Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kina
Kina — Papua-Yeni Qvineyanın pul vahidi. == Xarici keçidlər == Currency (Official Bank of PNG) Bank of Papua New Guinea PDF Arxivləşdirilib 2006-01-13 at the Wayback Machine Papua New Guinea Paper Money Arxivləşdirilib 2011-05-14 at the Wayback Machine Pul ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
İkona
İkona-(yunanca ekon-təsvir, görkəm, sürət)-Dində sitayiş edilən ilahilərin, müqəddəslərin və digər fövqəltəbbi vücudların bədii təsviri(nadir hallarda qabarıq təsviri).
İnna
İnna — qadın şəxs adı. İnna Rıskal — karyerasını başa vurmuş Azərbaycan voleybolçusu. İnna Çurikova — Rusiya aktrisası. İnna (müğənni) — Rumıniyalı müğənni.
İsna
İsna (ərəb. إسنا‎) - Misirin cənub hissəsində, Nil çayının sahilində yerləşən şəhər. Nil çayının qərb sahilində, əl-Üqsür və İdfu şəhərləri arasında yerləşən şəhərin 70 min əhalisi var. əl-Üqsür, İsnanın 55 km cənubunda yerləşir.
Sapa İnka
Sapa İnka (Keçua:Inka Qhapaq) və ya Apu — İnklərin Tanrı-hökmdar mənasında istifadə etdikləri isim.
İnka tarixi
"İnka" termini "günəş" sözündən götürülmüşdür. Onların mədəniyyətinin tarixi 1200–1572-ci illəri əhatə edir. İnkalar ölkəsi qitənin cənub-qərbindən cənuba bir neçə min kilometrə qədər uzanırdı. Öz çiçəklənmə dövründə bu ərazidə 15–16 milyon insan yaşayırdı. İmperiyanın paytaxtı və simvolu Kusko şəhəri idi. Bu şəhər daşdan və qızıldan tikilmiş nağıl kimi idi. Şəhər İnklərin iqamətgahı idi. Ən yüksək hakimiyyət orqanları, ibadət mərkəzləri, şəhər xidmətləri burada yerləşirdi. 16-cı əsrdə şəhərin 200.000 əhalisi və 25 yaşayış evi var idi. Evlər parlaq boyalarla boyanmış, mərmər və jasperlə bəzədilmişdir.
İnna (müğənni)
İnna (rum. Elena Alexandra Apostoleanu, 16 oktyabr 1986) — Rumıniyalı müğənnidir. == Həyatı == İnna 16 oktyabr 1986-cı ildə Rumıniyanın Manqaliya şəhərində doğulmuşdu. Əsl adı Yelena Aleksandra Apostolyanudur. Uşaqlıqda babası ona "İnna" deyə çağırırdı. Bu səbəbdən Yelena estradada "İnna" ləqəbiylə tanınmağa başlayır. Musiqi karyerasına 2008-ci ildən etibarən başlamışdır. İlk sinqlı olan "Hot" mahnısı bir çox hit-paradlarda uğur qazanmışdır. 2009-cu ildə Polşada "Ən yaxşı sinql" və "Ən yaxşı ifaçı" kateqoriyasında "Eska Music Awards" nominasiyasına layiq görülmüşdür. Ardınca İnna uğurla bir neçə albom və sinql çıxarmışdır.
İnna Kojoxina
İnna Kojoxina (d. 26 yanvar 1987) — Ukraynanı təmsil edən bədii gimnast. İnna Kojoxina 2004-cü ildə Ukraynanı XXVIII Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == İnna Kojoxina 2004-cü ildə Ukraynaın bayrağı altında Yunanıstanın Afina şəhərində XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Mariya Bila, Yuliya Çernova, Olena Dziubçuk, Yelizaveta Karabaş və Oksana Paslas ilə birgə təsnifat mərhələsində 42.150 xal toplayaraq 9-cu yeri tutdu və mübarizəni dayandırdı.
