Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kösəli Rus
Kösəli Rus (qaq. Köseli Rus) Moldovanın Qaqauziya muxtariyyətində bir kənddir. Kənd 735 nəfərdən ibarətdir, həmçinin 185 qaqauzdan.
Aleksey Koşelev
Koşelev Aleksey Timofeyeviç — texnika elmləri doktoru, professor == Həyatı == Koşelev Aleksey Timofeyeviç 1937-ci ildə Azərbaycan SSR-nın Kürdəmir şəhərində anadan olmuşdur. 1961-ci ildə "Neft və qaz quyularının qazılması" ixtisası üzrə AzNKİ-nun neft-mədən fakültəsini bitirmişdir. 1959–1971-ci illərdə "Azneft" İB-də fəhlədən sex rəisinə qədər müxtəlif vəzifələrdə işləmişdir. 1971-ci ildə AzNKİ-nun aspirantı olub. 1971–1986-cı illərdə Ümumittifaq quyuların bərkidilməsi və qazıma məhlulları elmi-tədqiqat institutunda (Krasnodar ş.) sektor, laboratoriya, şöbə rəhbəri işləmişdir. 1974-cü ildə "Neft və qaz quyularının təkrar sementlənməsi texnologiyasının təkmilləşdirilməsi" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1986–1988-ci illərdə SurqutneftETLİ-də, 1988–1993-cü illərdə isə SibNSETİ-də direktor müavini, Dövlət Ekspert Komissiyasının (DEK) sədri, Tyümen neftqaz universitetinin qazıma kafedrasının professoru vəzifələrində çalışmışdır. 1993-cü ildə "Quyuların bərkidilməsinin iş qabiliyyətinin artırılması üsullarının elmi cəhətdən əsaslandırılması, işlənilməsi və tətbiqi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1993–2004-cü illərdə "Rosneft-Termneft" MAC EİB (Krasnodar ş.) baş direktor müavini işləmişdir. 2005-ci ildən bu günə qədər OAO "Rosneft-Krasnodarnefteqaz EK"da elmi-texniki məsələlər üzrə baş direktorun məsləhətçisidir.
Körebe
Körebe – Göksel-in 2001-ci ildə çıxardığı 2-ci albom. Albomdakı "Depresyondayım" mahnısına klip çəkilmişdir.
Kisel
Kisel (est. kissell, fin kiisseli, latış. ķīselis‎, lit. kisielius, pol. kisiel, rus. кисель, kisél’, ukr. кисiль) – şirin, jele kimi desert xörəyi. == Hazırlanma qaydası == Kisel hazırlamaq üçün təzə və qurudulmuş meyvə-giləmeyvə, şirə, şərbət, mürəbbə, cem, povidlo, çörək kvası, süd və başqa xammallardan istifadə edilir. Kisel şəkər əlavə etməklə kartof və ya qarğıdalı nişastasından hazırlanır. Meyvə-giləmeyvə nişastasını hazırlamaq üçün kartof nişastasından hazırlamaq lazımdır, çünki qarğıdalı nişastası ilə bulanıq kisel əldə edilir.
Kasale FK
Napmi Kastle
Napmi Kastle (d. 29 may 1974) — Avstraliyanı təmsil edən su poloçusu. Napmi Kastle, Avstraliya yığmasının heyətində 2000-ci ildə baş tutan XXVII Yay Olimpiya Oyunlarına qatılıb və qızıl medal qazanıb. == Karyerası == Napmi Kastle, 2000-ci ildə Avstraliya yığması ilə birgə XXVII Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların həlledici, final görüşündə Birləşmiş Ştatlar yığmasını 4:3 hesabı ilə məğlub edən Avstraliya yığması, XXVII Yay Olimpiya Oyunlarının çempionu oldu. Napmi Kastle, 2004-cü ildə Avstraliya yığması ilə birgə XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların bürünc medal uğrunda görüşündə Birləşmiş Ştatlar yığmasına 5:6 hesabı ilə məğlub edən Avstraliya yığması, XXVIII Yay Olimpiya Oyunlarını 4-cü yerdə başa vurdu.
