lazer-televiziya 2021

lazer-televiziya
lazer-radar
lazım
OBASTAN VİKİ
Lazer
Lazer – (ing. LASER – "Light Amplification by Stimulated Emission of Radiation" – "Məcburi şüalanma ilə işığın gücləndirilməsi"). Bu söz 1957-ci ildə Qordon Quld (Gordon Gould ) tərəfindən istifadəyə daxil edilmişdir. Fiziki mahiyyəti məcburi şüalanmanın kvant mexaniki effektindən istifadə etməklə koherent işıq axınının alınmasından ibarətdir. Lazer şüaları sabit amplitudalı fasiləsiz və ya olduqca böyük gücə sahib olan impuls xarakterli ola bilər. Bir çox konstruksiyalarda lazer qurğusunun elementləri başqa mənbədən yayılan şüaları optik gücləndirmə vasitəsi kimi istifadə edilir. Gücləndirilmiş siqnal dalğa uzunluğuna (tezliyinə), fazasına və polyarizasiyasına görə ilkin siqnalla üst-üstə düşür. Bu rabitə qurğuları üçün çox vacibdir. Adi işıq mənbələri, məsələn, közərmə lampası işığı müxtəlif istiqamətlərdə, böyük dalğa diapazonunda səpələyir. Onların çoxu koherent deyillər və bundan əlavə qeyri-lazer mənbələrdən buraxılan işıq şüaları dəqiq polyarizasiyaya da malik deyil.
Lazer diodu
Lazer diodu — Lazer İngilis dilində ing. Light amplification by stimulated Emission of Radiation (stimullaşdırılmış şua emissiyası ilə işıq gücləndirilməsi) cümləsindəki sözlərin baş hərflərinin alınmasından törədilmiş bir kəlmədir. Normal işıq, dalğa boyları müxtəlif, rəngarəng, yəni fərqli faza və tezliyə sahib dalğalardan meydana gəlir. == İşləmə mexanizmi == Lazer işığı isə yüksək amplitudlu, eyni fazda, bir-birinə paralel, tək rəngli (monochromatic), uzun müddətli eyni tezlikli dalğalardan ibarətdir. Optik tezlik bölgəsi təxminən olaraq 1x109 Hs ilə 3x1012 Hs arasında yer alır. Bu bölgə, qırmızı sonrakı şuaları, görülə bilən şuaları və elektromaqnit spektrin ultra bənövşəyi şualarını əhatə edir. Lazer diodu çox yüksək tezliklərdə işləyir. Lazer diodunun istehsalı üçün fərqli üsullar və materiallar istifadə edilməkdədir. Yarımkeçirici materiallardan əldə edilən kristallardan əldə edilən lazerlərə, "lazer diod" adı verilmektedir. Galium arseni kristalı yarımkeçirici lazerə nümunədir.
Lazer epilyasiyası
Lazer epilasiyası, vücuddakı arzuolunmaz tüklərin köklərinin lazer işıqları vasitəsilə uix edilməsi prosesidir. Təxmini olaraq 20 il ərzində bu sahədə tədqiqatlar aparılmış, 1990-cı illərın axırlarına doğru isə ticarət məqsədilə geniş bir şəkildə istifadəsinə başlanılmışdır. Lazer epilyasiyası ilə əlaqədar olan ilk məqalələrdən biri 1998-ci ildə Massachusetts General Hospital tərəfindən nəşr edilmişdir. Lazer epilyasiyasının mümkün təsirləri dermatologiya dərnəkləri tərəfindən qəbul edilmiş və bu məqsədlə istehsal edilmiş olan aparatlar klinikalarda, hətta bəzən evlərdə belə istifadə edilmişdir. Lazer epilyasiya və üsulları ilə əlaqədar bir çox məqalə dermatologiya ədəbiyyatına daxil olmuşdur. Uyğun cihazlar tərəfindən əks olunan lazer şüası bədəndə arzuolunmaz tüklərdən azad olmanın ən təsirli üsullarından biridir. Əks olunan lazer şüası dəriyə, ətraf hüceyrələrə zərər vermədən tükün kökünü və soğanaq hüceyrəsini məhv edir. Beləcə zədələnmiş tük kökündən bir daha yeni tük inkişaf etmir. Lazer epilyasiyasında istifadə olunan bir neçə üsul vardır. Bu üsullar lazer şüasının dalğasının uzunluğuna görə fərqlənir.
