Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Laza
Laza (Qəbələ) — Azərbaycanın Qəbələ rayonunda kənd. Laza (Qusar) — Azərbaycanın Qusar rayonunda kənd.
Laze
Laze (fr. Lazer, oks. Lazari) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Laran-Monteqlen kantonuna daxildir. INSEE kodu — 05073. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 329 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 230 nəfər arasında (15-64 yaş arasında) 167 nəfər iqtisadi fəal, 63 hərəkətsiz (fəaliyyət göstərici 72,6%, 1999-cu ildə bu 74,6%) idi. Fəal olan 167 nəfərdən 149 nəfər (83 kişi və 66 qadın), 18 nəfər işsiz (5 kişi və 13 qadın) idi.
Mario Lanza
Mario Lanza (əsl adı: Alfredo Arnold Kakotsa; 31 yanvar 1921, Cənubi Filadelfiya, ABŞ — 7 oktyabr 1959, Roma, İtaliya) — amerikalı müğənni (tenor) və aktyor. == Həyatı == Təqaüdə çıxmış hərbçi Antonio Kokotsa və Mariya Kokotsa — Lanza ailəsində anadan olmuşdur. Marionun (balaça Fredi) beş yaşı olanda valıdeyinlərinin uzaq İtaliyadan gətirdikləri qramafon cəlb etdi. Karuzo ve Ruffonun ifalarından ibarət olan musiqi vallarına saatlarla qulaq asardı. Xüsusilə Enriko Karuzonun səsinn sehrinə düşmüşdü. İlbəil müsiqi onun — gənc Fredinin həyatına daxil olmüşdu. Bu artıq uşaqlıq marağı deyildi onun həyatının bir hissəsinə cevrilmişdi. Böyük Karuzonun balaça heyranı ariya, romanslarının hər kicik xirdalıqlarını bele əzbər bilirdi. O təkcə qulas asmırdı — həm də zumzumə edirdi. İlk real oxuma üzrə dərslərini bariton Antonio Skardutsodan aldı.
Márta Lacza
Márta Lacza (2 dekabr 1946) — Macarıstan qrafika rəssamı və portret rəssamı. 1967-ci ildə universitet təhsili başa vuraraq sənətkarlıq və qrafika sahəsinə keçdi. Budapeştdə, özü kimi 28 avqust 2015-ci ildə vəfat edən həyat yoldaşı Dékány Ágoston ilə yaşayırdılar. Lacza bir müddət universitetlərdə rəssamlıq da öyrətdi. 1974-1998 illəri arasında bir çox sərgi təşkil edən Lacza, Macarıstanın dünya boya və qrafika sənətçilərindən biridir. Lacza 1980 ilə 1983 arasında Derkovits təqaüdünü və 1983-cü ildə Munkácsi mükafatını qazandı. Milli Macarıstan televiziyasında onun haqqında 40 dəqiqəlik bir veriliş yayımlandı. Belçikadakı beynəlxalq "Frans Masereel Rijkscentrum voor graphite" nin qrafika sənətçiləri tədbir seriyasının əvvəl.
Laza (Qusar)
Laza və ya Lazar (ləzg. Лацар) — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Coğrafiyası və iqlimi == Laza kəndi Qafqaz sıra dağlarının şimal-şərqində dəniz səviyyəsindən 4242m hündürlükdə yerləşən Şahdağ yüksəkliyinin "Şah yaylaq" dağının ətəyində yerləşir. Laza kəndi Baş Qafqaz sıra dağlarından keçən Böyük Qafqazın cənub-qərbinə və şimal-qərbinə gedən karvan yolu üzərində (Kurve pereval) dəniz səviyyəsindən 1300m yüksəklikdə olan dağ çökəkliyində yerləşir. Kəndin gözəl mənzərə əhatə edir, qayalıqlardan çoxlu şəlalələr axır. == Toponimikası == Laza oyk., sadə. Qəbələ rayonunun eyniadlı i.ə.v.-də kənd. Dəmiraparan çayının sahilində, Baş Qafqaz silsiləsinin yamacındadır. Əsl adı Lazalıdır; Qusar r-nunun Zindan-muruq i.ə.v.-də kənd. Qusarçayçayın sahilində, Baş Qafqaz silsiləsinin yamacındadır.
