Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Layzan
Layzan – Tarixi Azərbaycan ərazisində olmuş vilayət. Şirvanşahlar dövlətinin tərkibinə daxil olmuşdur. == Tarixi == V.F.Minorskinin fikrincə, Layzan vilayəti Girdimançayın yuxarı axarındakı müasir Lahıc vadisində yerləşirdi. O, erkən orta əsrlərdə Sasanilərin vassal məlikliklərindən biri, – X-XI əsrlərdə isə Şirvanın tərkibində idi. Əl-Məsudinin və "Tarix-i əl-Bab"ın verdiyi məlumata görə Layzan vilayəti X əsrin əvvəlində Layzanşahın əcdadından irs qalmış mülkü idi. O, h.305 (917)-ci ildə Şirvanı tutdu, öz qohumlarını öldürərək, Şirvanşah titulunu da qəbul etdi. Layzan məlikliyinin inzibati mərkəzi Lahıc idi. Beləliklə, V.F.Minorskiyə görə, Layzan vilayəti müasir İsmayıllı rayonundakı Lahıc şəhəri və ətraf kəndlərin və Layzan məlikliyi dairəsinə daxil olan bölgələrin (Məlhəm, Qonaqkənd, Zarat və s.) ərazisinə müvafiqdir. Lahıcın əhalisi İrandan, Gilanın Lahican vilayətindən gəlmə olub, ehtimal ki, VI əsrdə Sasani hökmdarı I Xosrov Ənuşirəvan tərəfindən Sasanilər dövlətinin şimal sərhəd əyalətlərinə köçürülmüşlər. Lahıc adlı yaşayış məntəqələri hal-hazırda Zaqatala, Göygöl rayonlarında Abşeronda (Ləhəş kəndi – təhrif olunmuş Lahıc) da vardır.
Laura
Laura — ad Laura Qruseneken — Belçikalı müğənni və bəstəkar. Laura Pauzini Laura Pıldvere — Estoniya müğənnisi. Laura Rizzotto — Latviya-Braziliya müğənnisi və bəstəkarı. Laura Ester — İspaniyanı təmsil edən su poloçusu. Laura Lopez — İspaniyanı təmsil edən su poloçusu.
Aloe lanzae
Əsl əzvay (lat. Aloe vera) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin asfodelinakimilər fəsiləsinin əzvay cinsinə aid bitki növü. == İstifadə edir == Aloe veradan iki maddə - şəffaf gel və onun sarı lateksi kommersiya məhsullarının istehsalı üçün istifadə olunur. Aloe gel adətən yanıqlar, yaralar, donma, səpgilər, sedef, soyuq yaralar və ya quru dəri kimi dəri xəstəlikləri üçün aktual dərmanlar hazırlamaq üçün istifadə olunur. Aloe lateks qatran adlanan qurudulmuş formada və ya "aloe qurudulmuş şirəsi" kimi əldə edilə bilər. == Sinonimləri == Aloe barbadensis Mill. Aloe barbadensis var. chinensis Haw. Aloe chinensis Steud. ex Baker Aloe elongata Murray Aloe flava Pers.
Bican Pakzad
Bijən Pakzad (4 aprel 1944, Tehran, İran - 16 aprel 2011, Kaliforniya, ABŞ) — İran əsilli amerikalı dizayner. == Həyatı == Bijən Pakzad 1944-cü ildə Tehranda anadan olub, 1973-cü ildə ABŞ-yə köçüb, Los-Ancelesdə məskunlaşıb. Dizaynerin Malib, Nyu-York, Milan və Florensiyada xüsusi iqamətgahları olub. O, dünyada məşhur olsa da, İrana gəlişi qadağan olunub. Bijən Pakzad dünyanın ən varlı və məşhur kişilərini – ABŞ-nin sabiq prezidentləri Barak Obama, Corc Buş, Ronald Reyqan, Hollivud ulduzları Arnold Şvartsenegger, Tom Kruz, Entoni Hopkins üçün paltarlar hazırlayıb. Bijən Pakzaddan Rusiya Prezidenti Vladimir Putin, Bruney Sultanı, Böyük Britaniya şahzadəsi Çarlz və "Microsoft" şirkətinin qurucusu Bill Qeyts pencəklər alıblar.
