FƏRQLİ

sif. Aralarında fərq olan, müəyyən xüsusiyyəti ilə o birindən fərqlənən, ayrılan, seçilən, aralarında oxşarlıq olmayan. Fərqli cəhətlər. Fərqli dünyagörüşü.
– Qayəsiz, məqsədsiz keçən bir insan ömrü [Kərimxana] bir heç, bir heyvan həyatından fərqli görünmürdü. M.İbrahimov.
Bir evdə eyni familiya daşıyan iki qadın … birbirindən nə qədər fərqli idi. İ.Qasımov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • FƏRQLİ təvafütlü — ayrı — seçili

Antonimlər (əks mənalı sözlər)

  • FƏRQLİ FƏRQLİ – EYNİ Canlı göyərçinlərdən; Ancaq mən çox fərqliyəm (A.Şaiq); Şənbə günü nahardan üç saat sonra vəzirlə eyni qəsrdə, eyni qayda ilə mister Har
FƏRQLƏNMƏK
FƏRQSİZ
OBASTAN VİKİ
Fərqlilər
Fərqlilər - yazıçı-jurnalist Dilqəm Əhmədin 2016-ci ildə yazılmış kitabı. Fərqlilər Dilqəm Əhmədin həmin mövzuda qələmə aldığı ilk kitabdır. Kitabda cümhuriyyət tarixinin məşhur simaları Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Almas İldırım, İsa bəy Aşurbəyov eləcə də Mirzə Şəfi Vazehdən dərs almış alman şairi Fridrix Bodenştedt haqqında maraqlı məlumatlar, şəkil və məktublar əks olunub. Unikal sənədlər sayəsində bir çox bu kimi suallara kitab vasitəsi ilə cavab verilir: Bakının xilaskarı Nuru paşanı kim öldürüb? Nazim Hikməti Azərbaycanda təəccübləndirən nə idi? Şəfiqə xanım Qaspıralı Nəsib bəy Yusifbəylinin sevgisindən niyə imtina edib? Məmməd Səid Ordubadi Tiflis zindanında nələr görmüşdü? Azərbaycanın ilk naşiri kim olub? "Molla Nəsrəddin" jurnalı necə yaranıb? Mirzə Kazımbəy niyə xristianlığı qəbul edib?

Digər lüğətlərdə

вы́броситься запреще́ние мегаба́йт неумоли́мо обжига́льщица осое́д сле́пливание туши́ться университа́нт хэ́ккер ци́трус авиабо́мба доброду́шно знамено́сец когото́к криву́лина fosterer protectorate shepherd dog summer complaint догореть непорядочный полёвка семиклассник слегка