Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dalğaların interferensiyası
Dalğaların interferensiyası — fəzanın hər bir nöqtəsində sabit amplitudlu rəqslər yarada bilən dalğaların toplanmasına deyilir. Yalnız koherent dalğalar dayanıqlı interferensiya mənzərəsi yarada bilər. Koherentlik şərtləri — toplanan dalğaların eyni tezlikli olmalı və fazalar fərqı zaman keçdikcə sabit qalmalıdır. Maksimumluq şərti — yollar fərqi tam sayda dalğa uzunluğuna bərabər olan yerlərdə baş verir, Δl=nλ. Minimumluq şərti — yollar fərqi tək sayda yarımdalğa uzunluğuna bərabər olan yerlərdə yaranır, Δl=(2n+1)λ\2. Mexaniki dalğalar — mexaniki rəqslərin elastik mühitdə yayılmasıdır. Elektromaqnit dalğaları — elektromaqnit rəqslərinin fəzada yayılmasıdır. Dalğa uzunluğu — dalğanın bir period ərzində dalğanın yayıldığı məsafədir, λ=v·T=v\ν. Burada v-dalğanın sürəti, T-periodu, ν-tezliyidir. Ölçü vahidi BS-də metrdir, 1m.
İnterferensiya
Dalğaların interferensiyası — fəzanın hər bir nöqtəsində sabit amplitudlu rəqslər yarada bilən dalğaların toplanmasına deyilir. Yalnız koherent dalğalar dayanıqlı interferensiya mənzərəsi yarada bilər. Koherentlik şərtləri — toplanan dalğaların eyni tezlikli olmalı və fazalar fərqı zaman keçdikcə sabit qalmalıdır. Maksimumluq şərti — yollar fərqi tam sayda dalğa uzunluğuna bərabər olan yerlərdə baş verir, Δl=nλ. Minimumluq şərti — yollar fərqi tək sayda yarımdalğa uzunluğuna bərabər olan yerlərdə yaranır, Δl=(2n+1)λ\2. Mexaniki dalğalar — mexaniki rəqslərin elastik mühitdə yayılmasıdır. Elektromaqnit dalğaları — elektromaqnit rəqslərinin fəzada yayılmasıdır. Dalğa uzunluğu — dalğanın bir period ərzində dalğanın yayıldığı məsafədir, λ=v·T=v\ν. Burada v-dalğanın sürəti, T-periodu, ν-tezliyidir. Ölçü vahidi BS-də metrdir, 1m.
İşığın interferensiyası
İşığın interferensiyası-işıqlı və qaranlıq zolaqların əmələ gəlməsinə səbəb olan işıq dəstələrinin toplanması hadisəsinə deyilir. İnterferensiya zamanı iki işıq dəstəsi toplanarkən bir birini gücləndirməklə bərabər həm də zəiflədə bilir. İşıq sellərin bu xassəsi onların dalğa təbiətli olmasını bilavasitə sübut edir. İşıqlı və qaranlıq zolaqların əmələ gəlməsini dalğa təsəvverləri ilə ilk dəfə Yunq izah etmişdir. Yunqun dalğa haqqında fikirlərini Frenel XIX əsrin I yarısında inkişaf etmişdir. Yunq apardığı təcrübələrdən aşağıdakı iki qanunu kəşf etmişdir. Yollar fərqi ( △ {\displaystyle \vartriangle } ) cüt sayda dalğa uzunluğuna ( λ {\displaystyle \lambda } ) bərabər olduqda eyni periodlu dalğalar bir birini maksimum gücləndirir. △ = ± k λ {\displaystyle \vartriangle =\pm k\lambda } burada k-tam ədəddir. Yollar fərqi ( △ {\displaystyle \vartriangle } ) tək sayda dalğa uzunluğuna ( λ {\displaystyle \lambda } ) bərabər olduqda eyni periodlu dalğalar bir birini maksimum zəiflədir. △ = ± ( 2 k + 1 ) λ 2 {\displaystyle \vartriangle =\pm (2k+1){\frac {\lambda }{2}}} Yalnız eyni fazada və ya sabit fazalar fərqi ilə rəqs edən mənbələr-koherent mənbələr müəyyən qaydada yerləşən interferensiya zolaqlarını verir.
