Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ağababa
Ağababa — ad.
Ağbaba
Ağbaba mahalı — Qərbi Azərbaycan ərazisində mahal. Ağbaba — Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonunda kənd. Ağbaba dağı — Qars vilayətinin Qars qəzasında, Ağbaba — Şörəyöl bölgəsində, indi Qızılqoç (Qukasyan) rayonu ərazisində dağ. Ağbaba — Kəlbəcər rayonunun şərq hissəsində, Qarabağ silsiləsində dağ.
Ağababa (Buyin)
Ağababa — İranın Qəzvin ostanında kənd.. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Buyin bölgəsinin Dəştabi kəndistanında, Buyin qəsəbəsindən 39 km şimal-qərbdədir.
Ağababa (Qəzvin)
Ağababa — İranın Qəzvin ostanında kənd.. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Ziyaabad bölgəsinin Qaqazan kəndistanında, Qəzvin -Rəşt avtomobil yolunun başlanğıcındadır.
Ağababa (dağ)
Ağababa, Ağbaba — Azərbaycan Respublikası Kəlbəcər rayonu ərazisində, Qarabağ silsiləsində dağ. Ağababa dağının hündürlüyü 2367 metrdir. Subalp çəmənliyi var. Ağababa/Ağbaba dağı Kəlbəcər rayonunun Şərq hissəsində, Qarabağ silsiləsində dağ. Hündürlüyü 2367 m. Türkcə akbaba "qartal" deməkdir. Oronim "qartal dağı, qartallı dağ" mənasını ifadə edir. Dağda Ağbaba piri var. Qərbi Azərbaycanın Amasiya rayonunda böyük bir ərazi də Ağbaba adlanır.
Ağababa (dəqiqləşdirmə)
Toponimlər
Ağababa Abasov
Ağababa Abbasov
Ağababa Abdullayev
Ağababa İman oğlu Abdullayev — Azərbaycan dövlət xadimi, Azərbaycanın yerli sənaye naziri (1989–1991), Naxçıvan MSSR Nazirlər Soveti sədrinin birinci müavini (1988–1989). == Həyatı == Ağababa İman oğlu Abdullayev 1946-cı ildə anadan olmuşdur. Əmək fəaliyyətinə "Arpaçaysutikinti" trestinin 1 nömrəli tikinti-quraşdırma idarəsində iş icraçısı kimi başlamışdır. Sonra Sənaye Tikintisi Nazirliyinin 5 nömrəli trestində, dəmir-beton trestində müxtəlif mühəndis-texnik vəzifələrində işləmiş, Naxçıvan tikinti materialları kominatının direktoru, Azərbaycan SSR Tikinti Nazirliyi 5 nömrəli trestinin müdiri olmuşdur. Ağababa Abdullayev 1988-ci ildən Naxçıvan MSSR Nazirlər Soveti sədrinin birinci müavini, 1989-cu ildən isə Azərbaycan SSR yerli sənaye naziri işləmişdir. Ağababa Abdullayev "Şərəf nişanı" ordeni ilə təltif edilmişdir. Azərbaycan Kommunist Partiyası Naxçıvan Vilayət Komitəsi bürosu üzvlüyünə namizəd olmuşdur.
