Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kontra-Kosta qraflığı (Kaliforniya)
Kontra-Kosta — Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında yerləşən qraflıq. Qraflığın əhalisi 2010-cu il hesablamasına görə 1,049,021 olmuşdur. Mərkəzi Martines şəhəridir.
Kontra Kosta qraflığı (Kaliforniya)
Kontra-Kosta — Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında yerləşən qraflıq. Qraflığın əhalisi 2010-cu il hesablamasına görə 1,049,021 olmuşdur. Mərkəzi Martines şəhəridir.
İran-Kontras qalmaqalı
İran–Kontras qalmaqalı və ya İrangeyt (Uotergeyt qalmaqalının adına bənzətmə) — 1986-cı ilin sonlarında üzə çıxan və Reyqan administrasiyasındakı bəzi qüvvələrin İrana qarşı tətbiq olunmuş embarqoya baxmayaraq bu ölkəyə silah satması və ABŞ Konqresinin qadağasına məhəl qoymadan əldə olunmuş vəsait hesabına Nikaraquada hakimiyyətə qarşı döyüşən kontras silahlılarını maliyyələşdirməsi ətrafında qızışan siyasi qalmaqal. Bu qalmaqal ciddi siyasi nəticələr doğurmadı və bu məsələ ilə bağlı olan bir çox faktlar hələ də açıqlanmamışdır. Qalmaqalla bağlı olaraq heç kim həbs edilmədi. Hətta bu əməliyyatın həyata keçirilməsində günahkar hesab olunan bəzi şəxslər sonradan ata və oğul Corc Buşların hakimiyyəti dövründə yüksək vəzifələrə təyin olunmuşlar. Onlardan ən məşhurları ABŞ-nin keçmiş müdafiə naziri Robert Geyts və 2001–2004-cü illərdə ABŞ-nin BMT-dəki səlahiyyətli nümayəndəsi, 2004–2005-ci illərdə İraqdakı səfiri, 2005–2007-ci illərdə ABŞ Milli Kəşfiyyatının direktoru və 2007–2009-cu illərdə ABŞ Dövlət katibinin müşaviri olmuş Con Neqropontedir.
İran–Kontras qalmaqalı
İran–Kontras qalmaqalı və ya İrangeyt (Uotergeyt qalmaqalının adına bənzətmə) — 1986-cı ilin sonlarında üzə çıxan və Reyqan administrasiyasındakı bəzi qüvvələrin İrana qarşı tətbiq olunmuş embarqoya baxmayaraq bu ölkəyə silah satması və ABŞ Konqresinin qadağasına məhəl qoymadan əldə olunmuş vəsait hesabına Nikaraquada hakimiyyətə qarşı döyüşən kontras silahlılarını maliyyələşdirməsi ətrafında qızışan siyasi qalmaqal. Bu qalmaqal ciddi siyasi nəticələr doğurmadı və bu məsələ ilə bağlı olan bir çox faktlar hələ də açıqlanmamışdır. Qalmaqalla bağlı olaraq heç kim həbs edilmədi. Hətta bu əməliyyatın həyata keçirilməsində günahkar hesab olunan bəzi şəxslər sonradan ata və oğul Corc Buşların hakimiyyəti dövründə yüksək vəzifələrə təyin olunmuşlar. Onlardan ən məşhurları ABŞ-nin keçmiş müdafiə naziri Robert Geyts və 2001–2004-cü illərdə ABŞ-nin BMT-dəki səlahiyyətli nümayəndəsi, 2004–2005-ci illərdə İraqdakı səfiri, 2005–2007-ci illərdə ABŞ Milli Kəşfiyyatının direktoru və 2007–2009-cu illərdə ABŞ Dövlət katibinin müşaviri olmuş Con Neqropontedir.
Kontrabas
Kontrabas (pyes) — alman yazıçısı Patrik Züskind tərəfindən yazılan mono pyes. Kontrabas (musiqi aləti) — musiqi aləti.
Kontrabas (musiqi aləti)
Kontrabas (it. contrabbasso) — musiqi aləti. Bu alət Kontrabas Violone adı verilən Renesans musiqi alətindən törəmişdir. 16-cı əsrdən 18-ci əsrə qədər dəyişim dövrü keçmişdir. 18-ci əsrin ikinci yarısında bugünkü halını almışdır. Hündürlüyü 1.80 eni 60 sm olan kontrabas bu ölçüləri səbəbindən ayaqda yaxud hündür stula əyləşərək çalınır. Kontrabas simli kaman alətləri arasında öz ölçüsünə görə ən böyük və ən bəm səslənən alətdir. Zahirən o, violonçelə bənzəyir. Texniki cəhətdən kontrabas orkestrin digər simli kaman alətlərinə nisbətən xeyli ağırdır. Həm də onun qalın simlərinin səslənməsi violino, viola və violonçelə nisbətən daha az ahəngdardır.