Köse
Köse — Gümüşxanə ilinin bir ilçəsi.
Sele
Sele (sloven. Celje; alm. Cilli‎) — Sloveniya ərazisində yerləşən şəhər. Ölkənin əhali sayına görə üçüncü ən böyük şəhəridir. Aşağı İştiriya tarixi vilayətinin mərkəzi olmuşdur. Sele şəhər (icma) dairəsinin inzibati mərkəzidir. Şəhər dəniz səviyyəsindən 238 m (781 fut) yuxarıda yerləşir. == Ümumi məlumat == Sele şəhəri Saviya, Lojnisa və Volqayna çaylarının qovuşduğu ərazidə, iri bir təpənin yaxınlılğında yerləşir. Təpədə qədim Sels qəsri yerləşir. Şəhər tarixə Sele qraflığının mərkəzi olaraq daxil olmuşdur (XIV–XV əsrlər.).
Köxel kataloqu
Köxel kataloqu (alm. Köchel-Verzeichnis‎, ing. Köchel catalogue) — Lüdviq fon Köxel tərəfindən yaradılmış Volfqanq Amadey Motsartın əsərlərinin xronoloji ardıcıllıqla sıralandığı kataloqdur. Adətən K. və ya KV. abbreviaturası ilə qeyd edilir. Əsərlərin Köxel kataloqundakı sıra nömrələri onların bəstəkarın yaradıcılıq xronologiyasında tutduğu yeri göstərməklə, həm də əsərin özünə qısa istinad verir. Köxelin sırlamasına görə "Rekviyem re-minor" Motsartın 626-cı əsəri olduğuna görə "К. 626" nömrəsi ilə qeyd edilir; lakin, Köxelin orijinal kataloqu (1862) iki dəfə redaktə edilmişdir və buna görə də bəzi əsərlər (məsələn "Valtorn üçün birinci konsert K.(412+514)/386b") üç KV. nömrəsinə malikdir. == Tarixi == Motsartın vəfatından sonrakı onilliklərdə onun əsərlərinin kataloqlaşdırılmasına bir neçə dəfə cəhd edilmişdir. Franz Qlyesner və İohann Anton Andre tərəfindən hazırlanmış kataloq tam olmasa da 1833-cü ildə çap edilmişdir. Motsartın əsərlərinin əhatəli tam kataloqu Lüdviq fon Köxel tərəfindən hazırlanmış və 1862-ci ildə ilk dəfə nəşr edilmişdir. Köxelin 551 səhifəlik kataloqu “Chronologisch-thematisches Verzeichnis sämmtlicher Tonwerke W. A. Mozarts” (azərb.
Sultan Kösen
Sultan Kösen (10 dekabr 1982, Mardin) — Dünyanın ən uzun boylu adamı. == Həyatı == Sultan Kösen 10 dekabr 1982-ci ildə Türkiyənin Mardin şəhərində anadan olub. Ginnesin Rekordlar Kitabına görə dünyanın ən uzun canlı insanıdır. Boyunun uzunluğu 2,51 metrdir. Eyni zamanda, yerin "ən böyük əllərinə" 27,5 sm və "ən böyük ayaqlara", 36 sm ölçüyə malikdir. Sultan Kösen 60 ölçülü ayaqqabı geyinir. Boyun həddindən artıq uzun olması hipofiz vəzi tərəfindən ifraz olunan böyümə hormonu vasitəsilə baş verirən şiş ilə əlaqələndirilir. Gəzmək üçün qoltuq ağacından istifadə edir. Kösen üç qardaşı, bir bacısı və ailəsi ilə yaşayır. Ailə üzvlərinin hündürlüyü normal ölçüdədir.
