Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İnqilab
İnqilab (ər. "çevriliş", "dəyişiklik"; lat. "revolutio" - "çevriliş", "dəyişiklik") — təbiətdə, cəmiyyətdə, təfəkkürdə əvvəlkinə nisbətən radikal, köklü, keyfiyyət dəyişiklikli keçid. İnqilab inkişafdakı keyfiyyət dəyişikliyidir. Bir qayda olaraq islahatların ya keçirilmədiyi və ya az keçirildiyi həlqələrdə baş verir.
İnterAz
International Azerbaijan Television və ya qısaca İnterAz — 2002-ci ildə Rusiyada yayıma başlayan, Rusiyanın ilk azərbaycandilli televiziya kanalıdır. İnterAz 2002-ci ildən yayımlanıb və Rusiya ərazisində Azərbaycan dilində yayımlanan ilk telekanaldır. Telekanal 2007–ci ildə Rusiya Federal Vergi Xidmətinin rayonlararası müfəttişliyində qeydiyyata alınıb, eləcə də kütləvi kommunikasiyalar və mədəni irsin mühafizəsi sahəsində qanunvericiliyə nəzarət Federal Xidmətindən teleproqramların hazırlanmasına dair ЭЛ № ФС 77–22625 şəhadətnaməsini alıb. Telekanal Azərbaycan və rus dillərində proqramlar yayımlayır. Rusiyanın aparıcı telekanalları ilə yaxın əlaqəyə malikdir. Telekanalın baş ofisi Moskvada yerləşir. Bakıda isə rəsmi nümayəndəliyi fəaliyyət göstərir. İnterAz kanalı 75-ci dərəcədə yerləşən LMİ-1 (ABS-1) peyki vasitəsilə həyata keçirdiyi açıq yayımla Rusiya və MDB ölkələri daxil olmaqla bütün Avrasiya və Şimali Afrikanı əhatə edir. Rusiyada yaşayan izləyicilər peyk antennalarından başqa, Raduqa operatoru və yerli kabel şəbəbkələri vasitasilə kanalı seyr edə bilərlər. 2001-ci ildən İnterAz televiziyasına rəhbərlik etmiş jurnalist Saleh Xudiyev 2016-cı ildə Bakıda vəfat edib.
Amblyseius indirae
Amblyseius indirae (lat. Amblyseius indirae) — phytoseiidae fəsiləsinin amblyseius cinsinə aid heyvan növü. == İstinadlar == Amblyseius indirae Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Elmi inqilab
Elmi inqilab müasir elmin əsasını qoymuşdur. Elm tarixinin erkən dövründən davam edən riyaziyyat, fizika, kosmologiya, biologiya, tibb və kimya sahələrində yaşanan düşüncə və doktrin inqilablarıdır. İntibah dövründəki Avropada çiçəklənən dəyişmə bu gün də davam etməkdədir. Nikolay Kopernikin 1543-cü ildə yayımlanan "Göy kürələrinin hərəkətləri üzərinə" adlı əsəri ilə Andreas Vezali tərəfindən yazılan "De humani corporis fabrica" elmi inqilabın başlanğıc nöqtəsi olaraq qəbul edilməkdədir. == İstinadlar == == Həmçinin bax == Grant, E. The Foundations of Modern Science in the Middle Ages: Their Religious, Institutional, and Intellectual Contexts. Cambridge Univ. Press. 1996. ISBN 0521567629. Hannam, James.
Məxməri inqilab
Məxməri inqilab (çex. sametová revoluce) və ya Nəzakətli inqilab (slovak. nežná revolúcia) — Çexoslovakiyada 1989-cu ilin 17 noyabrından 29 dekabrına qədər baş verən dinc və qeyri-zorakı inqilab. Çexoslovakiya Kommunist Partiyasının tək partiya hökumətinə qarşı tələbə və digər populyar nümayişlər üstünlük təşkil edən inqilab, partiyanın ölkə üzrə nəzarətinin dağılmasına və sonrakı Çexiyanın parlament respublikasına çevrilməsinə gətirib çıxardı.
Narıncı inqilab
Narıncı inqilab — 2004-cü ilin noyabr-dekabr aylarında Ukrayna prezidentliyinə namizəd Viktor Yuşenkonun tərəfdarlarının digər namizəd Viktor Yanukoviçin qeyri-qanuni prezident elan edilməsinə qarşı keçirdikləri və kütləvi çıxış, mitinq, piket, tətil və digər vətəndaş itaətsizliyi ilə müşahidə edilən etiraz aksiyaları. Petro Narıncı İnqilabın iştirakçısı olub. O deyir ki, Maydan müqəddəsdir: “Bütün dünya Kiyevdəki Narıncı İnqilab haqda bilir. Ancaq indi hər şey əvvəlki vəziyyətə qayıdıb.