Kontratenor
Kontratenor (latın dilindən contratenor tenora qarşı olan səs mənasını verir) ən yüksək tessituraya malik kişi səsidir. Diapazonu E3 — G5 (kiçik oktavanın mi səsindən ikinci oktavanın sol səsinə qədər intervalı əhatə edir). Bəzən daha yüksək diapazona malik ifaçılara da rast gəlinir. Kontratenor səs tembri qadın kontralto və ya metso-sopranosunun ekvivalenti kimi qəbul edilir. Kontratenorlar ifa xüsusiyyətlərinə görə soprano və alt səs çalarına malik ifaçılar olaraq qruplaşdırılır. Soprano səs çalarlı kontratenorlar sopranist adlanırlar. Onların səsinin tessiturası isə yüksəkdir və C6 (üçüncü oktavanın do səsi) səsini əhatə edir. Müasir dövrdə kontratenorlar əsasən tenor və bariton səs tembrinə malik ifaçılardırlar. Ən yüksək səs malik kişi ifaçılıq sənəti qədim köklərə, zəngin ənənələrə malikdir. Bu baxımdan kontratenor kişi səsləri arasında ən qədim səs növü olaraq qəbul edilir.
Smart kontrakt
Smart kontrakt və ya ağıllı müqavilə (ing. Smart contract) — bir sövdələşmə və ya anlaşmanın şərtlərinə uyğun olaraq hüquqi cəhətdən müvafiq hadisələri və hərəkətləri avtomatik icra etmək, nəzarət etmək və ya sənədləşdirmək məqsədi daşıyan kompüter proqramı və ya əməliyyat protokoludur. Ağıllı müqavilələrin məqsədləri etibarlı vasitəçilərə olan ehtiyacı, arbitraj və icra xərclərini, fırıldaqçılıq itkilərini, həmçinin zərərli və təsadüfi istisnaları azaltmaqdır. Satış maşınları ağıllı müqavilənin tətbiqinə bərabər olan ən qədim texnologiya parçası kimi istinad edilir. 2014-cü ildə Ethereum adlı kriptovalyuta əlaqədar olaraq nəşr olunan ağ kağızda Bitcoin protokolu kompüter alimi, hüquqşünas və kriptoqraf Nik Şabo tərəfindən müəyyən edilmiş ağıllı müqavilə konsepsiyasının zəif versiyası kimi təsvir edilir. Bitcoin etibarsız tərəflər arasında daha təkmil ağıllı müqavilələr bağlamağa imkan verən skript dillərini dəstəklədiyindən bəri müxtəlif kriptovalyutalar. Bitcoindən bu yana müxtəlif kriptovalyutalar etibar edilməyən tərəflər arasında daha təkmil ağıllı müqavilələrə imkan verən skript dillərini dəstəkləyir.
Topçubaşov–Çandler kontraktı (1919)
Topçubaşov-Çandler kontraktı — Parisdə Azərbaycan Xalq Cümhuriyyəti nümayəndə heyətinin başçısı Əlimərdan bəy Topçubaşovla Nyu-York şəhərindən Amerika Birləşmiş Ştatları Konqresi nümayəndələr palatasının üzvü Valter Çandler arasında Azərbaycanın mənafelərini müdafiə etmək haqqında imzalanmış müqavilə. == Müqavilənin şərtləri == Müqaviləyə görə, Çandler 3 ay müddətinə Azərbaycan Xalq Cümhuriyyətinin mənafeyini və müstəqilliyini müdafiə etməyi öz üzərinə götürürdü.
İlyas Hüseynov(Kontrabasçı)
İlyas Hüseyn oğlu Hüseynov (22 sentyabr 1924 – 12 yanvar 2017) — Azərbaycanın görkəmli kontrabas ifaçısı, Azərbaycanda kontrabas ifaçılığı və tədrisinin banilərindən biri. Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət simfonik orkestrinin solisti, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının Professoru. == Həyatı == İlyas Hüseynov 1924-cü il sentyabrın 22-də Bakı şəhərində anadan olub. Yeddi yaşından fortepianoda, 10 yaşından piano ilə məşğul olmağa başlayıb. Böyük Vətən müharibəsinin (1941–1945) iştirakçısı olan musiqiçi müharibədən döndükdən sonra musiqi fəaliyyətini davam etdirib. Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) M. M. Çudnovskinin sinfində təhsil alan İ. Hüseynov öz müəlliminin ənənələrini davam etdirərək pedaqoqun vəfatından sonra kontrabas sinfinə rəhbərlik etmiş, sonralar konservatoriyanın professoru olub. İstedadı və bacarıqlı ilə seçilən sənətkarın yetişdirdiyi tələbələr həm ifaçı, həm də pedaqoq kimi nəinki Azərbaycanda, eləcə də ölkəmizin hüdudlarından kənarda böyük şöhrət qazanıb. İ. Hüseynov pedaqoji fəaliyyətlə yanaşı,Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının Simfonik orkestrində kontrabasçılar qrupunun konsertmeysteri olub, kamera orkestrində fəaliyyət göstərib. O, kontrabas aləti üçün dərslik, metodiki tövsiyələrin müəllifi olmaqla yanaşı, milli musiqi nümunələrinin kontrabas aləti üçün işləmələrini də həyata keçirib. Bunların sırasında "Elegiya — İsrafimzadə", Qara Qarayevin "Yeddi gözəl" baletindən solo, Üzeyir Hacıbəylinin "Gülşən" baletindən rəqs və Azərbaycan bəstəkarlarının simfonik əsərlərindən parçaları qeyd etmək olar.