Lazer şüası
Lazer şüası və ya işıq şüası — işığın nazik bir şüa formasında bir mənbədən çıxaraq şüalanmasına verilən addır. Buna misal olaraq günəş işığının ona maneə törədən hər hansısa obyektin (məsələn, bulud) ortasındakı dəlikdən nazik şüa şəklində parlamasını göstərmək mümkündür. İşıq şüasını süni şəkildə istehsal etmək üçün lampa və parabolik reflektordan istifadə olunur. Bu texnologiya LED-lər, işıqforlar kimi bir çox cihazlarda istifadə olunur. Lazerlər şüanın mümkün qədər az əyilməsini təmin edirlər və beləliklə də, demək olar ki, paralel şüalar əldə edilir.
Lazer əməliyyatı
Lazer əməliyyatı — cərrahi əməliyyatların yerinə yetirilməsi üsulu, ətrafdakı toxumalara minimal ziyan vurmaqla kiçik toxuma sahələrinin çıxarılmasını və ya koterizasiyasını nəzərdə tutur. Lazer cərrahiyyəsi görmə korreksiyası, arterial tıxanmaların aradan qaldırılması, dəridə müəyyən növ piqmentli formasiyaların aradan qaldırılması, stomatologiya və şişlərin, xüsusən də müxtəlif etiologiyalı qliomaların çıxarılması üçün istifadə olunur. Lazerlərin spektral xüsusiyyətləri müxtəlif xəstəliklər üçün radiasiyanın istənilən növünü və gücünü seçməyə imkan verir. Məsələn, arqon lazeri tor qişa xəstəliklərinin (məsələn, diabetik retinopatiya), karbon dioksid lazeri servikal intraepitelial neoplaziyanın müalicəsində, Nd:YAG lazeri isə uşaqlığın endometrial təbəqəsinin çıxarılması üçün istifadə olunur. == Ədəbiyyat == Шахно Е. А. Физические основы применения лазеров в медицине (PDF). СПб.: НИУ ИТМО. 2012. Давид Кочиев, Иван Щербаков. Лазеры вместо скальпеля («Природа»). 2014.
Televiziya
Televiziya (yunanca τήλε — uzaq və latınca video — görürəm; televisio — uzağıgörmə) — kütləvi informasiya vasitəsi, səsin və hərəkət edən təsvirin müəyyən məsafəyə ötürülməsi və qəbulu üçün rabitə sistemi. İlk televiziya sitemləri mexaniki idilər və təsviri göstərərək səs müşayiətini nəzərdə tutmurdu. Edvard Merou: "O öyrədə və maarifləndirə, hətta həvəsləndirə bilər, ancaq o vaxta qədər ki, insanlar ondan müvafiq surətdə istifadə edə bilsinlər. Əks halda o sadəcə olaraq naqil və lampalardan ibarət qutudur". Artur Çarlz Klark: "Nə vaxtsa bizim nəsil haqqında işıqlı hərflərlə yazacaqlar: "Tanrılar məhv etmək istədiklərinə əvvəlcə televizor bağışlayacaqlar. Biz yaradan yox, tamaşa edən nəsilə çevrilirik".
Lazer hədəf təyinedici
Lazer hədəf təyinatçısı bir hədəfi təyin etmək üçün istifadə olunan lazer işığı mənbəyidir. Lazer təyinedicilər sırasıyla Paveway seriyası bombaları, AGM-114 Hellfire və ya M712 Copperhead mərmiləri kimi lazerlə idarə olunan bombalar, raketlər və ya həssas artilleriya sursatlarının hədəflənməsini təmin edir. Hədəf bir təyinedici tərəfindən qeyd edildikdə, şüa görünmür və davamlı parlamır. Bunun əvəzinə bir sıra lazer işığının kodlanmış impulsları atılır. Bu siqnallar hədəfdən göyə sıçrayır və burada lazerlə idarə olunan döyüş sursatında axtaran tərəfindən aşkar edilir və sursat özünü əks olunan siqnalın mərkəzinə doğru yönləndirir. Hədəfdə olan insanlar lazer aşkarlama avadanlığına sahib olmadıqca və ya onlara doğru yaxınlaşan təyyarələrin səsini eşitmədikləri halda, işarələnib-işarələnmədiklərini müəyyənləşdirmək onlar üçün olduqca çətindir. Lazer təyinatçılar ən yaxşı atmosfer şəraitində işləyirlər. Bulud örtüyü, yağış və ya tüstü, mövcud ərazi məlumatları vasitəsilə bir simulyasiyaya çatmazsa, hədəflərin etibarlı təyinatını çətinləşdirə və ya qeyri-mümkün edə bilər.
