Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Con Karmak
Con Karmak (ing. John D. Carmack; d. 20 avqust 1970, Kanzas, Missuri, ABŞ) — Amerika proqramçısı; O, First-person shooter (FPS) - Birinci şəxs atıcı janrında "Wolfenstein 3D", "DOOM", "Quake" kimi kompüter oyunlarının təqdimatı ilə məşhurdur. "Id Software" və "Armadillo Aerospace" şirkətlərinin həmtəsisçisi olaraq da tanınır. == Həyatı == Con Karmak 20 avqust 1970-ci ildə Missuri ştatının Kanzas şəhərində dünyaya gəlib. O, kiçik yaşlarından kompüter texnologiyaları ilə maraqlanıb. Devid Kaşner "Masters Of Doom" kitabında onun uşaqlıq dövrünü belə təsvir edir: "Karmak 14 yaşında olarkən bir neçə həmyaşıdına "Apple II" kompüterlərinin oğurluğu üçün dərsdən sonra məktəbə daxil olmağa kömək edir, amma bu zaman səssiz siqnalizasiya işə düşür. Con həbs edilir və psixoloq konsultasiyasına göndərilir və nəticədə çətin tərbiyə olunan uşaqlar üçün olan mərkəzdə 1 illik məhkum edilir". Sonradan Con iki semestr ərzində Missuri Universitetində oxuyur, sonra müstəqil proqramçı karyerasına başlayır. Tezliklə Con Karmak ehtiyac duyulan mütəxəssis oldu.
Kalmak (Əbyəlil)
Kalmak kəndi (başq. Ҡалмаҡ) - Rusiyanın Başqırdıstan Respublikası Əbyəlil rayonu Xalil kənd sovetliyinə daxil olan kənd. Kənd Böyük Kızıl çayının Böyük Kazmaş çayına birləşdiyi yerdə yerləşir. == Əhali == 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Kalmak kəndinin milli tərkibi: başqırdlar 100 %. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Askorovo): 28 km., kənd sovetliyindən (Xalil): 16 km. ən yaxın dəmiryol stansiyasından (Alməhəmməd stansiyası): 24 km. == İstinadlar == == Mənbə == Совет муниципальных образований Республики Башкортостан.
Banyak
Banyak (ind. Pulau Banyak) — İndoneziyada yerləşən adalar qrupu. Hind okeanının şərqində, Summatra adasının qərbində, Simeulue və Nias adaları arasında yerləşir. Qrupa 99 ada daxildir. Adalarıln sahəsi 319 km²-dir. Əhalisi - 6050 nəfər (2007). Əhalisinin əksəriyyətini müsəlmanlar təşkil edir. 2005-ci ilkin martında Simeulue və Nias adaları arasında güçlü zəlzələ nəticəsində meydana gələn sunami sahil zolağındaki yaşayış məntəqələrini yer üzündən silmişdir.
Baymak
Baymaq (başq. Baymaq) — Rusiya Federasiyasında yerləşən şəhər, Başqırdıstan Respublikasınin tərkibinə daxildir.
Kaanaak
Qaanaaq (tələffüz edilir; (IPA) /qaːnaːq/ əvvəllər Thule və ya Thuleqanaq) Qrenlandiyanın şimal-qərbindəki Qaasuitsup İnzibati Bölgəsinin şimalındakı əsas şəhərdir, 5 kənd var və əhalisi 1 yanvar 2005-ci ildə 850 nəfər idi.
Kadyak
Kadyak — toponim. Toponimlər Kadyak adası — ABŞ Alyaska ştatı ərazisində yerləşən ada. Kadyak arxipelaqı — Alyaskanın cənubunda yerləşir. Digər Kadyak ayısı — Qonur ayı növündən olan yarımnöv.
Kalmar
Kalmarlar (tarixi Azərbaycandilli mənbələrdə mürəkkəb balıqları; lat. Teuthida) — heyvanlar aləminin molyusklar tipinin başıayaqlılar sinfinə aid heyvan dəstəsi. == Həyat tərzi == Başıayaqlı molyuskaların digər nümayəndələri kimi kalmarlara da Şimal və Uzaq Şərq dənizlərində xüsusən sahilə yaxın yerlərdə təsadüf edilir. Bu molyuska suda çox gözəl uzən, acgöz, yırtıcı heyvan olmaqla, əsasən siyənək balıqlarını tutub yeyir. Balıq sürülərini təqib edən kalmar bu yolla min kilometrlərlə məsafə qət edə bilir. == Quruluşu == Kalmarın bədənində xarici çanaq yoxdur. Sürətlə üzmə nəticəsində çanaq kiçilmiş və dəri altında yerləşmiş lövhəcik şəklində qalmışdır. Kalmarın bənəni iki hissədən — baş və gövdədən təşkil olunmuşdur. Baş hissədə on ədəd əzələli qolcuq vardır. Bu qolcuklar digər molyuskalarda olan ayağa müvafik gəlir.