İnterferon
İnterferon — Orqanizm tərəfindən virusun təsirinə qarşı sintez olunan qoruyucu zülaldır. İnterferonların əsas funksiyası orqanizmin toxumalarının sağlam hüceyrələrinin virusla yoluxmasının qarşısını almaqdır. Onlar xəstəliyin ilk mərhələlərində yaranır, hüceyrəarası sahəyə ifraz olunur və özündən sonrakı hüceyrələrdə virusların çoxalmasını inqibirləşdirir. Orqanizmdə virusun yayılmasını məhdudlaşdırmaqla, ilkin müdafiə xəttini əmələ gətirir. γ interferonlara məxsus olan funksiyaların əsaslarından biri də onların makrofaqları aktivləşdirməsidir. İnterferonlar 3 qrupa ayrılır. α, β və γ interferonlar. α və β interferonlar orqanizmin virusla yoluxmuş hüceyrələri, γ interferonlar isə antigenlə aktivləşmiş T limfositlərin bəzi subpopulyasiyaları və təbii killerlər tərəfindən sintez olunurlar. α və β interferonlar 9-cu xromosomda yerləşirlər.α interferonlarında genlərin sayı 20, β interferonlarda isə 1 ədəddir.α və β interferonlar virus və bakterial yoluxma zamanı müxtəlif tipli hüceyrələr tərəfindən sintez olunurlar.α interferonların əsas produsentləri aktivləşmiş faqositar hüceyrələr, fibroblast və dentritli hüceyrələr, β interferonlarınkı isə fibroblast və dentritli hüceyrələrdirlər. γ interferon 10 və 12-ci xromosomlarda yerləşir.
İnterfeys
İnterfeys (ing. interface) — iki elementin qarşılıqlı təsirini təmin edən qovuşma nöqtəsi. Hesablama texnikasında çeşidli interfeyslər ən müxtəlif səviyyələrdə gerçəkləşdirilib: proqramlarla səmərəli işləməyə imkan verən ən aşkar qrafik istifadəçi interfeyslərindən (GUI) tutmuş, qurğularla kompüterin komponentlərinin qarşılıqlı ələqəsini təmin edən, çox zaman görünməz olan, ancaq çox gərəkli aparat vasitələri interfeyslərinədək. İstifadəçi interfeysləri istifadəçinin kompüterlə səmərəli "ünsiyyətini" təmin edən qrafik təsvir sistemlərindən, komandalardan, sorğulardan və s. ibarət olur. İstifadəçi interfeysinin üç əsas növü vardır (onların bir-birini inkar etməsi vacib deyil): Komanda sətri interfeysi (COMMAND-LINE INTERFACE), məsələn, MS-DOS əməliyyat sistemində A:> və ya C:>) istifadəçini komandanı daxil etməyə "dəvət edir". Çağdaş tətbiqi proqramların əksəriyyətində istifadə olunan menyu sisteminə əsaslanan interfeys istifadəçiyə lazım olan komandanı siyahıdan ya müəyyən klavişləri basmaqla, ya da siçan vasitəsilə seçməyi təklif edir. Qrafik istifadəçi interfeysi (GRAPHICAL USER INTERFACE), "pəncərə" sistemləri adlandırılan (proqramları, sənədləri və digər elementləri pəncərə şəklində göstərən) sistemlərin vacib özəlliyidir; sistemin elementlərini simgələr (ICON) kimi göstərməklə bəzi ənənəvi üsullardan və məcazlardan (məsələn, iş masası və onun aksessuarlarından) istifadə edir. Proqram təminatının daha "dərin" səviyyələrində digər interfeys növləri də, məsələn, tətbiqi proqramın konkret əməliyyat sistemi ilə işləməsini təmin edən interfeys vardır; daha dərinlikdə isə əməliyyat sisteminin işini kompüterin aparaturası ilə korrelyasıya etməyə imkan verən interfeys mövcuddur. Kompüterin aparat vasitələrində interfeys dedikdə, lövhələr (kartlar), bağlayıcılar (CONNECTORS) və xarici qurğuları kompüterlə birləşdirən başqa qurğular nəzərdə tutulur.
