Elisa Lamın qətli
Elisa Lam, kantonca tanınan adı ilə Lam Ho Yi — Vankuverdəki Britaniya Kolumbiyası Universitetinin kanadalı-çinli tələbəsi.O, 19 fevral 2013-cü il tarixində Los-Ancelesin Dauntaun şəhərində yerləşən Cecil mehmanxanasının damındakı su tankerindən ölü çıxarılmışdı. Ayın əvvəlində itkin düşdüyü bildiriləndən sonra mehmanxanada axtarış başlamış, mehmanxanada təmir işləri aparan işçilər su təchizatı ilə bağlı qonaqların şikayətlərini araşdırarkən cəsədi aşkar etmişdilər.
Onun yoxa çıxması barədə geniş məlumat verilmişdi; Los Angeles Polis İdarəsi, liftdə olan təhlükəsizlik kameralarındakı Elisa Lamın görüntülərini internetdə paylaşandan 5 gün əvvəl Lam öldürülmüşdü.Görüntülərdə Lamın liftdən çıxıb ətrafa göz gəzdirməsi və yenidən liftə daxil olması, çöldəki koridorda öz-özünə və ya kiminləsə danışması və jest etməsi, bəzən özünü nasaz vəziyyətdə hiss etdiyi liftin içərisində gizləndiyi görünürdü. Video internetdə qısa zamanda yayıldı, daha sonra bir çox izləyici videodan narahat olduğunu bildirdi. Açıqlamalarda Lamın bipolyar pozuntuluqlar və paranormallıqdan əziyyət çəkdiyi elan edildi.Bəziləri isə videonun dəyişildiyini güman edirdi.
Lamın ölümünün səbəbləri tapıldıqdan sonra Los-Ancelesin ən məşhur mehmanxanalarından olan Cecildəki təhlükəsizliyə inam azalmışdı.Onun vücudu çılpaq idi; paltarının və şəxsi əşyalarının çoxu su tankerinin yaxınlığında idi. Los Anceles Departamenti isə Lamın bədənində heç bir fiziki travmanın olmadığını, ölümünün diqqətsizlik səbəbi ilə baş verdiyini irəli sürürdü. Bəzi internet fenomenləri isə Lamın ölümü ilə 2005-ci ildə çəkilmiş "Qaranlıq Su" filminin qeyri-adi oxşarlıqlarının olduğunu söyləyirdilər.Belə xəbərlərin sosial şəbəkələrdə yayılmasından sonra mehmanxana sakinləri Cecil Mehmanxanasını məhkəməyə vermişdi.
== Haqqında ==
Honkonqdan gələn mühacirlərin qızı olan , Kanadanın Vankuver şəhərindən bir qədər kənarda, Burnabidə bir restoran açan Lam,, 2013-cü ilin əvvəlinə qədər qeydiyyata alınmasa da, Britaniya Kolumbiya Universitetində tələbə idi.
Lam Kaliforniyaya əsasən Amtrak və şəhərlərarası avtobuslarda səyahət edirdi.