Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kəmaləddin Behzad
Kəmaləddin Behzad (1455-1536) — Şərqin görkəmli ustad rəssamlarından biri, Səfəvilər saray kitabxanasının rəisi. == Həyatı == Kəmaləddin 1455-ci ildə Orta Asiyanın Xocənd şəhərində anadan olmuşdu. 1510-cu ildə, yəni Şeybani xanın ölümündən sonra məşhur rəssam Təbrizə gələrək, Şah İsmayılın sarayına daxil olmuşdu. Üç hökmdarın sarayında yaşamış Behzad Şah İsmayılın hakimiyyəti zamanı daha çox şöhrət qazanmışdır. Şah İsmayıl Xətainin istedadlı sənət adamlarına necə yüksək qiymət verdiyini XVI əsr Bağdad sənətşünaslarından Mustafa Çələbi Əlinin 1578-ci ildə yazdığı "Mənaqibi hünərvəra" adlı əsərində görmək olar. Müəllif göstərir ki, Şah İsmayıl 1514-cü ildə I Sultan Səlim ilə müharibədən bir qədər əvvəl, məşhur rəssam Behzad və öz şəxsi saray xəttatı Mahmud Nişapurini düşmən əlinə əsir düşməsinlər deyə, onların salamat saxlanması barədə tədbir görmüşdür. Bu tarixi həqiqət haqqında Şah İsmayılın dilindən deyilmiş sözlərin sadələşdirilmiş şəklini misal gətiririk: "...Sultan Səlim Şah İsmayıl ilə Çaldıran səhrasında yaxın bir məsafadə idi... "Kim bilir, bəlkə müharibədə öldüm və ya məmləkətimdə qarət və qarışıqlıq baş verdi", - deyərək, Sultan Səlim xan Ruminin əlinə əsir düşməmək üçün əvvəl Şah Mahmud Nəjadi və ikincisi misilsiz ustad rəssam Behzadı bir mağarada gizlətmişdi. Və "Sizin hifsinizi Allaha tapşırdım" deyib müharibəyə getmişdi. Ol zaman ki, müharibədə məğlub olub geriyə qayıtdı, cümlədən əvvəl yuxarıda adları zikr olunanları tapmaq üçün həmin məhəlləyə varıb diqqətlə axtardı.
Kəmaləddin Heydərov
Kəmaləddin Fəttah oğlu Heydərov (15 iyul 1961, Çeşməbasar, Naxçıvan rayonu) — Azərbaycan Respublikasının fövqəladə hallar naziri (2006-cı ildən), general-polkovnik, Azərbaycan Taekvondo və Boks federasiyalarının prezidenti, Dünya Taekvondo Federasiyasının vitse-prezidenti. == Həyatı == Kəmaləddin Fəttah oğlu Heydərov 15 iyul 1961-ci ildə Naxçıvan MR-in Babək rayonunun Çeşməbasar kəndində anadan olub. 1978-ci ildə Naxçıvan şəhər 1 saylı orta məktəbi, 1984-cü ildə Azərbaycan Dövlət Universitetinin geoloji-kəşfiyyat fakültəsini bitirmişdir. Azərbaycan Universitetində ikinci ali təhsil alıb. Əmək fəaliyyətinə 1978-ci ildə "Xəzərdənizneftqaz" kəşfiyyatı idarəsində başlamış, texnik və geoloq vəzifələrində çalışmışdır. 1995-ci ilin yanvar ayında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, 2006-cı ilin fevral ayında Azərbaycan Respublikası Fövqalədə Hallar Naziri vəzifəsinə təyin edilmişdir. == Ailəsi == Ailəlidir. 2 övladı var. Sabiq deputat, Ağsaqqallar Şurasının sədri Fəttah Heydərovun oğludur. "Avropa-Azərbaycan Cəmiyyəti"nin sədri, "Qəbələ" Futbol Klubunun keçmiş prezidenti Tale Heydərovun atasıdır.
Kəmaləddin Məmmədov
Kəmaləddin İsrayıl oğlu Məmmədov (10 sentyabr 1996, Xok, Naxçıvan Muxtar Respublikası – 9 noyabr 2020, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Kəmaləddin Məmmədov 10 sentyabr 1996-ci ildə Kəngərli rayonunun, Xok kəndində anadan olub. 2003–2014-ci illərdə Xok kənd orta məktəbində təhsil alıb.Subay idi. == Hərbi Xidməti == Kəmaləddin Məmmədov 2014–2016-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi. 2019-ci ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Kəmalədin Məmmədov2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.Kəmaləddin Məmmədov noyabrın 9-da Şuşanın azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kəmaləddin Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Kəmaləddin Məmmədov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Kəmaləddin Məmmədov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Kəmaləddin Məmmədzadə
Kəmaləddin Vüqar oğlu Məmmədzadə (14 sentyabr 1999, Bakı – 9 noyabr 2020, Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Kəmaləddin Məmmədzadə 1999-cu ildə sentyabrın 14-ü Bakıda anadan olmuşdur. 2006-cı ildə Xətai rayonu 249 nömrəli tam orta məktəbin birinci sinfinə daxil olmuş, 2017-ci ildə orta məktəbi bitirib. Azərbaycan Memarlıq və İnşaat Universitetinin Nəqliyyat fakültəsinə daxil olub. Kəmaləddin 2 il ali təhsil aldıqdan sonra, üçüncü kursa keçid edərkən təhsilini dondurur və hərbi xidmətə yollanır və 10 ay xidmət edir. == İkinci Qarabağ müharibəsində iştirakı == Müharibədə sentyabr ayının 27-sindən başlayaraq noyabırın 8-nə kimi işğal olunan torpaqların geri qaytarılması uğrunda döyüşür. O, Cəbrayıl, Zəngilan, Füzuli, Qubadlı, Laçın, Xocavəndin kəndləri, Şuşa şəhəri və bütün qəsəbə və yüksəkliklərin işğaldan azad edilməsində döyüşmüşdür. Döyüşün 44-cü günü — noyabrın 9-u səhər saat 5:00 radələrində Şuşa şəhərində boynundan snayperlə vurularaq qəhrəmancasına şəhid olur. Saatlı rayonunun Minbaşılılı kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kəmaləddin Məmmədzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə və Qubadlının azad olunması medalı ilə təltif edildi.
