Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İmanlar
İmanlar (Laçın)
İmanlar (Laçın)
İmanlar — Azərbaycan Respublikasının Laçın rayonunda kənd. Yaşayış məntəqəsi XIX əsrdə bir qrup ailənin Xaçınyalı adlı yüksəklikdə məskunlaşması nəticəsində yaranmışdır. 28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğramasından və bolşeviklərin işğalına məruz qalmasından sonra, 1923-cü ilin iyulunda Yelizavetpol quberniyasının Cavanşir və Zəngəzur qəzalarının bir hissəsindən Kürdüstan mahalı (sonradan qəza) təsis edilmişdir. İmanlar kəndi mahalın bir hissəsi olmuşdur. Kürdüstan qəzası ləğv edildikdən sonra İmanlar Laçın rayonunun tərkibinə daxil edilmişdir. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Kənd 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçmişdir. Kəndin əhalisi kürd mənşəli hacısamlı camaatındandır. Arif Məmmədli, Elman Mustafazadə Əliağa Mustafayev. İmanlar iman yeridi.
İmanlar (Şuşa)
İmanlar — Azərbaycan Respublikasının Şuşa rayonunun Şırlan kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq İmanlar kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikasının nəzarətinə qayıtmışdır.
İmanlı
İmanlı — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 213 nəfərdir. Keçmişdə Cənub zonasında maldarlıqla məşğul olmuş pirembel (pirimbel) tayfasının beşinci qoluna məxsus altı ailənin başçısı Kərbəlayı İman xan adlı şəxs olmuşdur. XIX əsrdə həmin ailələrin oturaqlaşması nəticəsində yaranmış kənd də bu ailələrin mənsub olduğu qolun adı ilə imanlı (Kərbəlayı İmanın adından) adlandırılmışdır.
Məhəmməd İmanlı
İmanlı Məhəmməd Nağı oğlu — hüquq elmləri doktoru, professor. Məhəmməd İmanlı 30 iyun 1962-ci ildə Ermənistanın Amasiya rayonunda anadan olmuşdur. 1969–1979-cu illərdə Amasiya rayonunun Güllücə kənd orta məktəbində oxumuşdur. 1983–1987-ci illərdə Politexnik Universitetində təhsil almışdır. 1988-ci ildə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin əyani şöbəsinə daxil olmuşdur. 1993–1997-ci illərdə Bakı Dövlət Universiteti hüquq fakültəsinin "Cinayət hüququ və kriminalogiya" kafedrasında müəllim, qiyabi aspirant, 1998-ci ildə baş müəllim, dosent olmuşdur. 2004-cü ildə universitetin hüquq fakültəsinin dekanının 1-ci müavini təyin edilmişdir. 2006-cı ildə hüquq elmləri doktoru və professor adı almışdır. 2006–2009-cu illərdə BDU-nun Müdafiə Şurası yanında seminarın sədri (12.00.09 indeksi üzrə), 2009-cu ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasında hüquq ixtisası üzrə ekspert olmuşdur. 100-dən çox məqalənin, 10 kitabın, 6 monoqrafiyanın müəllifidir.
Qılman İmanlı
Qılman İman (tam adı: Həsənli Qılman İman oğlu; 15 fevral 1986, Yeni Daşkənd, Bərdə rayonu) — Azərbaycanlı şair-publisist, "goyce.az" saytının təsisçisi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (2010), Prezident təqaüdçüsü (2010). Qılman İman 15 fevral 1986-cı ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində tanınmış şair Aqil İmanın ailəsində dünyaya gəlmişdir. Əslən Göyçə mahalının Daşkənd kəndindəndir. 1992-ci ildə Bərdə rayonu Yeni Daşkənd kənd orta məktəbinin I sinfinə qəbul olmuş və 2003-cü ildə Bərdə rayonu Yasif Kərimov adına Yeni Daşkənd kənd orta məktəbinin ХI sinfini əla qiymətlərlə bitirmişdir. 2003-cü ildə Azərbaycan Beynəlxalq Universitetinin Jurnalistika fakültəsinə qəbul olub və 2007-ci ildə həmin ixtisası bitirmişdir. 2004-cü ildə "İslahat" qəzetində poeziya şöbəsinin müdiri, 2005-ci ildə "Etiraf" qəzetində baş redaktorun müavini vəzifəsində çalışmışdır. 2000-ci ildən mətbuat səhifələrində şeir və publisistik yazıları ilə çıxış edir. İran, Türkiyə, Ukrayna, Fransa mətbuatında şeirləri çap olunub. Haqqında tanınmış şair və yazıçıların rəy və resenziyaları çap olunmuşdur. 2006-cı ildən 2008-ci ilə qədər Azərbaycan Televiziyasında çalışmışdır.