Nəğməli inqilab
Nəğməli inqilab (est. laulev revolutsioon; latış. dziesmotā revolūcija‎; lit. dainuojanti revoliucija; rus. Поющая революция) — Soyuq müharibənin sonunda Baltikyanı ölkələrin – Estoniya, Latviya və Litvanın Sovet İttifaqından ayrılaraq müstəqilliklərini bərpa etmələri ilə nəticələnən hadisələri bildirmək üçün istifadə olunan ifadə. Bu termin Estoniyalı fəal və rəssam Hayns Valk tərəfindən 1988-ci ildə iyunun 10-dan 11-nə keçən gecə Tallin Mahnı Festivalı Meydanında kortəbii surətdə baş tutan və mahnılarla müşayiət olunan kütləvi nümayişlərdən bir həftə sonra nəşr olunmuş məqalədə irəli sürülmüşdür. Sonralar hər üç ölkə 2004-cü ildə Avropa İttifaqı və NATO-ya üzv olur. İkinci Dünya müharibəsindən sonra Baltikyanı ölkələr əvvəlcə 1940-cı ildə, daha sonra isə 1944-cü ildə işğal və ilhaqdan sonra tam şəkildə SSRİ-nin tərkibinə daxil edildi. Mixail Qorbaçov 1985-ci ildə uğursuz Sovet iqtisadiyyatını stimullaşdırmaq və xüsusilə də istehlak malları, kooperativ biznesin liberallaşdırılması və xidmət iqtisadiyyatının genişləndirilməsi sahələrində məhsuldarlığı təşviq etmək ümidi ilə "qlasnost" (aşkarlıq) və "perestroyka" (yenidənqurma) siyasətini tətbiq etdi. Qlasnost islahatı Sovet İttifaqında siyasi azadlıqlara qoyulan məhdudiyyətləri ləğv etdi, hansı ki bu məhdudiyyətlər 1940-cı illərdə müharibə zamanı işğal edilən ərazilərdəki qeyri-rus xalqlarında problemlərə gətirib çıxarmışdı.
Permanent inqilab
Permanent inqilab — periferik və zəif inkişaf etmiş ölkələrdə inqilabi proseslərin inkişafı haqqında nəzəriyyə. Nəzəriyyə əvvəlcə Lev Trotski tərəfindən "Permanent inqilab" əsərində, habelə Ernest Mandel və digər marksist nəzəriyyəçilər (Maykl Levi, Cozef Hansen, Livio Maitan kimi trotskist müəlliflər) tərəfindən təklif edilmiş və daha da inkişaf etdirilmişdir. Л. Троцкий. Перманентная революция. Сборник. — М.: «Аст», 2005. Л. Троцкий. История русской революции: В 2 т. — М.: «Терра», «Республика», 1997. Перманентная революция от Маркса до Маркузе = Permanente Revolution von Marx bis Marcuse : сб.
Rəngli inqilab
Rəngli inqilab (ing. Colour revolution) — Dünya KİV-ləri tərəfindən Postsovet məkanı və Balkan yarımadasında erkən 2000-ci illərdə müxtəlif əlaqəli hərəkatları xarakterizə etmək üçün istifadə olunan termindir. Termin həmçinin Yaxın Şərq daxil olmaqla bir sıra başqa inqilablara da tətbiq edilmişdir.
Seksual inqilab
Seksual inqilab (ing. Sexual revolution) - 1960-1980-ci illərdə ABŞ-də sosial hərəkat. Termin ilk dəfə Vilhelm Rayx tərəfindən 20 əsrin əvvəllərində işlənmişdir, lakin bu anlayışla bağlı əsas hadisələr 60 illərin sonlarında 70 illərdə baş vermişdir. 20 əsrə qədər seksuallıqla bağlı anlayışlar dinlə bağlı idi. 1960-cı illərin sonlarında Amerikada və Fransada güclü seksual qurtuluş hərəkatı başladı. Müharibədən sonra doğulan nəsil, artıq köhnə mənəvi qaydalara tabe olmaq istəmirdi. Tibbdə yeni ixtiralar kontrasepsiyanı və abortları asanlaşdırdı. Amma "seksual inqilab" həm sosial etiraz forması idi. Özünü doğrultmayan və insanları fəlakətlərdə qurtara bilməyən köhnə mənəvi dəyərlər şübhə altına alınmağa başladı. Əslində bu proses həmin bu anlayışın ilk işlənməsi tarixindən başlamışdı 20 illərdən, bir az da irəliyə getsək, qadın və kişi bərabərliyi həmişə, xüsusi ilə burjua inqilabları dövründə, bu və ya digər dərəcədə, zamanın tələbinə uyğun həllini tələb edib.