Laza (Qəbələ)
Laza — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Rəvayətə görə əhalinin əcdadları oraya Qusar rayonunun Laza kəndindən köçmüşlər. Kəndin yaranma tarixi XVII əsrin sonu, XVIII əsrin əvvəli hesab edilir. Vaxtı ilə Qusar rayonunun Laza kəndindən aran rayonlarına qışlaqlara köç edənlər tədricən burada daimi məskunlaşmışlar. Kənddə ilk məskunlaşan tayfalar laza tayfaları olduğundan kəndin adı da Laza olmuşdur. Laza kəndi mərkəzdən 8 km. şimal-şərqdə Dəmiraparan çayının sahilində Baş Qafqaz silsiləsinin cənub yamacındadır. == Toponimikası == Laza oyk., sadə. Qəbələ r-nunun eyniadlı i.ə.v.-də kənd. Dəmiraparan çayının sahilində, Baş Qafqaz silsiləsinin yamacındadır.
Laza bələdiyyəsi
Qəbələ bələdiyyələri — Qəbələ rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Lahor
Lahor (urdu لاہور, ing. Lahore, q.pənc. لہور) — Pəncab əyalətin paytaxtı, Kəraçidən sonra ölkənin 2-ci böyük şəhəri. Şəhər Ravi çayı sahilində, Hindistanla sərhədə yaxın yerləşir. Burada ölkənin kinostudiyası (Lollywood) yerləşir.
Lahıc
Lahıc — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində qəsəbə. == Mədəniyyəti == Lahıc XVIII–XIX əsrlərdə Azərbaycanın misgərlik və silah istehsalı mərkəzlərindən olub. Lahıc ustalarının misdən hazırladıqları, mürəkkəb və incə naxışlarla bəzədikləri dolça, satıl, sərnic, məcməyi, sərpuc, güyüm, aşsüzən, kəfkir, kasa, cam, qazan, çıraq və sair məmulatlar Orta Asiyada, Dağıstanda, Gürcüstanda, İranda, Türkiyədə və digər yerlərdə tanınıb. 1980-ci ildən muzey-qoruğa çevrilmiş Lahıcda həmin illərdən yadigar qalan məhəllə məscidləri, su kəməri və kanalizasiya (kürəbənd), Girdiman qalası qayğı ilə qorunur, sənətkarlıq ənənələri davam və inkişaf etdirilir. Burada yaşayıb-yaratmış misgərlərin, zərgərlərin, sərracların, ahəngərlərin, dülgərlərin, xalçaçıların, həkkakların, nəqqaşların, dabbaqların, çəkmə və çarıq tikənlərin, və s. ustaların yaratdıqları maddi-mədəniyyət nümunələri hal-hazırda da dünyanın ən məşhur muzey və kolleksiyalarının ekspozisiyalarını bəzəməkdədir. 1717–1718-ci illərdə usta Nəcəfqulunun düzəltdiyi samovar mütənasibliyi, formasının gözəlliyi, üzərindəki bəzəkləri ilə şöhrət qazanıb. XIX əsrin ortalarında Lahıcda 200-dək misgərlik emalatxanası fəaliyyət göstərib. Lahıc ustaları odlu (tüfəng, müxtəlif tipli tapançalar və sair) və soyuq (xəncər, beybut, qılınc, bıçaq və sair) silah hazırlamaları ilə də tanınırlar. Bu silahlar ornamentlərlə bəzədilir, onlara sənətkarların möhürü vurulurdu.
Aloe lanzae
Əsl əzvay (lat. Aloe vera) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin asfodelinakimilər fəsiləsinin əzvay cinsinə aid bitki növü. == İstifadə edir == Aloe veradan iki maddə - şəffaf gel və onun sarı lateksi kommersiya məhsullarının istehsalı üçün istifadə olunur. Aloe gel adətən yanıqlar, yaralar, donma, səpgilər, sedef, soyuq yaralar və ya quru dəri kimi dəri xəstəlikləri üçün aktual dərmanlar hazırlamaq üçün istifadə olunur. Aloe lateks qatran adlanan qurudulmuş formada və ya "aloe qurudulmuş şirəsi" kimi əldə edilə bilər. == Sinonimləri == Aloe barbadensis Mill. Aloe barbadensis var. chinensis Haw. Aloe chinensis Steud. ex Baker Aloe elongata Murray Aloe flava Pers.
Lahıc (1979)
== Məzmun == Film Azərbaycanın qədim yaşayış məskənlərindən olan Lahıc qəsəbəsi haqqındadır. Filmdə Lahıcın tarixi keçmişindən, bu günündən, əhalisinin məşğuliyyətindən, xalq sənətkarlığından bəhs olunur.