İnna Koren
İnna Koren (ing. Inna Koren; d. 30 mart 1964, Bakı, Azərbaycan SSR, SSRİ) — ABŞ-ni təmsil edən şahmatçı, qadınlar arasında beynəlxalq usta (1986). == Həyatı == İnna Koren 30 mart 1964-cü ildə Bakıda anadan olub. 1979-cu ildən ABŞ-də yaşayır. 1986-cı ildə qadınlar arasında Amerika çempionatının qalibi olub. Eyni ildə qadınlar arasında beynəlxalq usta adına layiq görülüb. İnna Koren qadınlardan ibarət şahmat üzrə Amerika yığmasının heyətində 1984 və 1988-ci illərdə Şahmat Olimpiadasının iştirakçısı olub.İnna Koren Yel Universitetini bitirib. == İstinadlar == == Xarici keçidlər == FIDE Chess profili Inna Koren. Chessgames.com (ing.) Inna Koren.
İnna Rıskal
İnna Valeryevna Rıskal (rus. Инна Валерьевна Рыскаль; 15 iyun 1944, Bakı) — karyerasını başa vurmuş Azərbaycan voleybolçusu. == Həyatı == İnna Rıskal 1944-cü ildə Bakıda anadan olub. Yeniyetmə yaşlarından Bakının "Neftçi", 16 yaşından isə SSRİ yığma komandasının heyətində çıxış edib. "Xəzər qasırğası" təxəllüsü ilə şöhrət qazanıb. == Uğurları == Tokiodakı 1964 Yay Olimpiya Oyunları və Monrealdakı 1976 Yay Olimpiya Oyunlarında gümüş, Mexikodakı 1968 Yay Olimpiya Oyunları və Münhendəki 1972 Yay Olimpiya Oyunlarında analoji yarışların qızıl mükafatçısı olub. 1968-ci ildə SSRİ-nin əməkdar idman ustası adına yiyələnib. 1970-ci ildə dünya çempionu, 1973-cü ildə dünya kubokunun sahibi, 1963, 1967 və 1971-ci illərdə Avropa çempionu olub. O, 1961-ci ildə əvvəlcə 16 yaşında Bakıda keçirilən məktəblilərin Ümumittifaq Spartakiadasında iştirak etmiş və oradan birbaşa SSRİ-nin yığma komandasına dəvət almışdır. "Məhsul", sonra isə "Neftçi" komandasında çıxış etmiş və təcrübə qazanmışdır.
İnna Suslina
İnna Suslina (d. 5 yanvar 1979) — Rusiyanı təmsil edən həndbolçu. == Karyerası == İnna Suslina Rusiya yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Norveç yığmasına 34:27 hesabı ilə məğlub olan Rusiya yığması, XXIX Yay Olimpiya Oyunlarını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı.
İnna Çernyak
İnna Mixolaevna Çernyak (ukr. Інна Миколаївна Черняк, d. 26 mart, 1988) — Ukraynalı cüdo və sambo praktikantı. == Karyera == Doğuşdan görmə maneəli olmasına baxmayaraq, həm görmə qabiliyyətli və görmə maneəlilərə qarşı yarışır. Onun əkiz qardaşı Marina görmə maneəli deyil və müntəzəm cüdo turnirlərində iştirak edir. Bir-birinə qarşı rəqabətdən qaçmaq üçün bacı-qardaş hadisələri bir-birindən ayırır. Məsələn, 2013 Dünya Çempionatında İnna 52 kiloda, 48 kiloqramda isə Marina yarışdı. 2013 Universiadasında samboda İnna, cüdo üzrə Marina 52 kq kateqoriyasında medal qazanmışdı.
İnna Çurikova
İnna Mixailovna Çurikova (rus. Инна Михайловна Чурикова, 5 oktyabr 1943, Bələbəy, Başqırd MSSR – 14 yanvar 2023, Moskva) — Rusiya aktrisası. SSRİ xalq artisti (1991), Rusiya Federasiyasının Dövlət Mükafatı laureatı (1997). == Həyatı == İnna Çurikova 1943-cü il oktyabrın 5-də Ufa vilayətinin Belebey kəndində anadan olub. Anası Yelizaveta Zaxarovna biokimya üzrə elmlər doktoru idi, atası Mixail Çurikov isə Kənd Təsərrüfatı Akademiyasında işləyib. 1950-ci ildə anası ilə atası ayrılıb və anası İnna ilə birlikdə Moskvaya köçüb. Orta məktəbdə çox yaxşı oxuyan İnna getdikcə teatra maraq göstərir. Həyatda hər şeyə öz zəhməti və iradəsi ilə nail olan anası da çox istəyib ki, qızı gələcəkdə aktrisa olsun. İnna Çurikovanın xarici görünüşü aktrisalığa uyğun gəlməsə də, anası onu həmişə gözəl hesab edib. Sonralar İnna Çurikova etiraf edib ki, anası olmasaydı, özünə inanmazdı.