Lazer impuls analizi
Lazer impuls analizi — maye, bərk və pastavari maddələrin istilik keçiriciliyini və termal diffuziyasını ölçmək üçün son illərdə istifadə olunan metoddur. == Ümumi məlumat == Materialların termofiziki xüsusiyyətləri və alınnan son məhsullarda istilik köçürmələrinin optimallaşdırılması barədə məlumatlar sənayedə istifadə üçün vacib amillərdən biridir . Yarımkeçirici materialların, LED-lərin, optik disklərin yazılması və onların yaddaşı üçün texnologiyaların öyrənilməsində, düz ekranlar yaratmaqda incə plyonkaların termofiziki xüsusiyyətləri getdikcə daha çox əhəmiyyət kəsb edir. Bu, sənaye sahələrində cihaza xüsusi bir funksiya vermək üçün altlıqda ince bir tətbiq olunur. İncə plyonkaların fiziki xüsusiyyətləri həcmli olan materialların xüsusiyyətlərindən fərqləndiyindən, bu məlumat istilik proseslərinin dəqiq proqnozlaşdırıla bılən nəzarətinə ehtiyac duyur. Qalınlığı 80 nm-dən 20 mikrona qədər olan incə plyonkaların termofiziki xüsusiyyətlərini analiz etmək üçün, ümumi olaraq tanınan lazer flaş üsulu əsasında, məsələn, LAZER impuls cihazı LİNSEİS (TF-LFA) bir sıra yeni imkanlar təklif edir. == Yuksək sürətli lazer flaş metodu == (nümunənin arxa tərəfinin istiləşməsi, ön deteksiyası (RF)) İncə təbəqələrin və plyonkaların istilik xüsusiyyətləri həcmli olan müvafiq materialların xüsusiyyətlərindən əhəmiyyətli dərəcədə fərqləndiyindən, onların tədqiqi ücün klassik lazer flaş metodunun məhdudiyyətlərindən üstün bir üsul tələb olunur — yuksək sürətli lazer flaş metodu. Ölçmə, həndəsi standart lazer flaş üsulu ilə eynidir: detektor və lazer nümunənin qarşı tərəfində yerləşir. İQ detektorları incə qatların ölçməsi üçün çox asta olduğundan, deteksiya termo-əks (reflective) etdirici üsul ilə həyata keçirilir. Bu üsulun əsas məğzi, materialın qızdırıldığı zaman, onun səthinin əksedirici qabiliyyətinin dəyişilməsi istilik xüsusiyyətlərini müəyyən etmək üçün istifadə edilə bilər.
Lazer işıq şousu
Lazer işıqlandırma ekranı və ya lazer işıq şousu — məşhur olan səhnə işıqlandırma növlərindən biridir. Bu, tamaşaçıları əyləndirmək üçün lazer işığından istifadəni nəzərdə tutur. Lazer işıq şousu yalnız musiqi ilə tənzimlənərək proqnozlaşdırılıb əks etdirilən lazer şüalarından ibarət ola bilər və ya sadəcə olaraq musiqi performansları kimi əyləncə formalarını müşayiət edir. Bununla bərabər eyni teatr tüstüsü və duman da istifadə edilə bilər.
Lazer kivi bayrağı
Lazer kivi bayrağı (ing. Laser Kiwi flag) və ya ilkin olaraq Lazeri atın (Fire the Laser) — 2015-ci ildə Lüsi Qrey tərəfindən 2015–2016-cı illər Yeni Zelandiyada bayraq referendumları üçün təklif edilən Yeni Zelandiya bayrağı. O vaxtdan bəri dizayna davamlı maraq yaradan sosial media fenomeninə çevrilmişdir. == Bayraq == Lazer kivi bayrağı 2015-ci ildə təklif olunan Yeni Zelandiyanın bayrağı kimi Lüsi Qrey tərəfindən yaradılmışdır. O, bir axşam "Microsoft Paint"də bayraq dizaynını hazırlamışdı. Avstraliyada bir çox "ölümcül heyvanlardan" ilhamlanmış Qrey kivi ikonasını götürərək onu ölümcül heyvana çevirmişdir. Yeni Zelandiya bayraq referendumlarının birinci mərhələsində ilkin dörd seçilmiş variantın buraxılmasından sonra Qrey bu dizaynlardan "ilham almadığını" bildirmişdi, çünki bu dizaynlar onun üçün "çox məna kəsb etmirdi". Yeni Zelandiya bayraq referendumları zamanı Lazer kivi bayrağı böyük sosial media fenomeninə çevrilmiş, Con Oliver kimi komediyaçılar tərəfindən bayraq referendumunu və ümumilikdə Yeni Zelandiyanı müzakirə edən komediya proqramlarında istifadə edilmişdir. Bayraqda "Dicksonia squarrosa" və gözlərindən yaşıl lazer şüası atan kivi təsvir edilmişdir. Bayrağın təsviri belə idi ki, "lazer şüası Yeni Zelandiyanın güclü imicini əks etdirir".
