TRANSSENDENT
[alm. Tranzsendent; fr. Transcendant; ing. Transcendent; osm. tr. müteal; ər. يرؼام lat. transcendere – üstündən adlayıb keçmək, pozmaq] – 1. Bir sistemin xaricinə yüksələn, var olan bir həddi keçən. 2. Üstün olan, bəşəri olanlar-dan yüksəkdə dayanan [Tanrı kimi]. 3. Kanta görə ola biləcək hər növ eksperimentin kənarına çıxan, şüurun xaricinə adlayan. 4. Təbiətdən kənarda olan və onun sərhədlərini aşan, fövqəlbəşəri olanlara deyilir. İmmanent termininin əksinə olaraq şüurun və idrakın hüdudlarından kənarda olanı ifadə edən termindir.