Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Xilafət
Xilafət (ərəb. خلافة‎ — yəni əvəzetmə, varislik) — müsəlmanlarda islamın dəyişməz prinsiplərinə əsaslanan teokratik dövlət-hüquq sistemi, habelə xəlifələrin (müavin, varis) başçılıq etdikləri müsəlman dövlətlərinin tarixi ədəbiyyatda adı.
İbadət
İcazət
İcazət (Ərəbcə: الإجازة) — İslami təhsili bitirdikdən sonra verilən və təhsil səviyyəsini əks etdirən diplom səviyyəsində sənəddir.
İmamət
İmamət (ərəb. إمامة‎ İmāma; ing. Imamah) - İslam dininin şiə qanadında qəbul edilən dini rəhbərlik və siyasi idarə üsulu. İmamət düşüncəsi İslamda siyasi rəhbərliyin yalnız Məhəmməd peyğəmbərin ailə davamçısı olan imamlara aid olduğunu qəbul edir. Şiəliyin 12-imam və İsmayili təriqətləri isə imamların Əhl əl-Beyt (peyğəmbər ailəsinin) üzvləri olduğu üçün qeyri adi biliyə, məsumluğa və aliliyə malik olduğuna inanır . İmamət ərəb sözü olub, rəhbərlik mənasını daşıyır. Dini terminologiyada isə "İmamət" sözü belə izah edilir: "İmamət, peyğəmbər canişinliyi olub, dini və dünyəvi işlərdə xalqa rəhbərlik etmək və onları ziyanlı və azğın işlərdən çəkindirib doğru yola dəvət etmək deməkdir. Hamının da belə bir imama tabe olması vacib və zəruri sayılır". Əhli-beyt məktəbinə görə imamətin bir neçə xüsusiyyəti vardır ki, onların bəzisi aşağıdakılardan ibarətdir: 1-İmamın Allah tərəfindən təyin olunması: Sünnilərdən fərqli olaraq şiələr imamın seçkilər (müsəlmanlar icması) yolu ilə deyil, məhz Allah tərəfindən təyin edilməsinə əqidə bəsləyir.2-İmamın ilahi biliklərə yiyələnməsi: Həzrət peyğəmbər səlləllahu ələyhi və Alihi və səlləm ilahi biliklərə malik olduğu kimi, ondan sonra gələn ümmət rəhbəri də ilahi mənbələrlə rabitəli və xalqın ən bilicisi olmalıdır. 3-İmamın məsum olması: Həzrət Peyğəmbərin günah və səhvlərdən mə'sum olması zəruri olduğu kimi, xalqa rəhbərlik edən imamın da mə'sum olması vacibdir.
İmarət
İmarət stadionu — Ağdam şəhərində yerləşən stadion. İmarət Qərvənd — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. İmarət qəbiristanlığı — Ağdamda Qarabağ xanı ailəsinin məzarları olan məqbərə-kompleks. İmarət Tayfa İmarət (Xudafərin) — İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. İmarət (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd.
Ziyafət
Qonaqlıq və ya Ziyafət ictimailəşmə, danışma və istirahət məqsədləri üçün bir ev sahibi tərəfindən dəvət edilmiş şəxslərin bir yığıncağına deyilir, ya da festival və ya digər xüsusi münasibətin çərçivəsində xatirə günü kimi ifadə olunur.
Yafət
Yafət və ya Yafəs (ivr. ‏יָפֶֿתֿ,יֶפֶֿתֿ‏‎ ; yun. Ἰάφεθ; lat. Iafeth və ya Iapetus ; ərəb. يافث‎) — İbrahimi ənənəyə görə Nuhun oğlanlarından biridir. Ərəbdilli mənbələrdə adı, adətən Yafəs ibn Nuh şəklində qeyd edilir. == Doğulması haqqında fikirlər == Yafəs daha çox Nuhun ən kiçik övladı kimi yad edilsə də, bəzən onun ən böyük övlad olduğu da qeyd edilir. Yaradılış 5:32[5:32] və 9:18[9:18]-də Nuhun övladları ardıcıllıqla Sam, Ham və Yafəs şəklində qeyd edilir. Lakin onuncu fəsildə bu sıralama sondan əvvələ doğru təqdim edilir. Yaradılış 10:21–də[10:21] Yafəs və onun qardaşının təxmini yaşları qeyd edilmiş, müxtəlif tərcümələrin olması isə bu məsələdə qarışıqlıq yaratmışdır.
