Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Clangula clangula
Adi güləyənquşu (lat. Bucephala clangula) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin güləyənquşu cinsinə aid heyvan növü.
Clangula
Moryanka (lat. Clangula) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Clangula hyemalis
Moryanka (lat. Clangula) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
İmamqulu xan
İmamqulu xan Undiladze (1582-1633) — Fars bəylərbəyi. == Həyatı == İmamqulu xan Azərbaycan nağıllarının qəhrəmanlarından biri Vəzir Allahverdi xanın oğludur. Fars əyalətinin hakimi olmuşdu. Qarabağ bəylərbəyi olan qardaşı Davud xan əyaləti yağmalayıb Osmanlı səmtinə qaçdığı üçün 1633-cü ildə I Şah Səfi Səfəvi tərəfindən öldürüldü. == Ailəsi == İmamqulu xanın Səfiqulu xan adlı oğlu vardı.
Xanqulu (Sayınqala)
Xanqulu (fars. خانقلي‎) - İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 192 nəfər yaşayır (35 ailə). Əhalisini azərbaycanlılar təşkil edir.
Sultan İmamqulu Qacar
İmamqulu xan Yıva Qacar (1512, Gəncə – 1587, Gəncə) — mənşəcə Azərbaycan türklərindən olan böyük dövlət xadimi, sərkərdə, Səfəvilər dövlətində Gəncə-Qarabağ bəylərbəyi. == Həyatı == İmamqulu xan I Şah Təhmasibin yanında qorçu kimi xidmət etmişdi. II Şah İsmayıl ona əvvəlcə sultan, sonra xan ünvanı verərək Qarabağa bəylərbəyi təyin etdi. Qəhrəman, qoçaq bir sərkərdə idi. Sultan Məhəmməd Xudabəndə şahın dönəmində də Qarabağın bəylərbəyisi təsdiq edildi. Ərəşdə Qaytas paşanın qoşununu dağıdıb, özünü öldürmüşdü. 1576-cı ilin 22 avqustunda Səfəvi dövlətinin taxtına şah I Təhmasibin oğlu II Şah İsmayıl əyləşdirilir. Bu vaxt artıq ölkə qızılbaş əmirlərinin arasında gedən çəkişmələrdən zəifləmişdir. II Şah İsmayıl əmirlərin hakimiyyətini məhdudlaşdıran bir sıra tədbirlər görür, eyni zamanda bəzi bəylərbəyliklərinin hakimləri arasında dəyişikliklər aparır. O, Qarabağ və Gəncə bəylərbəyisi Yusif Sultan Ziyadoğlu Qacarı da vəzifəsindən uzaqlaşdırıb, onun yerini həmin nəsildən olan Peykər Sultana verir.
Usta İmamqulu Qarabaği
Usta İmamqulu Qarabaği (1825-?), memar, nəqqaş == Həyatı == İmamqulu Məhəmmədəli oğlu 1825-ci ildə Şuşa şəhərində doğulmuşdu. Molla yanında oxumuşdu. Memar, nəqqaş kimi Qarabağda ad qazanmışdı. O, ağac, fil sümüyü və sədəf üzərində nəqqaşlıq sənətində fövqəladə ustalıq qazanmışdı. Qarabağın bir çox məscidlərində, yaraşıqlı darvazalarda, minbərlərdə, pəncərə və tavanlarda onun əl işlərini görmək olar. "Əməli-Usta İmamqulu" onun dəsti-xəttidir. == Ailəsi == Usta İmamqulu Şeyda ilə ailə qurmuşdu. İsmayıl, Mehdi, Nəsib adlı oğlanları vardı. == Mənbə == Ənvər Çingizoğlu, Qarabağda sənət və incəsənət, "Şuşa", Bakı, 2010.