Kəmaləddin Mərəşi
Kəmaləddin ibn Qəvaməddin əl-Hüseyni əl-Mərəşi (Amul, Mazandaran ostanı – 1398) — XIV əsr İran dövlət adamı və şair. == Həyatı == Kəmaləddin ibn Mir Qəvaməddin Təbəristanın Amul şəhərində dünyaya gəlmişdi. Həzrət Əli soyundan olub, Mərəşiyyyə seyidləri kökənlidir. Təriqət şeyxi olan atası Seyid Qəvaməddin müstəqil bir idarəçilik qurmaq amacıyla 1349-cu ildə qiyam qaldırdı; oğulları və müridlərinin yardımı ilə Mazandaranın böyük bir qismini ələ keçirdi və Mərəşilər xanədanını qurdu (1359). Qəvaməddinin yerinə keçən oğlu Kəmaləddin, Əmir Teymur tərəfindən uşaqları və qardaşlarıyla birlikdə Mavəraünnəhirə sürüldü (1393). Əmir Teymur o zamanlar Mərəşi soyundan olan şiə sülaləsi tərəfindən idarə edilən Mazandaran vilayətinə hücum çəkir. Mərəşi dövlətinin başçısı Seyid Kəmaləddin qısa müqavimətdən sonra təslim olur. Əmir Teymur Mərəşiyyə əyanlarını hüzuruna gətirməyi əmr edir və görüş zamanı Seyid Kəmaləddinə deyir: "Mən sizin mal-mülkünüzü əlinizdən almaq üçün vilayətinizə gəlməmişəm. Bura ona görə gəlmişəm ki, sizin məzhəbiniz (əqidəniz) pisdir!" Seyid Kəmaləddin soruşur: "Ey əmir, bizim məzhəbimizin nəyi pisdir?" Əmir Teymur o zamanlar şiələr haqqında əhli-sünnədə formalaşmış fikri dilə gətirir: "Siz səhabələri söyürsünüz və rafizi məzhəbsiniz!" . Seyid Kəmaləddin Mərəşi 1398-ci ildə Kaşqarda vəvat edib.
Kəmaləddin Qafarov
Kamaləddin Qafarov (7 sentyabr 1976, Naxçıvan) — V və VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı. == Həyatı == Kamaləddin Qafarov 7 sentyabr 1976-cı ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1993-cü ildə Azərbaycan Tibb Universitetinin kimya-biologiya təmayüllü Respublika Baza Litseyində orta təhsilini başa vurub. Həmin ildə Y. H. Məmmədəliyev adına Naxçıvan Dövlət Universitetinə daxil olub, 1997-ci ildə meyvə-tərəvəzçilik və üzümçülük fakültəsini bitirib. Daha sonra ikinci ali təhsil almaq üçün Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olub və 2009-cu ildə həmin universitetin maliyyə və kredit ixtisasını bitirib. 2005-ci ildən Əczaçılıq şirkətində operatorluqdan başlayaraq müxtəlif vəzifələrdə çalışıb. 2013-cü ildə həmin şirkətin maliyyə direktoru vəzifəsinə irəli çəkilib. 2014-cü il sentyabrın 16-da başqa işə keçməsi ilə əlaqədar öz xahişi ilə işdən azad edilib. 2014–2015-ci illərdə Azərbaycan Respublikasi Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin Baş direktor müavini vəzifəsində çalışmışdır. == Siyasi fəaliyyəti == 2015-ci il 9 saylı Binəqədi İkinci Seçki dairəsindən V və 2020-ci ildə VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir.
Kəmaləddin Qədim
Kəmaləddin Qədim — azərbaycanlı şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Kəmaləddin Qədim 1957-ci il may ayının 24-də Naxçıvan MSSR-nin Sədərək rayonunda anadan olub. İxtisasca tarixçidir. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Kəmaləddin Qədim "Türk ədəbiyyatına xidmət" (Türkiyə) və "Vektor" Beynəlxalq Elm Mərkəzinin Şahmar Əkbərzadə adına Beynəlxalq Ədəbiyyat Mükafatı laureatı, Prezident mükafatçısıdır. Kəmaləddin Qədim bir neçə Beynəlxalq Poeziya Mükafatları laureatıdır. == Yaradıcılığı == Ədəbiyyata, poeziyaya erkən yaşlarından maraq göstərir. Dövri mətbuat səhifələrində şeirləri ilə çıxış edib. Şeirləri Azərbaycan Yazıçılar Birliyinin ədəbi orqanları "Azərbaycan", "Ulduz" jurnallarında, müxtəlif ədəbiyyat, o cümlədən mədəniyyət və ədəbiyyat portallarında dərc olunub. Şeirləri Azərbaycan türkcəsindən Türkiyə türkcəsinə tərcümə olunub.
Kəmaləddin İsmayılov
Kəmaləddin İsmayılov (6 mart 1968, Novoqorelovka, Gədəbəy rayonu – 4 iyun 1993, Gəncə) — çavuş, 4 iyun Gəncə qiyamı zamanı həlak olub. == Həyatı == İsmayılov Kəmaləddin Rəhim oğlu 1968-ci il mart ayının 6-da Gədəbəy rayonu Ərtəpə kəndində anadan olub. 4 iyun 1993-cü ildə Gəncədə vəfat edib. === Təhsili === 1974-cü ildə Ərtəpə kəndində birinci sinfə gedib, 1981-ci ildə Ərtəpə kənd natamam məktəbini bitirib. 1983-cü ildə Söyüdlü kənd orta məktəbini bitirib. == Hərbi xidməti == 1984-cü ildə Gədəbəy rayonu hərbi komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb. 1986-cı ildə hərbi xidmətdən qayıdıb. 16.08.1992-ci ildən könüllü olaraq Milli Qvardiyada qulluq edib.
