İQNA

[ ər. ] : iqna etmək klas. – qane etmək, qənaətləndirmək, qənaətbəxş olmaq; razı etmək.
[Qız:] [Nizamüddövlənin adamları] hər gün gəlib, məni iqna etmək istəyir, qandırırdılar. S.Hüseyn.

İQLİMLƏŞMƏK
İQRAR
OBASTAN VİKİ
Hannes İqnatius
İohann Ferdinand "Hannes" İqnatius (8 oktyabr 1871, Helsinki – 3 mart 1941, Helsinki) — Finlandiyalı əsgər və Finlandiya müstəqilliyinin görkəmli dəstəkçisi. == Bioqrafiyası == İqnatius fennoman senat Karl Ferdinand İqnatius və Amanda Kristina Berqmanın oğlu idi. İqnatius hərbi təhsilini 1885–1892-ci illərdə Hamina kadet məktəbində, daha sonra 1896–1899-cu illərdə Sankt-Peterburqdakı general heyəti akademiyasında almışdır. === Hərbi xidməti === İqnatius 1892-ci ildən 1901-ci ilə qədər Finlandiya Əjdaha Alayında xidmət etmişdir. O, 1900-cü ildə kapitan vəzifəsinə yüksəldi. Finlandiya knyazlığının ordusu ləğv edildikdən sonra o, 1901–1917-ci illər aralığında biznes fəaliyyəti ilə məşğul olmağa başladı. İqnatius Birinci Dünya müharibəsi ərzində Finlandiya müstəqilli üçün çalışan hərbi komitənin tanınmış üzvü oldu və ilk olaraq polkovnik, daha sonra 1918-ci ildə general mayor rütbəsinə yüksəldi. İqnatius Finlandiya vətəndaş müharibəsi dövründə 1918-ci il 18 fevraldan 6 maya qədər Ağ Finlandiyanın Maddi-Texniki Təchizat Generalı, eyni ilin mayından iyununa qədər ordunun aparat rəhbəri vəzifəsini tutdu. Qış müharibəsində İqnatius yenidən ordu rəhbəri vəzifəsinə gəldi. İqnatius Suomen Vapaussota 1918 (Finlandiya istiqlaliyyət müharibəsi) nəşriyyat komitəsinin sədri idi.
Henrix İqnas Frans Biber
Henrix İqnas Frans fon Biber [12.8.1644 (xaç suyuna salınma tarixi), Vartenberq, indiki Çexiyanın Liberets şəhəri yaxınlığında Straj-Ralske – 3.5.1704, Zalsburq] – Avstriya bəstəkarı və skripkaçısı. == Həyatı == Barokkonun tanınmış nümayəndələrindən biri, öz dövrünün ən görkəmli virtuoz skripkaçısı olmuşdur. 1660-ci illərdə Qratsda knyaz sarayında, 1668-ci ildən Olomousda yerli yepiskopun yanında xidmət etmişdir. 1670-ci illərin 2-ci yarısından kamera musiqiçisi, 1684-cü ildən ömrünün axırınadək Zalsburq arxiyepiskopunun saray kapelmeysteri olmuşdur. İmperator I Leopoldun fərmanı ilə 1690-cı ildə rıtsar rütbəsi alaraq, Biber fon Bibern adlanmaq hüququnu qazanmışdır. == Fəaliyyəti == Skripka və ansambl musiqisi (sonatalar, partitalar, süitalar) bəstəkarın irsinin qiymətli hissəsini təşkil edir. Əhdi-cədidin müxtəlif süjetlərinə həsr olunmuş skripka və basso kontinuo üçün 15 sonata-misteriya silsiləsini (təqribən 1674) skripka musiqisinin şedevri sayılan q-moll passakaliyası (onu İ.S. Baxın d-moll Partitasından məşhur