Əlinasir İmanlı
Əlinasir Fərzulla oğlu İmanlı (19 yanvar 1962, Xıllı, Salyan rayonu) — Azərbaycan publisist və rejissoru. Əlinasir İmanlı 1961-ci ildə Neftçala rayonunun Xıllı kəndində anadan olub. 1989-cu ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Jurnalist fəaliyyətinə "Azərbaycan" qəzetində başlayıb. 1991-ci ilədək burda çalışıb. 1991-ci ildən Təbiəti Mühafizə Komitəsinin "Fəryad" qəzetinə baş redaktor təyin olunub. 2000-ci ilə qədər bu redaksiyada fəaliyyət göstərib. Əlinasir İmanlı 1995-ci ildə AMEA-nın Milli Münasibətlər institutunun aspranturasını bitirib. İnstututda qalaraq elmi işçi kimi çalışıb. Azərbaycan ekologiyası və ətraf mühitin mühafizəsi (1969–1999-cu illər), Bakı, 1999, 300 səh.
Kəlbəli xan İmanlı-Avşar
Kəlbəli xan İmanlı-Avşar (?-1639) - Urmiya hakimi. == Həyatı == Kəlbəli sultan Qasım xan oğlu Urmiyada anadan olmuşdu. İmanlı oymağının tanınmış əmirlərindən idi. 1624-cü ildə Mosulu almağa gedən qoşunun sərkərdələri arasında onun da adı vardı. Osmanlılara qarşı vuruşmuşdu. Mosul qalasına 3 min mən qurğuşun və barıt çatdırmışdı. Hafiz Əhməd paşanın qoşununu məğlub edib qovmuşdu. Şahdan xan ünvanı almışdı. I Şah Abbas Səfəvi əmr vermişdi ki, Kəlbəli xan və avşarlar İranın harasında istəsələr yaşaya bilərlər. O yerlər onlara inaət olunacaq.
Ərdoğanın İranla şeir qalmaqalı
Ərdoğanın İran ilə şeir qalmaqalı — 10 dekabr 2020-ci ildə Bakı şəhərində və Azərbaycanın İkinci Qarabağ müharibəsində qazanılmış qələbəsini qeyd etmək üçün təşkil edilən Qələbə Paradına qatılan Rəcəb Tayyib Ərdoğan Azərbaycanın hər iki sahilinin (Cənubi Azərbaycan və Şimali Azərbaycan) birləşməsi ilə əlaqələndirilən şeir səsləndirdi. Azərbaycanın Qarabağı ermənilərdən geri almasından sonra baş verən bu hadisə İran İslam Respublikası ilə gərginliyə yol açdı. Rəcəb Tayyib Ərdoğanın səsləndirdiyi şeir Bəxtiyar Vahabzadə tərəfindən yazılmış Gülüstan poemasında keçməsi iddia edilmişdir. Azərbaycan ədəbiyyatında isə şeir xalq bayatısı olaraq keçməkdədir. Şeir Araz çayının hər iki sahilində yaşayan və ayrı düşmüş millətin ayrılığına həsr edilmişdir. Şeir İranda yaşayan türklərin və ya Azərbaycan türklərinin birləşmə istəyinin simvolu hesab edilir. Şeir Sovet İttifaqının Azərbaycan SSR-də yaranmış ədəbi janrın bir hissəsidir, konteksti İranın Azərbaycan bölgəsi ilə bağlıdır. Ərdoğanın səsləndirdiyi şeirin mənşəyi barədə müxtəlif iddialar səsləndirilməkdədir. Əsasən ingilisdilli mənbələrdə bu şeirin Bəxtiyar Vahabzadə tərəfindən yazıldığı bildirilməkdədir. Bu tipdə olan yazılarda Cənubi Azərbaycanla birləşmək istəyinin əsasən Sovet dövründə ortaya atıldığı və anti-iran ritorikasına əsaslandığı qeyd edilməkdədir.