Musa Kəmaləddin
Musa Kəmaləddin (1156 Ərbil -1241 Ərbil) Kürd astronom, filozof və riyaziyyatçı. Aslen Ərbilli eğitimi Bağdatta almıştır. Tam adı "Musa bin Yunus bin Muhammed bin Men’a" dır. Riyaziyyat dersini Şərəfəddin Tusi den almışdır.
Kəmaləddin Sami Gökçən
Kəmaləddin Sami Gökçən (türk. Kemalettin Sami Gökçen; 1884, Sinop – 15 aprel 1934, Berlin) — Türk əsgəri və siyasətçisi. == Hərbi fəaliyyəti == 1905-ci ildə İmperiyanın Hərbi Mühəndislik Məktəbini və 1908-ci ildə isə Hərbi Akademiyanı kapitan rütbəsi ilə bitirdi. Daha sonra 4-cü ordunun əmrinə verildi. 1911-ci ildə İtaliya-Osmanlı müharibəsi zamanı Yaniyaya getdi. Hərbi məktəbdə müəllim kimi fəaliyyət göstərdi. 1915-ci ildə Şahzadə Ömər Fərrux Əfəndinin müəllimi kimi onunla birlikdə Avropaya getdi. İstanbulun işğalından sonra 5 dekabr 1920-ci ildə Anadoluya gələrək Türkiyə İstiqlaliyyət müharibəsinə qoşuldu. 31 mart 1921-ci ildə polkovnik rütbəsi ilə İkinci İnönü döyüşü və Sakarya meydan döyüşündən sonra Böyük hücumda iştirak etdi. 31 avqust 1922-ci ildə general-leytenant rütbəsinə yüksəldi.
Əhməd Kəmaləddin Əfəndi
Əhməd Kəmaləddin Əfəndi (3 dekabr 1847, Konstantinopol – 26 aprel 1905, Konstantinopol) — 31. Osmanlı sultanı Əbdülməcidin səkkizinci oğlu, Osmanlı şahzadəsi və Osmanlı ordusunun general-leytenantı. == Həyatı == Şahzadə Əhməd Kəmaləddin Əfəndi 1848-ci ildə Çırağan sarayında dünyaya gəlmişdir. Atası Sultan Əbdülməcid, anası isə onun yeddinci xanımı Verdicanan Qadınəfəndidir. Uşaqlığı doğma bacısı Münirə Sultanla birlikdə keçdi və sarayda xüsusi təhsil aldı. 9 aprel 1857-ci ildə Dolmabağça sarayında qardaşları Nurəddin Əfəndi, Rəşad Əfəndi və Burhanəddin Əfəndiylə birlikdə sünnət edildi. Ögey qardaşı II Əbdülhəmidin 1876-cı ildə taxta çıxmasından sonra Osmanlı taxtının ikinci vəliəhdi oldu. Bu müddət ərzində Osmanlı ordusunda fəaliyyət göstərdi və 1901-ci ildə general-leytenant rütbəsinə qədər yüksəldi. Bundan başqa Osmanlı imtiyaz medalına layiq görüldü. Buna baxmayaraq böyük qardaşı Sultan Muradın yenidən taxta çıxması üçün Sultan Əbdülhəmidə qarşı fəaliyyətə başlamışdı.
Ələddin Paşa (Hacı Kəmaləddin oğlu)
Ələddin Paşa (türk. Alâeddin Paşa) və ya Hacıkəmaləddinoğlu Ələddin Paşa (türk. Hacıkemaleddinoğlu Aleaddin Paşa, Hacıkemalettinoğlu Aleaddin Paşa) — Osmanlı paşası. 1320-1331 illəri arasında vəzirlik etmişdir. Osmanlı İmperiyasının ilk vəzirinin Ələddin Paşa olduğuna dair bir razılaşma var. Osmanlı salnamələrinə görə, Osmanlı İmperatorluğunun ilk vəziri Ələddin Paşa, Osmanlı Sultanı Osman Qazinin oğlu olan və eyni zamanda Paşa rütbəsindən istifadə edən Ələddin Bəydir. Ancaq bəzi mənbələrdə ilk vəzirin adı "Ələddin Paşa bin Hacı Kəmaləddin" və "Hacıkəmaləddinoğlu Ələddin Paşa" kimi verilir. Buna görə ilk vəzir Osman bəyin oğlu deyil, Hacı Kəmaləddin adlı bir şəxsin oğludur. Ələddin Paşanın vəzir olduğu dövrdə Nazirlər Şurası hələ qurulmamışdı; yeganə vəzir Ələddin idi. Bu səbəbdən Ələddin Paşa, ünvanı "sədrəzəm" olmasa da, Osmanlı imperiyasının tarixindəki ilk sədrəzəm sayılır.
