Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Yolboyu (Susuz)
Yolboyu — Qars ilinin Susuz ilçəsinin Mərkəz bucağında kənd. Kənd Qars ilinin inzibati mərkəzi Qars şəhərindən 25 km, Susuz ilçəsinin inzibati mərkəzi Susuz qəsəbəsindən 15 km uzaqlıqda yerləşir. 31 dekabr 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 553 nəfər daimi əhali yaşayır.
Musiqi albomu
Musiqi albomu — sənətçinin bir araya gətirdiyi öz mahnılarından ibarət toplu. Albomun üz qabığında sənətçi tərəfindən seçilmiş şəkil yer alır. Albomun maddi nüsxəsinin içərisində şəkillər və layner notları (ing. liner notes) yer ala bilər, həmçinin mahnıların sözləri və müəllifləri haqqında əlavə məlumatlar verən bukletlər (ing. booklet) ola bilər. Albomun sonralar delüks versiyası da buraxıla bilər. Bu versiyaya əlavə mahnılar, canlı və akustik ifalar kimi bonus treklər daxil edilir. Sənətçi albomunu tanıtmaq məqsədilə əvvəlcədən bir neçə ədəd mahnısını sinql şəklində buraxa bilər. Sənətçi albomunu satışa çıxarmaq və musiqi videosu çəkmək üçün musiqi şirkəti ilə müqavilə bağlaya bilər. Albomlar CD, vinil, kaset formatında və striminq xidmətləri kimi platformalar vasitəsilə rəqəmsal olaraq buraxılır.
? (XXXTentacion albomu)
? — amerikalı repçi-müğənni XXXTentacion-un ikinci və ölümündən əvvəl buraxdığı sonuncu albomu. Albom Bad Vibes Forever, Caroline Distribution və Capitol Music Group tərəfindən 16 mart 2018-ci ildə buraxılıb.
Mahnı albomu
Musiqi albomu — sənətçinin bir araya gətirdiyi öz mahnılarından ibarət toplu. Albomun üz qabığında sənətçi tərəfindən seçilmiş şəkil yer alır. Albomun maddi nüsxəsinin içərisində şəkillər və layner notları (ing. liner notes) yer ala bilər, həmçinin mahnıların sözləri və müəllifləri haqqında əlavə məlumatlar verən bukletlər (ing. booklet) ola bilər. Albomun sonralar delüks versiyası da buraxıla bilər. Bu versiyaya əlavə mahnılar, canlı və akustik ifalar kimi bonus treklər daxil edilir. Sənətçi albomunu tanıtmaq məqsədilə əvvəlcədən bir neçə ədəd mahnısını sinql şəklində buraxa bilər. Sənətçi albomunu satışa çıxarmaq və musiqi videosu çəkmək üçün musiqi şirkəti ilə müqavilə bağlaya bilər. Albomlar CD, vinil, kaset formatında və striminq xidmətləri kimi platformalar vasitəsilə rəqəmsal olaraq buraxılır.
Marka albomu
Marka albomu – poçt markası kolleksiyasını saxlamaq və nümayiş etdirmək üçün istifadə olunan kitab. == Tarixi == İlk marka albomları 1862-ci ildə Paris şəhərində Castin Lallier tərəfindən buraxılmışdır. Rusiya imperiyasında ilk poçt markası 1866-cı ildə təqdim olunmuşdur. İngiltərədə ilk poçt markası albomu isə Edvard Opper tərəfindən buraxılmışdır. == Xüsusiyyətlər == Tipik marka albomu ölkə adlarının yazıldığı vərəqlərdən ibarət olur; markaları buraxılış tarixi üzrə yerləşdirmək üçün müəyyən olunmuş yerlər qoyulur. Əhatəli "dünyəvi" marka albomları 30 və ya daha artıq cilddən ibarət olur və 100.000-dən çox marka saxlamaq üçün yerə malikdir. Lakin kolleksiyaçıların çoxu daha kiçik, daha yığcam albomlardan istifadə edir. Boş albomlar isə heç bir yazının olmadığı, folio-vərəqlərdən ibarət albomlardır. Bu albomlar kolleksiyasını istədiyi kimi düzmək istəyən kolleksiyaçılar üçün nəzərdə tutulub. Markaları albomda yerləşdirmək üçün xüsusi yapışdırıcı materialdan istifadə olunur.
