Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Rəftə (Soyuqbulaq)
Rəftə (fars. رفته‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 68 nəfər yaşayır (9 ailə).
Ərəfsə
Ərəfsə (Culfa)
Həftə
Həftə farsca هـفـت sözündən götürülüb, 7 deməkdir. Həftə 7 gündən ibarətdir: Bazar ertəsi (Birinci gün) Çərşənbə axşamı (İkinci gün) Çərşənbə (Üçüncü gün) Cümə axşamı (Dördüncü gün) Cümə (Beşinci gün) Şənbə (Altıncı gün) Bazar (Yeddinci gün) == Tətbiqi == Qriqorian təqvimi də daxil olmaqla bir çox təqvimlər, o cümlədən xristian vaxt ölçüsünə əsaslanmayanlar, həftəyə yeddi gün daxil edirlər. Həftənin astronomik əsası, ayın yarıya kimi tutulma və ya açılma vaxtına bərabərdir. O, dünyada çox geniş istifadə edilir. Prinsipcə həftəlik təqvimlər astronomik zamanı özünə tabe etdirir. Qədim Misir də on günlük həftədən (dekada) istifadə edirdilər. Mayya mədəniyyətində həftə 13 gündən ibarət idi, onlarda 20 günlük təqvim də var idi.
Arəstə Baxışova
Arəstə Kərim qızı Baxışova (4 may 1989; Xaçmaz, Azərbaycan SSR – 23 oktyabr 2020; Qubadlı, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Arəstə Baxışova 1989-cu il mayın 4-də Xaçmaz rayonunun Qımılqışlaq kəndində anadan olub. Arəstə Baxışovanın 2 qardaşı olub. Onun atası — baş leytenant Kərim Baxışov Azərbaycan Fövqəladə Hallar Nazirliyi Mühafizə İdarəsinin rəisi vəzifəsində çalışıb və Arəstənin 4 yaşı olanda vəfat edib. Arəstə Baxışova 1995–2004-cü illərdə Biləcəri qəsəbəsində yerləşən Şuşa şəhər 3 saylı tam orta məktəbdə təhsil alıb. 2004–2008-ci illərdə isə Azərbaycan Dövlət Pedaqoji Kollecində "İngilis dili" üzrə təhsil alıb. Mərdan adında oğlu və Zəhra adında qızı yadigar qaldı. == Hərbi xidməti == Arəstə Baxışova 2018–2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Mərkəzi Hərbi Klinik Hospitalında tibbi statist olaraq çalışıb. 2019-cu il iyulun 12-dən isə Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissədə operator vəzifəsində xidmət edirdi. Arəstə Baxışova oktyabrın 23-də şəhid olub.
Ərəfsə (Culfa)
Ərəfsə — Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda kənddir. Kənd rayon mərkəzindən 55 km şimalda, Əlincə çayının sağ sahilində yerləşir. Kənd Zəngəzur silsiləsinin ətəyindədir. Ermənistanın Sisian rayonunda da əhalisini azərbaycanlıların təşkil etdiyi Ərəfsə kəndi olmuşdur. == Tarix və etimologiyası == Kənd ərazisində Son Tunc və İlk Dəmir dövrünə aid yaşayış məskəni aşkar edilmişdir. Buradan e.ə II minilliyə aid monoxrom boyalı gil qablar və digər maddi-mədəniyyət nümunələri tapılmışdır. 1590-cı ilə aid sənədlərdə kəndin adı "Ərəfsax" kimi işlədilmişdir. Bəzi tədqiqatçıların fikrincə bu, "sak ərlərinin eli, yurdu" mənasını verir. Onu da qeyd edək ki, sak tayfaları e.ə II minillikdə Culfanın yerli sakinlərindən olmuşlar. Kəndin adı ərəfsəli tayfasının adı ilə əlaqədardır.