Əsrin kontraktı (film, 1996)
== Məzmun == Qədim Azərbaycan torpağında neftin tapılmasından ta bu günə qədər keçdiyi tarixi yol, "qara qızıl"ın ölkəmizin ictimai-siyasi həyatında, iqtisadiyyatında oynadığı rol, 1994-cü ildə Bakıda Dövlət Neft Şirkəti ilə xarici ölkələrin iştirak etdiyi Neft konsorsiumu arasında Əsrin kontraktının imzalanması, bu kontraktın müasir həyatımıza göstərəcəyi təsir və s. mühüm əhəmiyyətli məsələlər filmdə öz əkini tapmışdır. Film kontraktın imzalanma anından başlayır və ölkənin neft sənayesinin ilk neft quyularından tutmuş, müasir qazma qurğularına kimi inkişaf mərhələlərini bütünlüklə əks etdirir.Filmdə respublikada neftçıxarmanın vəziyyətinin təhlili verilmişdir. Film "Əsrin Kontraktı" adlandırılan müqavilənin Azərbaycan üçün siyasi-iqtisadi əhəmiyyətini açıqlayır. XIX əsrin sonu, XX əsrin əvvəlində yaşamış neftxudalar haqqında epizodlar, ekologiyaya həsr olunmuş blok, Azərbaycan neft şirkəti nümayəndələri ilə müsahibələr filmə daxil edilmişdir. Neft kontraktının imzalanmasında respublika prezidenti cənab Heydər Əliyevin rolu xüsusilə vurğulanmışdır. Əvvəllər neftin Azərbaycan xalqının başına çox bəlalar gətirdiyi müəllif mövqeyi kimi filmdə obrazlı ifadə olunmuşdur. Filmdə bu gün iqtisadi əməkdaşlığın yeni formasının Azərbaycanın çiçəklənməsinə gətirib çıxaracağına ümid bəslənilir. "Əsrin Kontraktı" sənədli filmi respublikamızın salnaməsi üçün mühüm kino sənədidir. == Festivallar və mükafatlar == 1)1997-ci ildə Film rejissor işinə görə "Humay" Mükafatına layiq görülmüşdür.
Kontralto
Kontralto (it. contralto) —geniş diapazonlu sinə registrinə malik ən aşağı qadın oxuyan səsdir. İş diapazonu: re-fa — fa2-la2. Tələffüz sinə rezonansı bütün orta registrə yayılır. Lauri-Volpinin yazdığı kimi, kontralto kişi səslərinə yaxınlaşır. Bu fakt kontraltonun demək olar ki, bütün kiçik oktavanı asanlıqla səsləndirmək qabiliyyətini göstərir. Kontralto və mezzo-kontraltonu (iki səsin registrinə malik müğənni) mezzo-sopranodan fərqləndirən bütün kiçik oktavanı səsləndirmək bacarığıdır. Kontraltonun "əsas" notları aşağıdır, yuxarı registr "qısa"dır və maraq doğurmur, lakin istisnalar ola bilər. Məsələn, Eva Podleş, Elizaveta Antonova, Ketlin Ferrier və bəzi digər kontraltoların səsləri tam səslənən yuxarı registrlərə malikdir. Operada bəstəkarlar əsasən kontralto üçün yeniyetmə oğlanların və gənclərin hissələrini yazırdılar.
Folkmanın işemik kontrakturası
Folkmanın işemik kontrakturası (Volkmann s ischemic contrakture) – qan təchizatının pozulması iləbağlı əzələlərin fibrozu vəqızalması nəticəsində çox vaxt əl barmaqlarının (az halda pəncədə) caynaq formalı olmasıdır.
