Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Layzan
Layzan – Tarixi Azərbaycan ərazisində olmuş vilayət. Şirvanşahlar dövlətinin tərkibinə daxil olmuşdur. == Tarixi == V.F.Minorskinin fikrincə, Layzan vilayəti Girdimançayın yuxarı axarındakı müasir Lahıc vadisində yerləşirdi. O, erkən orta əsrlərdə Sasanilərin vassal məlikliklərindən biri, – X-XI əsrlərdə isə Şirvanın tərkibində idi. Əl-Məsudinin və "Tarix-i əl-Bab"ın verdiyi məlumata görə Layzan vilayəti X əsrin əvvəlində Layzanşahın əcdadından irs qalmış mülkü idi. O, h.305 (917)-ci ildə Şirvanı tutdu, öz qohumlarını öldürərək, Şirvanşah titulunu da qəbul etdi. Layzan məlikliyinin inzibati mərkəzi Lahıc idi. Beləliklə, V.F.Minorskiyə görə, Layzan vilayəti müasir İsmayıllı rayonundakı Lahıc şəhəri və ətraf kəndlərin və Layzan məlikliyi dairəsinə daxil olan bölgələrin (Məlhəm, Qonaqkənd, Zarat və s.) ərazisinə müvafiqdir. Lahıcın əhalisi İrandan, Gilanın Lahican vilayətindən gəlmə olub, ehtimal ki, VI əsrdə Sasani hökmdarı I Xosrov Ənuşirəvan tərəfindən Sasanilər dövlətinin şimal sərhəd əyalətlərinə köçürülmüşlər. Lahıc adlı yaşayış məntəqələri hal-hazırda Zaqatala, Göygöl rayonlarında Abşeronda (Ləhəş kəndi – təhrif olunmuş Lahıc) da vardır.
Tarzən
Tarzən — Tar ifaçısı olan şəxs.
Qоca tarzən
Qоca tarzən — 1922-ci ildəazərbaycanlı yazıçı və dramaturq Əbdürrəhim bəy Haqverdiyev tərəfindən yazılmış hekayə. == Əsərin təhlili == Ədəbiyyatşünas Kamran Məmmədovun sözlərinə görə, "Qоca tarzən" hekayəsinin qəhrəmanı olan tarzən Cavad, Haqverdiyev tərəfindən yazılmış başqa bir hekayə qəhrəmanı “Mirzə Səfərin” xarakterini xatırladır. O da yaltaqlığın nə olduğunu bilmir. Tarzən Cavad, sənətinin ölməyəcəyini və gənc nəslin simasında qayıdacağını görəndən sonra sevinir. Ədəbiyyatşünas Ə.Məmmədovun sözlərinə görə, Haqverdiyevin "Qоca tarzən" və C.Məmmədquluzadənin "Kəmança" hekayəsi azərbaycanlı yazıçılarının musiqiyə olan sevgisi haqqında rəvayət edir. == İstinadlar == == Ədəbiyyat == Kamran Məmmədov. Əbdürrəhimbəy Haqverdiyev. Seçilmiş əsərləri. I. Bakı: Lider. Əziz Güləliyеv (redaktor).
Tarzən Bəylər
Tarzən Bəylər (XIX əsrin əvvəli—?) — el sənətkarı, xalq musiqiçisi. == Həyatı == Onun həyatı və sənəti haqqında məlumat çox azdır. XIX yüzilliyin başlanğıcında Qarabağın Xankəndi şəhərində doğulub və əsrin sonlarında vəfat edib. 10 il Tehran şəhərində təlim almışdır. Bu səbəbdən farsca yaxşı bilirdi. Musiqi elminə kamil yiyələnmişdir. Sonra Bakı şəhərinə gəlib və ömrünün çox hissəsi bu şəhərdə keçib. Deyilənlərə görə evi Böyük Qala küçəsində idi. 1880-cı ildə Bəylər Kutaisiyə köçür. İki il Bakıdakı dost tanışları ondan xəbər tutmurlar.