Ağababa Bünyadzadə
Ağababa Bünyadzadə (19 iyul 1915, Kürdəxanı, Bakı – 17 dekabr 1974, Bakı) — Azərbaycan opera müğənnisi (bariton), Azərbaycan SSR xalq artisti (1955). == Həyatı == Ağababa Bünyadzadə Bakıda doğulub. 23 yaşında Azərbaycan Dövlət Opera və Balet Teatrının xor heyətinə işə götürülüb. 1938–1939-cu illərdə Moskvadakı Qnesinlər adına Musiqi Məktəbinin vokal şöbəsində təhsil alıb. Oradan qayıdaraq opera teatrının truppasına qəbul olunub. Eyni zamanda sənət ocağının nəzdindəki studiyada həm oxu tərzini təkmilləşdirib, həm də aktyorluq sənətinin xüsusiyyətlərini mənimsəyib. Ağababa Bünyadzadə yeniyetmə yaşlarından bədii özfəaliyyətdə müğənni kimi çıxış etməklə yanaşı, dram dərnəyində aktyor olub. Üzeyir bəy Hacıbəyovun qəhrəmanları Əsgərin (Arşın mal alan) və Sərvərin (O olmasın, bu olsun) ariyalarını oxuyub, klassik dünya operalarına maraq göstərib. Ağababa Bünyadzadənin bəstəkarlardan Üzeyir bəy Hacıbəyovun "Leyli və Məcnun" (Nofəl), "Koroğlu" (Həsənxan və Alı), Reynqold Qlierin "Şahsənəm" (Xan), Fromonotal Jak Qalevinin "Kardinal qızı" (Rudjiero), Müslüm bəy Maqomayevin "Şah İsmayıl" (Aslan şah), Niyazinin "Xosrov və Şirin" (Şapur), Qara Qarayev və Cövdət Hacıyevin "Vətən" (Mərdan), Zaxari Paliaşvilinin "Daisi" (kiazo), Coakkino Rossininin "Sevilya bərbəri" (Fiqaro. Librettonun tərcüməçiləri Məmməd Səid Ordubadi və Əfrasiyab Bədəlbəylidir), Jorj Bizenin "Karmen" (Eskamilyo.
Ağababa Mikayılov
Ağababa Cəbrayıl oğlu Mikayılov (25 aprel 1918, Salyan – 5 aprel 1992, Bakı) — Azərbaycan-sovet hüquqşünası və müharibə veteranı; Naxçıvan Ali Məhkəməsinin sədr müavini (1950–1951), Azərbaycan SSR Ali Məhkəməsinin hakimi (1952–1980). == Həyatı == Ağababa Mikayılov 25 aprel 1918-ci ildə Salyan qəzasının Xol Qarabucaq (indi Neftçala rayonuna daxildir) kəndində anadan olmuşdur. Böyük Vətən Müharibəsinə yollanmamışdan öncə, məktəbdə müəllim və direktor müavini vəzifələrində çalışmış. 1942–1945-ci il tarixlərində Böyük Vətən Müharibəsinin fəal iştirakçılarından olaraq, Berlinə ilk girən döyüşçülərdən olub. Müharibə zamanı kapitan rütbəsi ilə batalyon komandiri vəzifəsinədək yüksəlmişdir. Çexiya, Macarıstan, Sloveniyanın azad olmasında böyük sücaətlər göstərmişdir. Buna görə də üç dəfə "Qırmızı Ulduz" ordeni, 1-ci dərəcəli "Vətən müharibəsi" ordeni və bir çox medallarla təltif edilmişdir. Müharibə dövrü bitəndən sonra Kirov adına Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) hüquq fakültəsinə daxil olmuş və həmin universiteti 1950-ci ildə fərqlənmə diplomu ilə bitirmişdir. Ağababa Mikayılov 1950 – 1951-ci illərdə ASSR Ədliyyə Nazirliyində Baş revizor vəzifəsində çalışmış, 1951–1952-ci illərdə isə Naxçıvan Ali Məhkəməsinin Sədr müavini vəzifəsində çalışmışdır. A. Mikayılov 1952-ci ildən etibarən Azərbaycan SSR Ali Məhkəməsinin hakimi seçilmişdir və 1952-ci ildən 1980-ci ilədək fasiləsiz olaraq 28 il Azərbaycan SSR Ali Məhkəməsinin hakimi vəzifəsində işləmiş.
