Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Neteller
Neteller — bütün dünyada pulları köçürmə yolu ilə göndərmək və almaq imkanı verən elektron ödəniş sistemidir. 1999 ildə yaradılmışdır. Mülkiyyətçi - Paysafe Groupdur. Neteller servisi bukmeker kontorları və onlayn kazino istifadəçiləri arasında daha çox populyarlıq qazanmışdır. Bizim günlərdə bu komissiyalar qüvvədədir: sistem daxilində pul kisələri arasındakı köçurmə tarifi - 1,45% (maksimum məbləğ məhdudlaşdırılmadan). Konvertasiyaya görə komissiya, məsələn, pul göndərənin və alanın hesablarının fərqli valyutada açılmış olduğu hallarda - 3,99% təşkil edir. Sistemin istifadəçiləri icra edilmış tranzaksiya əməliyyatının həcmindən asılı olaraq imtiyazlı status (Bronz, Silver, Qold, Platinum, Daymond) əldə etmək imkanına malikdirlər. Bu kimi statuslar, üçün komissiya yığımının aşağı dərəcəsi qüvvədədir. İndiki zamanda 26 valyutanı dəstəkləyir. Dünyanın 200-dən çox ölkəsində, o cümlədən Azərbaycanda, Rusiyada, Ukraynada, Belarusda, Gürcüstanda, Estoniyada, Latviyada, Litvada və keçmiş SSRİ-nin digər ölkələrində işləyir.
Məsəllər
Məsəl — şifahi xalq yaradıcılığının növlərindən biri. Məsəldə müəyyən bir həyat hadisəsi haqqında ümumiləşdirilmiş və məcazi fikir öz əksini tapır. Məsəl yığcamlığına və hikmətli məzmununa görə atalar sözünə oxşasa da, ondan fərqlənir. Atalar sözündən fərqli olaraq, məsəldə fikir bitkin olmur, yarımçıq şəkildə bildirilir, müstəqil işlənə bilmir. Həm də məsəldə didaktika elementləri atalar sözündə olduğu kimi qabarıq şəkildə nəzərə çarpmır. Buna görə də məsəldə müstəqillik funksiyası o qədər də güclü deyil. Məsəl hər hansı bir əhvalatın, yaxud hadisənin ibrətamiz yekunu, təhkimçinin fikrini qüvvətləndirmək məqamı kimi meydana çıxır. Məsələn: "Sən çaldın", "qələt yağ küpəsindədir", "dava yorğan davasıdır" məsəlləri Molla Nəsrəddin lətifələri, "çünki oldun dəyirmançı, çağır gəlsin dən Koroğlu", "ölüb Fərhad, gəlmir külüngünün səsi", "Leyliyə Məcnun gözü ilə bax", "bütövü kəsmə, paraya dəymə, doğra, doyunca ye" kimi məsəllər lətifələr, dastanlar, əfsanələr, nağıllar əsasında yaranmışdır. Elçin. Seçilmiş əsərləri.
Sekellər
Sekellər ([ˈseːkɛj] sekey) eləcə də Szekler hərfən. adamlar; eləcə də rum. Secui, alm. Szekler‎, lat. Siculi) — Macarların bir subetnosu. Sekellər Macar dilindən fərqli danışırlar. Sekellər Qərbi (Avropa) Hun imperiyasından sonra Karpat hövzəsinə köçək 3000 Hun əsgərin nəsillərindəndir. 895-ci ildə Macar ağalığına qədər varlıqlarını sürdürmüş və sonradan Macar ağalığına keçmişlərdir. Tarixdə Sekel krallığı adlı bir dövlət qurdular, lakin macarlar bu dövləti işğal elədilər. Daha sonra Osmanlı imperiyası zamanında Sekel Muxtariyyəti tanındı.
Sətirlər üzərində əməllər
Sətirlər üzərində əməllər(string operations,операции над строками,dizgi işlemleri)-sətirlər üzərində yerinə yetirilən əməllər. Tutaq ki, A dəyişəni “ÜZEYİR” sətrini, B dəyişəni isə “HACIBƏYLİ” sətrini ifadə edir. Aşağıda Java dilində bəzi nümunələr verilib: 1.İki sətrin eyni olub-olmamasını bilmək üçün onları müqayisə etmək. Məsələn, A.equals(B) (başqa proqramlaşdırma dillərində A==B, yaxud A=B) yalan olacaq. 2. Bir sətrin əlifba üzrə obiri sətirdən öndə gəlməsini müəyyənləşdirmək. Məsələn, A.compareTo(B)<=0 yalan olacaq (çünki ÜZEYİR sətri əlifba üzrə HACIBƏYLİ sətrindən sonra gəlir). Başqa proqramlaşdırma dillərində bu, A<B kimi ifadə olunur. Əlifba sırası Unicode simvol kodlarının əsasında müəyyən olunur, ona görə də kiçik hərflər böyük hərflərdən sonra gəlir (Bax: UNICODE). 3. Sətirləri ardarda qoşmaq (konkatenasiya). Məsələn, A+“ ”+B nəticəsində “ÜZEYİR HACIBƏYLİ” alınacaq.