İona (peyğəmbər)
Yunus Peyğəmbər – Allahın elçisi. Quranda adı müstəqil bir surəyə verilən 6 peyğəmbərdən (Nuh, İbrahim, Yusif, Hud, Məhəmməd və Yunus) biridir. Bundan başqa, müqəddəs Kitabımızda bir neçə surədə onun adı anılır. Müqəddəs Kitaba (Tövrat, Zəbura, İncilə) əsasən, Assuriyanın paytaxtı Ninəva şəhərində (bu şəhər indiki İraq ərazisində, Mosul yaxınlığında olub) doğulan Yunus peyğəmbər ömrünün otuz üç ilini Allaha iman etməyə çağırıb. Amma cəmi iki-üç adam ona inanıb. == Bibliyada == Bibliyada Yunus İona kimi verilir. Əhdi-ətiqdə deyilir ki, Assuriyanın paytaxtı Ninəvada əhali çox varlı həyat sürürmüş. Bu, onların dini və mənəvi cəhətdən çökməsinə gətirib çıxarır. Bu zaman Allah peyğəmbər Yunusu onlara göndərir ki, yollarına düzəlib tövbə etməsələr, onları gözləyən fəlakət barədə xəbərdarlıq etsin: "Allah dedi: "Dur get Ninəvaya – o böyük şəhərə, bildir ki, yaramazlıqlarından xəbərdaram" (Peyğəmbər İonanın kitabı, 1:2). Amma Yunus peyğəmbər Allahın sözünə qulaq asmayıb və gəmiyə oturub başqa ölkəyə gedib.
İnna Kolomiyets
İnna Antonovna Kolomiyets (ukr. І́нна Анто́нівна Коломі́єць; 8 mart 1921, Aleysk, Altay diyarı – 2005) — Ukrayna heykəltaraşı, Ukrayna SSR-nin əməkdar rəssamı (1973), Ukrayna Milli Rəssamlar İttifaqının üzvü (1973). O, 1950-ci illərdən başlayaraq heykəltaraşlıqda sosialist realizminin inkişafına əhəmiyyətli təsir göstərmişdir İnna Kolomiyetsin yaradıcılığı XX əsrin orijinal Ukrayna milli incəsənətinin nümunəsidir. Heykəltaraşın xarakterik xüsusiyyəti onun müxtəlif plastik növlərində – monumental, monumental-dekorativ, dəzgah, eləcə də keramika memarlığında işi idi. O, İkinci Dünya müharibəsinin iştirakçısı olmuşdur. Kolomiyets Ukrayna SSR Ali Radası Rəyasət Heyətinin diplomu ilə təltif edilmişdir. == Həyatı == İnna Antonovna Kolomiyets 8 mart 1921-ci ildə SSRİ-nin bir hissəsi olan Rusiya SFSR-də, Altay diyarının Aleysk şəhərində Kiyev zavodunun rəhbəri Anton Kolomiyetsin ailəsində anadan olmuşdur. O, İkinci Dünya müharibəsinin iştirakçısı olmuşdur. Kolomiyets uşaqlıqdan rəssam olmaq arzusunda idi, buna görə də Kiyev İncəsənət Universitetinə daxil olmuşdur. Onun müəllimləri Ukrayna SSR-nin əməkdar artistləri L. Muravin, İ. F. Kriçevski, professorlar M. Gelman, K. Yelev və s.
