Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İmta
İmta yaxud Nibia (e. ə. XXII əsr – e. ə. XXII əsr) — ikinci Kuti hökmdarı.
İmza
İmza ya da Qol; bir adamın şəxsi yazılı işarətidir. == Yaxşı imzanın xüsusiyyətləri == Saxtalaşdırılmaya dözümlü. Təkrarlanmayan. İdentifikasiyalı (imza adətən adı, soyadı və ya insanın təxəllüsünü xatırladır). Yazılışın tezliyi. == Sənət == Rəsm və ya digər sənət əsərindəki imza həmişə sənətin qiymətləndirilməsində mühüm element olub. Saxta imzalar bəzən rəsmin dəyərini artırmaq üçün əlavə edilir və ya onun orijinallığını dəstəkləmək üçün saxta rəsmə əlavə olunur. Bədnam hadisə, sənət saxtakarı Han van Meegeren tərəfindən hazırlanmış saxta "Emmausda şam yeməyi" üzərində Yohannes Vermeerin imzası idi. Lakin rəssamların imzalarının zamanla tez-tez dəyişməsi (xüsusən də pre-modern və modern dövrlərdə) məsələni çətinləşdirə bilər. Bəzi rəssamlar imzalarını saxtakarlığın qarşısına keçmək üçün sənətvari formada yaradırlar.
İnqa
İnqa (lat. Inga) — paxlakimilər fəsiləsinə aid bitki cinsi.
İrqa
İrqa (lat. Amelanchier) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi.
E-imza
Elektron imza və ya e-imza məntiqi olaraq digər məlumatlarla əlaqəli olan və imza sahibi tərəfindən əlaqəli məlumatları imzalamaq üçün istifadə edilən məlumatdır. Bu imza, yaradıldığı xüsusi reqlamentin tələblərinə (məsələn, Avropa Birliyində eIDAS, ABŞ-də NIST-DSS və ya İsveçrədə ZertES) riayət etdiyi müddətcə əlyazma imza ilə eyni hüquqi statusa malikdir. Elektron imzalar rəqəmsal imzalardan fərqli hüquqi anlayışdır, elektron imzaları həyata keçirmək üçün tez-tez kriptoqrafik mexanizm istifadə olunur. Elektron imza elektron sənədə əlavə olunmuş ad qədər sadə ola bilsə də, rəqəmsal imzalar elektron ticarətdə və elektron imzaları kriptoqrafik cəhətdən qorunan şəkildə həyata keçirmək üçün tənzimləyici sənədlərdə getdikcə daha çox istifadə olunur. NIST və ya ETSI kimi standartlaşdırma agentlikləri onların həyata keçirilməsi üçün standartlar təmin edir (məsələn, NIST-DSS, XAdES və ya PAdES). Konsepsiyanın özü yeni deyil, ümumi hüquq yurisdiksiyaları teleqraf imzalarını hələ XIX əsrin ortalarına kimi tanımış və 1980-ci illərdən bəri faksla göndərilmiş imzaları qəbul etmişlər. == İcmal == Elektron imza əməliyyat zamanı imza sahibi üçün etibarlı və dəqiq eyniləşdirmə metodunu təmin etmək üçün nəzərdə tutulub. Elektron imzanın izahı müvafiq yurisdiksiyadan asılı olaraq dəyişir. Əksər ölkələrdə ümumi məxrəc aşağıdakıları tələb edən qabaqcıl elektron imza səviyyəsidir: İmza sahibi unikal şəkildə müəyyən edilə və imza ilə əlaqələndirilə bilər İmza sahibi elektron imzanı yaratmaq üçün istifadə edilmiş şəxsi açara tək nəzarət etməlidir İmza, mesaj imzalandıqdan sonra onu müşayiət edən məlumatların dəyişdirildiyini müəyyən edə bilməlidir. Müşayiət olunan məlumatlar dəyişdirildikdə, imza etibarsız hesab edilməlidir Elektron imzalar yüksək təhlükəsizlik səviyyələri ilə yaradıla bilər, hər birinin öz tələbləri və imzanın etibarlılığını sübut edən müxtəlif səviyyələrdə yaratma vasitələri vardır.