Kamaka
Kamaka adası (fr. Kamaka) — Qambe arxipelaqına daxil olan kiçik ada (Fransa Polineziyası). == Coğrafiya == Adanın sahəsi 0,5 km²-dir. Maksimal hündürlüyü 166 metrdir. == İnzibati bölgüsü == İnzibati baxımından Qambe kommunasına daxildir. == Əhali == 2002-ci il məlumatına əsasən adada 4 nəfər yaşayır.
Kamjak
Kamjak (fr. və oks. Camjac) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Nosel kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12046. Kommuna təxminən Parisdən 520 km cənubda, Tuluza şəhərindən 100 km şimal-şərqdə, Rodezdən isə 25 km cənub-qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 536 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 333 nəfər (15–64 yaş) arasında 249 nəfər iqtisadi fəal, 84 nəfər fəaliyyətsiz (fəaliyyət göstərici 74,8%, 1999-cu ildə 65,9%) idi.
Kandık
Eritronium cinsi yunancadan tərcümədə "qırmızı" deməkdir. "Kandık" isə soğanağının formasının it dişinə oxşadığına görə (lat. canis- it deməkdir) adlandırılmışdır. Bitkilər yabanı halda Cənubi Avropada, Qafqazda, Asiyada və Şimali Amerikanın mülayim iqlimli rayonlarında bitir. Onların gülçülükdə 15 növündən istifadə olunur və 2 növ bağ forması xüsusilə geniş yayılmışdır: Sibir eritroniumu (E. sibiricum) yarpaqlarında qırmızı-qonur xalları olan çoxillik bitkidir. Çiçəkləri sallaq, tək, bənövşəyi - çəhrayı, bəzən ağ rənglidir. Avropa eritroniumu (İt dişi) (E. denscanis) hündürlüyü 30 sm, çəhrayı gövdəli və yarpaqlarında al-qırmızı xalları olan bitkidir. Çiçəkləri çəhrayı, bənövşəyi, bəzən ağdır. Kandık yarımkölgəli, daşlıq yerlərdə yaxşı bitir. Yüngül, nəm torpaqlar yararlıdır.
Kanqal
Kanqal — Türkiyə ərazisində yetişdirilən it cinsi. Əsasən qoyun iti və qoruma istiqamətlidir. İt adını Sivasın Kanqal ilçəsindən götürülmüşdür. Dünyada müstəqil it cinsi olaraq tanınmada, Türkiyədə təmiz it cinsi hesab edilir. Üstəlik Türkiyə Kinoloji Federasiyası, o cümlədən Türkiyədə rəsmi Kanqal təşkilatlarının görə Ankara Kangal Dərnəyi itin müstəqil cins olması üçün cəhdlər göstərir. == Tarixi == Orta Asiyadan gələn Kanqlı (Kəngər) türk boyunun adı bağlıdır. Orxan Yılmaz "Kangal Köpeği / Tarihi-Tanıtımı-Yetiştirilmesi-Islahı" adlı kitabında "Kanqlı" türk boyunun Orta Asiyadan köç edərkən yanlarında üç şeyi gətirdiyini bildirir: at, it və qoyun. 2003-ci ilin 11 avqust tarixində kanqalla bağlı keçirilən I Beynəlxalq Kanqal Köpəyi Simpoziumunda bu cinsin Türküstandan Anadoluya gətirilməsi təstiqlənir. Kanqallar XVII əsrdən etibarən Osmanlı sarayında istifadə edilir və samson olarak adlandırıldı. Doğan Kartay həm "Türk Çoban Köpəyi Kanqal" kitabında, həm də I Beynəlxalq Kanqal Köpəyi Simpoziumunda bu itlərin həmcinin Yeniçərilər tərəfindən hərbi məqsədlərlə istifadə edildiyini birdirmişdir.