Adil Bağırov (tarzən)
Adil Kamil oğlu Bağırov (13 may 1937, Bakı) — görkəmli tarzən, Azərbaycan Respublikasının xalq artisti (2006), Ə. Dadaşov adına "Xatirə" xalq çalğı alətləri ansamblının rəhbəri (1976-cı ildən). == Həyatı == Bağırov Adil Kamil oğlu 1937-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycanın xalq artisti (2006). Azərbaycan Dövlət Musiqi Məktəbində tar ixtisası üzrə təhsil almış, müəllimləri Mirzə Mansur Mansurov, Səid Rüstəmov olmuşdur. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsilini davam etdirmişdir. 1964-cü ildən S. Rüstəmov adına xalq çalğı alətləri orkestrinin solistidir. Həmin ildən Əhsən Dadaşovun rəhbərlik etdiyi xalq çalğı alətləri ansamblının üzvü, 1976-cı ildən Ə. Dadaşov adına "Xatirə" xalq çalğı alətləri ansamblının rəhbəridir. Ansamblla birgə respublikanın mədəni həyatında yaxından iştirak edir. Bir çox xarici ölkələrdə qastrol səfərlərində olmuşdur. Solist tarzən kimi və muğam üçlüyündə də fəaliyyət göstərir.
Hacı Məmmədov (tarzən)
Hacı Məmməd oğlu Məmmədov (28 aprel 1920, Şamaxı – 2 avqust 1981, Bakı) — Azərbaycan tarzəni, Azərbaycan SSR xalq artisti (1963), Azərbaycan Tibb İnstitutunun müəllimi. == Həyatı == Hacı Məmmədov 1920-ci il aprelin 28-də Şamaxı şəhərində anadan olmuşdur. 1943–1948-ci illərdə Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil almışdır. 1949-cu ildən 1970-ci ilə qədər həkim-cərrah kimi fəaliyyət göstərmişdir. 1930–1948-ci illərdə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrində işləmiş, 1949-cu ildən Azərbaycan Dövlət Filarmoniyasının solisti olmuşdur.Hacı Məmmədov rus və Qərbi Avropa müəlliflərinin klassik əsərlərinin tarda ilk ifaçısı olub. Bülbül, Seyid Şuşinski, Zülfü Adıgözəlov kimi müğənniləri müşayiət etmiş, Belçika, Polşa, Macarıstan, İran, Suriya, Əlcəzair və digər ölkələrdə qastrol səfərlərində olmuşdur.Hacı Məmmədov 1981-ci il avqustun 2-də Bakıda vəfat etmişdir. == Mükafatları == "Azərbaycan SSR xalq artisti" fəxri adı — 18 may 1963 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 25 sentyabr 1954 "Şərəf nişanı" ordeni — 9 iyun 1959 Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı — 25 aprel 1980 == İstinadlar == == Ədəbiyyat == Həsənova, Şəhla. Hacı Məmmədov. Bakı: Şərq-Qərb. 2017.
Kayzen
Kayzen — yapon sözü olub mənası "yaxşılığa doğru dəyişmək", "inkişaf etmək" deməkdir.“Kaizen: The Key to Japan’s Competitive Success” kitabından sonra populyarlaşan və istehsalda geniş tətbiq edilməyə başlayan kayzen, keyfiyyət menecment sistemidir. Əsasən sənayedə (xüsusilə Toyota şirkətində) tətbiq olunsa da, kayzen gündəlik həyatda da istifadə olunur. Sözün düzgün yazılış forması "kaizen"dir. Lakin dilə yatımlılığına görə kayzen şəklində tələffüz edilir.