Yu İnna
Yoo İn-na ( kor. 유인나;5 iyun 1982, Cənubi Koreya) Cənubi Koreyalı aktrisadır."High Kick! Through the Roof (2009–10)" və "Secret Garden (2010)" filmlərində köməkçi rollardan sonra o, "Queen and I (2012)" filmində baş rolda şöhrət qazandı və bu, " My Love from the Star" filmində ikinci plan roluna səbəb oldu. O, həmçinin Cənubi Koreyada ən yüksək reytinqli kabel televiziyası seriallarından biri olan "Guardian: The Lonely and Great God (2016–17)" və "Touch Your Heart (2019)" filmlərindəki rolları ilə tanınır. Aktyorluqdan başqa, Yu radioya da cəsarət etdi. O, 2011-ci ildən 2016-cı ilə qədər "Let's Crank Up the Volume" qrupunun DJ-i olub. == Karyera == 16 yaşında ikən İn-na 1998-ci ildə yeni müğənni kimi əyləncə agentliyinə qatıldı və az qala qız qrupunun bir hissəsinə çevrildi. 11 il və beş fərqli agentlikdən sonra o, müğənni ola bilmədi. Yoo, K-pop müğənnilərindən tələb olunan rəqs xoreoqrafiyasını əzbərləməkdə çətinlik çəkdiyini və həftənin altı günü, gündə səkkiz saat məşq etdikdən sonra idol olmaqdan imtina etdiyini söylədi. 2006-cı ildə Yu YG Entertainment-ə gənc aktrisa kimi qatıldı.
Tosa-ina
Tosa-ina, tosa-ken, Yapon mastifi — Molosslara daxil olan və Yaponiyada təbii şəkildə formalaşan it cinsi. XIX əsrin sonları Tosa knyazlığında it döyüşləri üçün istifadə edilirdi. == Tarixi == Tosa-ina it cinsi Meyci dövründə xüsusi ilə it döyüşləri üçün yetişdirilmişdir. Yerli it cinslərinin Avropadan gətirilən Buldoq, Mastif, Bulterer, Alman poynteri, Alman doqu və Senbernarlar ilə seleksiya edilməsi nəticəsində indiki Koçi prefekturası ərazisində yeni cinslər yetişdirilirdi. Bu cinslər döyüşlərdə rəqiblərini dişləri ilə deyil cüssələri ilə məğlub edirdilər. === İt döyüşü === Sumo döyüşlərini xatırladır. Burada itlər bir-birini dişləmir. Hədəf sadəcə rəqibi küncə sıxmaqdır. Digər iti dişləyənlər, hürənlər yarışdan çıxarılır. Qalib gələn it xüsusi qidaya sahiblənir.
İna Deltçeva
İna Delçeva (20 iyul 1977) — Bolqarıstanı təmsil edən bədii gimnast. == Karyerası == İna Delçeva Bolqarıstanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində gümüş medalın sahibi olub.
İna Delçeva
İna Delçeva (20 iyul 1977) — Bolqarıstanı təmsil edən bədii gimnast. == Karyerası == İna Delçeva Bolqarıstanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində gümüş medalın sahibi olub.
İna çayı
İna (pol. Ina, alm. Ihna‎) — Odranın sağ qolu olub, şimal-qərbi Polşada çay. == Əsas göstəriciləri == Uzunluğu- 129 km olub, hövzəsinin sahəsi 2189 km²-dir. İnsko şəhəri yaxınlığından başlanğıcını götürərək Odra çayına Şeçina yaxınlığında tökülür.
İnna Osipenko-Radomska
İnna Osipenko-Radomska (ukr. Iнна Володимирiвна Осипенко-Радомская d. 20 sentyabr 1982; Xerson, Ukrayna) — Ukrayna və Azərbaycanı təmsil edən kanoeçi. Ukrayna yığmasının heyətində Sidney, Afina, Pekin və London Olimpiadalarına qatılıb və bir qızıl, iki gümüş, bir bürünc medal qazanıb. Azərbaycan yığmasının heyətində isə Rio-de-Janeyro Olimpiadasında qüvvəsini sınayan İnna Osipenko-Radomska bürünc medal qazanıb. == Karyerası == === 1999-cu il: === İnna Osipenkonun birinci beynəlxalq turniri 1999-cu ilin 22–25 iyulunda Xorvatiyanın Zaqreb şəhərində baş tutan gənclər arasında Dünya Çempionatı oldu. İnna Osipenko bu çempionatda K2–500 və K4–500 turnirlərində mübarizə apardı. Əvvəlcə K4–500 turnirində çıxış edən İnna Osipenko və yığma üzvləri 1:42.446 dəqiqə nəticə göstərdi və final mərhələsini doqquz yığma sırasında beşinci pillədə başa vurdu. Daha sonra isə K2–500 turnirində çıxış edən İnna Osipenko və yığma üzvü 1:52.984 dəqiqə nəticə göstərdi və bu səfər də final mərhələsini doqquz idmançı sırasında beşinci pillədə başa vurdu. === 2001-ci il === 18 yaşlı İnna Osipenko 2001-ci ilin 22–26 avqustunda Polşanın Poznan şəhərində baş tutan Dünya Çempionatında mübarizə apardı.