Döşəmə
Döşəmə — otağın bir hissəsi, mərtəbələr və ya aşağı mərtəbə ilə zirzəmi arasındakı xüsusi örtük. == Konstruksiyası == Döşmə iki məskən arasında dəmir-beton və ya taxta konstruksiyadan hazırlanır. Mərtəbələr arasında üst hissə döşəmə, alt hissə isə tavan rolunu oynayır. Arakəsmədən başqa döşəmə həmçinin mebellər üçün dayağa da çevrilir.
Keşəli
Keşəli (Sarvan) — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. Keşəli (Qaraçöp) — Gürcüstan Respublikasının Kaxeti mxaresinin Saqareco bələdiyyəsində inzibati-ərazi vahidində kənd.
Kofete
Kofete (isp. Cofete) — İspaniyanın Kanar adaları qrupuna daxil olan Fuerteventura adasında elə də böyük olmayan balıqçı kəndi və çimərlik. Çimərlik Xandiya yarımadasında səhra bölgəsində qərarlaşır. Kənddə Qustav Vinterə mənsub villa mövcuddur. Villanı ona Fransisko Franko hədiyyə etmişdir.
Kosalı
Kosalı (Gürcüstan) — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Qarayazı rayonunun inzibati-ərazi vahidində kənd. Kosalı (Şəki) — Azərbaycan Respublikasının Şəki rayonunun Çələbixan inzibati ərazi vahidində kənd.
Kosfeld
Kosfeld (alm. Kreis Coesfeld‎) — Almaniyanın Şimali Reyn-Vestfaliya vilayətinin Münster inzibati dairəsində rayon. Sahəsi 1109.79 km2, əhalisi 215.282 nəfərdir (2013).
Kospley
"Kospley" (yap. コスプレ kosupure) — Yapon dilində "kostyum oyunu" birləşmiş sözündən əmələ gəlir, ekranda görünən fəaliyyətinin hərəkət formasını almaq demekdir. Müasir kospley anime və manqa həvəskarları nəticəsində Yaponiyada çıxdı. == Tarix == Kospley müasir Yaponiya mədəniyyətinin bir parçası olaraq qəbul olunsa da, ABŞ-də yaranmışdır. 1939-cu ildə Nyu-Yorkda ilk dəfə keçirilən WorldCon`a (World Science Fiction Convention) qatılan iki gənc, Forrest J.Akerman və onun dostu Mirtl R.Cons “Street Fighter” kostyumu geyinmişdilər. Daha sonra bu, digər tədbirlərdə adət halını almağa başladı. 1983-cü ildəki WorldCona qatılan ləqəbi NoV olan Nobuyuki Takahaşi özünü nağıl, oyun, komiks və s. qəhrəmanları arasında tapır və bu onun o qədər xoşuna gəlir ki, Yaponiyaya qayıdar-qayıtmaz bu barədə məqalə yazır. "Kospley" terminini də ilk dəfə o işlədir. == Kospley tədbirləri == Kospley konvensiyası – genişmiqyaslı tədbirlərə verilən addır.
Koşala
Koşala (və ya Kosala) (Sanskrit dilində: कोसल)- Qədim Hindistanda, keçmiş Auda (Hindistanda indiki Uttar Pradeş ştatında və Cənub-Qərbi Nepal ərazisində mövcud olmuş quldar dövlət Koşala dövlətinin paytaxtı Rama allahının doğulduğu Ayodhya şəhəri hesab olunurdu. Şəhər Qhaqhra çayının sahilində yerləşirdi, bu şəhər eyni zamanda induizm dininin beş müqəddəs yerlərindən biri hesab olunurdu. Koşala e.ə. VI–V əsrlərdə Şimali Hindistanın siyasi və iqtisadi həyatında mühüm rol oynamışdı. Koşalanın adı 16 "böyük dövlət, və ya Mahacanapad (Budda mənbələrinə əsasən Hindistanın şimal və şimal-qərb hissəsi) haqqında mənbələrdə xatırlanır. Koşala, e. ə. VI əsrdə diplomatiya və müharibələr vasitəsilə Kaşi və bir sıra digər əyalətləri özünə tabe edən çar Prasenacitin dövründə xüsusilə güclənmişdir. Budda mətnlərinə əsasən Koşala inama görə Buddanın meydana çıxdığı şakyların ərazisini də işğal etmişdi. Bu müharibə xüsusilə amansız və qanlı olmuş, şakyelərin tamamilə məhv edilməsi ilə nəticələnmişdi.