Elektron imza

Girdəyarpaq irqa
Girdəyarpaq irqa (lat. Amelanchier ovalis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇rqa cinsinə aid bitki növü. == Təbii yayılması == Əsasən cənubi, şərqi, qərbi Avropada Şimali Belçika, Şimali Afrikada, Ön Asiyada, Mərkəzi Almaniyada geniş yayılmışdır. Qafqazda təbii və mədəni halda rast gəlinir. == Botaniki təsviri == Hündürlüyü 1-4 metrə çatan, çox hündür olmayan, yarpağı tökülən ağacdır. Möhkəm kök sistemlinə malikdir, 30-40 sm dərinliyə gedir, hətta qayalıqların çatlamasına səbəb olur. Çətri açıq yaşıldan tünd çəhrayıya qədər dəyişir. Yarpağı yumurtavari 8-15 mm uzunluqdadır. Çiçəkləri aprel, may aylarında yarpaqlama ilə eyni vaxtda açır. Avqust, sentyabr aylarında qara, göy rəngdə 5-15 mm diametrində olan meyvəsi yetişir.
Gizli imza
Gizli imza — müəllifin bilərəkdən gizlədilməsi. XX əsrin əvvəllərində Azərbaycan mətbuatında xüsusilə geniş istifadə olunmuşdur. Açıq imza ilə çıxış etməyin çətin olduğu bu dövrdə ciddi, ictimai xarakterli yazıları gizli imza ilə dərc etdirmək daha münasib idi. Gizli imza ilə verilən əsərlərdə və müxbir məktublarında çarizm, hökumət məmurları, yerli hakimlər, mürtəce ruhanilər gülüş və satira hədəfinə çevrilirdi. Əsasən, satirik jurnallarda gizli imzalardan geniş istifadə olunmuşdur. Məsələn, 1906-cı ildə nəşrə başlayan "Molla Nəsrəddin" jurnalının ilk nömrəsində redaktorun adından başqa heç bir açıq imza yox idi. Beləliklə də, "Molla" örtülü imza ilə mətbuatda çıxış etməyi "qanuni" bir şəkilə saldı. Doğrudur, bu, daimi deyil, müvəqqəti bir çıxış yolu idi. Çünki bir müəllifin üç-dörd yazısı dərc edildikdən sonra dil, ifadə və üslub xüsusiyyətləri ilə yazı sahibinin kim olduğu müəyyən edilir, həmin şəxs təqiblərə məruz qalırdı. Buna görə də "Molla Nəsrəddin" jurnalında və başqa satirik orqanlarda gizli imza ilə iştirak edən müəlliflər tez-tez imzalarını dəyişməli olurdular.
Rəqəmsal imza
Rəqəmsal imza elektron imzanın növlərindən biridir, müəllifin identifikasiyasından savayı bir neçə əlavə funksiyanı həyata keçirir. Rəqəmsal imza adətən asimmetrik kriptoqrafiyaya əsaslanır. Yəni, rəqəmsal imza – göndərilən məlumatı yoxlamaqla onun həqiqiliyinin müəyyənləşdirilməsini və sənədin imzalandıqdan sonra dəyişdirilmədiyinə zəmanəti təmin edən unikal elektron identifikator. Rəqəmsal imza şəxsi şifrdir və onun açarı yalnız imza sahibinə məlumdur. Rəqəmsal imza üsullarında çox zaman açıq açarlı şifrləmə alqoritmlərindən istifadə olunur, ancaq bir az fərqli şəkildə. Başqa sözlə, rəqəmsal imza üsullarında şifrləmə üçün gizli açardan (PRIVATE KEY), deşifrləmə üçün isə açıq açardan (PUBLIC KEY) istifadə olunur. Gizli açar elə açara deyilir ki, gizli yazışma aparan iki abonent qabaqcadan onu bir-birlərinə verirlər (bildirirlər). Həm şifrləmə, həm də deşifrləmə bu vahid açar vasitəsilə aparılır. Gizli yazışmada əsas məsələ bu açarı üçüncü şəxslərdən gizli saxlamaqdır. Rəqəmsal imza konkret məlumata (mətnə, fayla və ya ixtiyari uzunluqlu istənilən bitlər yığınına) əlavə olunan və aşağıdakı funksiyaları təmin etməyə imkan verən sabit uzunluqlu informasiya blokudur: məlumatın müəllifinin identifikasiyası və autentikasiyası; məlumatın bütövlüyünə nəzarət; məlumatın müəllifliyindən imtinanın qeyri-mümkünlüyünə zəmanət.
