Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Geridönmələrlə izləmə
Geridönmələrlə izləmə (Backtracking)– ekspert sistemlərində: məsələnin cavabını tapmaq üçün proqramın bütün mümkün alternativ yolları yoxlamasından ibarət həll üsulu. Bu alternativlərə bir ağacın budaqları kimi baxmaq olar: proqram bir budaq boyunca axıradək “gedir” və əgər həll tapılmırsa, geriyə qayıdır və axtarışı başqa budaqda davam etdirir. İzlənmə müqaviməti (Backtracking resistance) – təsadüfi bitlər generatorunun (ing. Random Bit Generator, RBG) çıxış ardıcıllığının gələcəkdə generator sındırıldıqda da iddia olunan təhlükəsizlik səviyyəsində ideal, təsadüfi ardıcıllıqdan fərqlənməyəcək şəkildə qalacağının təminatı. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
İzləmə sistemi
İzləmə sistemi hərəkətdə olan insanların və obyektlərin müşahidəsi və irəli emal üçün məkan məlumatlarının zamanda düzgün düzülüşünün təchiz olunmasında istifadə olunur. Virtual məkan texnologiyasında izləmə sistemi müşahidəçinin koordinatlarını izləyərkən, virtual məkanı insan müşahidəçisi üçün səhnələyən ümümi sistemdir. İzləmə sistemləri saysızdır. Bəziləri gecikmə müddəti göstəriciləridir, məlumat, maddə nöqtəni keçdikdən sonra toplanır, məsələn bar kod və ya drossel nöqtəsi va ya qapı.. Digərləri Qlobal Mövqetəyinetmə Sistemi (GPS) kimi bilginin hansı tezlikdə yenilənməsindən asılı olan həqiqi vaxt və ya yaxın həqiqi vaxtdır. Maddələri araşdırmaq və avtomatik eyniləşdirmə üçün insana ehtiyac duyan bar kod sistemləri vardır. Böyük bir kütlə, izləmə dünyaları müxtəlif tətbiqlər üçün ayrılıqda qurğu hissəsi və proqram təminatından təşkil olunmuşdur. Bar kod sistemləri Elektronik Məhsul Sistemlərindən (EPC), GPS sistemi isə aktiv həqiqi vaxt yerləşdirmə sistemindən ayrılır.
Şüa izləmə
Şüa izləmə (ing. ray tracing) — görüntünün renderinq (RENDERİNG) olunmasının iki əsas üsulundan biri. Kompüter qrafikasında: görüntünün hər bir obyektinin parlaqlığının, şəffaflıq səviyyəsinin və əksetdirmə imkanının hesablanması üçün istifadə olunan alqoritm. Bu atributlar müəyyən işıq mənbəyindən hər bir elementə və sonra müşahidəçinin gözünədək olan yolda ayrı-ayrı əks olunmuş işıq şüalarındakı dəyişikliklərin izlənməsi yoluyla hesablanır. Bundan sonra obyektin atributlarından ekranda görüntünü əmələ gətirən piksellərin rəngini və intensivliyini ölçmək üçün istifadə olunur. Şüa izləmə hər bir pikselin atributlarını müşahidəçiyə, gürününün elementlərinə və işıq mənbəyinə nəzərən hesablamağa imkan verir. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Barmaq izləri
Barmaq izi - hər şəxsin DNT proqramında yaradılışdan mövcud olub embriyonik dövrdə barmaqların ucunu örtən dərinin Əzəli Nəqqaş və Hafizi Əbədinin sonsuz elm və qüdrəti ilə işlənməsi nəticəsində meydana gətirilir. Barmaq izləri müxtəlif cinayətlərin açılmasında istifadə edilməkdədir. Barmaq uclarındakı dəri qabarmalarının təşkil etdiyi naxışlar, bir-birini kəsən və ya bir-birinə paralel, oval yaxud dairəvi cizgilərin hərəkətləri ilə meydana çıxarılır. Mürəkkəblə tam islanmış bir süngərə toxundurulan barmaq daha sonra bir kağıza basılarsa, barmaq ucundakı naxış mürəkkəb sayəsində kağıza keçər. Bu formada arxivlənən barmaq izləri, gələcəkdə meydana gələ biləcək şübhəli bir vəziyyətdə yeni izlərlə müqayisə edilərək dəyərləndirilir. Dərimizin hər tərəfinə paylanan tər bezləri, vücudumuzun hər bölgəsində müxtəlif sıxlıqdadır. Barmaq uclarımıza da bir çox tər bezi yerləşdirilmişdir. Barmağımızla hər hansı bir əşyaya toxunduqda tər bezlərinin deşiklərindən çıxan tərimiz, toxunduğumuz yerdə qalır və barmaq izi naxışımızın həmin yerə keçməsinə səbəb olur. Barmaq izini buraxan tərin doxsan doqquz faizi sudur. Qalan bir faizlik qismində yağ turşuları, yağ, esterlər, amin turşusu və duzlar var.