Xoselu
Xose Luiz Mato Sanmartin qısaldılmış adı ilə Xoselu (27 mart 1990, Ştutqart) — İspaniya peşəkar futbol liqası klublarından Real Madridin heyətində hücumçu mövqeyində çıxış edən, müqavilə ilə Sequnda Divizion təmsilçisi Espanyola məxsus İspaniya millisinin futbolçusudur. 27 mart 1990-cı ildə Qərbi Almaniyanın Ştutqart şəhərində anadan olan Xoselu karyerasına 2009-cu ilin yayında Real Madrid tərəfindən satın alınmazdan əvvəl Selta Viqoda başlayıb.
Köbələk
Göbələk — makromiset göbələklərin meyvə gövdələri üçün gündəlik dildə istifadə olunan söz. Müasir bioloji təsnifata görə, göbələklər canlıların müstəqil aləmini (Fungi aləmi) təşkil edir. Böyük meyvə gövdələrini meydana gətirən göbələklər iki şöbənin fərqləndiyi ali göbələklərin (Dikarya) alt aləminə aiddir - ascomycetes (Ascomycota) və ya marsupiallar və basidiomycetes (Basidiomycota). Praktik baxımdan göbələk yeməli, yeyilməyən və zəhərli olaraq fərqlənir. Göbələk müxtəlif mikroorqanizmlərdən, əsasən maya (saxaromisetlər) və laktik turşu bakteriyalarından ibarət olan, fermentasiya yolu ilə içkilər əldə etmək üçün istifadə olunan, məsələn, kombuça, kefir göbələklərindən ibarət jelatinli kütlə adlanır.
Körebe (Göksel albomu)
Körebe – Göksel-in 2001-ci ildə çıxardığı 2-ci albom. Albomdakı "Depresyondayım" mahnısına klip çəkilmişdir.
Ulaxan-Arı-Kyuele
Ulaxan-Arı-Kyuele — Oqonnyor-Belkyoydere adalar qrupuna daxil olan və yaşayışı olmayan Ulaxan-Arı adasında yerləşən ən böyük göl. İnzinati cəhətdən Yakutiyanın Anabar milli rayonu ərazisinə daxildir. Ulaxan-Arı Olenok çayının deltasında, Oqonnyor-Kubata körfəzində yerləşir. Qərb sahillərini Ulaxan-Ues, şərq sahillərini isə Kubalax-Uesya qolu yuyur. Gölün maksimal dərinliyi 4 metri keçmir.
Keşlə
Keşlə — Bakıda şəhər tipli qəsəbə. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Bakı şəhərinin Nizami rayonunun Keşlə yaşayış massivində yerləşən qəsəbə — Keşlə qəsəbəsi adlandırılmış, şəhər tipli qəsəbələr kateqoriyasına aid edilmiş və rayonun yaşayış məntəqələri siyahısına daxil edilmişdir. Şəhər tipli Keşlə qəsəbəsi mərkəz olmaqla Keşlə qəsəbə Soveti yaradılmışdır. == Tarixi == Bakının Nizami rayonunda yerləşən qəsəbə 1936-cı ildə yaranmış, 1939-cu ildən Bakının tərkibində əvvəlcə şəhər massivi, 1991-ci ildən isə müstəqil qəsəbə kimi fəaliyyət göstərir. Əhalisi 100 min nəfəri keçmişdir. Əhalinin iş yerlərinin çox hissəsini sənaye sahələri və ticarət obyektləri təşkil edir. Maşınqayırma zavodu və sosial obyektləri var. Toponimin mənası “düzən”, “geniş vadi” kimi izah edilir. Vəli Həbiboğlu Məcidovun yazdığı “Keşlə və Keşləlilər” adlı kitabda ətraflı araşdırılmışdır. Qəsəbədən Şirvanşah sarayına çıxış olmuşdur.