Bijən Pakzad

Eugenia laurae
Eugenia laurae (lat. Eugenia laurae) — mərsinkimilər fəsiləsinin evgeniya cinsinə aid bitki növü.
Kristofer Lanuza
Typhlodromus laurae
Typhlodromus laurae (lat. Typhlodromus laurae) — phytoseiidae fəsiləsinin typhlodromus cinsinə aid heyvan növü. Typhlodromus laurae Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Azad
Azad — ad. Azad Əliyev Azad Əliyev (dirijor) — Azərbaycan dirijoru, Azərbaycanın əməkdar incəsənət xadimi. Azad Əliyev (heykəltaraş) — Azərbaycan heykəltaraşı, Azərbaycan Respublikasının əməkdar rəssamı. Azad Əliyev (skripkaçı) — Azərbaycanlı skripkaçı, Azərbaycan SSR əməkdar artisti, xalq artisti.
Laza
Laza (Qəbələ) — Azərbaycanın Qəbələ rayonunda kənd. Laza (Qusar) — Azərbaycanın Qusar rayonunda kənd.
Luza
Luza — Rusiya Federasiyasında yerləşən şəhər. Kirov vilayətinə daxildir.
Katolikos Lazar
Katolikos Lazar (Qafqaz albanlarının dili:𐔾𐔰𐔰𐔵𐔰𐕙) və ya Ğazar (erm. Ղազար) - Alban katolikoslarından biri. Mxitar Qoşun katolikoslar siyahısında adı 7-ci yerdə çəkilir. Alban salnaməsində göstərilir ki, o Beqamej adlanan bir yerdə (Kirakos Qandzaketsinin məlumatına görə, Bərdə və Beyləqanın arasında, müasir Ağcabədidə) Ğazarabadı və Müqəddəs Pantaleon kilsəsini tikdirmişdir. Kirakosa görə 8 il hakimiyyətdə olmuşdur.
Laura Alonso
Laura Alonso Padin, (2.1.1976, Qalisiya, İspaniya) — opera müğənnisi (soprano).
Laura Bassi
Laura Katerina Bassi(it. Laura Maria Caterina Bassi, 29 oktyabr 1711[…], Boloniya, Papa dövləti – 20 fevral 1778[…], Boloniya, Papa dövləti) — italyan alimi və həkimi. == Həyatı == Mariya Katerina Bassi 31 oktyabr 1711-ci ildə Boloqnada anadan olmuşdur. Bassinin ailəsi zəngin idi və vəkil olan atası qızının xüsusi təhsilinin məbləğini qarşılaya bilirdi. Bassi 13–20 yaşlarında Boloqna Universitetində professor olan ailə həkimləri Qaetano Takkonidən fəlsəfə və riyaziyyat dərsləri alır. Takkoni Bassinin fərqli qabiliyyətlərini aşkar etdiyi üçün onu Baloqnanın akademiya əhatəsində tanıtmağa qərar vermişdi. Bassinin zəkası və qabiliyyəti Boloqnaya 1731-ci ildə baş yepiskop kimi gələn və daha sonra Papa XIV Benedikt olacaq Kardinal Prospero Lambertinin də diqqətindən qaçmamışdı. Gəncliyində özü də elmi təhsil almış Kardinal Bassini elmi araşdırmalarında cəsarətləndirir və ona hər zaman dəstək olur. 1732-ci ildə Lambertini şəhərin elm və mədəniyyət baxımından yenilənməsi ilə əlaqədar Bassini ictimai müzakirələrə qoşulmağa və bu müzakirələrin simvolik rol almasına razı salır. Hələ 20 yaşındaykən Bassiyə Avropanın ən qədim universiteti olan Boloqna Universitetində müəllimlik verilir.
