Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qrinviç meridianından... kənarda (film, 2007)
== Məzmun == Filmin süjet xətti belədir: Qəhrəman gənc rəssamdır. O, siyasətdən uzaq olmaq istəyir. Hər bir yaradıcı insan kimi onun da öz dünyası var. Amma vəziyyət elə inkişaf edir ki, məcburiyyət qarşısında o da, dövrün hadisələrinə qarışmalı olur. Çünki, ən yaxın dostu cəbhənin bir tərəfində, sevgilisi o biri tərəfindədir... == Film haqqında == Filmin layihəsi Mədəniyyət və Turizm Nazirliyinin "Yeni əsr. Yeni gənclər. Yeni baxış" qısametrajlı film layihə müsabiqəsində 2-ci yeri tutub (02.08.2006). Çəkilişlər 2 aya yaxın davam etmişdir. == Festivallar və mükafatlar == 1) 2007-ci ildə Ukrayna Beynəlxalq Kinofestivalı "Ən yaxşı operator işinə görə" Nadir Mehdiyevə Mükafat verilmişdir.
Kabarda
Kabarda (kab.-çərk. Къэбэрдей) — Şimali Qafqazın mərkəzi hissəsindəki tarixi bölgə. == Lokalizasiyası == Müxtəlif tarixi dövrlərdə "Kabarda" adlanan ərazi həmişə eyni ərazini əhatə edə bilməzdi və tarixi əsərlərin müəllifləri tez-tez Şimali Qafqaz xəritəsindəki yerini öz tərzlərində yazırdılar. Kabarda əhalisi və sərhədləri haqqında bir çox məlumat rus salnamələrində qorunub saxlanılmışdır. Böyük Rəsm Kitabına görə (XVI əsrin sonlarından etibarən Rusiya və qonşu dövlətlərin xəritəsinin təsviri) Kabarda, Terekin sol sahilində Ardan və Qızıl çayları arasında (müasir Ardon) yerləşirdi (müasir Arqudan?). == Tarixi == Tarixi Kabarda ərazisində tapılan ən qədim mədəniyyət abidələri e.ə.IV minillikdə mövcud olan Maykop mədəniyyətinə aiddir. Müasir tədqiqatçılar Adıgey-Abxaz xalqlarının bu mədəniyyətin daşıyıcılarının törəmələri olduğunu təsbit etmişlər. Müvafiq olaraq, bu mədəniyyətin daşıyıcıları Şimali Qafqaz mədəniyyətlərində sonradan yaranmış — Şimali Qafqaz, Kuban və Koban mədəniyyətlərində iz buraxdılar.. I minilliyin ortalarında Çərkəzlərin çoxu Hunlar tərəfindən kənara çəkildi. Qədim rus salnamələrində Kabardiyalılar öncə Kasoqlar, sonra isə Pyatiqorsk Çərkəzləri adlanırdı.
Kənarçay
Kənarçay — Azərbaycanın Qusar rayonu ərazisindən axan çay. Samurçayın sağ qoludur. Çayın uzunluğu 29 km-dir. Çay öz başlanğıcını 2548 m yüksəklikdən, Keçəlbaş dağından götürür. Çayın hövzəsinin sahəsi 125 km²dir. Mənsəbi 514 m dəniz səviyyəsindsən yüksəklikdə yerləşir.
Monarda
Monarda (lat. Monarda) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi. == Tarixi və yayılması == Monarda (Monarda) dekorativ-ədviyyalı aromatik bitki olub acı nanə və melissa (ballı nanə, limonotu, bad-rənc) bitkilərinə qohum bitki hesab edilir. Vətəni Şimali Amerikadır. Burada o yabanı halda bitir. Avropa ölkələrində bu bitki haqqında məlumatı ispan həkimi Nikolas Monardesin kitabından əldə etmişlər. XIX əsrin əvvəllərində monarda bitkisini sitrus bitkisi olan berqamotun ətrinə oxşar ətir verdiyinə görə efiryağlı bitki kimi becərməyə başlamışlar. == Müalicəvi xüsusiyyətləri == Tədqiqatlar göstərmişdir ki, monardanın tərkibində müalicəvi təsirə malik olan, çox mürəkkəb tərkibli çoxlu (yüksək faizli) efir yağı vardır. Bu bitkinin yarpaqlarında, çiçəklərində həmçinin gövdəsində də efiryağları tapılmışdır. Bu yağlar kəskin limon, sedra və başqa təravətli çalarlara malik ətir verir.
