DƏM₂

is. [ fars. ]
1. Od üstündə aramla bişmə, yaxud dəm alma. Xörək dəmdədir.
– Dedim: – Vallah, onu-bunu bilmirəm, bu saat … [çay] dəmdə, şahmat da stol üstdə qurulu. C.Məmmədquluzadə.

□ Dəm almaq (çəkmək)1) qaynar suda qalıb yetişmək, suyu çəkilərək öz buğunda bişmək. Plov dəm almışdır.
– Hər cümə avamın plovu dəm çəkir. M.Möcüz;

2) od üstündə rəng alaraq ətri çıxmaq və içməyə yararlı hala gəlmək (çay, qəhvə haqqında).
Dəm tökmək – tərləmək, damcı-damcı tökülmək (dəm çəkmək üçün qazanın ağzına qoyulan qapaqdan).
Dəmə qoymaq – aramla öz buğunda bişmək, yaxud dəm almaq üçün zəif od üstündə saxlamaq. Xörəyi dəmə qoymaq. Çayı dəmə qoymaq.
Dəmini almaq – dəm almaq üçün qazanın ağzına qoyulmuş qapağı götürüb üzərindəki damcı-damcı suyu kənara tökmək.
Sürmə xala plovun dəmini aldı… S.Rəhimov.

2. Buğ, buxar, qaz.
// Kömürün və s.-nin natamam yanması nəticəsində əmələ gələn boğucu, zəhərli qaz. Dəm tutmaq. Dəmdən zəhərlənmək. Dəm qazı.
3. məc. Kef, nəşə; istirahət.
Dəm dəm gətirər, qəm – qəm. ( Ata. sözü ).
Qüssəyə gəl, qəmə gəl; Kef istəsən, dəmə gəl; Dərd bilən özü gələr; Bilməyənə demə, gəl. (Bayatı).

□ Dəm almaq (çəkmək) – nəşələnmək, keflənmək, ləzzət çəkmək, xoşlanmaq.
[Aşpaz] ocağın istisi dəydikcə xumarlanıb dəm alırdı. M.Hüseyn.

Dəmə uymaq – kefə uymaq, başı kefə qarışmaq. Heç demirlər oğul-uşaq var.
Yəqin dəmə uyublar. S.Rəhimov.

Dəmi sazlanmaq – kefi gəlmək; nəşələnmək.
Mocuxun kefi kökəldi, dəmi sazlandı. S.Rəhimov.

4. məc. dan. Bərk kefli, məst. Hərif dəmdir.
5. məh. Bax dəmyə 1-ci mənada. Dəm xır. Dəm bostan.
◊ Dəm tutmaq1) züy tutmaq bax züy1 (1-ci mənada).
Yağan o gur yağış da silə bilmədi fəqət; Onun kədərlərinə dəm tutmuşdu təbiət. B.Vahabzadə;

2) səsini başqasının səsinə uyğunlaşdırmaq.
[Ziba] özözünə mığıldaya-mığıldaya uşağın ağlamağının dəmini tuturdu. C.Məmmədquluzadə.
…İmamqulu isə koxanın xorultusuna gecə uzunu dəm tutdu. S.Rəhimov;

3) məc. başqasının dediklərini, fikrini təkrar etmək, başqasının hərəkətlərini təqlid etmək.
Dəm vermək1) hərəkətə gətirmək, işə başlamaq. İşə dəm vermək;
2) bax dəm tutmaq 2 və 3-cü mənalarda.
Dəm vurmaq – səlahiyyəti, məlumatı, xəbəri və ya haqqı olmadığı bir şeydən ağızdolusu danışmaq, bəhs etmək, iddiasında olmaq.
Hətta millətin dərisini soyan adamlar da millətdən dəm vurub, “millət belə gəldi, millət belə getdi” deyirlər. F.Köçərli.