Vərəqə (interfeys)
Vərəqə — interfeys dizaynında sənədlər arasında keçid üçün naviqasiya vidceti kimi vərəqələrdən istifadə edərək, birdən çox sənəd və ya panelin bir pəncərədə yerləşməsinə imkan verən qrafik istifadəçi interfeysi obyekti. Bu, əsasən veb-brauzerlər, veb-proqramlar, mətn redaktorları, parametr panelləri və pəncərə menecerləri ilə əlaqəli interfeys üslubudur. Vərəqələr kağız fayllarına və ya kart indekslərinə daxil edilmiş ənənəvi kart vərəqələrindən ilhamlanaraq modelləşdirilib. (iş masası metaforasına uyğun olaraq) Vərəqələr üfüqi çubuq və ya şaquli siyahı kimi görünə bilər. Üfüqi vərəqələr bir neçə sıra ola bilər. Vərəqələrin sürüşdürüb buraxma yolu ilə sırasını dəyişdirmək və ya mövcud vərəqədən ayrıca pəncərə yaratmaq mümkündür. Tətbiqlər birdən çox vərəqəni köçürmək, bağlamaq və ayırmaq üçün diapazon seçimini dəstəkləyə bilər. 1982-ci ildə IBM PC-nin WordVision DOS mətn prosessorunun vərəqəli interfeysə sahib olan ilk kommersiya məhsulu olduğu güman edilir. PC Magazine daha sonra məhsulun "proqram sənayesi üçün pulsuz Ar-Ge departamenti kimi xidmət etdiyini və on il ərzində guya yeni ideyalar axtaran proqramçılara görə sümüklərinin sızıldadığını" bildirdi. Don Hopkins NeWS pəncərə sistemi üçün pəncərə menecerinin bütün NeWS proqramlarında tətbiq edildiyi və istifadəçilərə vərəqələri pəncərənin istənilən kənarına sürüşdürməyə imkan verən vərəqəli pəncərə çərçivələrinin bir neçə versiyasını hazırlayıb yayımladı.
Tək sənədli interfeys
Tək sənədli interfeys(SDI (Single-Document Interface,однодокументный интерфейс,tek belgeli arabirim)-tətbiqi proqramların qrafik interfeysinin ayrı-ayrı pəncərələr şəklində təşkili üsulu. Bu interfeysdə aktiv pəncərənin menyunu, yaxud alətlər zolağını özündə saxlayan “fon” və ya “ana” pəncərəsi olmur; bu elementlər (menyu, alətlər zolağı) hər bir pəncərənin özündə olur. Birdən artıq sənədi eyni vaxtda redaktə etməyə imkan verən belə tətbiqi proqramlar (məsələn, mətn prosessorları) istifadəçidə elə təəssürat yarada bilər ki, sanki proqramın bir deyil, bir neçə kopyası başladılıb. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı,754 s.