İffət
İffətli bir insan əxlaqsız hesab edilən cinsi fəaliyyətdən və ya hər hansı bir cinsi fəaliyyətdən çəkinər. İslamda evli və ya subay qadın və kişilər üçün qanuniliyin xaricində cinsi əlaqədə olmaq qadağandır. İslamda qadağan edilmiş hökmlər kişilərə və qadınlara eyni dərəcədə aiddir.
İzzət
Hörmət və ya Sayğı — şəxsiyyətə hörmətlə yanaşmaq, tənqidi şəxsin özü deyil onun fikrinə yönəltmək, etirazı mədəni şəkildə etmək, heç kimin fikrini "lağa" qoymamaq, hamının danışmaq hüququ olduğunu dərk etmək Yeri gəldikdə güzəştə getməyi bacarmaq, "özünə rəva bilmədiyini, başqalarına rəva bilmə" atalar sözünü unutmamaq.Hər kəsə hörmət edən, sayğı göstərən və eyni zamanda da özünə hörmət qazanmağa çalışan insan bacarmalıdır. "Buyurun", "bağışlayın", "zəhmət olmasa", "üzr istəyirəm", "minnətdaram" və s. kimi kəlmələri dildə vərdişə çevirmək bacarığı; fikrini əsaslandırmaq, əsassız fikirdən qaçmaq bacarığı; "Bu mənim şəxsi fikrimdir", "Bu onun şəxsi fikridir", "Hər kəsin öz fikrini söyləmək haqqı var" və s. kimi düşüncələrini normal qəbul etməklə ona dəstək vermək bacarığı.
"İmarət" stadionu
İmarət stadionu — 1952-ci ildən 1993-cü ilə qədər Azərbaycanın Ağdam şəhərində yerləşən stadion. SSRİ-də sırf futbol üçün tikilmiş yeganə stadion. 1993-cü ilinin iyun ayında Ağdam uğrunda döyüş zamanı Ermənistan Silahlı Qüvvələrinin artilleriyası tərəfindən iki dəfə mərmi zərbərlərinə məruz qalaraq, yarasız vəziyyətə salınıb. == Tarixi == İmarətin əsas qapısı Kommunist küçəsi tərəfdən idi. Ora milli ornamentlərlə "İmarət" yazılmışdı. Köhnə ağacdan qapıda düzəldilmişdi. Stadionun əsas girişinə daxil olanda sol tərəfdə restoran və futbolçuların bazası idi. Stadionun arxa girişi isə Füzuli küçəsindən başlayırdı. Stadionun yaxınlığında Xurşidbanu Natəvanın heykəli var idi. Stadionun direktoru erkən illərdə şair Germanın Hüseynov atası Əli olmuşdu.
Mirafət Cavadov
Mirafət Salman oğlu Cavadov (1964 Ağsu - 1992 Gədəbəy) == Həyatı == Mirafət Cavadov 1964-cü ildə Ağsu rayonunun Nuran kəndində anadan olub. == Təhsili == Mirafət təhsilini Nuran kənd orta məktəbində almışdır. == Hərbi xidməti == 1992-ci ildə könüllü olaraq Qarabağ bölgəsinə müharibəyə gedib. Mirafət Başkənd, Mutudərə və Saraylı kəndlərinin alınmasında xüsusi ilə fərqlənmişdir. O, 1992-ci ildə Gədəbəy rayonu ərazisində Hörükdaş əməliyyatı zamanı şəhid olmuşdur.