Sümbülvari irqa
Sümbülvari irqa (lat. Amelanchier spicata) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇rqa cinsinə aid bitki növü. == Təbii yayılması == Cənubi Avropada, Kiçik Asiyada, Şimali Afrikada, Zaqafqaziyada və Krımda təbii yayılmışdır. == Botaniki təsviri == 5 metrə çatan hündür ağac və koldur. Gövdədə çətri kül rəngli, bəzən qara, cavan çətirləri sarı-çəhrayı, bəzən ağ, parlaq, açıq xallı olub, köhnə budaqlara görə dəyişir. Tumurcuqları xırda, qırmızımtıl-qonur, uzunsov və iti, zoğa yapışıq, kənarları ağ tükcüklüdür. Yarpaq yarığı çox ensiz, üstə çıxan yarpaq balışlı və 3 izlidir. Özəyi yaşılımtıl, oduncağı seyrək məsaməli, çəhrayı rəngli, bərk və ağırdır. Yarpaqları yumurtavari və ya ellipsvari, uzunluğu 4 sm-dək, kənarları dişlidir. Bünövrəsi yumru və ya bir az ürəkvaridir.
İmla yoxlayıcısı
İmla yoxlayıcısı (ing. spell checker, rus. cистема проверки правописания) — verilmiş mətndə orfoqraya, punktuasiya, eləcə də üslub xətalrının olub-olmamasını yoxlayan kompüter proqramı. Aşkarlanmış xətalar xüsusi qaydada qeyd olunur – adətən, bunun üçün altcizgidən istifadə olunur. Bəzi hallarda istifadəçiyə mümkün səhv göstərilməklə yanaşı, bir neçə düzgün yazılış variantı da təklif olunur. İmla yoxlayıcısı hər hansı proqrama, məsələn, mətn redaktoruna, elektron lüğətə, yaxud axtarış sisteminə ayrıca funksiya kimi daxil edilə bilər. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 801 s.
İnqa Arşakyan
İnqa və Anuş Arşakyan (erm. Ինգա եւ Անուշ Արշակյաններ; d:18.3.1982 (İnqa), d:24.12.1980 (Anuş)) — erməni xalq musiqisi ifa edən bəstəkar bacılar. İnqa və Anuş 2009 Avroviziya Mahnı Müsabiqəsində Ermənistanı "Jan Jan" (azərb. Can Can‎) mahnısı ilə təmsil etmişdir. Birinci yarımfinalda 99 xalla 5-ci olmuş və finala keçmişlər. Finalda isə 92 xalla 10-cu olmuşlar.
İnqa Karamçakova
İnqa Alekseyevna Karamçakova (d. 29 aprel 1978) — Rusiyalı sərbəst güləşçi. İnqa Karamçakova 1998-2002-ci illərdə ardıcıl olaraq beş dəfə Avropa çempionu oldu. İnqa Karamçakova həmdə Dünya Çempionatında iki dəfə gümüş və iki dəfə bürünc medal qazanıb. == Karyerası == İnqa Karamçakova beynəlxalq səviyyədə birinci uğurunu 1998-ci ildə Slovakiyanın paytaxtı Bratislava şəhərində qazandı. Həmin il o, Avropa çempionatının qızıl medalını qazandı. Elə həmin ildə Poznan şəhərində Dünya çempionatının bürünc medalını qazanan İnqa Karamçakova ümumi olaraq karyerasında beş dəfə Avropa çempionu olub. Dünya Çempionatlarında isə İnqa Karamçakova 1998 və 1999-cu illərdə bürünc, 2000 və 2002-ci illərdə isə yalnızca finalda uduzaraq gümüş medal qazanlb.
