbəkəsi mövcuddur. Yağıntıların çox olmasının əsas səbəbi bu zonada okeanların çox geniş sahə tutmasıdır. Məlum olduğu kimi,atmosferin umumi hava dövrani bir çox səbəblərdən ,xususi ilə suyun və qurunun qeyri-bərabər paylanması amilinin təsiri ilə pozulur.Nəticədə biz ideal ,yəni həmin sahə üçün gözlənən dövrü görmuruk.Dövrun pozulması yer kürəsində radiasiya rejiminin üstünlük təşkil etməsi ilə əlaqədar olaraq yalnız müxtəlif sahələrdə və xüsusən merdional istiqamətdə baş verir.O na görədə yer kürəsində atmosferin ümumi dövrü nə qədər pozulsada ,yenə yer kürəsində iqlim zonallığı müşahidə edilir.Ekvatorial iqllim tipinin ən başlıca xassəsi passatlar vasitəsi ilə buraya gələn tropik havanın rütubətlənməsidir.
Hava və iqlim
== Hava == Səth örtüyü ilə qarşılıqlı təsir şəraitində, onda baş verən fiziki proseslərlə müəyyən olunan, bu və ya digər ərazi üzərində, həmin vaxtda atmosferin vəziyyətinə hava deyilir. Havanın elementləri temperatur, rütubət və təzyiqdir, hava hadisələri isə külək, yağıntı, şimşək və s.. Havanın dəyişməsinə səbəb Günəş radiasiyasının dəyişkənliyi, hava kütlələrinin yerdəyişməsidir. İnsanın həyatı və təsərrüfat fəaliyyəti üçün ən əhəmiyyətli meteoroloji kəmiyyətlər aşağıdakılardır: torpağın temperaturu və rütubəti, havanın təzyiqi, havanın temperaturu və rütubəti, buludluluq, yağıntı, küləyin sürəti və istiqaməti. Çox zaman bu parametrlər hava kəmiyyətləri (parametrləri) də adlandırılır. Bu kəmiyyətlər qarşılıqlı əlaqədə olub bir birindən asılı olurlar. == iqlim == Hava üzərində aparılmış çoxillik müşahidələr, həmin ərazinin iqlimini müəyyən etməyə imkan verir. Həmin ərazidə günəş radiasiyası, atmosfer dövranı və səth örtüyündə baş verən fiziki hadisələrin qarşılıqlı təsiri nəticəsində yaranan və həmin ərazi üçün xarakterik olan hava rejimini yaradan atmosfer proseslərinin qanunauyğun ardıcıllığına iqlim deyilir. Günəş radiasiyası ən əhəmiyyətli iqlim əmələgətirən amildir. Belə ki, bu enerji hesabına atmosferdə olduqca müxtəlif fiziki proseslər baş verir.
Alim (islam)
Əl-Alim (ər. العليم) — Allahın adlarından biri. Mənası: Hər şeyi haqqiyla bilən,elminin sonu olmayan,heç bir şey elmindən gizli qalmayan.Əzəli elmiylə mütləq elm sahibi. Şərq də, Qərb də Allahındır: hansı tərəfə yönəlsəniz (üz tutsanız) Allah oradadır. Şübhəsiz ki, Allah (öz mərhəməti ilə) genişdir, (O, hər şeyi) biləndir!İnsanlar düşünə biləcək bir şüura sahib olduqları andan etibarən öyrənməyə başlayırlar. Müəyyən bir yaşa çatdıqdan sonra da təhsil almağa və bu cür hesabsız biliklər əldə etməyə davam edirlər. Hətta bəzi insanlar müəyyən bir və ya bir neçə mövzu üzrə mütəxəssisləşirlər. Məsələn bir fizika mühəndisi, fizika qanunlarının hamısını öyrənə bilər və ya fəlsəfə üzrə təhsil almış bir insan, fəlsəfi mövzulara tam olaraq hakim ola bilər. Yenə yaxın tarix üzə mütəxəssisləşmiş bir tədqiqatçı, yaxın tarixlə əlaqəli çox dəqiq şərhlər verə bilər. Çünki bu mövzu ilə əlaqədar öyrəniləcək hər şeyi bilir.
Dağ tundra iqlimi (iqlim tipləri)
== iqlim tipləri == Planetimizin 11 əsas iqlim tipindən 8 - nə respublikamızda rast gəlinir. İqlim şəraitinin bu cür müxtəlifliyi və zənginliyi Azərbaycanın kənd təsərrüfatının ayrı-ayrı sahələrinin inkişafına əlverişli şərait yaradır. == Dağ tundra iqlimi == Dağ tundra iqlimi. Dəniz səviyyəsindən 2700 m-dən yuxarıda yüksək dağlıq zona üçün səciyyəvidir və Böyük və Kiçik Qafqaz vilayətlərində, qismən Naxçıvan MR-da (3200 m-dən yuxarıda) rast gəlinir; əsasən ifrat rütubətlənmə (Ə=150-200% və daha çox) ilə fərqlənir. Qış və yay sərin olur. 10º-dən yuxarı temperatur cəmi 0-4000, Naxçıvanda isə 0-800º arasında dəyişir.