çakona ilə müqayisə edirlər) tamamlayır. “Harmoniya artificiosa-ariosa” (1696) trio-sonatalar məcmuəsində olduğu kimi, Biber sonata-misteriyalarda, skordatura üsulundan geniş istifadə yolu ilə ənənəvi köklənmiş skripkadan qeyri-adi səs effektləri və həmsədalar əldə etməyə nail olmuşdur. === Əsərləri === Biberin proqram musiqisi, xüsusən də populyar “Sonata representativa” (1669; hissələrin adı: “Ququ quşu”, “Qurbağa”, “Toyuq və xo ruz”, “Pişik” və s.) və “Döyüş” (simli alətlər və basso kontinuo üçün, 1673) əsər ləri eksperimentallığı, incə və yaddaqalan səs effektləri ilə fərqlənir. Biberin dini musiqisi [A-dur Rekviyemi, “Zalsburq” (1682) və “Brüssel” (1696-cı ildən sonra) messaları, “Plaudite tympana” himni (motet), (1682, 53 partiya üçün), Axşam ibadəti (1693, 32 partiya üçün) və s.] sənətkarın polifonik texnikaya sərbəst yiyələndiyini, xor və instrumental musiqi xüsusiyyətlərinə dərindən bələd olduğunu nümayiş etdirir.
Jozef İqnas Gilyoten
Jozef İqnas Gilyoten (28 may 1738[…], Sent[d], Fransa krallığı – 26 mart 1814[…], Keçmiş I arondisman[d], Birinci Fransa İmperiyası) — Anatomiya professoru. == Həyatı == Jozef İqnas Gilyoten 1738-ci ilin mayın 28-də Fransanın Sent şəhərində o qədər də uğur qazanmayan vəkil ailəsində dünyaya gəlmişdi. Buna baxmayaraq atası gənc yaşlarından ona ədalətli olmağın sirlərini öyrədə bilmişdi. Bunun nəticəsiydi ki, gənc Gilyoten günahı olan şəxsləri müdafiə etməkdən həmişə boyun qaçırmışdı. Maraqlıdır ki, ilk vaxtlar o, keşiş olmaq istəmişdi, hətta atasından iezuitlərə qoşulmağa icazə verməsini xahiş etmişdi. Lakin tale elə gətirdi ki, həkim oldu. Gilyotenin bioqrafiyasına nəzər yetirdikdə onun dünyabaxışının tezliklə nə dərəcədə dəyişdiyinə şübhə etməyə bilmirsən. Məlumdur ki, həkim kimi o, tələbələr qarşısında mühazirələrlə çıxış etmişdi. Mühazirələrində də gələcək həkimləri inandırmağa çalışmışdı kı, insan, təbiət və kosmosun vahid sistem təşkil etməsi barədə fikirlər cəfəngiyyatdır. Halbuki Parasels və Aqrip kimi alimlər deyirdilər ki, həyat təkcə hərəkət demək deyil, Yer kürəsində yalnız insan və heyvanlar yox, həmçinin istənilən maddi əşyalar da yaşayırlar.
Migel İqnasio Lillo
Migel İqnasio Lillo (isp. Miguel Ignacio Lillo; 27 iyul 1862 – 4 may 1931) — Argentina kimyaçısı, botaniki və zooloqu. Migel İqnasio Lillo bitkilər üzrə ixtisaslaşmışdır. Lillo, M. Contribución al conocimiento de los árboles de Argentina. — Buenos Aires, 1910. — 127 p. Lilloa Speg., 1897 [= Synandrospadix Engl., 1883] †Michelilloa S.Archang. & D.W.Brett, 1963 Stafleu F. A., Cowan R. S. Taxonomic Literature : [англ.]. — Ed. 2.