İnqa Yankauskayte
İnqa Yankauskayte (tam adı: İnqa Yankauskayte, lit. Inga Jankauskaitė; 10 yanvar 1981, Kaunas) — Litva aktrisası, müğənnisi və piano ifaçısı. == Həyatı == İnqa Yankauskayte 10 yanvar 1981-ci ildə Litvanın Kaunas şəhərində anadan olmuşdur. Kauno fonas və Ultra vires radiostansiyalarında radio DJ işləmişdir. 1997-ci ildə Yuozas Nauyalis adına Musiqi Akademiyasından məzun olduqdan sonra 1999-2002-ci illərdə və 2004-2005-ci illərdə Litva Musiqi və Teatr Akademiyasında təhsil almışdır. L+ musiqi qrupunun üzvü olub. 2007-ci ildə Žvaigždžių duetai televiziya realiti şousunda iştirak etmiş İnqa Yankauskayte partnyoru Çeslovas Qabalislə birlikdə ikinci yeri tutmuşdur. Dviračio šou satirik xəbərlər verilişində "sarışın qız" obrazını oynamışdır. Hazırda İnqa Yankauskayte eyni zamanda həm Səs Litva verilişində münsiflər heyətinin üzvü, həm də Žvaigždžių duetai (Ulduzların duetləri) televiziya verilişində aparıcıdır. == Filmoqrafiya == Theatre 2001 – King Kongo dukterysdə Berta, Tereziye Valserin əsəri, Naujosios dramos akcija 2004 – Marija Stiuartda Mariya Stüart, Fridrix Şillerin əsəri, Litva Milli Dram Teatrı 2005 – Demonai.
Şəxsi imza
İmza ya da Qol; bir adamın şəxsi yazılı işarətidir. == Yaxşı imzanın xüsusiyyətləri == Saxtalaşdırılmaya dözümlü. Təkrarlanmayan. İdentifikasiyalı (imza adətən adı, soyadı və ya insanın təxəllüsünü xatırladır). Yazılışın tezliyi. == Sənət == Rəsm və ya digər sənət əsərindəki imza həmişə sənətin qiymətləndirilməsində mühüm element olub. Saxta imzalar bəzən rəsmin dəyərini artırmaq üçün əlavə edilir və ya onun orijinallığını dəstəkləmək üçün saxta rəsmə əlavə olunur. Bədnam hadisə, sənət saxtakarı Han van Meegeren tərəfindən hazırlanmış saxta "Emmausda şam yeməyi" üzərində Yohannes Vermeerin imzası idi. Lakin rəssamların imzalarının zamanla tez-tez dəyişməsi (xüsusən də pre-modern və modern dövrlərdə) məsələni çətinləşdirə bilər. Bəzi rəssamlar imzalarını saxtakarlığın qarşısına keçmək üçün sənətvari formada yaradırlar.
Qırmızımeyvəli irqa
Qırmızımeyvəli irqa (lat. Amelanchier sanguinea) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇rqa cinsinə aid bitki növü.
Qızılağacyarpaq irqa
Qızılağacyarpaq irqa (lat. Amelanchier alnifolia) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇rqa cinsinə aid bitki növü. == Təbii yayılması == Şimali Amerikada təbii halda yayılmışdır. 1800-cü ildən mədəni florada rast gəlinir. XIX əsrdə Avropada İngiltərədə geniş becərilir. == Botaniki təsviri == Hündürlüyü 10 m-ə çatan, yarpağı tökülən kol və ya çox böyük olmayan ağacdır. Yarpaqları yumurtavari və ya dairəvi 2-5 sm uzunluğunda, 1-4,5 sm enindədir. Meyvəsi 0,5-2 sm uzunluğundadır. Çiçəkləri ağ, 2-3 sm diametrində, 3-20 ədəd olmaqla yazın əvvəlində çiçəkləyir. Çiçəkləməsi 7-12 gün davam edir.