Ərəfsə (Qarakilsə)
Ərəfsə — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Ermənistanın Sisian rayonunda kənd. 1728-ci ilə aid mənbədə İrəvan əyalətinin Sisyan nahiyəsində Ərəfsa kimi qeyd olunmuşdur Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3 iyul 1968-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilib, Ərəfsə sözünün əvəzinə ermənicə "Günəşli" mənasını verən Arevis qoyulmuşdur. Ərəfsənin tarixi adlarından biri də Şəhərcikdir. 1903-cü ildə nəşr olunmuş "Qafqaz" xəritəsində kəndin adı məhz "Şəhərcik" kimi verilmişdir. == Tarixi == Ərəfsə kəndi müxtəlif vaxtlarda ətrafda mövcud olan dövlət qurumlarının tərkibinə daxil olub. Xanlıqlar dövründə Qarabağ xanlığının tərkibində olmuşdur. XIX əsrin əvvəllərində Rusiyanın Şimali Azərbaycanı işğal etməsindən sonra kənd əvvəlcə Tiflis, sonra isə Yelisavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, mərkəzi Qarakilsə olan Sisian mahalının tərkibində olmuşdur. Çar Rusiyasının çökməsindən sonra Ərəfsə kəndi yuxarıda göstərilən quberniya və qəza tərkibində Azərbaycan Xalq Cümhuriyyətinin tərkibinə daxil olmuşdur. Şimali Azərbaycanın təkrar Rusiya tərəfindən — bu dəfə bolşeviklərin iştirakilə işğal oluunmasından sonra Zəngəzur qəzası Böyük Britaniyanın xarici işlər naziri Lord Kerzonun layihəsinə uyğun olaraq, iki yerə bölünmüş, şərqi Azərbaycan SSR-ə, qərbi isə Ermənistan SSR-ə verilmişdir. Bununla da Türkiyənin Azərbaycan və Orta Asiya türkləri ilə birbaşa təmasda olmasının qarşısı alınmışdı.
Ərəfsə körpüsü
Ərəfsə körpüsü — Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Culfa rayonunun Ərəfsə kəndində tarixi abidədir. Həmçinin "Culfa körpüsü" adı ilə də tanınır. == Ümumi məlumat == Ərəfsə kəndi ilə Korəhmər adlı ərazini birləşdirir. Əlincə çayı üzərindədir. 1991-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsi tərəfindən tədqiq olunmuşdur. == Tarixi == Səfəvilər dövründə, XVI-XVII əsrlərdə inşa edilmişdir. == Xüsusiyyətləri == Körpü fərqli ölçülərdə olan çay və dağ daşlarından istifadə edilərək tac formasında inşa olunmuşdur. Tağları yonulmuş ağ daşlarla haşiyələnmişdir. Körpünün orta hissəsində isə xüsusi çay daşlarından istifadə olunmuşdur. Körpünün torpağa bitişik hissələri çay yatağından 1,5 metr hündürlükdə inşa edilmişdir.
Ərəfsə piri
Ərəfsə piri — Culfa rayonunun Ərəfsə kəndində оrta əsrlərə aid dini ziyarətgah. Ziyarətgahın iki böyük otağı, cənub və şimal tərəfə eyvanları var. Əsas ziyarət obyekti nisbətən böyük ölçüyə malik mərkəzi otaqdakı qəbirdir. Əlincəçayın sоl sahilindəki təpənin üstündə yerləşir. == Tarixi == Buranın pir olması barədə dəqiq məlumat yoxdur. Lakin yerli əhali arasında rəvayətə görə, nə vaxtsa üç ərəb burada məskən salıb yaşamışdır. Sonradan kənd meydana gəlmişdir. Ərəblər öləndən sonra yanaşı dəfn edilmiş və və onların qəbirləri ziyarətgaha çevrilmişdir. Kəndin adı məhz "üç ərəb" mənasında "ərəb" və farsca "sə" (üç) sözlərin birləşməsindən əmələ gəlmişdir. Pir ətrafında arxeoloji araşdırmalar zamanı Son Tunc və İlk Dəmir dövrlərinə aid keramika parçaları tapılmışdır.