Nataliya İqnatyeva
Nataliya İqnatyeva (d. 17 avqust 1978) — Qazaxıstanı təmsil edən su poloçusu. Nataliya İqnatyeva, Qazaxıstan yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Qrup mərhələsində beş görüşün beşində də məğlub olan Qazaxıstan yığması, Sidney Olimpiadasını altıncı pillədə başa vurdu. Daha sonra Nataliya İqnatyeva, Qazaxıstan yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Qrup mərhələsində üç görüşün üçündə də məğlub olan Qazaxıstan yığması, Afina Olimpiadasını 8-ci pillədə başa vurdu.
Sergey İqnatyev
Sergey Mixayloviç İqnatyev (rus. Сергей Михайлович Игнатьев) — Rusiya dövlət xadimi, 2002-2013-cü illərdə Rusiya Mərkəzi Bankının sədri. 2012-ci ildə Beynəlxalq Global Finance təşkilatı bütün dünya üzrə mərkəzi bankların rəhbərlərinin fəaliyyətini qiymətləndirərkən, ona yüksək qiymət olan, "B+" qiymətini vermişdir.
Sergey İqnaşeviç
Serqey İqnatyev
Sergey Mixayloviç İqnatyev (rus. Сергей Михайлович Игнатьев) — Rusiya dövlət xadimi, 2002-2013-cü illərdə Rusiya Mərkəzi Bankının sədri. 2012-ci ildə Beynəlxalq Global Finance təşkilatı bütün dünya üzrə mərkəzi bankların rəhbərlərinin fəaliyyətini qiymətləndirərkən, ona yüksək qiymət olan, "B+" qiymətini vermişdir.
Tomas İqnatius Mariya Forster
Tomas İqnatius Mariya Forster (ing. Thomas Ignatius Maria Forster; 9 noyabr 1789, London; 2 fevral 1860, Brüssel) – İngiltərə astronomu və təbiətçisi. Researches About Atmospheric Phenomena (London, 1812; 2nd ed., 1823) Reflections on the Destructive Operation of Spirituous Liquors (London, 1812); Pocket Encyclopedia of Natural Phenomena (from his father's MSS., 1826); Beobachtungen uber den Einfluss des Luftdruckes auf das Gehor (Frankfurt, 1835); Observations sur l'influence des Cometes (1836); Pan, a Pastoral (Brussels, 1840); Essay on Abnormal Affections of the Organs of Sense (Tunbridge Wells, 1841); Annales d'un Physicien Voyageur (Bruges, 1848); The Gentleman's Magazine qəzetinin bəzi saylarındakı məqalələr. A Synoptical Catalogue of British Birds: Intended to Identify the Species Mentioned by Different Names in Several Catalogues Already Extant.
Vasili İqnatenko
Vasili İqnatenko (d. 13 mart 1961; Braqin, Belarus SSR - ö. 13 may 1986; Moskva, Sovet İttifaqı) — Ukraynanın Milli Qəhrəmanı (2006); 1986-cı il aprelin 26-da Çernobıl AES-da baş verən qəzanın söndürülməsində xidmətləri olub. Ukraynanın Milli Qəhrəmanı — Ukrayna Prezidenti Viktor Yuşenkonun 22 aprel 2006-cı il tarixli Sərəncamı ilə 1986-cı ildə Çernobıl AES-da baş verən qəzanın söndürülməsində xidmətlərinə görə təltif edildi. "İgidliyə görə" fərqlənmə nişanı — Ukrayna Prezidenti Leonid Kuçmanın 8 may 1996-cı il tarixli Sərəncamı ilə 1986-cı ildə Çernobıl AES-da baş verən qəzanın söndürülməsində xidmətlərinə görə təltif edildi. "Qırmızı Bayraq" ordeni — Ölümündən sonra təltif edildi.
Xuan İqnasio Molina
Xuan Iqnasio Molina - Çilili rahib və naturalistdir. Əvvəlki ədəbiyyatlarda "abbat Molina" adlanırdı. Molina Vilya-Aleqra şəhərində Guaraculen fermasında anadan olub. Hal-hazırda Çilinin Maule regionu adlanır. Onun valideynləri Agustín Molina və Francisca González Bruna-dır.. O Talsada məktəbə gedib. 1786-cı ildə Molina Çilini tərk edir. O Bolonidə təbiət elmlərini öyrənir. O, "Saggio sulla historia naturale del Chile" əsərini yazır. Compendio della storia geografica, naturale, e civili del regno del Chili (1776).