Lahıc (Zaqatala)
Lahıc — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalinin əsas məşğuliyyəti taxılçılıq, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır.
Lahıc (İsmayıllı)
Lahıc — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində qəsəbə. == Mədəniyyəti == Lahıc XVIII–XIX əsrlərdə Azərbaycanın misgərlik və silah istehsalı mərkəzlərindən olub. Lahıc ustalarının misdən hazırladıqları, mürəkkəb və incə naxışlarla bəzədikləri dolça, satıl, sərnic, məcməyi, sərpuc, güyüm, aşsüzən, kəfkir, kasa, cam, qazan, çıraq və sair məmulatlar Orta Asiyada, Dağıstanda, Gürcüstanda, İranda, Türkiyədə və digər yerlərdə tanınıb. 1980-ci ildən muzey-qoruğa çevrilmiş Lahıcda həmin illərdən yadigar qalan məhəllə məscidləri, su kəməri və kanalizasiya (kürəbənd), Girdiman qalası qayğı ilə qorunur, sənətkarlıq ənənələri davam və inkişaf etdirilir. Burada yaşayıb-yaratmış misgərlərin, zərgərlərin, sərracların, ahəngərlərin, dülgərlərin, xalçaçıların, həkkakların, nəqqaşların, dabbaqların, çəkmə və çarıq tikənlərin, və s. ustaların yaratdıqları maddi-mədəniyyət nümunələri hal-hazırda da dünyanın ən məşhur muzey və kolleksiyalarının ekspozisiyalarını bəzəməkdədir. 1717–1718-ci illərdə usta Nəcəfqulunun düzəltdiyi samovar mütənasibliyi, formasının gözəlliyi, üzərindəki bəzəkləri ilə şöhrət qazanıb. XIX əsrin ortalarında Lahıcda 200-dək misgərlik emalatxanası fəaliyyət göstərib. Lahıc ustaları odlu (tüfəng, müxtəlif tipli tapançalar və sair) və soyuq (xəncər, beybut, qılınc, bıçaq və sair) silah hazırlamaları ilə də tanınırlar. Bu silahlar ornamentlərlə bəzədilir, onlara sənətkarların möhürü vurulurdu.
Lahıc bələdiyyəsi
İsmayıllı bələdiyyələri — İsmayıllı rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Lahıc mahalı
Lahıc mahalı — Şirvan xanlığının inzibati ərazilərindən biri. == Tarixi == İsmayıllı rayonu ərazisində mövcud olmuşdur. Mahalın naibi Cəfərqulu ağa (Mustafa xanın oğlu) idi. == Əhalisi == 1821-ci ildə 6 kənddə (Lahıc, Həftəsov, Əhənli, Ximran, Müdri, Dahar) 374 ailə yaşayırdı. Lahıc mahalının sakinləri bağçılıq, bostançılıq, ipəkçilik, misgərlik, dəmirçilik, kömürçülük, barıdarlıq, paxırçılıq, bərbərlik, başmaqçılıq, qəssablıq, dabbaqlıq, papaqçılıq, xarratlıq, bənnalıq, əyiricilik, tüccarlıqla məşğul olurdu. == İstinadlar == == Həmçinin bax == Şirvan xanlığı == Xarici keçidlər == Fariz Xəlilli-Tarix üzrə fəlsəfə doktoru. "Şirvan xanlığının süqutu: özündən sonra qalanlar…" (az.). Musavat.az. İstifadə tarixi: 2017-04-03. Fariz Xəlilli-Tarix üzrə fəlsəfə doktoru.