Şəbəkə interfeys kartı
Şəbəkə interfeys kartı (network interface card) – lokal şəbəkədə iş zamanı verilənləri qəbul etmək və ötürmək üçün nəzərdə tutulmuş xüsusi genişləndirmə lövhəsi. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Çox sənədli interfeys
Çox sənədli interfeys (ing. multiple document interface (= MDI), ru. многодокументный интерфейс) — qrafik istifadəçi interfeysinin pəncərələrdən istifadəyə əsaslanan və pəncərələrin əksəriyyətinin (adətən, yalnız modal pəncərələr istisna olmaqla) bir ümumi pəncərənin daxilində yerləşməsini nəzərdə tutan təşkili üsulu. Bu interfeysdən fərqli olaraq, SDI interfeysində pəncərələr bir-birindən asılı olmayaraq yerləşir. Hansı interfeys növünün – MDI, yoxsa SDI interfeysinin üstün olması məsələsi tez-tez proqram təminatı gəlişdiricilərinin və istifadəçilərinin müzakirə mövzusu olur. Belə ki, istifadəçi eyni vaxtda bir neçə müxtəlif növ proqramla işləyirsə, SDI interfeysi daha əlverişli olur. Gəlişdiricilər hər iki interfeysdən, tez-tez isə qarışıq növ interfeysdən geniş istifadə edirlər. Məsələn, Microsoft şirkəti Microsoft Office paketində öncə SDI interfeysini MDI ilə əvəz etdi, sonra yenidən SDI interfeysinə qayıtdı.
Fiber distributed data interface
== FDDI == FDDI (Fiber Distributed Data Interface) — verilənlərin optik lifli xətlərlə yüksəksürətli ötürülməsi şəbəkəsinin arxitekturasıdır. Verilənləri ötürmə sürəti 100 Mbit/san-dir. Topologiyası ikiqat halqa və ya qarışıqdır (ulduzvarı və ya ağacvari istisna olmaqla). Stansiyaların maksimum sayı 1000-dir.
Çox sənədli interfeys (İnformatika)
Çox sənədli interfeys (ing. multiple document interface (= MDI), ru. многодокументный интерфейс) — qrafik istifadəçi interfeysinin pəncərələrdən istifadəyə əsaslanan və pəncərələrin əksəriyyətinin (adətən, yalnız modal pəncərələr istisna olmaqla) bir ümumi pəncərənin daxilində yerləşməsini nəzərdə tutan təşkili üsulu. Bu interfeysdən fərqli olaraq, SDI interfeysində pəncərələr bir-birindən asılı olmayaraq yerləşir. Hansı interfeys növünün – MDI, yoxsa SDI interfeysinin üstün olması məsələsi tez-tez proqram təminatı gəlişdiricilərinin və istifadəçilərinin müzakirə mövzusu olur. Belə ki, istifadəçi eyni vaxtda bir neçə müxtəlif növ proqramla işləyirsə, SDI interfeysi daha əlverişli olur. Gəlişdiricilər hər iki interfeysdən, tez-tez isə qarışıq növ interfeysdən geniş istifadə edirlər. Məsələn, Microsoft şirkəti Microsoft Office paketində öncə SDI interfeysini MDI ilə əvəz etdi, sonra yenidən SDI interfeysinə qayıtdı.
Şəbəkədə interfeys səviyyə təhlükəsizliyi
Şəbəkə interfeys səviyyəsi (istifadəçi yönümlü) TCP/IP model-in ən aşağı səviyyəsidir. Bu səviyyənin özünə xas bir neçə təhlükəsizlik açıqları var ki, hücumçu tərəfindən istismar edilə bilər. Şəbəkə interfaz səviyyəsi (həmçinin data link səviyyə kimi adlanır), istifadəçinin sistemi ilə şəbəkə cihazı arasındakı fiziki interfazdır. Bu səviyyə data paketlərin ötürülmə üçün necə formatlanmasını və yönləndirilməsini müəyyənləşdirilir. Bəzi ümumi link səviyyə protokolları bunlardır, IEEE 802.2 and X.25. Data link səviyyə və onun protokolları istifadəçi cihazını və şəbəkə cihazını idarə edir. Bu səviyyənin məqsədi şəbəkəyə qoşulu istifadəçilər arası etibarlı əlaqə saxlamaqdır. Şəbəkənin bu səviyyəsi tərəfindən təmin olunan servislərə aşağıdakılar daxildir: Data bölünməsi — Data axınlarını müəyyən formalı fram və ya paket hissələri halına salır. Checksums — qəbul edicinin göndərilən dataları düz ardıcıllıqla toplaması və xəta olub olmamasını müəyyən etmək üçün checksum dataları göndərir. Bildiriş — Etibarlı data axını üçün qəbuledicinin data paketlərin qəbulu barədə müsbət və ya mənfi bildiriş göndərilməsidir.