Zorin İqnati
Zorin İqnati (erz. Зоринэнь Игнатий) — erziyan əsilli hekayəçi. Bu günə qədər Mokşa-Erzya ədəbiyyatı tarixində xüsusi diqqətlə anılır. Onun həyatı haqqında məlumat olduqca azdır. Onun həyatı haqqında bircə o məlumdur ki, Samara quberniyası, Buquruslan qəzası, Veçkanov (erz. Вечкан веле) kəndində anadan olmuşdur. O, ilk dəfə məşhur fin dilçi, folklorşünas və etnoloq Heykki Paasononla 1898-ci ildə tanış olur. Professor ekspedisiyalar üçün pul aldıqda, informantlar arasında: İ. Sirikin, İ. Zorin, A. Şuvalov, İ. Şkolnikov, A. Leontev, S. Siqin, R. Usaçev, V. Savkinin (fin I. Sirikin, I. Zorin, A. Suvalov, I. Skolnikov, A. Leontjev, S. Cigin, R. Ucajev, V. Savkin) də adı çəkilir. Paasonen Veçkanova xalq hekayələrini toplamağa gəldikdə, Zorin İqnati tərəfindən nəql edilən 100-dən çox folklor əsərini qeydə alır. Onlardan 20-dən çoxu İqnatinin müəllifi hekayələri idi.
İqnalina
İqnalina (lit. Ignalina) — Litvada şəhər. İqnalina rayonunun mərkəzi. Yazılı mənbələrdə İqnalina adına ilk dəfə 1810-cu ildə rast gəlinir ki, burada o, əyan İqnas Tizenxauzasın əldə etdiyi mülk torpaqları kimi təsvir olunur. Ehtimal olunur ki, şəhərin adı əyanın adının qısadılmış formasından-İqnyalisdən (danışıq dilındə İqnalis) götürülüb. Həmçinin İlqis gölündə batırılmış, knyaz Budrisin qızı Lina (və ya Alina) və əsir əhl-səlib olan İqnasın talesiz, insanlar tərəfindən lənət olunmuş məhəbbətləri barədə bir əfsanə mövcuddur: Allahların qəzəbinə uğrayaraq onlar yerin içinə girirlər, həmin yerdən isə bulaq suyu açılır. Göllərin və təpələrin arasında şəhərcik yarananda insanlar İnqas və Linanın məhəbbətini əbədiləşdirmək üçün onu İnqalina adlandırırlar. İqnalina qəsəbəsinin yaranması və inkişafına Peterburq-Varşava dəmir yolunun çəkilməsi səbəb oldu, 1862-ci ildə isə burada dəmiryol vağzalı tikildi. Yeni dəmir yolunun çəkilməsi rayonun inkaşafının əsas amillərindən biri oldu və keçmiş mərkəz öz əhəmiyyətini itirdi. Bu gün şəhərin içərisindən keçən Vilniüs-Sankt-Peterburq dəmir yolu urbanizasiyanın xatirəsidir.
