Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kalp
Kalpe (isp. Calp) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Marina-Alta ərazisinin 23,51 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 29909 nəfərə çatmışdır.
Kalp Hastası
Kalp Hastası — Sagopa Kajmerin 2013-cü ildə işıq üzü görən albomu. Albom 8 iyul 2013-cü ildə Melankolia Müzik tərəfindən Türkiyədə satışa çıxarılmışdır. Albom çıxmadan 2 gün əvvəl Düşünmek İçin Vaktin Var mahnısı internet üzərindən yayınlanmış və mahnıya klip də çəkilmişdir. Alboma Sagopa Kajmerin Kolera ilə olan dueti İster İstemez də daxil edilmişdir.
Kalp hastası (albom)
Kalp Hastası — Sagopa Kajmerin 2013-cü ildə işıq üzü görən albomu. Albom 8 iyul 2013-cü ildə Melankolia Müzik tərəfindən Türkiyədə satışa çıxarılmışdır. Albom çıxmadan 2 gün əvvəl Düşünmek İçin Vaktin Var mahnısı internet üzərindən yayınlanmış və mahnıya klip də çəkilmişdir. Alboma Sagopa Kajmerin Kolera ilə olan dueti İster İstemez də daxil edilmişdir.
Kalpe
Kalpe (isp. Calp) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Marina-Alta ərazisinin 23,51 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 29909 nəfərə çatmışdır.
Kalpi sultanlığı
Kalpi sultanlığı — 1400–1443-ci illərdə Hindistanda hökm sürən səltənət. == Tarixi == Caunpur sultanlığının hökmdarı Seyid Mübarək şah Caunpuru Dehlidən gələn təhlükələrə qarşı qorudu. 1401-cü ildə xanədanın başına Şərqi Sultanlığının ən önəmli hökmdarlarından İbrahim şah keçdi. Hakimiyətinin ilk illərində Mallu İqbal xan və Sultan Mahmud Nasirəddin şahın hücumlarına məruz qaldı. Kannevci zəbt edən Mahmud şah qarşısında onunla anlaşmağı lazım bildi (1405). Tirhut bölgəsi Şərqi Sultanlığına tabe olmağa davam etdi. İbrahim şah 1406-cı ildə Kannevci, 1414-cü ildə Kalpilərə aid bəzi şəhərləri ələ keçirdi. Cəmaziyələvvəl 831-ci ildə (Mart, 1428) Dehli sultanı Seyid Mübarək şah ilə apardığı savaşda iki ordu da itkilər verdi və mütləq bir nəticə alınmadı. İbrahim şah bu dönəmdə Kalpi sultanlığındaki iqtidar mübarizələrinə doğrudan müdaxilə etdi. 1436–1437-ci illərdə Dehliyə hücum edən İbrahim şah ona qarşı dirənəməyən Sultan Seyid Məhəmmədlə anlaşma bağladı.
Herakl Kalpe və Abula dağlarını ayırır
Herakl Kalpe və Abula dağlarını ayırır — 1634-cü ildə Françisko de Zurbaran tərəfindən yaradılmış, kətan üzərində yağlı boya ilə işlənmiş rəsm əsəridir. == Təsviri == Rəsm əsəri 136 sm × 167 sm ölçülərində çəkilmişdir. Rəsm əsərinin kolleksiyası Prado muzeyində saxlanılır. == Analizi == Tabloda Herakl təsvir olunmuşdur. Rəsm əsərində biz onun Herkules sütunları kimi də tanınan Kalpe və Abula dağlarını bir-birindən ayırdığını görə bilərik. Françisko de Zurbaranın Herakla həsr olunmuş 10 rəsm əsəri Buen Ritero Sarayının Şahzadələr Zalının IV Filipp üçün ayrılmış zalında nümayiş olunmuşdur. Hal-hazırda həmin seriya Prado muzeyində saxlanılır və nümayiş olunur. == İstinadlar == == Biblioqrafiya == Juan Antonio Gaya Nuño et Tiziana Frati, La obra pictórica de Zurbarán, éditions Planeta, Barcelone, 1988, ISBN 84-320-2866-5 p. 131-132.