21 (Adel albomu)
«21» — Britaniyalı müğənni Adelin ikinci studiya albomu .Albom 2011 -ci ildə buraxılmışdır. Albom 25 milyon nüsxədən çox satılaraq, UK Album Chart 23 həftə (rekord) və Billboard 200 də 24 həftə bir nömrədə yer tutaraq , ilin ən çox satılan albomu oldu. 12 fevral 2012- ci ildə Grammy mükafatlandırılmasında albom "ilin ən yaxşı albomu" nominasiyasının qalibi oldu .
Budur (musiqi albomu)
Budur - Türk müğənni Atiyənin üçüncü studiya albomu. == Albom haqqında == Albomda olan musiqilərin əksəriyyətinin söz və musiqiləri şəxsən Atiye tərəfindən yazılmışdır. Albomda 10 musiqi yer alır. Albomdan olan ilk sinql albomla eyni adı daşıyan Budur (mahnı) sinqlıdır. Musiqisi Houssam Habib-ə, sözləri isə İsra Gülümser-ə aiddir. Alboma aid olan bütün promo şəkillər Nihat Odabaşı tərəfindən çəkilib. Budur sinqlı ttnet.com saytında gün ərzində 50 min dəfədən artıq dinlənərəq rekord səviyyəsinə çatmışdır. Atiye albomundakı tək bir musiqinin bu qədər dinlənilməsinin onun üçün fəxr olduğunu deyib. İskender Paydaş, Ozan Çolakoğlu və Volga Tamöz ilə işləyən musiqiçiyə albomundakı Güzelim mahnısında Sultana, Yoksun mahnısında isə DJ Geveze yoldaşlıq edib. Batum Türküsü və sözlərinin yarısı ərəbcə yarısı türkcə olan Hali Hali Hal adlı iki anonim əsərin də yer aldığı albomda, Budur (mahnı) mahnısının Suat Ateşdağlı tərəfindən remiksi də var.
Frank (musiqi albomu)
Frank — Emi Uaynhausun birinci albomu.
Körebe (Göksel albomu)
Körebe – Göksel-in 2001-ci ildə çıxardığı 2-ci albom. Albomdakı "Depresyondayım" mahnısına klip çəkilmişdir.
Paranoya (musiqi albomu)
Paranoya (rus. Паранойя) — Nikolay Noskovun ikinci studiya albomu.
Renaissance (Beyonse albomu)
"Renaissance" (həmçinin "Act I: Renaissance" adlandırılır) — ABŞ müğənnisi Beyoncé tərəfindən 29 iyul 2022-ci ildə Parkwood və Columbianın iştirakı ilə çıxarılmış yeddinci studiya albomudur. Bu, müğənninin "Lemonade"dan sonra (2016) ilk solo studiya relizi və elan edilmiş trilogiyanın birinci hissəsidir. Albomun yazılması və prodüserliyində Beyonse ilə yanaşı Nova Wav, The-Dream, Symbolyc One, A. G. Cook, Honey Dijon, Beam, Triki Stüart, BloodPop, Skrilleks, Hit-Boy, No I.D., P2J və başqa musiqiçilər də iştirak etmişlər. Beam, Qreys Cons və Tems albomun yazılmasında qonaq vokalçı kimi iştirak etmişdir. Beyonse albomu COVID-19 pandemiyası zamanı hisslərinin ifadəsi kimi nəzərdə tutulmuşdur. Albomun əsas sinqlı olan "Break My Soul" mahnısı 20 iyun 2022-ci ildə çıxarılmış, səkkiz ölkənin hit-paradında ilk onluğa daxil olmuş, Billboard Hot 100-də isə zirvəyə yüksəlmişdir. "Renaissance" özündə disko, haus, hip hop və bauns elementlərini birləşdirən ritmik rəqs, pop və R&B albomudur. Kompozisiyaların vəhdəti və enerjili təqdimatına görə albom, musiqi tənqidçiləri tərəfindən yüksək qiymətləndirilmişdir.
