Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Cəndəhar
Cəndəhar — Azərbaycan Respublikasının Siyəzən rayonunun inzibati ərazi vahidində kənd. Əhalisinin sayı 69 nəfərdir. 2014-cü ildə iyirmi səkkiz min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Siyəzən-Böyük Həmyə-Balaca Həmyə-Çəndəhar avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Siyəzən Rayon İcra Hakimiyyətinə ilkin olaraq 3,0 (üç) milyon manat ayrılmışdır.
Qəndəhar
Qəndəhar ( puşt. کندهار kand̪ahɑr - Qəndəhar , dəri قندهار / qandahɒːɾ / və q.yun. Ἀλεξάνδρεια Ἀραχωσίας q.yun. Ἀλεξάνδρεια Ἀραχωσίας Ἀλεξάνδρεια Ἀραχωσίας - Alexandria Araxozias) - Əfqanıstanın cənubunda bir şəhər. Ölkənin ikinci ən böyük şəhəridir. Şəhər eramızdan əvvəl 330-cu ildə Makedoniyalı İskəndərin yürüşləri zamanı Araxoziya adı altında qurulmuşdur . Şəhərin yerli əhalisi əsasən müasir puştunların əcdadları idi. I əsrə qədər yunan yazıçısı İsidore Xarakskiy tərəfindən bura yunan şəhəri kimi təsvir edilir. 18-ci əsrdə Qəndəhar, Əfşarilər sülaləsindən olan İran şahı Nadir tərəfindən tutularaq məhv edildi. Yaxınlıqda Nadir şah yeni bir şəhər - Nadirabad qurdu .
Qəndəhar vilayəti
Qəndəhar vilayəti (puşt. کندھار; fars. قندهار‎) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. Qəndəharda hakimiyyətini Mir Mahmud Hotaki 1717-ci ilde qurdu. Vilayətin sahəsi 54.022 km², 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən əhalisi 1080.3 min nəfər, inzibati mərkəzi Qəndəhar şəhəridir. Əhalinin 51%-ini qadınlar, 49%-ini kişilər təşkil edir. Vilayətdə şəhərləşmə 32%-dir, kənd əhalisi isə 68%-ə bərabərdir. Əhalisini əsasən puştunlar, həmçinin az sayda bəluclar, həzaralar, taciklər və digər xalqların nümayəndələri təşkil edir. 2006-cı ilə olan məlumata əsasən: Vilayət əhalisinin, həmçinin vilayətdəki bütün kənd əhalisinin 98%-i (959.1 min) puştunlardan ibarətdir. Vilayətdəki ən böyük tayfaları Barakzay, Popalzay, Alkozay, Nurzay və Əlizay tayfalarıdır.
Moğolların Qəndəhar mühasirələri
Moğolların Qəndəhar mühasirələri — Səfəvi−Moğol müharibəsi (1649-1653) zamanı moğol qüvvələri 3 dəfə Qəndəharı mühasirəyə almışdır. 3 mühasirədə moğollar üçün uğursuzluqla nəticələnmiş və Səfəvi ordusu qalib gəlmişdir.Beləliklə, moğolların Qəndəharı ələ keçirmə istəkləri baş tutmamışdır. XVII əsrin ortalarında Səfəvi imperiyası ilə Moğol imperiyası arasında ərazi münaqişələri meydana çıxdı. Bu münaqişələrin meydana çıxdığı ərazilər müasir Əfqanıstan ərazilərini təşkil etməkdədir. Kabul və Qəndəhara nəzarət edən dövlətin bütün regiona nəzarət etdiyi hesab edilirdi. 1630-cu illərdə Qəndəhar şəhərini idarə edirdisə, moğollar da Kabil şəhərini idarə edirdilər. Münaqişəyə yol açan əsas dəyişiklik isə 1638-ci ildə baş verdi. Beləki, Səfəvlərin Qəndəhardakı hakimi Əli Mərdan xan öz dövlətinə xəyanət edərək moğollara sığındı və şəhərin idarəetməsini onlara verdi. Bundan sonra iki imperiya arasında münasibətlər pozuldu. This event provoked further tensions between the two empires.
Səfəvi imperiyasının Qəndəhar hakimlərinin siyahısı
Səfəvi imperiyasının Qəndəhar hakimlərinin siyahısı — Qəndəhar mühüm ticarət yollarının kəsişməsində yerləşirdi. Bu şəhərə sahib olan dövlət Hindistana gedən ticarət yollarından gələn böyük vergilərə də sahiblik edəcəkdi. Səfəvi imperiyası bu şəhəri ilk dəfə 1537-ci ildə I Təhmasibin dövründə ələ keçirdi, lakin növbəti əks-hücuma keçən Böyük Moğol imperiyası şəhəri geri qaytara bildi. Lakin Böyük Moğol imperiyası hökmdarı Hümayun hakimiyyətdən devrildikdən sonra şah I Təhmasibdən yardım istədi və Cənubi Azərbaycanın Sultaniyyə şəhərində baş tutmuş görüşdə razılığa gəlindi ki, taxta geri dönməsinə ediləcək hərbi yardımdan sonra Hümayun bunun qarşılığında şiəliyə keçəcək və Qəndəharı I Təhmasibin oğlu Murad Mirzənin xeyrinə güzəştə gedəcəkdi. Belə də oldu, lakin Murad Mirzənin qısa müddət sonra ölümü ilə bu şəhər iki imperiya arasında mübahisə mənbəyinə çevrildi. 1545-ci ildə Osmanlı ilə Səfəvi imperiyası arasında olan müharibədən istifadə edən moğollar şəhəri ələ keçirirlər, Təhmasib özünün şəhər üzərinə ilk yürüşünü 1558-ci ildə — Hümayunun ölümündən sonra — həyata keçirdi və şəhəri geri qaytardı. 1590-cı illərdə Səfəvi imperiyasının pis vəziyyətindən yararlanan moğollar şəhəri yenidən ələ keçirdilər, 1620-ci illərin əvvəllərində isə Səfəvilər şəhəri yenidən geri qaytardılar. Bundan əvvəl isə, Şah I Abbas Qəndəharı mühasirəyə almış, lakin uğursuz olmuşdu. 1622-ci ildə yenidən Səfəvi imperiyası hakimiyyəti altına qayıdan şəhər 1638–ci ildə yenidən əl dəyişdirdi və bu hal 1649-cu ilə qədər davam etdi. Bu ildə II Abbas şəhəri uğurlu yürüşlə geri qaytardı və onun şəhərə yerləşdirdiyi qarnizon uğurla moğolların 3 mühasirəsini dəf etməyi bacardı.