Kantal
Kantal (fr. Cantal; oks. Cantal ) — Fransanın Mərkəzi Cənub hissəsində departament.Overn rayonunun departamentlərindən biridir. Seriya Nömrəsi-15. İnzibati mərkəzi - Oriyak. Əhali sayı - 154.135 nəfər (şöbələri arasında 96-ci yeri tutur) (2010-cu il məlumatına görə). == Coğrafiyası == Şöbənin sahəsi 5726 km². == Tarixi == Kantal— 1790-ci ildə mart ayında Böyük Fransa İnqilabı zamanı yaradılmış, ilk 83 şöbədən biridir. Adı Lo və Qaronna çaylarından götürülüb. Keçmiş Overn vilayetində yerləşir.
Kanzaki
Kanzaki (神埼, Kanzaki) — Yaponiyanın Kyuşu regionunda, Saqa prefekturasında yerləşən şəhər. Müasir şəhər 20 mart 2006-ci ildə qurulmuşdur. 2017-ci ilin fevralının məlumatına görə şəhərin əhalisi 31,981 nəfərdir, hər km² ərazidə 260 nəfər yaşayır. Şəhərin sahəsi 125,01 km²-dir. == Tarix == 1 aprel 1889-cu ildəki inzibati islahatdan sonra Çitose, Hasuike, Kanzaki, Niiyama, Sayqo, Sakayno, Sefuri və Şirota qəsəbələri Kanzaki regionunu əmələ gətirmişdirlər. 1893-cü ildə Kanzakiyə şəhər statusu verilmişdir. 1955-ci ildə Sayqo və Niiyama qəsəbələri Kanzakiyə birləşdirilmişdir. 2006-cı ildə Kanzaki şəhərinə Çiyoda şəhəri və Sefuri qəsəbəsi daxil edilmişdir. == Coğrafiya == Şəhər Yaponiyanın Kyuşu adasında, Saqa prefekturasında yerləşir. Şəhərin qərb hissəsi Sefuri dağlarının mərkəzində qalır.
Kanzas
Kanzas (ing. Kansas) — Amerika Birləşmiş Ştatlarında ştat. Mərkəzi Topeka şəhəridir.
Kathak
Kathak (hindi : कथक) Şimali Hindistana məxsus olan klassik rəqs üslubudur. Bu rəqsdə sürətli ayaq hərəkətləri, fırlanmalar və əl hərəkətləri vacibdir. Hər rəqs bir hekayədən danışır. Keçmişdə “kathaka” adlı nağılçılar mifləri, mifoloji hekayələri rəqs hərəkətlərinin müşayiəti altında danışırdılar. Məhz bu rəqslərə əsaslanaraq hekayələrin danışılması ənənəsi nəsildən-nəslə keçmiş və günümüzə qədər gəlib çatmışdır.
Konnak
Konnak (fr. Connac, oks. Colnac) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Rekista kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12075. Kommuna təxminən Parisdən 540 km cənubda, Tuluza şəhərindən 105 km şimal-şərqdə, Rodezdən isə 37 km cənubda yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 113 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 64 yaşda (15-64 yaş arasında) 43 nəfər iqtisadi cəhətdən fəal, 21 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 67,2%, 1999-cu ildə bu 68.6%).
Konyak
Brendi (konyak) — süfrə şərabından hazırlanmış spirtin dincə qoyulmaqla yetişdirilməsindən alınan alkoqollu içki. Konyak tünd spirtli içki olub, üzüm şərablarının destilləsindən alınmış konyak sprtini saxlayıb yetişdirməklə hazırlanır. Konyakla üzüm arağı eyni deyildir. Üzüm arağı üzümçülük qalıqlarından (cecə, maya və s.) hazırlanır. Digər tərəfdən konyak özünün qızılı-kəhrəba rənginə, xoşagələn ətrinə və s. görə üzüm arağından fərqlənir. Konyakın tündlüyü 40–57 h.% arasında dəyişir. Konyak ilk dəfə, təqribən 300 il bundan əvvəl Fransanın Şaranta vilayətinin Konyak şəhərində istehsal olunmağa başlanmışdır. Bu bir növ təsadüfi olmuşdur. Fransa Şarant çayı vasitəsilə İngiltərə və Skandinaviya ölkələri ilə ticarət əlaqəsi saxlayırdı.
Kransak
Kransak (fr. və oks. Cransac) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Oben kantonuna daxildir. Kommunanın dairəsi — Vilfranş-de-Ruerq. INSEE kodu — 12083. Kommuna təxminən Parisdən 490 km cənubda, Tuluza şəhərindən 125 km şimal-şərqdə, Rodezdən isə 31 km şimal-qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 1681 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 951 əmək qabiliyyətli insan (15-64 yaş) arasında 566 nəfər iqtisadi cəhətdən fəal, 385 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 59.5%, 1999-cu ildə 61.8%).