// Ümumiyyətlə, bir şey haqqında danışmaq.
Füzuli, aləmi-qeyd içrəsən, dəm vurma eşqindən. Füzuli.
Göyün ulduzları da guya bir-biri ilə məhəbbətdən dəm vururdular. Ə.Haqverdiyev.
[Bədircahan:] Birdən başlarsan cahıllıqdan dəm vurmağa, onda yəqin ki, iş düzəlməz. N.Vəzirov.

// “Özündən” sözü ilə – özünü tərifləmək. Az özündən dəm vur.
– Çox özündən dəm vuran aşıqların sazını əlindən alıb yola salmışdı. Koroğlu”.

Dəmə tutmaq – danışdırmaq, sorğu-suala tutmaq.
Qubernat tutubdur Sonanı dəmə; Edir sözlərini dilmanc tərcümə. H.K.Sanılı.

Sinonimlər (yaxın mənalı sözlər)

  • DƏM buğ — buxar — qaz
  • DƏM kefli — məst
  • DƏM nəfəs
  • DƏM kef — nəşə
  • DƏM an — ləhzə — vaxt — çağ — zaman — əyyam — dövr
  • DƏM I dəm bax 1. dövr; 2. an II dəm bax sərxoş

Omonimlər

  • DƏM DƏM I is. [ fars. ] Zaman, an, ləhzə. Boran keçdi, bahar gəldi; Qızıl gülün dəmi çatdı (R.Rza). DƏM II is