Albaniyada televiziya
Albaniyada televiziya ilk dəfə 1960-ci ildə təqdim olunub. Radio Televizioni Shqiptar (RTSH) alban radio sahəsi üzərində 1990-cı illərin ortalarına qədər lider idi, sonrada özəl radio və televiziya stansiyaları geniş və boş alban tezliklərini ələ keçirməyə başladılar. Hazırda Albaniyada iki milli kommersiya televiziya stansiyası, 71 lokal stansiyası, 83 yerli kabel stansiyası və iki kommersiya multipleksoru fəaliyyət göstərir. RTSH ictimai telekompaniyası bütün mövcud olan milli analoq televiziya stansiyalarının arasında ən çox əhatəyə malikdir. Onun siqnalının əhatə ərazisi 80,5%, ardınca 79% iləTop Channel, sonra isə 78% ilə TV Klan gəlir. Lakin rəqəmsal multiplekslər də var, amma onlar ərazi əhatəsi göstəricilərində nəzərə alınmayıb. Aşağıda Albaniya Respublikasında yayımlanan televiziya provayderləri və televiziya stansiyalarının siyahısı göstərilib: == Milli İctimai Kanallar == RTSH 1 HD RTSH 2 HD RTSH 3 HD RTSH Sport RTSH Film RTSH Shqip RTSH Kuvend == Milli Özəl Kanallar == Top Channel (HD) Top News TV Klan (HD) Klan Plus HD ABC News Klan Kosova Vizion Plus (HD) == Fəaliyyətdə olmayan kanallar == TVA Albanian Screen Agon Channel == Onlayn kanallar == TemA TV (HD) Zjarr TV (HD) Wedding Channel TV (HD) == Xaricdə yayımlanan kanallar == Klan Kosova - Kosovo Alsat-M - Makedoniya Respublikası Agon Channel Italia - Italiya == Region kanalları == IN TV (HD) ABC News Albania (HD) TV Koha TV Jug Scan TV Planet TV Nesër TV TV Apollon TV Tirana TV Korca TV Klaudiana TV Puka TV Rozafa 6+1 TV TV Amantia AVN Onufri TV TV Kombi TV 4+ TV Mati TV Kruja Sot 7 TV Kukësi M+ TV 2A TV TV Lobi TV Antena HD TV Margit TV Kopliku TV Magic TV Bulqiza TV Skampa TV Berati Vlora Channel Fokus TV Elrodi TV TV Përmeti TV Saranda Tele Joni Preza TV Riviera TV TV 7 Glob TV ETV Star Plus TV Iliria TV Adriamed TV Best TV Veleçiku TV Lezha TV Alpo TV IRLA TV Lushnja TV Kuçova TV Delvina TV Shijaku TV Divjaka Delta TV Orikum TV TV Danja TV Prrenjas TV Dushk TV Luna TV Pojan TV Vjosa M&G TV Ergi TV Ordea TV Lin TV Manastiri TV Arten TV Dire TV S3 Next TV Dritare TV Channel One == Kino və seriallar == Digi Gold Film Autor Film Hits Film Hits +1 Film Thriller Film Dramë Film Aksion Film Komedi Film Një HD Film Dy HD Plus HD T HD Stinët Tring Super Tring Max Tring Life Tring Comedy Tring Fantasy Tring Festa Tring Shqip 3 Plus Jolly HD Sky Family Sky Max Sky Dramë Sky Aksion Sky Komedi Sky Shqip Sky Novela ALB Movie HD ALB Classic ALB Western ALB Action ALB Fantazi ALB Humor ALB Humor 2 Kino Premiere HD Kino Family HD Kino Action HD Kino Comedy HD Kino Thriller HD Kino Scifi HD Kino Dark HD HBO HBO Comedy Fox Fox Life Fox Crime Comedy Central == Sənədli filmlər == Explorer Shkencë Explorer Histori Explorer Natyra Tring Planet Tring World Tring History Sky Shkencë Sky Planet Sky Histori National Geographic HD Nat Geo Wild Travel Channel HD Discovery Channel HD Investigation Discovery TLC Discovery Animal Planet Outdoor Channel History Channel == Uşaqlar üçün == Bang Bang Çufo Junior TV