Savmak
Savmak(yun. Σαύμακος) —Bospor padşahlığında dövlət çevrilişi etmiş skif əyanı. Bospor padşahlığının taxtına iddi edən və yerli skiflər tərəfindən dəstəklənən Savmak öz əli ilə V Perisadı öldürmüşdü. Bu dövrdə II Tiqranla müttəfıq olan Kiçik Asiyadakı Pont padşahlığının hökmdarı VI Mitridat Yevpatorun (e.ə. 132–64) fəal işğalçılıq siyasəti Roma imperiyasının şərq sərhədləri üçün təhlükə törədirdi. VI Mitridat e. ə. 107-ci ildə Savmakın üsyanını yatırdıqdan sonra Bospor padşahlığını, Qara dəniz sahilindəki bütün yunan şəhərlərini həmçinin Kiçik Ermənistanı və Kolxidanı özünə tabe etmişdi. Lakin Roma imperiyasının şərq əyalətləri olan Qalatiya, Vifiniya, həmçinin Kappadokiya uğrunda mübarizədə ağır məğlubiyyətə uğramış, e.ə. 64-cü ildə Pont padşahlığının varlığına romalılar tərəfindən son qoyulmuşdu.
Kankan
Kankan (tam adı: Keandrian Qynzel Jones; 22 sentyabr 2000, Dallas) — ABŞ repçisi, prodüseri, mahnı yazarı. == Həyatı == Kankan 2000-ci il sentyabrın 22-də Texasın Dallas şəhərində anadan olub. O, repçi Speaker Knockerz-in mahnılarını dinləyərək böyüyüb. Kankan deyir ki, əvvəlcə repçi kimi karyera qurmaq fikrində deyildi. İfadəsində bildirib ki, rep oxumağa "məzə üçün" başlayıb. O, deyir ki, musiqi yaratmağın nə qədər xoş olduğunu biləndən sonra həyatını tam olaraq buna həsr etməyi seçib.
Anzak
ANZAK (Australian and New Zealand Army Corps; ANZAC) — Birinci dünya müharibəsində ingilis ordusunda döyüşən, Avstraliyalı və Yeni Zelandiyalı əsgərlərdən ibarət olan birləşmiş ordu hissəsi. Bu ordu birləşməsinin əsgərləri Türkiyədə Anzaklar adlandırılır. Anzak ifadəsi Australian and New Zealand Army Corps (tərc. Avstraliya və Yeni Zelandiya Ordu Birləşməsi) sözlərinin baş hərflərindən meydana gələn abbreviaturadır. Birinci dünya müharibəsinin başlanğıcında bu iki ölkəyə aid olan birliklərin qatılması ilə yaradılan ordu birləşməsi bu qısaldılmış adla tarixdəki yerini almışdır. Antanta tərəfindən Bosfor və Dardanel boğazlarının və İstanbulun ələ keçirilməsi üçün başladılan "Dardanel əməliyyatı" çərçivəsində 1915-ci il 25 aprel tarixində Arıburnu adlı yerdə baş verən döyüşdə Anzaklar 5 min nəfərdən artıq itki verərək geri çəkilməli olmuşdular. Türklərə qarşı müvəffəqiyyət qazana bilməsələr də, daha sonra Yaxın Şərq və Avropa döyüş meydanlarında əhəmiyyətli xidmətlər göstərmişlər. == Tarixi == Onun yaradılmasının planlaşdırılması 1914-cü ilin noyabrında, Avstraliya və Yeni Zelandiya qoşunlarının ilk kontingentinin Avropaya konvoyda olduğu vaxt başladı. Bununla belə, Kanada Ekspedisiya Qüvvələrinin Solsberi düzənliyindəki təcrübəsindən sonra, Avstraliya və Yeni Zelandiyalıları yaşayış və təchizat çatışmazlığı səbəbindən ingilis qışına məruz qoymamaq qərara alındı, buna görə də Qərb Cəbhəsi Fransaya köçməzdən əvvəl təlim üçün Misirə göndərildi. Böyük Britaniyanın Müharibə üzrə Dövlət Katibi Horatio Kitçener Britaniya Hindistan Ordusunun zabiti general Uilyam Birdvudu korpusa komandanlıq etmək üçün təyin etdi və o, həmçinin Hindistan Ordusundan korpus personalının əksəriyyətini lavazimatla təmin etdi.