Kanada
Kanada — Şimali Amerikada yerləşən ölkə. == Etimologiya == Kanada sözünün etimologiyası haqqında indiyə qədər bir çox fərziyyələr irəli sürülüb, amma rəsmi olaraq qəbul edilən fərziyyəyə görə, kanada sözü Müqəddəs Lavrentiya İrokezlərinin (Kanadanın yerli əhalisi) dilindəki bir söz olan "kanata" sözündən əmələ gəlib. Bu söz kənd və ya qəsəbə mənasını verir. 1791-ci ildə bu ərazi Yuxarı Kanada və Aşağı Kanada adlanan iki Britaniya koloniyası halına gəldi və "kanadalılar" adlandırıldı. 1867-ci ildə London konfransında bu ölkənin rəsmi ünvanı "Kanada hökmranlığı" (ing. Dominion of Canada) olaraq qəbul edildi. 1982-ci ildə Kanada konstitusiyasının qəbulu ilə Dominion sözü Kanadanın qarşısından yığışdırıldı və sadəcə "Kanada" olaraq qaldı. == Tarixi == Kanadanın avropalılar tərəfindən işğalınadək burada eskimoslar və hindular yaşayırdı. 1605-ci ildə fransızlar, 1623-cü ildə isə ingilislər Kanada ərazisində ilk yaşayış məntəqələrinin əsasını qoydular. XVIII yüzilin ortalarında (1756–1763) Fransa və Böyük Britaniya arasında yeddi illik müharibədə britaniyalıların qələbəsi nəticəsində Kanada Britaniyanın müstəmləkəsinə çevrilmiş və yalnız 1931-ci ildə müstəqillik əldə etmişdir.
Kabarda-Balkar
Kabarda-Balkar Respublikası (rəsmi), Kabarda-Balkariya (rus. Кабардино-Балкарская Республика, kab.-çərk. Къэбэрдей-Балъкъэр Республикэ, qaraç.-balk. Къабарты-Малкъар Республика) — Rusiya Federasiyası subyektlərindən biri. Şimali Qafqazda, Böyük Qafqaz sıra dağlarının şimal ətəklərində, şimalında Rusiya Federasiyası, şərqində Şimali Osetiya, cənubunda Gürcüstan, qərbində Qaraçay-Çərkəz respublikaları yer almaqdadır. == Coğrafiyası == Respublikanın ərazisi 12.5 min kvadrat kilometrdir .Böyük Qafqaz sıradağlarının ən yüksək təpəsi olan Elbrus dağı Qaraçay-Çərkəz Respublikası ilə hüdud təşkil edir. 5.633 metr yüksəkliyindəki Elbrus dağı ən böyük yüksəklikdir. Bu sıra dağlar 3.000 metrdən sonra buzlarla örtülüdür. Şimala doğru alçalan ərazi orta bölgədə 1000–3000 metr hündürlüyündə yaylalara, daha şimalda Terek çayı və qollarının meydana gətirdiyi geniş düzənliklərə çevrilir. Ən əhəmiyyətli çayı Terek çayıdır.
Kabarda-Balkariya

Kabarda dairəsi
Kabarda mahalı — Rusiya imperiyası, Terek vilayətinin 1860–1870-ci illərdə mövcud olan inzibati ərazi vahidi. Mahal tarixi Kabarda vilayətinin bir hissəsini əhatə edirdi. Onun ərazisində mahalının əhalisinin əsas hissəsini düzən ərazilərdə yaşayan kabardalılar və dağətəyi və dağlıq ərazilərdə yaşayan balkarlar təşkil edirdi. Buna baxmayaraq, mahal ərazisində köçürülmə kazak kəndləri də var idi. Mahal 1870-ci ildə ləğv edilərək Georgiyevski rayonuna birləşdirildi. == Coğrafi yerləşməsi == Şimali Qafqazın mərkəzi hissəsində, müasir Kabardiya-Balkar ərazisinin çox hissəsini əhatə edən Terek, Baksan, Çeqem, Çerek, Urux və Malka çaylarının hövzəsində yerləşirdi. Mahala: Böyük Kabarda, Kiçik Kabarda və Balkariya kimi tarixi ərazilər daxil idi.Sərhədləri şimalda Stavropol vilayəti, şərqdə Osetiya mahalı, şimal-şərqdə İnquş mahalı, cənubda Qafqaz silsiləsi boyunca Tiflis quberniyası, qərbdə Kuban bölgəsinə qədər uzanırdı. == Tarixi == 1860-cı ildən Rusiya imperiyası Şimali Qafqazda yeni inzibati ərazi islahatı həyata keçirdi. Nəticədə həmən il imperator II Aleksandrın fərmanı ilə Terek vilayəti yaradıldı. Vilayətin yaradılmasında məqsəd Şimali Qafqazın dağlı xalqlarını inzibati cəhətdən idarəedilməsini asanlaşdırmaq idi.