Kontrasepsiya
Kontrasepsiya (contraceptio - istisna etmək) — mexaniki (prezervativlər, servikal qapaqlar və s.), kimyəvi (məsələn, vaginal toplar, qramisidin pastası) və digər kontraseptivlər və üsullarla hamiləliyin qarşısının alınması. Bəzi üsullar (xüsusilə də prezervativ) İİÇV və digər cinsi yolla keçən xəstəliklərə yoluxma ehtimalını əhəmiyyətli dərəcədə azalda bilər. Fransızlar XVIII əsrin ortalarında kontrasepsiyadan istifadə edərək doğum nisbətini məhdudlaşdırmağa başlamaqla, digər Avropa xalqlarından xeyli qabaqlamışdılar. === Bioloji kontrasepsiya üsulları === Bir qadın konsepsiya üçün ən əlverişli dövrü müəyyənləşdirir və bu "təhlükəli günlər" adlanan günlərdə cinsi əlaqədən çəkinir və ya fertil günlərdə digər kontrasepsiya üsullarından, məsələn, prezervativdən istifadə edir.
Kontrastiv dilçilik
Kontrastiv dilçilik — dilçilik elminin həm nəzəri, həm də tətbiqi istiqamətində mühüm rol oynayır. Bu sahə dillərin müqayisəli öyrənilməsinə yönəlib və onların struktur, funksional, semantik xüsusiyyətlərinin fərqli və oxşar cəhətlərini təhlil etməklə məşğuldur. Kontrastiv dilçilik müxtəlif dil ailələri, dil qrupları və fərqli dil sistemləri arasında əlaqələri araşdıraraq, dilçilik tədqiqatlarına və tədris prosesinə töhfə verir. == Dilçilikdə rolu == === Nəzəri dilçilikdə rolu === Universal dil qanunlarının müəyyən edilməsi zamanı kontrastiv təhlillər vasitəsilə dillərin ortaq və spesifik xüsusiyyətləri aşkarlanır. Bu, insan dilinin ümumi prinsiplərini və inkişaf qanunauyğunluqlarını öyrənməyə kömək edir. Dil ailələrinin müqayisəsində müxtəlif dillər arasında genetik əlaqələri və fərqli struktur xüsusiyyətləri müəyyənləşdirir. Bu, tarixi-dilçilik tədqiqatlarında mühüm yer tutur. Morfologiya, sintaksis, fonetika və semantika səviyyələrində fərqli dillərin quruluşları müqayisə olunur. === Tətbiqi dilçilikdə rolu === Kontrastiv dilçilik, ana dili ilə öyrənilən dil arasındakı fərqləri və oxşarlıqları təhlil edərək, effektiv tədris metodlarının hazırlanmasında istifadə olunur. Bu yanaşma dil öyrənən şəxslərin potensial çətinliklərini öncədən müəyyənləşdirmək üçün əhəmiyyətlidir.
Mərkəzi kontragent
Mərkəzi kontragent (ing. Central Counterparty Clearing House, CCP) — maliyyə bazarlarında, xüsusən də qiymətli kağızlar, derivativlər və digər maliyyə alətlərinin ticarətində iştirak edən bir qurumdur. CCP əsasən alıcı və satıcılar arasında vasitəçi kimi çıxış edir, hər iki tərəfin maliyyə öhdəliklərini təmin edərək ticarət əməliyyatlarının təhlükəsizliyini və sabitliyini artırır. == Əsas funksiyaları == CCP hər bir əməliyyatda satıcı üçün alıcı, alıcı üçün isə satıcı kimi çıxış edir. Bu yanaşma əməliyyat tərəfləri arasında riskləri minimuma endirir. CCP ticarət tərəflərinin öhdəliklərini yerinə yetirə bilməmə riskini azaltmaq üçün müvafiq zəmanətlər (məsələn, girovlar, kapital yastıqları) tələb edir. Tərəflərin qarşılıqlı öhdəliklərini ümumiləşdirərək yalnız xalis məbləği hesablayır və ödəmələrini buna əsasən tənzimləyir. Bu yanaşma əməliyyat xərclərini və resurs tələblərini azaldır. CCP hər bir ticarət iştirakçısından müəyyən miqdarda başlanğıc marjası və dəyişkən marja tələb edir. Bu girovlar riskin təminatı rolunu oynayır.
Lontra
Amerika susamuru (lat. Lontra) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinə aid heyvan cinsi. == Yayılması == Şimali və Cənubi Amerika ərazilərində yayılıb. == Növləri == Cinsə dörd növ daxildir: Kanada susamuru (Lontra canadensis) Cənub susamuru (Lontra provocax) Uzunquyruq susamuru (Lontra longicaudis) Pişik susamuru (Lontra felina) Əvvəllər Avropa növləri də bu cinsə daxil edilirdi. Hazırda isə müstəqil növdür.