Münirə Sultan (Əhməd Kəmaləddin Əfəndinin qızı)
Münirə Sultan (17 may 1880, Dolmabağça sarayı – 7 oktyabr 1939, Nitsa) — Osmanlı sülaləsinin üzvü, Osmanlı xanım sultanı. == Həyatı == Münirə Sultan 17 may 1880-ci ildə Dolmabağça sarayında dünyaya gəldi. Atası Sultan Əbdülməcidin oğlu Kəmaləddin Əfəndi, anası isə Fatma Səzadil xanımdır. Əmisi Sultan Əbdülhəmidin taxta çıxmasının ardından atası taxt varisi elan olundu və bu səbəblə Münirə Sultan Dolmabağça sarayında böyüyüb tərbiyə edildi. Buna baxmayaraq atasının Sultan Əbdülhəmidlə münasibətləri yaxşı deyildi və ona qarşı qurulan müxalif cəbhəyə rəhbərlik edirdi. Bu səbəblə atası Kəmaləddin Əfəndi 1905-ci ildə əmisi Sultan Əbdülhəmidin əmriylə edam edildi. Atasının ölümünün ardından Ulduz sarayına köçürülən Münirə Sultan cəmi 2 il sonra 10 yanvar 1907-ci ildə keçmiş sədrəzəmlərdən Tunisli Xeyrəddin Paşanın oğlu Mehmed Salih Paşayla evləndirildi. Toy mərasiminin ardından Nişantaşı köşkündə yaşayan cütlüyün bu nigahdan bir oğlu dünyaya gəldi. Sultan Əbdülhəmidin taxtdan endirilməsi və digər əmisi Sultan Rəşadın taxta çıxmasının ardından daha rahat həyat tərzi yaşayan Münirə Sultannın həyatı çox keçmədən alt-üst oldu. 1913-cü ildə sədrəzəm Mahmud Şövkət Paşaya qarşı tərtiblənən sui-qəsd hadisəsinin ardından aparılan araşdırmada əri Salih Paşanın da adı hallandı və İttihad-Tərəqqi hökumətinin verdiyi qərarla Salih Paşa haqqında ölüm hökmü verildi.
Cəmaləddin Maqomayev
Cəmaləddin Müslüm oğlu Maqomayev (28 may 1910, Lənkəran, Lənkəran qəzası – 5 oktyabr 1977, Moskva) — Azərbaycan-sovet mühəndisi və dövlət xadimi, Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini (1948–1952, 1953–1957), Azərbaycan SSR yerli sənaye naziri (1953), SSRİ Nazirlər Soveti yanında Azərbaycan SSR Nazirlər Sovetinin daimi nümayəndəsi (1962–1977). == Həyatı == Cəmaləddin Müslüm oğlu Maqomayev 1910-cu il mayın 28-də Lənkəran şəhərində bəstəkar Müslüm Maqomayevin ailəsində anadan olmuşdur. Bakıda orta təhsil aldıqdan sonra o, Azərbaycan Sənaye İnstitutunda təhsilini davam etdirmişdir. 1932-ci ildə institutu bitirdikdən sonra Leninqraddakı "İjora" ağır maşınqayırma zavoduna göndərilmiş, orada mühəndis-texnoloq vəzifəsində işləmişdir. 1934–1936-cı illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. Bakıya qayıtdıqdan sonra Cəmaləddin Maqomayev Azərbaycanın neft-maşınqayırma sistemində işləməyə başlamışdır. 1936–1937-ci illərdə Lenin adına zavodda baş mexanikin müavini, 1937–1939-cu illərdə Azərbaycan Neft-Mədən Maşınqayırma Trestinin baş mexaniki, 1939–1941-ci illərdə Kirov adına zavodun direktoru, 1941-ci ildən isə Azərbaycan Neft-Mədən Maşınqayırma Trestinin (Azərneftmaş) baş mühəndisi olmuşdur. Böyük Vətən müharibəsi illərində Azərbaycan SSR Xalq Komissarları Sovetinin və Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin silah və döyüş sursatı üzrə müvəkkilinin müavini işləyən Cəmaləddin Maqomayev orduya döyüş silahlarının fasiləsiz göndərilməsində iştirak etmişdir. O, 1943–1948-ci illərdə Azərbaycan KP MK-da sənaye-nəqliyyat şöbəsinin, neft sənayesi şöbəsinin müdiri, Mərkəzi Komitənin yeyinti sənayesi üzrə katibinin müavini işləmişdir. Cəmaləddin Maqomayev 1948–1952-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini, 1952–1953-cü illərdə Azərbaycan KP Bakı vilayət komitəsinin ikinci katibi olmuşdur.
Cəmaləddin Mehdiyev
Cəmaləddin Mehdiyev (Mehdiyev Cəmaləddin İsa oğlu; d. 1956. Səfikürd, Goranboy rayonu, Azərbaycan SSR, SSRİ) — Tibb elmləri doktoru, professor. Başqırdıstan Dövlət Tibb İnstitutunun professoru. Başqırdıstan Respublikasının Əməkdar həkimidir. Rusiya Cərrahlar Cəmiyyətinin həqiqi üzvü. == Həyatı == Mehdiyev Cəmaləddin İsa oğlu 1956-cı il noyabrın 23-də Goranboy rayonunun Səfikürd kəndində anadan olub. 1981-ci ildə Azərbaycan Tibb Universitetini bitirib və 1988-ci ilədək Başqırdıstanın Kumertau şəhərində mərkəzi rayon xəstəxanasında işləyib. 1989-cu ildən Ufada 21 nömrəli xəstəxanada çalışıb. C.Mehdiyev 1991-ci ildən Təcili Tibbi Yardım Xəstəxanasında bölmə müdiri, eyni vaxtda 1994-cü ildən Başqırdıstan Dövlət Tibb Universitetinin müəllimi, sonralar isə professoru olub.