Laura Benkova
Laura Benkova (d. 11 may 2000) — Slovakiyalı üzgüçü. Laura Benkova Slovakiyanı 2017-ci ildə XXXXIV Avropa Gənclər Üzgüçülük Çempionatında təmsil etdi. == Karyerası == Laura Benkova birinci dəfə Avropa Çempionatına 2017-ci ildə qatıldı. O, İsraildə baş tutan XXXXIV Avropa Gənclər Üzgüçülük Çempionatında qadınlar 100 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 58.27 saniyəlik nəticəsi ilə 38-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Laura Ester
Laura Ester (d. 22 yanvar 1990) — İspaniyanı təmsil edən su poloçusu. == Karyerası == Laura Ester, İspaniya yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə ABŞ yığmasına 5:8 hesabı ilə məğlub olan İspaniya yığması, London Olimpiadasının gümüş medalına sahib oldu. Daha sonra Laura Ester, İspaniya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Çin yığmasını 11:6 hesabı ilə məğlub edən İspaniya yığması, Rio-de-Janeyro Olimpiadasını beşinci pillədə başa vurdu.
Laura Lopez
Laura Lopez (d. 13 yanvar 1988) — İspaniyanı təmsil edən su poloçusu. == Karyerası == Laura Lopez, İspaniya yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə ABŞ yığmasına 5:8 hesabı ilə məğlub olan İspaniya yığması, London Olimpiadasının gümüş medalına sahib oldu. Daha sonra Laura Lopez, İspaniya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Çin yığmasını 11:6 hesabı ilə məğlub edən İspaniya yığması, Rio-de-Janeyro Olimpiadasını beşinci pillədə başa vurdu.
Laura Marano
Lora Marano (29 noyabr 1995, Los-Anceles, Kaliforniya) — Amerikan yeniyetmə aktrisası.Without a Trace və Back to You adlı iki serialda də baş rolu qızı olaraq iştirak etdi. Ulduzunun daha çox parlamasına səbəb olan serial isə hələ də davam edən Disney Channel serialı Ostin və Ellidir. Eyni zamanda bacısı Vanessa Marano da aktrisadır. Anası Ellen Marano bir aktrisadır, atası isə xüsusi bir universitetdə profesordu. == Həyatı == Lora Marano ilk rolunu beş yaşındaykən boynuna götürdü. Karierində saysız reklam aktyorluğu və boynuna götürdüyü kiçik rollar var. Daha böyük rollar əldə Without a Trace serialı ilə birlikdə başlamışdır. FOXun oyun şousu olan Are You Smarter "Than a 5th Grader?"də yer almışdır və FOX'un "Back to You" adlı "sitcom" serialında Gracie Carr rolunu oynamışdır. Star işığını ən çox göstərməsini təmin edən Ostin və Elli serialındaki Elli rolu.
Laura Nurmsalu
Laura Nurmsalu (6 iyun 1994) — Estoniyalı oxatan. Laura Nurmsalu Estoniyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Laura Nurmsalu birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında fərdi yarışlarda, 1/32 final mərhələsində Ukraynanın nümayəndəsi Veronika Marçeko ilə üz-üzə gəldi. Həmin görüşdə Laura Nurmsalu rəqibinə 0:6 hesabı ilə uduzdu.