Raşidi Xilafət
Rəşidi Xilafəti - İslam tarixində ilk 4 xəlifə – “Doğru idarə edilən” və yaxud “Rəşid xəlifələr” dövrünü əhatə edən müştərək bir termindir və Məhəmməd peyğəmbərin ölümündən sonra, 632-ci ildə əsası qoyulmuşdur (Hicri təqvimi ilə 11-ci il). Dövrünün zirvəsində, Xilafət şimalda Ərəbistan yarımadası və Levantdan Qafqaza qədər, qərbdə Misirdən indiki Tunis ərazisinə, şərqdə isə İran yaylağından Mərkəzi Asiyaya qədər uzanan geniş bir imperiyanı əhatə edirdi. Bu cəhətdən, Xilafət öz torpaq sahəsi ilə tarixin bu günə qədərki ən böyük imperiyası idi. == Mənşəyi == 632-ci ildə, Məhəmməd Peyğəmbərin vəfatından sonra, ailəsinin başı onun dəfn mərasiminə qarışdığı bir zamanda, Mədinə ənsarları müsəlmanları idarə etmək üçün peyğəmbərin yerinə kimin ķeçəcəyini müzakirə ətdilər. Ömər və Əbu Übeydə ibn əl-Cərrah Əbu-Bəkrə öz sədaqətlərini vəd etdilər. Beləliklə, Əbu-Bəkr əs-Siddiq ilk "Xəlifə-i Resul-il-Lah" - “Allahın Rəsulu”nun davamçısı və ya xəlifə oldu və İslamın təbliği uğrunda mübarizəyə başladı.Əbu-Bəkr başlıca olaraq, Məhəmmədə sədaqət vəd etmələrinə baxmayaraq, ona heç nə borclu olmadıqlarını iddia edən ərəb qəbilələrini tabe etməli olacaqdı. Bir xəlifə olaraq Əbu-Bəkr hökmdar deyildi və nə o, nə də onun 3 xələfi belə bir titul tələb etmirdi. Daha dəqiq desək, onların seçilməsi və hökmranlığı bacarığa əsaslanırdı. Xüsusilə, sünnəyə əsasən, xəlifələrin dördü də evlilik vasitəsilə Məhəmməd peyğəmbərə bağlanmışdı. Onlar İslamı ilk qəbul edənlər idi və cənnətin açıqca vəd edildiyi 10 nəfər arasında idilər, birlik və dəstəkləri ilə Məhəmməd peyğəmbərin ən yaxın əshabələri olaraq onun tərəfindən yüksək qiymətləndirilirdilər və yaranmaqda olan Müsəlman cəmiyyəti daxilində onlara rəhbərlik rolu həvalə edilmişdi.Sünnəyə əsasən, Rəşidi Xilafəti termini Məhəmmədin ölümündən sonra xilafətin 30 il yaşayacağı və daha sonra krallıqla davam edəcəyi ilə bağlı məşhur hədisindən meydana gəlib.
Rümuzül-işarət
Rümuzül-işarət — Seyid Yəhya Bakuviyə məxsus, digər adı Təvilü və təfsirü-ihdinə-siratəl-müstəqim olan bu əsər nəsrlə yazılmışdır. Bu əsər Şirvanşah I Xəlilullah xanın iştirak etdiyi bir məclisdə, ehtimal ki, onun soruşduğu bir suala Seyid Yəhyanın verdiyi cavabdır və bu ayəinin mənasının açıqlamasını isə o, bir risalə şəklində daha sonra qələmə almışdır. Bu, Seyid Yəhyanın "bir adil şahın hüzurunda soruşulan" ifadəsindən məlum olur. Bu əsərdə Fatihə surəsinin V ayəsi olan "Bizi doğru yola yönəlt" mənasındakı "İhdinəs-siratəl-müstəqim" sözü təfsir və təvil edilərək, işarə, mükaşəfat və muayinə əhlinin qəlb yolundan nəyi hasil etdiyi izah olunur. Bu ayənin ixlas və inancın artmasına vasitə ola bilməsi məsələsinə toxunan müəllif : "Bu izahlar təfsir kitablarına bağlı qalmadan könülə doğan açıqlamalardır." — dedikdən sonra: "O gün belə soruşuldu:"Ənbiya və övliya necə olur ki, özləri də "Bizi doğru yola yönəlt"- diləyində olurlar. Onlar əslində doğru yolda deyillərmi ki, bu doğru yolu istəyirlər" – deyə soruşulan digər bir suala cavab vermişdir. Əsərin Bakı nüsxəsinin adı "Təvil və təfsiri" – İhdinə-siratəl-müstəqim"dir.