Lontra felina
Pişik susamuru (lat. Lontra felina) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinin amerika susamuru cinsinə aid heyvan növü. == Areal == Pişik susamurlarına əsasən Cənubi Amerikanın cənub-qərb litoral sahillərində (Çili, Peru, Argentina sahilləri) rast gəlinir. == Təsviri == Pişik susamurları elə də böyük canlı deyillər. Onların uzunluğu nadir hallarda 1 metri keçir. Çəkiləri isə 3-6 kiloqram olur. Onlar öz cinsinin ən kiçik növləri hesab edilir. Pişik susamurlarının diş formulu: i 3 3 c 1 1 p m 3 − 4 3 m 1 2 = 36 {\displaystyle i\ {\frac {3}{3}}\ c\ {\frac {1}{1}}\ pm\ {\frac {3-4}{3}}\ m\ {\frac {1}{2}}=36} . == Qorunma statusu == Bu canlılar olduca nadir sayılırlar. Bu səbəbdən Peru, Çili və Argentina qanunlarına görə qorunurlar.
Lontra canadensis
Kanada susamuru (lat. Lontra canadensis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinin amerika susamuru cinsinə aid heyvan növü. Kanada susamurları Şimali Amerikada yaşayır, 5.0–14 kq ağırlığında olurlar. Qalın kürkü su keçirməzdir. Balıqlar ana qidası olsa da suda-quruda yaşayanlar, tısbağalar və xərçənglər də qidaları arasındadır. == Yayılması == Alyaska, Kanada, ABŞ-nin şimal-qərbi ilə şərqində, Meksika və ayrıca Cənubi Amerikanın şimalında yaşayır.
Kontr-admiral
Kontr-admiral — Azərbaycan Hərbi Dəniz Qüvvələrində ali hərbi rütbə. Quru qoşunları və Azərbaycan Hərbi Hava Qüvvələrindəki ekvivalent rütbə general-mayor rütbəsidir.
Kantri
ABŞ kantri musiqisinin kökləri Britaniya adalarının xalq musiqisinə dayanır. İngilis, irland, şotland və uels poeziyası, folkloru, balladası və dənizçi nəğmələri Birləşmiş Ştatlarda milli musiqi adı ilə meydana gələn ilkin nəğmələrin bir neçəsinin əsasını təşkil edir. Buna baxmayaraq, ötən 5 əsr ərzində musiqinin müxtəlif regional və etnik janrları Amerika musiqisinə dərindən təsir etmişdir. Meksikadakı, Almaniyadakı, Polşadakı, Fransadakı amerikalıların və bir neçə başqa qrupların hamısının yerli musiqinin inkişafında böyük təsirləri olmuşdur. == Mənşəyi == Bu günkü yerli musiqinin mənşəyi 18-ci əsr Cənubi Amerikası hesab oluna bilər, çünki çox saylı ingilisdilli mühacir həmin dövrdə bu regiona köçürdü. 19-cu əsrin əvvəllərinə qədər bu ingilis təşəbbüsçülərindən bəziləri Texas qədər uzaq qərbə köçdülər. Əsasən kənd, aqrar cəmiyyət olan Cənub getdikcə urbanizasiyalaşan və sənayeləşən Şimaldan mədəni cəhətdən bir qədər ayrıldı. Nəticə etibarilə, cənublular öz ata-baba yurdlarının xalq musiqisi ənənəsini qoruyub saxlamağa meyilli oldular. Cənub xalq mahnılarının adətən Britaniya adalarının ənənəvi musiqisinə əsaslanmasına baxmayaraq, onlar Cənubun müxtəlif bölgələrində rast gəlinən müəyyən etnik və sosial təsirlərə görə əhəmiyyətli dərəcədə dəyişikliyə məruz qalmışdır. 19-cu əsrin ortalarına qədər “kantri musiqissi”nə Birləşmiş Ştatların digər ərazilərində və Cənub boyunca regiondan regiona kəskin fərqlənən müxtəlif üslublu növlər daxil idi.
Kokura
Kokura (小倉市, Kokura-şi, "kiçik xəzinə") - Fukuoka prefekturasının şərq hissəsində yerləşən Yaponiyanın keçmiş şəhəri. 2 oktyabr 1963-cü ildə Kokura qonşu Modzi, Tobata, Yaxata və Vakamaçu şəhərləri ilə birləşmiş, nəticədə Kitakyuşu şəhəri yaranmışdır. Kokuranın keçmiş ərazisi Kitakyuşu şəhərinin Kokura-Kita və Kokura- Minami rayonlarının tərkibinə daxildir. == Tarixi == Kokura Daxili Yapon dənizindəki Kammon boğazının sahillərində yerləşən liman şəhəri olmuşdur. Bu boğaz Kyuşu adasının şimalını Honşu adasının qərb hissəsindən ayırır. VIII-XIX əsrlər ərzində Kokura ərazisi yapon əyaləti Budzenin tərkibində yerləşirdi. Kokura qəsəbəsi 1602-ci ildə samuray başçısı Hosukava Tadaoki tərəfindən salınmışdır. Belə ki o burada özü üçün qəsr və qəsr kənarı məskənlər saldırmışdr. 1632-ci ildə onu Oqasavara nəslindən olan digər bir başçı əvəz etmişdir. Bu nəsil Kokura-xan torpaqlarını XIX əsrin ortalarına qədər idarə etmişdir.