Nadir mirzə Arəstə
Nadir mirzə Bədiəzzəman mirzə oğlu Qovanlı-Qacar (1893, Təbriz – XX əsr, Tehran)—diplomat, nazir == Həyatı == II Nadir mirzə Bədiəzzəman mirzə oğlu 1893-cü ildə Təbriz şəhərində doğulmuşdu. Saray təlim-tərbiyəsi, təhsili görmüşdü. Rus, ingilis və fransız dillərini bilirdi. Rusiyada 1917-ci il inqilabına qədər Peterburqdakı İran missiyasına başçılıq etmişdi. Sonra Aşxabadda Baş konsul işləmişdi. XX əsrin 20–30-cu illərdə İngiltərədə, Cənubi Amerikada, Polşada, Almaniyada diplomatik işdə çalışmışdı. 1943-cü ildən Nazir təyinatına qədər birinci ostanın osqandarı işləmişdi. İngiltərəyə meyl edirdi. Mürtəzaqulu Bayatın kabinetində Poçt və teleqraf naziri olmuşdu. == Ailəsi == Nadir mirzə Əşrəfsəltənə xanım Miftahla ailə qurmuşdu.
Qızıl kilsə (Ərəfsə)
Qızıl kilsə — V əsr Bizans memarlığına aid kilsə. Qərbi Azərbaycanın Zəngəzur mahalında Sisian rayonunun Ərəfsə və Comartlu kəndləri arasında, yolun qarşı tərəfində yastan üzərində inşa olunub. V əsrdə Bizans stilində inşa olunub. Ərəfsə kəndinin tarixinin bilicilərindən olan Elxan Cümşüdovun Qızıl kilsənin son dövr tarixi barədəki məlumatı: "1985-ci ildə Sisian rayon partiya komitəsinin katibi bizə gəldi və yolları yaxşı tanıdığım üçün xahiş etdi ki, onları Qızıl kilsəyə aparım. Mən onların maşınlarına minəndə, orada daha iki nəfər gördüm. Bunlardan biri italiyalı alim, digəri isə tərcüməçi idi. Biz Qızıl kilsəyə çatdıq, italyan alim əllərini kilsənin uçuqlarına sürtərək kilsənin təxminən V əsrdə inşa edildiyini söylədi. Dəqiq fikri isə analizlər aparıldıqdan sonra deyə biləcəyini dedi. Sonra kilsənin ətrafına fırlandı və divara vurulmuş ermənicə lövhəni göstərib, raykom katibindən orada nə yazıldığını soruşdu. Katib orada qədim erməni kilsəsi sözlərinin yazıldığını bildirəndə, italyan alim başını yelləyib, "Çıxarın o lövhəni buradan", - dedi və əlavə etdi ki, "Bu kilsənin ermənilərə heç bir aidiyyatı yoxdur.
Ərəfsə daş körpüsü
Ərəfsə körpüsü — Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Culfa rayonunun Ərəfsə kəndində tarixi abidədir. Həmçinin "Culfa körpüsü" adı ilə də tanınır. == Ümumi məlumat == Ərəfsə kəndi ilə Korəhmər adlı ərazini birləşdirir. Əlincə çayı üzərindədir. 1991-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsi tərəfindən tədqiq olunmuşdur. == Tarixi == Səfəvilər dövründə, XVI-XVII əsrlərdə inşa edilmişdir. == Xüsusiyyətləri == Körpü fərqli ölçülərdə olan çay və dağ daşlarından istifadə edilərək tac formasında inşa olunmuşdur. Tağları yonulmuş ağ daşlarla haşiyələnmişdir. Körpünün orta hissəsində isə xüsusi çay daşlarından istifadə olunmuşdur. Körpünün torpağa bitişik hissələri çay yatağından 1,5 metr hündürlükdə inşa edilmişdir.
Həftə içi (qəzet)
Həftə içi — Azərbaycanda nəşr olunan gündəlik ictimai-siyasi qəzet == Haqqında == Medianin İnkişafı Agentliyinin elektron bazasında qeydə alınmış "Həftə içi" ictimai-siyasi qəzeti 22 iyul 1998-ci ildən nəşr olunur. Qəzetin təsisçisi və baş redaktoru Sevinc Seyidovadır. Fəaliyyətə başladığı andan bu günədək "Həftə içi" qəzetində boyük məktəb keçmiş əməkdaşlar sırasında hazırda Azərbaycanın müxtəlif televiziyalarında, radiolarında, dövlət qəzetlərində, agentliklərdə çalışan tanınmış jurnalistlər, ictimai xadimlər var. Hazırda "Həftə içi" qəzetində çalışanlar arasında yazıçı-publisist Vüsal Tağıbəyli, siyasət yazarı Azad Əliyev və başqaları da var. Qəzetin veb-saytı hafta.az vasitəsi ilə ölkəmizdə və düntada baş verən son proseslərlə bağlı xəbərləri operatib\v şəkildə izləyə bilərsiniz.