İnternetə çıxış
İnternetə çıxış — fiziki şəxslərin və təşkilatların kompüter terminalları, kompüterlər və digər cihazlardan istifadə edərək internetə, e-poçt və ümumdünya hörümçək toru kimi xidmətlərə daxil olmaq üçün qoşulmaq imkanı. İnternetə çıxış müxtəlif şəbəkə texnologiyaları vasitəsilə geniş diapazonda verilənlərin ötürmə sürətində əlaqə təmin edən internet xidmət provayderləri (ISP) tərəfindən satılır. Bir çox təşkilatlar, o cümlədən artan sayda bələdiyyə qurumları, həmçinin pulsuz simsiz giriş və stasionar telefonlar təmin edir. İnternetə çıxış imkanları bir vaxtlar məhdud idi, lakin sürətlə artmışdı. 1995-ci ildə dünya əhalisinin yalnız 0.04%-nin internetə çıxışı var idi ki, onlardan yarıdan çoxusu ABŞ-də yaşayırdı. XXI əsrin ilk onilliyində inkişaf etmiş ölkələrdə bir çox istehlakçılar daha sürətli genişzolaqlı texnologiyadan istifadə edirdilər və 2014-cü ilə qədər dünya əhalisinin 41%-i çıxış əldə etmişdi. Genişzolaqlı internet demək olar ki, bütün dünyada mövcud idi və qlobal orta əlaqə sürəti saniyədə bir meqabiti keçmişdi. İnternet ABŞ hökuməti tərəfindən hökumət daxilində, həmçinin ABŞ-dəki universitetlər və tədqiqat laboratoriyalarında layihələri dəstəkləmək üçün maliyyələşdirilən ARPANET əsasında inkişaf etdirilmişdir. Bu, zaman keçdikcə dünyanın əksər böyük universitetlərini və bir çox texnologiya şirkətlərinin tədqiqat qollarını əhatə etmişdi. Daha geniş auditoriya tərəfindən istifadə yalnız 1995-ci ildə kommersiya trafikinin daşınması üçün internetdən istifadəyə qoyulan məhdudiyyətlərin aradan qaldırılması ilə baş vermişdi.
İnternetə giriş hüququ
İnternetə daxil olmaq hüququ və ya internetə çıxış hüququ — internet tərəfindən dövlət tərəfindən təmin edilməli olan ayrılmaz insan hüquqlarından biri kimi nəzərdə tutulur, çünki özü azadlıq hüququnun həyata keçirilməsini təmin edir. 2003-cü ilin dekabrında Birləşmiş Millətlər Təşkilatının himayəsi altında Ümumdünya İnformasiya Cəmiyyəti Sammiti (ÜİCS) keçirildi.
İnternetə çıxış hüququ
İnternetə daxil olmaq hüququ və ya internetə çıxış hüququ — internet tərəfindən dövlət tərəfindən təmin edilməli olan ayrılmaz insan hüquqlarından biri kimi nəzərdə tutulur, çünki özü azadlıq hüququnun həyata keçirilməsini təmin edir. 2003-cü ilin dekabrında Birləşmiş Millətlər Təşkilatının himayəsi altında Ümumdünya İnformasiya Cəmiyyəti Sammiti (ÜİCS) keçirildi.
Enhanced Small Device Interface
ESDI (ing. Enhanced Small Device Interface) – yüksək tutumlu sərt disklərin, yumşaq disklərin disksürənlərinin və lent qurğularının verilənləri kompüterlə yüksək sürətlə mübadilə etmələri üçün 20-ci əsrin 80-ci illərində məşhur olan standart. ESDI sinifli qurğular, adətən, verilənləri təxminən 10 Mbit/san sürətlə ötürürdü, ancaq onlar iki dəfə tez də işləyə bilərdi. İndi ESDI, praktiki olaraq, istifadədən çıxarılıb.