Kolera
Vəba və ya xolera (lat. cholera) — Vibrio cholerae adlı bakteriyanın səbəb olduğu nazik bağırsağın infeksion xəstəliyidir. Bağırsaq infeksiyası, sərt və şiddətli ishal ilə müşahidə edilir. Bu xəstəlik üçün güclü zəhərlənmə, qusma, ishal, orqanizmin kəskin susuzlaşması və nazik bağırsağın zədələnməsi xarakterik cəhətlərdir. Vəba xəstəliyində ölüm halları yüksəkdir. Günəş işığı bu törədicilərə məhvedici təsir göstərir. Vibrion (vəba törədicisi) qaynadıldıqda, habelə xlorlu əhəng və xloramin məhlulunun təsirindən tez məhv olur. Xəstəlik, ümumiyyətlə, nəcis bulaşmış çirkli su ya da bu suyla yuyulmuş qidalar vasitəsilə yayılır. Buna görə kanalizasiya və ya su təmizləmə sistemlərindəki hər hansı bir səhv vəbanın qısa müddətdə geniş əraziyə yayılmasına yol aça bilər. Vəbanı asanlıqla müalicə etmək mümkündür, lakin müalicə edilməzsə, %50 nisbətində ölümlə nəticələnə bilər.
Mantra
Mantra (sanskr. मन्त्र) — əsasən sanskritcə olan dini heca və ya poeziyadır. İstifadəsi mantra ilə əlaqəli məktəb və fəlsəfəsinə görə dəyişiklik göstərir. Əsasən ruhani kanallar olaraq istifadə edilir, sözlər və yaranan titrəşmələrdən faydalanaraq şəxsin daha yüksək bir şüura çatmasına kömək edirlər. Digər məqsədləri dini mərasimlərdə bolluğa sahib olmaq, təhlükədən uzaq olmaq və ya düşmənləri uzaqlaşdırmaq üçündür. Mantralar Hindistanda Veda Hinduizmi ilə yaranıb və daha sonra Buddistlər, Siqhlər ve Caynistlər tərəfindən mənimsənilmişdir. == Etimologiya == Mantraların ümumi qəbul edilmiş bir tərifi vardır. Sanskritcə mantra- sözü (m. मन्त्रः, həm də n. मन्त्रं) man "düşünmək" (həm də manas "ağıl") və vasitə mənasındakı -tra şəkilçisindən yaranıb, hərfi mənası "fikir vasitəsi" olur.
Montsa
Montsa (it. Monza, Monscia, lat. Modicia, Modoetia, tar. alm. Montsch‎) — İtaliyanın Lombardiya regionunda şəhər. 122 000 əhalisi var. Montsa şəhəri Po çayının bir qolu olan Lambro Çayı üzərində Milano şəhərinin 15 km şimal-şimal-şərqində qurulmuşdur. Montsa Lombardiya regionunun üçüncü böyük şəhəridir və bu regionun bir altbölümü olan Brianzanın inzibati, sənaye və iqtisadi mərkəzidir. Montsada avtomobil yarışması və yan fəaliyyətlərindən başqa tekstil sənaye və çap sənaye də inkişaf etmişdir. == İdman == Montsa avtodromu — əfsanəvi avtomototrek, uzun müddətdir dünyada ən sürətli hesab edilmişdir; Formula-1 İtaliyanın Qran-prinin keçirildiyi yer.
Kontum
Kontum (vyet. Kon Tum) — Vyetnamın mərkəzi dağlıq hissəsində vilayət tabeliyində olan şəhər, Kontum vilayətinin inzibati mərkəzi. == Əhalisi == Şəhərin əhalisi 143,467 nəfərdir. Onlardan 41,990 nəfəri etnik azlıqlardır ki, bu da təxminən əhalinin 29,26%-ni təşkil edir.
Kontes
Kont(qraf), Avropada bir əsilzadə ünvanı. Kontun xanımına və ya kont mövqeyindəki qadına kontes deyilir. Böyük Britaniyadak; qarşılığı earldür. Hal hazırda, əsilzadəlik sıralamasında markizdən sonra, markizin olmadığı ölkələrdə hersoqdan sonra gəlir. Sözün etimologiyası Latin dilində comes (müşayətçi, nəzarətçi) sözündən gəlməkdədir. Roma İmperiyasında comeslər imperatorun müşayətçilərindən biri idi. Franklarda isə kontlar yerli komandir və hakimlər idilər. Kontlar zamanla feodal quruluşa daha cox integrasiya oldular və hersoqun müavini vəzifəsinə yüksəldilər. Flandriya, Tuluza ve Barselona kimi bəzı ölkə ve qraflıqlarda isə hersoq mövqeyinə bərabər hala gəldilər. Kralların feodal bəylər üzərindəki hakimiyyətlərini artırmağa çalışdıqları sonraki dövrlərdə hakimiyyətlər get-gedə mərkəzləşdi və kontlar siyasî güclərini itirdilər.