Amanda
Amanda — "sevilməyə layiq", "sevgiyə layiq" və ya "hər kəs tərəfindən çox sevilən" mənasını verən bir Latın qadın adıdır. "Amanda" adı ilk dəfə 1212-ci ildə İngiltərənin Warwickshire'nin doğum tarixində ortaya çıxdı və beş əsr sonra adı şairlər və dramaturqlar tərəfindən populyarlaşdı. [2] ABŞ-də "Amanda" yavaş-yavaş 1930–1960-cı illər arasında ən yaxşı 200 körpənin adları sırasında yer aldı. 1976-cı ildən 1995-ci ilə qədər "Amanda" ABŞ-də ən populyar qadın körpəsi adları sırasında yer aldı. Adı 1978-dən 1992-ci ilə qədər ən populyar idi, ilk 4-cü sırada yer alanda, 1980-ci ildə ən populyar ikinci oldu. 2009-cu ildə "Amanda" 166 nömrə tutdu. 2009-cu ildə Puerto Rikoda doğulan qızlara verilən ilk on ad arasında yer aldı. Adı, eyni zamanda, İsveçdə də populyardır, burada 2009-cu ildə anadan olmuş qızlar üçün iyirminci yeri tutur, beş yerə enir. 2008-ci ildən bəri. Bu, İsveçdə doğulan qızlar üçün ilk onluq sırasında yer aldığı Finlandiyadakı İsveçdilli ailələrdə də məşhurdur.
Amanlı
Amanlı — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Amanlı Qax rayonunun Qıpçaq inzibati ərazi vahidində kənd. Alazan-Əyriçay çökəkliyindədir. Etnotoponimdir. == Mədəniyyəti == == Coğrafiyası və iqlimi == == Əhalisi == 1872-ci ildə dərc olunmuş və 1869-cu il əhalinin kameral siyahıyaalınması nəticələrini əks etdirən Tiflis quberniyasının və Zaqatala dairəsinin hərbi icmalına əsasən Zaqatala dairəsinin İlisu naibliyinə daxil olan Amanlı kəndində milli tərkibi ləzgilərdən ibarət 12 ailə yaşayırdı. Müvafiq icmalda dairəni təşkil edən yaşayış məntəqələrinin əhalisinin milli tərkibinə dair məlumatlarda etnik türklər muğallar, Dağıstanlı xalqların nümayəndələri isə ümumi adla ləzgilər olaraq göstərilmişdirlər. 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 40 təsərrüfatda hər iki cinsdən toplam 160 nəfər əhali yaşamaqdadır.
Amanoa
Amanoa (lat. Amanoa) — malpigiyaçiçəklilər sırasının fillantkimilər fəsiləsinə aid bitki cinsi.
Manila
Manila (filip. Maynila, [majˈnilaʔ]) ― Filippinin paytaxtı və əhalisinə görə ikinci ən böyük şəhəri. 2019-cu ilədək dünyanın ən sıx məskunlaşmış şəhəri olmuşdur. Şəhər 18 iyun 1949-cu ildə "Manila Şəhərinin Yenidən Baxılmış Nizamnaməsi" adlı 409 saylı Respublika Qanununun qəbul edilməsi ilə muxtarlıq almışdır. Manila Metro Manila bölgəsindəki bələdiyyələrdən biri olan şəhər, ölkənin ən böyük adası olan Luzonda Manila Körfəzinin şərq sahilində yerləşir. Manila 10 milyondan çox insanın yaşadığı bir metropoliten sahəsi olan inkişaf etməkdə olan bir mərkəzdir. Metro Manila Milli Paytaxtı Ərazisi (NCR) olaraq da bilinən 17 şəhər və bələdiyyədən ibarət olan Manila şəhərinin bir hissəsidir. Manila, 1,5 milyondan çox sakini olan Filippinlərin ikinci ən məşhur şəhəridir. Yalnız ölkənin keçmiş paytaxtı olan Quezon City bundan daha populyardır. == Etimologiya == Şəhərin Filippin dilindəki adı olan Maynilà, "indiqo (bitki cinsi) olan yer" mənasını verən may-nilà ifadəsindən gəlir.