Yaşıl İnqilab
Yaşıl inqilab termini ilk dəfə 1968-ci ildə ABŞ BİA-nın keçmiş direktoru Vilyam Qaudom tərəfindən daxil edilmişdi . Yaşıl inqilabın əsası 1943-cü ildə Meksikada hökumətin və Rokfeller Fondunun kənd təsərrüfatı proqramını irəli sürməsiylə qoyulmuşdu. 1951-1956-cı illər arasında Meksika özünü taxılla tamamilə təmin etdi və taxıl ixracına başladı. Bu illər arasında taxılın məhsuldarlığı 3 dəfədən çox artdı.
İnqilab Abbasov
İnqilab Lətif oğlu Abbasov (1929, Sumqayıt) — Azərbaycan Kommunist Partiyası Qazax Rayon Komitəsinin birinci katibi. 1929-cu ildə kəndli ailəsində anadan olmuşdur, azərbaycanlıdır, 1952-ci ildən Sov.İKP üzvüdür, ali təhsili var – Azərbaycan KP MK yanında Ali Partiya Məktəbini, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu və Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirmişdir. Əmək fəaliyyətinə 1949-cu ildə başlamış, Sovet Ordusunda xidmət etmişdir. 1953-cü ildən artezian quyuları qazma kontorunun kollekturçusu, tikinti təşkilatı siyasi şöbəsinin təlimatçısı, ali partiya məktəbinin müdavimi olmuşdur. 1961-ci ildən Sumqayıt Şəhər Partiya Komitəsinin mühazirəçisi, şöbə müdiri, superfosfsat zavodu partiya bürosunun katibi, Azərbaycan KP MK təşkilat-partiya işi şöbəsinin inspektoru vəzifələrində işləmişdir. 1972-ci ildən Azərbaycan KP Qazax RK-nın birinci katibidir. Azərbaycan SSR Ali Soveti plan-büdcə komissiyasının üzvüdür. Azərbaycan KP MK üzvlüyünə namizəddir. Doqquzuncu çağırış Azərbaycan SSR Ali Sovetinə deputat seçilmişdir (Marksovka seçki dairəsi). Ингилаб Ләтиф оғлу Аббасов // Азәрбајҹан ССР Али Советинин депутатлары.
İnqilab Kərimov
İnqilab Kərimov Saleh oğlu (4 aprel 1931, Göyçay rayonu – 22 iyul 2011) — teatrşünas, professor (1988). İnqilab Kərimov 1931-ci il aprelin 4-də Göyçay şəhərində anadan olmuşdur. Orada orta məktəbi bitirdikdən sonra 1948-1953-cü illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun Teatrşünaslıq fakültəsində təhsil almışdır. 1957-ci il noyabrın 25-dən Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunda çalışan Kərimov burada kiçik elmi işçi, baş elmi işçi (1966-1985) olub. O, as­pi­rant­lıq­dan şöbə mü­diri vəzifəsinədək yük­səlmiş və 1985-ci ildən ömrünün sonu­na­dək institutun Teatr, kino və televiziya şö­bə­sində rəhbər vəzifəsini icra etmişdir. İnqilab Kərimov 1963-cü ildə "Sovet Azərbaycanının gənclər teatrı" adlı namizədlik, 1988-ci ildə "Azərbaycan teatrının yaranması, təşəkkülü və inkişafı problemləri (XIX əsrin sonu, XX əsrin əvvəlləri)" adlı dissertasiyanı Moskvada müdafiə edərək sənətşünaslıq doktoru alimlik dərəcəsi alıb. 1988-ci ildə professor elmi adına layiq görülən İnqilab Kərimov 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. İnqilab Kərimov Azərbaycan teatrının tarixinə, teatr sənətinin müxtəlif problemlərinə, tənqidinə və nəzəri məsələlərinə həsr olunmuş yüzlərlə məqalənin, həmçinin 200-ə yaxın elmi əsərin, habelə 25 monoqrafiya və kitabın müəllifidir. Onun "Abdulla Şaiq və teatr", "Ağadadaş Qurbanov", "Azərbaycan və gürcü səhnə ustalarının dostluğu", "Xalq istedadları", "Sovet Azərbaycanının gənclər teatrı", "Azərbaycan Dövlət Dram Teatrı", "Əbdürrəhim bəy Haqverdiyev və teatr", "Cəfər Cabbarlı adına Kirovabad Dövlət Dram Teatrı", "Əbdürrəhim bəy Haqverdiyev və teatr", "Gənclik və gözəllik teatrı", "Sənət yolu, dostluq yolu", "Nəriman Nərimanov və teatr", "Azərbaycan teatrının təşəkkülü və inkişafı", "Türkiyə və Azərbaycan teatr əlaqələri", "Şuşa Ağdam teatrı", "Azərbaycan teatrı 125" və s. əsərləri var.