Etimologiya

  • DƏM Farsca “zaman” “an”, “nəfəs”, “kef” anlamını verən sözdür. Bu dəmdə birləş­mə­­­sində an, dəmkeş sözündə isə “nəfəs” mənasını əks etdirir
DƏLMƏKÇƏ
DƏM₃
OBASTAN VİKİ
Dəm çaydanı
Dəm çaydanı, Balaca çaydan və ya Çaydanlıq — çay yarpaqların və ya bitki mənşəli qarışığı qaynar və ya qaynara yaxın suda dəmləmək üçün istifadə edilən qab.Bir boyun və yan dəstəyi ilə təchiz olunmuş bütün forma və ölçülərdə olur.Çaynik saxsı, qalayla qurğuşunun qarışığı, çini, şüşə və ya çuqun cinsində ola bilər.
Dürres - Tirana dəmir yolu
Dürres - Tirana dəmir yolu (alb. Hekurudha Durrës–Tiranë) — Albaniyanın iki ən böyük şəhərlərini, Dürres və Tirananı birləşdirən dəmir yolu xətti. Xətt Vora yolunda Şkodra-Vorë dəmir yolu ilə və Durresdəki Durres-Vlora dəmir yolu ilə birləşir. 2013-cü ilin sentyabr ayından etibarən, Tirananın əsas bulvarının genişləndirilməsinə yol açmaq üçün metropoliten stansiyası söküldüyü üçün xəttin Tiranadakı son dayanacağı sökülür. Nəticədə Tirana sərnişinləri əvvəlcə 2013-cü ildə Vore stansiyasından, sonra isə 2015-ci ilin mayında təmir edilmiş Kaşar stansiyasından istifadə etməli olurlar. Kaşar-Tiran xəttinin bir hissəsi avtobus xidməti ilə əvəz olunur. Dürres - Tirana xətti 1948-1949-cu illərdə yalnız könüllülərin əməyi sayəsində tikilib və bir il əvvəl çəkilmiş Durres - Pekini xəttindən sonra Albaniyada ikinci sərnişin dəmir yolu xətti olub. Xəttin rəhbəri Hekurudha Şqiptaredir. == Tarix == Albaniyanın iki ən mühüm şəhəri olan Durres və Tirananı birləşdirən 38 kilometr uzunluğunda dəmir yolu 1948-1949-cu illərdə tikilmiş və Albaniyanın ikinci sərnişin dəmir yolu olmuşdur. Bundan bir il əvvəl Durres və Peçini birləşdirən dəmir yolu açılır.
DƏMX
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti == Haqqında == Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti mülkiyyət və təşkilatı-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən Azərbaycan Respublikasının hüquqi şəxsləri, xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər (işəgötürənlər) tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikasının əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır. 3 sentyabr 2020-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində “Əməyin Mühafizəsi Mərkəzi” publik hüquqi şəxsinin yaradılması istiqamətində işlər görüldüyü açıqlanıb. Nazirlikdən verilən məlumata görə, Mərkəz əmək hüquqları, əməyin mühafizəsi və əməyin təhlükəsizliyi sahəsində məsləhət xidmətləri verəcək. Təlimlər, standart norma və qaydaların müəssisələrdə tətbiqi, sertifikasiya və inspeksiya nəzarətinin keçirilməsi, fərdi və kollektiv mühafizə vasitələrinin sertifikatlaşması, iş yerlərinin attestasiyası kimi xidmətlər də Mərkəzin fəaliyyət dairəsinə aid olacaq. “Əməyin Mühafizəsi Mərkəzi” xidmət çeşidlərinin artırılmasına və xidmətlərin təkmilləşdirilməsinə şərait yaradacaq. Beynəlxalq Əmək Təşkilatının da rəyi alınmaqla Mərkəzin Nizamnaməsinin layihəsi hazırlanıb və təsdiq edilməsi istiqamətində işlər aparıldığı qeyd edilib. == Xidmət vəzifələri == Xidmət vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən bilavasitə və öz