Lahıc qəsəbəsi
Lahıc — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində qəsəbə. == Mədəniyyəti == Lahıc XVIII–XIX əsrlərdə Azərbaycanın misgərlik və silah istehsalı mərkəzlərindən olub. Lahıc ustalarının misdən hazırladıqları, mürəkkəb və incə naxışlarla bəzədikləri dolça, satıl, sərnic, məcməyi, sərpuc, güyüm, aşsüzən, kəfkir, kasa, cam, qazan, çıraq və sair məmulatlar Orta Asiyada, Dağıstanda, Gürcüstanda, İranda, Türkiyədə və digər yerlərdə tanınıb. 1980-ci ildən muzey-qoruğa çevrilmiş Lahıcda həmin illərdən yadigar qalan məhəllə məscidləri, su kəməri və kanalizasiya (kürəbənd), Girdiman qalası qayğı ilə qorunur, sənətkarlıq ənənələri davam və inkişaf etdirilir. Burada yaşayıb-yaratmış misgərlərin, zərgərlərin, sərracların, ahəngərlərin, dülgərlərin, xalçaçıların, həkkakların, nəqqaşların, dabbaqların, çəkmə və çarıq tikənlərin, və s. ustaların yaratdıqları maddi-mədəniyyət nümunələri hal-hazırda da dünyanın ən məşhur muzey və kolleksiyalarının ekspozisiyalarını bəzəməkdədir. 1717–1718-ci illərdə usta Nəcəfqulunun düzəltdiyi samovar mütənasibliyi, formasının gözəlliyi, üzərindəki bəzəkləri ilə şöhrət qazanıb. XIX əsrin ortalarında Lahıcda 200-dək misgərlik emalatxanası fəaliyyət göstərib. Lahıc ustaları odlu (tüfəng, müxtəlif tipli tapançalar və sair) və soyuq (xəncər, beybut, qılınc, bıçaq və sair) silah hazırlamaları ilə də tanınırlar. Bu silahlar ornamentlərlə bəzədilir, onlara sənətkarların möhürü vurulurdu.
Laher Ze
Laxer-Ze gölü (alm. Laacher See‎) – Almaniyanın Reynland-Pfalts vilayətinin Arvayler bölgəsinin Qles kommunasında vulkan mənşəli axarsız göl. Göl 1,9 km diametrli vulkanik kalderada, Koblensdən 24 km şimal-qərbdə və Bonndan 37 km cənubda, Reyn çayı üzərində yerləşən Andernax şəhərindən 8 km məsafədə yerləşir. Vulkan Ayfel dağlarındə qərarlaşır. Laxer-Ze gölü eramızdan əvvəl 10,930-cu ildə əmələ gəlmişdir. Vulkanik partlayıcılıq indeksi VEI 6-ya bərabər olan Lah super vulkanının Plinian tipli püskürməsindən sonra, bu təxminən Filippin Pinatubo vulkanının 1991-ci ildə püskürməsinə uyğundur. Radiokarbon üsulu Lah vulkanının püskürməsinin 13006 ± 9 təqvim ili əvvəl baş verdiyini müəyyən edib. Bu püskürmə Böyük Şaxta iqlim anomaliyasının mümkün səbəbi kimi müzakirə edilir. Yaxınlıqdakı ərazilər əlli metrlik vulkanik kül və pemza təbəqəsi altında idi, daha kiçik hissəciklər əsasən cənubdan müasir Şimali İtaliya ərazisinə və şimal-şərqə - müasir Rusiya ərazisinə və Skandinaviya yarımadasına uzanırdı. Ola bilsin ki, Lah vulkanının püskürməsi müasir Danimarka ərazisində Bromme mədəniyyətinin yaranmasına səbəb olub.
Lahıc (dəqiqləşdirmə)
Lahıc (İsmayıllı) — İsmayıllı rayonunda qəsəbə. Lahıc (Zaqatala) — Zaqatala rayonunda kənd.
Lahıc aşırımı
Lahıc aşırımı — Niyaldağ silsiləsinin suayrıcında yerləşən dağ keçidi. Azərbaycanın İsmayıllı rayonunda yerləşir. Aşırım təqribən 1700 m hündürlüyə çatır. Aşırım dar və çətin keçiləndir. Aşırımın adı eyniadlı qəsəbənin adından gəlir.
Lahıc (film, 1979)
== Məzmun == Film Azərbaycanın qədim yaşayış məskənlərindən olan Lahıc qəsəbəsi haqqındadır. Filmdə Lahıcın tarixi keçmişindən, bu günündən, əhalisinin məşğuliyyətindən, xalq sənətkarlığından bəhs olunur.