Ziyafət Abbasov
Ziyafət Abbasov (1 oktyabr 1935, Bakı, Azərbaycan SSR) — rejissor, ssenari müəllifi, baş redaktor, təcrübəçi rejissor, film direktoru, prodüser, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (1991). == Həyatı == 1 oktyabr 1935-ci ildə Bakıda anadan olub. 1963-1968-ci illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsində təhsil alıb. 1968-1974-cü illərdə Azərbaycan Dövlət Televiziya və Radio şirkətində, 1974-cü ildən "Azərbaycanfilm" kinostudiyasında rejissor işləyib. Əməkdar İncəsənət xadimidir. "Mozalan" kinojurnalı üçün 34 bədii və sənədli süjet çəkmişdir. Ziyafət Abbasov bir müddət "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasının bədii rəhbəri olmuşdur.Z. Abbasov 1994-cü ildə kinostudiyaya direktor əvəzi təyin olunmuş, 1994-2001-ci illərdə “Azərbaycanfilm”in direktoru vəzifəsində çalışmışdır. == Filmoqrafiya == == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.
Ziyafət Balıyev
Ziyafət Qurban oğlu Balıyev (7 iyul 1965, Yeni Daşkənd, Bərdə rayonu – 13 sentyabr 1992, Çıldıran, Kəlbəcər rayonu) — "Hərbi xidmətlərə görə" medalı ilə təltif olunmuş (ölümündən sonra — 15.01.1995) erməni daşnaklarına qarşı vuruşan döyüşçü. == Həyatı == Ziyafət Balıyev 7 iyul 1965-ci ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində anadan olmuşdur. 1983–1985-ci illərdə sovet ordusu sıralarında serjant rütbəsilə hərbi xidmətdə olmuşdur.1985–1990-cı illərdə Bərdə rayon 4 saylı ƏNG-da sürücü işləmişdir. 1990–1992-ci illərdə Bərdə rayon DIŞ-də polis baş serjantı olmuşdur. 24 mart 1991-ci ildə PPX taqımının tərkibində Ağdərə döyüş bölgəsinə göndərilmişdir. Dəfələrlə erməni quldurlarının xeyli sayda canlı qüvvəsini məhv etmişdir. 13 sentyabr 1992-ci ildə Ağdərə rayonunun Çıldıran kəndi uğrunda gedən döyüşdə şəhid olmuşdur. Məzarı Bərdə rayonunun Yeni Daşkənd kənd qəbiristanlığındadır. Ziyafət Balıyev ölümündən sonra 15 yanvar 1995-ci ildə "Hərbi xidmətlərə görə" medalı ilə təltif olunmuşdur. == Həmçinin bax == "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilənlərin siyahısı == Ədəbiyyat == Şiruyə Həsənoğlu "Ağlama bülbül, ağlama", Gəncə-1994.
Ziyafət Yaqubova
Ziyafət Yaqubova — Azərbaycan müğənnisi. == Həyatı == Ziyafət Yaqubova hazırda İsveçdə yaşayır.