Koşer
Koşer və ya Kaşer (İvrit: כשׁר; Sefarad Yahudilerince Kaşer, Aşkenaz Yahudilerince Koşer deyə tələffüz edilir) — Yəhudiliyə görə; yeyilməsi və istifadəsi qorxulu olmayan halal məhsullardır. Bunları təyin edən qaydalara isə Kaşerut ya da Kaşrut qaydaları adı verilər. == Haqqında == Yəhudiliyə görə; yeyilməsi sərbəst və ya qadağan olan heyvanların siyahısı Tövratda verilmişdir. Buna görə: Quruda yaşayanlardan gevşiyən və cüt dırnaqlı olan heyvanların yeyilməsi sərbəst, bu xüsusiyyəti daşımayanlar isə qadağandır; bunlara əlavə olaraq donuz, dovşan və dəvə əti qadağandır. Hər cür böcək, sürünən və gəmirici yeyilməsi qadağandır. Quşlardan Tövratda adı keçən iyirmi quş xaricində qalanların yeyilməsi qadağandır. Balıqlardan pullu və üzgəci olanlar xaricində qalanların, qabıqlı heyvanların (midye, istridyə) və sprut, kalmar, xərçəng, krevet, kerevit, xərçəng, dəniz şabalıdının yeyilməsi qadağandır. Yeyilməsi qadağan olan heyvanlardan çıxan yumurta, süd kimi hər cür məhsulun (bal xaric) yeyilməsi qadağandır. Yeyilməsi sərbəst olan heyvanların seqmentinin şehita adı verilən xüsusi bir seqment texnikası ilə bu işin təhsilini almış və anatomiya məlumatı olan şohet adında səlahiyyətli tərəfindən edilməsi lazımlıdır. Şehita təhsilini almamış adam tərəfindən və ya şehita qaydalarına uyulmadan edilmiş seqment heyvanın ətini trefa (mundar) hala gətirər.
Nosel
Nosel (Averon)
Keşəli (Qaraçöp)
Keşəli (gür.: g.ə. ქეშალო, l.ə. keşalo) - Gürcüstan Respublikasının Kaxeti mxaresinin Saqareco bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. == Əhalisi == 2014-ci il siyahıyaalınmasına əsasən kənddə azərbaycanlılardan ibarət 2.438 nəfər (1.314 nəfəri kişilər, 1.124 nəfəri qadınlar) əhali yaşayır.
Keşəli (Sarvan)
Keşəli — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd.
Kisəli ayı
Kisəli ayılar
Kisəli ağacqurbağası
Kisəli ağacqurbağası (lat. Gastrotheca) — heyvanlar aləminin xordalılar tipinin suda-quruda yaşayanlar sinfinin quyruqsuzlar dəstəsinin hemiphractidae fəsiləsinə aid heyvan cinsi.
Kisəli fillər
Kisəli fillər (lat. Burramyidae) i̇kikəsicidişlilər dəstəsinə aid heyvan fəsiləsi.
Kisəli köstəbəklər
Kisəli köstəbəklər (lat. Notoryctemorphia) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinə aid heyvan dəstəsi.
Kisəli yerqazanlar
Kisəli yerqazanlar (lat. Monodelphis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin opossumkimilər dəstəsinin opossumlar fəsiləsinə aid heyvan cinsi.