İqnalina AES
İnqalin Atom Elektrik Stansiyası (lit. Ignalinos atominė elektrinėIgnalinos atominė elektrinė) — 26 il (1983–2009) fəaliyyət göstərmiş Litvanın Şimal-şərqində yerləşən və artıq fəaliyyətini dayandırmış AES-dir. İstismar dövrü ərzində stansiyada 307.9 mlrd kVt saat elektrik enerjisi istehsal edilmişdir. Stansiya Drukşay gölünün yaxınlığında yerləşir. Bu ərazi İnqalin inzibati rayonuna daxil olduğundan stansiya da eyni adı daşıyır. İnqalin AES-də istilik neytronu ilə çalışan kanal tipli РБМК-1500 atom reaktorları quraşdırılmışdır. İnqalin AES-in bir blokunun islitik gücü 4800 MVt, elektrik gücü isə 1500 MVt-dır. Çernobıl qəzasından sonra stansiyanın istilik gücü 4200 MVt-a endirilmişdir. birinci blok 1984-2004-cü illərdə, ikinci blok isə 1987-2009-cu illərdə fəaliyyət göstərmişdir. 2009-cu il 31 dekabr tarixində stansiyanın fəaliyyəti dayandırılmışdır.
İqnas Qoldziher
İqnas Qoldziher (mac. Goldziher Ignác; 22 iyun 1850, Sekeşfexervar — 13 noyabr 1921, Budapeşt) — yəhudi əsilli Macarıstan şərqşünası. İqnas Qoldziher 22 iyun 1850-ci ildə Siqetvarda doğuldu. Dədə-babaları İspaniyadan Almaniyaya, oradan da Macarıstana köç etmiş zərgərliklə məşğul olan bir ailəyə mənsubdur. Dəri tüccarı Adolf Qoldziherin oğlu olan İqnas (İgnace Isaac Jəhuda) tünd yəhudi bir dini çevrədə böyüdü. Dörd yaşında ikən İbranicə oxumağı öyrəndi, beş yaşından etibarən də Tövrat dərsləri almağa başladı. Səkkiz yaşında başladığı Talmud, İbranicə dil bilgisi və yəhudi din fəlsəfəsi dərsləri Almaniyaya göndərildiyi tarixə qədər (1868) davam etdi. Öz ifadəsinə görə əxlaq və elmi araşdırmalarının əsasını bu dönəmdə qoymuş, hər şeyi Müqəddəs Kitab nöqteyi-nəzərindən görməyi bu dövrdə öyrənmiş və bu dönəmdə qazandığı ideallara ömür boyu sadiq qalmışdır. Daha on iki yaşında ikən bir İbrani ibadətiylə ilgili ilk incələməsi nəşr olunmuşdu. On üç yaşında gerçəkləşən yəhudi cəmiyyətinə qəbul mərasimində (Bar Mizva günü) babalarının imanına sədaqət andı içən Qoldziher bu andını heç bir zaman unutmadığını ifadə etmişdir.
Antioxiyalı İqnati
Antioxiyalı İqnati (yun. Ἰγνάτιος Ἀντιοχείας, İqnatios Antioxeyas) və ya Tanrıdaşıyan İqnati (yun. Ἰγνάτιος ὁ Θεοφόρος, İqnatios ho Feoforos; təq. 35, Suriya (qədim Roma əyaləti) – ehtimal ki, 108, Roma) — erkən xristian yazıçısı və Antioxiya patriarxı. Apostol atası olan İqnati həvarilər Pyotr və Evoddan sonra Antioxiya patriarxı kimi xidmət etmişdir. O, 107-ci ildə Trayanın təqibi nəticəsində əzabkeş olmuşdur. Onun yəhudilərə və doketistlərə yazdığı yeddi məktubu xristian doqmalarının tarixində mühüm əhəmiyyət kəsb edir. Onlar həmçinin, yepiskopluq məsələsində pravoslavlıq və katolisizm protestantlığa qarşı polemikasında mühüm yer tuturlar. == İstinadlar == == Əlavə ədəbiyyat == Послания Игнатия Богоносца / Памятники древней христианской письменности, т. II. Писания мужей Апостольских.