Ləqəbi "İKA"dır (1997)
== Məzmun == Film SSRİ Dövlət Təhlükəsizlik Komitəsi əməkdaşlarının 1953-1990-cı illərdəki fəaliyyətindən, 1990-cı il yanvarın 20-də Bakıda baş vermiş faciəli hadisələrin təşkilində bu komitənin bilavasitə iştirakından bəhs edir. == Film haqqında == Film rejissor Teymur Bəkirzadənin kinoda son işidir. Filmdə sənədli kadrlardan istifadə edilmişdir. Çəkiliş vaxtı səhvən İran sərhədi 25 km keçilmişdi. Xəbərdarlıqdan sonra çəkiliş vertolyotu geri qayıtdı. Kütləvi səhnələrin birində Prişibdə yaşayan malakanlar iştirak etmişlər. Filmin çəkilişinə Ramanadakı hərbi hissənin paraşütçüləri köməklik göstəriblər. "Ürək yaddaşı" adlanan ədəbi ssenarini rejissor Vaqif Mustafayev 90-cı il hadisələri zamanı yazıb, amma öz ssenarisinə quruluş vermək fikrində olmayıb. Ssenarini Teymur Bəkirzadə bəyənmişdi. Filmin çəkilişlər tamamlansa da, Teymur Bəkirzadənin qəflətən dünyasını dəyişməsi yaradıcı heyəti çaşqın vəziyyətə salır.
IANA
IANA— (ing. Internet Assigned Numbers Authority; azərb. İnternet nömrələrinin verilməsi mərkəzi‎) — internetdə .com, .net, .org kimi ən yüksək səviyyəli domenlərin inzibati idarə olunmasına cavabdeh olan və ABŞ hökumətinin maliyyələşdirdiyi qeyri-kommersiya təşkilatıdır. IANA qlobal ərazilər üzrə (əsasən Avropa, Asiya və Amerika) adlar fəzasını müəyyənləşdirəcək təşkilatları əlaqələndirir. 1998-ci ilin sentyabrından bu funksiyanı beynəlxalq qeyri-kommersiya təşkilatı olan ICANN öz üzərinə götürüb. ICANN tərəfindən yaradılan və onun strukturuna daxil olan IANA İnternet səbəkəsində rəqəmli ünvanların paylanması üzrə səlahiyyətli təskilatdır və əsas funksiyası (gTLDs) ümümi istifadəli domenlərin beynəlxalq verilənlər bazasını və (ccTLDs) yüksək səviyyəli milli domenləri dəstəkləməkdən ibarətdir. Bu təşkilatlar internet ictimaiyyətinin maraqlarını təmsil edirlər. == IANA fəaliyyətləri == IANA RFC-də müəyyən edilmiş protokollarda istifadə olunan bütün ehtiyatda saxlanılan adların və nömrələrin bölgüsü üçün cavabdehdir. === IP-ünvanların paylanması === IANA regionlarda hər bir ölkəyə məxsus olan birinci səviyyəli IP-ünvanları idarə edir. Regional registratorlar da, öz növbəsində, daha kiçik internet-provayderlərə nümayəndə göndərir.