Yollar (Göksel albomu)
Yollar – Göksel-in 1997-ci ildə çıxardığı 1-ci albomudur. Albomdakı "Sabır" mahnısına klip çəkilmişdir.
Infinite (Eminem albomu)
Infinite Amerikalı reper Eminemin ilk studiya albomudur.Albom müstəqil şirkət olan Web Entertainment tərəfindən 1996-cı ildə çıxarılmışdır. Albom 1995-ci ildə Bass Brothers və D12 üzvləri olan Kon Artis, Proof və Eye-Kyu köməkliyi ilə hazırlanıb.
Overtones (musiqi albomu)
"Overtones" — Britaniya elektronik musiqi sənətçisi "Just Jack"-in ikinci albomu. "Starz in Their Eyes" adlı mahnısı Birləşmiş Krallıq çartlarında ikinci yerə yüksələ bildi. Albomun ABŞ üçün buraxılan versiyasına "I Talk Too Much" mahnısının Kayli Minouqun da qatıldığı yenidən işlənmiş versiyası daxil edilmişdir. Əksi qeyd edilmədiyi təqdirdə bütün mahnılar Cek Olsopp tərəfindən yazılmışdır: "Writer's Block" – 3:42 "Glory Days" – 3:39 "Disco Friends" – 3:00 "Starz in Their Eyes" – 4:55 "Lost" (Olsopp, Ralf Lemb, Endrü Ross) – 5:48 "I Talk Too Much" (Olsopp, Ali Lav) – 3:50 (US feat. Kylie Minogue), 4:16 (UK) "Hold On" (Olsopp, Adam Filips) – 2:24 "Symphony of Sirens" – 4:21 "Life Stories" – 3:52 "No Time" – 4:27 "Mourning Morning" (Olsopp, Jül Porreka) – 4:06 "Spectacular Failures" – 13:10 "Electrickery" – 7:27 (ABŞ üçün buraxılmış bonus mahnısı) Yuxarı siyahıdakı sayca 12-ci mahnı 9:55-də başlayan gizli "Koolaid" mahnısını ehtiva edir.
4 (Beyonse albomu)
4 – Beyonsenin dördüncü studio albomudur.
Gözlənilən Clairo albomu
Döyər boyu
Tüyər boyu və ya Döyər boyu — Oğuz Xaqan Dastanına görə Oğuz Türklərinin 24 boyundan biri və Qaşgarlı Mahmuda görə Divân-ı Lügati't-Türkdəki 22 Oğuz boyundan 18-cisi "Tüyər"lərdir. Tüyər kəliməsi günümüz Anadoluda düyər ve döyər şəkillərini almışdır. Afyonqarahisarda Diyərbəkirdə Kaysəridə Burdurda Sivasda ve Muğlada Bolu Dörtdivanda Yuxarı Düyər bu adda bir kənd vardır və Dörtdivanda Düyər yaylasında oğuz boylarına aid yazılar var. Türkiyənin xaricində isə Suriya, tarablus, ve Rakka şəhərlərində isə hələ yer adı olarak adlandırılır. Getdikləri yerlərə "Döyər" adlarını vermişlərdir. Osmanlı dövründə Diyərbəkir ilə Hələb arasındakı ən gözəl yaylaqlar tamamilə "Döyər" oymaqları tərəfindən tutulmuşdu.
Haylandur boyu
Haylandur boyu – Hun boylarından biri. Türkmən tarixçisi Ovez Gündoğduyev bu boyun Qayı boyu ilə eyni boy olduğu qənaətindədir. Habelə, Atillanın da mənsub olduğu ve Avropa Hunlarını idarə edən Balamirlilər bu boydandır. == Haylandur Hunlarının Qafqaz Albaniyasına axını == Haylandur hunları 462-ci ildə Quzey Azərbaycanda mövcüd olmuş Albaniya Dövlətinə girdilər. Bu dönəm Qafqaz Albaniyasını Mehranilər sülaləsi idarə edirdi. Hunlarla birlikdə eyni anda Xəzərlər və Sabirlər kimi başqa türk boylarıda Albaniyaya axın edirdi. Sasani şahları bu axınlara qarşı nə qədər təhkimatlar tikdirsə də, keçişləri bağlasa da, bu axınları dayandıranmadı. Haylandurlar və onlarla birlikdə Qafqaza girən başqa Türk boyları Albanlarla birlikdə yaşamağa və qarışmağa başladılar. Sasanilər və Bizanslılar ilə 591-ci ildə edilmiş müqaviləyə görə Albaniya Girdiman, Tiflis və Dvin daxil olmaqla Sasanilər əlində qalacaq idi (262-ci ilidən Qafqaz Albaniyası Sasanilər tərəfindən işğal edilmiş idi.