İnqilab Nadirov
İnqilab Ədil oğlu Nadirov (Nadirli) (25 aprel 1940, Hüsülü, Ağcabədi rayonu – 16 dekabr 2023) — şair, dramaturq, publisist, Azərbaycan SSR Ali Sovetinin üç çağırış (1980–1991) deputatı, Azərbaycan Milli Məclisinin üzvü (1991–1995), Binəqədi Rayon İcra Hakimiyyətinin başcısı (1994–1999), iqtisad elmləri namizədi, ekoloji elmlər üzrə fəlsəfə doktoru, professor. İnqilab Nadirov 25 aprel 1940-cı il Azərbaycan Respublikası Ağcabədi rayonunun Hüsülü kəndində anadan olmuş və 1 sentyabr 1946-cı il Hüsülü kənd məktəbinin birinci sinfinə daxil olmuşdur. 1 sentyabr 1956-cı il tarixdə H. Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsinə qəbul olmuş və 1961-ci ildə həmin fakültəni müvəffəqiyyətlə bitirmişdir. 1962–1964-cü illərdə Sovet Ordusu sıralarında xidmət etmişdir. 1970–1976-cı illərdə Ağcabədi Rayon Partiya Komitəsinin ikinci katibi, Ali Partiya məktəbinin müəllimi olmuşdur. 1976-cı ildən Kəlbəcər Rayon Partiya Komitəsinin birinci katibi olmuşdur. 1988-ci ildə Bakı şəhəri Oktyabr Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədr müavini işləmişdir. 1989–1990-cı illərdə Azərbaycan Respublikası Mətbuat Komitəsinin Kitabxana kollektorunun direktoru işləmişdir. Azərbaycan SSR Ali Sovetinin üç çağırış (1980–1991) deputatı seçilmişdir. 1991–1995-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin üzvü olmuşdur.
İnqilab Nəsirov
İnqilab Maşallah oğlu Nəsirov (3 sentyabr 1963, Kolanı, Şahbuz rayonu – 6 yanvar 2021) — Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi. İnqilab Nəsirov 3 sentyabr 1963-cü ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Kolanı kəndində anadan olmuşdur. 1980–1981-ci illərdə 26 Bakı Komissarı adına sovxozda fəhlə işləmişdir. 1981–1983-cü illərdə hərbi xidmətdə olmuşdur. 1983–1986-cı illərdə 26 Bakı Komissarı adına sovxozda fəhlə işləmişdir. 1986-cı ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuş, 1991-ci ildə həmin universiteti bitirmişdir. 1991–1992-ci illərdə Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı 14 saylı hüquq məsləhətxanasında stajor vəkil, 1992–1994-cü illərdə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı 14 saylı hüquq məsləhətxanasında vəkili, 1994–1997-ci illərdə Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı 4 saylı hüquq məsləhətxanasında vəkil, 1997–2001-ci illərdə Bakı şəhəri 4 saylı hüquq məsləhətxanasının müdiri, 1998–2001-ci illərdə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü, 2001–2003-cü illərdə Səbail Rayon Məhkəməsinin sədri, 2003–2004-cü illərdə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının katibi, 2004–2007-ci illərdə Azərbaycan Respublikası Apelyasiya Məhkəməsi sədrinin müavini, 2005–2007-ci illərdə Məhkəmə-Hüquq Şurasının üzvü, 2007–2010-cu illərdə isə Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin sədri vəzifələrində çalışmışdır. 2011-ci ilin yanvar ayının 1-dən Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimidir. Ailəlidir, 2 övladı var. 06.01.21 tarixində covid-19'a yoluxması nəticəsində dünyasını dəyişmişdir.