Tring Tring Tip TV Tring Kids Sofia Channel Disney Channel Disney XD Nickelodeon HD Nick Jr. ALB Anime +6 Toon Orlando Kids Cartoon Network Boomerang Baby TV Duck TV == İdman == SuperSport 1 HD SuperSport 2 HD SuperSport 3 HD SuperSport 4 HD SuperSport 5 HD SuperSport 6 HD SuperSport 7 HD Tring Sport 1 HD Tring Sport 2 HD Tring Sport 3 HD Tring Sport 4 HD Tring Sport 5 HD Tele Sport RTSH Sport Eurosport Eurosport 2 Motors TV == Musiqi == MTV Europe MTV Hits MTV Dance MTV Rocks MTV Live HD VH1 Europe VH1 Classic My Music IN TV Supersonic TV BBF TV Folk Plus TV Blue Sky Tirana TV Club TV MusicAL CliCk TV STV Folk ALB Music ALB Hits ALB Koncert ALB Folk ALB Çifteli Globe Music Real TV City TV 3+ HD == Xəbər kanalları == ABC News Top News Kanali 7 Ora News News 24 Channel One UTV News A1 Report BBC World News CNN Euronews Sky News Sky News Shqip DW-TV CNBC Europe CCTV News France 24 Bloomberg TV == Başqaları == Big Brother 1 Big Brother 2 Living Smile Muse Egnatia TV Shop TV BCTV Wedding TV Fashion TV Luxe.tv Entertainment! Food Network 24Kitchen == Xarici tezliklər == TV5Monde Europe Rai Italia ANT1 Greece == İstinadlar == == Həmçinin bax == Londo, Ilda. Television across Europe: follow-up reports 2008 - Albania.
Azərbaycanda televiziya
Azərbaycan televiziya kanallarının siyahısı — Azərbaycanın televiziya kanallarının siyahısı Azərbaycanda ilk televiziya olan Azərbaycan Televiziyası 14 fevral 1956-cı il tarixində yayıma başlamışdır. Azərbaycanda televiziya və radioya nəzarət Azərbaycan Respublikası Audiovizual Şurasına məxsusdur. Yayımı isə Teleradio İstehsalat Birliyi həyata keçirir. == Ümumrespublika == === Dövlət === Qeyd: xoronoloji ardıcıllıqla sıralanmışdır. === Özəl === Qeyd: xronoloji ardıcıllıqla sıralanmışdır. == Regional == === Özəl === Qeyd: xronoloji ardıcıllıqla sıralanmışdır. === Peyk === Qeyd: xronoloji ardıcıllıqla sıralanmışdır. === İnternet === Qeyd: xronoloji ardıcıllıqla sıralanmışdır. == Fəaliyyətini dayandıran == Qeyd: xronoloji ardıcıllıqla sıralanmışdır. == Efir-kabel və kabel tv şirkətləri == Qeyd: xronoloji ardıcıllıqla sıralanmışdır.
Regional Televiziya
ARB Şimal — 2007-ci ildə "Regional TV" adıyla Xaçmaz rayonunda yayıma başlayan televiziya kanalı. "ARB Şimal" Televiziya Şirkəti 2007-ci il noyabr ayının 15-də fəaliyyətə başlayıb. Kanal Xaçmazdan yayımlanır. "ARB Şimal" Azərbaycanda daxili şəbəkəsi rəqəmsal texnologiya ilə təchiz olunan ilk televiziya kanalıdır. Televiziyanın yayım dairəsinə Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən, Xızı rayonları daxildir. 2011-ci ildən etibarən "ARB Şimal" internet vasitəsilə dünyanın istənilən nöqtəsindən izləmək mümkündür. "ARB Şimal"ın struktur quruluşu 5 departamentdən ibarətdir. Xəbərlər və Sosial-İctimai Proqramlar, Efir Təminatı, Maliyyə və Kadrlar, Layihələr, Efirdən Kənar Təminat departamentləri. Televiziyanın kollektivi uzun illərin televiziya təcrübəsinə malik peşəkar kadrlarla yanaşı həm də istedadlı və perspektivli gənclərdən təşkil olunub. "ARB Şimal"da həftəlik yayım həcmi 126 saatdır.