İblis (film, 2010)
İblis (Tamil dilində ராவணன், Rom: Raavanan) 2010-cu ildə Tamil dilində Mani Ratnam tərəfindən çəkilmiş və Vikram, Aishwarya Rai və Prithvirajın baş rollarda oynadığı Hindistan filmidir. İblis (Raavanan) filmi eyni vaxtda iki versiyada — hind dilində (fərqli adla — “Pis adam”/Raavan) və tamil dilində lentə alınıb. Hər iki filmdə Aishwarya Rai qadın baş rol ifaçısı olmuşdur, lakin Tamil versiyasında Vikram Veera (İblis) rolunu və onun əri rolunu (Deva) isə Prithviraj oynamışdırsa, Bollywood Hind dilindəki versiyada isə Vikram Deva rolunu oynamış, Veera rolunu isə isə Abhishek Bachchan canlandırmışdır. Filmin Tamil versiyası teluqu dilinə dublyaj edilmişdir. Eyni gündə — 18 iyun 2010-cu ildə hind, tamil və teluqu filmlərinin premyerası baş tutmuşdur. Film Ramayana dastanı əsasında çəkilmişdir. == Süjet xətti == Quldur dəstəsinin başçısı olan Viraya (Vira) polis müfəttişi olan Devin həyat yoldaşı və klassik hind rəqsləri üzrə müəllim olan Raginini qaçırır. Vira ilə Devin arasında çoxdankı haqq-hesab vardır və Vira Raginini öldürərək Devdən qisas almağa qərar verir. Müdafiəsiz qadının köməyi ilə kişidən qisas almağı alçaqlıq hesab edən Ragini Viradan iyrənir. O, Viraya deyir ki, onu öldürə bilməyəcək, buna cavab olaraq Vira ona gülür, amma eyni anda Ragininin öz canına qəsd edəcəyi üçün onu öldürə bilməyəcəyini eşidir və Ragini bundan sonra özünü uçurumdan aşağı atır.
İflas (film, 2004)
== Məzmunu == Film 70 il hakimiyyətdə olan Sovet İttifaqının mənfi və müsbət tərəflərini araşdırır.
Alim (film, 2007)
Alim tammetrajlı sənədli filmi rejissor Oqtay Babazadə tərəfindən 2007-ci ildə çəkilmişdir. "Contact" ltd. şirkətində istehsal edilmişdir. Film dünya şöhrətli alim Rafiq Əliyev haqqındadır. == Məzmun == Film texnika elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü, dünya şöhrətli alim Rafiq Əliyevin həyat və fəaliyyətindən bəhs edir.
Bilim
Elm — obyektiv, sistemli və əsaslandırılmış biliklərin əldə edilməsinə, dəqiqləşdirilməsinə və yayılmasına yönəlmiş insan fəaliyyəti növüdür. Bu fəaliyyətin əsasını elmi faktların toplanması, onların daima yenilənməsi və sistemləşdirilməsi, tənqidi analizi və bu əsasda elmi biliklərin toplanması təşkil edir. Elm təkcə müşahidə edilən təbiət və ictimai halları təsvir etmir, həm də onların əlaqələrini tapır və nəticəni müəyyən edə bilir. == Ümumi məlumat == Hər hansı bir elm haqqında təsəvvür bu elmin obyektini, predmetini, metod və prinsipini öyrənməkdən başlayır. Elm aşağıdakı şərt və dərketmə komponentlərini özündə birləşdirir: elmi əməyin bölünməsi və birliklərinin yaranması; elmi müəssisələr, sınaq və laborator avadanlıqları; elmi-tədqiqat işlərinin metodları; dərketmə və kateqoriya aparatı; elmi informasiya sistemi; əvvəldən toplanmış bütün biliklər məcmusu.Elm yarandığı gündən insanların əmək məhsuldarlığının artırılması və bunun sayəsində onun rifahının yaxşılaşdırılmasına xidmət etmişdir. Elmlə məşğul olan şəxslərə "alim" deyilir. Onlar insanların arasından öz bacarığı, savadı və düşüncəsi ilə fərqlənirlər. == Elm tarixi == Elm müasir halda XVI–XVII əsrlərdən formalaşmağa başlayıb. Tarixi inkişafında o, texnika və texnologiya çərçivəsindən çıxaraq cəmiyyətin inkişafına ciddi təsir edən faktora çevrildi. XVII əsrdən başlayaraq elmi fəaliyyət hər 10–15 ilə iki dəfə artır (kəşflərin sayı, elmi informasiyalar, elmi işçilərin sayı).