Məzahir Məmmədov (tarzən)
Məzahir Məmmədov (10 may 1948, Salyan, Salyan rayonu) — Azərbaycanın Salyan rayonunda və eyni zamanda cənub zonasında tanınmış tar ifaçılarındandır. == Həyatı == Məzahir Məmmədov 1948-ci il may ayının 10-da Salyan şəhərində musiqiçi ailəsində anadan olub. Atası mahir zurna ifaçısı Mənəf Məmmədov məşhur "Cəngi" ansamblının yaradıcısı olub və uzun illər ona rəhbərlik edib. Ailələrinin bütün üzvləri – 8 qardaşın hər biri musiqi ilə məşğul olub. SSRİ dövründə bu qardaşlar keçmiş ittifaqın bir çox şəhərlərində, xarici ölkələrdə müntəzəm qastrollarda olublar. Sonradan qardaşların bəziləri, eləcə də Məzahir Məmmədov bu gün rayon incəsənətlə məğuldurlar. Məzahir Məmmədov 10 yaşından etibarən tarla maraqlanıb. Sonradan muğama həvəsi artıb və 12 yaşı olanda muğam həvəskarı kimi tanınırdı. XX əsrin 60-cı illərində Asəf Zeynallı adına Musiqi exnikumunda təhsil alan zaman Bəhram Mansurov, Əhməd Bakıxanovdan tar sənətinin bir çox sirlərini öyrənib. 1988–1993-cü illərdə Soltan Hacıbəyov adına Sumqayıt musiqi texnikumunda təhsilini yeniləyib.
Ənvər Mansurov (tarzən)
Ənvər Mirzə Mansur oğlu Mansurov (19 dekabr 1917, Bakı – 1941, Brest) — Azərbaycan tarzəni. == Həyatı == Ənvər Mansurov 1917-ci il dekabr ayının 19-da Bakıda musiqiçilər ailəsində doğulmuşdur. Ənvər Mansurov öz dövrünün ən mahir tarzənlərindən idi. Onun tarda ifası başqa tarzənlərdən yüksək texnika ilə fərqlənirdi. 1938-ci ildə Ənvər Mansurov Azərbaycan mədəniyyəti və incəsənətinin Moskva şəhərində keçirilən ongünlüyündə xalq çalğı alətləri orkestrinin tərkibində iştirak edir. Elə həmin günlərdə "Noginski" qrammafon valları istehsalı fabrikində "Çahargah" və "Segah" muğamlarını vala yazdırır. Sonralar, vala yazılmış bu iki muğam Ənvər Mansurovdan gələcək nəsillərə xatirə qalan yeganə səs yaddaşına çevrilir. Ongünlükdən bir il sonra Ənvər Mansurov ordu sıralarına çağırılır. O, əvvəlcə fin müharibəsində, sonra isə böyük vətən müharibəsində şücaətlə vuruşur. İkinci dünya müharibəsinin lap əvvəlində 1941-ci ildə Brest qalası uğrunda döyüşlərdə qəhrəmanlıqla vuruşur və həlak olur.
Rəhman Abdullayev (tarzən)
Rəhman Vahid oğlu Abdullayev (27 oktyabr 1998, Bakı) — Azərbaycanlı tarzən. Müxtəlif yerli, beynəlxalq müsabiqə və festivalların qalibi və laureatı. == Həyatı == Rəhman Abdullayev 1998-ci il oktyabrın 27-də Bakıda dünyaya gəlib. İlk musiqi təhsilini 2008-ci ildə 28 №-li musiqi məktəbində alıb. Sonra 2012-ci ildə Azərbaycan Milli Konservatoriyasının (AMK) tərkibində İncəsənət Gimnaziyasında davam edib. 2015–2019-cu illərdə AMK-nin İfaçılıq fakültəsinin Tar ixtisasına daxil olub və bakalavr təhsilini fərqlənmə ilə bitirib. 2019–2021-ci illərdə isə Konservatoriyanın magistr pilləsini bitirib. 2010–2015-ci illərdə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Uşaq orkestrinin konsertmesteri olub. (Drijor: Ağaverdi Paşayev) Hal-hazırda AMK-nin tərkibindəki İncəsənət Gimnaziyasında müəllim vəzifəsində çalışır. == Nailiyyətlər == 2010-cu ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin keçirdiyi II Respublika müsabiqəsində II yer olub.2011-ci ildə Azərbaycan Respublikası Dövlət Müstəqilliyinin 20-ci ildönümünə həsr olunmuş Respublika müsabiqəsinin laureatı olub.