IKEA
IKEA — evlər və ofislər üçün rahat şəkildə quraşdırıla bilinən mebel, mətbəx texnikası və ev ləvazimatları hazırlayan İsveç şirkətidir. 17 yaşındakı Ingvar Kamprad tərəfindən 1943-cü ildə İsveçdə qurulan IKEA, 2008-ci ildən bəri dünyanın ən böyük mebel satıcısıdır. Bloomberq milyarderlər indeksinin məlumatlarına əsasən İngvar Kamprad 58.7 mlrd dollar sərvəti ilə dünyada ən zəngin 8-ci adam idi (2018 Yanvar) == Tarixi == İKEA adı bir akronim olub təsisçinin adı (İnqvar Kamprad), onun doğulduğu fermanın(Elmtarid) və yaxınlıqdakı kiçik kəndin(Aqunnyarid)adından götürülüb 1943-cü ildə İnqvar Kamprad poçt sifarişi ilə satış biznesi olaraq IKEA-nı qurdu və beş ildən sonra mebel satmağa başladı. İlk mağaza 1958-ci ildə Smoland əyalətinin Elmhult şəhərində Möbel-IKÉA (Möbel isveçcə "mebel" deməkdir) adı ilə açılmışdır. İsveçdən kənarda ilk mağazalar Norveçdə (1963) və Danimarkada (1969) açılmışdır. Mağazalar 1970-ci illərdə Avropanın digər hissələrinə yayıldı, ilk mağaza Skandinaviyadan kənarda İsveçrədə (1973), ardınca Qərbi Almaniyada (1974) açıldı.
Ləqəbi "İKA"dır (film, 1997)
== Məzmun == Film SSRİ Dövlət Təhlükəsizlik Komitəsi əməkdaşlarının 1953-1990-cı illərdəki fəaliyyətindən, 1990-cı il yanvarın 20-də Bakıda baş vermiş faciəli hadisələrin təşkilində bu komitənin bilavasitə iştirakından bəhs edir. == Film haqqında == Film rejissor Teymur Bəkirzadənin kinoda son işidir. Filmdə sənədli kadrlardan istifadə edilmişdir. Çəkiliş vaxtı səhvən İran sərhədi 25 km keçilmişdi. Xəbərdarlıqdan sonra çəkiliş vertolyotu geri qayıtdı. Kütləvi səhnələrin birində Prişibdə yaşayan malakanlar iştirak etmişlər. Filmin çəkilişinə Ramanadakı hərbi hissənin paraşütçüləri köməklik göstəriblər. "Ürək yaddaşı" adlanan ədəbi ssenarini rejissor Vaqif Mustafayev 90-cı il hadisələri zamanı yazıb, amma öz ssenarisinə quruluş vermək fikrində olmayıb. Ssenarini Teymur Bəkirzadə bəyənmişdi. Filmin çəkilişlər tamamlansa da, Teymur Bəkirzadənin qəflətən dünyasını dəyişməsi yaradıcı heyəti çaşqın vəziyyətə salır.
ADNA
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və ya qısaca ADNSU — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi. == Tarixi == Universitetin tarixi 1887-ci ildən başlayır. 10 noyabr 1887-ci ildə Bakı şəhər duması tərəfindən Bakıda texniki məktəbin yaradılması haqqında qərar çıxarılmışdır. 1896-cı ildə texniki məktəb "Bakı aşağı səviyyəli texniki məktəbə" çevrilmişdir. 1896–1905-ci illər ərzində bu məktəbin mexanika şöbəsi üzrə 50 nəfər, inşaat şöbəsi üzrə isə 55 nəfər buraxılışı olmuşdur. 1910-cu ildə mexanika şöbəsinə neft-texniki və elektromexanika istiqamətlər daxil idi. 1916-cı ildə məktəbdə 494 tələbə təhsil alırdı ki, onlardan da 20 nəfəri azərbaycanlı idi. 1918-ci ildə məktəb politexnikum adlandırılmışdır. Politexnikumda neft sənayesi, elektromexanika və inşaat–memarlıq şöbələri fəaliyyət göstərmiş, tələbələrin sayı 188 nəfər olmuşdur. Bu dövrdə Azərbaycanda, aralarında 12 mühəndis olan cəmi 62 nəfər azərbaycanlının ali təhsili olmuşdur.