Nikolay İqnatov
Nikolay İqnatov (rus. Николай Григорьевич Игнатов;3 (16) may 1901, Volqoqrad vilayəti – 14 noyabr 1966, Moskva) — Sovet dövlət xadimi və partiya lideri. Sov.İKP MK Rəyasət Heyətinin üzvü (1957-1961), Sov.İKP MK-nın katibi (1952-1953, 1957-1960). Sosialist Əməyi Qəhrəmanı (1961). Don kazak vilayətinin Xoper rayonunun Tişanskaya kəndində (indiki Volqoqrad vilayətinin Nekhaevski rayonu) dülgər ailəsində anadan olub. 1917-ci ilin dekabrında Qırmızı Qvardiyaya, 1918-ci ildə Qırmızı Orduya daxil oldu. 1921-1932-ci illərdə - Çeka-NQPU orqanlarında, Donda (1921-1923) və Orta Asiyada (1923-1932) işləyib. Kazaklara, “millətçilərə” və “basmaçılara” qarşı repressiyalarda iştirak etmişdir. 1924-cü ildən RKP(b)-nin üzvü. Bolşeviklər Ümumittifaq Kommunist Partiyası Mərkəzi Komitəsi yanında marksizm-leninizm kurslarında təhsil almışdır (1934).
Tanrıdaşıyan İqnati
Antioxiyalı İqnati (yun. Ἰγνάτιος Ἀντιοχείας, İqnatios Antioxeyas) və ya Tanrıdaşıyan İqnati (yun. Ἰγνάτιος ὁ Θεοφόρος, İqnatios ho Feoforos; təq. 35, Suriya (qədim Roma əyaləti) – ehtimal ki, 108, Roma) — erkən xristian yazıçısı və Antioxiya patriarxı. Apostol atası olan İqnati həvarilər Pyotr və Evoddan sonra Antioxiya patriarxı kimi xidmət etmişdir. O, 107-ci ildə Trayanın təqibi nəticəsində əzabkeş olmuşdur. Onun yəhudilərə və doketistlərə yazdığı yeddi məktubu xristian doqmalarının tarixində mühüm əhəmiyyət kəsb edir. Onlar həmçinin, yepiskopluq məsələsində pravoslavlıq və katolisizm protestantlığa qarşı polemikasında mühüm yer tuturlar. Послания Игнатия Богоносца / Памятники древней христианской письменности, т. II. Писания мужей Апостольских.
İqnatinin məktubları
İqnatinin məktubları — erkən xristian yazıçısı və Antioxiya patriarxı Tanrıdaşıyan İqnatinin yazdığı yeddi məktuba verilən ad. Onların həqiqi olduğuna inanılır. Məktublar Efes, Maqneziya, Trallida, Roma, Filadelfiya və Smirnadakı kilsələrə, habelə yepiskop Smirnalı Polikarpa ünvanlanmışdır. Roma istisna olmaqla, qeyd olunan bütün yerlər Kiçik Asiyada yerləşir. İqnatinin məktubları II əsrin əvvəllərində xristianlığın ən vacib mənbəyi hesab olunurdu. Onlar həmçinin, yepiskopluq məsələsində pravoslavlıq və katolisizm protestantlığa qarşı polemikasında mühüm yer tuturlar.
Fransisko İqnasio Madero
Fransisko İqnasio Madero Qonsales (isp. Francisco Ignacio Madero González) və ya Fransisko İndalesio Madero Qonsales (30 oktyabr 1873[…], Parras-de-la-Fuente[d], Koauila[d] – 22 fevral 1913, Mexiko) — Meksika dövlət xadimi və siyasətçisi, Meksika inqilabı zamanı 6 noyabr 1911-ci ildən 19 fevral 1913-cü ilə qədər Meksika Prezidenti. O, liberal qanadın təmsilçisi olmuşdur. == Həyatı == Fransisko İqnasio Madero Qonsales 30 oktyabr 1873-cü ildə Meksikanın Koauila ştatının Parras-de-la-Fuente şəhərində anadan olub. O, Porfirio Dias rejiminə qarşı çıxış etmiş və növbəti təkrar seçkilər ərəfəsində Diasın yenidən prezident seçilməsinin əleyhdarlarından bir partiya təşkil etmişdir. Madero daha sonra fitnə-fəsad törətmək ittihamı ilə həbs edilmişdir. O, San-Luis-Potosi həbsxanasından qaçaraq ABŞ-da gizlənmişdir. Madero burada 20 noyabr 1910-cu ildə başlanması planlaşdırılan silahlı üsyan planını hazırlamışdır. Məğlubiyyətin qaçılmaz olduğunu görən Dias Madero ilə danışıqlara girmək, təslim olma şərtlərini qəbul etmək məcburiyyətində qalmışdır. 1911-ci ilin mayında imzalanan müqaviləyə əsasən Dias istefa vermiş və Meksikanı tərk etmişdir.