Televiziya aktyoru
Aktyor və ya aktrisa (fr. acteur, latıncadakı lat. actor sözündən — icraçı) — dram teatrlarında, tamaşalarda, kinoda, opera, balet və sirk səhnələrində rol icraçısı. Artistlərdən fərqli olaraq aktyorlar tamaşalarda sadəcə olaraq iştirak etmir, həm də müəyyən olunmuş rolda hər hansı bir obrazı yaradır. Aktyorluq yaradıclığının əsasında rola daxil olmaq, onu yaşamaq qabiliyyəti durur. Daxili və ya xarici cəhətdən rola daxil olmaq kimi anlayışlar mövcuddur. Bunlar ancaq şərt olaraq fərqlənirlər. Mahiyyət etibarı ilə bu aktyorluq sənətinin iki tərəfidir. Rola daxil olma zamanı hərəkət, düşüncə və hisslər bir vəhdət təşkil edir. Aktyor qrim, geyim, intonasiya qaydası, hərəkət qaydaları, yeriş, mimika kimi cəhətlərlə yaradılacaq şəxsin müəyyən dərəcədə teatr şəratində obrazını yaradır.
Televiziya antennası
Antena — elektromaqnit dalğalarının şüalandırılması və qəbulu üçün istifadə olunan radiotexniki qurğudur. Antena istənilən radioverici və radioqəbuledici qurğunun əsas tərkib hissələrindən biridir. Bu qurğuların işinin effektivliyi antena-fider sisteminin düzgün seçilməsindən və razılaşdırılmasından əhəmiyyətli dərəcədə asılı olur. Antena-fider sistemləri aviasiyada xüsusi əhəmiyyət kəsb edirlər. Belə ki, burada radiotexniki sistemlərə və vasitələrə spesifik tələblər qoyulur. Müasir hava limanları və gəmiləri tərkibində antena olan müxtəlif lokasiya, naviqasiya və rabitə qurğuları ilə təmin olunur. Antenanın növü, onun konstruksiyası və parametrləri həlli tələb olunan məsələnin xarakterindən asılı olur. Burada rupor, dalğaötürən-yarıq, parabolik-güzgü və s. antenalardan geniş istifadə olunur. Bu qurğular ifratyüksək tezlikli (İYT) şüalanma mənbələri olub, bəzi hallarda insan orqanizmi üçün təhlükəlidirlər.
Televiziya aparıcısı
Televiziya (yunanca τήλε — uzaq və latınca video — görürəm; televisio — uzağıgörmə) — kütləvi informasiya vasitəsi, səsin və hərəkət edən təsvirin müəyyən məsafəyə ötürülməsi və qəbulu üçün rabitə sistemi. İlk televiziya sitemləri mexaniki idilər və təsviri göstərərək səs müşayiətini nəzərdə tutmurdu. Edvard Merou: "O öyrədə və maarifləndirə, hətta həvəsləndirə bilər, ancaq o vaxta qədər ki, insanlar ondan müvafiq surətdə istifadə edə bilsinlər. Əks halda o sadəcə olaraq naqil və lampalardan ibarət qutudur". Artur Çarlz Klark: "Nə vaxtsa bizim nəsil haqqında işıqlı hərflərlə yazacaqlar: "Tanrılar məhv etmək istədiklərinə əvvəlcə televizor bağışlayacaqlar. Biz yaradan yox, tamaşa edən nəsilə çevrilirik".
İctimai Televiziya
İctimai televiziya və ya ictimai yayım — mülkiyyətin xüsusi formasında təşkil edilən tele və radio yayımı. Bu tip teleyayım şirkətlərinin mülkiyyəti nə dövlətə, nə şəxsi sektora aid olmayıb, "ictimai mülkiyyət" sayılır. Mülkiyyəti və şirkəti cəmiyyətin nüfuzlu insanlarından xüsusi qayda ilə seçilən şura idarə edir. Bu televiziyanın balanslaşdırılmış və qərəzsiz proqram siyasəti yeritməyə imkan verir.