Akça
Akça (osm. اقچه, türk. akçe — «ağımtıl») — Osmanlı imperiyası və qonşu dövlətlər ərazisində dövriyyədə olan XIV-XIX əsrlərə aid kiçik gümüş sikkə.Aspr (yun. άσπρος — "ağımtıl") - Orta-Şərqi Avropada mövcud olan "akça" sikkəsinin yunan adı. Bir sıra dillərdə (məsələn, Tatar dilində) akça toplu bir isim - "pul" mənasına malikdir. == Osmanlı akçaları == === İlk Osmanlı akçaları === İlk dəfə Osmanlı akçaları 1327-ci ildə Hülakü sikkələri modelində Sultan Orxan (Osmanlı dövlətinin qurucusu I Osmanın oğlu) tərəfindən zərb edilmışdi. Akça üzərində İslamın qanunlarına görə, şəkillər deyil, yalnız ərəb əlifbasında yazı var idi. Uzun namaz cümlələri olan sikkə hazırlanması üslubu tezliklə dəyişdirildi və sikkələrin üzərində Sultan və atasının adları, zərb yeri və tarixi, eyni zamanda ərəb dilində qısa arzuların mətni yazılmağa başladı. Sikkələrin üzərində Ərəb dilində: خلد ملكه "hullide mülkuhu" (hakimiyyəti sonsuza qədər olsun) və ya Ərəb dilində: عز نصره "azze nesruhu" (Allah sizə kömək etsin) yazılırdı. === Akçanın dəyəri === İlk dövrlər akçalar kiçik (1,15 q), lakin möhkəm gümüş sikkələr idi.
Fransız döyüş gəmisi Iéna
Iéna, Fransız Dəniz Qüvvələri (Marine Nationale) üçün hazırlanmış yenilməz bir döyüş gəmisi idi. 1902-ci ildə tamamlanmış və Napalyonun qələbələrindən birinin adını daşıyan gəmi Aralıq dənizi eskadronuna təyin edilmiş və karyerası boyunca orada qalmış və tez-tez flaqman rolunu oynamışdır. İllik donanma manevrlərinə qatılmış və Aralıq dənizindəki Fransız limanlarına çox sayda ziyarət etmişdir. 1907-ci ildə, Iéna təmirə bağlandığı zaman, ehtimal edilir ki, köhnə Poudre B itələyici maddənin parçalanması nəticəsində yaranan partlayış nəticəsində 120 nəfər ölmüş və gəmi ciddi şəkildə zədələnmişdir. Ardından istintaq başladılmış və bunun ardınca yaşanan qalmaqal Dəniz Nazirini istefaya məcbur etdi. Onu təmir etmək mümkün olsa da, gəmi nə zamana, nə də xərcə dəyər deyildi. 1912-ci ildə qırıntılara satılmadan əvvəl 1909-cu ildə onun xilas edilmiş gövdəsi topçu hədəfi kimi istifadə edildi. == Dizayn və təsvir == 11 Fevral 1897-ci ildə Dəniz Naziri (Ministre de la Marine) Armand Besnard, Ali Dəniz Şurası (Conseil supérieur de la Marine) ilə məsləhətləşmələrdən sonra, maksimum 12.000 ton (11.810 uzun) yerdəyişmə ilə genişləndirilmiş Charlemagne sinif döyüş gəmisi üçün bir dizayn istədi, gövdənin bir neçə dəfə nüfuz etməsindən və nəticədə daşqından sonra sabitliyi və üzmə qabiliyyətini qoruya bilən bir zireh sxemi, xarici döyüş gəmilərinə bərabər silahlanma, 18 düyün (33 km / saat; 21 mil) sürət və minimum məsafə 4500 dəniz milinin (8,300 km; 5,200 mil). Dəniz İnşaatı Direktoru (Directeur du matérial) Jules Thibaudier, iki ay əvvəl təkmilləşdirilmiş Harvey zirehli ilə əvvəlcədən bir dizayn hazırlamışdı, lakin kəmər zirehinin su xətti üzərindəki hündürlüyünü artırmaq və 138,6 millimetr əvəz etmək üçün dəyişdirildi (5.5 in) 164.7 millimetr (6.5 in) silahlarla Charlemagnes silahları. Thibaudier, yenidən işlənmiş dizaynını 9 Fevralda təqdim etdi və 4 Martda inşaat şurası (Conseil des travaux) tərəfindən kiçik dəyişikliklərlə təsdiq edildi.
Akka
Akka (lat. Acca) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinə aid bitki cinsi.
Ayna
Ayna (qəzet) — həftəlik ictimai-siyasi Azərbaycan qəzeti. Ayna TV — Azərbaycanda fəaliyyət göstərən azərbaycandilli internet televiziya kanalı.FilmlərAyna (film, 2000) — qısametrajlı bədii televiziya filmi. Ayna (film, 2006) — qısametrajlı cizgi filmi.