Kabarda mahalı

Kabarda rayonu

Kənarçay (Qusar)
Kənarçay — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Oykonim kənar (burada "sahil" mənasındadır) və çay sözlərindən düzəlib, "çay sahili" deməkdir. Yaşayış məntəqəsi Böyük Vətən müharibəsindən sonra müxtəlif kəndlərdən gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Kəndin adı Qənərçay variantında da qeydə alınmışdır. == Coğrafiyası və iqlimi == Kənd Sudur çayının sahilində, dağətəyi ərazidə yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 357 nəfər əhali yaşayır.
Kənarçay (dəqiqləşdirmə)
Kənarçay — Kənarçay (Qusar) — Qusar rayonunda kənd.
Monarda citriodora
Monarda citriodora (lat. Monarda citriodora) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin monarda cinsinə aid bitki növü.
Monarda punctata
Monarda punctata (lat. Monarda punctata) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin monarda cinsinə aid bitki növü.
Aşağı Kanada
Aşağı Kanada (fr. Province du Bas-Kanada, ing. Province of Lower Canada (Aşağı Kanada əyaləti)) — Müqəddəs Lavrentiya çayının aşağı hissəsi ilə Müqəddəs Lavrentiya körfəzi boyunca uzanan bir ingilis koloniyasıdır. 1791 ilə 1841 arasında mövcud olan koloniya bu günkü Kvebekin cənubunda idi. Fransız mənşəli Kanadalıların məskunlaşdığı Yeni Fransa torpaqlarının bir hissəsi də Aşağı Kanadaya birləşdirilmişdir.
Hamilton (Kanada)
Hamilton — Kanadanın Ontario əyalətində, Ontario gölünün cənub-qərb sahilində yerləşən şəhər. 662.401 əhalisi olan şəhər Ontarionun ən böyük üçüncü, Kanadanın isə ən böyük doqquzuncu şəhəridir. Ənənəvi olaraq polad və ağır sənaye üzərinə inkişaf edən şəhər iqtisadiyyatı son dövrdə səhiyyə və elm sektorları üzərinə çevrilməktədir. Hamilton televiziya və film sənayesinin sıxlaşdığı, bir çox səsyazma studiyasına və sənət qalereyasına sahib şəhərdir. Şəhərdə Makmaster Universiteti (McMaster University) yerləşir.
Hücum kənarı
Hücum kənarı - hər hansı bir aerofoilin qabaq tərəfdə, axıntı ilə birinci olaraq qarşılaşdığı uc hissə.
Kanada Günü
Kanada Günü (İngilis dili: Canada Day, Fransız dili: Fête du Canada) Kanadada milli bayram olaraq qeyd olunan gündür. Bu gün Kanadadakı əksər dövlət qurumları, məktəb və şirkətlər tətildədirlər. 1 iyul günü 1867 Konstitusiya Aktı ilə Kanadanın özəyi olan dörd əyalətdən formalaşmış federasiyaya yerli idarəetmə hüququ verilmişdir. 1982-ci ilə qədər Dominion Günü kimi qeyd olunan gün 27 oktyabr 1982-ci ildə qəbul edilmiş qərarla “Kanada Günü” adını aldı və daha millətçi bir quruluş qazandı.