Cəmaləddin Məmmədov
Cəmaləddin Türbəndə oğlu Məmmədov (21 aprel 1988, Kürdlər, Ağcabədi rayonu – 27 sentyabr 2020, Cəbrayıl rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Cəmaləddin Məmmədov 1988-ci il aprelin 21-də Ağcabədi rayonunun Kürdlər kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik çavuşu olan Cəmaləddin Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Cəmaləddin Məmmədov sentyabrın 27-də Cəbrayılın azad edilməsi zamanı şəhid olub. Ağcabədi rayonunun Kürdlər kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəmaləddin Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəmaləddin Məmmədov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Cəmaləddin Məmmədov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Camaləddin Məmmədov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Cəmaləddin Məmmədov ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Cəmaləddin Yandiyev
Cəmaləddin Hamirzəyeviç Yandiyev (inquş Янднаькъан Хамарзий Джамалда; 15 oktyabr 1916, Terek vilayəti – 1979) — İnquşetiyanın ilk xalq şairi, SSRİ Yazıçılar İttifaqının üzvü, Çeçen-İnquş MSSR Yazıçılar İttifaqının sədri. Sağlığında İnquş ədəbiyyatının klassiki kimi tanınan ən istedadlı inquş şairlərindən biri. == Həyatı == Cəmaləddin Yandiyev 1916-cı il oktyabrın 15-də Terek vilayətinin (indiki Şimali Osetiya) Balta kəndində dağlı-kəndli ailəsində anadan olub. Anası 1920-ci ildə, atası 1950-ci ildə Qazaxıstanda çeçenlərin və inquşların deportasiyası zamanı vəfat etmişdir. Yandiyev 1925-ci ildə kənd məktəbini bitirib. 1929-cu ildə Vladiqafqaz sənaye politexnik məktəbinin hazırlıq qrupuna daxil olmuş və 1936-cı ildə istilik mexaniki ixtisası üzrə diplom almışdır. Elə həmin il o, "Lenian Nek" qəzetində ədəbi yazar kimi fəaliyyətə başlayıb. O, 1934–1937-ci illərdə Maksim Qorki adına Ədəbiyyat İnstitutunda qiyabi təhsil alıb. 1936-cı il dekabrın 20-dən "Lenian Nek" qəzetində müxbir, "Çeçİnqosizdat"da tərcüməçi işləyib. Cəmaləddin Yandiyev 1938–1944-cü illərdə — Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikası Sovet Yazıçılar İttifaqı İdarə Heyətinin sədri vəzifəsini icra edib.
Cəmaləddin Əfqani
Cəmaləddin Əfqani ya da bütün adıyla Seyyid Cəmaləddin Məhəmməd bin Səfdər əl-Əfqanî əl-Hüseynî — 19-cu əsrin tanınmış mütəfəkkir və siyasətçilərindən biri olan müsəlman aktivist və ideoloq. İslami modernizmin banilərindən və ümmət birliyinin müdafiəçilərindəndir. Olduqca hərəkətli bir həyat yaşamış olan Əfqani, geniş bir çevrəyə dərindən təsir etmişdir. Həm Qərb, həm də İslam aləmini yaxşı tanıyıb. İslam dünyasının müasirləşmə məsələsini müzakirəyə çıxaran Əfqani, İslamın özünə, əsasına zərər vermədən ağıllı bir proqram çərçivəsində problemləri həll etməyə çalışıb. == Həyatı == Qocaman Şərq həmişə böyük şəxsiyyətləri ilə zəngin olmuşdur. Onların hikməti, mühakiməsi və fikir dünyası ilə bir neçə nəslin mənəvi inkişafına təkan vermiş, onların yeni ruhda yetişib formalaşmasına kömək etmişdir. Belə şəxsiyyətlərdən biri də müasirlərin "Böyük bir müsəlman" və yaxud "Böyük bir şərqli", "Müsəlman dünyasının mümtaz siması" adlandırdığı Şeyx Cəmaləddin Əfqanidir. O, keçən əsrin sonlarında islam dəyərlərini, dünya xalqlarının mənəvi zənginliyini, fəlsəfi irsini, tarixini öyrənən və bütün müsəlman Şərqi üçün çıxış yolları axtarmağa çalışan mütəfəkkirdir. O, Şərq və Qərb mədəniyyətlərini mənimsəmiş və özünün fəlsəfi sistemini müəyyənləşdirmişdir.
Kamaləddin Heydərov
Kəmaləddin Fəttah oğlu Heydərov (15 iyul 1961, Çeşməbasar, Naxçıvan rayonu) — Azərbaycan Respublikasının fövqəladə hallar naziri (2006-cı ildən), general-polkovnik, Azərbaycan Taekvondo və Boks federasiyalarının prezidenti, Dünya Taekvondo Federasiyasının vitse-prezidenti. == Həyatı == Kəmaləddin Fəttah oğlu Heydərov 15 iyul 1961-ci ildə Naxçıvan MR-in Babək rayonunun Çeşməbasar kəndində anadan olub. 1978-ci ildə Naxçıvan şəhər 1 saylı orta məktəbi, 1984-cü ildə Azərbaycan Dövlət Universitetinin geoloji-kəşfiyyat fakültəsini bitirmişdir. Azərbaycan Universitetində ikinci ali təhsil alıb. Əmək fəaliyyətinə 1978-ci ildə "Xəzərdənizneftqaz" kəşfiyyatı idarəsində başlamış, texnik və geoloq vəzifələrində çalışmışdır. 1995-ci ilin yanvar ayında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, 2006-cı ilin fevral ayında Azərbaycan Respublikası Fövqalədə Hallar Naziri vəzifəsinə təyin edilmişdir. == Ailəsi == Ailəlidir. 2 övladı var. Sabiq deputat, Ağsaqqallar Şurasının sədri Fəttah Heydərovun oğludur. "Avropa-Azərbaycan Cəmiyyəti"nin sədri, "Qəbələ" Futbol Klubunun keçmiş prezidenti Tale Heydərovun atasıdır.
Kamaləddin Naxçıvani
Kamaləddin Naxçıvani (azərb. ‎Əbu-L Fədail Məhəmməd ibn Əbu-L Fədail ən-Naxçıvani}}) — məşhur həkim, sufi. == Həyatı == 13-cü əsrdə yaşayıb. Tibb sahəsində, xüsusilə müayinə və müalicə üzrə zəngin biliyi ilə fərqlənirdi. Azərbaycanın Əhər şəhərində dövrünün məşhur sufi filosofu şeyx Qütbəddin əl-Əhərinin yanında təhsil almış və ixtisasını təkmilləşdirmişdir. Kamaləddin Naxçıvani haqqında məlumat verən məşhur ərəb alimi və biblioqrafı İbn əl Fuvati 1260-ci ildə Əhərdə onunla birlikdə xidmətdə olduğunu,Qütbəddin əl-Əhərinin zaviyəsində yaşadığını qeyd etmişdir. İbn əl Fuvati Kamaləddin Naxçıvaninin həkimlik qabiliyyəti ilə yanaşı, insani keyfiyyətlərini də yüksək qiymətləndirmişdir.