Herkules Kalpe və Abula dağlarını ayırır
Herakl Kalpe və Abula dağlarını ayırır — 1634-cü ildə Françisko de Zurbaran tərəfindən yaradılmış, kətan üzərində yağlı boya ilə işlənmiş rəsm əsəridir. == Təsviri == Rəsm əsəri 136 sm × 167 sm ölçülərində çəkilmişdir. Rəsm əsərinin kolleksiyası Prado muzeyində saxlanılır. == Analizi == Tabloda Herakl təsvir olunmuşdur. Rəsm əsərində biz onun Herkules sütunları kimi də tanınan Kalpe və Abula dağlarını bir-birindən ayırdığını görə bilərik. Françisko de Zurbaranın Herakla həsr olunmuş 10 rəsm əsəri Buen Ritero Sarayının Şahzadələr Zalının IV Filipp üçün ayrılmış zalında nümayiş olunmuşdur. Hal-hazırda həmin seriya Prado muzeyində saxlanılır və nümayiş olunur. == İstinadlar == == Biblioqrafiya == Juan Antonio Gaya Nuño et Tiziana Frati, La obra pictórica de Zurbarán, éditions Planeta, Barcelone, 1988, ISBN 84-320-2866-5 p. 131-132.
Kala
Kala (gül) — gül növlərindən biri
Kale
Kale (fr. Calais) – Fransada şəhər.
Kali
Santiaqo de Kali (isp. Santiago de Cali) və ya sadəcə Kali (isp. Cali) — Kolumbiyanın qərbində şəhər və Valle del Kauka departmanının mərkəzi.2,5 milyon əhalisi ilə Kali, Boqota və Medellindən sonra ölkədə üçüncü ən böyük şəhər.
Kalu
Kalu (Bostanabad)
Karp
Çəki və ya karp (lat. Cyprinus carpio) Yarımkeçici balıqdır. Dənizə tökülən çaylarda çoxalır. Aralıq dənizində, Xəzər, Qara və Aral dənizlərində, həmçinin İssıkkulda yayılmışdır. Uzunluğu 17 sm-dən 79 sm-ə qədər ola bilər, kütləsi 1,6-2,8 kq təşkil edir. Uzunluğu 1 m, çəkisi 20 kq-dan çox olan balıqlara nadir də olsa rastlanılır. == Yayılması == Yarımkeçici balıqdır. Dənizə tökülən çaylarda çoxalır. Aralıq dənizində, Xəzər, Qara və Aral dənizlərində, həmçinin İssıkkulda yayılmışdır. Uzunluğu 17 sm-dən 79 sm-ə qədər ola bilər, kütləsi 1,6-2,8 kq təşkil edir.
Kaup
İohann Yakob Kaup (alm. Johann Jakob Kaup‎; 20 aprel 1803, Darmştat – 4 iyul 1873, Darmştat) — Almaniya zooloqu.
Walp.
Vilhelm Gerard Valpers (alm. Wilhelm Gerhard Walpers‎; 26.12.1816, Mühlhauzen – 18.6.1853, Berlin) XIX əsr alman botaniki. "Animadversiones criticae in Leguminosas Capenses Herbarii Regii Berolinensis", 1839 "Repertorium botanices systematicæ" (6 cilddə, 1842—1847) "Annales botanices systematicæ" (3 cilddə, 1848—1853).