Mimansa
Mimansa və ya mimamsa ("tədqiqat") — hind fəlsəfəsinin altı əsas teist məktəbindən (mimansa, vedanta, yoqa, sankhya, nyaya, vayşeşika) biri. Digər adı purva-mimamsadır (dəqiq tərcüməsi "ilk mimamsa" və ya "ilk tədqiqatdır. Vedanta "Uttara-mimamsa" və ya "sonuncu tədqiqat" adlanır). Məktəbin əsas prinsipləri ortopraksiya, antiasketizm və antimistikadır. Mimansa mokşanı (dövrandan qurtuluşu) yalnız Vedalara hörmətdə və ritualların, dharmanın icra edilməsində görür. İlkin olaraq 3-cü əsrdə Caymininin "Mimansa sutra"sında ifadə olunub.
İlanlar
İlanlar (lat. Serpentes) — sürünənlər sinfinin pulcuqlular dəstəsinə aid yarımdəstə. Antarktikadan başqa bütün qitələrdə rast gəlinir. İlanlar elastik çənə quruluşuna sahibdir. Bununla da böyük canlıları uda bilirlər. İlanların çoxu zəhərsizdir. Zəhərsiz ilan növləri ovlarına dolanaraq onları boğur. İlanların zəhərli növləri isə zəhərdən ovlanmaq, yaxud özlərini qorumaq məqsədilə istifadə edirlər. İlanlar həşərat, qurbağa, quş, balıq, kərtənkələ, siçan, yumurta və s ilə qidalanır. Ən uzun zəhərli ilanlar Kral kobralardır.
İlanlı
İlanlı (Qobustan) — Qobustan rayonunda kənd. İlanlı (Poldəşt) — İlanlı — Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonunda kənd. İlanlı — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonu ərazisində kənd. İlanlı — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Hamamlı (Spitak) rayonunda dağ. İlanlı — İrəvan quberniyasının Göyçə mahalında, indiki Basarkeçər (Vardenis) rayonunun Daşkənd kəndində dağ. İlanlı — Füzüli rayonu ərazisində dağ.
İmamlar
İmam (ərəb. إمام‎ — başçı) — islamda məscidə, dini ayinlərə rəhbərlik edən ruhani şəxs. "İmam" sözü həm də "nümunəvi şəxs" kimi izah oluna bilər. İslamda məcburi olan ümumi cümə namazı zamanı imam seçilir və o namaza rəhbərlik edir. Bu ayinin yerinə yetirilməsi zamanı 8 yaşına çatmış istənilən şəxs imam ola bilər. Türkiyədə imamı namaz qılanlar özləri seçir, hakimiyyət isə onun statusunu təsdiqləyir. Adətən imamlar ilahiyyat təhsili alanlar arasından seçilir. İmamın geyimindəki fərqlər — ağ əmmamə və paltarın ağ ətəkləridir. On iki imam teologiyasına görə (şiəlikdə) on iki imam Məhəmməd peyğəmbərin birbaşa mənəvi varisləri olmuşlar. İlk imam peyğəmbərin kürəkəni, dördüncü xəlifə İmam Əlidir.
İmamlı
İmamlı — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. Alazan-Əyriçay çökəkliyindədir. Yaşayış məntəqəsini imamlı nəslinə mənsub ailələr saldığı üçün belə adlandırılmışdır. Bu adda türk mənşəli tayfanın olduğu güman edilir. Toponimikada bu zona üzrə eyni adda köhnə kəndin mövcudluğu da yazılıb. Qəbələ Oğuz yolunun yuxarı hissəsindədir və burada 400 nəfər əhali yaşayır. Əhalinin rifah halının yaxşılaşdırılması məqsədilə həlli vacib olan məsələlərə önəm verilir. Sakinlər tərəfindən fındıq bağları çox salınıb, heyvandarlığın vəziyyəti qənaətbəxşdir. Taxıl əkənlər, tərəvəz yetişdirən camaat torpaqla ünsiyyətdən həzz alırlar. Nəticədə isə hər kəsin qapısında inəyi, süfrəsində ağartısı, qışa tədarükü boldur.