Lazer
Lazer – (ing. LASER – "Light Amplification by Stimulated Emission of Radiation" – "Məcburi şüalanma ilə işığın gücləndirilməsi"). Bu söz 1957-ci ildə Qordon Quld (Gordon Gould ) tərəfindən istifadəyə daxil edilmişdir. Fiziki mahiyyəti məcburi şüalanmanın kvant mexaniki effektindən istifadə etməklə koherent işıq axınının alınmasından ibarətdir. Lazer şüaları sabit amplitudalı fasiləsiz və ya olduqca böyük gücə sahib olan impuls xarakterli ola bilər. Bir çox konstruksiyalarda lazer qurğusunun elementləri başqa mənbədən yayılan şüaları optik gücləndirmə vasitəsi kimi istifadə edilir. Gücləndirilmiş siqnal dalğa uzunluğuna (tezliyinə), fazasına və polyarizasiyasına görə ilkin siqnalla üst-üstə düşür. Bu rabitə qurğuları üçün çox vacibdir. Adi işıq mənbələri, məsələn, közərmə lampası işığı müxtəlif istiqamətlərdə, böyük dalğa diapazonunda səpələyir. Onların çoxu koherent deyillər və bundan əlavə qeyri-lazer mənbələrdən buraxılan işıq şüaları dəqiq polyarizasiyaya da malik deyil.
Zazen
Zazen (hərfi mənada "oturmuş meditasiya "; yap. 座禅 ; simplified Chinese, tələffüz olunur [tswô ʈʂʰa ̌ n]) adətən Zen Buddist ənənəsinin əsas təcrübəsi olan meditativ praktikadır. Zazenin mənası və metodu məktəbdən məktəbə fərqli şəkildə qavranılır, lakin ümumilikdə onu varlığın təbiətini dərk etmək vasitəsi kimi qəbul etmək olar. Yapon Rinzai məktəbində zazen adətən koanların öyrənilməsi ilə əlaqələndirilir. Yaponiyanın Sōtō Məktəbi isə nadir hallarda koanları zazenə daxil edir, zehnin heç bir obyekti olmayan şikantaza kimi tanınan yanaşmaya üstünlük verir. == Əhəmiyyəti == Zazen Yapon Sōtō Zen Buddist təcrübəsinin ürəyi hesab olunur. Zazenin məqsədi sadəcə oturmaq, yəni bütün mühakimə düşüncələrini dayandırmaq və sözlərin, fikirlərin, şəkillərin və düşüncələrin onlara qarışmadan keçməsinə icazə verməkdir. == Metodlar == === Oturmaq === Zen məbədlərində və monastırlarında praktikantlar ənənəvi olaraq zendo adlanan meditasiya zallarında qrup şəklində zazen otururlar. Kiminsə yerində oturmazdan əvvəl və zazen başa çatdıqdan və ayağa qalxdıqdan sonra Zenlə məşğul olmuş tələbə oturacağına və digər praktikantlara təzim edir. Zazen dövrünün başlanğıcı ənənəvi olaraq üç dəfə zəng çalmaqla ( şijoşo ), zazenin sonunda isə zəngi bir və ya iki dəfə (hozensho) çalmaqla elan edilir.