ALP
Azərbaycan Liberal Partiyası — Azərbaycanda mövcud siyasi partiyalardan biri. == Tarixi == === Lalə Şövkət dövrü (1995–2003) === Azərbaycan Liberal Partiyası 3 iyun 1995-ci ildə sabiq dövlət katibi professor Lalə Şövkətin rəhbərliyi ilə Bərdə şəhərində təsis konfransında yaradılmışdır. Təsis konfransında partiyanın nizamnaməsi və proqramı qəbul edilmiş, ali orqanları seçilmişdir. Lalə Şövkət ALP-nin sədri seçilmişdir. 14 avqust 1995-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin kollegiyasının qərarı ilə dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Liberal Demokrat Partiyasının ilk sədri Zakir Məmmədov Azərbaycan Liberal Partiyasının üzvü olmuşdur, lakin 1998-ci ildə sədr Lalə Şövkətin apardığı siyasətə etiraz etmiş və partiyadan istefa vermişdir. 1999-cu ildə 60%-i ALP-lilərdən ibarət Azərbaycan Liberal Demokrat Partiyası qurulmuşdur. === 2003-cü il prezident seçkiləri === === Əvəz Temirxan dövrü === 24 iyun 2023-cü ildə partiya fəaliyyətini dayandırması ilə bağlı bəyanat yaydı. 27 noyabr 2023-cü ildə partiyanın son sədri Əvəz Temirxan partiyanın fəaliyyətinə ara verildiyini, qısa zamanda sənədlər qaydasına salınaraq Ədliyyə Nazirliyinə müraciət ediləcəyini bildirmişdir. O, partiyanın hansı səbəbdən buraxıldığını açıqlamasa da, partiyanın bundan sonrakı əsas məqsədinin proporsional seçki bərpa olunarsa, parlament seçkilərində iştirak etmək olduğunu açıqlamışdır.
Frida Kalo
Frida Kalo de Rivyera (isp. Frida Kahlo de Rivera; 6 iyul 1907[…] – 13 iyul 1954[…]) və ya Maqdalena Karmen Frida Kalo Kalderon (isp. Magdalena Carmen Frieda Kahlo Calderón) — yaratdığı avtoportretlərlə tanınan meksikalı rəssam, kubist rəssam Dieqo Riveranın həyat yoldaşı. == Həyatı == Frida Kalo 6 yaşında poliomielit xəstəliyinə tutulur və bundan sonra ömrünün sonunadək axsayır. 18 yaşında avtomobil qəzası yaşayır. 17 sentyabr 1925-ci ildə baş verən qəzada onun evə getdiyi avtomobil tramvay ilə toqquşur. Zərbədən tramvayın kollektorunun sınıq dəmir çubuğu Fridanın mədəsindən keçib çanaq sümüyünü parçalayaraq, sol qasığından çıxır. Onurğa sümüyü üç yerdən zədələnir və iki budu sınır. Bundan sonra Frida çoxsaylı əməliyyatlar keçirməli olur. 1929-cu ildə o, Dieqo Rivera ilə evlənir və onun kimi kommunist partiyasını dəstəkləyir.
Hans Kalm
Hans Kalm (21 aprel 1889 – 1 fevral 1981, Yüvəskülə, Mərkəzi Finlandiya) — Rusiya imperiyası, Finlandiya və Estoniya ordularında xidmət etmiş eston əsgər. == Birinci Dünya müharibəsi və Finlandiya vətəndaş müharibəsi == Kalm Vilyandimaanın Kotsama kəndində fermer ailəsində dünyaya göz açmışdır. Onun soyadı fin-uqor dilində "ölüm" mənasına gələn "kalma" sözündən gəlir. Ailə əfsanəsinə görə, Kalmın ulu babalarından biri Qara ölümdən qaçmaq üçün sahildən çox uzaqda qəbiristanlıq kimi istifadə olunan adada gizlənmiş və bu səbəbdən sadını dəyişdirmişdir. Kalm 1914-cü ildə Rusiya İmperiya Ordusuna yazılmışdır və Birinci Dünya müharibəsində Riqa körfəzində döyüşmüşdür. 1917 Rusiya inqilabından sonra o, Finlandiyaya qaçdı və Ağ Qaravullara qoşuldu. Kalm 1918-ci ildə Finlandiya vətəndaş müharibəsində Ahtari və Evodan iki parkı qoruyan keşikçilərdən ibarət, çoxusu da tələbə olan batalyona rəhbərlik etmişdir. Kalmın batalyonunun mart ayında Kuhmoynen bələdəyyəsinə bağlı Harmoynen kəndindəki Qırmızı Qaravulların sanatoriyasına hücum edərək, 11 yaralı əskəri və 2 tibb bacısını öldürməsi onları məşhurlaşdırdı. Lahti döyüşündən sonra onun batalyonu Hennala düşərgəsinə nəzarət etməyə başladı. May ayında qısa bir müddət ərzində 200-ü qadın döyüşçü olmaqla, 500 Qırmızı məhkum edam edildi.