Həftə İçi qəzeti
Həftə içi — Azərbaycanda nəşr olunan gündəlik ictimai-siyasi qəzet == Haqqında == Medianin İnkişafı Agentliyinin elektron bazasında qeydə alınmış "Həftə içi" ictimai-siyasi qəzeti 22 iyul 1998-ci ildən nəşr olunur. Qəzetin təsisçisi və baş redaktoru Sevinc Seyidovadır. Fəaliyyətə başladığı andan bu günədək "Həftə içi" qəzetində boyük məktəb keçmiş əməkdaşlar sırasında hazırda Azərbaycanın müxtəlif televiziyalarında, radiolarında, dövlət qəzetlərində, agentliklərdə çalışan tanınmış jurnalistlər, ictimai xadimlər var. Hazırda "Həftə içi" qəzetində çalışanlar arasında yazıçı-publisist Vüsal Tağıbəyli, siyasət yazarı Azad Əliyev və başqaları da var. Qəzetin veb-saytı hafta.az vasitəsi ilə ölkəmizdə və düntada baş verən son proseslərlə bağlı xəbərləri operatib\v şəkildə izləyə bilərsiniz.
4 ay 3 həftə 2 gün (film, 2007)
4 Ay, 3 Həftə, 2 Gün (film, 2007)
4 ay 3 həftə 2 gün (rum. 4 luni, 3 săptămâni și 2 zile) — 2007-ci il Rumıniya istehsalı olan film. Rejissoru Christian Mungiu olan film 2007-ci il Kann kinofestivalında Qızıl Palma Budağı mükafatını qazanmışdır. == Məzmun == Kommunizmin son nəfəslərini verdiyi 1980-ci illərin Rumıniyasında keçən film Otilia və Gabita adındakı iki universitet tələbəsi gənc qızın çətin keçən bir gününü bəs etməkdədir. Evlilik xarici cinsi əlaqədən hamilə qalan Gabita abort olmaq istəməkdədir, lakin Çavuşesku, ölkənin iş gücünə ehtiyac duyduğu üçün o illərdə abortu qadağan etmişdir. Buna görə Gabita körpəsini yox etmək üçün qeyri-qanuni yola müraciət edir. Gabita, bu müddətdə Otilianın dəstəyinə də ehtiyac duyur və bu mövzularda onu tək buraxmamasını istəyir. Gabitanın utancaqlığından ötəri bütün işləri Otilia edir. Bebe deyilən adamla görüşür və onu otel otağına gətirir. Dostlarından aldıqları məlumatlarla müəyyən miqdarda pul ilə nəticələndirəcəklərini düşündükləri abort işini, Bebenin istəkləriylə gözləmədikləri nəticəyə gətirirlər.
Bekir Refet
Bekir Refet Teker (22 may 1899, Konstantinopol – 5 aprel 1977, Karlsrue, Baden-Vürtemberq) — hücumçu mövqeyində oynamış Türkiyə futbolçusu. Türkiyə millisinin heyətində çıxış etmişdir. == Həyatı == Bekir Refet 22 may 1899-cu ildə İstanbulda anadan olmuşdur. Gəncliyində Fənərbaxçada futbol oynayırdı. 1914-cü ildə İstanbul Gənclər Futbol Liqasının çempionu oldu. Həmən klubda hücumçu mövqeyində oynayaraq peşəkar karyerasına başladı. 1915–1916-cı illərdə Fənərbaxça, 1916–1918-ci illərdə Altınordu, 1920–1921-ci illərdə İttihatspor klublarında oynamışdır.1921-ci ilin avqust ayında Qalatasarayın Almaniya turuna qatıldı, burada Hamburq, Verder Bremen, Nürnberq və Sparta Praqa klublarına qarşı oynamışdır. Karlsrue komandasına qarşı qələbədən sonra alman klubunun nümayəndələrini maraqlarına tuş gəldi və onlar onu Almaniyada qalmağa razı saldılar. O, Feniks (1921–1923), Pfortshaym (1923–1926) və Karlsrue FF (1926–1935) klublarında çıxış etmişdir. 1927–1928 illərdə qısa müddətlik Fənərbaxçanın heyətinə qatılmışdır.
