TARTAN-PARTAN
TAS
OBASTAN VİKİ
Tarzən
Tarzən — Tar ifaçısı olan şəxs.
Qоca tarzən
Qоca tarzən — 1922-ci ildəazərbaycanlı yazıçı və dramaturq Əbdürrəhim bəy Haqverdiyev tərəfindən yazılmış hekayə. Ədəbiyyatşünas Kamran Məmmədovun sözlərinə görə, "Qоca tarzən" hekayəsinin qəhrəmanı olan tarzən Cavad, Haqverdiyev tərəfindən yazılmış başqa bir hekayə qəhrəmanı “Mirzə Səfərin” xarakterini xatırladır. O da yaltaqlığın nə olduğunu bilmir. Tarzən Cavad, sənətinin ölməyəcəyini və gənc nəslin simasında qayıdacağını görəndən sonra sevinir. Ədəbiyyatşünas Ə.Məmmədovun sözlərinə görə, Haqverdiyevin "Qоca tarzən" və C.Məmmədquluzadənin "Kəmança" hekayəsi azərbaycanlı yazıçılarının musiqiyə olan sevgisi haqqında rəvayət edir. Kamran Məmmədov. Əbdürrəhimbəy Haqverdiyev. Seçilmiş əsərləri. I. Bakı: Lider. Əziz Güləliyеv (redaktor).
Tarzən Bəylər
Tarzən Bəylər (XIX əsrin əvvəli—?) — el sənətkarı, xalq musiqiçisi. Onun həyatı və sənəti haqqında məlumat çox azdır. XIX yüzilliyin başlanğıcında Qarabağın Xankəndi şəhərində doğulub və əsrin sonlarında vəfat edib. 10 il Tehran şəhərində təlim almışdır. Bu səbəbdən farsca yaxşı bilirdi. Musiqi elminə kamil yiyələnmişdir. Sonra Bakı şəhərinə gəlib və ömrünün çox hissəsi bu şəhərdə keçib. Deyilənlərə görə evi Böyük Qala küçəsində idi. 1880-cı ildə Bəylər Kutaisiyə köçür. İki il Bakıdakı dost tanışları ondan xəbər tutmurlar.
Adil Bağırov (tarzən)
Adil Bağırov (13 may 1937, Bakı) — görkəmli tarzən, Azərbaycan Respublikasının xalq artisti (2006), Ə. Dadaşov adına "Xatirə" xalq çalğı alətləri ansamblının rəhbəri (1976-cı ildən). == Həyatı == Bağırov Adil Kamil oğlu 1937-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycanın xalq artisti (2006). Azərbaycan Dövlət Musiqi Məktəbində tar ixtisası üzrə təhsil almış, müəllimləri Mirzə Mansur Mansurov, Səid Rüstəmov olmuşdur. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsilini davam etdirmişdir. 1964-cü ildən S. Rüstəmov adına xalq çalğı alətləri orkestrinin solistidir. Həmin ildən Əhsən Dadaşovun rəhbərlik etdiyi xalq çalğı alətləri ansamblının üzvü, 1976-cı ildən Ə. Dadaşov adına "Xatirə" xalq çalğı alətləri ansamblının rəhbəridir. Ansamblla birgə respublikanın mədəni həyatında yaxından iştirak edir. Bir çox xarici ölkələrdə qastrol səfərlərində olmuşdur. Solist tarzən kimi və muğam üçlüyündə də fəaliyyət göstərir.
Hacı Məmmədov (tarzən)
Hacı Məmməd oğlu Məmmədov (28 aprel 1920, Şamaxı – 2 avqust 1981, Bakı) — Azərbaycan tarzəni, Azərbaycan SSR xalq artisti (1963), Azərbaycan Tibb İnstitutunun müəllimi. == Həyatı == Hacı Məmmədov 1920-ci il aprelin 28-də Şamaxı şəhərində anadan olmuşdur. 1943–1948-ci illərdə Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil almışdır. 1949-cu ildən 1970-ci ilə qədər həkim-cərrah kimi fəaliyyət göstərmişdir. 1930–1948-ci illərdə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrində işləmiş, 1949-cu ildən Azərbaycan Dövlət Filarmoniyasının solisti olmuşdur. Hacı Məmmədov rus və Qərbi Avropa müəlliflərinin klassik əsərlərinin tarda ilk ifaçısı olub. Bülbül, Seyid Şuşinski, Zülfü Adıgözəlov kimi müğənniləri müşayiət etmiş, Belçika, Polşa, Macarıstan, İran, Suriya, Əlcəzair və digər ölkələrdə qastrol səfərlərində olmuşdur. Hacı Məmmədov 1981-ci il avqustun 2-də Bakıda vəfat etmişdir. == Mükafatları == "Azərbaycan SSR xalq artisti" fəxri adı — 18 may 1963 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 25 sentyabr 1954 "Şərəf nişanı" ordeni — 9 iyun 1959 Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı — 25 aprel 1980 == İstinadlar == == Ədəbiyyat == Həsənova, Şəhla. Hacı Məmmədov.