Ağababa Rzayev
Ağababa Rzayev (jurnalist)
Ağababa Sadıqov
Ağababa Sadıqov (azərb. Sadıqov Ağababa Hacıbaba oğlu‎; d. 1875, Şamaxı – 1905, Rusiya) — poruçik, Port Artur müharibəsi iştirakçısı, qəhrəman döyüşçü. == Həyatı == Ağababa Sadıqov 1875-ci ildə Şamaxının Ərdəbilli məhəlləsində ziyalı ailəsində anadan olub. Atası Hacıbabanın Peterburq və Moskvada ipək dükanı varmış. 1903-cü ilin əvvəllərində igid poruçik Ağababa Peterburqdakı Mixaylov topçuluq məktəbini bitirib. 1905-ci ilin əvvəllərində igid poruçik Ağababa Sadıqovun həlak olması haqqında qara kağız da alınıb. Tədqiqatçı Şəmistan Nəzirli "General Əli ağa Şixlinski və silahdaşlari" kitabında yazır: "Aleksandr Stepanovun "Port-Artur", P.Larenkonun "Port-Arturun əzablı günləri" və Trofim Borisovun "Portarturçular" romanlarında bir azərbaycanlı soyadına da rast gəlinir – poruçik Sadıqov. Bu əsərlərdə poruçik Sadıqovun əzablı döyüş yolu yazıçılar tərəfindən maraqla izlənilir. Hətta P.Larenkonun 1906-cı ildə Peterburqda nəşr olunmuş "Port-Arturun əzablı günləri" (II cild) sənədli əsərində yaralanmış poruçik Sadıqovun hospitalda müalicə olunduğu vaxtda iki dəfə fotoşəkli də dərc olunub.
Ağababa Yusifzadə
Ağababa Əsgər oğlu Yusifzadə (1886, Quba – 1937) — "Kommunist qəzeti"nin ikinci rəsmi redaktoru olmuşdur (1920-ci il avqustun 20-dən 1921-ci il martın 29-a kimi). Klara Yusifzadənin atası. == Həyatı == Ağababa Əsgər oğlu Yusifzadə 1886-cı ildə (bəzi sənədlərə görə 1890-cı ildə) Quba şəhərində anadan olmuşdu. İbtidai təhsilini molla məktəbində almışdı. O, 1911-1916-cı illərdə Şamaxı və Quba qəzalarında müəllim işləmiş azərbaycanlı qadınlardan ibarət ilk sosial-demokrat dərnəyinin təşəbbüskarı və təşkilatçısı olmuşdur. A.Yusifzadə Alyoşa Caparidze ilə birlikdə Bakı bolşevik təşkilatından Rusiya Sosial-Demokrat Fəhlə (bolşevik) Partiyasının 1917-ci il avqustun 8-də Petroqradda keçirilən qurultayına nümayəndə seçilmişdir. Azərbaycanda Sovet Hakimiyyəti illərində Ağababa Yusifzadə Bakı qəzası inqilab komitəsinin sədri, Bakı və Şamaxı qəzalarında banditizmə və əksinqilaba qarşı fövqəladə komissar, "Kommunist" qəzetinin redaktoru (1920-ci il avqustun 20-dən 1921-ci il martın 29-a kimi), Naxçıvan MSSR Ali Məhkəməsinin sədri və digər vəzifələrdə çalışmışdır. 22 avqust 1920 ildən etibarən "AzərMərkəziÇapedilmə" komissiyanin sədri olub. O, təkcə “Kommunist” qəzetinin əməkdaşları və müxbirlərinin deyil, həm də Azərbaycanın bütöv bir nəsil jurnalist kadrlarının tərbiyə edilməsi və hazırlanmasında böyük rol oynamışdır. O, eyni zamanda jurnalistika və stenoqrafiya kurslarının da direktoru idi.
Ağababa Zühuri
Ağababa Məşədi Abdulla oğlu Zühuri (d. 6 yanvar 1849; Şamaxı, Şamaxı uyezdi, Bakı quberniyası, Rus imperiyası - ö. 1910; Bakı, Bakı quberniyası, Rus imperiyası) — XIX əsrdə yaşamış Azərbaycan şairi, dönəmin məşhur ədəbi cəmiyyəti olan Beytüs-səfanın üzvü. == Həyatı == 6 yanvar 1849-cu ildə Şamaxı şəhərində tacir Məşhədu Abdülün ailəsində dünyaya gəlmişdir. Təhsilini Şamaxı şəhərində tamamlayan Ağababa, ərəb və fars dillərini öyrənmiş, xüsusilə fars ədəbiyyatını dərindən bilmişdir. O, məşhur ədəbi cəmiyyəti olan Beytüs-səfanın üzvü olmuşdur. 1892-ci ildə Bakı şəhərinə köçmüş və orada iki il müəllim kimi işləmişdir. 1910-cu ildə Bakı şəhərində vəfat etmişdir. Öldüyü zaman divanını bitirmiş olsa da, divan çap edilmədiyi üçün zamanla itmişdir. Firudin bəy Köçərli onun barədə bunları yazmışdır: Mərhum Zühuri həmçinin "Beytüs-Səfa" calislərindən ziyadə üftadə və batəvazö bir şəxs imiş.