İnqilab Quliyev
İnqilab Qədirbəyli
İnqilab Qədirov
İnqilab dalğaları
İnqilab dalğası — oxşar dövrdə müxtəlif yerlərdə baş verən inqilablar seriyası. Bir çox hallarda, keçmiş inqilablar və inqilabi dalğalar mövcud olanları ilhamlandırdılar, ya da ilkin inqilab digər eyni zamanda "oxşar inqilablar"la bağlı olur. İnqilabçı dalğaların səbəbləri Robert Rozuell Palmer, Kreyn Brinton, Hanna Arendt, Erik Hoffer və Jak Qodşo kimi tarixçilər və siyasi fəlsəfələr tərəfindən araşdırılmışdır.
İnterAz TV
International Azerbaijan Television və ya qısaca İnterAz — 2002-ci ildə Rusiyada yayıma başlayan, Rusiyanın ilk azərbaycandilli televiziya kanalıdır. İnterAz 2002-ci ildən yayımlanıb və Rusiya ərazisində Azərbaycan dilində yayımlanan ilk telekanaldır. Telekanal 2007–ci ildə Rusiya Federal Vergi Xidmətinin rayonlararası müfəttişliyində qeydiyyata alınıb, eləcə də kütləvi kommunikasiyalar və mədəni irsin mühafizəsi sahəsində qanunvericiliyə nəzarət Federal Xidmətindən teleproqramların hazırlanmasına dair ЭЛ № ФС 77–22625 şəhadətnaməsini alıb. Telekanal Azərbaycan və rus dillərində proqramlar yayımlayır. Rusiyanın aparıcı telekanalları ilə yaxın əlaqəyə malikdir. Telekanalın baş ofisi Moskvada yerləşir. Bakıda isə rəsmi nümayəndəliyi fəaliyyət göstərir. İnterAz kanalı 75-ci dərəcədə yerləşən LMİ-1 (ABS-1) peyki vasitəsilə həyata keçirdiyi açıq yayımla Rusiya və MDB ölkələri daxil olmaqla bütün Avrasiya və Şimali Afrikanı əhatə edir. Rusiyada yaşayan izləyicilər peyk antennalarından başqa, Raduqa operatoru və yerli kabel şəbəbkələri vasitasilə kanalı seyr edə bilərlər. 2001-ci ildən İnterAz televiziyasına rəhbərlik etmiş jurnalist Saleh Xudiyev 2016-cı ildə Bakıda vəfat edib.
İnşirah Surəsi
94-cü surə
Əks-inqilab
Əks inqilab, bir inqilabı yıxmaq və nəticələrini yox etmək üçün nəzərdə tutulan əks hərəkətdir. Bu hərəkəti reallaşdıranlara əks inqilabçı deyilir. Bir əks inqilabın nəticələri mövcud inqilabın xeyirli və ya ziyanlı olmasına görə təsirli və ya təsirsiz ola bilər. Nümunə olaraq Böyük Fransa inqilabı dövründə Yakobinlər Vandeya üsyanını rəsmi olaraq təsirsiz olaraq qiymətləndirmişdirlər.
İnqilab Aslanov
İnqilab Aslanov Əsəd oğlu- SSRİ-nin ulduz spektroskopiyası üzrə tanınmış alimləri siyahısına salınan yeganə azərbaycanlı fizik, astrofizika sahəsində görkəmli alim, fizika-riyaziyyat elmləri doktoru, professor, "Günəş fizikası", "Ulduzlar fizikası", "Astronomik cihazqurma" sahəsi üzrə Azərbaycanda ilk yeganə elmlər doktoru. Astrofizika sahəsində görkəmli alim, fizika-riyaziyyat elmləri doktoru, professor Aslanov İnqilab Əsəd oğlu 1933-cü il 9 mayda Şuşa şəhərində anadan olub. (09.05.1933, Şuşa — 23.11.1997, Bakı) 1956-cı ildə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsini və 1961-ci ildə isə Leninqrad Dövlət Universitetinin aspiranturasını bitirmişdir. 1979-cu ilin noyabr ayında Hüseynova Kifayət Hüseyn qızı ilə ailə qurub. Bu evlilikdən 2 oğlu və 1 qızı vardır. 1997-ci ilin noyabrın 23-də Bakıda vəfat etmişdir. Onun ölümündən sonra oğulları atasının zəngin kitabxanasını Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasına bağışlayıblar. O, elmi fəaliyyətə Azərbaycan SSR Elmlər Akademiyası Fizika İnstitutunun Şamaxı Astronomiya Müşahidə Stansiyasında başlamış, laborant, kiçik elmi işçi, böyük elmi işçi, dosent, kafedra müdiri, direktor müavini vəzifələrində çalışmış, "Ulduzlar fizikası" sahəsində ixtisaslaşmışdır. İnqilab Aslanov 1964-cü ildə Almaniya Demokratik Respublikasının "Karl Seyes" firması tərəfindən hazırlanmış iki metrlik teleskopun elmi istiqamətdə quraşdırılması və işə salınmasına bilavasitə başçılıq etmişdir. Şamaxıda yaradılmış genişprofilli elmi-tədqiqat laboratoriyasının elmi-tədqiqat institutuna çevrilməsində onun böyük rolu və əməyi olmuşdur.