Ziyafət Əliyeva
Ziyafət Mustafa qızı Əliyeva (15 avqust 1945, Qarabaldır, Vartaşen rayonu) — Sosialist Əməyi Qəhrəmanı (1982). == Həyatı == Ziyafət Əliyeva 15 avqust 1945-ci ildə Oğuz rayonunun Qarabaldır kəndində anadan olmuşdur. Ailənin 7 övladı olmuşdur. Erkən yaşlarından anasının ağır xəstəliyə düçar olması ailənin böyük övladı olan Ziyafət xanımı ağır sınaqlar qarşısında qoyur. O, mətnliklə və əzimkarlıqla bütün çətinliklərə sinə gələrək özündən kiçik bacı-qardaşlarının həyatda normal mövqe tutmalarında sanki analıq missiyasını yerinə yetirmişdir. 1960-cı ildən əmək fəaliyyətinə kolxozçu kimi başlamışdır. Əmək sahəsində əldə etdiyi uğurlu nailiyyətlər dövlət tərəfindən qiymətləndirilərək orden və medallarla təltif edilmişdir. Orta məktəbi qurtardıqdan sonra ali təhsil almaq arzusu ağır vəziyyətlə əlaqədar ürəyində qalsada bu niyyətinə nail olaraq 1988-ci ildə Gəncə Kənd Təsərrüfatı Univetsitetini itirmişdir. 1983-cü ildə "Qələbə" tütünçülük savxozunda briqadir, 1989-cu ildə həmin savxozun direktoru vəzifəsinə irəli çəkilmişdir. 1993-cü ildən Qarabaldır kalxozu idarə heyətinin sədri işləmişdir.
Ziyafət Əsgərov
Ziyafət Əsgərov (24 oktyabr 1963, Aşağı Uzunoba, Naxçıvan rayonu) —Milli Məclisin deputatı, hüquq elmləri namizədi, professordur. == Həyatı == Ziyafət Əsgərov 1963-cü il oktyabrın 24-də Naxçıvan Muxtar Respublikası Babək rayonunun Aşağı Uzunoba kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Hüquq elmləri namizədi, professordur. 1995-ci ildə Azərbaycan Respublikasının ilk milli Konstitusiyasını işləyib hazırlayan Komissiyanın işçi qrupunun üzvü olmuşdur. Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası yanında Korrupsiyaya qarşı mübarizə üzrə komissiyanın üzvüdür. 1990-cı ildən Bakı Dövlət Universitetində konstitusiya hüququ kafedrasının müəllimi, baş müəllimi, dosenti, kafedra müdirinin müavini, hüquq fakültəsi dekanının müavini vəzifələrində çalışmışdır. Hazırda konstitusiya hüququ kafedrasının professorudur. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür. Birinci və ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuş, 2000-ci il noyabrın 24-dən parlament Sədrinin müavini, Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının sədri vəzifəsində çalışmışdır.
İbadət Nəcəfov
İbadət Nəcəfov — Qarabağ müharibəsi iştirakçısı. == Həyatı == Nəcəfov İbadət Nəcəf oğlu 1972-ci il yanvarın 2-də Laçın rayonunun Oğuldərə kəndində anadan olub. 1979-cu ildə Oğuldərə kənd orta məktəbinin I sinfinə gedib, 1989-cu ildə həmin məktəbi qurtarıb. 1990-cı ildə hərbi xidmətə çağırılıb. Əvvəlcə Şəmkir rayonunun Leninkənd kəndində yerləşən hərbi hissədə olub. Bir aydan sonra Şınıx bölgəsinə, Qaravəllər kəndinə göndərilib. 1992-ci ilin əvvəlində ordudan tərxis olunub. İki ay evdə qaldıqdan sonra könüllü olaraq müstəqil respublikamızın ilk milli hərbi qurumuna yazılıb. Od-alova bürünmüş Qarabağ torpağının müdafiəsinə qalxıb. Döyüşlərdə öz cəsurluğunu nümayiş etdirib.
İbarət Əkbərov
İbarət Faiq oğlu Əkbərov (21 mart 1993, Mirimli, Yardımlı rayonu – 12 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == İbarət Əkbərov 1993-cü il martın 21-də Yardımlı rayonunun Mirimli kəndində anadan olub. Ailəli idi və iki oğlu var. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan İbarət Əkbərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İbarət Əkbərov oktyabrın 12-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İbarət Əkbərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən İbarət Əkbərov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
İmarət (Germi)
İmarət (fars. عمارت‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 223 nəfər yaşayır (49 ailə).
İmarət (Xudafərin)
İmarət (fars. عمارت‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 151 nəfər yaşayır (37 ailə).