Ağababa dağı
Ağababa, Ağbaba — Azərbaycan Respublikası Kəlbəcər rayonu ərazisində, Qarabağ silsiləsində dağ. Ağababa dağının hündürlüyü 2367 metrdir. Subalp çəmənliyi var. Ağababa/Ağbaba dağı Kəlbəcər rayonunun Şərq hissəsində, Qarabağ silsiləsində dağ. Hündürlüyü 2367 m. Türkcə akbaba "qartal" deməkdir. Oronim "qartal dağı, qartallı dağ" mənasını ifadə edir. Dağda Ağbaba piri var. Qərbi Azərbaycanın Amasiya rayonunda böyük bir ərazi də Ağbaba adlanır.
Larayba Seybou
Larayba Seybou (6 dekabr 2000) — Beninli üzgüçü. Larayba Seybou Benini 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Larayba Seybou birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 33.01 saniyəlik nəticəsi ilə 77-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Düzkənd (Ağbaba)
Düzkənd (1991-ci ildən Alvar) — Ermənistanın Şirak mərzinin Amasiya bələdiyyəsində yerləşən kənd. Tarixən Qars vilayətinin Qars qəzasına, 1930–1995-ci illərdə isə Amasiya rayonuna tabe olmuşdur. == Tarixi == Rayon mərkəzindən 13 km şimalda, Arpaçayın sağ sahilində yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Amasiya rayonunda tarixən Düzkənd adında iki kənd olmuşdur: Böyük Düzkənd, Kiçik Düzkənd. XIX əsrin əvəllərində Böyük Düzkənd və Kiçik Düzkənd kəndləri birləşdirilərək Düzkənd kəndi kimi rəsmiləşdirilmişdir. == Toponimi == Toponim Azərbaycan dilində "düzən, çöl, düzənlik", "eniş, yoxuşu, çuxuru olmayan yer" mənasında işlənən düz sözü ilə qədim türk dilində "yaşayış yeri, şəhər" mənasında işlənən kənd sözünün birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. Ermənistan prezidentinin 19aprel 1991-ci il fərmanı ilə adı dəyişdirilib "Alvar" qoyulmuşdur. == Əhalisi == Kəndin köklü sakinləri azərbaycanlılar olmuşdur.
Güllübulaq (Ağbaba)
Güllübulaq — Ermənistanın Şirak mərzinin Amasiya bələdiyyəsində yerləşən kənd. == Tarixi == Güllübulaq kəndi 1988-ci ilə qədər, XIX əsrin sonlarında Qars əyalətinin Qars dairəsində Qərbi Azərbaycanın Amasiya rayonunun kəndi olmuşdur. 1988-ci ilə qədər bu kənddə azərbaycanlılar yaşamışdır. 1988-ci ildən sonra Güllübulaq kəndidə dağıdılmışdır və erməniləşdirilmişdir. Hazırda Ermənistanda mövcud olan kənddir. Güllübulaq — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Qızılqoç (Qukasyan) rayonunda kənd. Rayon mərkəzindən 4 km məsafədə yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə qeyd edilmişdir. == Toponimi == Toponim "güllü, çiçəkli" mənasında işlənən güllü sözü ilə bulaq sözünün birləşməsindən əmələ gəlib "güllü, çiçəkli bulaq yanında olan kənd" anlamını bildirir. Hidrotoponimdir.
Kefli (Ağbaba)
Kefli — İrəvan quberniyasının Aleksandropol qəzasında, sonra Basar-Keçər rayonunda. indiki Qızılqoç (Qukasyan) rayonunda kənd. == Tarixi == 1937-ci ilə qədər Ağbaba rayonunun tabeliyində olmuşdur. Rayon mərkəzindən 24 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Ermənistan SSR Ali Ssoveti Rəyasət Heyətinin 25. I.1978-ci il fərmanı ilə adı dəyişdirilərək Kakavasar qoyulmuşdur. İkinci Qoşabulaq və Qırxbulaq da adlanmışdır. 1978-ci ildə kənd ermənicə Kanasavar adlandırılmışdır. Əsli Kavlı.