Qarğın boyu
Qarğın boyu — yaranma vaxtı skif-massaget zamanına qədəm qoyan qədim oğuz tayfası. Oğuz Xaqan Dastanınana görə Oğuzların 24 boyundan biridir. Bu boyların Boz oxlar qolundan (sağ qolundan) Oğuz Xanın oğlu Ulduz xanın soyundan gəldikləri qəbul edilir. Qarğın "Daşqın və doyurucu" mənasına gəlir. Tanınmış orta əsr yazılı mənbələrindən Qarğın boyuna aid ilk qeydi Fəzlullah Rəşidəddinin Cəmi ət-Təvarix adlı əsərində tapmaq olar.
Qayı boyu
Qayı boyu və ya Kayı boyu (Qayığ, Kayığقايى بويى/قيغ بويى) — Oğuzların boz ox qolundan. Türkmən tarixçisi Ovez Gündoğduyev Qayı boyunun Hun boyu olan Haylandur boyu eyni olduğu fikrini irəli sürür. Qayı kəlməsi, "möhkəm, qüvvət və qüdrət sahibi" deməkdir. Qayı boyunun simvolu, iki ox və bir yaydan ibarətdir. Oğuz Xan oğlu Gön Xan oğlu Qayının, bu boyun cəddi olduğu söylənilir. İyirmi il hökmdarlıq edən Qayının nəsli uzun illər bu məqamda qalmışdır. Oğuzlar: Tarihleri-Boy Teşkilatı-Destanları, İstanbul 1999 (Prof.
Qınıq boyu
Qınıq boyu — Səlcuqlu sülaləsinin mənsub olduğu Oğuz boyu. Oğuz Xaqan Dastanına görə Oğuz türklərinin 24 boyundan biri. Üçoqlar boylarındandır. Qanıq : " Hər yerdə sayqın" anlamındadır. Böyük Anadolu Səlcuqlu devlətləri, Orta Toroslardakı üçoxlu Türkmənlər , Hələb, Ankara, Aydındakı Kınıq oymaqları bu boydandır. Mahmud Qaşqarlı "Divani-lüğət-it-türk" adlı əsərində yazır: " ٱغُز Oğuz: Bir Türk boyudur. Oğuzlar Türkməndirlər. Bunlar iyirmi iki bölüksür; her bölüiün ayrı bir bəlgəsi və heyvanlarına vurulan bir əlaməti (damğası) var. Bir-birlərini bu bəlgələrlə tanıyırlar. Birincisi və başları: "قنق Qınıq"lardır.
Qızıq boyu
Qızıq boyu — Oğuz xan dastanına əsasən Oğuzların Boz oxlar qolundan, Ulduz xan soyundan gəlir. Ancaq bu boyu Mahmud Qaşqarlı "Divanü Lüğat-it-Türk" əsərində məlumat verdiyi 22 bölük Oğuzlar içində göstərməmişdir. Bu boyun adı Oğuz türklərinin tarixən məskunlaşdıqları ərazilərdə yaratdıqları toponimlərdə Qızıq, Kızık, Qırıq, Qırıx kimi formalarda öz əksini tapmışdır.