Lahıc misgərlik sənəti
Lahıc misgərlik sənəti — Azərbaycanın İsmayıllı rayonunun Lahıc qəsəbəsində ənənəvi xalq sənəti olan, misdən qabların və müxtəlif məhsulların istehsalı. == Lahıc misgərlik sənəti haqqında == Lahıc misgərlik sənəti yalnız Lahıc qəsəbəsində mərkəzləşmişdir (xüsusilə də qəsəbənin "Misgər bazarı" adlandırılan Ağalı rayonunda). Lahıc qəsəbəsi Girdmançay Çayının sol sahilində 1375 metr hündürlükdə İsmayıllı rayonunda yerləşir. Qəsəbə Böyük Qafqazın cənub yamacında yerləşir. İnzibati baxımdan, Lahıc qəsəbəsinin (rəsmi olaraq –"şəhər-tipli qəsəbə") özünüidarə müəssisəsi kimi öz bələdiyyəsi mövcuddur. Gündəlik həyatlarında mis məmulatlardan istifadə edən geniş insan icması Azərbaycan Respublikasının bir çox regionlarında yerləşir. Mis əridən usta tam prosesi kordinasiya edir və ustaya kömək edərək lazımi texnikaları öyrənən usta köməkçisi tərəfindən müşayiət edilir. Misgər-dəmirçi havanı sobalara vurur və nazik lövhələrdə əridilən misi əzir. Sənətkar daha sonra əzilən mis lövhələri cilalayır və hazır mis məmulatları naxışlarla bəzəyir. Prosesin bu son mərhələsi sahibkarın ənənəvi biliyini və mədəni dəyərlərini əks etdirərək ətraf mühitdə diqqət mərkəzi olan istifadə edilmiş dizaynlar kimi vacib olduğu deyilir.
Aloe vera var. lanzae
Əsl əzvay (lat. Aloe vera) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin asfodelinakimilər fəsiləsinin əzvay cinsinə aid bitki növü. == İstifadə edir == Aloe veradan iki maddə - şəffaf gel və onun sarı lateksi kommersiya məhsullarının istehsalı üçün istifadə olunur. Aloe gel adətən yanıqlar, yaralar, donma, səpgilər, sedef, soyuq yaralar və ya quru dəri kimi dəri xəstəlikləri üçün aktual dərmanlar hazırlamaq üçün istifadə olunur. Aloe lateks qatran adlanan qurudulmuş formada və ya "aloe qurudulmuş şirəsi" kimi əldə edilə bilər. == Sinonimləri == Aloe barbadensis Mill. Aloe barbadensis var. chinensis Haw. Aloe chinensis Steud. ex Baker Aloe elongata Murray Aloe flava Pers.
Lahıc Tarix-Diyarşünaslıq Muzeyi
Lahıc Tarix-Diyarşünaslıq Muzeyi — Lahıc kəndinin yerli tarix muzeyi. 1985-ci ildə qurulmuş və Azərbaycanın İsmayıllı rayonunun Lahıc kəndində yerləşir. == Yaranması == 1985-ci ildə Lahıc Tarix-Mədəniyyət Qoruğunun nəzdində ictimai əsaslarla təşkil edilmiş Lahıc Tarix-Diyarşünaslıq Muzeyi 1992-ci ildən dövlət statusu alaraq Lahıc Tarix-Diyarşünaslıq Muzeyi kimi fəaliyyət göstərir. Muzeyin özü Lahıcda "Ağaoğlu məscidi" kimi məşhur olan və 1914-cü ildə inşa edilmiş bir binanın içərisindədir. Muzeyin direktoru Əliyev Maarif Ağamehedi oğlu muzeyə eksponatların toplanmasında əhali arasında təbliğat aparırı. Muzeyin nümayəndəsi Kamilli Tofiq Kamil oğlu, 20–22 aprel 2009-cu il tarixlərində Bakıda keçirilmiş UNESCO / ICOM nəşrlərindən istifadə edərək muzey rəhbərliyi tərəfindən Azərbaycan Respublikasından muzey işi üzrə təlimçi-mütəxəssislər üçün milli təlimlərdə iştirak etmişdir. == Esponatlar == Muzeydə 1336 ədəd eksponat qorunub saxlanılır. Bina 10 ekspozisiya və müxtəlif şöbələrdən ibarətdir. Müxtəlif mövzulara aid guşələr yaradılmışdır. Muzeyə gələn ziyarətçilərə 1000–dən çox eksponat təqdim edilir.