ASAN İmza
ASAN İmza — Azərbaycan Vergilər Nazirliyinin "ASAN Xidmət" Mərkəzi və Rabitə və Texnologiyalar Nazirliyi ilə birgə yaratdığı müştəriyə mobil telefonu etibarlı elektron şəxsiyyət vəsiqəsi kimi istifadə etməyə imkan verən xidmət. Şəxsiyyət vəsiqəsi kimi elektron xidmətlərə daxil olmaq və sənədləri rəqəmsal imzalamaq üçün istifadə edilə bilər, lakin şəxsiyyət vəsiqəsi oxuyucusu tələb olunmur. Sistem müştərinin mobil telefon operatorundan tələb etdiyi ixtisaslaşdırılmış Mobile-ID SİM karta əsaslanır. Şəxsi açarlar autentifikasiya və imza üçün kiçik proqramla birlikdə mobil SİM kartda saxlanılır. Asan İmza (Mobile ID) Azərbaycanda elektron hökumət istiqamətində ilk addımdır. Bu elektron hökumətin hərtərəfli dəsti kimi nəzərdən keçirilə bilər. Şəbəkələrin, tətbiqlərin və xidmətlərin geniş əlçatanlığı sayəsində hər yerdə və istənilən vaxt müxtəlif cihazlarda mümkün olan yeni qarşılıqlı əlaqə və əməliyyat formalarını əks etdirir.
İma Sumak
İma Sumak (ing. Yma Sumac, Imma Sumack, əsl adı — Soila Auqusta İmperatris Kavarri del Kastilyo (Zoila Augusta Emperatriz Chavarri del Castillo); 10 sentyabr 1923 — 1 noyabr 2008) — dünya şöhrətli Peru opera müğənnisi və aktrisası, 7 alt oktavalı və iki səslə oxuya bilirdi == İstinadlar == == Mənbə == Vikianbarda İma Sumak ilə əlaqəli mediafayllar var.
Inga
İnqa (lat. Inga) — paxlakimilər fəsiləsinə aid bitki cinsi.
İnqa və Anuş Arşakyan
İnqa və Anuş Arşakyan (erm. Ինգա եւ Անուշ Արշակյաններ; d:18.3.1982 (İnqa), d:24.12.1980 (Anuş)) — erməni xalq musiqisi ifa edən bəstəkar bacılar. İnqa və Anuş 2009 Avroviziya Mahnı Müsabiqəsində Ermənistanı "Jan Jan" (azərb. Can Can‎) mahnısı ilə təmsil etmişdir. Birinci yarımfinalda 99 xalla 5-ci olmuş və finala keçmişlər. Finalda isə 92 xalla 10-cu olmuşlar.
Rübab binti İmra əl-Qeys
Rübab binti İmra əl-Qeys (və yaxud Ümm Rübab) (ərəb. رباب بنت امرئ القيس بن عدى بن أوس‎) ‏ İmam Hüseynin (ə) həyat yoldaşlarından biri, İmam Hüseynin ən kiçik övladı olan Əli Əsğərin anası.
Inga allenii
Inga allenii (lat. Inga allenii) — paxlakimilər fəsiləsinin i̇nqa cinsinə aid bitki növü.
Inga amboroensis
Inga amboroensis (lat. Inga amboroensis) — paxlakimilər fəsiləsinin i̇nqa cinsinə aid bitki növü.
Inga andersonii
Inga andersonii (lat. Inga andersonii) — paxlakimilər fəsiləsinin i̇nqa cinsinə aid bitki növü.
Inga approximata
Inga approximata (lat. Inga approximata) — paxlakimilər fəsiləsinin i̇nqa cinsinə aid bitki növü.
