İLLAH

[ ər.illa”dan] dan. bax illa 3-cü mənada. [Gülsənəm:] Yaxşı dedin qoydun? Bizim tövlələrdə yanan [elektrik] adamın gözlərini qamaşdırır.
İllah da ki mənim kimisinin. M.Hüseyn.
İllah da ona görə ağır oldu ki, Əntərzadə özünü mərkəz adamı sayırdı. Mir Cəlal.

□ İllah etmək (eləmək) dan. – and vermək, yalvarmaq, təkid etmək, çox çalışmaq.
Ha illah elədik, Kəmalədən söz çıxara bilmədik. M.Hüseyn.
[Əhməd:] Hacı, inadı var, xahiş eləyərsən oxumaz, nə illah eləyirsən oxumayanda oxumaz! İnaddı! Mir Cəlal.

Hərçi illah elədi(lər) dan. – nə qədər çalışdı(larsa), səy etdi(lərsə), əlləşdi(lərsə).
Vəzir, vəkil yığılıb münəccim çağırdılar, hərçi illah elədilər, yuxunu yozub bir yana çıxarda bilmədilər. (Nağıl).

İLLA
İLLAH DA

Digər lüğətlərdə