Nərə balığı adi qaydada təmizlənir. 40-50 qramlıq tikələrə doğranılır, duz, istiot vurulur və üzərinə xama sürtülüb 7-10 dəqiqə manqalda qızardılır. Hazır balıq kababının yanına təzə pomidor, doğranmış soğan və limon dilimləri qoyulur. Narşərab və sumaq süfrəyə ayrıca verilir.