Inga aptera
Inga aptera (lat. Inga aptera) — paxlakimilər fəsiləsinin i̇nqa cinsinə aid bitki növü.
Inga arenicola
Inga arenicola (lat. Inga arenicola) — paxlakimilər fəsiləsinin i̇nqa cinsinə aid bitki növü.
Inga augusti
Inga augusti (lat. Inga augusti) — paxlakimilər fəsiləsinin i̇nqa cinsinə aid bitki növü.
Inga balsapambensis
Inga balsapambensis (lat. Inga balsapambensis) — paxlakimilər fəsiləsinin i̇nqa cinsinə aid bitki növü.
Inga bella
Inga bella (lat. Inga bella) — paxlakimilər fəsiləsinin i̇nqa cinsinə aid bitki növü.
Inga bicoloriflora
Inga bicoloriflora (lat. Inga bicoloriflora) — paxlakimilər fəsiləsinin i̇nqa cinsinə aid bitki növü.
Inga bijuga
Inga bijuga (lat. Inga bijuga) — paxlakimilər fəsiləsinin i̇nqa cinsinə aid bitki növü.
Inga blanchetiana
Inga blanchetiana (lat. Inga blanchetiana) — paxlakimilər fəsiləsinin i̇nqa cinsinə aid bitki növü.
Inga bollandii
Inga bollandii (lat. Inga bollandii) — paxlakimilər fəsiləsinin i̇nqa cinsinə aid bitki növü.
Inga borbonica
Albizia lebbeck (lat. Albizia lebbeck) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin güləbrişin cinsinə aid bitki növü. == Sinonimləri == Acacia lebbeck (L.) Willd. Acacia macrophylla Bunge Acacia speciosa (Jacq.) Willd. Albizia latifolia B. Boivin Feuilleea lebbeck (L.) Kuntze Inga borbonica Hassk. Inga leucoxylon Hassk. Mimosa lebbeck L. Mimosa lebbek L. (orth.var.) Mimosa sirissa Roxb. Mimosa speciosa Jacq. Pithecellobium splitgerberianum Miq.
Inga bracteifera
Inga bracteifera (lat. Inga bracteifera) — paxlakimilər fəsiləsinin i̇nqa cinsinə aid bitki növü.
Inga bullata
Inga bullata (lat. Inga bullata) — paxlakimilər fəsiləsinin i̇nqa cinsinə aid bitki növü.
İlqar Abbasov (icra başçısı)
İlqar Namaz oğlu Abbasov (12 fevral 1958) — Şirvan Şəhəri İcra Hakimiyyətinin başçısı. == Həyatı == İlqar Namaz oğlu Abbasov 1958-ci il fevral ayının 12-də anadan olub. Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu 1979-cu ildə sənaye və mülki tikinti ixtisası üzrə, 1993-cü ildə isə Bakı Sosial İdarə etmə və Politologiya institutunu bitirmişdir. Müxtəlif tikinti idarələrində çalışmış, sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. 2004–2005-ci illərdə Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı, 2005–2019-cu illərdə isə Bakı Şəhər Suraxanı Rayon İcra Hakimiyətinin başçısı vəzifələrində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 12 noyabr 2019-cu il tarixli Sərəncamı ilə Şirvan Şəhər İcra Hakimiyətinin başçısı vəzifəsinə təyin edilmişdir.