İnqilab İsaq
İnqilab İsgəndərov
İnqilab Bəybala oğlu İsgəndərov (5 may 1945, Şamaxı rayonu) — kənd təsərrüfatı elmləri namizədi. İnqilab Bəybala oğlu İsgəndərov 1945-ci ilin may ayının 5-də Şamaxı rayonunun Böyük Xınıslı kəndində anadan olmuşdur. Şamaxı şəhərində 1 nömrəli orta məktəbi bitirdikdən sonra Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda Torpaqşünaslıq və Aqrokimya şöbəsinə daxil olmuş və oranı fərqlənmə diplomu ilə bitirmişdir. Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat Eroziya bölməsində və Elmi-Tədqiqat Pambıqçılıq İnstitutunda kiçik və baş elmi işçi vəzifələrində çalışmışdır. Kənd təsərrüfatı elmləri namizədidir. 1982–1997-ci illərdə partiya və sovet orqanlarında çalışmışdır. Bu müddətdə o Azərbaycan Kommunist Partiyası Göyçay Rayon Komitəsində təlimatçı, Göyçay rayon aqrar-sənaye birliyinin sədri, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində inspektor, Azərbaycan Kommunist Partiyası Şamaxı rayon komitəsinin birinci katibi, Şamaxı rayon İcra Hakimiyyətinin başçısı, Azərbaycan Respublikası Milli Məclisində referent və bölmə müdiri vəzifələrində işləmişdir. 1990–1995-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin (Ali Sovetin) deputatı olmuşdur. Bakı Ali Partiya Məktəbini fərqlənmə diplomu ilə bitirmişdir. 1997-ci ildən indiyə qədər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Dövlət Yerquruluşu Layihə İnstitutunda baş mütəxəssis vəzifəsində işləyir.
İtqıran
İtqıran (Nor Aznaberd – erm. Նոր Ազնաբերդ) — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Paşalı (Əzizbəyov, Vayk) rayonunda kənd. 1590-cı ilə aid mənbədə Rəvan əyalətinin '' Məvaziyi-Xatun'' nahiyəsində Itqİran kimi qeyd olunmuşdur. 1728-ci ilə aid mənbədə '' Hüseyn vələdi Mövlud'' adlı şəxsə (mülkədara) aid kənd olduğu göstərilir. 1935-ci ildə kənd guya pis səsləndiyinə görə "Gülüstan" adlandırılmışdır.1988-ci ildə kəndin əhalisi Azərbaycana qovulmuşdur. Rayon mərkəzindən 17 km cənub-qərbdə yerləşir. Toponimin birinci komponenti qıpçaqların Et tayfasının adından ibarətdir. 1185-ci ilə aid bir rus salnaməsində Cənubi Şərqi Avropa çöllərində poloveslərin (qıpçaqların) bir tayfasının adı Etebiçi ("Et''etnonimdən, ''oba''sözündən və rus dilində əlavə olünmuş ''içi'' pat-ronimik şəkilçisindən) kimi qeyd olunmuşdur. Bu tayfanın adı Etil (Et eli, yə’ni tayfası) kəndinin adında da (bax) əksini tapmışdır. 1588-ci ilə aid mənbədə Gəncə qəzasının ''Kürək aranı'' (yə'ni ''Kürəkçay sahilində qışlaq'') adlı yerdə Idlu (Etlu etnoniminin təhrif forması) adlı bir elin qışlaması qeyd olunur .