Sonora
Sonora (isp. Sonora), rəsmi adı ilə Sonora Azad və Suveren Ştatı (isp. Estado Libre y Soberano de Sonora) — Meksikanın ştatı. Ştat 72 inzibati vahiddən ibarətdir. Paytaxtı və ən böyük şəhəri Ermesilodur.
Pontia
Dağtərxunu (lat. Tanacetum) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Botaniki xarakteristikası == Lələkvarı yarpaqları növbəli, bəzən dilimlidir. Çiçəkləri səbət çiçək qrupunda yerləşir və ikicinsli çoxsaylı boruvarı çiçəklərdən ibarətdir. Toxumu beş tilli, meyvəsi toxumcadır. Şimal yarımkürəsinin qeyri-tropik ölkələrində 50-dən çox, Azərbaycanda isə 4 növü bitir. Yarpaq və çiçəklərində efir yağı, flavonoidlər, aşı maddəsi və alkaloidlər var. Tibdə bağırsaq qurdlarına qarşı işlədilir. Dağtərxunundan insektisid kimi istifadə olunan toz (ovuntu) alınır. Dağtərxunu qaramal üçün zəhərlidir.
Kobra
Kobra (XTD) — Azərbaycan Respublikası Daxili Qoşunların Xüsusi Təyinatlı Dəstəsi. Kobra (ilan) — sürünənlər fəsiləsinə aid heyvan. Kobra (film, 1986) — Silvestr Stallonenin baş rolda çəkildiyi filmlərindən biridir. Kobra (Mortal Kombat) — Mortal Kombat oyun seriyasının personajlarından biridir.
Konka
Konka — relslər üzərində at qüvvəsi ilə hərəkətə gətirilən nəqliyyat vasitəsi, at-dəmiryolu. == Ümumi məlumat == XIX əsrin axırlarında Bakıda sərnişin daşımaq üçün relslər üzərində at qüvvəsi ilə hərəkətə gətirilən nəqliyyat vasitəsindən, konkadan da istifadə olunurdu. Bakıda "At-dəmir yolu səhmdar cəmiyyəti"nə məxsus ilk konka 1889-cu ildə işə salınmışdı. Yolun vəziyyətindən və yükün ağırlığından fərqli olaraq konkaya bir, iki və daha çox at qoşulurdu. Atlar vaqonu dartqıya bağlanmış yan qayışları vasitəsilə çəkirdilər. Dayanacaqlarda konkanı saxlamaq ucun əl ilə idarə olunan tormozlayıcı mexanizmdən istifadə olunurdu. Hərəkət zamanı sürücü bir əli ilə atların cilovunu, digər əli ilə isə həmin mexanizmin dəstəyini tuturdu. 1920-ci ilə yaxın konkanın 14,4 km-lik yolu, 44 vaqonu var idi. Konka əsasən, Vağzal-Bayıl, Vağzal-Şamaxinka, Bayıl-Şamaxinka və Vağzal-Qaraşəhər istiqamətində işləyirdi. Butun istiqamətlərdən gediş-gəliş haqqı beş qəpik idi.
Kohtla-Yarve
Kohtla-Yarve (est. Kohtla-Järve) — Estoniyanın şimal-şərqində şəhəridir. Əhali sayına görə (37 965 min nəfər) Estoniyanın 5-ci böyük şəhəridir. Şəhər 8 ayrı-ayrı yerləşən rayonları özündə birləşdirir: Ahtmr (est. Ahtme), Yarve (est. Järve), Kukruse (est. Kukruse), Oru (est. Oru), Sompa (est. Sompa), Viivikonna (est. Viivikonna), Sirqala (est.
Kolera (dəqiqləşdirmə)
Kolera — Vibrio cholerae adlı bakteriyanın səbəb olduğu nazik bağırsağın infeksion xəstəliyi. Bağırsaq infeksiyası, sərt və şiddətli ishal ilə müşahidə edilən bir xəstəlik. Kolera (musiqiçi) — Türkiyəli rep musiqi sənətçisi.
Kolera (musiqiçi)
Esen Güler ya da daha çox tanınan səhnə adıyla Kolera (23 sentyabr 1983, İstanbul), Türkiyə repçisi. == Həyatı == İstanbulda anadan olub. Ata tərəfi Bolqarıstandan, anası tərəfi isə Bosniya və Herseqovinadandır. Turizm və Otelçilik fakültəsini bitirib. O, 2006-cı il avqustun 1-də həm də rep ifaçısı olan Saqopa Kajmerlə evlənib və 2017-ci il noyabrın 20-də boşanıblar.