Aymak
Aymak (monq. аймаг, mon. ᠠᠶᠢᠮᠠᠭ, qırğ. аймак) — türk və monqollarda nəsli-tayfa birliyi forması, müasir dövrdə Monqolustanda və Çin Xalq Respublikasının Daxili Monqolustan adlanan ərazisində muxtar rayon. == Tarixi == Monqol mənşəli Şimali Yuan sülaləsi və Tzin sülaləsi dövründə Xarici Monqolustan 4 aymaka (Tuşetu-xan, Sayn-Noyon-xan, Dzasaqtu-xan və Setsen-xan) bölünürdü. Rusiyada kalmık qəbilələrinin və Çində Tzin sülaləsinin əraziləri də aymaklara bölünürdü. P. İ. Rıçkovun 1762-ci ildə nəşr edilən "Orenburqun topoqrafiyası" əsərində XVIII əsrdə başqırdlarda da aymak inzibati ərazi bölgüsünün mövcud olması haqqında məlumatlar vardır. Buryatiya Respublikasının müasir rayonları da 1917–1977-ci illərdə aymaklar adlanırdı.. 1922–1963-cü illərdə Dağlıq Altay muxtar vilayətinin rayonları da aymak adlandırılmışdır. == Müasir dövrdə == Müasir Monqolustanın ərazisi 21 aymaka bölünür.
Banak
Banak — (ing. Bannack) — Amerika Birləşmiş Ştatlarının Montana ştatında yerləşən kabus şəhər. Şəhərin əsası 1862-ci ildə Erasmus Darvin Levet tərəfindən qoyulmuşdur. 1864-cü ildə şəhər ətrafında, qızılın kəşf edilməsi, qızıl həyəcanına səbəb olmuşdur. Şəhərdə üç otel, üç çörək dükanı, üç dəmir emalatxanası, iki bərbərxana və iki ət dükkanı vardı. XIX əsrin ortalarından sonra Montana ştatının ən önəmli şəhərlərindən olan Banakda, bir restoran və üç salonda fəaliyyət göstərirdi. Ətraf ərazilərdə qızıl ehtiyatlarının tükənməsindən sonra, şəhərdə əhalinin sayı sürətlə azalmağa başlamışdır. 1970-ci ildə şəhər tamamilə boşalmış və milli qoruq ərazisi elan edilmişdir.
Hanak
Hanak — Ərdəhan ilinin Hanak ilçəsində bir şəhər və eyniadlı ilçənin mərkəzidir. Əhalisi 2,880 nəfərdir (2021). Əhalisi türklərdən ibarətdir. Digər bir mənbəyə əsasən şəhər əhalisi Axısqa türklərindən ibarətdir.
Kaama
Kaama — bədən uzunluğu 2,3 m-ə qədərdir. Rəng açıq qəhvəyi-qəhvəyi rənglidir. Başın ön və ön tərəfi qəhvəyi, quyruğun bazasında bir ağ nöqtə var. Quyruqdakı fırça qara olur. Bu növ Cənubi Afrikada yayılıbr. Digər antilop növləri ilə yanaşı, gəzinti aparır. Bu heyvanıarın nəsli kəsilmə təhlükəsi altındadır, çünki sayı 130 min dənədir və artmağa davam edir.
Eynəkli kayman
Eynəkli kayman (lat. Caiman crocodilus) — timsahlar dəstəsinə, Alliqatorlar fəsiləsinə, Kaymanlar cinsinə daxil olan növ. == Görünüşü == Orta ölçülü, kifayət qədər uzun sifətli alliqatordur. Bu növün yetkin erkəkləri ümumiyyətlə 1,8–2 m uzunluqdadır. Dişiləri isə daha kiçik, təxminən 1,2–1,4 m-dir. Əksər yetkinlərin bədən çəkisi 7 ilə 40 kq arasındadır. Bu növ üçün qeyd olunan maksimum uzunluq 2,2 m-dir. Baxmayaraq ki, 2,5 metrdən uzun və 58 kq-a qədər olan heyvanlar barədə məlumatlar gəzir. Məlum olan ən böyük dişi 1.61 m uzunluğa və 20 kq ağırlığa sahib olmuşdur. Venesuelada yayılmış katmanlar Meksikadakı nümunələrdən daha böyükdür.