Atsuşi Zayzen
Atsuşi Zayzen (財前 淳, Atsushi Zaizen, 26 iyun 1999-cu ildə anadan olub) — Avstriya İkinci Liqası təmsilçilərindən olan Vakker İnnsbruk II klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Yaponiyalı futbolçudur. == Klub karyerası == === Vakker İnnsbruk === Zayzen Kyoto Sanqa akademiyası vasitəsilə inkişaf etmişdir. Zayzen 23 may 2018-ci ildə Avstriya İkinci Liqası təmsilçilərindən olan Vakker İnnsbruk II klubu ilə 2021-ci ilin iyun ayına qədər müqavilə imzalamışdır. Zayzen öz peşəkar karyerasında debütünü 29 iyul 2018-ci ildə LASK Juniors klubuna qarşı oyunda etmişdir. O, 83-cü dəqiqədə Florian Riederi əvəz etmişdir. Həmin görüşdə Vakker liqa görüşündə rəqibinə 3-0 hesabı ilə qalib gəlmişdir. == Karyera statistikası == === Klub === 27 iyul 2018 tarixində yenilənib1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Avstriya Superkuboku görüşləri daxildir. == İstinadlar == == Xarici keçidlər == Atsuşi Zayzen at WorldFootball.net Atsuşi Zayzen — transfermarkt.com saytında.
Kayzen.az
kayzen.az — bloq tipli veb sayt. == Adın etimologiyası == Kayzen yapon dilində "kai" və "zen" sözlərindən (改善) əmələ gəlib mənası yaxşılığa doğru dəyişmək, inkişaf etmək deməkdir. == Texniki tərəfləri == Saytı yaradarkən slashdot.org, habrahabr.ru, livejournal.com, facebook.com kimi sosial proyektlərin bəzi özəllikləri istifadə olunub. Sayt Livestreet CMS açıq mənbəli kontent idarə sistemi üzərində qurulub modifikasiya edilmişdir. Saytın funksionalında TinyMCE WYSIWYG-redaktoru, MooTools və JQuery freymvörkü, Highslide və s. JavaScript-lərdən istifadə olunmuşdur. Saytın həm iş masası versiyası, həm də mobil versiyası fəaliyyət göstərir.
Kristin Larsen
Kristin Larsen (15 dekabr 1967) — Kanadanı təmsil edən sinxron üzgüçü. == Karyerası == Kristin Larsen Kanadanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib. Komanda turnirində Kristin Larsen Olimpiadanın gümüş medalına sahib olub.
Lauren Cohan
Lauren Cohan (7 yanvar 1982, Filadelfia) — İngilis aktyor. == Həyatı == Lauren Cohan 7 yanvar 1982-ci ildə Filadelfiada dünyaya gəlmişdir. Uşaqlığı və gəncliyi New Jersey'də keçmişdir. Bir müddət sonra ailəsiylə birlikdə İngiltərəyə köçmüşdür.Winchester Universitetində ingilis ədəbiyyatı təhsilini almışdır. == Filmoqrafiya == Supernatural serialında Bela Talbot, Gəzən ölülər (teleserial, 2010) serialında Maggie, Vampirin gündəlikləri (teleserial, 2009) serialında Rose rollarında iştirak etmişdir.
Lauren Hallaselka
Lauren Hallaselka (d. 18 mart 2003) — Finlandiyalı suya tullanan. Lauren Hallaselka Finlandiyanı 2019-cu ildə XVIII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Lauren Hallaselka birinci dəfə Dünya Çempionatına 2019-cu ildə qatıldı. O, Kvanjuda baş tutan XVIII Su idman növləri üzrə Dünya Çempionatında qadınlar 1 m tramplin yarışlarında təsnifat mərhələsində iştirak etdi. 203.50 xal toplayaraq 30-cu yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Lauren Soşa
Loren Mari Soka (ing. Lauren Marie Socha; 9 iyun 1990, Derbi, Derbişir[d]) — İngiltərə aktrisası. "Misfits" serialında Kelli Beyli roluna görə "BAFTA" mükafatına layiq görülüb. == Karyerası == Loren Soşa İngiltərənin Derbi şəhərində Robert və Katlin Sokanın ailəsində anadan olub. Onun qardaşı Maykl Soka da aktyordur. Loren bir sıra teatr məktəblərinin üzvü olub, daha sonradan Nottingem şəhərində çalışıb. 2006-cı ildə 15 yaşlı Loren Soka Arctic Monkeys qrupunun "When The Sun Goes Down" klipində çəkilib. 2009-cu ildə "The Unloved" teleserialında çəkilib və "Ən yaxşı ikinci dərəcəli aktrisa"-na aday olub. Elə həmin ildə Loren Soka "Misfits" serialında Kelli Beyli rolunu oynamağa başlayır. Qısa zaman ərzində populyarlaşan serial 2010-cu ildə "Ən yaxşı drama" nominasiyasında BAFTA-ya layiq görülür.