İrene Melikof
İren Məlikova (fr. Irène Mélikoff; 8 dekabr 1917, Petroqrad – 8 yanvar 2009[…], Strasburq) — Fransada fəaliyyət göstərmiş, əslən azərbaycanlı türkoloq alim, professor. == Həyatının erkən dövrü == İren Məlikova 1917-ci il noyabrın 7-də Sankt-Peterburqda ziyalı ailəsində anadan olub. O, neft sahibkarı İskəndər bəy Məlikovun qızıdır. Bolşeviklər hakimiyyəti ələ aldıqdan iki il sonra, 1919-cu ildə ailə Finlandiyaya köçüb. Özü bu hadisəni belə ifadə etmişdir: Finlandiyada bir qədər qaldıqdan sonra Danimarkaya, oradan da həmişəlik Fransaya köçərək Parisdə yaşayıblar. == Təhsili == Atasından qismən Azərbaycan dilini, anasından rus dilini öyrənmişdir. İren ilk təhsilini Paris şəhərində alıb. Orta məktəbi qurtardıqdan sonra da təhsilə böyük maraq göstərən İren məşhur Sorbonna Universitetində ingilis dili və ədəbiyyatı fakültəsinə qəbul olmuşdur. Bununla paralel, École Nationale des Langues Oriantales Vivantes-də (Şərq Dilləri Dövlət Məktəbi) türk və fars dillərini öyrənmişdir.
Grete Hækkerup
Karen Margrete Hækkerup (4 aprel 1914 – 5 noyabr 1995) — 4 aprel 1914-cü ildə Aalborqda anadan olmuşdur və 5 noyabr 1995-ci ildə Herritslevdə vəfat etmişdir. O, 1964–1966-cı illər və 1970–1981-ci illər arasındaFolketinqin Danimarka Sosial Demokrat Partiyasıdan üzvü olunmuşdur. O, ilk dəfə Sakskobinq seçki dairəsində və 1971-ci ildən Maribo seçki dairəsindən seçilmişdir. 1934-cü ildə Horsens Dövlət Məktəbinin tələbəsi olmuşdur. Təhsilini siyasi elmlər üzrə almışdır. 1958–1962-ci illər arasında Sosial Demokrat Partiyasının Səyahət işləri üzrə katibi və 1962–1963-cü illərdə həmin partiyada qadınların katibi vəzifəsilərini icra etmişdir. Thorsten Borring Olesen xanım Hækkerupun partiyada bərabərlik məsələsində əhəmiyyətli yer tutduğunu düşünürdü. Lakin Ritt Bjerregaard bu məsələdə Olesenlə eyni fikirdə deyildi.1954–1963-cü illər arasında Lillerod Parish Şurasının üzvü olmuşdur. 1971-ci ildə xanım Grete Hækkerup Folketinqin birinci vitse-spikeri seçildi. Və 1978-ci ildə onun Folketinqin ilk qadın spikeri olması üçün fürsət yaransa da, lakin Sosial Demokratlar onun yerinə KB Anderseni bu vəzifəyə seçdilər.