AMEA
Azərbaycanın Milli Elmlər Akademiyası və ya qısaca: AMEA — Azərbaycan Respublikasında dövlətin təsis etdiyi ali elmi qurum, Respublikanın ali elmi idarəsi. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 17 sentyabr tarixli Fərmanına əsasən çap mediası subyektinin təsisçisi ola bilən 10 dövlət orqanından biridir. == Tarixi == Azərbaycan elminin, onun intellektual dəyərlərinin milli sərvət kimi qəbul edilməsində Azərbaycan Xalq Cümhuriyyətinin (1918–1920) mühüm rolu olmuşdur. Bakı Universitetinin yaranması, azərbaycanlı tələbələrin Avropa ali məktəblərinə göndərilməsi milli dilin, mədəniyyətin intişarı bütövlükdə Azərbaycan elminin inkişafına mühüm təsir göstərən amillərdən olmuşdur. 1920-ci ilin əvvəllərində respublikada elmi tədqiqatlar əsasən Azərbaycan Dövlət Universitetində (indiki BDU) mərkəzləşmişdi. 1920–1922-ci illərdə burada humanitar, tibb və təbiət bölmələrindən ibarət elmi assosiasiya təşkil edilmiş və fəaliyyət göstərmişdir. 1925-ci ildə Cəmiyyət Azərbaycan Hökumətinin sərəncamına verildi. 1923–1929-cu illər arasında Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti fəaliyyət göstərmişdi. Həmin cəmiyyətin sədri Əbdürrəhim bəy Haqverdiyev, üzvlərindən biri isə Məhəmmədhəsən bəy Vəlili-Baharlı seçilmişdi. 1929-cu ildə bu cəmiyyət yenidən təşkil edilərək Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutu (DETİ) adlandırılmışdı.
AMEA­

Alqa
Alqa (qaz. Алға — irəli) — şəhər, Qazaxıstanın Aqtöbe vilayətinin Alqa rayonunun inzibati mərkəzi. == Tarixi == 1930-cu ildə S.M. Kirov adına Aqtöbe kimya zavodunun inşası zamanı ortaya çıxdı (Aqtöbe fosforit hövzəsindəki filiz əsasında fosfor gübrələri, mikroelement gübrələri və s. istehsalı). 10 fevral 1934-cü ildə Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsinin Rəyasət Heyəti “2. Kazak Muxtar Sovet Sosialist Respublikasının aşağıdakı yaşayış məntəqələrini, onlara yeni adların verilməsi ilə, fəhlə qəsəbələrinə çevirmək: a) Aktubey vilayətinin Klyuçevoy rayonunda, Aktyubximstroyun inşaat sahəsində yeni yaranmış yaşayış məntəqəsi - işlək əraziyə. Alqa qəsəbəsi ”. Alqa kəndi 1961-ci ildə bir şəhərə çevrildi. == Coğrafiyası == Son beş ildə şəhərin rifahının inkişafı və yaxşılaşdırılması nəzərəçarpacaq dərəcədə yaxşılaşmışdır. 2016-2018-ci illərdə bir neçə çoxmərtəbəli bina tikilib istifadəyə verilmişdir.
Buqa
Buqa - tunguslarda və qohum bir tayfa olan evenkilərdə cənnət tanrısı. Buğa Xan olaraq da bilinər. Xüsusilə tunguslarla qohum və ya qonşu olan monqol və türk qövmlərində də keçməkdədir və hörmət edilir. Hətta bəzi türk və monqol tayfalarının tanrıları arasında da yer alır. Kainatı, cənnəti və ilahlığı əhatə edən bir məzmuna malikdir. Hər şeyə gücü yetər və bütün həyatı idarə edər. == Etimologiya == (Bug / Bog / Bog / Bok) kökündən törəmişdir. Buka / Büke / Böke adlarıyla əlaqəlidir. Böke qəhrəman deməkdir. Buga sözü bəzi türk dillerində buğa, monqolcada isə geyik mənasını verər.
Emma
Emma — Ceyn Ostinin 1815 - ci ildə nəşr olunan kitabı == Məzmun == Hekayənin qəhrəmanı Emma Vudhaus gözəl, yüksək əhval-ruhiyyəli, ağıllı və mülki zadəganlardan olan gənc qadındır. Emma, ​​əsasən təcrübəsinin olmaması və həmişə haqlı olduğuna inamı səbəbindən bəzi ciddi səhvlərə yol verir. O, Frank Çörçilllə qısa flört edir; lakin romanın sonunda cənab Naytlini sevdiyini anlayır.