Məzahir Məmmədov (tarzən)
Məzahir Məmmədov (10 may 1948, Salyan, Salyan rayonu) — Azərbaycanın Salyan rayonunda və eyni zamanda cənub zonasında tanınmış tar ifaçılarındandır. Məzahir Məmmədov 1948-ci il may ayının 10-da Salyan şəhərində musiqiçi ailəsində anadan olub. Atası mahir zurna ifaçısı Mənəf Məmmədov məşhur "Cəngi" ansamblının yaradıcısı olub və uzun illər ona rəhbərlik edib. Ailələrinin bütün üzvləri – 8 qardaşın hər biri musiqi ilə məşğul olub. SSRİ dövründə bu qardaşlar keçmiş ittifaqın bir çox şəhərlərində, xarici ölkələrdə müntəzəm qastrollarda olublar. Sonradan qardaşların bəziləri, eləcə də Məzahir Məmmədov bu gün rayon incəsənətlə məğuldurlar. Məzahir Məmmədov 10 yaşından etibarən tarla maraqlanıb. Sonradan muğama həvəsi artıb və 12 yaşı olanda muğam həvəskarı kimi tanınırdı. XX əsrin 60-cı illərində Asəf Zeynallı adına Musiqi exnikumunda təhsil alan zaman Bəhram Mansurov, Əhməd Bakıxanovdan tar sənətinin bir çox sirlərini öyrənib. 1988–1993-cü illərdə Soltan Hacıbəyov adına Sumqayıt musiqi texnikumunda təhsilini yeniləyib.
Ənvər Mansurov (tarzən)
Ənvər Mirzə Mansur oğlu Mansurov (19 dekabr 1917, Bakı – 1941, Brest) — Azərbaycan tarzəni. Ənvər Mansurov 1917-ci il dekabr ayının 19-da Bakıda musiqiçilər ailəsində doğulmuşdur. Ənvər Mansurov öz dövrünün ən mahir tarzənlərindən idi. Onun tarda ifası başqa tarzənlərdən yüksək texnika ilə fərqlənirdi. 1938-ci ildə Ənvər Mansurov Azərbaycan mədəniyyəti və incəsənətinin Moskva şəhərində keçirilən ongünlüyündə xalq çalğı alətləri orkestrinin tərkibində iştirak edir. Elə həmin günlərdə "Noginski" qrammafon valları istehsalı fabrikində "Çahargah" və "Segah" muğamlarını vala yazdırır. Sonralar, vala yazılmış bu iki muğam Ənvər Mansurovdan gələcək nəsillərə xatirə qalan yeganə səs yaddaşına çevrilir. Ongünlükdən bir il sonra Ənvər Mansurov ordu sıralarına çağırılır. O, əvvəlcə fin müharibəsində, sonra isə böyük vətən müharibəsində şücaətlə vuruşur. İkinci dünya müharibəsinin lap əvvəlində 1941-ci ildə Brest qalası uğrunda döyüşlərdə qəhrəmanlıqla vuruşur və həlak olur.
Rəhman Abdullayev (tarzən)
Rəhman Vahid oğlu Abdullayev (27 oktyabr 1998, Bakı) — Azərbaycanlı tarzən. Müxtəlif yerli, beynəlxalq müsabiqə və festivalların qalibi və laureatı. Rəhman Abdullayev 1998-ci il oktyabrın 27-də Bakıda dünyaya gəlib. İlk musiqi təhsilini 2008-ci ildə 28 №-li musiqi məktəbində alıb. Sonra 2012-ci ildə Azərbaycan Milli Konservatoriyasının (AMK) tərkibində İncəsənət Gimnaziyasında davam edib. 2015–2019-cu illərdə AMK-nin İfaçılıq fakültəsinin Tar ixtisasına daxil olub və bakalavr təhsilini fərqlənmə ilə bitirib. 2019–2021-ci illərdə isə Konservatoriyanın magistr pilləsini bitirib. 2010–2015-ci illərdə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Uşaq orkestrinin konsertmesteri olub. (Drijor: Ağaverdi Paşayev) Hal-hazırda AMK-nin tərkibindəki İncəsənət Gimnaziyasında müəllim vəzifəsində çalışır. 2010-cu ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin keçirdiyi II Respublika müsabiqəsində II yer olub.

Digər lüğətlərdə