Salur boyu
Salur boyu — Oğuz xan Dastanına görə Oğuzların 24 boyundan biri və Mahmud Qaşqarlının Dünya ədəbiyyatında türkdilli xalqların ilk ensiklopediyası olan "Divanü Lüğat-it-Türk"dəki iyirmi iki Oğuz bölüyündə beşincisi; "صالغر Salgur" lardır. Damğaları budur: deyə tanınan bir Oğuz boyudur. Bu boyların Üçoqlar qolundan (sol qolundan) Oğuz xanın oğlu Dağ xanın soyundan gəldikləri qəbul edilir."Salur" sözü qılınc yelləyən mənasında istifadə edilmişdir. XIV əsrdə Sivas, Ərzincan, Kayseri və Tokat ətrafında hökm sürmüş Qazı Bürhanəddin dövləti Salur boyuna mənsubdur. Bu gün müasir türkmənlərin mənşəyi Salur boyu Türkmənistan, Özbəkistan, Əfqanıstan, İraq və İranda və eyni kökdən olan Çindəki Salar təbəə Salur boyundan gəlməkdə olduğu təxmin edilsə də Salurlar əsl Xəzər ətrafında yaşamış və oradan Xorasan, Orta Asiya və Anadolu bölgələrinə qədər dağılmışdılar. Anadoluda bir çox bölgədə və Anadolu Səlcuqlu və bərabər Anadoluda yaranan bəyliklər çəkili Salur boylarından təsirlənmişdir. Bunlar başda Qaraman, Təkə və Candaroğulları çəkili Salur mənşəli tayfalar Qəbilələr tayfalar tərəfindən meydana gəlmişdilər. Salurlar içərisindəki tayfa və tayfalar adında bu gün Salur baba yurdu olan Xəzər regionunda yer, əkiləcək tarla, kənd və yaşayış məntəqələri adları hələ də yaşamaqdadır. Salurlar içində ciddi ölçüdə qıpçaqlıq da var. Xəzər regionu hər zaman Oğuz və Qıpçaq tayfalarının birləşib bir arada yaşadığı bölgə olmuşdur.
Bayat boyu
Bayat (Boyat, Bəyat) tayfası — türk tayfalardan birinin adı olub IX–X əsrlərdə Qayı boyu ilə yanaşı Şimali Qazaxıstan çöllərində oğuzlara başçılıq etmiş tayfalardandır. Oğuz Xaqan Dastanına görə Oğuz türklərinin 24 boyundan biri və Qaşqarlı Mahmuda görə Divân-ı Lügati't-Türk'təki yirmi iki Oğuz boyundan doqquzuncudur. Azərbaycan xalqının formalaşmasında əsas amilə malik olan tayfalardan biri də Bayat tayfası olmuşdur. Həmin tayfanın söylədikləri nəğmələr isə Bayat tayfasının nəğmələri, yəni bayatı adı altında termin kimi formalaşmışdır. Deməli, Azərbaycan şifahi xalq ədəbiyyatının ən geniş yayılan, ən kütləvi bir növü də bayatların adını yaşadan bayatılardır. Şah İsmayıl Səfəvi yeni hökumətə dayaq olmaq və onu əldə saxlamaq üçün İranda yaşayan Boyat türklərindən bir dəstəsini siyahı uzrə köçürüb Dərbənddə və Şabranda yerləşdirmişdir. Həmin tayfanın üzvləri tərəfindən salınmış yaşayış məntəqələri onların adı ilə Boyat adlandırılmışdır. Bayat coğrafi adına Ağcabədi, Salyan, Neftçala, Ucar, Şamaxı, Şabran, eləcə də Şimali Azərbaycanda – Qədim Albaniyada – Arran–Şirvan ərazisində və digər yerlərdə təsadüf edilir. Türk Muntəhəb-i tavarixi-səlcuqiyyə nin məlumatına görə, Sultan Səncərin oğuz-səlcuq qoşununda bayatlar daim sağ cinahda qayyılarla birgə dururdular, sol cinahda — bayandurlar və peçeneqlər.
Qaraevli boyu
Qaraevli boyu — Oğuz Xan Dastanına görə Oğuzların 24 boyundan biri və Divanü Lüğat-it-Türkdə iyirmi iki Oğuz boyundan onikincisi; "Qarabölük"lərdir. Bu boyların Boz oxlar qolundan (sağ qolundan) Oğuz Xanın oğlu Gün Xanın soyundan gəldikləri qəbul edilir. "Qarabölük" kəliməsi qara çadırlı mənasında istifadə olunmuşdur.