Naften neftləri
Naften neftləri — naften karbohidrogenlərinin üstünlük təşkil etdiyi neftlər. Bu neftlərdə metan karbohidrogenlərinin miqdarı aşağı fraksiyalarda maksimuma çatır, yüksək fraksiyalarda kəskin azalır, aromatik karbohidrogenlər isə əksinə, çoxalır. Naften neftləri tərkibində bərk parafin və neytral qətranların miqdarı cüzü olur, asfaltenlər isə çox vaxt olmur. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Naften turşuları
Naften turşuları — naften karbohidrogenlərinin karboksilli mono və politsiklik törəmələri. Ümumi düsturu CnH2n-1 COOH. Yağlı maye, bəzən bərk maddə olub, üzvi həlledicilərdə yaxşı, suda isə pis həll olur və ya həll olmur. Naften turşuları əsasən naften neftlərində və neft yataqlarının natrium-hidrokarbonat tipli sularında rast gəlinir. Bitumların tərkibində rast gələn yüksək molekulyar naften turşuları asfaltogen-naften turşuları adlanır. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Laze
Laze (fr. Lazer, oks. Lazari) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Laran-Monteqlen kantonuna daxildir. INSEE kodu — 05073. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 329 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 230 nəfər arasında (15-64 yaş arasında) 167 nəfər iqtisadi fəal, 63 hərəkətsiz (fəaliyyət göstərici 72,6%, 1999-cu ildə bu 74,6%) idi. Fəal olan 167 nəfərdən 149 nəfər (83 kişi və 66 qadın), 18 nəfər işsiz (5 kişi və 13 qadın) idi.
Azfen BM
AZFEN B.M. 1996-cı ilin yanvarında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (60% sahiblik hüququ ilə) və TEKFEN İnşaat və Təsisat A.Ş. (40% sahiblik hüququ ilə) tərəfindən təsis edilmişdir. Məqsədimiz neft şirkətləri üçün yüksək səviyyəli tikinti və mühəndislik işlərini həyata keçirməkdən ibarətdir. Təcrübə və müasir texnologiyaların tətbiqi bizə Xəzər regionunda neft şirkətlərinə misilsiz xidmət göstərmək imkanı vermişdir. Biz irihəcmli neft layihələri üçün boru kəmərlərinin, platformaların və terminalların tikintisini həyata keçirmişik. Bacarıq və təcrübəmizlə yanaşı, sağlam və təhlükəsiz iş şəraitinə böyük əhəmiyyət veririk. Hal-hazırda AZFEN fəaliyyətini dünya miqyasında genişləndirməyə çalışır. == Əlavə məlumatlar == ACG layihəsi Səngəçal Terminalı Genişləndirilməsi Proqramında 30 000 000 adamsaat qəzasız iş nailiyyəti. İyun 2008 PCWU Layihəsinin təhlükəsiz və yüksək səviyyədə tamamlanması və Layihənin 816 günü ərzində işdə qəzaya yol vermədən 7, 912 476 adamsaat nailiyyəti münasibətilə BP Mükafatı; Sentyabr 2007 Qərb Marşrutu Layihəsi, layihənin 3 000 000 adam saat işdən bircə gün yayınmaya yol vermədən həyata keçirilməsinə görə mükafat. 2000-ci ildə STƏMM üzrə yüksək göstəricilərə nail olunduğu üçün BP Prezidenti tərəfindən təqdim edilmiş mükafat. STƏMM üzrə yüksək nailiyyətə görə ATA (AZFEN-TEKFEN-AMEC) İstehsalat Sahəsindəki Təslimetmə İşçi Qrupuna BP Prezidentinin təqdim etdiyi mükafat.