Laura Pausini
== Həyatı == Karyerasına 1987-ci ildə ilk albomu "I Sogni Di Laura" ilə başlayan və 1993-cü ildə qatıldığı Sanremo Musiqi Festivalında ("La Solitudine" mahnısı ilə) qazandığı birincilikdən sonra fəalyyətində ümumi olaraq 30 milyon albom satışı reallaşdıran və bir də Grammy mükafatları qazanan ilk İtalyan qadın müğənnidir. Mahnılarını Latın pop, soft rock, pop üslubunda oxuyan İtaliyanın məşhur müğənnisi İtalyan, İspan, İngilis, Fransız və Portuqal dillərində mahnılar oxumaqdadır. 1974-cü ildə İtaliyada anadan Laura Pausini, musiqiçi olan atasının da dəstəyiylə kiçik yaşda musiqilə maraqlanmağa başladı. 8 yaşındaykən atasının səhnə aldığı məkanlarda ona səsiylə yoldaşlıq edən kiçik Laura, 13 yaşındaykən atasının prodüserliyində yazılan "I sogni di Laura" albomuyla professionallığa ilk addımını atdı. Albom tamamilə əldəki imkanlarla hazırlanmışdı. Bu səbəbdən səs gətirməsi gözlənilmirdi. Lauraya əsas müvəffəqiyyəti 1993-cü ildə qatıldığı və "La Solitudine" adlı parçanı səsləndirdiyi Sanremo Musiqi Festivalı gətirdi. Yarışmada birinci olan sənətçi, dərhal Warner Bros İtaliyanın marağını çəkdi və sonra gələn val razılaşmasıyla ilk albomu "Laura Pausini"ni 1993-cü ildə musiqi dünyasına tanıtdı. Albom İtaliyada olduğu qədər Fransa və Hollandiyada da uğurlu oldu. İkinci albom "Laura" 1994-cü ildə musiqi marketləri rəflərində yerini aldı.
Laura Pauzini

Laura Poldvere
Laura Pıldvere (est. Laura Põldvere; d. 30 avqust 1988, Tartu, Estoniya) — Estoniya müğənnisi. O Estoniyanı Suntribe qrupunun üzvü kimi 2005 Avroviziya Mahnı Müsabiqəsində və Koyt Toome ilə birlikdə 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Həyatı == Laura Pıldvere 30 avqust 1988-ci ildə Estoniyanın Tartu şəhərində anadan olub. Laura 2014-cü ildə Eston musiqiçi Coel-Rasmus Remmel ilə ailə həyatı qurmuş və 2016-cı ildə cütlük ayrılmışdır. == Musiqi karyerası == Lauranın musiqi karyerası 2005-ci ildə Estoniyanın ERR telekanalının Avroviziya üçün təşkil etdiyi milli seçim turu Eurolaul 2005-də iştirakı ilə başlamışdır. Milli seçim turunda Laura ifa etdiyi "Moonwalk" mahnısı ilə ikinci yeri tutsa da, o yarışmanın qalibi "Suntribe" qrupunun üzvü olaraq Ukraynanın paytaxtı Kiyevdə keçirilən Avroviziya 2005-də Estoniyanı təmsil etmək hüququ qazanmışdır. İfa etdikləri "Let's Get Loud" adlı mahnı ilə müsabiqənin yarımfinal mərhələsində 20-ci yerdə qərarlaşan qrup final mərhələsinə adlaya bilməmişdir. Laura eyni zamanda "Sunflowers" mahnısı ilə 2007-ci ildə Estoniyanın Avroviziya üçün seçim turunda iştirak etmiş və nəticədə üçüncü yeri tutaraq, məğlub olmuşdur.
Laura Pıldvere

Laura Qruseneken
Laura Qruseneken (nid. Laura Groeseneken; d. 30 aprel 1990, Löven, Belçika) və ya səhnə adı ilə Sennek — Belçikalı müğənni və bəstəkar. O, Belçikanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Sennekin Avroviziya səhnəsində ifa edəcəyi mahnı olan "A Matter of Time" 2018-ci ilin 4 mart tarixində təqdim olunmuşdur. Laura Qruseneken daha öncə tanınmış Belçika musiqiçisi Ozark Henri ilə birlikdə Rock Werchter musiqi festivalında çıxış etmişdir. Laura eyni zamanda "Hooverphonic" musiqi qrupu üçün mahnı bəstələmişdir. == Həyatı == Laura Qruseneken 30 aprel 1990-cı ildə Belçikanın Löven şəhərində anadan olmuşdur.
Laura Qrusıniken