səlahiyyətləri daxilində mərkəzi və yerli icra hakimiyyəti orqanları, həmkarlar ittifaqları, işəgötürənlər birlikləri, yerli özünüidarəetmə orqanları, habelə beynəlxalq və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir. Xidmət müstəqil balansa, qanunvericiliyə uyğun sərəncamında olan dövlət əmlakına, xəzinə və bank hesablarına, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri və öz adi həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir. Xidmət əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətinin həyata keçirilməsi sahəsində dövlət siyasətinin hazırlanmasında iştirak edir və öz səlahiyyətləri daxilində həmin siyasətin həyata keçirilməsini təmin edir. Dövlət Əmək Müfəttişliyi Xidməti əmək qanunvericiliyinə əməl olunması sahəsində, о cümlədən işçilərlə əmək münasibətlərinin əmək müqaviləsi (kontraktı) əsasında tənzimlənməsi, əməyin ödənilməsi, məzuniyyət və istirahət hüququnun təmin edilməsi, əməyin mühafizəsi, texniki təhlükəsizlik, əmək şəraiti, əmək xəsarəti ilə əlaqədar ödənclərin ödənilməsi, işçilərin və iş yerlərinin attestasiyası, işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası, iş prosesində əmək və əməyin mühafizəsi tələblərinə (iş davamiyyəti, əməyin təhlükəsizliyi, əməyin gigiyenası, qadınların, əlillərin, yaşı 18-dən az olan şəxslərin əməyindən istifadə olunması və s.) riayət edilməsi üzrə və əmək qanunvericiliyinin tələblərinə uyğun digər istiqamətlərdə dövlət nəzarətini həyata keçirir, əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxsləri Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq dövlət orqanları qarşısında məsələ qaldırır, eyni zamanda işəgötürənlərə və işçilərə əmək qanunvericiliyinin tətbiqi barədə metodiki köməklik göstərir.
Dəmirçilər (Birinci Şıxlı, Qazax)
Dəmirçilər — Azərbaycan Respublikasının Qazax rayonunun Birinci Şıxlı kənd inzibati ərazi vahidinin tərkibində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 14 iyul 1998-ci il tarixli, 524-IQ saylı Qərarı ilə Qazax rayonunun Birinci Şıxlı kənd inzibati ərazi vahidi tərkibindəki Dəmirçilər kəndi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır. == Toponimikası == Kənd dəmirçilər nəslinə mənsub ailələrin məskunlaşması nəticəsində yaranmışdır. "Dəmirçilər" adında Qazax rayonunun Dəmirçilər kənd inzibati ərazi vahidinin tərkibində bir başqa kənd də mövcuddur. == Tarixi == === Tarixi abidələri === == Coğrafiyası və iqlimi == Kənd Gəncə-Qazax düzənliyində, Birinci Şıxlı kəndinin yaxınlığında yerləşir.
Dəmirçilər (Dəmirçilər, Qazax)
Dəmirçilər — Azərbaycan Respublikasının Qazax rayonunun Dəmirçilər kənd inzibati ərazi vahidində kənd. == Coğrafiyası və iqlimi == Kənd Coğaz çayının sahilində, dağın ətəyində yerləşir. == Toponimikası == Kənd dəmirçilər nəslinə mənsub ailələrin məskunlaşması nəticəsində yaranmışdır. XVI əsrdə qızılbaş tayfaları sırasında adları çəkilən dəmirçilər sonralar qazax tayfa birliyinin ən qüdrətli tirələrindən birinə çevrilmişdir. "Dəmirçilər" adında Qazax rayonunun Birinci Şıxslı inzibati ərazi dairəsində də kiçik kənd mövcud olmuş, 14 iyul 1998-ci ildə ləğv edilmişdir. == Əhalisi == 2009-cu il əhalinin siyahıyaalınmasına əsasən kənddə 1489 nəfər əhali yaşayır. Əhalinin 736 nəfəri kişilər, 753 nəfəri qadınlardan ibarətdir.