Kanada Konfederasiyası
Kanada Konfederasiyası (ing. Canadian Confederation, fr. Confédération canadienne) — Britaniya Şimali Amerikasının əyalətlərinin, müstəmləkələrinin və ərazilərinin yeni federal dövləti, Britaniya İmperiyası, Kanada hökmranlığı yaratmaq üçün müttəfiq olduqları 1 iyul 1867-ci ildə sona çatan proses. İndi Kanadanı mücərrəd şəkildə təsvir etmək üçün "konfederasiya" sözü tez-tez istifadə olunur və "Konfederasiya ataları" ifadəsi bu istifadəyə nümunədir. Bu arada, daha spesifik olaraq, ifadə ümumiyyətlə ölkənin siyasi quruluşuna deyil, 1860-cı illərdə müstəmləkələri birləşdirən siyasi prosesə aiddir. Kanada tarixini iki dövrə bölmək üçün də istifadə olunur: "Konfederasiya öncəsi" və "Konfederasiya sonrası" (sonuncusu bu günə qədər davam edir). "Konfederasiya" ifadəsi tez-tez Kanadaya istinad etmək üçün istifadə olunsa da, Kanada daha çox federasiya təşkil edir. Konfederasiyanın yaranmasına səbəb olan 1860-cı illərdə baş tutan konfransların bütün iştirakçıları Konfederasiyanın Ataları hesab olunurlar. Lakin 1867-ci ildə hökmranın ərazi bölgüsü müasir Kanada xəritəsindən xeyli dərəcədə fərqlənir. Konfederasiya qurulduqdan sonra (XIX əsrin sonlarından XXI əsrin əvvəllərinə qədər) sərhədlərin və Kanada federalizminin formalaşmasında iştirak edən siyasətçilər onun qurucuları hesab olunurlar.
Kanada akvilegiyası
Kanada akvilegiyası (lat. Aquilegia canadensis) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin akvilegiya cinsinə aid bitki növü.
Kanada azərbaycanlıları
Kanada azərbaycanlıları — tarixi Azərbaycandan kənarda yaşayan Azərbaycan diasporunun Kanadada yaşayan etnik azərbaycanlıların təşkil etdiyi hissəsinin adı. Azərbaycandan, İrandan, Şərqi Avropadan və Türkiyədən gələrək Kanadada məskunlaşmışdırlar. Azərbaycan diasporasının məlumatına görə Kanadada 275 min azərbaycanlı yaşamaqdadır, onlardan 100 mini İran azərbaycanlıları, 50 mini Kanadada anadan olmuş azərbaycanlılar, təqribən 125 mini isə başqa ölkələrdən gəlmiş azərbaycanlılardır. == Tarixi == Kanadada məskunlaşmış ilk azərbaycanlılar 1930-cu illərdən ərazidə məskunlaşmış İran azərbaycanlılarıdır. Azərbaycan mühacirlərinin ikinci dalğası isə 1950-ci illərə təsadüf edir. İmmiqrasiyanın üçüncü dalğası soyuq müharibə dövrünə, Kanadaya çox sayda SSRİ-dən immiqrantın, o cümlədən azərbaycanlıların gəldiyi dövrə təsadüf edir. Dördüncü dalğa1979-cu ildən sonraya, İran inqilabı baş verdiyi dövrə təsadüf edir. Bu zaman çox sayda etnik iranlılar, o cümlədən azərbaycanlılar Kanadaya mühacir etdilər. Beşinci dalğa isə SSRİ-nin dağıldıqdan sonrakı dövrə təsdüf edir. == Statistika == (Mənbə: Kanada 2006 rəsmi əhali sayıları) Azərbaycan diasporasının məlumatına görə azərbaycanlılar əsasən Ontario vilayətində yaşayırlar.
Kanada bayrağı
Kanada bayrağı — Kanadanın Dövlət bayrağı Kanadanın Milli bayrağı, həmçinin Maple Leaf (Ağcaqayın yarpağı) kimi tanınır. Ağcaqayın yarpaqları uzun müddət Kanada simvolu olmuşdur.
Kanada buzlağı
Kanada buzlağı — Antarktidanın cənubunda, Viktoriya Torpağıda yerləşək kiçik buz kütləsi. == Coğrafiyası == Buzlaq 77º37' cənub paraleli və 162º59' şərq meridianı aralığında yerləşir. Kanada buzlağı Kommanvelz və Loftus buzlağlarının da başladığı McLennan dağının zirvəsinin altında, 1900 m yüksəklikdə başlayır. Şimal qərb istiqamətindən gələrək Friksel gölünün qərbindən Teylor vadisinə axaraq dəniz səviyyəsinə bir neçə metr qalmış sona çatır. Kiçik Hore gölünün şərq sərhədini təşkil edir. == Kəşfi == Kanada buzlağının, cənab Robert Falkon Skottun rəhbərliyi altında ingilis Terra Nova elmi gəzintisi sırasında (1910–1913) xəritəsi hazırlanmışdır. Buzlağın adı, bu qrupun üzvü olan və bu bölgəni araşdıran Kanadalı fizikaçı Çarles Raytın irəli sürdüyü təklifdən sonra qoyulub.