İmarət Qərvənd
İmarət Qərvənd — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun İmarət Qərvənd kəndi Kəlbəcər rayonunun inzibati tərkibinə verilmişdir. Kənd 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. == Toponimikası == Kəndi Qarabağda yaşamış qərvənd tayfasına mənsub ailələr salmışlar. Oykonimin birinci komponenti imarət (vaxtilə burada mövcud olmuş mülkə işarədir) sözü yaşayış məntəqəsini eyniadlı digər kəndlərdən fərqləndirmək üçün artırılmışdır. == Tarixi == İmarət Qərvənd kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. İmarət Qərvənd kəndi də Kəlbəcər rayonuna birləşdirilən kəndlərdən biridir. == Coğrafiyası və iqlimi == Kənd Ağdaban çayının sahilində, Murovdağ silsiləsinin ətəyində yerləşir.
İmarət Tayfa
İmarət Tayfa – Qarabağ futbol klubunun ən məşhur azarkeş qruplarından biridir. Onlar öz meydanları olan Azərsun Arenada və Tofiq Bəhramov adına Respublika Stadionunda (beynəlxalq oyunlar) klublarına müxtəlif bəstələr, xareoqrafiya və şüarlarla dəstək olurlar. == Tarixi == ''İmarət Tayfa'' azarkeş qrupunun adı Qarabağ futbol klubunun Ağdam yerləşən ilk stadionu olan İmarət stadionundan gəlir. İmarət stadionunun inşasına 1950-ci ildə başlanılıb, 1951-ci ildə isifadəyə verilib. Həmin stadion tikiləndən sonra Qarabağ futbol klubu yaranıb. O vaxt Ağdam şəhərini təmsil edən klubun adı “Məhsul” olub. “İmarət” tikildikdən sonra isə komanda professional klub kimi fəaliyyətə başlayıb. “İmarət” təkcə Ağdamın deyil, bütün Qarabağın futbol məbədi olub.“İmarət tayfa” azad azarkeş qrupu 2009-cu ildə yarandı. “Qarabağ”ın tribunasında onsuz da, azarkeşlər vardı. Ancaq “Qarabağ”a yaraşan ideologiya ilə azarkeş topluluğunun yaranmasına ehtiyac var idi.
İmarət qəbiristanlığı
İmarət Qərvənd qəbristanlığı və ya sadəcə İmarət qəbristanlığı — Ağdamda Qarabağ xanı ailəsinin məzarları olan məqbərə-kompleks. Qəbristanlıqda Qarabağ xanlığının və ondan sonrakı dövrün bir çox tanınmış şəxsi dəfn edilmişdir. == Haqqında == XVIII–XIX əsrlərə aid Pənahəli xanın məqbərəsi Ağdam rayonunda İmarət qəbiristanlığında yerləşir. Türbənin yanında ona oxşar başqa bir türbə də var. Bu türbə isə Pənahəli xanın oğlu, Qarabağ xanı İbrahimxəlil xana məxsusdur. Pənahəli xanın türbəsinin bir giriş qapısı var. Giriş qapısı tağvari quruluşa malikdir. Türbə çoxbucaqlı konusvari plan quruluşuna malikdir. Türbənin içərisində mərhumun qəbri yerləşir. Pənahəli xanın türbəsinin yanında oğlu və varisi İbrahimxəlil xanın türbəsi yerləşməkdədir.
İapet
İapet ( yun. Ἰαπετός) — yunan mifologiyasında tanrı titan. Geya və Uranın oğlu, Klimenanın əri. Atlant, Prometey, Epimetey və Menetiyin atası. İapet titanomaxiyada Zevsə qarşı iştirak etdiyinə görə qardaşları kimi Tartara atılmışdır.
İzoet
İzoet (lat. Isoetes) — bitkilər aləminin plaunofitlər şöbəsinin i̇zoetopsidlər sinfinin i̇zoetçiçəklilər dəstəsinin i̇zoetkimilər fəsiləsinə aid bitki cinsi.
Mariya İzabel
Mariya İzabel (İspanca:María Isabel; 4 yanvar 1995) — İspaniya müğənnisi, 2004-cü il Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi 2004 Avroviziya Mahnı Müsabiqəsində İspaniyanı "Antes muerta que sencilla" mahnısı ilə təmsil etmiş və qalib olmuşdur.