Qrete Hekkerup
Karen Margrete Hækkerup (4 aprel 1914 – 5 noyabr 1995) — 4 aprel 1914-cü ildə Aalborqda anadan olmuşdur və 5 noyabr 1995-ci ildə Herritslevdə vəfat etmişdir. O, 1964–1966-cı illər və 1970–1981-ci illər arasındaFolketinqin Danimarka Sosial Demokrat Partiyasıdan üzvü olunmuşdur. O, ilk dəfə Sakskobinq seçki dairəsində və 1971-ci ildən Maribo seçki dairəsindən seçilmişdir. 1934-cü ildə Horsens Dövlət Məktəbinin tələbəsi olmuşdur. Təhsilini siyasi elmlər üzrə almışdır. 1958–1962-ci illər arasında Sosial Demokrat Partiyasının Səyahət işləri üzrə katibi və 1962–1963-cü illərdə həmin partiyada qadınların katibi vəzifəsilərini icra etmişdir. Thorsten Borring Olesen xanım Hækkerupun partiyada bərabərlik məsələsində əhəmiyyətli yer tutduğunu düşünürdü. Lakin Ritt Bjerregaard bu məsələdə Olesenlə eyni fikirdə deyildi.1954–1963-cü illər arasında Lillerod Parish Şurasının üzvü olmuşdur. 1971-ci ildə xanım Grete Hækkerup Folketinqin birinci vitse-spikeri seçildi. Və 1978-ci ildə onun Folketinqin ilk qadın spikeri olması üçün fürsət yaransa da, lakin Sosial Demokratlar onun yerinə KB Anderseni bu vəzifəyə seçdilər.
İrvette van Zil
İrvette van Zil (5 iyul 1987) — Cənubi Afrika Respublikasını təmsil edən marafonçu. İrvette van Zil Cənubi Afrika Respublikasını 2012 və 2016-cı ildə Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == İrvette van Zil birinci dəfə Olimpiadaya 2012-ci ildə qatıldı. O, Londonda baş tutan Olimpiya Oyunlarında yarışsada, məsafəni sona gədər qət edə bilmədi. İrvette van Zil növbəti Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınasada, yenə məsafəni sona gədər qət edə bilmədi.
Həfte Tir terroru
28 iyun 1981-ci il tarixində (İran təqviminə görə 7 Tir 1360 (Haft-i Tir - هفت تیر)) İranın İslam Respublikası Partiyasının (İCP) liderləri partiyanın Tehrandakı qərargahında görüşərkən çox güclü bir partlayış baş verdi. Görkəmli partiya nümayəndələrindən 73-ü, o cümlədən İran məhkəmə sisteminin başında olan və Ayətullah Ruhullah Xomeynidən sonra İran İslam İnqilabının ən güclü şəxsiyyəti kimi göstərilən Ayətullah Məhəmməd Behişti də həmin hücum zamanı vəfat etmişdi. Hücuma görə məsuliyyətin İran Xalq Mücahidləri Təşkilatının üzərində olduğu düşünülür. İran İslam Respublikası hücuma görə əvvəlcə SAVAK və İraq rejimini günahlandırır, iki gün sonra isə Ayətullah Ruhullah Xomeyni tərəfindən bu hadisənin İran Xalq Mücahidləri Təşkilatı tərəfindən həyata keçirilirdiyi bildirilmişdir. == Arxa plan == İran İnqilabından sonra Ayətullah Xomeyninin başçılıq etdiyi yeni qurulmuş teokratik hökumət, digər müxalif qrupları bir-bir ləğv edərək bütün siyasi qüvvələri birləşdirirdi. Xalq Mücahidləri Təşkilatı (XMT) kimi İslam sosialist təşkilatları da aradan qaldırılmağa çalışılan qruplar arasında idi. Ayətullah Ruhullah Xomeyni XMT-ni ”eklektik”, “Qərb heyranı”, ”ikiüzlü” və “kafir” adı ilə günahlandırırdı. 1980-ci ilin fevral ayında Hizbullah yaraqlıları tərəfindən XMT tərəfdarlarına və digər solçu kitab mağazalarına, görüş yerlərinə və s. yerlərə güclü bir hücum başladıldı. Bu hücumlar nəticəsində İranın solçu təşkilatları yer altına çəkildi.
Multishow ao Vivo: Ivete Sangalo no Madison Square Garden
Multishow ao Vivo: Ivete Sangalo no Madison Square Garden — Braziliya müğənni İveti Sanqalu və nəğməkar şair, New York Madison Square Garden yaşayır qeydə tərəfindən on birinci albom edir.