İmamqulu Nəzərəli oğlu
İmamqulu Nəzərəli oğlu (XVII əsrin sonu—XVIII əsr) — Orta əsrlərdə Naxçıvanda görkəmli sənətkar kimi yetişən və əhali arasında memar kimi tanınan ustalardan biri də İmamqulu Nəzərəli oğlu olmuşdur. Bu görkəmli memarın adı XX yüzilliyin 80-ci illərində Əlincəçay sahilindəki Şeyx Xorasan xanəgahında bərpa işləri aparılarkən aşkar edilmiş inşaat kitabəsi (şəkil 104) vasitəsi ilə elmə məlum olmuşdur.Hicri 1141-ci ilə (miladi 1728-29-cu il) aid olan bu kitabədən məlum olur ki, İmamqulu Nəzərəli oğlu xanəgah kompleksinə daxil olan tikililərdən birinin memarı olmuşdur. Kitabədə "memar" titulu ilə təqdim olunması onun öz peşəsinin mahir ustası olduğunu göstərir. Kitabənin tarixinə əsasən demək olar ki, memar İmamqulu Nəzərəli oğlu XVII yüzilliyin sonları–XVIII yüzilliyin birinci yarısında yaşamışdır. == İstinadlar == == Mənbə == Hacıfəxrəddin Səfərli. Naxçıvanın türk-islam mədəniyyəti abidələri. Naxçıvan:Əcəmi, 2017, 216 s.
İmamqulu xan Qacar
İmamqulu xan Yıva Qacar (1512, Gəncə – 1587, Gəncə) — mənşəcə Azərbaycan türklərindən olan böyük dövlət xadimi, sərkərdə, Səfəvilər dövlətində Gəncə-Qarabağ bəylərbəyi. == Həyatı == İmamqulu xan I Şah Təhmasibin yanında qorçu kimi xidmət etmişdi. II Şah İsmayıl ona əvvəlcə sultan, sonra xan ünvanı verərək Qarabağa bəylərbəyi təyin etdi. Qəhrəman, qoçaq bir sərkərdə idi. Sultan Məhəmməd Xudabəndə şahın dönəmində də Qarabağın bəylərbəyisi təsdiq edildi. Ərəşdə Qaytas paşanın qoşununu dağıdıb, özünü öldürmüşdü. 1576-cı ilin 22 avqustunda Səfəvi dövlətinin taxtına şah I Təhmasibin oğlu II Şah İsmayıl əyləşdirilir. Bu vaxt artıq ölkə qızılbaş əmirlərinin arasında gedən çəkişmələrdən zəifləmişdir. II Şah İsmayıl əmirlərin hakimiyyətini məhdudlaşdıran bir sıra tədbirlər görür, eyni zamanda bəzi bəylərbəyliklərinin hakimləri arasında dəyişikliklər aparır. O, Qarabağ və Gəncə bəylərbəyisi Yusif Sultan Ziyadoğlu Qacarı da vəzifəsindən uzaqlaşdırıb, onun yerini həmin nəsildən olan Peykər Sultana verir.
İmamqulu xan Türkman
İmamqulu xan Türkman(?-?)—Səfəvilər dövlətinin Rusiyaya göndərilən elçisi. == Həyatı == İmamqulu xan Türkman Qızılbaşlar ordusunda yay-ox qorçusu vəzifəsində xidmət etmişdi. I Şah Abbas Səfəvi onu Rusiyaya elçi göndərdi.
Çeşmə Canqulu (Bicar)
Çeşmə Canqulu (fars. چشمه جان قلي‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 105 nəfər yaşayır (28 ailə). Əhalisini kürdlər təşkil edir.