Kala (şirniyyat)
Kala — Asan və tez hazırlanan vaflili şirniyyat. == Tərkibi == Yumurta — 4 ədəd, şəkər tozu — 200q, ərinmiş kərə yağı — 50q, un — nə qədər apararsa, 1 qabartma tozu, 1 vanil == Hazırlanma qaydası == Kala hazırlamaq üçün yumurta və şəkər tozu birlikdə çalınır, üzərinə ərinmiş kərə yağı əlavə olunub köpüklənənə qədər çalınır. Sonradan həlməşik (orta qatiliqda olan kütlə) şəklə düşənə qədər çalınır, üzərinə qabardıcı toz və vanil əlavə edilir. Alınmış kütlə vafli üçün nəzərdə tutulmuş xüsusi aparat vasitəsilə bişirilir və istənilən şəklə (boru, buket və s.) salınır.
Kale (rayon)
Kale (fr. Calais) — Fransanın O-de-Frans regionun rayonlarından biri. Departamenti — Pa-dе-Kale. Suprefektura — Kale. Rayon əhalisi 2006-cı ildə 122 456 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 214 nəf / km². Rayon ərazisi — 572,71 km².
Kale cəngəlliyi
Kale cəngəlliyi (fr. Jungle de Calais) — Fransanın Kale şəhərində yerləşən qaçqın düşərgəsi. 2015-ci ildə Avropa miqrant böhranı zamanı düşərgə qlobal diqqət çəkmişdir. 2016-cı ilin may ayında düşərgədə 5 min qaçqın yaşayırdı.
Kali-yuqa
Kali Yuqa (कलियुग (kəli yugə), ədəbiyyatda "Kali dövrü") — Hind Zaman Anlayışına görə zamanın 4 dövrünün(yuqa-dövr) ən sonuncusu. Digər dövrlər isə Sayta Yuqa, Treta Yuqa və Dvapara Yuqadır. Hind mətnlərinə əsasən Kali Yuqa Krişnanın ömrünün sona çatması ilə başlayaraq(e.ə. 3102-ci il) 432.000 il davam edəcək. Bu dövrdə Vişnunun son avatarı Kali əlində qılınc və ağ atın belində meydana çıxacaq, dünyadakı pisliyə qarşı vuruşacaq və onu məhv edəcək.
Kali Linux
Kali Linux — Debian əsaslı təhlükəsizliyin yoxlanılması üçün nəzərdə tutulmuş əməliyyat sistemidir. Kali Linux BackTrack tərtibatçıları tərəfindən 2013-cü ildə yaradılmışdır. Hal-hazırda da dəstəklənməkdədir. Masaüstü mühiti olaraq BackTrack-dəki kimi KDE seçimi yoxdu. İstifadəçilər ancaq GNOME masaüstü mühitindən istifadə edə bilər. == Alətlər == BackTrack-dəki bütün alətlər və sonradan əlavə olunanlarla birlikdə Kali Linux-da işləmək üçün 300-dən çox alət var. == Platforma dəstəyi == Kali Linux ARM platformasını dəstəkləyir. Sistem Rasberry Pi, BeagleBone Black, HP Chromebook, CubieBoard 2, CuBox, CuBox-i, EfikaMX, Odroid U2, Odroid XU, Odroid XU3, Samsung Chromebook, Utilite Pro, Galaxy Note 10.1, və SS808 kimi cihazlarda işləyə bilir.