Lahor İdarəetmə Elmləri Universiteti
Lahor İdarəetmə Elmləri Universiteti (və ya LUMS; urdu جامعۂ لاہور برائے علومِ انتظامیات‎) — Pakistanın Pəncab əyalətinin Lahor şəhərində yerləşən özəl tədqiqat universiteti. 1983-cü ildə Pakistanda tanınmış iş adamı Seyid Babar Əli ölkədə ixtisaslı menecerlərin çatışmazlığını hiss edir. O, yüksək səviyyəli tələbələri və professor-müəllim heyətini cəlb edəcək və saxlayacaq dünya səviyyəli bir universitet yaratmağı təklif edir. O, bu fikri onun ideyasını tam dəstəkləyən iş adamı və yaxın dostu Əbdül Rəzak Davud ilə bölüşür. Universitet o vaxtdan bəri genişlənərək 1994-cü ildə liberal sənətlər üzrə bakalavr məktəbi, 2008-ci ildə mühəndislik fakültəsi, 2004-cü ildə hüquq fakültəsi və 2017-ci ildə təhsil fakültəsi açmışdır. Universitet tələbələrə maliyyə dəstəyi göstərmək üçün 2001-ci ildə Milli Sosial Yardım Proqramını (NOP) başladır və 2015-ci ildə Əfqanıstan hökuməti ilə əməkdaşlıq edərək, tələbələrin sayını şaxələndirmək üçün Əfqanıstan tələbələri üçün təqaüd proqramına start vermişdir. 2021-ci ildən etibarən universitetdə 5,092 bakalavr və magistratura tələbəsi və 300 nəfər professor-müəllim heyəti var, onların təxminən dörddə üçü doktorluq dərəcəsinə malikdir. Fakültə və tələbə icmasının yarıdan çoxunun yaşadığı kampus 100 hektardan çox ərazini əhatə edir. Universitetin biznes məktəbi Kollec Biznes Məktəblərini İnkişaf etdirmə Assosiasiyası tərəfindən akkreditə olunmuşdur. O, həmçinin Pakistanda Cənubi Asiya Keyfiyyət Təminat Sistemi tərəfindən təsdiq edilmiş iki biznes məktəbindən biridir və ölkənin ən yaxşı biznes məktəblərindən biri kimi sıralanır.
Lazer
Lazer – (ing. LASER – "Light Amplification by Stimulated Emission of Radiation" – "Məcburi şüalanma ilə işığın gücləndirilməsi"). Bu söz 1957-ci ildə Qordon Quld (Gordon Gould ) tərəfindən istifadəyə daxil edilmişdir. Fiziki mahiyyəti məcburi şüalanmanın kvant mexaniki effektindən istifadə etməklə koherent işıq axınının alınmasından ibarətdir. Lazer şüaları sabit amplitudalı fasiləsiz və ya olduqca böyük gücə sahib olan impuls xarakterli ola bilər. Bir çox konstruksiyalarda lazer qurğusunun elementləri başqa mənbədən yayılan şüaları optik gücləndirmə vasitəsi kimi istifadə edilir. Gücləndirilmiş siqnal dalğa uzunluğuna (tezliyinə), fazasına və polyarizasiyasına görə ilkin siqnalla üst-üstə düşür. Bu rabitə qurğuları üçün çox vacibdir. Adi işıq mənbələri, məsələn, közərmə lampası işığı müxtəlif istiqamətlərdə, böyük dalğa diapazonunda səpələyir. Onların çoxu koherent deyillər və bundan əlavə qeyri-lazer mənbələrdən buraxılan işıq şüaları dəqiq polyarizasiyaya da malik deyil.
Lappa lappa
İri atpıtrağı (lat. Arctium lappa) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin atpıtrağı cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 100-180 sm, gövdəsi düz, möhkəm,şırımlı olub, çox vaxt bənövşəyi rəngli və budaqlanan, hündür ikiillik ot bitkisidir. İri atpıtrağı ikiillik iri ot bitkisi olub, yoğun, lətli əsas kökümsovlu və düzqalxan, qırmızımtıl qabırğalı gövdəyə malik hündürlüyü 60-180 sm-dir. Yarpaqları saplaqlı, gövdənin zirvəsinə doğru tədricən azalan, ürəkvari-yumurtaşəkilli, dişcikli, yuxarıya doğru arabir qısa tükcüklü və ya çılpaq, yaşıl, aşağı tərəfdən sarımtıl-keçəvari olmaqla, uzunluğu 50 sm-ə bərabərdir. Çiçək səbətləri şarşəkilli olub, 3-3,5 sm diametrində, qalxanvari və ya süpürgəvaridir. Yarpaqcıqları çılpaq və ya hörümçək toruna bənzəyən naxışlı, kirəmitvari düzülmüş, xətti, sərt, qarmaqşəkilli və əyilmiş olur. Çiçək qrupunun yatağı sıx, qalın, sərt yerləşdirilmiş xətti və bizəoxşar çiçək altlığından ibarətdir. Bütün çiçəkləri boruşəkilli, ikicinsli, göyümtül-purpurşəkilli çiçək tacından ibarət olmaqla, kasacığı kəkillidir. Meyvəsi iri, sarımtıl-qonur toxumları 5-7 mm uzunluğunda, uzunsov və ya uzunsov-qabırğalı, çılpaq olmaqla, toxumları qısa kəkillidir.