Dəmirçilər (Loru)
Dəmirçilər, Demirçilar, Qoçavan — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Kalinino rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 9 km şimal-qərbdə yerləşir. 1937-ci ilə qədər Cəlaloğlu (Stepanavan) rayonunun tərkibində olmuşdur. Erməni mənbələrində Demirçilar kimi qeyd edilir. Toponim şahsevən türk tayfasının bir qolunu təşkil edən dəmirçilər etnonimi əsasında əmələ gəlmişdir. XIII əsr tarixçisi Şəhabəddin Nəsəvi dəmirçiləri Cingiz xanın nəsli ilə bağlayır. «Azərbaycanın coğrafi adlar» kitabında dəmirçi tayfasının şahsevən qəbiləsinə mənsub nəsil olduğu göstərilir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə adı dəyişdirilib Qoçavan qoyulmuşdur.
Dəmirçilər (Qazax)
Dəmirçilər (Dəmirçilər, Qazax) — Azərbaycanın Qazax rayonunda kənd. Dəmirçilər (Birinci Şıxlı, Qazax) — Azərbaycanın Qazax rayonunda kənd. 14 iyul 1998-ci ildə ləğv edilmişdir.
Dəmirçilər (Qubadlı)
Dəmirçilər — Azərbaycan Respublikasının Qubadlı rayonunun Dəmirçilər kənd inzibati ərazi dairəsində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvıləri tərəfindən işğaldan azad edilmişdir. Dəmirçilər kəndinin adı "dəmirçilər tayfası"nın adı ilə əlaqədardır. XVI əsrdə Qızılbaş tayfaları sırasında adları çəkilən "dəmirçilər" sonralar "qazax tayfa birliyi"nin ən qüdrətli tirələrindən birinə çevrilmişdilər. İndi Azərbaycanda "şahsevənlər" və onlara birləşən səlcuqlar öz tayfa adlarını bir çox kəndə vermişdilər. Bu kənd sakinləri arasında onların çoxlu nəsilləri yaşayır. Qubadlıda Dəmirçilər və Muradxanlı kəndlərində də həmin tirəyə məxsus ailələr çoxdur. Dəmirçilər və Muradxanlı sakinləri arasında şahsevənli tayfalarının çoxlu nəsilləri var. Dəmirçilər sözü Azərbaycan toponomiyasında omonim yer adlarındandır.
Ermənistan dəmir yolları
Ermənistan dəmir yolları (erm. Հայկական երկաթուղի) dəmir yolu şəbəkəsi olaraq Ermənistanın 10 mərzindən 9-nu əhatə edir. Hazırda "Cənubi-Qafqaz dəmir yolu" idarəsinin nəzarətindədir (erm. Հարավկովկասյան Երկաթուղի). == Yaradılma tarixi == 1991-ci ildə təşkil olunan Ermənistan dəmir yolları əsasən Cənubi Qafqaz dəmir yolları ilə Azərbaycan dəmir yollarının balansında olan dəmir yol xəttlərinin hesabına yaradılmışdır. Dəmir yollarının Azərbaycan, Gürcüstan və Türkiyə çıxışı vardır. Dəmir yolu xətti əvvəllər üç istiqamətdən hərəkət edərək Rusiyaya çıxış əldə edə bilirdi. Abxaziya ilə yaranan konflikdən sonra Gürcüstan vastəsi ilə Rusiyaya çıxış qapanmışdır. Ermənistanla Azərbaycan arasında hələ 1988-ci ildən başlanan konflikdən etibarən isə Dilican Qazax istiqamətində dəmir yolu 1989-cu ildən tamamən fəaliyyətini dayandırmışdır. Bu xətt demək olar ki, bütünlüklə sökülmüşdür.
Ermənistanda ensiz dəmiryolu