Konpira məbədi
Kotohira məbədi (金刀比羅宮, Kotohira-qu) və ya Konpira məbədi – Yaponiyanın Kaqava prefekturasının Kotohira qəsəbəsinin Nakatado rayonunda yerləşən şintoist məbədi. Şintoizm ilahı olan Omononuşi-no-kamiyə və İmperator Sutokuya həsr olunmuşdur. == Tarixi == İmperator Sutoku Sanuki əyalətində sürgün zamanı öldüyü üçün məbəd XI əsrin əvvəllərində həmin əyalətdə tikilmiş və əvvəlcə buddizm-şintoizm ilahı olan Konpiraya həsr olunmuşdur. Bu ilahın mənşəyi Hindistanda Qanq çayının timsah tanrısı olan Kumbhira ilə əlaqədardır. Məbəd dənizə yaxın yerləşdiyi üçün Konpira balıqçıların və dənizçilərin qoruyucu ilahı hesab edilmiş, hətta yaxınlıqda yerləşən bir buddist məbədinin qoruyucu ilahı olmuşdur. 1868-ci ildə buddizm ilə şintoizmin ayrılmasından sonra Konpira şintoizm ilahlarından biri olan Omononuşi-no-kami olaraq yenidən identifikasiya edilmişdir. Omononuşi-no-kami VIII əsrə aid "Kociki" salnaməsində "dənizi işıqlandıran tanrı" kimi təsvir edilmişdir. Hər ilin 10 oktyabr tarixində məbəddə festival keçirilir. == Qalereya == == İstinadlar == == Ədəbiyyat == Kodansha Encyclopedia of Japan (ingiliscə). IV cild (J–Libe).
Kontak materialları
Kontakt materialları — elektrik dövrələrinin periodik olaraq qapanması və açılması üçün xidmət edirlər. Böyük cərəyan şiddətlərində və yüksək gərginlikdə dövrələrin qırılması üçün tətbiq edilən, qırıcı kontaktlar üçün materiallar, qapalı vəziyyətdə kontaktın keçid elektrik müqavimətində yüksək etibarlılığı təmin etməlidirlər. Qırıcı kontaktlar üçün kontakt materialları kimi, təmiz gec əriyən metallardan əlavə, müxtəlif ərintilər və metal-keramik kompozisiyalar tətbiq edilirlər. Ag – CdO sisteminin materialı kütləyə görə kadmium oksidi 12…20% təşkil etdikdə böyük tətbiqə malikdir. Belə material gümüş-kadmium ərintisinin oksidləşdirici atmosferdə qızması zamanı alınır. Böyük güclü qurğularda qırıcı kontaktlar üçün gümüşün Ag, Co, Ni, Cr, W, Mo və Ta ilə; misin Cu-un W və Mo ilə; qızılın Au-un W və Mo ilə kompozisiyalarını tətbiq edirlər. Sürüşkən kontaktlarıüçün materiallar sürtülməyə qarşı yüksək davamlılığa malik olmalıdırlar. Bu məqsəd üçün soyuqdartılan (bərk) misi, beriliumlu tuncu tətbiq edirlər, həmçinin Ag – CdO sistemli materialı.
Kontrol sistemi
Nəzarət sistemi — İdarəetmə sistemi birbaşa və ya dolayı yolla digər cihazların və ya sistemlərin davranışını idarə edən, idarə edən cihaz və ya cihazlar qrupudur. Sənaye məhsulları üçün sənaye nəzarət sistemi istifadə olunur. Nəzarət sistemi variasiya və birləşməyə görə əsas qrupa bölünür: məntiqi və ya ardıcıl idarəetmələr və ya Əlaqə və ya xətti idarəetmələr. Xətti idarəetmə proqramlarından istifadə edərək məntiqin strukturunu sadələşdirən qeyri-səlis məntiq də var. Bəzi qurğular və ya sistemlər mahiyyətcə (təbiətinə görə) idarəolunmazdır. == Nümayişi == "İdarəetmə sistemi" təhlükəsizlik maneələri mövcud olduğu müddətcə, məsələn, hidravlik presdə hərəkət etməsinə (açılmağa/bağlanmağa) mane olan məntiqi idarəetmədən başqa, əl ilə açılan və ya bağlanan idarələrə də tətbiq oluna bilər. Avtomatik kaskad idarəetmə sistemi müəyyən bir işi yerinə yetirmək üçün müvafiq ardıcıllıqla bir sıra mexaniki aktuatorları işə salır. Müxtəlif elektrik və pnevmatik çeviricilər, məsələn, karton qutunu qatlaya və yapışdıra, məhsulu içəriyə qoya və sonra avtomatik qablaşdırma maşını ilə qablaşdıra bilər. Belə işlərin görülməsi üçün proqramlaşdırıla bilən məntiqi nəzarətçilərdən (PLC) istifadə olunur. Ancaq bunlar başqa texnologiyalardır.