Kamaləddin Qafarov
Kamaləddin Qafarov (7 sentyabr 1976, Naxçıvan) — V və VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı. == Həyatı == Kamaləddin Qafarov 7 sentyabr 1976-cı ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1993-cü ildə Azərbaycan Tibb Universitetinin kimya-biologiya təmayüllü Respublika Baza Litseyində orta təhsilini başa vurub. Həmin ildə Y. H. Məmmədəliyev adına Naxçıvan Dövlət Universitetinə daxil olub, 1997-ci ildə meyvə-tərəvəzçilik və üzümçülük fakültəsini bitirib. Daha sonra ikinci ali təhsil almaq üçün Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olub və 2009-cu ildə həmin universitetin maliyyə və kredit ixtisasını bitirib. 2005-ci ildən Əczaçılıq şirkətində operatorluqdan başlayaraq müxtəlif vəzifələrdə çalışıb. 2013-cü ildə həmin şirkətin maliyyə direktoru vəzifəsinə irəli çəkilib. 2014-cü il sentyabrın 16-da başqa işə keçməsi ilə əlaqədar öz xahişi ilə işdən azad edilib. 2014–2015-ci illərdə Azərbaycan Respublikasi Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin Baş direktor müavini vəzifəsində çalışmışdır. == Siyasi fəaliyyəti == 2015-ci il 9 saylı Binəqədi İkinci Seçki dairəsindən V və 2020-ci ildə VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir.
Xacə Cəmaləddin
Xacə Cəmaləddin — orta əsrlər zamanı Naxçıvan memarlıq məktəbinin ilk yetirmələrindən biri. Onun adı Əlincəçay sahilində, el arasında “Şeyx Xorasan” adı ilə tanınan xanəgah kompleksinə daxil olan və özünün inşa etdiyi əsas türbənin kitabəsi əsasında aşkar olunmuş və elmi ictimaiyyətə və mədəniyyət tariximizə təqdim olunmuşdur. Kitabədə memarın adının “hörmətli və alicənab” epitetləri ilə müşayiət olunması onun məşhur və böyük nüfuza malik sənətkar olmasından xəbər verir. Bu fikri onun daşıdığı, orta əsrlər zamanı görkəmli şəxsiyyətlərin adına əlavə olunan “Xacə” titulu da təsdiq edir. Çünki həmin dövrdə “xacə” titulu hər bir adama deyil, görkəmli sənətkarlara, alimlərə, şairlərə, öz işinin incəliklərinə yaxından bələd olan sənətkarlara, hətta dövlət başçılarına verilirdi. Kitabənin son hissəsi ovulub töküldüyü, tarixlər isə adətən bu hissədə yazıldığı üçün tarix məhv olmuşdur. Tədqiqatçılar türbəni memarlıq-konstruktiv quruluşuna və kitabəsinin xətt xüsusiyyətlərinə əsasən XII-XIII yüzilliklərə aid edirlər. == Mənbə == Hacıfəxrəddin Səfərli. Naxçıvanın türk-islam mədəniyyəti abidələri. Naxçıvan: “Əcəmi” Nəşriyyat Poliqrafiya Birliyi, 2017, 115 s.
Cəmaləddin Rzayev
Cəmaləddin Səməd oğlu Rzayev (5 mart 1924, Bakı – 17 may 1973, Bakı) — Azərbaycan dövlət və partiya xadimi, Şaumyan Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri (1971–1973), Azərbaycan SSR daxili işlər nazirinin müavini, Azərbaycan Kommunist Partiyasının Oktyabr (1959–1962) və Dzerjinski (1956–1959) rayon komitələrinin birinci katibi. == Həyatı == Cəmaləddin Səməd oğlu Rzayev 1924-cü ildə Bakı şəhərində anadan olmuşdur. 17 yaşı olarkən Böyük Vətən müharibəsində iştirak etmiş, 1944-cü ildə yaralanaraq ordudan tərxis olunmuşdur. 1944–1947-ci illərdə Azərbaycan LKGİ Sumqayıt Rayon Komitəsinin katibi, 1947-ci ildən Azərbaycan LKGİ Bakı Komitəsinin şöbə müdiri vəzifələrində çalışmışdır. 1948–1949-cu illərdə ÜİLKGİ MK yanında Mərkəzi Komsomol Məktəbinin dinləyicisi olmuş, 1950-ci ildən Azərbaycan LKGİ MK-da şöbə müdiri, Kür–Araz Su Qurğuları Tikintisi İdarəsində siyasi şöbə rəisinin komsomol işi üzrə köməkçisi vəzifələrində çalışmışdır. 1954-cü ildən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin məsul təşkilatçısı, birinci katibin köməkçisi olmuşdur. Sov.İKP MK yanında Qiyabi Ali Partiya Məktəbini bitirmişdir. Cəmaləddin Rzayev 1956-cı ildə Azərbaycan KP Dzerjinski Rayon Komitəsinin birinci katibi seçilmiş, 1959–1962-ci illərdə Azərbaycan KP Oktyabr Rayon Komitəsinin birinci katibi vəzifəsində işləmişdir. 1962-ci ilin may ayında Azərbaycan Daxili İşlər Nazirliyində rəhbər işə keçirilmiş, burada idarə rəisi olmuş, Azərbaycan SSR daxili işlər nazirinin müavini vəzifəsində çalışmışdır. 1971-ci ildən sovet işində fəaliyyətini davam etdirmişdir.