Ermənistanda ensiz dəmiryolu — ensiz dəmiryolları standart geniş dəmir yollarından fərqli olaraq, şəhərətrafı və ya şəhərlərarası nəqliyyatda sərnişin daşımaq üçün nəzərdə tutulmayıb. Ermənistandakı ilk ensiz dəmir yolu 1906-cı ildə İrəvanda açılır. Bu dəmir yolu şəhər konkasında istifadə edilir. Birinci Dünya müharibəsi zamanı Rusiya imperatorluğunun əsgərlərini, silahlarını, döyüş sursatını və ehtiyaclarını Rusiya-Türkiyə cəbhəsinə daşımaq üçün təcili hərbi dəmir yolları inşa edilir. Daha sonra bu dəmir yolları Türkiyə ərazisinə bitir. Bəziləri geniş relslərlə dəyişdirilir, digərləri isə sökülür. Ermənistandakı müasir ensiz dəmir yolları iki növə bölünə bilər: Böyük şəhərlərdə uşaq dəmir yolları Sənaye zavodlarında sənaye dəmir yolları. == İrəvan == === İrəvan konkası === 1906-cı ildə İrəvan şəhərində 914 mm ölçülü şəhər konkası açılmışdır. Konka 1918-ci ildə dağıdılır. 1933-cü ildə şəhərdə ilk geniş relsli tramvay xətti açılır.
Fəxri dəmiryolçu
Fəxri dəmiryolçu — SSRİ-nin dövlət mükafatlarından biri, 13 may 1933-cü ildə SSRİ-nin MSK tərəfindən dəmir yolu nəqliyyatı işçilərinin mükafatlandırılması üçün təsis edilmişdir. Dəmiryolunda əməyin ən yüksək və sabit nəticələrinin əldə edilməsi, hazırlanması, inkişafı və həyata keçirilməsinə, dəmiryol nəqliyyatının fəaliyyətinin təkmilləşdirilməsinə, həmçinin qatarların hərəkətinin təhlükəsizliyinin təmin olunmasıyla bağlı fədakar hərəkətlərə görə, elmin, texnikanın və yeni texnologiyanın nailiyyətlərinin tətbiqinə, sərnişinlərin həyatları, yüklərin, yükün və başqa tapşırılmış əmlakın qorunmasına görə dəmir yolu işçiləri və eyni zamanda qeyriləri təltif edilir.
Gravity (Ovik Dəmirçyan mahnısı)
Gravity (azərb. Qravitasiya‎) — Kiprin 2017 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Ovik Dəmirçyan "Gravity" mahnısı ilə Kipri Kiyevdə keçirilən müsabiqədə təmsil etmişdir. Mahnı 2012 Avroviziya Mahnı Müsabiqəsində İsveçə qələbə qazandıran "Euphoria" mahnısının bəstəkarı Tomas Cison tərəfindən yazılmışdır.
Gürcüstan dəmir yolları
Gürcüstan dəmir yolları (gürc. საქართველოს რკინიგზა - Sakartvelos rkiniqa) — dəmir yollarında nəqliyyat və isyismar işlərini həyata keçirən şirkət. == Potensialı == Güscüstan dəmir yoları Gürcüstan ərazisundə yerləşən dəmir yol xəttlərini özündə birləşdirir. Dəmir yollarının ümumi uzunluğu 1612 km təşkil edir. Burada ümmumilikdə istifadədə 1422 dəmir tolu körpüsü, 32 dəmir yol tuneli, 22 sərnişin vağzalı, 114 yük terminalı fəaliyyət göstərir. Sadaxlı stansiyası Ermənistanla sərhəd sransiyası fəaliyyət göstərir. Dəmir yollarının demək olar ki, böyük qusmi elektrikləşdirilmişdir. Bircə Ninisminda-Axalkələk istiqamətində olan xətt elektrikləşdirilməmişdir. Bu xətt SSRİ-nin dağılması ilə əlaqədar istifadəyə verilə bilinməmişdir. Samtredia — Tiflis — Qardabani istiqamətində dəmir yolu iki xəttlidir.
Gədəbəy ensiz dəmiryolu xətti
Gədəbəy ensiz dəmiryolu xətti - Cənubi Qafqazda ilk dəmir yol xətti (1868-ci il). == Tarixi == Gədəbəyin ən baxımlı yerlərindən biri Qalakənddir. Rayon mərkəzindən xeyli aralı, Şəmkir çayının sahilində, uca dağların, sıx meşələrin qoynunda yerləşir. Simens qardaşları burada xeyli iş görüblər. 1865-ci ildə ilk zavod işə salınıb. 1883-cü ildə ikinci müəssisə - Qalakənd misəritmə zavodu tikildi. Bununla əlaqədar Gədəbəy - Qalakənd arasında yol çəkildi, körpülər inşa olundu. Daha da vacibi Gədəbəy zavodu ilə meşə zolağı olan, gələcəkdə zavod tikiləcək Qalakənd arasında 31 kilometrlik ensiz dəmir yol xətti çəkildi. Simens Gədəbəy rayonuna etdiyi ikinci səfərinə (1868-ci il) aid xatirələrində bu barədə belə yazırdı: Dağlıq relyefı olan ərazidə bu xəttin çəkilməsi üçün 50-yə yaxın müxtəlif layihəli körpü və keçidlər inşa edildi. Həmin xətt Cənubi Qafqazda ilk dəmir yol xətti oldu.