Zəlyə yaylası
Zəlyə yaylası (gürc. წალკის ქვაბული) — Gürcüstanın mərkəzində, Anaxatır çayının başında yerləşən vulkan platosu. Ərazisi təxminən Tsalka bələdiyyəsi və ona həmsərhəd olan Borjomi bələdiyyəsinin bir qismi ilə eynidir. Cavaxeti yaylasının tərkib hissəsidir. Zəlyə yaylası dəniz səviyyəsindən 1,500—1,700 metr hündürlükdə yerləşir və 398,3 kvadrat kilometr sahə əhatə edir. Yüksəklidə yerləşən ərazi əsasən otlaq çəmənlərdən, aşağı hissəsi isə kənd təsərrüfatı sahələrindən ibarətdir. İlboyu orta hərarət 5,9 dərəcədir (yanvarda 4,8 dərəcə, iyulda 16 dərəcə). İllik yağıntı səviyyəsi 740 millimetrdir. Yaylanın mərkəzində Zəlyə su anbarı yerləşir. Neolit dövründən tunc dövrünün ortalarına (təxminən e.ə.
Səmada kimyəvi izlər
Kimyəvi izlər (ing. chemtrails ) sui-qəsd nəzəriyyəsinin bir hissəsidir və bu anlayışa görə dünyanı gizli idarə edən qüvvələr və ya "işğal hökuməti" gizli şəkildə sərnişin təyyarələrindən müəyyən "kimyəvi maddələr" püskürür. Sui-qəsd nəzəriyyəçiləri iddia edirlər ki, bu cür təyyarələr qeyri-adi kondensasiya izləri qoymaqla seçilir. Lakin realda səma üzərində yaranan bu izlərin həqiqətən kimyəvi olduqlarını isbat edən heç bir sübut yoxdur. Bu konsepsiyanın mənşəyi Amerika Birləşmiş Ştatlarının 1967-1972-ci illərdə Vyetnam ( Vyetnam Müharibəsi ), Kamboca ( Kamboca Kampaniyası ) və Laos ( Laos Vətəndaş Müharibəsi ) üzərində buludlara gümüş yodidi səpdiyi Popay əməliyyatı ilə əlaqələndirilir ki, bu da bu ölkələrin ərazisi üzərində daha çox yağıntıya səbəb olmuşdu. Hava şəraitinin dəyişdirilməsi texnologiyalarının hərbi məqsədlər üçün istifadəsinə qadağa hazırda Ətraf Mühitin Dəyişdirilməsi Vasitələrinin Hərbi və ya Hər hansı digər Düşmən İstifadəsinin Qadağan edilməsi haqqında Konvensiyaya ( ENMOD ) uyğundur. SSRİ-nin təşəbbüsü ilə hazırlanmış bu konvensiya, xüsusən ABŞ, Rusiya və Çin tərəfindən ratifikasiya edilmişdir. 1996-cı ilin avqustunda ABŞ Hərbi Hava Qüvvələri hava silahları üçün ideyalar təklif edən "Hava güc çoxaldıcısı kimi: 2025-ci ildə havaya sahib olmaq" məqaləsini dərc etdi. Bu məqalə kimyəvi izlər ideyası üçün təkan oldu. 2 oktyabr 2001-ci ildə ABŞ Konqresi ekzotik silah sistemlərinin təsnifatının bir hissəsi kimi ilk dəfə olaraq "chemtrails" termininindən istifadə edərək H.R. 2977 aktını qəbul etdi.
Arxası qibləyə (film, 2009)
Üzü küləyə (film, 1977)
Üzü küləyə — 1977-ci ildə çəkilmiş Azərbaycan filmi. Film çoxplanlıdır. Burada dənizin çirklənməsi, Xəzərin balıq problemi və bir də quşların dövlət tərəfindən qorunması məsələlərinə toxunulmuşdur. Filmdə müasirlərimizin xarakterlərindən, onların mənəvi kamilliyindən, bir-birilərinə münasibətlərindən də söz açılır. Filmin qəhrəmanları gənclərdir. Onları inkişafımızın sabahı və gələcəyi düşündürür. İstər insanlara, istərsə də təbii sərvətlərə qayğı ilə yanaşan bu gənclər xalq malını dağıdanlara qarşı barışmazdırlar. Kinolent Mərkəzi televiziyanın (Moskva) sifarişi ilə çəkilmişdir. Ssenari müəllifi : Oqtay Orucov Quruluşçu rejissor : Əbdül Mahmudov Quruluşçu operator : Zaur Məhərrəmov Quruluşçu rəssam : Fikrət Əhədov Bəstəkar : Aqşin Əlizadə Səs operatoru : Vladimir Savin Montaj edən : Gülşən Səlimova Rejissor : Rafiq Yüzbaşov Operator : Amin Novruzov Adil İsgəndərov-Fərman Elxan Əhədzadə-Ramiz Tanilə Əhmərova-Nərgiz Muxtar Maniyev-Əbülfəz Əli Zeynalov-Əhməd dayı Kamal Xudaverdiyev-İlyas Məmmədov Həsən Məmmədov-Əlibala Zemfira Sadıqova-Nazlı xanım Kamil Məhərrəmov Zilli Namazov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası.