Ben Bazen
Ben Bazen (azərb. Mən bəzən‎) — Türk müğənni Simgə Sağının ilk studiya albomu. DMC tərəfindən 1 iyun 2018 tarixində yayımlanmışdır. Oriental janrda olan "Miş Miş" musiqisi yüzlərlə musiqi siyahısında uzun müddət ilk yerdə qərarlaşmış və Simgə Sağının nüfuzunu artırmış, sonralar daha yavaş templi "Yankı" adlı musiqisi sərbəst buraxılmışdır. Bu iki məşhur musiqisilə birlikdə musiqi tərzi ilə bağlı məlumatlar da verməyə başlamışdır. Ozan Bayraşa ilə birlikdə dörd ildə hazırladığı albomunun istehsalını öz üzərinə götürdü və Bayraşa da daxil olmaqla Alper Narman, Ersay Üner, Onurr və Sezən Aksu kimi məşhurlarla çalışdı. Ümumiyyətlə dans-pop üslubunda olan "Ben Bazen" albomu, dip-hauz, R&B, rok, trep və türkü kimi müxtəlif musiqi üslublarından da əsinlənmişdir. Albomda Simgə, sevgidən ötrü yaşadığı şəhərdən bunalan bir qadın obrazını səsləndirmişdir. Musiqi tənqidçiləri albomu bəyənmiş, musiqi müxtəlifliyini yüksək qiymətləndirmiş və uğurlu bir komanda işi ilə yaradıldığına diqqət çəkmişdir. Əsərin foto çəkilişləri Nihat Odabaşı tərəfindən və müğənninin bir əli və mikrofonu ilə gitara tutduğu örtükdə bir fotoşəkildən istifadə olunub.
Lazer diodu
Lazer diodu — Lazer İngilis dilində ing. Light amplification by stimulated Emission of Radiation (stimullaşdırılmış şua emissiyası ilə işıq gücləndirilməsi) cümləsindəki sözlərin baş hərflərinin alınmasından törədilmiş bir kəlmədir. Normal işıq, dalğa boyları müxtəlif, rəngarəng, yəni fərqli faza və tezliyə sahib dalğalardan meydana gəlir. == İşləmə mexanizmi == Lazer işığı isə yüksək amplitudlu, eyni fazda, bir-birinə paralel, tək rəngli (monochromatic), uzun müddətli eyni tezlikli dalğalardan ibarətdir. Optik tezlik bölgəsi təxminən olaraq 1x109 Hs ilə 3x1012 Hs arasında yer alır. Bu bölgə, qırmızı sonrakı şuaları, görülə bilən şuaları və elektromaqnit spektrin ultra bənövşəyi şualarını əhatə edir. Lazer diodu çox yüksək tezliklərdə işləyir. Lazer diodunun istehsalı üçün fərqli üsullar və materiallar istifadə edilməkdədir. Yarımkeçirici materiallardan əldə edilən kristallardan əldə edilən lazerlərə, "lazer diod" adı verilmektedir. Galium arseni kristalı yarımkeçirici lazerə nümunədir.