İmanov
İmanov — Azərbaycanlılara məxsus soyad. İman adının soyad formasıdır. Son illər soyadın İmanlı forması daha çox istifadə edilir. Amangəldi İmanov — qazax milli-azadlıq üsyanın təşkilatçısı, inqilabçı Lütfiyar İmanov — Azərbaycan opera müğənnisi Kamran İmanov — Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin sədri, professor Lətif İmanov — fizik, Azərbaycan Elmlər Akademiyasının akademiki Davud İmanov — Rejissor, aktyor, ssenari müəllifi Tahir İmanov — aktyor, "Parni iz Baku" KVN komandasının keçmiş üzvü Cabir İmanov — Aktyor, "Parni iz Baku" KVN komandasının keçmiş üzvü Qalib İmanov — Tibb üzrə fəlsəfə doktoru Abbasağa İmanov — Operator Muxtar İmanov — Folklorşünaslıq sahəsində tanınmış Azərbaycan alimi Murad İmanov — Azərbaycanlı alim, riyaziyyat üzrə elmləri doktoru Nazim İmanov — Azərbaycan Respublikası Milli Məclisinin I çağırış deputatı, AMEA İqtisadiyyat İnstitutunun direktoru Rafil İmanov — riyaziyyatçı, əməkdar müəllim və pedaqoq Vasif İmanov — Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Qorxmaz İmanov — iqtisad elmləri doktoru, professor. Yusif İmanov — Azərbaycanlı futbolçu, qapıçı. Azərbaycan klublarından Sabahın şərəfini qoruyur.
İmatra
İmatra — Finlandiyanın şərqində şəhər və bələdiyyə. İmatranın əksər hissəsi Sayma gölü və Vuoksa çayı ilə əhatə olunmuşdur və Rusiya ilə sərhəddə yerləşir. Sahəsi 19128 km²-dir və əhalisi 31 avqust 2017-ci il tarixində siyahıyalınmasına əsasən 27357 nəfər təşkil edir.
İmranlı
İmranlı (türk. İmranlı) — Sivas ilinin ilçəsi.
İnanna
İştar (ərəb. عشتار‎ İştar, fars. ایشتار‎ İstar, ivr. ‏עשתרת‏‎ Aştoret, q.yun. Ἀστάρτῃ Astarta; Anunit, Nana, İnana) Akkad mifalogisında bir tanrıça, ilahə. Şumer mifalogiyasındakı İnannadan törəmişdir.. İnanna Utu/Şamaşın əkiz bacısıdır, Nanna/Sinin qızıdır. Enlilin dünyasında ilk doğan qadındır. Ona verilen ilk adlar Şumercə ikən, ikincilər Akkadlar tərəfindən bu tanrılara verilən adlardır. Assur panteonunun üçüncü baş tanrısı İştar (şumerlərin İnannasıdır) ilahəsi olmuşdur.
Limanda
Limanda — 1954-cü ildə ABŞ-də çəkilən film. == Məzmunu == Köhnə boksçu Terri Melloy (Marlon Brando) qardaşı Çarlinin istəyi ilə Conni Frendli adlı adamın yanında işə düzəlir. Conni mafiya adamıdır və qanunsuz işlərlə məşğul olur. Conni onlara xəyanət etmiş insanları aradan götürür. Bir gün Conninin adamları Terrinin qonşuluğunda yaşayan bir şəxsi qətlə yetirirlər. Terri bu qətlin şahidi olur, lakin heç kim qətlin kim tərəfindən həyata keçirildiyini deməyə cürət etmir. Keşiş Berri və qətlə yetirilən şəxsin bacısı Edi qatili axtarmağa baçlayırlar. Edinin görən Terridə ona qarşı sevgi yaranır. Terri Conni Frendliyə qarşı çıxır. == Film haqqında == 1954-cü ildə Elia Kazan tərəfindən çəkilmiş və hal-hazırda bütün dövrlərin ən yaxşı filmlərindən hesab olunan film… Rollarda Marlon Brando, Karl Malden, Eva Meri Seynt və b.