İnteraktiv televiziya
İnteraktiv televiziya — ənənəvi televiziya texnologiyasına məlumat xidmətləri əlavə edən media konvergensiyasının bir forması. Buraya məzmunun tələb üzrə çatdırılması, onlayn alış-veriş və izləyici sorğuları daxildir. İnteraktiv TV yeni informasiya texnologiyalarının qurulmuş texnologiyalara və kommersiya strukturlarına şaquli inteqrasiya oluna biləcəyinə bir nümunədir. İnteraktiv televiziyanın inkişafından əvvəl qarşılıqlı əlaqə yalnız simulyasiya edilə bilərdi. 1950-ci illərdə interaktiv təcrübə illüziyasını təmin etmək üçün məhdud sayda cəhdlər edilirdi. Bunun ən açıq nümunəsi "Gözvuran Dink və sən" idi ki, bu, tamaşaçıları televizora bağlayacaqları vinil vərəqdə çəkməyə təşviq edirdi. QUBE 1977-ci ildən 1984-cü ilə qədər Ohayoda interaktiv kabel televiziyası xidmətini idarə edirdi. İnteraktiv "video-on-demand" (VOD) televiziya xidməti 1986-cı ildə Yaponiyada təklif edilmişdir. Burada "İnteqrasiya Olunmuş Şəbəkə Sistemi" xidmətini inkişaf etdirmək planları var idi. Bu, müxtəlif interaktiv xidmətləri, o cümlədən videotelefoniya, evdə alış-veriş, onlayn bankçılıq, uzaqdan iş və evdə əyləncə xidmətlərini əhatə etmək üçün nəzərdə tutulmuşdu.
Televiziya direktoru
Bir ssenarinin proqrama çevrilməsinə cavabdeh olan şəxsdir. O, divarlara möhkəmləndirilmiş onlarla monitordan əldə edilən görüntülər əsasında işləyir. Divarlara möhkəmləndirilmiş olan hər bir monitor müxtəlif kamera və görüntü mənbələrinə (vtr, subtitr cihazı, videoqrafiya, uplink və s.) qoşulmuş vəziyyətdə olur. Rejissorun baxış (ilkin müşahidə), səhnələşdirmə (hazırlıq) və çıxış (yayım) monitorları mövcuddur. O həmçinin də, səhnənin qurulmasına nəzarət edir, operatorların çəkilişlərinin istiqamətlərini müəyyənləşdirir, çəkiliş effektlərini tənzimləyir, bir kadrdan digərinə keçidləri tənzimləyir.
Televiziya rejisoru
Bir ssenarinin proqrama çevrilməsinə cavabdeh olan şəxsdir. O, divarlara möhkəmləndirilmiş onlarla monitordan əldə edilən görüntülər əsasında işləyir. Divarlara möhkəmləndirilmiş olan hər bir monitor müxtəlif kamera və görüntü mənbələrinə (vtr, subtitr cihazı, videoqrafiya, uplink və s.) qoşulmuş vəziyyətdə olur. Rejissorun baxış (ilkin müşahidə), səhnələşdirmə (hazırlıq) və çıxış (yayım) monitorları mövcuddur. O həmçinin də, səhnənin qurulmasına nəzarət edir, operatorların çəkilişlərinin istiqamətlərini müəyyənləşdirir, çəkiliş effektlərini tənzimləyir, bir kadrdan digərinə keçidləri tənzimləyir.
Televiziya rejissoru
Bir ssenarinin proqrama çevrilməsinə cavabdeh olan şəxsdir. O, divarlara möhkəmləndirilmiş onlarla monitordan əldə edilən görüntülər əsasında işləyir. Divarlara möhkəmləndirilmiş olan hər bir monitor müxtəlif kamera və görüntü mənbələrinə (vtr, subtitr cihazı, videoqrafiya, uplink və s.) qoşulmuş vəziyyətdə olur. Rejissorun baxış (ilkin müşahidə), səhnələşdirmə (hazırlıq) və çıxış (yayım) monitorları mövcuddur. O həmçinin də, səhnənin qurulmasına nəzarət edir, operatorların çəkilişlərinin istiqamətlərini müəyyənləşdirir, çəkiliş effektlərini tənzimləyir, bir kadrdan digərinə keçidləri tənzimləyir.