Korbulaq (Ağbaba)
Korbulaq — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki. Qızılqoç (Qukasyan) rayonunda kənd. == Tarixi == Erməni dilinə kalka edilərək Korağbyur (Korbulaq) formasında mənbələrdə işlədilmişdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 12. XI.1946-cı il fərmanı ilə adı dəyişdirilib Saxkaşen, 21. X.1967-ci il fərmanı ilə yenidən dəyişdirilərək Tsizavet qoyulmuşdur. == Toponimi == Toponim Azərbaycan dilində "gözü görünməyən, suyun çıxdığı yer görünməyən", "yarıda quruyan", "yerin səthinə başqa yerdən çıxan" mənasında işlənən kor sözü ilə bulaq sözündən əmələ gəlmişdir. Kəndin adı ərazidəki eyni adlı bulağın adından götürülmüşdür. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Qarabulaq (Ağbaba)
Qarabulaq — Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonunda kənd. Arpagölün qərbində, rayon mərkəzindən 33 km şimal-qərbdə yerləşirdi. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kənd 1728-ci ildən mə'lumdur . 1988-ci ildə kəndin əhalisi Azərbaycana qovulmuşdur. Digər adı Ağbaba 1728-ci ilə aid mənbədə İrəvan əyalətinin Sürməli nahiyəsində adı çəkilir Toponim «keyfiyyətsiz, içməyə yararlı olmayan» mənasını verən qara sözü ilə bulaq hidroterminindən əmələ gəlmişdir. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Şaqik qoyulmuşdur. Kənddə 1886-cı ildə 185 nəfər, 1905-ci ildə 295 nəfər, 1908-ci ildə 352 nəfər, 1914 - cü ildə 382 nəfər azərbaycanlı yaşamışdır.
Qazançı (Ağbaba)
Qazançı - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Qızılqoç (Qukasyan) rayonunda kənd. Erməni mənbələrində, Azərbaycan tədqiqatlarında Qayı Qulu Qazançı kimi də qeyd edilir. Rayon mərkəzindən 5 km məsafədə yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim türk mənşəli bulqar tayfasından biri olan qazan etnoniminə -çı mənsubluq bildirən şəkilçinin artırılmasından əmələ gələn qazançı etnonimindən düzəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.
Sultanabad (Ağbaba)
Sultanabad (Paxakn)—Qərbi Azərbaycanın Ağbaba mahalının Amasiya rayonunda bir kənd. Hal-hazırda Ermənistanın Şirak mərzinə daxil olan keçmiş Təpəkənd, indiki Berdaşen kəndi ilə birgə kənd inzibati vahidinə daxildir. Sultanabad Rayon mərkəzindən 20 km şimal-qərbdə, Arpagölün yaxınlığında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Sultanabad toponimi iki sözün − şəxs adı bildirən Sultan və «müntəzəm çoxlu tikintisi, yaşayış üçün hər cür şəraiti olan; şen» mənasında işlənən abad sözünün birləşməsindən əmələ gəlmiş antropotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 12.XI.1935-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilib Şurabad (Sovetabad mənasında) qoyulmuşdur. 1991-ci ildən sonra adı Paxakn olaraq dəyişdirilmiş, 2000-ci illərdə yaradılan Şirak mərzinə daxil edilmiş, keçmiş Təpəkənd, indiki Berdaşen kəndi ilə bir kənd inzibati vahidinə daxil edilib. Kəndin sakinləri azərbaycanlılar olmuşdur.
Ağbaba (Qars)
Ağbaba — Türkiyənin Qars vilayətinin Mərkəz rayonunda kənd. Əhalisi 558 nəfərdir (2022).
Aqaba
Akaba və ya əl-Aqəba (ərəb. العَقبة‎) - İordaniyanın cənubunda, Aqaba körfəzində yerləşən liman-şəhər. Əhalisi təxinən 70.000 nəfərdir.