Silinməyən izlər... (film, 2011)
Silinməyən izlər... — görkəmli kinorejissor, Azərbaycanın xalq artisti Tofiq Tağızadənin həyat və yaradıcılığından bəhs edən çoxseriyalı sənədli televiziya filmi. Sənədli serial kinomuzda və teatrda silinməyən izlər qoyan sənətkarlardan bəhs edir. Silinməyən izlər... Ələsgər Ələkbərov Silinməyən izlər... Tofiq Tağızadə Silinməyən izlər... Yusif Vəliyev "Görüş", "Uzaq sahillərdə", "Əsl dost", "Əmək və qızılgül", "Matteo Falkone", "Arşın mal alan", "Arşın mal alan", "Mən ki gözəl deyildim", "Yeddi oğul istərəm...", "Dədə Qorqud", "Bağ mövsümü", "O dünyadan salam", "Bəxt üzüyü", "Anlamaq istəyirəm", "Qaladan tapılan mücrü", "Qızıl qaz", "Ac həriflər", "Babamızın babasının babası" filmlərindəki kadrlardan istifadə edilmişdir. Müəllif: Sevda Ağazadə Rejissor: Elvin Vəlimətov Operatorlar: Rüfət Sarabi, Əliağa Rzayev Montaj: Araz Əjdərov, Rəşad Rəhimov Qrafika: Təkin Əfəndiyev Videomateriallar: Fuad Əhmədov Rejissor assistenti: Cavid Babayev İnzibatçı: Etibar Almazov Redaktor: Səyavuş Məmmədov İranə Tağızadə (əməkdar incəsənət xadimi) Oqtay Mirqasımov (xalq artisti) Elçin (xalq yazıçısı) Mayis Ağabəyov (xalq rəssamı) Xuraman Qasımova (xalq artisti) Arman Tağızadə (Tofiq Tağızadənin nəvəsi) Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi. Dövlət Film Fondu. Kino-Bülleten.
Kinomuzda zərif izlər (film, 2019)
Azərbaycan Respublikası əhalisinin illərə görə sayı
Azərbaycan əhalisi — Bu məqalə Azərbaycan Respublikası əhalisinin demoqrafik xüsusiyyətləri haqqındadır. == İlk sakinləri == == Ümumi əhali == Cədvəllə əlaqədar qeydlər - 1897,1926, 1939, 1959, 1970, 1979, 1989, 1999-cu illərin məlumatları əhalinin siyahıyaalınmaları üzrə, 1913, 1917, 1920-cı illərin məlumatları ilin axırına, qalan illərin məlumatları isə ilin əvvəlinə göstərilmişdir;- 2000–2009-cu illər üzrə məlumatlar ölkədə 2009-cu ilin aprel ayında keçirilmiş əhalinin siyahıyaalınmasının ilkin nəticələri əsasında dəqiqləşdirilmişdir. Dövri hadisələrin əhali sayısına olan təsirini görmək üçün 1950-ci ilə qədər olan müddət onilliklərə görə verilməmişdir. === 2010–2014 r.t. === MKİ-nin 2014-cü ilə olan təxminlərinə əsasən Azərbaycan Republikası əhalisinin sayına görə dünyada 240 ölkə arasında 92-ci yerdə dayanmaqdadır. === Cinsi tərkibi === 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən Azərbaycan Respublikasının de-fakto əhalisi 9.235.085 nəfərdir. Onlardan 4.583.484 nəfərini kişilər, 4.651.601 nəfərini isə qadınlar təşkil edir. == Etnik tərkib == == Dil == == Rayonlar və respublika tabeli şəhərlər üzrə əhali == *Qeyd: 2009-cu ildə aparılmış siyahıyaalınmaya əsasən Naxçıvan Muxtar Respublikasının ümumi əhalisinin (398,323 nəfər) 115488* nəfəri şəhər əhalisi, 282835** nəfəri isə kənd əhalisi olmuşdur Arxivləşdirilib 2018-12-25 at the Wayback Machine. == Təhsil səviyyəsi == == Miqrasiya == === Əhalinin beynəlxalq miqrasiyası === Qeyd: Ölkəyə daimi yaşamaq üçün gələnlər — immiqrant, Ölkədən daimi yaşamaq üçün gedənlər — emmiqrant hesab edilirlər. === Daimi yaşamaq üçün Azərbaycana gələn və gedənlərin ölkələr üzrə bölgüsü === === Azərbaycanda miqrantlar === 2011-ci ilin iyul ayında Dövlət Miqrasiya Xidmətinin rəisi Arzu Rəhimovun və ombudsman Elmira Süleymanovanın bildirdiyinə görə Azərbaycan Respublikasında təxminən 450 min nəfər miqrant vardır.