Omanlı
Omanlılar (ərəb. لشعب العماني‎) — Oman Sultanlığı ərazisində yaşayan ərəb xalqı, Oman vətəndaşları. Omanlılar hal-hazırda Oman olaraq bilinən ərazidə min illərdir ki, yaşayırlar. VIII əsrdə Maskat şəhərində tacirlər və hakimlər arasında formalaşan ittifaq şəhəri İran körfəzinin ən böyük limanlarından birinə çevirmişdir. Omanlılar etnik baxımdan müxtəlifdirlər. Onların əksəriyyəti ərəb mənşəli olsa da, onlar arasında çoxlu bəluclar, lurlar, farslar var. Omanda Pakistan, Hindistan və Şri-Lankadan gəlmə şəxslər də yaşayır. Omanlıların Omanın ümumi əhalisinin əksəriyyətini təşkil edir. Bir milyon yarımdan çox omanlı Orta Şərqin digər bölgələrində və Suahili sahili ərazisində yaşayır. == Din == Demək olar ki, omanlıların əksəriyyəti müsəlmandır, fəqət onlar İslamın üç fərqli məzhəbinə bölünürlər – ibadilər (Omanın dövlət dini), sünnilər və şiələr.
İranlı
İranlılar, İran vətəndaşı ya da İran millətindən olan. İranlı, ölkədəki bütün etnik ünsürləri bir arada toplayan bir termindir. Farsca danışanlara Farsi ya da Pers deyildiyi halda tarixi mənada Ərəb-Fars millətlərini ayırmaq üçün Əcəm adından istifadə edilmişdir. İranlı olaraq tanınan xalqlar adətən İran dillərində danışırlar. == Yaşadıqları ərazilər == Cənub-şərqdə Bəlucistan olaraq tanınan Əfqanıstan sərhəddindən başlayan, xalqlara məxsus coğrafi yaşayış sahəsi, Şimal-qərbdə Qafqaza qədər uzanan ərazidə yayılmışdır. == Kimlikləri == Farslar, Kürdlər, Zazalar, Taciklər, Mazandaranlılar, Giləklər, Lurlar, Bəluclar, Tatlar, Talışlar ve Osetinlər İran xalqlarındandır. Bundan başqa İranda çoxlu türk xalqları yaşayır: Azərbaycanlılar, Türkmənlər, Qaşqaylar, Xələclər kimi sayları müxtəlif olan türk xalqları, çox qədim dövrlərdən bu ərazidə yaşamaqdadırlar.
MaNga
MaNga — 2002-ci ildə İstanbulda yaradılan Türkiyə rep-rok musiqi qrupu. == Haqqında == Qrupun musiqi alternativi rokun və hip-hop musiqisinin sintezidir. Qrup beş musiqiçidən — Fərman Akgül, Özgür Can Öney, Yağmur Sarıgül, Efe Yılmaz və Cem Bəxtiyardan ibarətdir. Fərman Akgül qrupun solistidir. Qrup ötən il MTV tərəfindən "İlin ən yaxşı artisti" nominasiyasının qalibi seçilib. Türkiyəni 2010 Avroviziya Mahnı Müsabiqəsində təmsil etdi və ikinci oldu.
Manna
Manna (akkad. Mannai), Minni (ivr. ‏מנּי‏‎) və ya Manas — e.ə. IX əsr–e.ə. VI əsrlərdə tarixi Azərbaycan ərazisində, indiki Cənubi Azərbaycanın şimal-qərbindəki Urmiya gölünün sahilində qədim dövlət. Manna yazılı mənbələrdə qeyd olunan ilk mərkəzləşdirilmiş dövlət hesab edilir. Paytaxtı İzirtu şəhəridir. Manna dövləti qədim ənənələri olan bir ərazidə, qədim tarixin çox böyük bir kəsiyində iqtisadi və mədəni cəhətdən öndə gedən bir rayonda meydana gəlmişdi. Manna e.ə. III-II minilliklərdə bu regionda mövcud olmuş kuti, lullubi, turukki tayfalarının, digər tayfaların və tayfa ittifaqlarının bilavasitə varisi idi.
Irania
Ağboğaz bülbül (lat. Irania) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin milçəkqapanlar fəsiləsinə aid heyvan cinsi.