Gəncə Dəmiryol Stansiyası
Gəncə Dəmiryol Stansiyası — Gəncə şəhərindən keçən Bakı–Tbilisi dəmiryolu xətti üzərində vağzal tipli dəmiryol stansiyası. 29 dekabr 2013-cü ildə Gəncə dəmiryol stansiyasının inzibati binası əsaslı təmirdən sonra istifadəyə verilib.
Heybət dəmir yolu stansiyası
Heybət dəmir yolu stansiyası — Bakı şəhərinin Qaradağ rayonunun ərazisində yerləşmiş yolu stansiyası. Azərbaycan Respublikasının Prezidenti 6 iyun 2018-ci il tarixli Sərəncamı ilə ləğv edilmişdir. Buna səbəb Heybət dəmir yolu stansiyasına bitişik hissədə inşa edilmiş Abşeron dəmir yolu stansiyası olmuşdur. Stansiya Meyvəli bazarının yaxınlığında yerləşirdi.
Hüseyn Dəmirli
Hüseynabad-i Dəmirçi (Bicar)
Hüseynabad-i Dəmirçi (fars. حسین‌آباد دمیرچی‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 52 nəfər yaşayır (13 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Kami-Şirataki Dəmiryol Stansiyası
Kami-Şirataki Dəmiryol Stansiyası (上白滝駅, Kami-Shirataki-eki) - Yaponiyanın Hokkaydo prefekturasının Enqaru şəhərində yerləşən dəmiryol stansiyası. Stansiyanın nömrəsi A44-dir. 2016-cı il yanvarın 16-da Çin kanalı CCTV tərəfindən stansiyanın yalnız bir məktəbli qıza görə bağlanmadığı söylənilmişdi. Stansiyanın martın 26-sı qız məktəbi bitirdikdən sonra bağlanacağı bəyan olunmuşdu. Bu xəbər İnternetdə geniş müzakirə olunurdu. Lakin sonradan bağlanma tarixinin qızın məktəbi bitirməyi ilə bağlı olmadığı məlum oldu.
Kaunas dəmiryol tuneli
Kaunas dəmiryol tuneli (lit. Kauno geležinkelio tunelis) — Rusiya imperiyasında inşa edilmis ilk 2 dəmiryol tunelindən biri və Litvadakı ən qədim dəmiryol tuneli. == Təsviri == Bu xətt 1861-ci ildə Peterburq-Varşava dəmiryolunun davamlılığını təmin etmək məqsədi ilə istifadəyə verilmişdir. Kaunasda 30 metrlik bir təpənin altı ilə çəkilmişdir. Tunelin hündürlüyü 6,6 m, eni 8,8 m, uzunluğu 1285 m təşkil edir. Tunelin önündən Kayşradoryo küçəsi (lit. Kaišiadorių gatvė) keçir. == Tikinti tarixi == 20 noyabr 1861-ci ildə tuneldən ilk parovoz keçmişdir Tunel 1862-ci ildə tam istifadəyə verilir. Sankt-Peterburq-Varşava dəmir yolunun Prussiya istiqamətində xətti butradan keçirdi. Tünelin ölçüsü Birinci Dünya müharibəsi zamanı almanlar tərəfindən standart göstəricidə yenidən tikilmişdir.
Keşlə Dəmir Yolu Dayanacağı
Keşlə dəmiryol stansiyası — "Dəmiryol Stansiyası" və "Lokomotiv Deposu", Bakı şəhərində yerləşən sərnişin və yük qatarlarının keçdiyi dəmiryol stansiyası. Keşlə Dəmiryol Stansiyası Bakı-Moskva dəmiryolu xəttinin üzərində inşa edilmişdir.
Keşlə Dəmiryol Dayanacağı
Keşlə dəmiryol stansiyası — "Dəmiryol Stansiyası" və "Lokomotiv Deposu", Bakı şəhərində yerləşən sərnişin və yük qatarlarının keçdiyi dəmiryol stansiyası. Keşlə Dəmiryol Stansiyası Bakı-Moskva dəmiryolu xəttinin üzərində inşa edilmişdir.