Kabel televiziya
Kabel televiziyası — koaksial kabellər vasitəsilə ötürülən radio tezliyi (RF) siqnalları və ya daha yeni sistemlərdə fiber-optik kabellər və işıq impulsları vasitəsilə televiziya verilişlərinin istehlakçılara çatdırılması sistemi. Bu, televiziya siqnalının radio dalğaları ilə havadan ötürüldüyü və televiziyaya qoşulmuş televiziya antenası tərəfindən qəbul edildiyi yayım televiziyası (yerüstü televiziya kimi də tanınır) və ya Yer kürəsinin orbitində fırlanan rabitə peykindən radio dalğaları ilə havadan ötürülən və damdakı peyk antenası tərəfindən qəbul edilən televiziya siqnalları ilə işləyən peyk televiziyası ilə ziddiyyət təşkil edir. Bu kabellər vasitəsilə FM radio proqramlaşdırması, yüksəksürətli internet, telefon xidmətləri və bu kimi qeyri-televiziya xidmətləri də göstərilə bilər. Analoq televiziya XX əsrdə standart idi, lakin 2000-ci illərdən etibarən kabel sistemləri rəqəmsal kabel əməliyyatına qədər təkmilləşdirilmişdir. Kabel kanalı (bəzən kabel şəbəkəsi kimi də tanınır) kabel televiziyası vasitəsilə mövcud olan televiziya şəbəkəsidir. Eyni kanalların çoxu peyk televiziyası vasitəsilə yayılır. Alternativ terminlərə "qeyri-yayım kanalı" və ya proqramlaşdırma xidməti daxildir, sonuncular əsasən hüquqi kontekstlərdə istifadə olunur. CATV abbreviaturası ABŞ-də kabel televiziyası üçün istifadə olunur və ilk olaraq 1948-ci ildə kabel televiziyasının mənşəyindən etibarən "icma antena televiziyası" deməkdir. 1968-ci ildə amerikalıların 6,4%-nin kabel televiziyası var idi. 1978-ci ildə bu rəqəm 7,5%-ə yüksəldi.
Televiziya prodüseri
Prodüser (ing. producer — istehsal edən, istehsalçı) — hansısa layihənin həyata keçirilməsidə iştirak edən, onun maliyyə, inzibati, texnoloji, yaradıcılıq və ya hüquqi fəaliyyətininin həyata keçirilməsində iştirak edən mütəxəssis. "Prodüser — istehsal edən". //"Cinema News" jurnalı.- 2008.- iyun.- səh. 44–45.
Lazer ilə görmə korreksiyası
Lazer ilə görmə korreksiyası (və ya refraktiv cərrahiyyə) — aşağıdakı refraktiv xətaların lazer texnologiyalarından istifadə edərək cərrahi korreksiyası: miyopi (yaxın görmə), işıq şüaları retinanın önünə yönəldilir. hipermetropiya (uzaqgörənlik), işıq şüalarının retinanın arxasına fokuslanması, astiqmatizm, işıq şüaları bir neçə yerə fokuslanır. presbiopiya, yaşa bağlı yaxın görmə pozğunluğu. FRK texnikası və LASIK texnikası rəqabət aparmır (əgər ayrı-ayrı istehsalçıların və klinikaların ambisiyalarını nəzərə almasanız), bir-birini tamamlayır. FRK kimi səthi üsullardan istifadə etməklə miyopi və mürəkkəb miyopik astiqmatizmin korreksiyası üçün əməliyyatların aparılması məqsədəuyğundur, digər refraktiv xətaların korreksiyası klapan texnologiyalarından (LASIK) istifadə edildikdə daha effektivdir. Eksimer lazer korreksiyası texnologiyasından istifadə edərək, presbiopiya səbəbindən yaranan yaşa bağlı refraktiv qüsurları da düzəltmək mümkündür. İlk dəfə olaraq presbiopiyanın korreksiyası üçün orijinal texnologiya Almaniyanın Technolas Perfect Vision şirkəti tərəfindən yaradılmış və SupraCor adını almışdır — LASIK texnologiyasına əsaslanan presbiopiyanın və ya yaşa bağlı uzaqgörənliyin eksimer lazerlə korreksiyası üsulu. SupraCor-un əsas üstünlüyü presbiopiya olan xəstələrdə yaxın görməni bərpa etmək və eyni zamanda miyopi və ya uzaqgörməni düzəltmək qabiliyyətidir.
Ermənistan televiziya kanalları
Ermənistanda mövcud olan televiziya kanallarının siyahısı