Kanada dolları
Kanada dolları — Kanadanın pul vahidi. Kanada dolları ABŞ dollarından, avrodan, Yapon yenindən, funt sterlinqdən sonra dünyada ən çox rezerv olunan beşinci valyutadır və dünya rezervlərinin təxminən 2%-ni təşkil edir. Kanadanın stabil hüquqi və siyasi sitemi, güclü suveren vəziyyəti və iqtisadiyyatı Kanada dollarını mərkəzi banklar arasında məşhur edir.
Kanada erməniləri
Kanada erməniləri – Kanadada yaşayan ermənilərə verilən ümumi ad.
Kanada hinduları
Kanada hinduları— Kanadada yaşayan yerli xalq. == Tarixi == Amerika mədəniyyəti haqqında ilkin təsəvvürlər adətən müasir mədəni nailiyyətlərlə əlaqədar olsa da bu ölkənin qədim və orta əsrlərini əhatə edən bir sivilizasiya mövcud olmuşdur. 28-30 min il əvvəl ilk dəfə olaraq müasir tipli insanlar Alyaska və Çukotka arasındakı Beringiya adlanan quru körpüdə məskunlaşmışlar. Məhz bu dövrdən Amerika mədəniyyətinin tarixi başlayır. Müasir elm hesab edir ki, bu qitənin ilk sakinləri genetik cəhətlərinə görə protomonqoloid, yaxud protoasiya qrupuna mənsub olmuş Altay, fin-uqor, Tibet xalqlarına daha yaxındırlar. Özünün təsdiqini tapmış bu fikirlər linqvistik və antropoloji əlamətlərə əsaslandırılmaqdadır. Avropalılar tərəfindən Amerika qitəsinin kəşfi və işğalı digər çoxsaylı xalqların həmin ərazidə məskunlaşması ilə nəticələndi. Bunların ümumi sayı təxminən 15-20 milyona bərabər idi. İlk dəniz səyyahlarının səhvən Hindistan torpağı kimi başa düşdükləri bu qitənin sakinləri XVI əsrdən «hindular» adlandırılmağa başladı. Bu dövrdə qitənin müxtəlif hissələrində məskunlaşmış sakinlərin inkişaf səviyyəsi bir-birindən fərqli idi.
Beniarda
Beniarda (isp. Beniardá) — İspaniyada yerləşən, şəhər və bələdiyyə. Bələdiyyə Marina-Baxa ərazisinin 15,74 km² hissəsini əhatə edir. 2010-cu ilin siyahıya alınmasına görə əhali 230 nəfərə çatmışdır. == Həmçinin bax == Marina-Baxa Kofrides Benimantel == İstinadlar == == Xarici keçidlər == Índice estadístico municipal de Beniardá.
Coreopsis senaria
Coreopsis senaria (lat. Coreopsis senaria) — mürəkkəbçiçəklilər fəsiləsinin koreopsis cinsinə aid biki növü.
Filipp Lenard
Filipp Lenard Eduard Anton (7 iyun 1862 - 20 may 1947) — Fizika üzrə Nobel mükafatı laureatı (1905) == Həyatı == Filipp Lenard Eduard Anton 1862-ci il iyunun 7-də Slovakiyanın Preysburq (indiki Bratislava) şəhərində anadan olmuşdur. Milliyyətcə slovak olan bu alman fiziki Hitler rejiminin qatı tərəfdarı olmuşdur. Katod şüalarının tədqiqinə görə 1905-ci ildə Nobel mükafatı laureatı adına layiq görülmüşdür. Filipp Lenard Eduard Anton 20 may 1947-ci ildə Almaniyanın Messelhauzen şəhərində vəfat etmişdir. == Əsərləri == Lenard, Philipp (1906). Über Kathodenstrahlen (On Cathode Rays) (in German). Lenard, Philipp. Über Aether und Materie (On Aether and Matter) (in German). Lenard, Philipp (1914). Probleme komplexer Moleküle (Problems of complex molecules) (in German).