Cəmaləddin Həsən Hilli
Əllamə Hilli (tam adı: Cəmaləddin Həsən bin Yusif bin Əli bin Mütəhhər Hilli; 23 dekabr 1250 və ya dekabr 1250, Hillə – 27 dekabr 1325, dekabr 1325, 1326 və ya 1325, Hillə) — ilahiyyatçı alim (müctəhid/mərceyi-təqlid) və filosof. Nəsirəddin Tusi məktəbinin məşhur nümayəndələrindən biridir. == Həyatı == Əllamə Hilli Bağdad yaxınlığında yerləşən Hillə şəhərindəndir. Müasir dövrdə Hillə İraqda mühüm yerlərdən biri sayılır. Cəmaləddin Hilli doğma şəhərinə çox bağlı olmuş və orada fəaliyyət göstərmişdir. O, Hillə şəhərində doğulmuş və ömrünü də burada başa vurmuşdur. "Cəmaləddin" ("Dinin gözəlliyi") ləqəbi ilə tanınan filosofun adı bəzi mənbələrdə Hüseyn göstərilsə də, əksəriyyətində Həsən kimi təqdim olunmuşdur. Onun atasının adı Yusif, babasının adı Əlidir. Hillə şəhərindən olduğu üçün Hilli nisbəsini daşımışdır. Mənbələrdə o, "ən böyük alim" ("əllamə") adı ilə yad edilmişdir.
Kamaləddin Kami Kamu
Kamaləddin Kami Kamu (15 sentyabr 1901, Bayburt – 6 mart 1948 və ya 6 mart 1949, Ankara) — Türkiyə şairi. == Həyatı == Öncəliklə bir qürbət və yalnızlıq şairi kimi tanınır. İşğal illərinin və istiqlal hərbinin şairidir. Qürbət mövzulu başlıca şeirləri bunlardır: "Qürbət", "Xəzan yolçusuna", "Qürbət gecələrində", "Əngində xatirələr". Parisdə olduğu illərdə də ölkəmizi özləmiş və oradakı qürbət duyğularını "Qürbətdə rənglər" şeirində tərənnüm etmişdir. Ümumən yalnızlıq içində keçmiş bir həyatı vardır. Onun bir başqa önəmli mövzusu eşqdir. 1926-cı ildə sevdiyi qızın nişan mərasimi keçiriləcəyi gün başqa birisi ilə bala gedəcəyini xəbər alır. Qısqanclıqdan dolayı ondan soyuyur və ayrılır. Bu durum onu ölənə qədər nakam eşqini tərənnüm edən dərdli bir eşq şairi edir.
Mehmed Cəmaləddin Əfəndi
Mehmet Cəmaləddin Əfəndi (1848, Konstantinopol, Osmanlı imperiyası – 1917, İsgəndəriyyə, Misir sultanlığı[d]) — Osmanlı ruhanisi, şeyxülislam və hüquqşünas. == Həyatı == Cemalledin Əfəndi 1848-ci ildə İstanbulda anadan olmuşdur . Atası Şeyx Əhməd Xalid Əfəndi də hüquqşünas idi, həm qazi, həm də nazir vəzifəsini icra edirdi. Anası Kəvabibiyə ailəsindən idi və Mehmed Səid Əfəndinin qızı idi. Cəmallədin Əfəndi Osmanlı və İslam hüququ ixtisasına yiyələnmiş və 1884-cü ildə İstanbulun qazisi olaraq Osmanlı dövlətinə xidmət etmişdir. Bundan dərhal sonra, 1888-ci ildə, Anadoluya, 1890-cı ildə isə Rumelinə Qazi təyin edilmişdir. 4 sentyabr 1891-ci ildə 43 yaşında Şeyxülislam olmuşdur. 16 il 11 ay bu vəzifəni icra etmiş və sonra növbəti dəfə qısa müddətə bu vəzifəyə təyin edlməsi səbəbindən ümumilikdə 18 ilə yaxın bir müddət bu vəzifədə qalaraq Zənbilli Əli Əfəndidən sonra tarixdə, bu vəzifəni ən uzun müddətə tutan üçüncü adam olmuşdur . Məşhur həkim və bələdiyyə başçısı Cəmil Topuzlu onun kürəkənidir. C. Əfəndi Birlik və Tərəqqi Partiyasının almanlara və müharibə tərəfdarları siyasətinə qarşı çıxdığına görə 1913-cü ildə Misirə sürgün edilmiş, 5 aprel 1917-ci ildə İskəndəriyyə yaxınlığındakı Ramleh şəhərində 79 yaşında vəfat etmişdir.
Seyid Cəmaləddin Əfqani
Cəmaləddin Əfqani ya da bütün adıyla Seyyid Cəmaləddin Məhəmməd bin Səfdər əl-Əfqanî əl-Hüseynî — 19-cu əsrin tanınmış mütəfəkkir və siyasətçilərindən biri olan müsəlman aktivist və ideoloq. İslami modernizmin banilərindən və ümmət birliyinin müdafiəçilərindəndir. Olduqca hərəkətli bir həyat yaşamış olan Əfqani, geniş bir çevrəyə dərindən təsir etmişdir. Həm Qərb, həm də İslam aləmini yaxşı tanıyıb. İslam dünyasının müasirləşmə məsələsini müzakirəyə çıxaran Əfqani, İslamın özünə, əsasına zərər vermədən ağıllı bir proqram çərçivəsində problemləri həll etməyə çalışıb. == Həyatı == Qocaman Şərq həmişə böyük şəxsiyyətləri ilə zəngin olmuşdur. Onların hikməti, mühakiməsi və fikir dünyası ilə bir neçə nəslin mənəvi inkişafına təkan vermiş, onların yeni ruhda yetişib formalaşmasına kömək etmişdir. Belə şəxsiyyətlərdən biri də müasirlərin "Böyük bir müsəlman" və yaxud "Böyük bir şərqli", "Müsəlman dünyasının mümtaz siması" adlandırdığı Şeyx Cəmaləddin Əfqanidir. O, keçən əsrin sonlarında islam dəyərlərini, dünya xalqlarının mənəvi zənginliyini, fəlsəfi irsini, tarixini öyrənən və bütün müsəlman Şərqi üçün çıxış yolları axtarmağa çalışan mütəfəkkirdir. O, Şərq və Qərb mədəniyyətlərini mənimsəmiş və özünün fəlsəfi sistemini müəyyənləşdirmişdir.