Lazer epilyasiyası
Lazer epilasiyası, vücuddakı arzuolunmaz tüklərin köklərinin lazer işıqları vasitəsilə uix edilməsi prosesidir. Təxmini olaraq 20 il ərzində bu sahədə tədqiqatlar aparılmış, 1990-cı illərın axırlarına doğru isə ticarət məqsədilə geniş bir şəkildə istifadəsinə başlanılmışdır. Lazer epilyasiyası ilə əlaqədar olan ilk məqalələrdən biri 1998-ci ildə Massachusetts General Hospital tərəfindən nəşr edilmişdir. Lazer epilyasiyasının mümkün təsirləri dermatologiya dərnəkləri tərəfindən qəbul edilmiş və bu məqsədlə istehsal edilmiş olan aparatlar klinikalarda, hətta bəzən evlərdə belə istifadə edilmişdir. Lazer epilyasiya və üsulları ilə əlaqədar bir çox məqalə dermatologiya ədəbiyyatına daxil olmuşdur.Uyğun cihazlar tərəfindən əks olunan lazer şüası bədəndə arzuolunmaz tüklərdən azad olmanın ən təsirli üsullarından biridir. Əks olunan lazer şüası dəriyə, ətraf hüceyrələrə zərər vermədən tükün kökünü və soğanaq hüceyrəsini məhv edir. Beləcə zədələnmiş tük kökündən bir daha yeni tük inkişaf etmir. Lazer epilyasiyasında istifadə olunan bir neçə üsul vardır. Bu üsullar lazer şüasının dalğasının uzunluğuna görə fərqlənir. Lazer epilyasiyası üçün istifadə olunan cihazlar: Alexandrite Lazer (755 nm), Nd-Yag Lazer (1064 nm), Diode Lazer (810 nm.) kimi müxtəlif dalğa sürətlərində işləyən cihazlardır.
Lazer şüası
Lazer şüası və ya işıq şüası — işığın nazik bir şüa formasında bir mənbədən çıxaraq şüalanmasına verilən addır. Buna misal olaraq günəş işığının ona maneə törədən hər hansısa obyektin (məsələn, bulud) ortasındakı dəlikdən nazik şüa şəklində parlamasını göstərmək mümkündür. İşıq şüasını süni şəkildə istehsal etmək üçün lampa və parabolik reflektordan istifadə olunur. Bu texnologiya LED-lər, işıqforlar kimi bir çox cihazlarda istifadə olunur. Lazerlər şüanın mümkün qədər az əyilməsini təmin edirlər və beləliklə də, demək olar ki, paralel şüalar əldə edilir.
İsaak Ayzen
İsaak Ayzen (ing. Icek Ajzen; 1942, Xelm[d], Ümumi Hökumət) — Polşa yəhudisi əsilli ABŞ psixoloqu. == Həyatı == İsaak Ayzen 1942-ci ildə Polşanın Xelm şəhərində, yəhudi ailəsində anadan olmuşdur. O, 1966-cı ildə Yerusəlim şəhərində yerləşən Yəhudi Universitetində bakalavr dərəcəsi aldıqdan sonra İllinoys Universitetində magistratura təhsilini davam etdirmişdir. O, Massaçusets Universitetinin professoru kimi çalışmışdır. == Fəaliyyəti == İsaak Ayzenin əsas tədqiqat münasibət nəzəriyyəsinə, münasibət və davranış arasındakı əlaqə probleminin aydınlaşdırılmasına həsr edilmişdir. O, Martin Fişbeynlə birlikdə sonradan "planlı davranış nəzəriyyəsi" adlandırılan motivasiyalı fəaliyyət konsepsiyasını inkişaf etdirmişdir. Bu konsepsiyaya görə münasibət şəxsin təmasda olduğu obyekt və şəxslərin gözlənilən əhəmiyyətinə inam funksiyasıdır və davranış bu münasibətin nəticəsidir. Davranış onu nümayiş etdirmək niyyətinə əsaslanır, bu davranışa münasibətdə münasibətin funksiyası və yaşanan sosial təzyiq (subyektiv norma) ilə müəyyən edilir. Planlaşdırılmış davranış nəzəriyyəsi davranışın proqnozlaşdırıla bilən və iradə tərəfindən idarə olunduğundan irəli gəlir, buna görə də müxtəlif vəziyyətlərdə davranışı proqnozlaşdırmaq üçün geniş istifadə olunur.Onun tədqiqatları reklam, sağlamlıq psixologiyası və ətraf mühit psixologiyası kimi müxtəlif sahələrdə təsirli olmuş və 280 min dəfədən çox istinad edilmişdir.
Alan Corc Lafley
[mənbə göstərin] Alan Corc Lafley (ing. A.G. Lafley 13 iyun 1947) — Procter & Gamble şirkətinin rəhbəri.