Kali Uçis
Kali Uçis (ing. Kali Uchis; 17 iyul 1994, Aleksandriya[d], Virciniya) — ABŞ müğənnisi. 2012-ci ildə "Drunken Babble" adlı debüt miksteypini, 2015-ci ildə isə debüt mini-albomu "Por Vida"-nı çıxarıb. Kalinin 2018-ci ildə işıq üzü görən debüt studiya albomu "Isolation" geniş rəğbətlə qarşılanıb. Onun ikinci studiya albomu və ilk ispan dili layihəsi "Sin Miedo (del Amor y Otros Demonios)" 2020-ci ildə buraxılıb. Albomdakı "Telepatía" sinqlı ABŞ-də Billboard Hot 100-ə girən onun ilk mahnısı olub. O, Kaytranadanın "10%" sinqlındakı ifasına görə Ən yaxşı rəqs səsyazması üzrə Qremmi mükafatına layiq görülüb. == Həyatı == Karli-Marina Loaiza 17 iyul 1994-cü ildə Virciniya ştatının Aleksandria şəhərində anadan olub. Atası Kolumbiyanın Pereyra şəhərindən ABŞ-yə köçmüş və 1980-ci illərin sonlarında Karlinin anası ilə tanış olmuşdur. Anasının əvvəlki evliliyindən olan uşaqları Virciniyada yaşayırlar.
Kali karteli
Kali karteli — Kolumbiyanın Kali şəhəri və Valla del Cauca əyaləti yaxınlarında var olmuş narkotik karteli. Qurucuları Rodriguez Orejuela qardaşları olaraq bilinən Gilberto və Migueldan əlavə "Chepe" olaraq tanınan Jose Santacruz Londonodur. 1980-ci illərin sonlarına yaxın Helmer Herreranın da qrupa daxil olmasıyla Pablo Escobar və ona bağlı olan Medellin Karteli ilə əlaqələrini qoparmış və dörd adamın başda olduğu bu karteli idarə etməyə başlayıblar. Kali karteli ingilis pullu əsgərlər, bir çox ölkədəki müttəfiqlər, hökumətdəki saysız-hesabsız casus və mühbirlər ilə "SSSR"dəki Dövlət Təhlükəsizlik Komitinəsinə (ingiliscə: KGB) oxşarlığı ilə dünyanin tarixdəki ən böyük cinayət şəbəkəsi yəni "The Cali KGB" olaraq adlandırılmışdır. Kali kartelinin zirvədə olarkən dünya kokain bazarının 90%-nı əlində tuttuğu bilinir.
Kalu (Bostanabad)
Kalu (fars. كلو‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 73 nəfər yaşayır (14 ailə).
Kalu (Vərziqan)
Kalu (fars. كلو‎) — İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 77 nəfər yaşayır (24 ailə).
Kamp Nou
«Kamp Nou» (kat. Camp Nou, [ˈkam ˈnɔw]- Barselona futbol klubunun stadionu, katalon dilindən tərcümədə "yeni torpaq" deməkdir. == Tarixi == 1957–ci ildə açıldıqdan sonra stadion katalon futbol klubuna məxsus idi və həmin vaxt adı Estadi del FC Barcelona adlanırdı. Yəni stadion FK Barselona, lakin elə həmin dövrdən etibarən bura Nou Kam kimi səslənməyə başlanmışdı. Öz adını isə bu stadion 2000–ci ildən etibarən qazanmışdır. Kam Nou – böyüklyünə görə yalnız İspaniyada deyil, həmçinin bütün Avropada seçilir. Burada 98 772 tamaşaçının yerləşməsi mümkündür. UEFA – nın verdiyi qərara əsasən bu futbol meydançası beş ulduza layiq görülmüşdür. Stadion tikilərkən Barselonanın president kreslosunda Fransesk Miro – Sans əyləşmişdi. O, gələcək Nou Kamp stadionun layihəsini köhnə Camp de Les Corts yerində tikərək onu əvəz etmək fikrinə düşdü.