Camaləddin Məhəmmədov
Camaləddin Məhəmmədov (14 mart 1989, Çaroda rayonu, Dağıstan MSSR) — 2007-2008-ci illərdə Rusiyanı, 2009-2021-ci illərdə isə Azərbaycanı təmsil edən sərbəst güləşçisi. == Karyerası == Camaləddin Məhəmmədov 2007-ci ildə Serbiyanın Belqrad şəhərində yeniyetmələr arasında Avropa Çempionatının bürünc medalına sahib oldu. 2008-ci ildə isə Camaləddin Məhəmmədov Azərbaycanda Qızıl Qran-Pri beynəlxalq turnirini gümüş medalla başa vurdu. Bu turnir zamanı Azərbaycan Güləş Federasiyası Camaləddin Məhəmmədovu Azərbaycan yığmasının heyətinə dəvət elədi. Həmin dönəmdə Rusiya yığmasının bir nömrəsi son Dünya Çempionatının qalibi Bilyal Maxov olduğuna görə Camaləddin Məhəmmədov yığmada əsas heyət üzvü olmayacağını başa düşdü və Azərbaycan Güləş Federasiyasının dəvətini qəbul elədi. Camaləddin Məhəmmədov Azərbaycan bayrağı altında 2009-cu ildə Tbilisidə gənclər arasında Avropa Çempionatının qalibi oldu, İstanbulda isə gənclər arasında Dünya Çempionatını gümüş medalla başa vurdu. 2010-cu il ərzində Qızıl Qran-Pri beynəlxalq turnirinin finalçısı olan Camaləddin Məhəmmədov 2011-ci ildə Dortmund şəhərində Avropa Çempionatının və İstanbul şəhərində Dünya Çempionatının bürünc medallarına sahib oldu. Camaləddin Məhəmmədov həm də olimpiya lisenziyasını əldə elədi. 2012-ci ildə Camaləddin Məhəmmədov Serbiyanın Belqrad şəhərində Avropa Çempionatında uğursuz çıxış elədi və turniri 11-ci pillədə başa vurdu. Avqustda isə Camaləddin Məhəmmədov Azərbaycanı London şəhərində (Birləşmiş Krallıq) baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil elədi.
Camaləddin Əliyev
Camaləddin Əliyev (29 yanvar 1960) - qapıçı. == Karyera == Böyük futbolla qapıçı kimi gəlmiş və aşağıdakı komandalarda çıxış etmişdir: 1979/81 "Avtomobilçi" (Bakı,SSRİ çempionatı, 2-ci dəstə) 1981/82 "OİK" (Bakı) 1982/83 "Avtomobilçi"(Mingeçevir) 1983/84 "Neftçi" (Bakı, SSRİ çempionatı) 1985 "Kolxozçu" (Aşqabad, SSRİ çempionatı, 2-ci dəstə) 1986 "Gənclik" (Bakı, SSRİ çempionatı, 2-ci dəstə, 9-cu zona) 1987 "Bakılı" (Azərbaycan çempionatı) 1988 "Kəpəz" (Gəncə, SSRİ çempionatı, 2-ci dəstə, 9-cu zona) 1989/90 "Neftçi" (Bakı, SSRİ çempionatı, 1-ci dəctə) 1991 "Qarabağ" (Ağdam, SSRİ çempionatı, 2-ci dəstə, Azərbaycan zonası) 1992 "Tərəqqı"(Bakı, Azərbaycan çempionatı, yüksək liqa) 1993/99 "Qarabağ"(Ağdam, Azərbaycan çempionatı, yüksək liqa) Müstəqil Azərbaycan çempionatının güclülər dəstəsində 164 oyun keçirmiş və qapısından 131 qol buraxmışdır. 1 oyunda Azərbaycanın milli yığma komandasının qapısını qorumuşdur. Avrokuboklar uğrunda 6 dəfə, "Birlik" Kuboku yarışlarında isə 3 dəfə meydana çıxmışdır.
Cəlaləddin Dəvani
Cəlaləddin Dəvani (fars. جلال‌الدین دوانی‎; 1426, Dəvan, Fars ostanı və ya Kazerun şəhristanı, Fars ostanı – 12 oktyabr 1502, Dəvan, Fars ostanı və ya Kazerun şəhristanı, Fars ostanı) — XV əsr islam filosofu, teoloq, şair. Tam adı Cəlaləddin Məhəmməd ibn Əsəd Siddiqi Dəvani idi. Əllamə Dəvani adı ilə də tanınırdı. Hicri 830-cu ildə Fars əyalətində, Kazerun yaxınlığında yerləşən Dəvan kəndində anadan olmuşdur. == Əsərləri == Əxlaqi Cəlali Ərznamə == Mənbə == В. История Ирана: (10) Ак-Коюнлу, стр. 845 – 846. // Ч. А. Стори. — Персидская литература. Био-библиографический обзор.
Cəlaləddin Dəvvani
Cəlaləddin Dəvani (fars. جلال‌الدین دوانی‎; 1426, Dəvan, Fars ostanı və ya Kazerun şəhristanı, Fars ostanı – 12 oktyabr 1502, Dəvan, Fars ostanı və ya Kazerun şəhristanı, Fars ostanı) — XV əsr islam filosofu, teoloq, şair. Tam adı Cəlaləddin Məhəmməd ibn Əsəd Siddiqi Dəvani idi. Əllamə Dəvani adı ilə də tanınırdı. Hicri 830-cu ildə Fars əyalətində, Kazerun yaxınlığında yerləşən Dəvan kəndində anadan olmuşdur. == Əsərləri == Əxlaqi Cəlali Ərznamə == Mənbə == В. История Ирана: (10) Ак-Коюнлу, стр. 845 – 846. // Ч. А. Стори. — Персидская литература. Био-библиографический обзор.