Vsevolod İqnatovski
Vsevolod Makaroviç İqnatovski (belar. Усевалад Макаравіч Ігнатоўскі;19 aprel 1881 – 4 fevral 1931, Minsk) — Belarus və Sovet ictimai və siyasi xadimi, alim, tarixçi. Belarus milli hərəkatının siması. BSSR Elmlər Akademiyasının (1928) və ÜmumUkrayna Elmlər Akademiyasının (1929) akademiki. Vsevolod İqnatovski 19 aprel 1881-ci ildə Qrodno quberniyasının Brest qəzasının Tokari kəndində (indiki Belarusun Brest vilayəti, Kamenetski rayonu) anadan olub. Atası əvvəllər kənd müəllimi olsa da, sonralar keşiş kimi fəaliyyət göstərib. Vilen ilahiyyat məktəbində, Mogilyov seminariyasında (1902-ci ilə qədər) təhsil almışdır. Sankt-Peterburq Dövlət Universitetinin tarix-filologiya fakültəsində təhsil alarkən Eserlərin Partiyasına daxil olmuş, inqilabi çıxışlarda iştirak etmişdi. Buna görə universitetdən qovulub vətəninə sürgün edilib. Bir qədər sonra geri dönsə də, lakin 1907-ci ildə Arxangelsk quberniyasına məcburi yaşamağa göndərilib.
Xose İqnasio Pavon
Xose İqnasio Pavon (isp. José Ignacio Pavón; 1791, Verakruz[d], Verakrus[d] – 24 may 1866, Mexiko) — Meksika hüquqşünası, vəkili və siyasətçisi. 13 avqust 1860-cı ildən 15 avqust 1860-cı ilə qədər Meksika Prezidenti vəzifəsini icra etmişdir. Pavon Verakruzda anadan olmuş, təhsilinə burada başlamışdır. O, təhsilini Mexikoda yerləşən San-İldefonso Kollecində davam etdirmiş, burada fəlsəfə və hüquq üzrə təhsil almışdır. 1823-cü ildən Maliyyə Nazirliyində xidmət etmişdir. Texas İstiqlaliyyət müharibəsində iştirak etmişdir. 1841-ci ildə Meksika Ali Məhkəməsinin üzvü olmuşdur. O, 1860-cı ildə baş hakim vəzifəsini icra etmişdir Pavon iki 13–15 avqust 1860-cı il tarixlərində prezident səlahiyyətlərini icra etmişdir. Bundan sonra o, Ali Məhkəmədə işinə qayıtmışdır.
İqnasio Komonfort
İqnasio Qreqorio Komonfort de los Rios (isp. Ignacio Gregorio Comonfort de los Ríos; 12 mart 1812, Puebla-de-Saraqosa – 3 noyabr 1863, Quanaxuato ştatı[d]) — Meksika dövlət xadimi, hərbi və siyasi lider, general. 1855-ci ildən 1857-ci ilə qədər Meksika Prezidenti olmuşdur. İqnasio Qreqorio Komonfort de los Rios 12 mart 1812-ci ildə anadan olmuşdur. O, Xuan Alvarezlə birlikdə general Lopes de Santa-Annanın diktaturasına qarşı çıxmışdır. İqnasio Komonfort 1855-ci ildə Meksika Prezidenti seçilmişdir. Əsasən kilsəyə və hərbi imtiyazlara təsir edən islahat qanunlarının elan edilməsi səbəbilə katolikləri, mühafizəkarlar və ordu ona müxalif olmuşdur. Komonfort prezidentliyi dövründə bir neçə üsyanı yatırmalı olmuşdur. Konstitusiyaya dəyişiklik etmək cəhdi göstərmiş, lakin bu, uğursuz olmuşdur. Liberallar 1858-ci ildə onu istefa verməyə məcbur etmiş və Komonfort ABŞ-yə sürgünə getməyə məcbur qalmışdır.