Keşlə Dəmiryol Stansiyası
Keşlə dəmiryol stansiyası — "Dəmiryol Stansiyası" və "Lokomotiv Deposu", Bakı şəhərində yerləşən sərnişin və yük qatarlarının keçdiyi dəmiryol stansiyası. Keşlə Dəmiryol Stansiyası Bakı-Moskva dəmiryolu xəttinin üzərində inşa edilmişdir.
Keşlədə dəmiryol qəzası
Keşlədə dəmiryol qəzası — Bakı ilə Keşlə arasındakı dəmiryol qəzası. 1930-cu illərdə Bakı ilə Keşlə arasında gecə iki qatar toqquşmuşdur. Qəza zamanı 2 qatar, 5-6 yük və sərnişin vaqonu yararsız hala düşmüşdür. Hadisə zamanı sərnişinlərdən 29-u ölmüş, 69-u isə ağır yaralanmışdır. Qəzaya Keşlə stansiyası işçilərinin səbəb olduğu aydınlaşdırılmışdır. Bu səbəbdən stansiyanın növbətçisi və 6 işçisi tutulmuşdur.
Köçərli Dəmiryol Stansiyası
Köçərli Dəmiryol Stansiyası — Tərtər rayonunda, Bakı–Xankəndi dəmiryolu xətti üzərində Bərdə Dəmiryol Stansiyasından sonra gələn dəmiryol stansiyası.Stansiya işğaldan sonraki dövürdə memar Kamran Allahyarovun layihəsi əsasında yenidən layihələndirilmişdir == Tarixi == Dəmiryolların elektrikləşdirilməsinə diqqət artırıldığı illərdə Yevlax – Bərdə - Ağdam dəmiryolu 1967-ci ildə işə salınmışdır.
Latviya dəmir yolları
Latviya dəmir yolları (latış. Latvijas dzelzceļš‎) — Latviyanın milli dəmir yol şirkəti Əsası 1919-ci ildə qoyulmuşdur. 1994-ci ildə Pribaltika dəmir yollarının balansından ayrılaraq müstəqil şirkətə çevrilmişdir. Ümumilikdə dəmir yollarının uzunluğu 2263,3 km-dir. Bu məsafənin cəmi 258,8 % elektrikləşdirilmişdir. Reylslər arasında məsafə 1520 mm-dir. Baş ünvani — Riqa şəhəri, Qoqol küçəsi, 3. 2005 - 2015 illər ərzində şirkətin rəhbəri Uqis Maqonis olmuşdur (latış. Uģis Magonis‎) == Şirkətin strukturu == Şirkətin tərkibinə törəmə 7 bölmə daxildir: LDz «Cargo» LDz «Infrastruktūra Ltd» LDz «Ritošā sastāva serviss» LDz «Apsardze» LDz «Ritošā sastāva serviss» VRC Zasulauks Pasažieru Vilciens (sərnişin daşıma) == Arsenalı == Teplovozlar: Teplovoz M62, 2М62, 2М62У, 2M62УР, 2M62УЦ, 2ТЭ10М, 2ТЭ10У, ТЭП70, ЧМЭ3, ТЭМ2, ТГК2, ТГМ3, ТГМ4, 2ТЭ116, ЧМЭ3М Elektrovaqonlar: ЭР2, ЭР2Т, ЭР2М. Divel-vaqonlar: ДР1А, ДР1АМ, ДР1АЦ. Reyls avtobusu: АР2. === Əvvəllər istifadə edilmiş texnikalar === Teplovoz — ТЭП60 Elektrovovlar — ВЛ26, ЕЛ2 Elektrovaqonlat — Ср3, ЭР2И Dizel vaqonlar — ДР1П == Dəmir yol xətləri == === İşlək olan xətlər === 01 Ventspils — Tukums II 02 Tukums II — Elqava 03 Elqava — Krustpils 04 Krustpils — Dauqapils 05 Dauqapils — İndra 06 Riqa — Krustpils 07 Krustpils — Rezenke II 08 Rezenke II — Zilupe 09 Karsava — Rezenke I 10 Rezenke — Dauqapils 11 Dauqapils — Kursums 12 Eqlayne — Dauqapils 13 525 km yol postu — 401 km yol postu 14 Riqa — Elqava 15 Elqava — Liepaya 16 Elqava — Meytene 17 Riqa — Luqaji 18 Tornyaklns — Tukums II 19 Zemitan — Skulte 20 Çiekurkalns — Riqa Krasta 21 Qluda — Renqe 22 Zasulausks — Bolderya 24 Riqa Preçu 2 — Saurieşi 25 Zemitan — Şkirotava 26 191 km yol postu — 524 km yol postu 27 Plyavinyas — Qulbene 36 Yaunkalsnava — Veseta 37 Otvetvleniya Dauqapils 38 Otvetvleniya Rezenke 32 Qulbene — Aluksne == Elektrikləşdirilmiş dəmir yol xətti == Elektrikləşdirilmiş dəmir yollarının uzunluğu 249 km-dir.

Digər lüğətlərdə