Həmid Quliyev İmamqulu oğlu
Həmid İmamqulu oğlu Quliyev (12/12/1928 - 04/26/2007) — Azərbaycan SSR əməkdar meşəşünası (1981), Oktyabr inqilabı ordeni sahibi (1971). == Həyatı == Həmid İmamqulu oğlu Quliyev 12 dekabr 1928-ci ildə Tovuz rayonunun Şamlıq kəndində anadan olmuşdur. Atasını erkən itirib: İmamqulu Quliyev 1943-cü ildə II Dünya Müharibəsində həlak olmusdur. Orta məktəbi bitirdikdən sonra Bakı Meşə Təsərrüfatı Texnikumuna daxil olmusdur. 1950-ci ildə texnikumda təhsilini fərqlənmə diplomu ilə başa vuraraq, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Meşə Təsərrüfati fakültəsinə imtahansız qəbul edilir. 1955-ci ildə institutu bitirdikdən sonra Kürdəmir, Ağstafa və Tovuz rayonlarında meşə mühəndisliyindən tutmuş direktora qədər müxtəlif vəzifələrdə çalışmışdır. 1960-cı ildən 1993-cü ildə təqaüdə çıxana qədər Tovuz meşə təsərrufatı direktoru vəzifəsində çalışmışdır. Savadlı bir mütəxəssis olaraq, işinin ilk günlərindən etibarən qabaqcıl elmi və texniki nailiyyətlərini tətbiq edir və rəhbərlik etdiyi idarəyə nümunəvi ad verilir. SSRİ Meşəçilik Nazirliyinin kollegiyasının qərarı ilə Tovuz meşə təsərrüfatının təcrübəsini bütün Sovet İttifaqı ərazisində genişləndirmək tövsiyə edilir. Görülmüş işlərə görə H.Quliyev Kənd təsərrüfatı elmləri namizədi elmi dərəcəsi almaq üçün Moskvada dissertasiyanı uğurla müdafiə edir.
Səfərəli İmamqulu oğlu Qarabaği
Usta Səfərəli (Səfərəli İmamqulu oğlu Qarabaği) (1788-1856) — Qarabağ xanlığının papaqçılarından biri == Həyatı == Səfərəli İmamqulu oğlu 1788-ci ildə Şuşa şəhərinin Qurdlar məhəlləsində anadan olmuşdu. Molla yanında oxumuşdu. Papaqçılıqla məşğul olmuşdu. Qarabağ xanlığının elitar təbəqəsinin papağını tikirdi. Usta Səfərəli 1856-cı ildə Şuşa şəhərində vəfat edib. == Ailəsi == Usta Səfərəli Xədicə ilə ailə qurmuşdu. Zeynal, Həsən, Həzrətqulu, Məmmədqulu adlı oğlanları, Püstə adlı qızı vardı. == Mənbə == Ənvər Çingizoğlu, Qarabağ xanlığı, Bakı, "Şuşa", 2007. Ənvər Çingizoğlu, Qarabağda sənət və sənətkarlar, Bakı: "Elm və Təhsil", 2011,-280 səh.
İmamqulu mirzə Qovanlı-Qacar
İmamqulu mirzə Qovanlı-Qacar- İran şahzadəsi, Məhəmmədəli mirzə Qovanlı-Qacarın oğlu == Həyatı == İmamqulu mirzə Məhəmmədəli mirzə oğlu 1814-cü ildə Tehran şəhərində dünyaya gəlmişdir. Mükəmməl saray təhsili almışdı. İmadəddövlə ləqəbini daşıyırdı. Kirmanşahın valisi olmuşdu. O, mütərəqqi ideyaları ilə seçilirdi. Təyinatı üzrə hara gedirdisə abadlığa, quruculuğa çalışırdı. Rüşvətxor vəzirlər ondan xoşlanmırdılar. Çalışıb gözdən salmaq istəyirdilər. İmamqulu mirzə 1875-ci ildə vəfat edib. Kərbəladakı İmam Hüseyn türbəsi ilə dəfn olunur.
İmamqulu xan Qasımlı-Avşar
İmamqulu xan Rzaqulu xan oğlu Qasımlı-Avşar (1758-1783) — Urmiyanın xanı. == Həyatı == İmamqulu xan Rzaqulu xan oğlu 1758-ci ildə Urmiya şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. 1772-ci ildə Urmiyanın hakimi olmuşdu. Avşar elinin və Qasımlı oymağının böyükləri Kərim xan Zəndə məktubla müraciət edib, onun hakimiyyətinin təsdiqlənməsini istədilər. Məktubu Şiraza Mirzə Məhəmmədcəfər İmanlı-Avşar aparmışdı. Kərim xan Zənd ona başsağlığı verib, xanlığını təsdiqlədi. İmamqulu xan qurucu bir şəxsiyyət idi. Xanbulağı adlı yerdə imarət tikdirmişdi. Bu imarətin qalıqları hələ də qalır.
İmamqulu xan Yıva-Qacar