Loyolalı İqnati
İqnati Loyola — Yezuitlər ordeninin banisi == Həyatı == İqnati Loyola 1491-ci ildə İspaniyanın Bask bölgəsinin Qipuskoa əyalətində doğulmuşdur. O, son dərəcə zəngin zadəgan ailəsinin 13 uşağından ən kiçiyi idi. Uşaqlıq illərini ailə mülkü olan Loyola qəsrində keçirmişdir. On dörd yaşında ikən ata və anasını itirmişdir. Gənclik illərini qayğısız keçirmişdir. Sonralar yaxın dostu Qonsales de Kamaraya xatirələrini danışarkən, deyirmiş: "Mən dəbdəbə içərisində yaşayan, xarici görünüşümə qarşı son dərəcə diqqətli, qadınların yanında uğurlu, qüruruma toxunan hərəkətlərə qarşı kəskin, qorxmaz, özümün və digərlərinin həyatını aşağı qiymətləndirən birisiydim". Yeniyetməlik dövrünü başa vurduqdan sonra hərbi xidmətdə olmuşdur. Bir sıra döyüşlərdə fərqlənmişdir, İspaniya-Fransa müharibəsində iştirak etmiş, Pamplona şəhərinin mühasirəsi zamanı yaralanmışdır. O, özü bu barədə demişdir: "Mərminin partlaması nəticəsində bir ayağımdan yaralandım, digəri isə qırıldı." Bu zədə onun səhhətində ciddi problemlər yaratmışdır. O, bir neçə cərrahiyyə əməliyyatlardan keçsə də, ömrünün sonunadək axsaq qalmışdır.
İqnadi de Loyola
İqnati Loyola — Yezuitlər ordeninin banisi İqnati Loyola 1491-ci ildə İspaniyanın Bask bölgəsinin Qipuskoa əyalətində doğulmuşdur. O, son dərəcə zəngin zadəgan ailəsinin 13 uşağından ən kiçiyi idi. Uşaqlıq illərini ailə mülkü olan Loyola qəsrində keçirmişdir. On dörd yaşında ikən ata və anasını itirmişdir. Gənclik illərini qayğısız keçirmişdir. Sonralar yaxın dostu Qonsales de Kamaraya xatirələrini danışarkən, deyirmiş: "Mən dəbdəbə içərisində yaşayan, xarici görünüşümə qarşı son dərəcə diqqətli, qadınların yanında uğurlu, qüruruma toxunan hərəkətlərə qarşı kəskin, qorxmaz, özümün və digərlərinin həyatını aşağı qiymətləndirən birisiydim". Yeniyetməlik dövrünü başa vurduqdan sonra hərbi xidmətdə olmuşdur. Bir sıra döyüşlərdə fərqlənmişdir, İspaniya-Fransa müharibəsində iştirak etmiş, Pamplona şəhərinin mühasirəsi zamanı yaralanmışdır. O, özü bu barədə demişdir: "Mərminin partlaması nəticəsində bir ayağımdan yaralandım, digəri isə qırıldı." Bu zədə onun səhhətində ciddi problemlər yaratmışdır. O, bir neçə cərrahiyyə əməliyyatlardan keçsə də, ömrünün sonunadək axsaq qalmışdır.

Digər lüğətlərdə